Məhkəmə qərarları › İş №2-1(106)-748/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-748/2025

18.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-748/2025 18.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, 2-1(120)-382/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 15 iyul 2025-ci il tarixli, 2-1(120)- 382/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.2023-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hüququnun yarandığı xx.xx.2022-ci il tarixidək - xx.xx.2006-cı il tarixədək ümumilikdə 14 il 10 ay 10 gün təşkil edən mübahisələndirilməyən sığorta stajını, xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək (pensiya hüququ yarandığı tarixədək) 2 il 7 ay sığorta stajını və məhkəmə tərəfindən qəbul edilən 06 il 06 ay 18 gün sığorta stajını cəmlədikdə 23 il 11 ay 28 gün ümumi iş stajının mövcudluğu müəyyən edilir. xx.xx.2022-ci il tarixdən sonrakı dövr üzrə iddiaçının 2022-2024-cü illər üzrə 1 il 7 ay mübahisəsiz stajının olduğu nəzərə alınaraq həmin dövrdə 1 il 2 gün stajın iddiaçının ümumi iş stajına əlavə edildiyi təqdirdə 25 il sığorta stajının yarandığı müəyyən edilir. Odur ki, hesab edilir ki, ididaçının yaşa görə əmək pensiyasının təyin edilməsi xx.xx.2022-ci il tarixdən deyil, xx.xx.2023-cü il tarixindən hesablanmalıdır. Beləliklə, iddiaçıya xx.xx.2023-cü il tarixdən (25 il stajı tamam olan dövrdən) yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə cavabdeh tərəfindən mübahisələndirilən dövrləri ayrı-ayrılıqda şərh edərək, bu qənaətə gəlmişdir ki; -xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək olan dövr üzrə əmək kitabçasında səlahiyyətli şəxsin adı, soyadı qeyd olunmasa da, işdən çıxma halı möhür və imza ilə təsdiqləndiyindən qeydlərin mötəbərliyi şübhə doğurmur (03 ay 18 gün). -xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək olan dövr üzrə işdən azad olunma əmri 1983-cü il olaraq yazılsa da, işdən çıxma tarixi xx.xx.1982-ci il kimi qeyd edildiyindən iddiaçının həmin müəssisədə son iş tarixi həmin tarix götürülməlidir. Həmçinin bu hal iddiaçının 1982-ci ilin sentyabr ayından 1985-ci ilə kimi həbsdə olması ilə əlaqəlidir (01 il 28 gün). -xx.xx.1993- cü il tarixdən xx.xx.1998-ci il tarixədək olan əmək fəaliyyəti dövrü əsasən “Moskva” adına kolxozda işlədiyi son tarixin 1992-ci il olaraq qeyd olunması səbəbi ilə qeydə alınmadığı müəyyən edilmişdir. Əmək kitabçasında qeydlərə əsasən iddiaçının xx.xx.1987-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “Moskva” adına kolxozda işləməsi halı müəyyən edilir. İnzibati orqan həmin dövrlərdən xx.xx.2024-cü il tarixli qarşılıqlı yoxlama aktına əsasən 1988-ci il üzrə 361 gün, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək və 1992-ci il üzrə 264 gün əmək fəaliyyəti dövrlərini mübahisəsiz dövr kimi qəbul etmişdir. Lakin iddiaçının işə qəbulu xx.xx.1987-ci il tarix olsa da, həmin hissədə müvafiq sənədlər olmadığından xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixə kimi olan 4 ay müddət staj dövrü nəzərə alınmamış, həmin hissə üzrə etiraz ərizəsində münasibət bildirilməmişdir. Məhkəmə tərəfindən qeyd edilən dövr üzrə də hər hansı bir şübhə doğuran hal aşkar edilməmişdir. Qeyd edilir ki, həmin dövrlə bağlı arxiv materiallarında ümumi arayışların olmaması da iddiaçının ziyanın şərh edilməməlidir (04 ay). -Digər hal isə xx.xx.1993-cü ildən sonraki dövrlə bağlıdır. Belə ki, inzibati orqan iddiaçının “Moskva” adına kolxozda işlədiyi son tarixin 1992-ci il kimi qeyd edildiyini bildirsə də, iş materiallarına əlavə edilən sənədlərdə qeyd edilən hala rast gəlinmədiyi, qeydlərdə son iş tarixinin 1992-ci il kimi qeyd göstərildiyi faktı aşkar edilməmişdir. Eləcə də, hansı əsaslarla işlədiyi son tarixin 1992-ci il kimi qeyd edildiyi inzibati orqan tərəfindən sübuta yetirilmir. Qeyd edilməli hal iddiaçının işlədiyi ’’Moskva” adına kolxozun sonradan adının dəyişdirilərək Topalhəsənli kənd "xxxx" kolxozu olmasıdır. Müəssisənin fəaliyyəti üzrə dövlət arxivində yalnız 1997-ci il sənədlərinin aşkar edildiyi, həmin sənədlərdə isə iddiaçının adına rast gəlinmədiyi müəyyən edilir. Odur ki, 1997-ci il tarixli sənədlərdə iddiaçının adı aşkar edilmədiyindən 1997-ci il üzrə olan dövr sığorta stajına əlavə edilməməlidir. xx.xx.1993-cü il tarixindən xx.xx.1997-cı il tarixədək və xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövrlərdə iddiaçının işləməsi halı üzrə cavabdeh tərəfindən şübhəli hesab edəcək heç bir əsas (sübut) təqdim edilməmişdir (04 il 10 ay 02 gün). Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, hal-hazırda əmək fəaliyyətini davam etdirməklə 28 il 9 ay 4 gün sığorta stajına malikdir. 12 dekabr 2022-ci il tarixdə 65 yaşı tamam olduqdan sonra, yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə DSMF-nin 12 saylı Regional Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh tərəfindən imtina edilmiş, imtinanın səbəbini sığorta stajının 19 il 9 ay 27 gün olduğunu əsas götürmüşdür. Cavabdehə təqdim olunmuş hər üç əmək kitabçası üzrə onun 28 il 9 ay 4 gün sığorta stajı vardır. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə pensiya yaşına çatmışdır. Təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək 2 il 11 ay 3 gün hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək əmək fəaliyyəti dövrü, 1 saylı X9 Filialının xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlarına əsasən 1971-ci il üzrə 3 ay, 1972-1974-cü illər üzrə 1 il 3 ay, 1975-ci il üzrə 1 il, 1976-cı il üzrə 4 ay, 1978-ci il üzrə 7 ay, 1979-cu il üzrə 9 ay, 1980-ci il üzrə 4 ay, 1988-ci il üzrə 1 il, 1989-1990-cı il üzrə 2 il, 1991-1992-ci iilər üzrə 1 il Kürdəmir rayon “Moskva” adına kolxozda işlədiyi dövr və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən fərdi hesabının sığorta hissəsində xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək qeydə alınmış pensiya kapitalı 2 il 7 ay olmaqla onun ümumi 15 il 15 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. İddiaçının əmək kitabçasının surətində qeyd olunan xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək olan dövr üzrə səlahiyyətli şəxsin adı, soyadı qeyd olunmadığından, xx.xx.1980-ci il tarixə dair işdən azad olma əmri olsa da, işə daxil olma əmri oxunmadığından və xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək olan dövr üzrə işdən azad olma əmrində 1983-cü il tarixi qeyd olunduğundan həmin dövrlər iddiaçının sığorta stajına daxil edilməmişdir. Əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1987ci il tarixindən xx.xx.1998-ci il tarixinədək olan dövrlər ərzində 1988-1992-ci illərə aid gün normaları qeyd edildiyindən yalnız həmin dövrlər sığorta stajına daxil edilmişdir. 1 saylı X9 Filialının xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlarına əsasən 1971 -ci il üzrə 3 ay, 1972-1974-cü illər üzrə 1 il 3 ay, 1975-ci il üzrə 1 il, 1976-cı il üzrə 4 ay, 1978-ci il üzrə 7 ay, 1979-cu il üzrə 9 ay, 1980-ci il üzrə 4 ay, 1988-ci il üzrə 1 il, 1989-1990-cı il üzrə 2 il, 1991-1992-ci illər üzrə 1 il Kürdəmir rayon “Moskva” adına kolxozda işlədiyi dövr və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən fərdi hesabının sığorta hissəsində xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən pensiya hüququnun yarandığı xx.xx.2022-ci il tarixədək 2 il 7 ay əmək fəaliyyəti dövrləri olmaqla onun ümumi 14 il 11 ay 15 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. 1 saylı X9 Filialının xx.xx.2023-cü il tarixli aktına əsasən ’’Moskva” adına kolxozda işlədiyi son tarix 1992-ci il olaraq qeyd olunduğundan xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək olan əmək fəaliyyəti dövrü sığorta stajına daxil edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri əsasən imtina aktı və iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı şikayətin dəlillərini qəbul etməmiş və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surətləri iş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. -xx.xx.1979-cu il tarixli, 193 nömrəli kolxozçunun əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1988, 1989, 1990, 1991 və 1992-ci illərdə sürücü işləmişdir. -xx.xx.1980-cı il tarixli, AТ-İİ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.1988-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuş, xx.xx.2019-cu il tarixdən "xxxx" ASC-yə sürücü peşəsi üzrə işə qəbul edilmişdir. -Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-D-94026/2023 nömrəli məktubunda bildirilir ki, əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1976cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 19 il 9 ay 27 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 17 il 1 ay 27 gün sığorta stajına uyğun olaraq 13.951,96 manat, xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək 2.509,43 manat olmaqla, ümumilikdə 16.461,39 manat təşkil edir ki, bu məbləğ pensiya yaşı tamam olan tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək sığorta stajı 2 il 8 ay təşkil edir. Kolxozçunun əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1987-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək olan dövrlər ərzində 1988-1992-ci illərə aid gün normaları qeyd edildiyindən yalnız həmin dövrlər sığorta stajına daxil edilmişdir. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və hazırda adına aktiv əmək müqaviləsi olduğu üçün ona yaşa görə sosial müavinətin təyin edilməsi də qanunvericiliklə nəzərdə tutulmamışdır. -Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X9 Filialının mütəxəssisləri və Kürdəmir rayon Dövlət Arxivinin müdirinin iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın məzmunundan görünür ki, İddiaçı Kürdəmir rayonu keçmiş “Moskva” adına kolxozda işləməsi faktını araşdırmaq üçün Kürdəmir rayon Dövlət Arxivində yoxlama zamanı vətəndaşın qazanmış olduğu əmək günü və əmək haqqısı aşağıdakı kimi ödəmişdir. 1971adam günü 75 əmək haqqı 247, 1972-adam günü 112 əmək haqqı 514, 1973-adam günü 80 əmək haqqı 157, 1974-adam günü 80 əmək haqqı 253, 1975-adam günü 333 əmək haqqı 341, 1976-adam günü 95 əmək haqqı 470, 1978-199 adam günü əmək haqqı 936, 1979-adam günü 230 əmək haqqı 894, 1980-adam günü 81 əmək haqqı 392, 1988-əmək günü 100, əmək haqqı 449, 1989-əmək günü 289 əmək haqqı 1591, 1990-əmək günü 321 əmək haqqı 2130, 1991-əmək günü 303, əmək haqqı 2318, 1992-əmək günü 264 əmək haqqı 32289. Yoxlama Kürdəmir rayon Dövlət Arxivində saxlanılan keçmiş “Moskva” kolxozun Qaraqocalı kəndi üzrə 3 saylı kolxozçunun əmək stajı və qazancının uçot kitabının 193-cü səhifəsi üzrə aparılmışdır. -Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2- 195147/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək 2 il 11 ay 3 gün hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1986-cı il tarixindən xx.xx.1987-ci il tarixinədək əmək fəaliyyəti dövrü, 1 saylı X9 Filialının xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlarına əsasən 1971-ci il üzrə 3 ay, 1972-1974-cü illər üzro 1 il 3 ay, 1975-ci il üzrə 1 il, 1976-cı il üzrə 4 ay, 1978-ci il üzrə 7 ay, 1979-cu il üzrə 9 ay, 1980-ci il üzrə 4 ay, 1988-ci il üzrə 1 il 1989-1990-cı il üzrə 2 il, 1991-1992-ci illər üzrə 1 il Kürdəmir rayon “Moskva” adına kolxozda işlədiyi dövr və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən fərdi hesabının sığorta hissəsində xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək qeydə alınmış pensiya kapitalı 2 il 7 ay olmaqla onun ümumi 15 il 15 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. 1 saylı X9 Filialının xx.xx.2023-cü il aktına əsasən 1991-ci il üzrə əmək günü normasına düzəliş edildiyindən həmin ildə olan iş stajı sığorta stajına daxil edilməmişdir. Eyni zamanda, əmək kitabçasının surətində qeyd olunan xx.xx.1980-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək olan dövr üzrə səlahiyyətli şəxsin adı, soyadı qeyd olunmadığından, xx.xx.1980-ci il tarixinə dair işdən azad olma əmri olsa da, işə daxil olma əmri oxunmadığından və xx.xx.1981-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək olan dövr üzrə işdən azad olma əmrində 1983-cü il tarixi qeyd olunduğundan həmin dövrlər iddiaçının sığorta stajına daxil edilməmişdir. İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək pensiya kapitalı qeydə alınmamışdır. -Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-25/2A/2-70/2023 nömrəli məktubda qeyd edilmişdir ki, Kürdəmir rayon Dövlət Arxiv İdarəsində saxlanılan Kürdəmir rayon “Moskva” kolxozunun 06 saylı əmək stajı kitabında (kitabın başlanğıc tarixi 1980-ci il) İddiaçı adı aşkar edilərək cədvəlin təsdiq olunmuş surəti göndərilir. Lakin “Moskva” kolxozunun Əmrlər kitabı Arxiv idarəsdə təvil verilməmişdir. -Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2- 5734/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə pensiya yaşına çatmışdır. İddiaçının təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək 1 il 11 ay 3 gün hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1986-cı il tarixindən xx.xx.1987-ci il tarixinədək əmək fəaliyyəti dövrü, 1 saylı X9 Filialının xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlarına əsasən 1971 -ci il üzrə 3 ay, 1972-1974-cü illər üzrə 1 il 3 ay, 1975-ci il üzrə 1 il, 1976-cı il üzrə 4 ay, 1978-ci il üzrə 7 ay, 1979-cu il üzrə 9 ay, 1980-ci il üzrə 4 ay, 1988-ci il üzrə 1 il, 1989-1990-cı il üzrə 2 il, 1991- 1992-ci illər üzrə 1 il Kürdəmir rayon “Moskva” adına kolxozda işlədiyi dövr və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən fərdi hesabının sığorta hissəsində xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək, 01,06.2019-cu il tarixindən 01.01,2020-ci il tarixinədək, 01,04.2020-ci il tarixindən 01,07.2020-ci il tarixinədək, 01,08.2020-ci il tarixindən 01.11,2020-ci il tarixinədək, xx.xx.2021-ci il tarixindən 01,02.2021-ci il tarixinədək, 01,04.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək, 01,04.2022-ci il tarixindən pensiya hüququnun yarandığı 01,12.2022-ci il tarixinədək 2 il 7 ay əmək fəaliyyəti dövrləri olmaqla onun ümumi 14 il 11 ay 15 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək pensiya kapitalı qeydə alınmamışdır. Vətəndaşın xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 14 il 11 ay 15 gün sığorta stajına uyğun olaraq 12162,95 manat, xx.xx.2006-cı il tarixindən sonra pensiya hüququnun yarandığı xx.xx.2022-ci il tarixinədək 2140,64 manat (2022-ci il tarixinə indeksləşdirilmiş məbləğ) olmaqla, ümumilikdə 14303,59 manat təşkil edir ki, bu məbləğ pensiya yaşınının tamam olan tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. 1 saylı X9 Filialının xx.xx.2023-cü il tarixli aktına əsasən 1991-ci il üzrə əmək günü normasına düzəliş edildiyindən xx.xx.1991 -ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, 1 saylı X9 Filialının xx.xx.2023-cü il tarixli aktına əsasən ’’Moskva” adına kolxozda işlədiyi son tarix 1992-ci il olaraq qeyd olunduğundan xx.xx.1993-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək olan əmək fəaliyyəti dövrü sığorta stajına daxil edilməmişdir. Eyni zamanda, əmək kitabçasının surətində qeyd olunan xx.xx.1980-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək olan dövr üzrə səlahiyyətli şəxsin adı, soyadı qeyd olunmadığından, xx.xx.1980-ci il tarixinə dair işdən azad olma əmri olsa da, işə daxil olma əmri oxunmadığından və xx.xx.1981 -ci il tarixindən xx.xx.1982-ci il tarixinədək olan dövr üzrə işdən azad olma əmrində 1983-cü il tarixi qeyd olunduğundan həmin dövrlər iddiaçının sığorta stajına daxil edilməmişdir. -Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 3-48-25/2A/2-44/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, araşdırma aparılmış Kürdəmir rayon Dövlət Arxiv İdarəsində saxlanılan Kürdəmir rayon “Moskova” adına kalxozun 6 saylı kitabının 3-cü səhifəsində(Kitabın başlanğıc tarixi 1980-cı il)İddiaçı barədə əmək haqqı cədvəlləri aşkar edilərək təsdiq olunmuş surəti Sizə göndərilir. Lakin "Moskova" adına kalxozun işə daxil olma, işdən azad edilmə, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma əmrləri aşkar edilməmişdir. -Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 3-48-25/2A/2-81/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, araşdırma zamanı Topalhəsənli kənd "xxxx" kolxozunun 1997-ci il tarixə olan əmək haqqı cədvəlləri aşkar olunmuş, lakin həmin dövrlərdə İddiaçı barədə heç bir məlumat aşkar edilməmişdir. Kürdəmir rayon Topalhəsənli kənd "xxxx" kolxozunun digər illərə olan əməkhaqqı cədvəlləri Arxiv Fondunda mövcud deyildir. -Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-217924/2024 nömrəli etiraza əlavəsində bildirilir ki, İddiaçı yaş tələbini ödəsə də, pensiya kapitalı ilə bağlı şərtlər ona münasibətdə mövcud olmamışdır. Belə ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində yalnız 01,03.2019-cu il tarixdən etibarən pensiya kapitalı qeydə alınmışdır. İddiaçı fərdi şəxsi hesabında xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək (pensiya hüququ yarandığı tarixədək) 2 il 7 ay sığorta stajına uyğun olaraq 2736,06 manat pensiya kapitalı, xx.xx.2022-ci il tarixdən hazırki tarixədək 1 il 7 ay sığorta stajına uyğun olaraq 1961,18 manat pensiya kapitalı qeydə alınmışdır. Bu məbləğ isə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Belə olan halda iddiaçıya pensiya təyin edilməsi üçün sığorta stajı ilə bağlı olan tələb ödənməlidir. A.X3 təqdim etdiyi sənədlərin surətinə əsasən onun mübahisələndirilməyən sığorta stajı xx.xx.2006-cı il tarixədək 14 il 10 ay 10 gün təşkil edir. Bu isə qanunvericiliklə tələb olunan 25 ildən azdır. İddiaçı mübahisələndirilməyən sığorta stajına xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət dövrü, xx.xx.1980-ci il tarixdən xx.xx.1980ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1981 -ci il tarixədək, xx.xx.1986-cı il tarixdən 24.07 1987-ci il tarixədək, Fondun 1 saylı X9 Filialının Kürdəmir rayon Dövlət Arxivi ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli qarşılıqlı yoxlama aktına əsasən 1971 -ci il üzrə 75 gün, xx.xx.1972-ci il tarixdən xx.xx.1975-ci il tarixədək, 1976-cı il üzrə 95 gün, 1978-ci il üzrə 199 gün, 1979-cu il, 1980-ci il üzrə 81 gün, 1988-ci il üzrə 361 gün, 01.01 1989-cu il tarixdən 31 12.1991-ci il tarixədək və 1992-ci il üzrə əmək fəaliyyəti dövrləri daxildir. Eyni zamanda İddiaçı əmək kitabçasında qeyd olunan xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək olan dövrlər səlahiyyətli şəxsin adı, soyadı qeyd olunmadığından, xx.xx.1981 -ci il tarixdən xx.xx.1982-ci il tarixədək olan dövrlər üzrə işdən azad olma əmri 1983-cü il tarixə qeyd edildiyindən həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Əlavə olaraq, 1971-1998-ci illərdə Kürdəmir rayonu Topalhəsənli kəndinin "xxxx" kolxozunda (keçmiş adı ilə “Moskva” kolxozu) işləməsi faktının qarşılıqlı yoxlanılması məqsədilə Fondun 1 saylı X9 Filialı və Kürdəmir rayon Dövlət Arxivi tərəfindən xx.xx.2024-cü il tarixdə birgə akt tərtib edilmişdir. Həmin akta əsasən "xxxx" kolxozunun 1997-ci ilə aid 19 şəxsi hesab kitabı aşkarlanmış, lakin həmin sənədlərdə iddiaçının adı aşkarlanmamışdır. Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-25RA/2-81/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-48-25RA/2-95/2024 nömrəli məktublarına əsasən həmin kolxozun digər illərə aid əməkhaqqı cədvəlləri arxivdə mövcud deyil. Həmçinin araşdırma zamanı “Moskva” kolxozunun arxivə təhvil verilmiş 3 nömrəli kolxozçunun əmək stajı və əməkhaqqı kitabında İddiaçı 1971-1976, 1978-1980 və 1988-1992-ci illər üzrə əmək günü və əməkhaqqı barədə qeydlər aşkarlanmışdır. Lakin həmin kolxozun arxivə təhvil verilmiş 6 nömrəli kolxozçunun əmək stajı və əməkhaqqı kitabında iddiaçının yalnız 1988-1992-ci illər üzrə əmək günü və əməkhaqqı barədə qeydlər aşkar olunmuşdur. Sonuncu sənəddə 1991-ci il üzrə əmək günü və əməkhaqqı qeydinin üzərindən xətt çəkilmiş və qeydlərə dəyişiklik edilmişdir. Həmin dəyişikliklər qanunvericiliyə uyğun olaraq aparılmamışdır. Bundan əlavə, kolxozun protokol kitabları arxivdə aşkarlanmadığından iddiaçının kolxoz üzvlüyünə daxil olmasını və kolxoz üzvlüyündən azad olmasını araşdırmaq mümkün olmamışdır. Kolxozçunun əmək stajı və əməkhaqqı kitabında minimum əmək günü norması qeyd edilməmişdir. Sözügedən aktda İddiaçı Moskva adına kolxozda işlədiyi son tarix 1992-ci il olaraq qeyd edildiyi üçün 1992-1998-ci illər sığorta stajına daxil edilməmişdir. -Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/2- 68738/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı iddiasına dair iş üzrə sorğuda adları çəkilən şəxslərdən X5 (xx.xx.2009-cu il tarixindən) yaşa görə əmək pensiyası təyin edilərkən onun Topalhəsənli kənd "xxxx" kolxozunda (keçmiş adı “Moskva” kolxozu) işlədiyi illər (1963-1996-cı illər üzrə) əmək fəaliyyəti dövrü kimi nəzərə alınmışdır. Eyni zamanda, sorğuda adı çəkilən digər şəxs X1 tərəfindən avtomatlaşdırılmış qaydada pensiya təyin edilmiş (xx.xx.2021 -ci il tarixindən) və vətəndaşa məxsus pensiya uçot vərəqində sözügedən kolxoz və digər fəaliyyət yeri və dövrləri ilə bağlı hər hansı məlumat aşkarlanmamışdır. Əlavə olaraq, Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından əldə edilmiş məlumatlara əsasən sorğuda adı çəkilən üçüncü şəxs X2 Fondun keçmiş Kürdəmir rayon şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş və ona pensiya təyin edilərkən kolxozda işlədiyi bütün dövrlər (xx.xx.1975-xx.xx.1980-cı il, xx.xx.1986-xx.xx.1993-cü il tarixləri əhatə edən dövrlər) ümumi iş stajının hesablanması zamanı nəzərə alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Formalaşmış mövcud məhkəmə təcrübəsinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əmək haqqı cədvəllərinin arxivə verilməməsində iddiaçının təqsirinin olmaması barədə qənaəti ilə razılaşır. Həmçinin qeyd olunur ki, iddiaçının əmək fəaliyyəti rəsmi sənəddə (əmək kitabçası) öz əksini tapdığından işlədiyi müəssisələrin sənədlərinin arxivə təhvil verilməməsi halı iddiaçının həmin müəssisələrdə işləməməsi və əməkhaqqı almaması qənaətinə gəlmək üçün kifayət etmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Qeyd olunur ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmışdır və qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Apellyasiya şikayətində isə imtina aktı və iddiaya qarşı etiraz dəlilləri təkrarlanmışdır. Bununla yanaşı, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, əmək kitabçasında iddiaçının xx.xx.1980-ci il tarixdə işdən azad edilməsi barədə qeydi aparan şəxsin adının yazılmaması onun həmin tarixdə işdən azad edilməməsi qənaətinə gəlməyə əsas vermir. Çünki həmin qeyd müəssisənin möhürü və adı qeyd edilməyən şəxsin imzası ilə təsdiq edilmişdir. İddiaçının xx.xx.1980-ci ildə işə daxil olma əmrinin oxunaqlı olmaması ilə bağlı dəlil də tamamilə əsassızdır. Belə ki, əmək kitabçasının surətində həmin qeyd hissəsi çox aydın oxunaqlıdır və hər-hansı ziddiyyətli hal yoxdur. Bundan başqa, iddiaçı xx.xx.1982-ci il tarixdə işdən azad edilsə də, əmrin tarixinin xx.xx.1983-cü il kimi yazılması onun məhz xx.xx.1982-ci ildə işdən azad edilməsi halını şübhə altına almaq üçün kifayət etmir. Belə ki, əmr barədə qeydin məzmununda əsas kimi şəxsin məhkum edilməsi göstərilmişdir. Həmçinin işçi ilə əmək münasibətlərinə xitam verilməsi faktının sonradan rəsmiləşdirilməsi onun, ümumiyyətlə, müvafiq dövrdə işləməməsi anlamına gələ bilməz və cavabdehin bu yanaşması ehtimallara söykənir. İddiaçının 1992-ci ildən sonra əmək fəaliyyətinin olmaması ilə bağlı dəlil də əsassızdır. Belə ki, yuxarıda qeyd edilmiş arxiv məlumatında 1997-ci il istisna olmaqla, digər dövrlərə dair əməkhaqqı ödənişi və digər sənədlərin arxivə təhvil verilməməsi bildirilir ki, bu hal da iddiaçının ziyanına şərh oluna bilməz və onun 1993-1998-ci illər aralığında əmək fəaliyyətinin olmaması qənaətinə gəlmək üçün kifayət etmir. Apellyasiya şikayətinin Nuqay Kərimov adlı şəxsə pensiya təyinatı zamanı müvafiq dövrə aid arxiv məlumatlarının təqdim edilməsi, iddiaçıya gəldikdə isə sənədlərin arxivə verilməməsi ilə bağlı arxivin məlumatlarının ziddiyətli olması barədə dəlilinə münasibətdə kollegiya qeyd edir ki, cavabdehin sorğusuna cavab olaraq Kürdəmir rayon Dövlət arxivi tərəfindən Nuqay Kərimova dair 1963-1986-cı illər üzrə əməkhaqqı məlumatları verilmiş, iddiaçıya münasibətdə isə 1993-1998-cü illərə dair məlumatlar üzrə cavab verilmiş, həmin dövrlərdən yalnız 1997-ci ilə dair sənədlərin arxivdə saxlanıldığı, digər dövrlərin isə saxlanılmadığı bildirilmişdir. Göründüyü kimi arxiv tərəfindən sözügedən şəxsə və iddiaçıya münasibətdə fərqli dövrlər üzrə məlumatlar verilmişdir ki, bu hal məlumatların ziddiyyətli olmasını deməyə əsas vermir. Həmçinin qeyd edilməlidir ki, işin birinci instansiya məhkəməsində araşdırılması zamanı cavabdehin mübahisələndirilməyən sığorta stajını bir halda 19 il 9 ay 27 gün, digər halda 15 il 15 gün, başqa bir halda 14 il 11 ay 15 gün, apellyasiya şikayətində isə 14 il 10 ay 10 gün olaraq nəzərə alması öz-özlüyündə cavabdeh orqan tərəfindən inzibati icraatın natamam aparılması qənaətinə gəlməyə əsas verir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, 2-1(120)-382/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar