Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-732/2025 08.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı X3, cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı X3 cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X3 cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı ##.##.2010-cu il tarixdən, 47 yaşdan ##.##.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən ##.##.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən pensiya təyin edilməsi və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) ## #### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müvafiq dövr üzrə iş stajı iddiaçıya məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Sənədlərin arxivə natamam təhvil verilməsi iddiaçının ziyanına şərh oluna bilməz. Həmçinin iddiaçının peşə və vəzifəsi zərərli və ağır iş stajı olduğundan AR Nazirlər Kabinetinin *** saylı ##.##.1993-cü il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin * №-li Siyahısı”-nın IX. Partlayıcı, tez partlayan maddələr, barıt və döyüş sursatının istehsalı Bölməsinin 7-ci bəndinə əsasən “Tərkibində 2-3 bəndlərində göstərilmiş məhlullar olan hər növ döyüş sursatlarının, döyüş hissələrinin, bərk yanacaqla işləyən raket mühərriklərinin, yüngül istilik və mexaniki təsir nəticəsində tez alışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri (10907000)” koduna uyğundur. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.1986-##.##.2004-cü il tarixə kimi Əli Bayramlı şəhər “Sənaye Avtomatika və Telemexanika” Zavodunda (hal-hazırda “xxxx”xxxx QSC “xxxx” X5 MMC “Telemexanika” Zavodu) “Mexaniki yığma sexi”-də “yığıcı” peşəsində işləmiş, işlədiyi vəzifələr ağır və zərərli iş olduğundan, ## #### 2017ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən ##.##.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən ##.##.2006-cı il tarixədək ümumi 15 ildən çox (17 il 04 ay 22 gün) və 7 il 06 aydan çox (09 il 09 ay 20 gün) güzəştli iş stajı olduğuna görə ##.##.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli *** saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin» * nömrəli Siyahısına əsasən ##.##.2010-cu il tarixdən, 47 yaşından hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Lakin cavabdeh 1994-2004-cü illər üzrə yalnız 1995-ci ilin iyul və sentyabr ayları üzrə əməkhaqqı ödənildiyi, 1996-cı il üzrə əməkhaqqı hesablanmadığı, 1994 və 1997-2000-ci illər üzrə əməkhaqqı cədvəllərində adına rast gəlinmədiyi, 2000-ci ildən sonrakı dövrlərə dair əməkhaqqı cədvəllərinin isə arxivə təhvil verilmədiyini bildirməklə pensiya təyinatından imtina etmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi “xxxx” X5 MMC-nin “Telemexanika” zavodunun ## ###### 2024-cü il tarixli ***/**-*** nömrəli arayışında ##.##.1994-##.##.2004-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə yığıcı vəzifəsində işlədiyi qeyd olunmuşdur, iddiaçının adıçəkilən müəsisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq göndərilən # ####### 2024-cü il tarixli məktubda X9 filialında saxlanılan sənədlərə əsasən iddiaçıya 1994-2004-cü illər üzrə yalnız 1995-ci ilin iyul və sentyabr ayları əməkhaqqı ödənildiyi, 1996-cı il üzrə əməkhaqqı hesablanmadığı, 1994-cü il və 1997-2000-ci illər üzrə əmək haqqı cədvəllərində adına rast gəlinmədiyi, 2000-ci ildən sonrakı dövrlərə dair əməkhaqqı cədvəllərinin isə sözügedən arxivə təhvil verilmədiyi qeyd edilib. Bu fakt X2 Filialının # ####### 2024-cü il tarixli Aktı ilə təsdiq edilib. Buna görə də yuxarıda qeyd edilən dövrləri iddiaçının iş stajına daxil etmək mümkün deyil. Göstərilən səbəbdən də iddiaçının ümumi iş stajı 15 ildən az (8 il 6 ay 1 gün (##.##.1986- ##.##.1994-cü il, ##.##.1995-##.##.1995-ci il, ##.##.1995-##.##.1995-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir, güzəştli iş stajı isə 7 il 6 aydan az (11 ay 28 gün (##.##.1994-##.##.1994-cü il, ##.##.1995-##.##.1995-ci il, ##.##.1995-##.##.1995-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 8566,56 manat təşkil edir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri imtina aktının və iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etdi. İddiaçı qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, həmçinin kollegiyanın suallarına cavab olaraq, əmək kitabçasında qeyd olunan dövrlərdə işlədiyini və əməkhaqqı aldığını, lakin hansı məbləğdə əməkhaqqı aldığını və işlədiyi sexdə neçə nəfər işçinin olduğunu xatırlamadığını bildirmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, cavabdehin apellyasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, 2006-cı il # ###### tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il # #### tarixədək qüvvədə olan redaksiyada) 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il # #### tarixli, ***-IIIQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə qadınlar – 47 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarlarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının ##.##.2017-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (##.##.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş və ##.##.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” əsasında müəyyən edilir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: -2.1. Qanunun 22-1.4-cü maddəsi nəzərə alınaraq, fərdi şəxsi hesabının sığorta hissəsində 2006-cı il ######ın #-dən 2018-ci il ####un #-dək qeydə alınmış pensiya kapitalı olan sığortaolunanlara, həmçinin hərbi qulluqçulara və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq pensiya təminatı sahəsində onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə və onların ailə üzvlərinə, eləcə də daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ olduqda əmək pensiyaçısına müvafiq əmək pensiyasının təyin edilməsi avtomatlaşdırılmış qaydada onlar tərəfindən müraciət edilmədən, bu Qaydanın 8.2-ci bəndində göstərilən elektron informasiya sistemlərindən və ya ehtiyatlarından əldə olunan, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması Qaydaları”nda nəzərdə tutulmuş dövlət orqanları tərəfindən təqdim edilən məlumatlar əsasında aparılır. Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – Fond) aidiyyəti struktur bölməsinin əmək pensiyasının təyin edilməsi haqqında qərarı barədə həmin şəxslərə poçt vasitəsilə məlumat və yaxud MEİS-də olan əlaqə vasitələrindən birinə (elektron poçt ünvanı və ya sms vasitəsilə) bildiriş göndərilir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya * nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası) əsasən. Məhkəmə kollegiyası qeyd olunan normaların təhlili və hazırki işin faktiki hallarına tətbiqi baxımından təqdim edilmiş sübutların şərh olunmasını zəruri hesab edir. İş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ##.##.1963-cü il tarixdə anadan olmuşdur. -iddiaçıya məxsus ****** nömrəli əmək kitabçasının surətindən görünür ki, ##.##.1986-cı il tarixdən ##.##.2004-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olması qeyd edilmişdir. -##.##.1998-ci il tarixli, ****** nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X1 ##.##.1998-ci il tarixdə rəsmi nikaha daxil olmaqla, qadına Bibiquliyeva soyadı verilmişdir. -“xxxx”xxxx” QSC “xxxx” X5 MMC “Telemexanika” zavodunun ##.##.2024-cü il tarixli, ***/**-*** nömrəli arayışında bildirilir ki, Bibiquliyeva (Qaraveva) Dinarə İzzət qızı həqiqətən ##.##.1986-cı il tarixdə Əli Bayramlı şəhər “Sənaye Avtomatikası və Telemexanika” Zavodunda (Hal-hazırda “xxxx”xxxx” QSC “xxxx” X5 MMC “Telemexanika” Zavodu) “Mexaniki yığma sexi”nə “yığıcı” peşəsinə işə qəbul edilmişdir (Əmr № ***). ##.##.1988-ci il tarixdə həmin sexə 2-ci dərəcəli “yığıcı” peşəsinə keçirilmişdir (ƏMR № **). ##.##.1992-ci ii tarixdə “yığma sexi”nin “T-301 sanəsi nə 3-cü dərəcəli yığıcı peşəsinə keçirilmiş (Əmr № ***) və həmin tarixdən ##.##.2004-cü il tarixə kimi həmin sexdə işini davam etdirməklə əmək fəaliyyətində olmuşdur. ##.##.2004-cü il tarixdə əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir (Əmr № **). Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1994-cü il tarixli, ** nömrəli Qərarı ilə Əli- Bayramlı “Telemexanika” İstehsalat Birliyi Azərbaycan Respublikası “Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibinə daxil edilən birlik və müəssisələrin Siyahıs”na daxil edildiyi tarixdən (##.##.1994-cü il) etibarən bu müəssisədə çalışan işçilərin güzəştli pensiya hüququ partlayıcı maddələr və döyüş sursatı istehsalatı sahəsinə aid edilən kriteriyalarla müəyyən edilir. Bu səbəbdən X3 ##.##.1986- ##.##.2004-cü illər arasındakı əmək fəaliyyəti dövrünün ##.##.1994-##.##.2004-cü illər arasında topladığı iş stajı güzəştli əmək stajıdır. Belə ki, X3 işlədiyi Əli-Bayramlı şəhər “Sənaye Avtomatikası və Telemexanika” Zavodunun “Mexaniki yığma sexi”ndə və “yığma sexi”nin “T-301 sahəsi”ndə “yığıcı” peşəsi ağır əmək şəraiti olaraq “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən ##.##.2006-cı il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli, *** saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusi ilə zərərli və xüsusi ilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin №* siyahısı”nın IX bölməsinin - yəni ki, partlayıcı, tez partlayan maddələr, barıt və döyüş sursatının istehsalı bölməsinin 7-ci bəndinə əsasən “Tərkibində 2-3 bəndlərdə göstərilmiş məhlullar olan hər nov döyüş sursatlarının, döyüş hissələrinin, bərk yanacaqla işləyən raket mühərriklərinin, yüngül istilik və mexaniki təsir nəticəsində tez alışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri” (10907000) kodu ilə qeyd edilmiş tam iş günü ərzində yeni partlayıcı maddələrin işlədilməsi zamanı təmirdə və texnoloji prossesdə, həmçinin hər növ partlayıcı maddələrin istehsalında məşğul olan fəhlələr göstəricisi ilə eynilik təşkil etməklə onun topladığı güzəştli əmək pensiyası hüququ verən əmək stajı 9 il 9 ay 20 gün təşkil edir. Eyni zamanda əlavə olaraq qeyd edilir ki, X3 ##.##.1994-##.##.2004-cü il tarixə kimi işlədiyi peşələr, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın IX bölməsi üzrə partlayıcı, tezpartlayan maddələr, barıt və döyüş sursatının istehsalı, habelə 7-ci bəndinə əsasən müəyyən edilmiş partlayıcı maddələr, döyüş sursatı və s. istehsalı ilə məşğul olan bütün fəhlələr (peşə adından asılı olmayaraq), mütəxəssislər və rəhbərlər üçün güzəştli şərtlərlə pensiya hüququ yaratdığına görə, onun topladığı güzəştli əmək pensiyası hüququ verən əmək stajı 9 il 9 ay 20 gün təşkil edir. Beləliklə, X3 Əli-Bayramlı şəhər “Sənaye Avtomatikası və Telemexanika” Zavoduna “Mexaniki yığma sexi”ndə və yığma sexi”nin “T-301 sahəsi”ndə ##.##.1986-cı il tarixdən ##.##.2004-cü il tarixədək işləməklə ümumi iş stajı 17 il 04 ay 22 gün və həmin əmək stajının ##.##.1994-cü il tarixdən ##.##.2004-cü il tarixədək işlədiyi zərərli və ağır iş stajı 9 il 9 ay 20 gün təşkil edir. X3 işlədiyi peşələrin güzəştli pensiya hüququna malik olan xüsusiyyətləri - yüksək səviyyədə partlayış təhlükəli obyektdə əmək fəaliyyəti göstərməkdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi * saylı X13 aparıcı mütəxəssisi və X2 filialının direktoru iştirakları ilə tərtib edilmiş ##.##.2024-ci il tarixli aktda qeyd edilmişdir ki, X3 ##.##.1994-##.##.2004-ci il illərə daxil olan əmək stajı yerində yoxlanılmış, müəyyən edilmişdir ki, Şirvan filialında mühafizə olunan Telemexanika zavodunun sənədlərinə baxış zamanı Bibiquliyeva (Qarayeva) Dinarə İzzət qızının 1994- 1999-cu illərə aid iş stajı araşdırılmış və 1995-ci ildə iyul və sentyabr aylarında əmək haqqı hesablanmasına rast gəlinmiş, 1996-cı ildə əmək haqqı cədvəllərində adı yazılsa da əmək haqqı hesablanmamışdır. Qalan illərdə vətəndaşın adına rast gəlinməmişdir. 2000-2004-cü illərə aid əmək haqqı sənədləri arxivə təhvil verilməmişdir. Sənədlərdə vətəndaşın soyadı Qarayeva kimi qeyd edilmişdir. -“xxxx”xxxx” QSC “xxxx” X5 Telemexanika İdarəetmə şöbəsinin ##.##.2025-ci il tarixli, */*/**/*** nömrəli məktubunda qeyd edilmişdir ki, X3 həqiqətən də ##.##.1986-cı il tarixdən (Əmr № ***) ##.##.1988-ci il tarixə (Əmr № **) kimi Əli Bayramlı şəhər “Sənaye Avtomatika və Telemexanika” zavodunda (hal-hazırda “xxxx”xxxx” QSC-nin “xxxx” X5 Telemexanika İdarəetmə şöbəsi) Mexaniki yığma sexində yığıcı peşəsində, həmin zavodda ##.##.1988-ci il tarixdən (Əmr № **) ##.##.1992-ci il tarixə (Əmr № ***) kimi Mexaniki yığma sexində 2-ci dərəcəli yığıcı peşəsində, ##.##.1992-ci il tarixdən (Əmr № ***) ##.##.2004-cü il tarixə (Əmr № **) kimi T-301 sahəsində 3-cü dərəcəli yığıcı peşəsində işləmiş və ##.##.2004-cü il tarixdə əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir (Əmr № **). X3 ##.##.1986-##.##.2004-cü illər üzrə Mexaniki yığma sexində və T-301 sahəsində işlədiyi yığıcı peşəsi üzrə gördüyü işlər - Yüksək səviyyədə partlayış təhlükəli obyektlərdə, yəni hər növ döyüş sursatlarının, döyüş hissələrinin və pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmirini həyata keçirilməsindən ibarət olmuşdur. “xxxx”xxxx” QSC-nin “xxxx” EİM-nin Telemexanika İdarəetmə şöbəsində çalışan işçilər (rəhbərlər, mütəxəssislər və fəhlələr) yüksək səviyyədə partlayış təhlükəli obyektlərdə çalışdıqlarına görə onların əməkhaqqısına müxtəlif faizlər əsasında əlavələr və məzuniyyət günlərinə isə təqvimlər əlavə edilir. X3 işlədiyi peşə zərərli və ağır iş stajı olduğundan aylıq əməkhaqqısına və məzuniyyət gününə isə təqvim günü əlavə edilir. Həmin peşə AR Nazirlər Kabinetinin *** saylı ##.##.1993-cü il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin * №-li Siyahısı”-nın IX. Partlayıcı, tez partlayan maddələr, barıt və döyüş sursatının istehsalı Bölməsinin 7-ci bəndinə əsasən “Tərkibində 2-3 bəndlərində göstərilmiş məhlullar olan hər növ döyüş sursatlarının, döyüş hissələrinin, bərk yanacaqla işləyən raket mühərriklərinin, yüngül istilik və mexaniki təsir nəticəsində tez alışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri (10907000)” kodu ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1994-cü il tarixli, ** nömrəli Qərarı ilə Əli-Bayramlı “Telemexanika” İstehsalat Birliyi Azərbaycan Respublikası “Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibinə daxil edilən birlik və müəssisələrin Siyahısı”na daxil edildiyi tarixdən (##.##.1994-cü il) etibarən bu müəssisədə çalışan işçilərin vəzifəsindən və peşəsindən asılı olmayaraq güzəştli pensiya hüququ partlayıcı maddələr və döyüş sursatı istehsalatı sahəsinə aid edilən kriteriyalarla müəyyən edilir. Bu səbəbdən də hesab edirik ki, X3 yuxarıda qeyd edilən peşə və vəzifəsi zərərli və ağır iş stajı olduğundan AR Nazirlər Kabinetinin *** saylı ##.##.1993-cü il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin * №-li Siyahısı”-nın IX. Partlayıcı, tez partlayan maddələr, barıt və döyüş sursatının istehsalı Bölməsinin 7-ci bəndinə əsasən “Tərkibində 2-3 bəndlərində göstərilmiş məhlullar olan hər növ döyüş sursatlarının, döyüş hissələrinin, bərk yanacaqla işləyən raket mühərriklərinin, yüngül istilik və mexaniki təsir nəticəsində tez alışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri (10907000)” kodu uyğun gəldiyinə görə ona güzəştli iş stajı üzrə pensiya hüququ verir. -“xxxx”xxxx” QSC “xxxx” X5 Telemexanika İdarəetmə şöbəsinin ##.##.2025-ci il tarixli, */*/**/*** nömrəli məktubunda qeyd edilmişdir ki, sabiq işçi Bibiquliyeva (Qarayevə) Dinarə İzzət qızı baradə aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, müəssisədə işləyidi illər ərzində 1995-ci ildə *** №-li əmrlə ##.##.1995-##.##.1995-ci il tarixədək (1993-1994-cü illər üzrə), *** №-li əmrlə ##.##.1995-##.##.1995-cü il tarixədək (1994-1995-ci illər üzrə) əmək məzuniyyətinə buraxılmışdır. ##.##.1999-cü il tarixli ** №li əmrə əsasən yığma sexinin yığıcısı Bibiquliyeva (Qarayeva) Dinarə İzzət qızı ##.##.1999-cü il tarixdən ##.##.1999-cu il tarixdək ödənişsiz məzuniyyətə buraxılmışdır. Uzun müddət heç bir üzürlü səbəb olmadan işə gəlmədiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən (rəhbərliyin təşəbbüsü) ##.##.2004-cü il tarixli ** №-li əmrlə işdən azad edilmişdir. Sabiq işçi Bibiquliyeva (Qarayeva) Dinarə İzzət qızının müəssisədə işləyidi ümumi əmək stajı 17 il 4 ay 24 gün təşkil edir. ##.##.1994-cü il tarixdən ##.##.2004-cü il tarixədək müəssisənin arxivində sabiq işçi Bibiquliyeva (Qarayeva) Dinarə İzzət qızının əmək haqqı cədvəlləri aşkar edilməmişdir. -iddiaçının işlədiyi müəssisədə tərtib edilmiş və işin 10-cu səhifəsində olan “şəxsi karta”dan (Liçnaya kartoçka) görünür ki, onun yalnız 1986-1995-ci illər üzrə məzuniyyət hüququndan istifadə barədə məlumatları qeyd edilmiş, digər illərlə bağlı məlumat yoxdur. Məhkəmə kollegiyasının müvafiq sorğularına cavab olaraq: -Dövlət arxivin Şirvan filialının ##.##.2025-ci il tarixli məktubunda bildirilir ki, arxivdə X3 adına heç bir əmr aşkarlanmamışdır. 1995-ci ilin iyul və sentyabr aylarında adına əməkhaqqı hesablanmış, 1996-cı il üzrə adı yazılsa da əməkhaqqı hesablanmamış, 1986-1994, 1997-1999-cu illərdə adı aşkar edilməmişdir. Telemexanika zavodunun 2000-2004-cü illərə dair sənədləri arxivə təhvil verilməmişdir. -“xxxx”xxxx” QSC “xxxx” X5 “Telemexanika” zavodunun ##.##.2026-cı il tarixli məktubunda bildirilir ki, Bibiquliyeva (Qarayeva) Dinarə İzzət qızı ##.##.1999-cu il tarixdən ##.##.1999-cu il tarixədək ödənişsiz məzuniyyətdə olmuş, ##.##.1999-cu il tarixdən sonrakı dövrlər üçün işə davamiyyət tabelləri və əmək haqqı cədvəlləri aşkar edilməmişdir. -“xxxx”xxxx” QSC “xxxx” X5 “Telemexanika” zavodunun ##.##.2026-cı il tarixli məktubunda bildirilir ki, Bibiquliyeva (Qarayeva) Dinarə İzzət qızı ödənişsiz məzuniyyətdə olduqdan sonra uzun müddət üzrlü səbəb olmadan işə gəlmədiyinə görə ** saylı, ##.##.2004-cü il tarixli əmrlə işdən azad edilmişdir. Həmin vaxtlar işçilərin uzun müddət kütləvi surətdə işə gəlməmələri halları baş vermiş və bu səbəbdən də eyni əmrlə Bibiquliyeva (Qarayeva) Dinarə İzzət qızı da daxil olmaqla, 11 nəfər işdən azad edilmişdir. Bibiquliyeva (Qarayeva) Dinarə İzzət qızının ödənişsiz məzuniyyətdən sonra işdən azad edilənədək zavodda fəaliyyət göstərməsi barədə məlumat yoxdur. -“xxxx”xxxx” QSC “xxxx” X5 “Telemexanika” zavodunun ##.##.2026-cı il tarixli məktubunda bildirilir ki, Bibiquliyeva (Qarayeva) Dinarə İzzət qızının işlədiyi yığma sexinin 2000-2001-ci illərə dair əmək haqqı cədvəllərində adı yoxdur. 2002, 2003 və 2004-cü illər üzrə yığma sexinə dair cədvəllər mövcud deyil. Şərh olunan və məhkəmə kollegiyası tərəfindən araşdırılmış sübutlarla müəyyən edilir ki, iddiaçıya məxsus əmək kitabçasında 1986-2004-cü illərə dair əmək fəaliyyəti qeyd edilsə də, onun qeyd edilmiş bütün dövrlər üzrə əməkhaqqı alması təsdiq edilmir. Belə ki, iddiaçının 1986-1994-cü və 1995-ci ilin bir neçə ayı üzrə əməkhaqqı alması birbaşa və dolayısı (məzuniyyət hüququndan istifadə etməsi əsası ilə) ilə təsdiq edilir ki, həmin dövr cavabdeh tərəfindən mübahisələndirilmir. Arxiv sənədlərinə əsasən 1996-cı il üzrə adına əməkhaqqı hesablanmamış, 1997-1999-cu illər üzrə işlədiyi müəssisənin arxiv sənədlərində adı aşkar edilməmiş, həmçinin müəssisənin özündə saxlanılan 2000- 2001-ci illərə dair əməkhaqqı ödənişi sənədlərində digər işçilərə əməkhaqqı hesablansa da, iddiaçının adı həmin sənədlərdə qeyd edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının adının müəssisə tərəfindən arxivə təhvil verilmiş, eyni zamanda müəssisədə saxlanılan sənədlərdə aşkar edilməyən dövrlərin, habelə 2002-2004-cü illərə dair sənədlərin mövcud olmaması səbəbindən həmin dövrlər onun xeyrinə şərh edilməklə sığorta stajı kimi nəzərə alınacağı təqdirdə belə, cəmi 15 il sığorta stajı yaranmır. Həmçinin qeyd olunur ki, iddiaçı məhkəmə iclasında əmək kitabçasında qeyd olunan dövrlərdə işlədiyini və əməkhaqqı aldığını bildirsə də, hansı məbləğdə əməkhaqqı aldığını və müvafiq dövrlərdə işlədiyi sexdə təqribən neçə nəfər işçinin olduğunu xatırlamaması, habelə “şəxsi karta”da (Liçnaya kartoçka) yalnız 1986-1995-ci illər üzrə məzuniyyət hüququndan istifadə barədə məlumatların yer alması, digər illərlə bağlı qeydlərin olmaması iddiaçının 1996-2004-cü illər aralığında əmək fəaliyyətinin olması barədə əmək kitabçasında olan qeydlərin mötəbər olmadığını deməyə əsas verir. İddiaçının çalışdığı peşə Nazirlər Kabinetinin *** saylı ##.##.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin * №-li Siyahısı”-na (IX. Partlayıcı, tez partlayan maddələr, barıt və döyüş sursatının istehsalı Bölməsinin 7-ci bəndinə əsasən “Tərkibində 2-3 bəndlərində göstərilmiş məhlullar olan hər növ döyüş sursatlarının, döyüş hissələrinin, bərk yanacaqla işləyən raket mühərriklərinin, yüngül istilik və mexaniki təsir nəticəsində tez alışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri (10907000)) əsasən güzəştli iş stajı hesab edilsə də, ümumilikdə 15 il sığorta stajının mövcud olmaması güzəştli pensiya hüququna qiymət verilməsi zərurətini aradan qaldırır. Birinci instansiya məhkəməsi iddianın təmini əsası kimi iddiaçıya məxsus əmək kitabçasında olan qeydlərin mötəbərliyinə istinad etmiş, lakin həmin sənəddə qeyd edilmiş dövrün bir hissəsinin əməkhaqqı ödənişi olmaması baxımından sosial sığorta stajına daxil edilməsi imkanlarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən arxiv məlumatları natamam əldə edilmiş, iddiaçıya 1999cu ildən sonrakı dövrdə əməkhaqqı ödənişinin olmamasının səbəbləri araşdırılmamışdır. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 81-82-ci, 87-ci, 89cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.