Məhkəmə qərarları › İş №2-1(106)-730/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-730/2025

19.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-730/2025 19.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan İnzibati Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 2-1(120)-2783/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçın cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı «subsidiya verilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçın cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, 2022-2023-cü əkin ilində İddiaçın məlumatlarına əsasən həyata keçirilən əkinlərə görə hesablanmış subsidiyanın bank hesabına köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 24 iyul 2025-ci il tarixli, 2- 1(120)-2783/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqan tərəfindən iddiaçının müraciətindən imtina edilərək, 2022-2023-cü əkin ilində EKTİS-ə daxil edilən məlumatlara əsasən 75 hektar arpa və 25 hektar buğda əkinlərinə görə hesablanmış subsidiyanın ödənilməsi hüquqi şəxs hesabının açılmaması səbəbindən mümkün olmamış və təqvim ili üzrə ayrılmış subsidiya məbləği dövlət büdcəsinə qaytarılması, 2022-2023-cü əkin ili üzrə subsidiyanın ödənilməsi üçün "xxxx" ASC- nin müvafiq filialında hüquqi şəxsə aid bank hesabının açılması barədə Agentliyin 2023-cü il 15 avqust tarixli 3-22-2/2-1504/2023 nömrəli məktubu ilə məlumat verilməsi, habelə, müraciətə əlavə edilmiş hesab məlumatlarının "xxxx" ASC ilə işçi qaydada dəqiqləşdirilməsi zamanı bank tərəfindən İddiaçınə cari hesab açıldığı, hüquqi şəxs hesabının açılmadığı bildirilmişdir. İnzibati orqan tərəfindən maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edilməsi və ya tam araşdırılmaması onların konstitusion hüquqlarının, eləcə də bərabərlik və ayrı-seçkiliyin qadağan edilməsi prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "X17'“ X18in Kürdəmir rayonu Ərşəli kəndi ərazisində 100 (bir yüz) hektar təlim - təsərrüfat sahəsi vardır və bu hal müvafiq çıxarışla təsdiq edilmişdir. Tələbələrin bilik və bacarıqlarının daim artırılması məqsədilə razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığını təşkil etmək və gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstərmək və müəyyənləşdirilmiş qaydalara uyğun olaraq, təhsilalanların müqavilənin predmeti olan sahədə istehsalat təcrübəsi keçməsi məqsədi ilə X6 Agentliyinin balansında olan 100 hektar təlim-təsərrüfat torpaq sahəsi üzrə fiziki şəxs Kürdəmir rayonu Ərşəli kənd sakini X3 07 fevral 2023-cü il tarixdə həmin torpaqdan Birgə istifadə haqqında müqavilə bağlanmışdır. Azərbaycan Respubilkası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyinə xx.xx.2023-cü il tarixli məktubla müraciət edərək X9 balansında 100 ha torpaq sahəsində birgə əməkdaşlıq müqaviləsinə uyğun olaraq Kürdəmir rayon Ərşəli kənd sakini X5 ilə birlikdə taxıl əkilmiş torpaq sahəsinə verilən subsidiyanın köçürülməsindən ötrü Kapital Bank tərəfindən cari hesabın açılması üçün X12 icazə məktubunun verilməsini xahiş etmişdir. Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuş problemin həllinin müəssisənin ”X18” kimi qeydiyyatından sonra mümkün olması qeyd olunmuşdur. Müraciətə Azərbaycan Respublikasının Kiçik və X13 Agentliyin xx.xx.2024-cü il tarixli məktubunda X9 subsidiya ala bilməsi üçün X18 kimi qeydiyyatdan keçməli olduğu və Lisey dövlət büdcəsindən maliyyələşən dövlət müəssisəsi olduğu üçün hal-hazırda bank hesabının yaradılması və subsidiyanın həmin bank hesabina köçürülməsinin mümkünsüz olduğu qeyd edilmişdir. 9 saylı Ərazi Vergilər İdarəsi tərfindən verilmiş Çıxarışdan görünür ki, X17 xx.xx.2024-cii il tarixdə X16muşdur. Kürdəmir rayonu üzrə X7 İnformasiya Sistemində xx.xx.2022-ci ildə fermer olaraq qeydiyyatdan keçmiş hüquqi şəxs "X17" 2022-2023-cü il əkin mövsümü üzrə 75 (yetmiş beş) hektar arpa (Qarabağ 22 R1 sortu), 25 (iyirmi beş) hektar buğda (Alekseiç R1 sortu) bitkisi bəyan etmişdir. Həmin çıxarış sənədi xx.xx.2024 cü ildə EKTİS də sistem tərəfindən avtomatik olaraq yekun təsdiq edilmişdir. 07 fevral 2023 cü il tarixli Birgə istifadə haqqında müqavilənin 4.3-cü bəndinə əsasən 100 (bir yüz) hektar əkin sahəsi üçün verilən subsidiya və subsidiya kartı müqavilə bitən tarixədək X2 istifadəsinə verilməlidir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 05 may 2023-cü il tarixli 3-22-2/2-R- 321-16-310/2023 saylı məktubuna əsasən 2022-2023-cü əkin ilində X9 EKTİS-ə daxil etdiyi məlumatlara əsasən həyata keçirilən əkinlərə görə hesablanmış subsidiyanın ödənilməsi hüquqi şəxsin bank hesabının açılmaması səbəbindən mümkün olmamışdır. Göstərilən səbəbdən müvafiq bankda cari hesab açılmasına icazə verilmədiyi üçün 2022-2023-cü ilin əkin subsidiyasını almaq mümkün olmamışdır. "X17" 08 oktyabr 2024-cü il tarixdə X18i olmuş. 25 oktyabr 2024-cü il tarixdə isə liseyin X10 rayon filialında 2022-2023-cü ilin 100 (bir yüz) hektar əkin subsidiyasının köçürülməsi üçün AZ50AİİB******************** saylı bank hesabı açılmışdır. Hal-hazırda Kürdəmir rayonu Ərşəli kənd sakini fiziki şəxs X5 07 fevral 2023-cü il tarixli Birgə istifadə haqqında müqaviləni əsas gətirərək 2022- 2023-cü il əkini üçün subsidiyanı liseydən tələb edir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin müraciətimiz əsasında Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin İddiaçınə vermiş olduğu xx.xx.2024- cü il tarixli məktubu ilə subsidiyanın verilməsindən imtina edilmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, xx.xx.2022-ci ildə fermer olaraq qeydiyyatdan keçmiş hüquqi şəxs "X17” 2022-2023-cü il əkin mövsümü üzrə 75 (yetmiş beş) hektar arpa (Qarabağ 22 R1 sortu), 25 (iyirmi beş) hektar buğda (Alekseiç R1 sortu) bitkisi bəyan etmişdir. Hal-hazırda Kürdəmir rayonu Ərşəli kənd sakini fiziki şəxs X4 7 fevral 2023-cü il tarixli Birgə istifadə haqqında müqaviləni əsas gətirərək 2022-2023-cü il əkini üçün ödənilməli olan subsidiyanı liseydən tələb edir. Bu səbəbdən, 7 fevral 2023-cü il tarixli birgə istifadə haqqında müqavilənin 4.3-cü bəndinə əsasən 100 (yüz) hektar əkin sahəsi üçün verilən subsidiya və subsidiya kartı müqavilə bitən tarixədək X2 istifadəsinə verilməlidir. İddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydasına uyğun olaraq “X7ı” informasiya sistemi üzərindən həyata keçirilir. Qaydanın 2.7-1-ci yarımbəndinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalçılarına bitkiçilik və heyvandarlıq sahələri üzrə subsidiyaların ödənilməsi məqsədilə subsidiya məbləğləri köçürülən plastik kartların hazırlanması və göstərilən bank xidmətləri müvəkkil bank "xxxx" ASC tərəfindən həyata keçirilir. Qaydanın 3.17-ci bəndinə əsasən təqvim ili ərzində büdcədən ayrılan və fermerə verilməyən subsidiya məbləği büdcəyə qaytarılır. Belə ki, 2022-2023-cü əkin ilində EKTİSə daxil edilmiş məlumatlara əsasən 75 hektar arpa və 25 hektar buğda əkinlərinə görə hesablanmış subsidiyanın ödənilməsi hüquqi şəxs hesabının açılmaması səbəbindən mümkün olmamış və təqvim ili üzrə ayrılmış subsidiya məbləği dövlət büdcəsinə qaytarılmışdır. Habelə, hesab məlumatlarının "xxxx" ASC ilə işçi qaydada dəqiqləşdirilməsi zamanı bank tərəfindən İddiaçınə cari hesab açıldığı, hüquqi şəxs hesabının açılmadığı bildirilmişdir. Bununla yanaşı, subsidiyanın digər hesaba ödənilməsi mövcud Qaydada nəzərdə tutulmamışdır. Eyni zamanda, 2022-2023-cü əkin ili üzrə subsidiyanın ödənilməsi üçün "xxxx" ASC-nin müvafiq filialında hüquqi şəxsə aid bank hesabının açılması barədə Agentliyin 2023-cü il 15 avqust tarixli 3-22-2/2-1504/2023 nömrəli məktubu ilə iddiaçıya məlumat verilmişdir. Azərbaycan Respublikası Mərkəzi X8 “04" fevral 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydasının 2.2-ci bəndinə əsasən, cari hesablar dövlət qurumları, bələdiyyələr, hüquqi şəxslər, o cümlədən X18lər, onların filial və nümayəndəlikləri, beynəlxalq təşkilatlar, diplomatik və digər rəsmi nümayəndəliklər, ailə kəndli təsərrüfatları, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadə edən torpaq mülkiyyətçiləri, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər (bundan sonra - fərdi sahibkar), xüsusi notariuslar üçün onların maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bank əməliyyatlarının aparılması məqsədi ilə açılır. Bu müddəadan da açıq şəkildə görünür ki, cari hesab pubik hüquqi şəxslərin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı təsərrüfat fəaliyyəti çərçivəsində kommersiya əməliyyatlarını aparması üçün nəzərdə tutulmuşdur. Lakin subsidiya ödənişləri dövlət tərəfindən ayrılan vəsaitlərdir və dövlət ödənişləri “maliyyə-təsərrüfat fəaliyyəti” çərçivəsinə aid edilmir. Buna görə də, subsidiya məbləği cari hesaba köçürülə bilməz və yalnız hüquqi şəxs adına açılmış rəsmi bank hesabına yönəldilməlidir. Əlavə olaraq, Agentlik tərəfindən iddiaçıya 2022-2023-cü əkin ili üzrə həyata keçirdiyi əkinlərə görə cari ildə əkin subsidiyasının ödənilməsi məqsədilə "xxxx" ASC-nin müvafiq filialında hüquqi şəxs adına bank hesabının açılması və fermer kartının əldə olunması tövsiyə edilən 15 avqust 2023-cü il tarixli, 3-22-2/2-1504/2023 nömrəli rəsmi məktub göndərilmişdir. Lakin hüquqi şəxs adına bank hesabı açılmamış və fermer kartı əldə edilməmişdir. Buna baxmayaraq, iddiaçı eyni əsaslarla yenidən müraciət etmişdir. Bu hal bir daha təsdiq edir ki, subsidiya ödənişinin həyata keçirilməsi üçün tələb olunan qanuni prosedurlar iddiaçı tərəfindən yerinə yetirilməmişdir və subsidiya məbləğinin köçürülməsi hüquqi baxımdan mümkün deyil. Eyni zamanda, iş materiallarından göründüyü kimi, iddiaçı öz ərizəsində də qeyd etmişdir ki, X17 2024-cü ildə X16muş, ondan əvvəl isə büdcə təşkilatı kimi fəaliyyət göstərmişdir. Qaydanın 1.1-ci bəndinə əsasən bu Qayda kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsinin mexanizmini və şərtlərini müəyyən edir. Qaydaya əsasən, subsidiya yalnız fiziki və ya hüquqi şəxs olan fermerlərə ödənilir və Qaydada fermer anlayışı kənd təsərrüfatı məhsullarının istehsalçısı olan və SİS-də qeydiyyata alınan fiziki və ya hüquqi şəxs kimi müəyyən edilmişdir. 2022-2023-cü illərdə X17 büdcə təşkilatı olduğu üçün, həmin dövr üzrə ümumiyyətlə subsidiya almaq hüququ olmamışdır. Qanunvericiliyin tələblərinə əsasən, büdcə təşkilatlarına subsidiya ödənilməsi nəzərdə tutulmadığı üçün iddiaçının bu dövr üçün subsidiya tələb etməsi hüquqi baxımdan əsassızdır və təmin edilməməlidir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Kürdəmir rayonu, Ərşəli kəndində yerləşən 100.0 ha torpaq sahəsinə istifadə hüququ üzrə həmin qurumun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və torpaq sahəsinin plan və ölçü sənədi verilmişdir. -Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli Y.Rzayevə ünvanlanmış məktubunda qeyd olunur ki, torpaq sahəsinin balans daşıyıcısı olan X17 tərəfindən subsidiyanın alınması məqsədilə tələb olunan bank hesabının açılması üçün banka müraciət edilmiş, lakin hesabın açılması üçün tələb olunan sənədlərin natamam olduğu bildirilmişdir. Sənədlərin təqdim edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 26 fevral tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin tələblərinə uyğun olaraq, müəssisənin “X18" qeydiyyatından sonra mümkün olacaqdır. -Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Yanında X1 xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Azərbaycan Respublikasında dövlət xəzindarlığının fəaliyyətinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 16 may 1997-ci il tarixli 568 nömrəli Sərəncamına əsasən büdcə təşkilatlarının maliyyə əməliyyatları yalnız xəzinədarlıq tərəfindən açılmış xəzinə hesab kitabları vasitəsi ilə aparılması müəyyən edilmişdir. X9 X1 15 saylı Regional Xəzinədarlıq İdarəsində ******* xəzinə hesab kitabı mövcuddur və əməliyyatların bu kitab vasitəsilə aparılmasını məqsədəmüvafiq hesab edir. -Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubunda bildirilir ki, "X7ı” informasiya sisteminə daxil etdiyi məlumatlara əsasən ona 75 hektar arpa və 25 hektar buğda əkinlərinə görə subsidiya hesablanmış və Agentlik tərəfindən 2023-cü il 15 avqust tarixli 3-22-2/2-1504/2023 nömrəli məktubla subsidiya məbləğinin köçürülməsi üçün müvafiq bank hesabının açılmalı olması bildirilmişdir. Lakin müvəkkil bankda hüquqi şəxs hesabının açılmaması səbəbindən subsidiya ödənilməmiş və həmin təqvim ili üzrə ayrılmış subsidiya vəsaiti dövlət büdcəsinə qaytarılmışdır. Məhkəmə kollegiyası hazırki mübahisəyə tətbiq edilməli mövcud normativ hüquqi sənədlərlə müəyyən edilmiş tələblərin şərh olunmasını zəruri hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydasının 1.2.6-ci bəndinə əsasən fermer anlayışı – kənd təsərrüfatı məhsullarının istehsalçısı olan və SİS-də qeydiyyata alınan (bitkiçilik və heyvandarlıq sahələri üzrə) fiziki və ya hüquqi şəxs deməkdir. -1.1-ci bəndinə əsasən bu Qayda kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsinin mexanizmini və şərtlərini müəyyən edir. -2.6-cı bəndinə əsasən Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir. -2.7-1. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına bitkiçilik və heyvandarlıq sahələri üzrə subsidiyaların ödənilməsi məqsədilə subsidiya məbləğləri köçürülən plastik kartların hazırlanması və göstərilən bank xidmətləri Agentliyin müvəkkil bankla razılaşdırılmış sifarişi əsasında hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir. -2.8-ci bəndinə əsasən Nazirliyin dövlət aqrar inkişaf mərkəzləri (DAİM) subsidiyaların verilməsi ilə bağlı aşağıdakı xidmətləri həyata keçirir: 2.8.1. bu Qaydada müəyyən edilmiş hallarda fermerlərin, tədarükçülərin və təchizatçıların SİS-də qeydiyyatını aparır; 2.8.2. subsidiya almaq üçün müraciət etmiş fermerlərin sənədlərinin yoxlanılmasını və müraciətlərinin subsidiya informasiya sisteminə (SİS) daxil edilməsini həyata keçirir; 2.8.3. subsidiyaların verilməsi və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanı həyata keçirir; 2.8.4. subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemləri araşdırır və onların həlli barədə Agentliyə təkliflər verir. -6.2-ci bəndinə əsasən bu Qaydanın həyata keçirilməsi ilə bağlı yaranan mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. İşin hallarından və şərh olunan sübutlardan göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya subsidiyanın ödənilməsindən imtinanın əsası kimi iddiaçının təşkilati-hüquqi formasının tələblərə cavab verməməsi və müvafiq bank hesabının olmaması göstərilmişdir. İddiaçı müvafiq zaman kəsiyində əkin həcmini və çeşidini bəyan etsə də, qeyd olunan səbəbdən ayrılmış subsidiya məbləği dövlət büdcəsinə qaytarılmışdır. Sonradan iddiaçının təşkilati-hüquqi formasında dəyişiklik edilməsinə və bank hesabı açılmasına baxmayaraq, cavabdeh qurum əvvəlki formal tələblərə istinadən subsidiyanın ödənilməsindən imtina etmişdir. Qaydalardan göründüyü kimi, subsidiyanın ödənilməsi üçün bank hesabının növü, hətta fermerin təşkilati-hüquqi forması ilə bağlı hər-hansı məhdudiyyət və göstəriş nəzərdə tutulmamışdır. Digər tərəfdən isə iddiaçı tərəfindən cavabdehin tələb etdiyi təşkilati-hüquqi forma yaradılmış, eyni zamanda müvafiq bank hesabı açılmışdır. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 2-1(120)-2783/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar