Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-74/2024 27.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, iddiaçının nümayəndəsi İddiaçı2, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “4427,78 manat pensiya məbləğinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının hesabına ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2-1(120)-1026/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “4427,78 manat pensiya məbləğinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının hesabına ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, vətəndaş Cavabdeh xx.xx.2006-cı il tarixindən İdarə (hazırda Mərkəzi Filial) tərəfindən əmək pensiyası təyin edilərək 01 yanvar 2006-cı il tarixindən hesablanıb ödənilmişdir. Azərbaycan Respublikası Hesablama Palatasının İdarədə (hazırda Mərkəzi Filial) apardığı son audit yoxlamasının nəticəsində vətəndaşa eyni zamanda Dövlət Sosial Müdafiə fondunun Lənkəran rayon şöbəsi tərəfindən ümumilikdə 4708,50 (dörd min yeddi yüz səkkiz) manat məbləğində artıq müavinət ödənilməsi aşkar edilmiş və həmin məbləğin geri alınması İdarəyə (Mərkəzi Filiala)tapşırılmışdır. Artıq ödənilmiş vəsaitin 280,72 (iki yüz səksən) manat hissəsi cavabdehin əmək pensiyasından tutulmuş, qalan 4427,78 (dörd min dörd yüz iyirmi yeddi) hissəsinin isə tutulması mümkün olmamışdır. Məlumat üçün bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1 -ci maddəsinə əsasən - “Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər”. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7- ci maddəsinə əsasən müavinət pensiya hüququ almadıqda təyin edilir. Tərəfimizdən, vətəndaş Cavabdeh yaranmış 4427,78 manat borcu, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin hesabına ödənilməsi barədə şifahi olaraq müraciət edilmiş, daha sonra isə xx.xx.2019-cu il tarixdə tərəfimizdən məktub göndərilərək, xəbərdarlıq edilmiş, əks halda qanuna müvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məlumat üçün bildiririk ki, tərəfimizdən dəfələrlə müraciət edilməsinə baxmayaraq, artıq ödənilmiş dövlət vəsaitinin qaytarılması cavabdeh tərəfindən həyata keçirilməmiş və nəticədə 4427,78 manat İdarənin (Mərkəzi Filialın) hesabına ödənilməmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən - “artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur”. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən - “əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qanuni əsas və ya müqavilə əsas olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir”. Qeyd olunanları nəzərə alaraq, həmin artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrəMərkəzi Filiala tapşırılmışdır. Həmin artıq ödənilmiş 4427,78 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə onun əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş edilmiş və əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, artıq ödənilmiş 4427,78 manat pensiya məbləğinin cavabdehdən tutularaqAzərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, 18 aprel 2008-ci iltarixindən İdarə tərəfindən mənə əmək pensiyası təyin edilərək xx.xx.2006-cı il tarixindən ödənilmişdir.Azərbaycan Respublikası Hesablama Palatasının İdarədə apardığı son audit yoxlamasının nəticəsinə əsasən mənə eyni zamanda Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsi tərəfindən ümumilikdə 4708,50(dörd min yeddi yüx səkkiz) manatməbləğində artıq müavinət ödənilməsi aşkar edilmiş və həmin məbləğin geri alınması ldarəyə(Mərkəzi Filiala) tapşırılmışdır.Artıq ödənilmiş vəsaitin 280,72(iki yüz səksən) manat hissəsi mənim əmək pensiyamdan tutulmuş, qalan 4427,78(dörd min dörd yüz iyirmi yeddi) manat hissəsinin isə tutulması mümkün olmamışdır. İddianın verilməsi əsası kimi Əmək pensiyaları haqqında Qanunun 39.1-ci maddəsi göstərilmişdir. Aşağıdakı əsaslara görə hesab edirəm ki, iddia əsassız olduğuna görə rədd olunmalı və iş üzrə icraata xitam verilməlidir. Məlumat üçün bildirmək istəyirəm ki, iddiaçı iddia ərizəsini düzgün tərtib etməyərək, hazırkı iddia ilə bağlı hüququnun olmadığı və iddianın ümumiyyətlə Mərkəzi Filiala heç bir aidiyyətinin olmadığı halda Məhkəməyə müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun XüsusiŞərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əmək pensiyası təyin edən orqandır.Lakin mübahisənin predmeti isə sosial müavinətlə bağlıdır.Odur ki, iddiaçının sosial müavinətin mübahisələndirmə hüququ yoxdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnamənin 2.1 bəndinə əsasən Filialın fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.1.1 Qanunun 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərə əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən digər növünə keçirilməsi, və ödənilməsi; 2.1.2 məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların fərdi uçotunun həyata keçirilməsi, onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsi. 2.1.2 məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların fərdi uçotunun həyata keçirilməsi, onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsi. Əsasnamənin 3.1.11 -ci bəndində göstərilir ki, fəaliyyət istiqamətlərinə aid məhkəmələrdə qaldırılmış iddialar üzrə təmsilçiliyin həyata keçirilməsini təmin etmək Filialın vəzifəsidir. İddia ərizəsində göstərilir ki, Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsi tərəfindən mənə 4708,50 manat məbləğində artıq müavinət ödənilməsi aşkar edilmişdir.Belə olan halda iddiaçı kimi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia qaldırmağa hüququ yoxdur.Çünki Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı sosial müavinət təyin edən orqan deyildir və həmin orqanın sosial müavinətlərlə bağlı tələbirəli sürməsinin heç bir hüquqi əsası yoxdur. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əmək pensiyaları təyin edən orqandır.Mərkəzi filial tərəfindən yuxarıda qeyd olunduğu kimi mənə əmək pensiyası təyin olunaraq ödənilmiş və hal hazırda da ödənilir.Filial tərəfindən mübahisələndirilən sosial müavinətin mənim aldığım əmək pensiyasıilə heç bir bağlılığı yoxdur və bunun bu formada mübahisələndirilməsi qanunun tələblərinəzidd olmaqla əsassızdır. Mərkəzi filial tərəfindən heç bir əsas olmadan 2019-cu ilin fevral və mart ayında əmək pensiyamdan əsassız tutulma aparılmış və yalnız xx.xx.2019-cu il tarixli şikayət ərizəm nəticəsində əsassız tutulma 2019-cu ilin aprel ayından etibarən dayandırılmışdır. İddiaçı iddiasını eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsi ilə əsaslandıraraq əsassız varlanmaya da istinad edir.Bununla bağlı qeyd edirəm ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdanən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür.xx.xx.2018-ci il tarixdə sosial müavinət dayandırılmış və DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının bununla bağlı rəsmi məlumatı olmuşdur. İddiaçı iddia ərizəsində qeyd edir ki, Azərbaycan Respublikasının Hesablama X3 apardığı son audit yoxlamasının nəticəsinə əsasən artıq müavinət ödənilməsi aşkar olunmuş və həmin məbləğin geri alınması Mərkəzi Filiala tapşırılmışdır.Lakin iş materiallarına audit yoxlama Aktının və yaxud qərarının surəti əlavə edilməmişdir.Bu hal da hazırkı iddianın əsassız olması anlamına gəlir. Sosialmüavinətlər haqqında Azərbaycan Respublikasının qanunu sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Sərəncamının 1.11 -ci bəndinə əsasən, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi nəzərdə tutulmuş, Prezident təqaüdünün ödənilməsinə xx.xx.2019- cu il tarixdən başlanılmış və həmin tarixdən müharibə veteranlarına müavinətlərin ödənilməsi dayandırılmışdır.Başqa sözlə, xx.xx.2019-cuil tarixdən müharibə veteranlarına ödənilən müavinət Azərbaycan Respublikası Prezidentinin təqaüdü ilə əvəz edilmişdir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklikedilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 640 nömrəli fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2013-cü il tarixli, 973 nömrəli Fərmanın, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Odur ki, iddia ərizəsində göstərilən və ödənilməsi tələb olunan sosial müavinət növü ləğv olunaraq Azərbaycan Respublikasının Prezidentinin təqaüdü ilə əvəz olunmuşdur.Məhz bu səbəbdən də iddiada tələb olunan məbləğin geri qaytarılmasının heç bir hüquqi əsası yoxdur və onun hətta istənilən orqan tərəfindən tələb olunması əsassızdır. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya qanununun 87.1 -ci maddəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya qanununun 89.1-ci maddəsinə əsasən Normativ hüquqi akt (onun struktur elementi) aşağıdakı hallarda öz qüvvəsini itirir:-89.1.2 normativ hüquqi akt (onun struktur elementi) Azərbaycan Respublikasının Konstitusiyası, bu Konstitusiya Qanunu və digər qanunvericilik aktları ilə nəzərdə tutulan hallarda ləğv edildikdə; Mübahisələndirilən müavinətlə bağlı qeyd etmək istəyirəm ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci Bu Qanunun 11ci maddəsində göstərilən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur.Tərəfimdən bununla bağlı 20 aprel 2008-ci il tarixində Lənkəran rayonƏhalinin Sosial Müdafiəsi Mərkəzinə məlumat verilmişdir.Lənkəran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən bildirmişlər ki, müavinətin dayandırılması üçün Hərbi Qulluqçular Departamenti tərəfindən Lənkəran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə məktub göndərilməlidir. Bundan sonra müavinətin dayandırılmasına baxıla bilər. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş iddia əsassız olduğu üçün rədd edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2-1(120)-682/2023 saylı qərarı (hakim Hilal Nəcəfov) ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmış ki, Müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Birinci instansiya məhkəməsi cavabdehdən artıq ödənilmiş pul vəsaitinin tələb edilməsini qanunsuz əlverişli inzibati aktın ləğv edilməsi kimi qiymətləndirmiş və cavabdeh sözügedən vəsaitin onun hər hansı bir müdaxiləsi olmadan ödəndiyini əsas gətirərək iddia tələbini təmin etməmişdir. Bildiririk ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsini Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş ‘Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.7-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Plenum Qərarının əsaslandırma hissəsində qeyd etdiyi, “burada nəzərə alınmalıdır ki, Konstitusiyanın 94- cü maddəsi ilə dövlətin sosial sahə ilə bağlı vəzifələrinin əsaslarının, ümumi qaydaların müəyyən edilməsi qanunvericinin müstəsna səlahiyyətlərinə aid edilmişdir. Belə ümumi qaydalar isə müxtəlif xarakterli münasibətlərin onların spesifik xüsusiyyətlərindən asılı olaraq müvafiq sahəvi hüquq normaları ilə fərqli (özünə xas olan) məzmunda tənzimlənməsini istisna etmir” hüquqi ifadəsinin şərhindən istiqamətlənərək qanunvericinin sosial sahədə tətbiq edilən xüsusi hüquq münasibətləri zamanı sahəvi qanunların üstünlüyünü tanıması icraatınızda olan iş üzrə məhkəməyə yekun qərar qəbul edilməsi zamanı istiqamətləndirici ola bilər. Diqqətinizə çatdırmaq istərdik ki, Cavabdeh ödənilmiş artıq sosial müavinətin maddi hissəsi yuxarıda da qeyd edilən kimi “Sosial Müavinətlər” haqqında qanuna görə birbaşa tənzimlənir və geri qaytarılması zərurətdir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2-1(120)-682/2023 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçının nümayəndəsi İddiaçı2 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2- 1(120)-682/2023 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 12. insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 71. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Maddə 149. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması. Maddə 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Maddə 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. “İnzibati icraat haqqında” Qanun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi iləbağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və yaləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmişinzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iddiaçı “4427,78 manat pensiya məbləğinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının hesabına ödənilməsini” xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, müavinətin təyin edilməsi barədə qərar qanunsuz hesab edilsə belə, həmin qərarın qeyd olunan halda qanunsuz və əlverişli xarakterə malik olması iddiaçı tərəfindən hazırkı iddianın verilməsinə və həmin iddianın təmin edilməsinə əsas vermir. Belə ki, şəxsin etimad hüququ qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir halmövcud deyil. İnzibati orqanın ehtimal olunan səhv hesablaması və ya pensiyanı səhv təyin etməsi etimad hüququ qorunduğu müddətdə cavabdehdən pul məbləğinin geri tələb edilməsiniistisna edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İlk öncə hazırki iddia tələbinə münasibətdə qeyd edilməlidir ki, hazıki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirlməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinintabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə X4 Anar Sənan oğluna ünvanladığı xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Cavabdeh xx.xx.2008-ci il tarixdən İdarə tərəfindən əmək pensiyası təyin edilərək 1 yanvar 2006-cı il tarixdən hesablanaraq ödənilmişdir. Azərbaycan Respublikası Hesablama Palatasının İdarədə apardığı son audit yoxlamasının nəticəsində ona eyni zamanda Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsi tərəfindən ümumilikdə 4708,50 manat məbləğində artıq artıq müavinət ödənilməsi aşkar edilmiş və həmin məbləğin geri alınması İdarəyə tapşırılmışdır. Artıq ödənilmiş vəsaitə görə əmək pensiyasından cari ilin mart ayında aparılmış tutulma aprel ayından etibarən dayandırılmışdır. Ona artıq ödənilmiş vəsaitin qaytarılması ilə əlaqədar olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələblərinə uyğun qaydada yazılı razılığına qısa müddət ərzində İdarəyə təqdim edilməsini, əks halda həmin maddəyə uyğun olaraq əmək pensiyasından tutulmanın aparılması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı mənə qarşı 4427,78 manat artıq ödənilmiş müavinətin geri qaytarılması iddiası ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən mənə heç bir müavinət təyin edilməmişdir və onun tələb olunması da Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın səlahiyyətlərinə aid deyildir.Qanunvericiliyin tələblərinə əsasən verilən iddianın heç bir hüquqi əsası olmamaqla, iddia müddəti də ötürülmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1 maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. İddiaçı iddiasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-ci maddəsi ilə əsaslandıraraq əsassız varlanmaya görə pulun geri qaytarılmasını tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür.Mülki Məcəllənin 377.1-ci maddəsində göstərilir ki, iddia müddətininaxımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Ödənilmiş müavinət xx.xx.2018ci il tarixində DSMF-nun Lənkəran şəhər şöbəsi tərəfindən dayandırılmışdır. Mülki məcəllənin 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli və s. Qərarlar). Həmin qərarlarda iddia müddətinin əhəmiyyətinin aşağıdakılardan ibarət olması göstərilmişdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxtötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məlumat üçün bildirirəm ki, mənə 18 aprel 2008-cı il tarixindən əmək pensiyası təyin edilərək 01 yanvar 2006-cı il tarixindən hesablanaraq ödənilmişdir. xx.xx.2005-ci il tarixdən Lənkəran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən müharibə veteranlığına görə ödənilən müavinətin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına heç bir aidiyyatiyoxdur və Filial tərəfindən bu müavinətin məndən tələb olunması tam qanunsuzdur və heç bir hüquqi əsası yoxdur. Odur ki, yuxarıda göstərilənlərə əsasən iddia müddətinin də keçməsi ilə əlaqədar məhkəmənin iddiadan imtina barəsində qərar çıxarmasını xahiş etmişdir. İş materiallarında olan Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli etirazından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ona qarşı ödənilmiş pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibatiMəhkəməsinə müraciət etmişdir. İddia ərizəsində qeyd olunmuşdur ki, 18 aprel 2008-ci iltarixindən İdarə tərəfindən mənə əmək pensiyası təyin edilərək xx.xx.2006-cı il tarixindən ödənilmişdir.Azərbaycan Respublikası Hesablama Palatasının İdarədə apardığı son audit yoxlamasının nəticəsinə əsasən mənə eyni zamanda Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsi tərəfindən ümumilikdə 4708,50(dörd min yeddi yüx səkkiz) manatməbləğində artıq müavinət ödənilməsi aşkar edilmiş və həmin məbləğin geri alınması ldarəyə(Mərkəzi Filiala) tapşırılmışdır.Artıq ödənilmiş vəsaitin 280,72(iki yüz səksən) manat hissəsi mənim əmək pensiyamdan tutulmuş, qalan 4427,78(dörd min dörd yüz iyirmi yeddi) manat hissəsinin isə tutulması mümkün olmamışdır.lddianm verilməsi əsası kimi Əmək pensiyaları haqqında qanunun 39.1-ci maddəsi göstərilmişdir. Aşağıdakı əsaslara görə hesab edirəm ki, iddia əsassız olduğuna görə rədd olunmalı və iş üzrə icraata xitam verilməlidir. Məlumat üçün bildirmək istəyirəm ki, iddiaçı iddia ərizəsini düzgün tərtib etməyərək, hazırkı iddia ilə bağlı hüququnun olmadığı və iddianın ümumiyyətlə Mərkəzi Filiala heç bir aidiyyətinin olmadığı halda Məhkəməyə müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun XüsusiŞərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əmək pensiyası təyin edən orqandır.Lakin mübahisənin predmeti isə sosial müavinətlə bağlıdır.Odur ki, iddiaçının sosial müavinətin mübahisələndirmə hüququ yoxdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnamənin 2.1 bəndinə əsasən Filialın fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.1.1 Qanunun 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərə əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən digər növünə keçirilməsi, və ödənilməsi; 2.1.2 məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların fərdi uçotunun həyata keçirilməsi, onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsi. 2.1.2 məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların fərdi uçotunun həyata keçirilməsi, onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsi. Əsasnamənin 3.1.11 -ci bəndində göstərilir ki, fəaliyyət istiqamətlərinə aid məhkəmələrdə qaldırılmış iddialar üzrə təmsilçiliyin həyata keçirilməsini təmin etmək Filialın vəzifəsidir. İddia ərizəsində göstərilir ki, Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsi tərəfindən mənə 4708,50 manat məbləğində artıq müavinət ödənilməsi aşkar edilmişdir.Belə olan halda iddiaçı kimi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia qaldırmağa hüququ yoxdur.Çünki Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı sosial müavinət təyin edən orqan deyildir və həmin orqanın sosial müavinətlərlə bağlı tələbirəli sürməsinin heç bir hüquqi əsası yoxdur. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əmək pensiyaları təyin edən orqandır.Mərkəzi filial tərəfindən yuxarıda qeyd olunduğu kimi mənə əmək pensiyası təyin olunaraq ödənilmiş və hal hazırda da ödənilir.Filial tərəfindən mübahisələndirilən sosial müavinətin mənim aldığım əmək pensiyasıilə heç bir bağlılığı yoxdur və bunun bu formada mübahisələndirilməsi qanunun tələblərinəzidd olmaqla əsassızdır. Mərkəzi filial tərəfindən heç bir əsas olmadan 2019-cu ilin fevral və mart ayında əmək pensiyamdan əsassız tutulma aparılmış və yalnız xx.xx.2019-cu il tarixli şikayət ərizəm nəticəsində əsassız tutulma 2019-cu ilin aprel ayından etibarən dayandırılmışdır. İddiaçı iddiasını eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsi ilə əsaslandıraraq əsassız varlanmaya da istinad edir.Bununla bağlı qeyd edirəm ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdanən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür.xx.xx.2018-ci il tarixdə sosial müavinət dayandırılmış və DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının bununla bağlı rəsmi məlumatı olmuşdur. İddiaçı iddia ərizəsində qeyd edir ki, Azərbaycan Respublikasının Hesablama X3 apardığı son audit yoxlamasının nəticəsinə əsasən artıq müavinət ödənilməsi aşkar olunmuş və həmin məbləğin geri alınması Mərkəzi Filiala tapşırılmışdır.Lakin iş materiallarına audit yoxlama Aktının və yaxud qərarının surəti əlavə edilməmişdir.Bu hal da hazırkı iddianın əsassız olması anlamına gəlir. Sosialmüavinətlər haqqında Azərbaycan Respublikasının qanunu sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Sərəncamının 1.11 -ci bəndinə əsasən, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi nəzərdə tutulmuş, Prezident təqaüdünün ödənilməsinə xx.xx.2019-cu il tarixdən başlanılmış və həmin tarixdən müharibə veteranlarına müavinətlərin ödənilməsi dayandırılmışdır.Başqa sözlə, xx.xx.2019-cuil tarixdən müharibə veteranlarına ödənilən müavinət Azərbaycan Respublikası Prezidentinin təqaüdü ilə əvəz edilmişdir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 640 nömrəli fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2013-cü il tarixli, 973 nömrəli Fərmanın, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Odur ki, iddia ərizəsində göstərilən və ödənilməsi tələb olunan sosial müavinət növü ləğv olunaraq Azərbaycan Respublikasının Prezidentinin təqaüdü ilə əvəz olunmuşdur.Məhz bu səbəbdən də iddiada tələb olunan məbləğin geri qaytarılmasının heç bir hüquqi əsası yoxdur və onun hətta istənilən orqan tərəfindən tələb olunması əsassızdır. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya qanununun 87.1 -ci maddəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya qanununun 89.1-ci maddəsinə əsasən Normativ hüquqi akt (onun struktur elementi) aşağıdakı hallarda öz qüvvəsini itirir:-89.1.2 normativ hüquqi akt (onun struktur elementi) Azərbaycan Respublikasının Konstitusiyası, bu Konstitusiya Qanunu və digər qanunvericilik aktları ilə nəzərdə tutulan hallarda ləğv edildikdə; Mübahisələndirilən müavinətlə bağlı qeyd etmək istəyirəm ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci Bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur.Tərəfimdən bununla bağlı 20 aprel 2008-ci il tarixində Lənkəran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə məlumat verilmişdir.Lənkəran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən bildirmişlər ki, müavinətin dayandırılması üçün Hərbi Qulluqçular Departamenti tərəfindən Lənkəran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə məktub göndərilməlidir. Bundan sonra müavinətin dayandırılmasına baxıla bilər. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş iddia əsassız olduğu üçün rədd edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(049)- 535/2022 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh 4427,78 manat pensiya məbləği tutularaq iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi ŞərtlərləTəyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qət etmişdir. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)- 1165/2022 nömrəli qərardadından görünür ki, Cavabdeh apelyasiya şikayəti qismən təmin edilərək, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(049)- 535/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı artıq alınmış pensiya məbləğinin qaytarılması tələbinə dair mülki mühakimə icraatında baxılmalı olmadığından xitam verilmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə fondunun Lənkəran rayon şöbəsinin xx.xx.2005-ci il tarixli, 1721 nömrəli qərarından görünür ki, Cavabdeh müddətsiz müavinət təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinintabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının 26 iyul 2024-cü il tarixli, 3-17-1/2-177605/2024 nömrəli məktubundan görünür ki, Cavabdeh xx.xx.2005-ci il tarixindən müddətsiz təyin edilmiş müavinətin ödənişi adıçəkilən şəxsə xx.xx.2008-ci il tarixində xidmət illərinə görə əmək pensiyası təyin edilən zaman dayandırılmamış və xx.xx.2018-ci il tarixinədək ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinintabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 01 noyabr 2024-cü il tarixli, 3-17-1/2-256562/2023 nömrəli məktubundan görünür ki, MEİS-in “sosial ödənişlər” altsistemində olan məlumata əsasən Cavabdeh xx.xx.2019-cu il tarixdən 80 manat məbləğində “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təyin edilmiş və ödənişi davam etdirilir. İşin faktiki hallarından və iş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh xx.xx.2006-cı il tarixindən İdarə (hazırda Mərkəzi Filial) tərəfindən əmək pensiyası təyin edilərək 01 yanvar 2006-cı il tarixindən hesablanıb ödənilmiş, Azərbaycan Respublikası Hesablama Palatasının İdarədə (hazırda Mərkəzi Filial) apardığı son audit yoxlamasının nəticəsində iddiaçıya eyni zamanda Dövlət Sosial Müdafiə fondunun Lənkəran rayon şöbəsinin xx.xx.2005-ci il tarixli, 1721 nömrəli qərarı ilə müddətsiz müavinət təyin edildiyi və nəticədə 4708.50 manat artıq müavinətin ödənildiyi və artıq ödənilmiş vəsaitin 280.72 manat hissəsi cavabdehin əmək pensiyasından tutulduğu, lakin 4427.78 manat hissəsinin isə tutulmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası işin faktiki halları üzrə aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinə əsasən “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən “inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur”. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən “maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir”. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdehin hərəkətlərində “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanan normalardan hər hansı birinə yol verilməsinə dair araşdırmanı aparan, pensiya təyin edən orqanın heç bir əsaslandırması yoxdur. Ümumiyyətlə, iş materiallarına əsasən cavabdeh tərəfindən Qanunun 67.6-cı maddəsində göstərilən hallara yol verilməsinə dair mübahisənin mövcudluğu belə müəyyən olunmur. Beləliklə yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, pensiya təyin edən orqanın, ödənildiyi mübahisələnidirilən pul vəsaitinin pensiyaçıdan (cavabdehdən) tutmaq, sonuncunun isə həmin vəsaitini iddiaçıya qaytarmaq kimi, qanunla onların üzərinə düşən öhdəliklərinin mövcudluğunu təsdiq edən şərtlər sübuta yetirilmir. Bununla belə məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə uyğun, yəni cavabdehin təhsil və bilik səviyyəsi eləcə də bununla bağlı digər halların aydınlaşdırılması məqsədi ilə araşdırma aparılmış və nəticədə cavabdehin orta təhsilli olması və bilik səviyyəsinin qanunvericilik normalarını aydın formada dərk edəcək səviyyədə olmaması müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı müavinət ilə pensiya vəsaitinin eyni vaxtda ödənilməsinin mümkünsüzlüyü barədə məlumatlı olmamış və həmin vəsaitlərin eyni vaxtda ödənilməsi üçün hüquqa zidd hərəkətlərə yol verməmişdir. Başqa sözlə, iddiaçı hüquqdan sui-istifadə və vicdansız davranmaqla müavinət ilə pensiya vəsaitinin eyni vaxtda ödənilməsinə nail olmamışdır. Beləliklə də məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin etimadın qorunması prisnsipinə və etimadın qorunması hüququna istinadı istisna edən faktiki şərtlərin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, müavinətin təyin edilməsi barədə qərar qanunsuz hesab edilsə belə, həmin qərarın qeyd olunan halda qanunsuz və əlverişli xarakterə malik olması iddiaçı tərəfindən hazırkı iddianın verilməsinə və həmin iddianın təmin edilməsinə əsas vermir. Belə ki, şəxsin etimad hüququ qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir halmövcud deyil. İnzibati orqanın ehtimal olunan səhv hesablaması və ya pensiyanı səhv təyin etməsi etimad hüququ qorunduğu müddətdə cavabdehdən pul məbləğinin geri tələb edilməsiniistisna edir. Beləliklə yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, pensiya təyin edən orqanın artıq ödənildiyi mübahisələndirilən pul vəsaitini hazırki iş üzrə cavabdehdən tutmaq, sonuncunun isə həmin pul vəsaitini birinciyə qaytarmaq kimi, qanunla onların üzərinə düşən ödəliklərinin mövcudluğunu təsdiq edən şərtlər sübuta yetirilmir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı inzibati orqan istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2-1(120)-1026/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-74/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-74/2024
27.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver