Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-74/2023 04.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər İsmayılov Orxan Nadir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 iştirakı ilə. İddiaçı cavabdeh Cəbrayıl Rayon Qeydiyyat Şöbəsinə qarşı «doğum haqqında akt qeydində dəyişiklik ediməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2-1(120)1603/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Cəbrayıl rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayon qeydiyyat şöbəsinin doğum aktlarının qeydiyyatı kitabında düzəliş edilərək, cavabdeh Cəbrayıl rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 87 saylı imtinanın əsassız hesab edilərək, xx.xx.1959-cu il təvəllüdlü anası X4 ilə xx.xx.1963-cü il təvəllüdlü atası X3 arasında Cəbrayıl rayon qeydiyyat şöbəsində bağlanmış xx.xx.1986-cı il tarixli, 14 saylı birgə nikahlarından xx.xx.1998-ci il tarixdə o, doğulduqdan sonra Cəbrayıl rayon qeydiyyat şöbəsi tərəfindən onun adına qeydə alınmış xx.xx.1998-ci il tarixli, 108 saylı doğum haqqında akt qeydləri kitabında AZ-İ N2 075623 nömrəli Doğum haqqında Şəhadətnamədə qeyd edilmiş qaydada adının qrafasında adının Abbas kimi yazılmasına dair qeyd aparılmaqla düzəliş edilməsi öhdəliyinin cavabdeh Cəbrayıl rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2-1(120)-1603/2023 saylı qərarı ilə (hakim F.N.Abbasov) İddiaçı cavabdeh Cəbrayıl rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydində dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, cavabdeh Cəbrayıl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 87 saylı imtinanın əsassız hesab edilərək, xx.xx.1998-ci il təvəllüdlü İddiaçı doğumu haqqında tərtib edilmiş xx.xx.1998-ci il tarixli, 108 saylı doğum akt qeydində adımın “Turan”dan “Abbas”a dəyişdirilməsi (düzəliş edilməsi) və həmin dəyişikliyə uyğun doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Cəbrayıl rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq apellyasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və cavabdeh Cəbrayıl rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətindən imtinasını iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddiaçı apellyasiya şikayətindən imtina etdiyindən iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şirvan İnzibati Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2-1(120)1603/2022 nömrəli qərarından İddiaçı verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-74/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-74/2023
04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver