Məhkəmə qərarları › İş №2-1(106)-743/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-743/2025

28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-743/2025 28.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 2-1(120)-450/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2016-cı il tarixli 67 nömrəli sərəncamın ona aid hissədə ləğv edilməsi bаrədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə mübahisələndirilən qərardan qanunla müəyyən edilmiş prosessual müddət üzrlü hesab edilərək, bərpa edilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 04 iyun 2025-ci il tarixli, 2- 1(120)-450/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi, 127 manat ekspertiza tədqiqatının dəyərinin İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh başçısının xx.xx.2002-ci il tarixli, 129 nömrəli sərəncamı ilə İddiaçı Cavabdeh başçısının 28 fevral 1998-ci il tarixli 1612 saylı sərəncamı ilə 1 saylı qış-otlaq ərazisindən verilmiş 243 hektar torpaq sahəsinin icarə müddəti 15 il müddətinə uzadılmışdır. Bundan sonra isə müqavilə müddəti başa çatmamış RİHB-nın xx.xx.2016-cı il tarixli, 67 nömrəli Sərəncamı əsasında İddiaçı icarəyə verilmiş həmin torpaq sahəsindən istifadə hüququna birtərəfli qaydada xitam verilmişdir. itabiznİ̇İ“ icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddəaları da nəzərə alınmaqla, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Hazırkı halda inzibati orqan əvvəlki qərarın qanuniliyini qəbul edir, aktın qəbulundan sonra yaranmış faktiki vəziyyətə (müqavilə şərtlərinə əməl etmdəyinə görə) istinadla onun ləğv edilməli olduğunu hesab edir. Ona görə də, mübahisəyə qanuni inzibati aktın ləğvinə dair itabiznİ̇İ“ icraat haqqında” Qanunun 68-ci maddəsi tətbiq edilməlidir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, inzibati orqan torpaq sahəsinin icarəyə verilməsi haqqında əvvəlki sərəncamının qəbulundan sonra yaranmış hallara istinad etdiyi halda da, həmin hallar konkret mülkiyyətçi ilə bağlı olmalı, eləcə də istinad olunan halın mövcudluğu uyğun, yetərli və mötəbər qaydada sübut olunmalıdır. Cavabdeh tərəfindən həmçinin qərar qəbul edilərkən maddi hüquq normalarının (Torpaq Məcəlləsi və s) tələbləri pozulmuşdur. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 13 sentyabr 2002-ci il tarixli 129 saylı Sərəncamına əsasən X6 ərazisindən verilmiş 243 hektar torpaq sahəsinin icarə müddəti 15 il müddətinə uzadılmışdır. Bu sərəncam əsasında RİH ilə aralarında 13 sentyabr 2002-ci il tarixli, 85 nömrəli icarə müqaviləsi bağlanmış və icarə müqaviləsinə əsasən, sözügedən torpaq sahəsi 15 il müddətində, yəni 2017-ci ilə kimi ona icarəyə verilmişdir. Müqavilənin 2.4-cü bəndinə əsasən icarəyə verilən torpaq sahəsinin illik icarə haqqı 2.143.260 manat müəyyən olunmuşdur. İcarəyə verilmiş torpaq sahəsindən istifadə hüququna dair 30 dekabr 2002-ci il tarixli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamə (JN 2524 kod 80700001 kodlu) verilmişdir. xx.xx.2004-cü il tarixdə vergi ödəyicisi kimi 5 saylı Ərazi Vergilər İdarəsində qeydə alınmışdır (VÖEN **********). İcarə müddəti ərzində müəyyən olunmuş torpaq icarə haqqını vaxtında ödəmiş, torpaqdan təyinatına uyğun istifadə etmiş və icarə müqaviləsinin şərtlərini pozmamışdır. İcarə müqaviləsinin müddəti 2017-ci bitdiyinə görə, 2017-ci ildən etibarən dəfələrlə müddətin uzadılması üçün aidiyyəti üzrə cavabdehə müraciət etmişdir. Uzun müddət müraciətləri cavabsız qalmış və yalnız cavabdehin 10 avqust 2021-ci il tarixli SİİTPŞ-1410 nömrəli məktubu ilə hazırda Neftçala rayonu üzrə X5 aid ərazilərdə torpaqların keyfiyyətinin, bonitet balının, humus qatının təyinatı üzrə səmərəli istifadə vəziyyətinin yoxlanılması məqsədilə Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi tabeliyində Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin aidiyyəti mütəxəssisləri tərəfindən monitorinqlər aparıldığı və komissiyanın işi yekunlaşdıqdan sonra qaldırdığı məsələyə baxılacağı bildirilmişdir. Cavabdehin 4 iyul 2023-cü il tarixli 5- 67/2-977/2023 nömrəli məktubunda icarə müddətinin uzadılması ilə bağlı müraciətinə baxıldığı və Cavabdeh başçısının 12 iyul 2016-cı il tarixli 67 saylı sərəncamı ilə 13 sentyabr 2002-ci il tarixli, 85 nömrəli icarə müqaviləsinə xitam verildiyi və torpaq sahəsinin dövlət fonduna geri qaytarıldığı qeyd olunmuşdur. Göstərilənlərə əsasən hesab edir ki, Cavabdeh başçısının 12 iyul 2016-cı il tarixli 67 saylı sərəncamı qanunsuz və əsassızdır və məhkəmə qaydasında ləğv olunmalıdır. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Cavabdeh başçısının 28 fevral 1998-ci il tarixli 1612 nömrəli sərəncamı ilə Neftçala şəhər sakini İddiaçı X5 aid olan Neftçala rayonunun 1 saylı qış-otlaq ərazisindən 243 hektar torpaq sahəsi qoyunçuluğun inkişaf etdirilməsi məqsədilə icarəyə verilmişdir. RİHB-nın 13 sentyabr 2002-ci il tarixli 129 nömrəli sərəncamı ilə həmin torpaq sahəsinin icarə müddəti 15 (on beş) il müddətinə uzadılmışdır. İddiaçı icarə müqaviləsinin şərtlərinə əməl etmədiyinə görə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsində əsasən RİHB-nın 12 iyul 2016-cı il tarixli 67 nömrəli sərəncamı ilə onun torpaqdan istifadə hüququna xitam verilmiş və bu barədə ona göndərilən rəsmi bildiriş imzalanmışdır. İddiaçı iddia ərizəsində icarə müqaviləsinin ləğv olunması barədə heç bir məlumat verilmədiyini qeyd etmişdir. Lakin Cavabdeh tərəfindən göndərilən 09 avqust 2016-cı il tarixli məktubudan aydın olur ki, torpaqdan istifadə hüququna xitam verilməsi barədə 12 iyul 2016-cı il tarixli 67 nömrəli sərəncamdan çıxarışı İddiaçı 16 avqust 2016-cı ildə imza edərək şəxsən özü götürmüşdür. Həmçinin iddiaçı icarə müqaviləsinin müddətinin 2017-ci il tarixdən bitdiyini qeyd edir. Əgər belədirsə, icarədar icarə müqaviləsinin müddəti bitdikdən sonra yenidən icarə müqaviləsinin müddətinin uzadılması ilə bağlı Rayon İcra Hakimiyyətinə niyə müraciət etməmişdir. Buradan da aydın olur ki, iddiaçının torpaqdan istifadə hüququna xitam verilməsi ilə bağlı sərəncamdan yetərincə məlumatlı olmuşdur və bu da rəsmi sübutlarla təsdiq olunur. Məhkəmənin diqqətinə çatdırır ki, iddiaçı iddia tələbi ilə bağlı məhkəməyə sərəncamının ləğv edildiyi tarixdən xeyli müddət keçdikdən sonra müraciət etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətinin dəlilləri iddiaya qarşı etirazın məzmunu ilə eynilk təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd olunmasını xahiş etdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının vəkili işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Cavabdeh başçısının xx.xx.2002-ci il tarixli, 129 nömrəli sərəncamından görünür ki, İddiaçı Fətulia oğluna Rayon İcra Hakimiyyəti başçısının 28 fevral 1998-ci il tarixli 1612 saylı sərəncamı ilə 1 saylı qış-otlaq ərazisindən verilmiş 243 hektar torpaq sahəsinin icarə müddəti 15 il uzadılmışdır. -“Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2002-ci il tarixli, 85 nömrəli müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Cavabdeh xx.xx.2002-ci il tarixli, 129 nömrəli sərəncamına əsasən kənd təsərrüfatı məhsulları istehsalı üçün 243 ha torpaq sahəsi o, cümlədən 45 ha əkin torpaq sahəsi 15 il müddətinə İddiaçı icarəyə verilmişdir. -Cavabdeh başçısının xx.xx.2016-ci il tarixli, 67 nömrəli sərəncamından görünür ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 4, 6, 7-ci abzasına müvafiq olaraq, Neftçala rayonu üzrə qış-otlaq təyinatlı X4 İddiaçı qoyunçuluğu inkişaf etdirmək məqsədilə icarəyə verilmiş 243 ha torpaq sahəsindən istifadə hüququna xitam verilmişdir. -Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, qoyunçuluğu inkişaf etdirmək məgsədilə Neftçala rayonu icra Hakimiyyəti başçısının 13 sentyabr 2002-cı il tarixli. 129 saylı Sərəncamı ilə rayonun X6 ərazisindən icarənizə ayrılmış 243 hektar örüş torpaq sahəsinin icarə müqaviləsinin bitdiyini bildirir, həmin torpaq sahəsinin yenidən icarənizə ayrılmasına köməklik göstərilməsini xahiş edirsiniz. Məlumat üçün bildiririk ki. Neftçala rayonu üzrə X5 aid ərazilərdə torpaqların keyfiyyətinin, bonitet balının, humus qatının təyinatı üzrə səmərəli istifadə vəziyyətinin yoxlanılması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin aidiyyəti mütəxəssisləri tərəfindən monitorinqlər aparılır. Yaradılmış komissiya öz işini yekunlaşdırdıqdan sonra məsələyə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaqdır. -Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, torpaq sahəsinin yenidən icarə qaydasında istifadəyə verilməsi barədə müraciətə cavab olaraq bildirilir ki, Neftçala rayonu üzrə X5 aid ərazilərdə torpaqlardan təyinatı üzrə səmərəli istifadə vəziyyətinin yoxlanılması, torpaq qanunvericiliyinin tələblərini pozmaqla inzibati xəta törətmiş fiziki və hüquqi şəxslərin müəyyən edilməsi, torpaq icarədarlarının torpaq sahəsi ilə bağlı öhdəliklərə, məhdudiyyətlərə, torpaq üzərində qoyulmuş servitutlara əməl edilməsinin araşdırılması məqsədilə aidiyyəti şəxslərin iştirakı ilə 18 may 2021-ci il və 22 iyun 2023-cü il tarixlərində monitorinqlər keçirilmiş, keçirilən monitorinqlər zamanı Cavabdeh başçısının 13 sentyabr 2002-ci il tarixli 129 saylı Sərəncamı ilə rayonun X5 aid 1 saylı qış-otlaq ərazisindən 15 il müddətinə heyvandarlıq məqsədilə icarənizə verilmiş 243,0 hektar örüş torpaq sahəsinə Cavabdeh başçısının 12 iyul 2016-cı il tarixli 67 saylı Sərəncamı ilə torpaq icarə müqaviləsinə xitam verilməsinə, torpağın X5 geri qaytarılmasına və bu barədə xitam sərəncamından çıxarışın 09 avqust 2016-cı il tarixli SİİTPŞ-891 saylı məktubla ünvanınıza göndərilməsinə baxmayaraq, sözügedən ərazidə mişar daşından əsaslı tikinti aparılaraq, çoban evi və heyvanların saxlanması üçün tövlələrin tikilməsi müəyyən edilmiş, bununla bağlı akt tərtib edilmişdir. -İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı (VÖEN: **********) xx.xx.2004cü il tarixdə 5 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi uçota alınmışdır. Vergi ödəyicisi tərəfindən xx.xx.2013-cü il tarixdə vergi orqanına təqdim edilmiş arayış əsasında xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixəcək, xx.xx.2018-ci il tarixdə təqdim edilmiş arayış əsasında xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdə təqdim edilmiş arayış əsasında xx.xx.2023-cü il tarixdən xx.xx.2063-cü il tarixədək sahibkarlıq fəaliyyətini və digər vergi tutulan əməliyyatlarını dayandırmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. -18 may 2021-ci il tarixli Aktda qeyd olunmuşdur ki, iddiaçının icarəsinə verilmiş torpaq sahəsinin icarə müddətinin 13 sentyabr 2017-ci il tarixində bitməsinə baxmayaraq o, hal-hazırda da həmin torpaq sahəsini istifadə edir. Eyni zamanda müəyyən olundu ki, İddiaçı 30 ha sahədə arpa bitkisi əkmişdir. Əlavə olaraq əraziyə baxış zamanı o da müəyyən olundu ki, məqsədli təyinatı örüş olan torpaq sahəsində mişar daşından əsaslı tikinti aparılaraq çoban evi və heyvanların saxlanılması üçün tövlə tikilmişdir. -22 iyun 2023-cü il tarixli Aktda qeyd olunmuşdur ki, monitorinqlər keçirilmiş və monitorinq zamanı müəyyən edilmişdir ki, iddiaçının icarəsinə verilmiş 243,0 ha örüş torpaq sahəsinə İcra Hakimiyyəti başçısının 12 iyul 2016-cı il tarixli, 67 saylı Sərəncamı ilə torpaq icarə müqaviləsinə xitam verilməsinə, torpağın X5 geri qaytarılmasına baxmayaraq o, sözügedən torpaq sahəsini zəbt edərək, qeyri-qanuni istifadə etdiyi, məqsədli təyinatı örüş olan torpaq sahəsində mişar daşından əsaslı tikinti aparılaraq çoban evi və heyvanların saxlanılması üçün tövlə tikildiyi müəyyən edilmişdir. -İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, vergi ödəyicisi İddiaçı (VÖEN **********) tərəfindən dövlət büdcəsinə xx.xx.2004-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində ümumilikdə 4815,14 manat torpaq icarə haqqı ödənilmişdir (2008, 2010-2022-ci illər ərzində ödənilmişdir). Qeyd olunan dövr ərzində İddiaçı tərəfindən büdcəyə torpaq vergisi ödənilməmişdir. İddiaçının cavabdeh inzibati orqana göndərdiyi xx.xx.2017-ci il, xx.xx.2021-ci il və xx.xx.2023-cü il tarixli oxşar məzmunlu ərizələrində onunla bağlanılmış icarə müqaviləsinin müddətinin 13 sentyabr 2017-ci il tarixdə bitdiyini nəzərə alaraq həmin müqavilənin müddətinin uzadılmasına köməklik göstərilməsini xahiş etmişdir. -Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2017-ci il tarixli məktubunda qeyd edilmişdir ki, icarədə olan 243 hektar torpaq sahəsinin icarə müddətinin uzadılmasına və yenidən icarə müqaviləsinin bağlanılmasına köməklik göstərilməsi ilə bağlı bildirilir ki, rayonda iri taxılçılıq, pambıqçılıq və digər kənd təsərrüfatı müəssisələrinin yaradılması ilə əlaqədar olaraq, örüş və qış otlaq təyinatlı Dövlət Torpaq fondlarının təyinatlarının dəyişdirilməsi prosedur qaydaları başa çatdırıldıqdan sonra müraciət nəzərə alınacaqdır. Məhkəmə kollegiyası mübahisənin mahiyyəti ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “Torpaq icarəsi haqqında” Qanunun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. -Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan süni torpaq sahələri istisna olmaqla, digər dövlət və bələdiyyə torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır. Dövlət torpaqlarının torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilməsini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. -13-cü maddəsinə əsasən torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar. -15. Torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. “İcarə haqqında” Qanunun 13-cü maddəsinin: -1-ci hissəsinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. -4. Müqavilənin müddəti qurtardıqdan sonra icarəçinin müqaviləni təzələmək hüququ vardır. -5. Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər. Mülki Məcəllənin: -719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. -719.2. Torpaq icarəsi müqaviləsi azı üç il müddətinə bağlandıqda bu müqavilə üzrə hüquq münasibətləri o halda qeyri-müəyyən müddətə uzadılır ki, iştirakçılardan biri bu barədə sorğu verdikdən sonra digər iştirakçı həmin münasibətlərin davam etdirilməsindən üç ay ərzində imtina etməsin. Sorğu və imtina yazılı formada tərtib edilməlidir. Əgər sorğuda ona riayət edilməməsinin nəticələri birbaşa göstərilməmişsə və sorğu icarənin üçüncü ili ərzində verilməmişsə, onun qüvvəsi yoxdur. -720.5. İcarəyə verən müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsindən o halda imtina edə bilər ki, onlara xitam verilməsinə azı bir il qalmış icarəçi hüquq münasibətlərinin davam etdirilməsini tələb etməsin və ya bu Məcəllənin 719.2-ci maddəsinə müvafiq surətdə icarəyə verənin sorğusuna cavab olaraq hüquq münasibətlərini davam etdirməkdən imtina etsin. Şərh olunan normaların tələblərindən göründüyü kimi icarəçi hüquq münasibətlərinin davam etdirilməsi qənaətinə gəlmiş olduğu halda həmin münasibətlərin müddətinin başa çatmasına 1 il qalmış bu barədə icarəyə verənə məlumat verməlidir. İşin hallarından və təqdim edilmiş sübutlardan görünür ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixədək olmuş, iddiaçı isə xx.xx.2017-ci il tarixdə müvafiq müraciət etmiş, cavabdeh tərəfindən müraciətə baxılacağı bildirilmişdir. Beləliklə, iddiaçı cavabdeh orqanla xx.xx.2017-ci il tarixdən sonrakı dövrdə icarə münasibətlərində olmamışdır ki, bu hal hazırki iddia üzrə onun subyektiv hüququnun mövcudluğunu sual altına alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, tərəflər arasında icarə münasibətlərinin hər bir halda xx.xx.2017-ci il tarixədə bitməli olması, iddiaçının qanunla tələb olunan müddətdə müvafiq müraciətinin olmaması və sonrakı müraciətinə müsbət cavab verilməməsi onu deməyə əsas verir ki, mübahisələndirilən inzibati aktın qəbul edilməsi ilə onun hüquqlarına müdaxilə edilməsi halı baş verməmişdir. Belə ki, həmin aktdan irəli gələn hüquqi nəticələr faktiki olaraq iddiaçının həmin torpaq sahəsindən istifadəsini məhdudlaşdırmamış, əksinə iddiaçı fasiləsiz olaraq həmin sahədən istifadə etməkdə davam edir. Bu baxımdan, həmçinin yuxarıda qeyd olunan hallara istinadən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən aktın icrası istiqamətində iddiaçının faktiki olaraq hüquqlarına və qanunla qorunan maraqlarına müdaxilə edilmədiyindən, bu aktın ləğv edilməsi də onun üçün fərqli hüquqi nəticə yaratmayacaq. “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsi qanunsuz əlverişsiz inzibati aktın hər bir halda ləğv edilməli olmasını müəyyən etmiş olsa da, İPM-nin 35-ci maddəsi iddianının mümkünlük şərtlərindən biri kimi şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının pozulması halını tanımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilmiş hissəsində ləğv edilməklə, iddia mümkünsüz sayılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 2-1(120)-450/2025 nömrəli qərarı iddianın təmin edilməsi hissəsində ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar