Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-74/2025 06.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X9, Üçüncü şəxs X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “mübahisələndirilən çıxarışın verilməsi üçün əsas olmuş plan çizginin ləğv edilərək, torpaq sahəsinin faktiki vəziyyətinə uyğun olaraq yenisinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, 2-1(120)-1739/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisələndirilən çıxarışın verilməsi üçün əsas olmuş plan çizginin ləğv edilərək, torpaq sahəsinin faktiki vəziyyətinə uyğun olaraq yenisinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-1739/2024 saylı qərardadı ilə X12 iş üzrə üçüncü şəxs kimi inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X10 və mərhum anası X3 və 5 nəfər ailə üzvlərinə Masallı rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 1997-ci il tarixli qərarı ilə verilmiş və torpağa mülkiyyət hüququna dair JN 628A Kod 80500058 saylı şəhadətnamədə qeyd edilən Masallı rayonu, Xıl kəndində 0,23 ha həyətyanı torpaq sahəsi olmuşdur. X19 xx.xx.2001-ci il tarixdə, anası Xanım Nurəliyeva xx.xx.2011-ci il tarixdə vəfat etmişdirlər. Miras bölgüsü ilə bağlı rayon məhkəməsinin 27 dekabr 2019-cu il tarixli 2(050)- 3669/2019 saylı qətnaməsi ilə mərhum atasından və anasından miras qalmış 0.2721 ha torpaq sahəsinin 0.1421 ha hissəsini cavabdehə, 0.0879 ha ona verilməsi qət edilmişdir. Həmin torpaq sahəsi üzərində mərhum atası tərəfindən inşa edilən və faktiki olaraq onun yaşadığı ev vardır. Həmin evi mərhum atasının ona toy günü hədiyyə edilmiş və bununla bağlı video disk də vardır. 1998-ci ildən ailəsi ilə birlikdə həmin evdə yaşayır, evin bütün kommunal müqavilələri də onun adınadır. Mənzilin dövlət qeydiyyatına alınmaması, çıxarışın olmaması cavabdehin həmin mənzili ondan əsassız olaraq tələb etməsinə əsassız olmuşdur. Cavabdeh bilərəkdən onun evdə olmadığından istifadə edərək aralarında bölünməli olan torpaq sahəsinin üzərində onun evinin yerləşdiyi hissəsini özününkü kimi qələmə verərək, torpağın plancizgisini çəkdirərək bölgü etdirmiş və oraya çıxarış almışdır. Həmin çıxarış qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Qeyd etdiyi kimi həmin torpaq sahəsində ona mərhum atası tərəfindən toy günündə hədiyyə edilən ev yerləşir və həmin ev faktiki olaraq onun istifadəsində və idarəsində olmuşdur. Torpaq üzərində yerləşən ev və onun yerləşdiyi ərazi nəzərə alınmamışdır. Bu mənzilin ona verilməsi mərhum atası bu əmlakla bağlı sonuncu iradə ifadəsidir və ümumi əmlaka daxil ola bilməz valideynləri dünyasını dəyişəndən bu günə kimi faktiki islifadəsindədir. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dödlət reyestrinin xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli **********94 №-li çıxarışla iddiaçının mülkiyyətində olan 0.1421 ha torpaq sahəsinin naturada ayrılması barədə məhkəmə qətnaməsi olsada həmin qətnamədə mənzillə bağlı heç nə qeyd edilməmişdir. Maraqlı şəxs bilərəkdən onun məzili ilə bağlı məhkəməyə məlumat verməmişdir. Məhkmə müvafiq rəylərə əsaslanaraq torpağın naturada bölşüsünü müəyyən etsədə, məhz tikilinin kimin payı üzərində yerləşməsini, ümumiyyətlə tikilinin olub-olması barədə hər hansı məsələyə baxmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, torpağın mülkiyyətə verilməsinə dair JN-682A saylı şəhadətnaməsi və Notariat Ofisinin 17 sentyabr 2020-ci il tarixli 2V-217 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Masallı rayonu Xıl kəndində yerləşən 0.23 ha yaşayış məntəqəli torpaq sahəsi məhum X4 və Maraqlı şəxs adına 12 oktyabr 2020-ci il tarixdə **********94 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Sonra Maraqlı şəxs ilə iddia İddiaçı arasında torpaq mübahisəsi ilə bağlı Masallı rayon Məhkəməsi 15 dekabr 2021 -ci il tarixdə 2(050)-549/2021 saylı qətnamə qəbul etmişdir. Qətnamə ilə Maraqlı şəxs payına aid 0.1421 ha həyətyanı torpaq sahəsi Məhkəmə Ekspertiza məhkəmə tikinti-texniki ekspertizasının 10 noyabr 2021-ci il tarixli 10/5564 saylı rəyinə əlavə edilmiş plana əsasən kənar nöqtələri müəyyən edilməklə naturada ayrılmışdır. Həmin qətnamədən İddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş və Şirvan Apelyasiya Məhkəməsinin 13 iyul 2022-ci il tarixdə 2(106)-1466/2022 saylı qətnaməsi ilə Masallı rayon Məhkəməsi 15 dekabr 2021-ci il tarixli 2(050)-549/2021 saylı qətnaməsi qüvvədə qalmışdır. Masallı rayon İcra şöbəsinin 30 noyabr 2022-ci il tarixli266819/22-62-Q saylı məktubu əsasında qətnamənin icrası aparılaraq Masallı rayonu Xıl kəndində yerləşən 0.1421 ha yaşayış məntəqəli torpaq sahəsinə Maraqlı şəxs adına 28 dekabr 2022-ci il tarixdə **********29 reyestr nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. İddiaçı Şirvan Apelyasiya Məhkəməsinin 13 iyul 2022-ci il tarixdə 2(106)-1466/2022 saylı qətnaməsindən kassasiya şikayəti vermiş və Ali Məhkəmənin 16 iyun 2023-ci il tarixli 2(102)- 2276/2023 saylı qərarı ilə Şirvan Apelyasiya Məhkəməsinin 13 iyul 2022-ci il tarixdə 2(106)- 1466/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə qalmışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü) onlara xitam verilməsini, təsdiq edən sənədlər hüquqların dövlət qeydiyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, 2-1(120)-1739/2024 saylı qərarı (H.Nəcəfov) ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, 2-1(120)-1739/2024 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mərhum atası X10 və mərhum anası NurəlivevaXanım Səyədıılla qızına və 5 nəfər ailə üzvlərinə Masallı rayon Aqrar İslahatKomissiyasının 14 oktyabr 1997-ci il tarixli qərarı ilə verilmiş və torpağa mülkiyyət hüququna dair JN 628A Kod 80500058 saylı şəhadətnamədə qeyd edilən Masallı rayonu, Xıl kəndində 0,23 ha həyətyanı torpaq sahəsi olmuşdur. X19 xx.xx.2001-ci il tarixdə, anası Xanım Nurəliyeva xx.xx.2011-ci il tarixdə vəfat etmişdirlər. Miras bölgüsü ilə bağlı rayon məhkəməsinin 27 dekabr 2019-cu il tarixli 2(050)-3669/2019 saylı qətnaməsi ilə mərhum atasından və anasından miras qalmış 0.2721 ha torpaq sahəsinin 0.1421 ha hissəsini cavabdehə, 0.0879 ha ona verilməsi qət edilmişdir. Həmin torpaq sahəsi üzərində mərhum atası tərəfindən inşa edilən və faktiki olaraq onun yaşadığı ev vardır. Həmin evi mərhum atasının ona toy günü hədiyyə edilmiş və bununla bağlı video disk də vardır. 1998-ci ildən ailəsi ilə birlikdə həmin evdə yaşayır, evin bütün kommunal müqavilələri də onun adınadır. Mənzilin dövlət qeydiyyatına alınmaması, çıxarışın olmaması cavabdehin həmin mənzili ondan əsassız olaraq tələb etməsinə əsassız olmuşdur. Cavabdeh bilərəkdən onun evdə olmadığından istifadə edərək aralarında bölünməli olan torpaq sahəsinin üzərində onun evinin yerləşdiyi hissəsini özününkü kimi qələmə verərək, torpağın plan-cizgisini çəkdirərək bölgü etdirmiş və oraya çıxarış almışdır. Həmin çıxarış qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Qeyd etdiyi kimi həmin torpaq sahəsində ona mərhum atası tərəfindən toy günündə hədiyyə edilən ev yerləşir və həmin ev faktiki olaraq onun istifadəsində və idarəsində olmuşdur. Torpaq üzərində yerləşən ev və onun yerləşdiyi ərazi nəzərə alınmamışdır. Bu mənzilin ona verilməsi mərhum atası bu əmlakla bağlı sonuncu iradə ifadəsidir və ümumi əmlaka daxil ola bilməz valideynləri dünyasını dəyişəndən bu günə kimi faktiki istifadəsindədir. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dödlət reyestrinin xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli **********94 №-li çıxarışla iddiaçının mülkiyyətində olan 0.1421 ha torpaq sahəsinin naturada ayrılması barədə məhkəmə qətnaməsi olsa da həmin qətnamədə mənzillə bağlı heç nə qeyd edilməmişdir. Maraqlı şəxs bilərəkdən onun mənzili ilə bağlı məhkəməyə məlumat verməmişdir. Məhkəmə müvafiq rəylərə əsaslanaraq torpağın naturada bölgüsünü müəyyən etsə də, məhz tikilinin kimin payı üzərində yerləşməsini, ümumiyyətlə tikilinin olub-olması barədə hər hansı məsələyə baxmamışdır. Şirvan İnzibati Məhkəməsinin(hakim HilalNəcəfov) 2-1(120)-1739/2024- cü il saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki: İşdə olan materialların araşdırılması nəticəsinə görə iddia təmin edilməlidir, lakin məhkəmə bu qənaətə hansı sübutların tədqiqi nəticəsində gəldiyini demək olar ki, qeyd etməmişdir. Eləcədə məhkəmə təqdim olunan sübutları digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin həmin nəticəsi tamamilə əsassızdır. Belə ki, məhkəmə işin faktiki hallarını araşdırmamış, belə ki, torpaq sahəsi anasına X6 Masallı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 0162 nömrəli qərarına əsasən 0.23 ha torpaq sahəsi mülkiyyətlərinə verilmiş və 536 nömrə ilə kitabda qeydə alınmışdır. Həmin torpaq sahəsində iddiaçının anası və atası tərəfindən fərdi yaşayış evi inşa edilmişdir. Həmin ev 1998-ci il tarixdə toy zamanı valideylləri tərəfindən iddiaçıya hədiyyə edilmişdir. Həmin vaxtdan halhazıradək fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi mənim faktiki istifadəmdə və sahibliyimdədir. Hətta iş üzrə 3-cü şəxslər Masallı rayon Məhkəməsinə “zəbz olunmuş torpaq sahəsindən və evdən çıxarılma evinə çıxarış alınmasından ötrü yaradılmış maneənin aradan qaldırılması” tələbi ilə müraciət edilmiş, lakin məhkəmə həmin iş üzrə iddiaçının (hazırkı iş üzrə 3-cü şəxslərin) fərdi yaşayış evinə aidiyyətinin müəyyən olunmadığını, həmin iş üzrə iddiaçının (hazırkı iş üzrə 3-cü şəxslərin) ümumiyyətlə həmin evdə yaşamadığını, əksinə fərdi yaşayış evinin hazırkı iddia üzrə iddiaçının istifadəsində olduğunu qeyd etmişdir. Göründüyü kimi,məhkəmə evin hazırkı iş üzrə iddiaçıya aid olduğunu müəyyən etdiyindən, iddia tələbini evə dair ölçmə işlərinin aparılması hissəsində rədd etmişdir. Yəni məhkəmənin həmin iş üzrə yanaşmasından bəlli olur ki, hənim evə və onun yerləşdiyi torpaq sahəsinə dair qeydə alınmalı mülkiyyət hüququ mənə məxsusdur. Bütün bunlara baxmayaraq cavabdeh həmin fərdi evin yerləşdiyi torpaq sahəsini də 3-cü şəxslərin mülkiyyəti kimi qeydə alaraq mübahisəli çıxarışı vermişdir. Göründüyü kimi cavabdehin qanunsuz və əsassız qeydiyyatının nəticəsi olaraq iddiaçı faktiki olaraq ona məxsus olan mülkiyyətindən məhrum olma təhlükəsi ilə üzüzədir. Məhkəmə qərar qəbul edərkən fərdi yaşayış evinin faktiki halını nəzərə almamışdır, bu isə məhkəmə təminatı hüququnun pozulması hesab edilməlidir. Məhkəməyə təqdim olunan video görüntü ümumiyyətlə məhkəmədə tədqiq edilməmiş və bir məhkəmə qətnaməsinin digərindən üstün olması qənaətinə gəlmişdir. Məhkəmə iddia tələbini təmin etməyərək iddiaçının faktiki mülkiyyətində olan fərdi yaşayış evindən məhrum olma təhlükəsi yaratmışdır. Halbuki fərdi yaşayış evinin onun istifadəsində olmasına dair mötəbər dəlillər işə əlavə edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, 2-1(120)-1739/2024 saylı qərarının ləğv edilərək iddianın təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(106)-566/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etdiyini bildirərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, 2-1(120)-1739/2024 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X16 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, 2-1(120)-1739/2024 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən üçüncü şəxs X12 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, 2-1(120)-1739/2024 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən (qərarın ləğv edilməsi hissəsində) təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının tələbi “mübahisələndirilən çıxarışın verilməsi üçün əsas olmuş plan çizginin ləğv edilərək, torpaq sahəsinin faktiki vəziyyətinə uyğun olaraq yenisinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən Maraqlı şəxs **********94 reyestr nömrəli, xx.xx.2020ci il tarixli çıxarış və çıxarışın verilməsi üçün əsas olmuş plan çizgisi Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1466/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2276/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə qüvvədə saxlanılan Masallı Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(050)-549/2021 nömrəli qətnaməsinin icrası nəticəsində verildiyi müəyyən edilir. Eləcə də, Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)-549/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Maraqlı şəxs iddiası qismən təmin edildiyi, Maraqlı şəxs payına aid 0.1421 ha həyətyani torpaq sahəsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikintitexniki ekspertizasının 10 noyabr 2021-ci il tarixli, 10/5564 nömrəli rəyinə əlavə edilmiş plana əsasən kənar nöqtələri müəyyən edilməklə naturada ayrılması qət edildiyi müəyyən edilir. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 10 noyabr 2021-ci il tarixli, 10/5564 nömrəli rəyinə baxış keçirilən zaman inzibati orqan tərəfindən hər hansı bir pozuntu aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında plan çizgisinin və çıxarışın 10/5564 nömrəli rəyə əsasən verildiyini bildirmiş, lakin həmin rəylə, rəy əsasında verilmiş məhkəmə qərarı ilə razı olmadığını qeyd etmişdir. Belə olan halda cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı olmuşdur. Həmin imtina iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşmayaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Başqa sözlə, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə, işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına görə vərəsəlik hüququ haqqında xx.xx.2020-ci il tarixli, **********217 nömrəli şəhadətnamə əsasında xx.xx.2011 tarixdə ölmüş X5 vərəsəsi Maraqlı şəxs miras əmlakdan Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(050)-2669/2019 saylı qətnaməsinə əsasən 0.23 ha torpaq sahəsindən 0.1421 ha hissədə pay almışdır. Qalan hissədə miras əmlak acıq qalmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verimiş xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, Masallı rayonu, Xıl kəndində yerləşən 0.0879 hektar torpaq sahəsi X5, 0.1421 ha hissəsi isə Maraqlı şəxs xüsusi mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində **********994 qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmışdır. X1 adında açıq qalmış həmin hissə İddiaçı mülkiyyətinə verilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)-549/2021 nömrəli qətnaməsi ilə iddiaçı (hazırki işdə üçüncü şəxs) Maraqlı şəxs iddiası qismən təmin edilmiş, Maraqlı şəxs payına aid 0.1421 ha həyətyani torpaq sahəsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 10 noyabr 2021-ci il tarixli, 10/5564 nömrəli rəyinə əlavə edilmiş plana əsasən kənar nöqtələri müəyyən edilməklə naturada ayrılması qət etmişdir. Məhz həmin qətnamənin icrası nəticəsində Maraqlı şəxs adına **********29 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış və xx.xx.2022-ci il tarixli AN 907145 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. İddiaçı hesab edir ki, həmin “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilərkən ona məxsus tikililər Maraqlı şəxs adına keçmişdir. Bununla razılaşmadığına görə hazırki iddianı qaldırmışdır. Məhkəmə araşdırması zamanı tərəfərin iştirakı ilə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 noyabr 2021-ci il tarixli, 10/5564 nömrəli rəyinə məhkəmə iclasında baxış keçirilən zaman iclasda iştirak edən iddiaçı izahatında plan çizgisinin və çıxarışın 10/5564 nömrəli rəyə əsasən verildiyini müəyyən etmiş, lakin həmin rəylə və həmin rəy əsasında verilmiş məhkəmə qərarı ilə razı olmadığını bildirmişdir. Məhkəmənin sorğusu əsasında cavabdeh orqan tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli 3-21-3-44/2-3114/202 nömrəli məktub və ona əlavə edilmiş sənədlərdən də müəyyən edilmişdir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 10 noyabr 2021-ci il tarixli, 10/5564 nömrəli rəyinə əsasən, Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)-549/2021 nömrəli qətnaməsi əsasında Maraqlı şəxs adına **********29 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış və xx.xx.2022-ci il tarixli AN 907145 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi qeydiyyata alınmışdır. Beləliklə də məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən Maraqlı şəxs **********29 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış və xx.xx.2022-ci il tarixli AN 907145 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)-549/2021 nömrəli qətnaməsinin icrası nəticəsində verilmişdir. Həmin Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)- 549/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, Maraqlı şəxs payına aid 0.1421 ha həyətyani torpaq sahəsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 10 noyabr 2021-ci il tarixli, 10/5564 nömrəli rəyinə əlavə edilmiş plana əsasən kənar nöqtələri müəyyən edilməklə naturada ayrılması qət edildiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi zahirən inzibati orqanın faktiki xarakterli hərəkətlərinə qarşı qaldırılmış inzibati iddia üzrə ayrıca inzibati mübahisə kimi görünsə də, əslində bu belə deyildir. Çünki iddiaçının irəli sürdüyü tələb məhz qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasından meydana gəlmişdir ki, bu zaman mübahisəyə məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Belə ki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0-cı və 8.0.4-cü maddələrinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Lakin, iddiaçı hazırkı iddianı irəli sürməklə qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş məhkəmə qərarının icrasından kənar yeni məhkəmə qərarının qəbul edilməsini tələb edir ki, həmin hal istər inzibati prosessual qanunvericilik, istərsə də prosessual qənaət baxımından yol verilməzdir. Hətta şərti olaraq qəbul edilsə ki, sözügedən torpaq sahəsinin planı və ölçüsü sənədi həmin qətnaməyə uyğun düzgün tərtib edilməmişdir, bu zaman iddiaçı həmin plan ölçü sənədinin ləğvi ilə bağlı ayrıca inzibati icraat qaydasında məhkəməyə müraciət etməklə deyil, həmin qətnamənin icrasına nəzarət edən məhkəməyə müraciət etməklə məqsədinə çata bilər. Belə ki, iddiaçı maraqlı tərəf kimi Masallı rayon məhkəməsinə ərizə təqdim etməklə qərarın icrasına yönələn tədbirlərin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir ki, yeni iddiaya baxılması isə əlavə vaxt və resurs itkisinə səbəb olmaqla faktiki olaraq iddiaçının hüquqi marağına xidmət etmir. Təbii haldır ki, məhkəmə qərarının icrası məcburidir və həmin qərarın qüvvədə olması halında inzibati orqan yeni mövqe nümayiş etdirmək və qərarın icrasından yayınmaq kimi səlahiyyətə malik olmamaqla qərarın qüvvədə olduğu halda onun icrasını həyata keçirməlidir. Bu həyata keçirilmədikdə və yaxud düzgün icra olunmadıqda məhkəmə yuxarıda qeyd olunan icra tədbirlərini həyata keçirmək, icra edilmədiyi təqdirdə ehtiyac olarsa cərimə tətbiq etmək kimi səlahiyyətə malikdir. Əks yanaşma isə məhkəmə qərarlarının formal sənəd hesab edilməsi, eyni məsələ ilə bağlı çıxarılmış məhkəmə qərarı icra edilmədiyinə görə yeni məhkəmə qərarlarının qəbul edilməsi və icrasız qalması kimi məntiqə uyğun olmayan nəticəyə səbəb olacaqdır. Bununla belə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Maraqlı şəxs adına qeydiyyata alınmış **********29 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış və xx.xx.2022-ci il tarixli AN 907145 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi cavabdeh orqan tərəfindən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 10 noyabr 2021-ci il tarixli, 10/5564 nömrəli rəyinə və Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)-549/2021 nömrəli qətnaməsinin məzmununa uyğun icra olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarının 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Həmin Qərarın 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Həmin Qərarın 8.5-ci bəndinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı “mübahisələndirilən çıxarışın verilməsi üçün əsas olmuş plan çizginin ləğv edilərək, torpaq sahəsinin faktiki vəziyyətinə uyğun olaraq yenisinin verilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbini irəli sürməkdə haqlı olmamışdır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən (qərarın ləğv edilməsi hissəsində) təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, 2-1(120)-1739/2024 saylı qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-74/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-74/2025
06.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver