Məhkəmə qərarları › İş №2-1(106)-75/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-75/2025

14.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-75/2025 14.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hacıyev Pərviz Vaqif oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 22 sentyabr 2021-ci il tarixdən, yəni 60 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2-1(120)-1643/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 22 sentyabr 2021-ci il tarixdən, yəni 60 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 60 yaşının tamam olduğu 22 sentyabr 2021-ci il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün qeyd edilən tarixə kimi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci bəndinə əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi və hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi xahişi ilə cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına rəsmi müraciət etmiş, lakin cavabdeh 01 sentyabr 2023-cü il tarixli, 3-17-1/2-Ç-201257/2023 nömrəli məktubu ilə imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, xx.xx.1982-xx.xx.1984-cü il tarixləri arasındakı dövr ərzində elektrik montyoru vəzifəsində işlədiyi qeyd olunub. Lakin sözügüdən arayışda işlədiyi elektrik montyoru vəzifəsinin yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan elektrik montyorlarına aid olması barədə hər hansı məlumat göstərilməmişdir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdehin xahişini yerinə yetirməməsi barədə imtina məktubu həmin konvertin üzərində Qarabağlı kənd poçt şöbəsinin möhürü ilə 11 sentyabr 2023-cü ici il tarixində almışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsinin 31.1-ci bəndinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. xx xxxxxxxx 1961-ci ildə Salyan rayonunun Qarabağlı kəndində doğulmuş və hazırda da həmin kənddə yaşayır. Orta məktəbi bitirdikdən sonra 10 aprel 1978-ci ildə Qaraçala sovxozu fəhlə kooperativində çörəkbişirmə sexində xəmiryoğuran işləmiş və 09 avqust 1978-ci ildə işdən çıxmış, 12 yanvar 1978-ci il tarixində 24 nömrəli Tikinti Quraşdırma İdarəsində betonçu vəzifəsinə qəbul edilmiş və 25 may 1979-cu ildə işdən çıxmış, 21 may 1980-01 iyul 1982-ci ildə həqiqi hərbi xidmətdə olmuş, 07 iyul 1982-ci ildə Şirvanneft NQÇİ-də Elektrik Avadanlıqları və X7 elektrik montyoru işinə qəbul edilmiş və 27 aprel 1984-cü ildə köçürmə yolu ilə X8 İdarəsinə keçməklə işdən azad edilmiş, 28 aprel 1984-cü il tarixində X8 İdarəsində 3-cü sinif sürücü vəzifəsinə qəbul edilmiş və 13 yanvar 1995-ci il tarixinə kimi sürücü işləmiş, 13 yanvar 1995-ci il tarixində AZİNMAŞ-37 qurğusuna qaldırıcı maşinist keçirilmiş və 06 sentyabr 2007-ci il tarixinə kimi həmin vəzifədə çalışmış, 06 sentyabr 2007-ci il tarixində yenə də orada sürücü vəzifəsinə keçirilmiş və hal-hazıradək həmin vəzifədə çalışır. Ümumi iş stajının 25 ildən çox olmasını mübahisələndirmir; Pensiya kapitalını mübahisələndirmir və onun məbləğinin pensiya təyinatı üçün maneə olmadığını qəbul edir; Mübahisələndirilən yeganə məsələ topladığı güzəştli iş stajının guya 12 il 6 aydan az olmasıdır ki, bu məsələnin həqiqətə uyğun olmaması sübuta yetirildiyi təqdirdə, güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun olması sübut edilmiş olacaqdır. ARDNŞ-nin verdiyi arayışda 13 yanvar 1995-ci il tarixindən 06 sentyabr 2007-ci il tarixinə kimi 12 il 7 ay 23 gün ərzində qaldırıcı maşinist kimi əmək fəaliyyətinin olduğunu təsdiq edən arxiv arayışı vermişdir. Həmin arayış əsasında X12 12 il 7 ay 23 gün güzəştli iş stajının olmasını təsdiq edən güzəştli iş stajı barədə arayış vermiş və ilkin sübutetmə yükü qismində həmin sənədləri cavabdehə təqdim etmiş, lakin cavabdeh bu sübutlara məhəl qoymamışdır. Cavabdeh bildirmişdir ki, əmək kitabçasındakı qeydlərdə 13 yanvar 1995-01 sentyabr 1997-ci il tarixlərində motorçu işlədiyi qeyd edilmişdir və bu səbəblə həmin stajı qaldırıcı maşinist stajı kimi qəbul edə bilmir. Lakin cavabdeh burada nəzərdən qaçırır ki, əmək kitabçasındakı qeydlər 1) əgər səhvdirsə, bu səhvlər ARDNŞ və X5 arxiv sənədləri ilə həqiqəti üzə çıxarır;2) əgər düz yazılıbsa belə, hətta bu halda da yenə də həmin staj güzəştli iş stajına qaldırıcı maşinist stajı kimi daxil edilməlidir. Belə ki, keçmiş SSRİ dövründə güzəştli şərtlərlə pensiya təyinatı üçün əsas sayılan güzəştli siyahı belə adlanırdı- Güzəştli şərtlərlə və güzəştli məbləğlərdə dövlət pensiyası hüquq verən istehsalatların, sexlərin, peşə və vəzifələrin 2 Nömrəli Siyahısı (sonradan-Köhnə Siyahı). X26 SSRİ Nazirlər Sovetinin 22 avqust 1956-cı il tarixli, 1173 nömrəli qərarı ilə təsdiq edilib. Həmin Siyahıda Xİİİ.Neft və qaz hasilatı yanmbölməsində hüzəştli pensiya hüququ verən peşələr sadalanarkən qeyd edilir: - neft qaz hasilatı işlərinin həyata keçirilməsi işləri üçün quyuların yeraltı və əsaslı təmirində xüsusi aqreqatların sürücü-motorçuları; X23 tətbiq edilməsi qaydalarını müəyyən edən sənəd - SSRİ Nazirlər Sovetinin 22 avqust 1956-cı il tarixli, 1173 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə və güzəştli məbləğlərdə dövlət pensiyası hüquq verən istehsalatların, sexlərin, peşə və vəzifələrin 2 X9 Qaydaları (sonradan-X21) adlanır. X27 X13 uyğun pensiya təyinatının aparılmasını göstərən hissəsində deyilir: Güzəştli şərtlərlə və güzəştli məbləğlərdə dövlət pensiyası hüquq verən istehsalatların, sexlərin, peşə və vəzifələrin 2 Nömrəli Siyahısına uyğun pensiya təyinatı aparılmalıdır; Xİİİ. Neft və Qaz Qazması hasilatı və emalı, kömür və şistirı emalı bölməsinin 2. Neft və qazın hasilatı yarımbölməsində göstərilir; Quyuların yeraltı təmir işlərini həyata keçirmək üçün avtomaşınlarda quraşdırılmış qaldırıcıların sürücü-motorçularına; Quyuların yeraltı təmir işlərini həyata keçirmək üçün xüsusi aqreqatların sürücü-motorçuları kimi; Göründüyü kimi, istənilən halda istər qaldırıcı maşinist, istərsə də qaldırıcıda motorçu işləyən işçinin eyni meyarla-qaldırıcı maşinisti kimi güzəştli pensiya hüququ vardır. Lakin cavabdeh əvvəlcə qeyd edilən arxiv arayışlarındakı məlumatlara münasibət bildirməli idi ki, bunu etməmişdir. Qeyd edilənləri nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 22 sentyabr 2021-ci il tarixdən, yəni 60 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış fərqin ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdehin 01,09.2023-cü il tarixli 3- 17-1/2-Ç-201257/2023 nömrəli məktubuna əsasən, iddiaçının qanunvericiliklə tələb olunan kifayət qədər güzəştli iş stajı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortolunanların üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqlarının 90 faizinin və xüsusi hesabındakı vəsaitin qeydə alındığı subhesabdır. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əiaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubomadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edjjməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X22 qərarlarını, X22 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) qazma bəndinin (10.1) fəhlələr yarımbəndində (a) elektrik montyorları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi “Azneft” İB-nin Ç.Biləndərova dair 11,07.2023-cü il tarixli 14-2-1/2-Ç-7- 1/2023-405 nömrəli arayışında xx.xx.1982-xx.xx.1984-cü il tarixləri arasındakı dövr ərzində “Şirvanneft” Neft və Qazçıxarma idarəsinin Elektrik avadanlıqlarının kirayəsi-təmiri və elektrik təchizatı sexinin elektrik laboratoriyasında elektrik montyoru vəzifəsində işlədiyi qeyd olunub. Lakin sözügedən arayışda iddiaçının işlədiyi elektrik montyoru vəzifəsinin yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan neft, qaz və qaz kondensantı hasilatı obyektlərində bilavasitə məşğul olan elektrik montyorlarına aid olması barədə hər hansı məlumat göstərilməmişdir. Eyni zamanda, Ç.Biləndərovun təqdim etdiyi digər sənədlər araşdırılarkən orda qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranıb. Belə ki, iddiaçının xx.xx.1978-ci il tarixli əmək kitabçasında xx.xx.1995-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində “Şirvanneft” NQÇİdə motorçu vəzifəsində işlədiyi qeyd olunub. Lakin “X14 Limited” şirkətinin Ç.Biləndərova dair xx.xx.2021-ci il tarixli 57 nömrəli arayışında sözügedən müəssisədə qaldırıcı maşinist vəzifəsində işlədiyi göstərilib. Göstərilən səbəbdən də həmin dövrü güzəştli iş stajına daxil etmək mümkün deyil. Əlavə olaraq bildiririk ki, 1 yanvar 2006-cı il il tarixdən bugünədək Ç.Biləndərova münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2007- ci ilin yanvar, iyun ayları öz əksini tapmadığından həmin müddətin (2 ay) sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Yuxarıda qeyd edilən səbəblərdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (9 il 10 ay 5 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bu səbəbdən, iddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Şirvan İnzibati Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2-1(120)-1643/2024 saylı qərarı ilə (hakim Hilal Nəcəfov) iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası Məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi “Azneft” İB-nin İddiaçı dair 11,07.2023-cü il tarixli 14-2-1/2-Ç-7-1/2023-405 nömrəli arayışında xx.xx.1982-xx.xx.1984-cü il tarixləri arasındakı dövr ərzində “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin Elektrik avadanlıqlarının kirayəsi-təmiri və elektrik təchizatı sexinin elektrik laboratoriyasında elektrik montyoru vəzifəsində işlədiyi qeyd olunub. Lakin sözügedən arayışda iddiaçının işlədiyi elektrik montyoru vəzifəsinin yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan neft, qaz və qaz kondensantı hasilatı obyektlərində bilavasitə məşğul olan elektrik montyorlarına aid olması barədə hər hansı məlumat göstərilməmişdir. Eyni zamanda, İddiaçı təqdim etdiyi digər sənədlər araşdırılarkən orda qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, iddiaçının xx.xx.1978-ci il tarixli əmək kitabçasında xx.xx.1995-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində “Şirvanneft” NQÇİ-də motorçu vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin “X14 Limited” şirkətinin İddiaçı dair xx.xx.2021 -ci il tarixli 57 nömrəli arayışında sözügedən müəssisədə qaldırıcı maşinist vəzifəsində işlədiyi göstərilmişdir. Göstərilən səbəbdən də həmin dövrü güzəştli iş stajına daxil etmək mümkün olmamışdır. Əlavə olaraq bildiririk ki, 1 yanvar 2006-cı il il tarixdən bugünədək İddiaçı münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2007-ci ilin yanvar, iyun ayları öz əksini tapmadığından həmin müddətin (2 ay) sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Yuxarıda qeyd edilən səbəblərdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (9 il 10 ay 5 gün) təşkil edir. (xx.xx.1997-xx.xx.2006-cı il, xx.xx.2007-xx.xx.2007-ci il, xx.xx.2007xx.xx.2007-ci il tarixləri arasındakı dövrlər)) Əlavə olaraq bildiririk ki, İddiaçı təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 43 il 11 ay 5 gün ( xx.xx.2006-cı il tarixədək 26 il 3 ay 5 gün (xx.xx.1978-xx.xx.1978-ci il, xx.xx.1979-xx.xx.1979-ci il, xx.xx.1980- xx.xx.1982-ci il (hərbi xidmət dövrü), xx.xx.1982-xx.xx.1984-ci il, xx.xx.1984xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 17 il 8 ay təşkil edir. Bundan başqa, B. Çobanovun xx.xx.2024-cü il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 82068,74 manat təşkil edir. Lakin birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Buna görə də hesab edirik ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımdan əsassız olduğundan “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə İddiaçı iddiası təmin olunmamalıdır. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2-1(120)-1643/2024 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X18 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2-1(120)-1643/2024 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2-1(120)-1643/2024 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiyaya əsasən: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. ... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri ... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. ... Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları ... 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il 320 saylı Qərarı: (21300000 Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı; KOD 21302000 a) fəhlələr—19861 neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları; KOD 2130200a 2130200a-14012 qaldırıcılan maşinistləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı: Bölmə 10. neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi; Bölmə 10.2. qaldırıcıların maşinistləri və sementləşdirici aqreqatların motorçuları vəzifələri; 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. -3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən;

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün qeyd edilmişdir. Belə ki, birinci instansiya məhkəməsində işə baxılan zaman iddiaçının tələbi “güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 22 sentyabr 2021-ci il tarixdən, yəni 60 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının 60 yaşı tamam olduğu vaxta, yəni xx.xx.2021-ci il tarixə ümumi iş stajı 25 ildən çox təşkil edir. Eləcə də, iş materiallarına əlavə edilmiş sənədlərə əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 82068,74 manat təşkil etdiyi müəyyən edilmişdir. Qeyd edilməlidir ki, iddiaçının ümumi iş stajı və pensiya kapitalı cavabdeh inzibati orqan tərəfindəndə mübahisələndirilməmiş və mübahisəsiz hal kimi qəbul edilmişdir. Məhkəmə cavabdehin imtina məktubunda göstərdiyi əsasa münasibətdə bildirir ki, iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir. İlkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyası pensiya hüququnun yarandığı tarixdən, yəni 60 yaşdan təyin edilməli olduğundan adıçəkilən Qanununun 32.1-1-ci maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün deyil, məhz onun pensiya hüququ yarandığı tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri və mübahisənin mahiyyəti üzrə əlavə olaraq aşağıdakıları qeyd edir: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Salyan rayonunun Qarabağlı kəndində anadan olmuş, Salyan rayonu, Qarabağlı kəndində qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1978-ci il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.2021-ci il hal-hazıradək əmək fəaliyyətində olmuşdur. İşdə olan xx.xx.1980-cı il tarixli, НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1980-xx.xx.1982-ci illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan “X14 LTD” güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında xx.xx.2021-ci il tarixli, 57 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən “X14 Limited” Şirkətinin Texnoloji Nəqliyyat sexinin Minik və yük nəqliyyatı avtobölməsində 4-cü dərəcəli avtomobil sürücüsü peşəsində işləyir. Əmək kitabçasına əsasən ümumi əmək stajı xx.xx.2021-ci il tarixinə 42 il, 01 ay, 06 gündür. İddiaçı “Şirvanneft” NQÇİ, X8 İdarəsində, "xxxx" BMMM və “X14 Limited” Şirkətində xx.xx.2021-ci il tarixinə ümumi əmək stajı 37 ih 05 av, 24 gündür. İddiaçı xx.xx.2006-cı il tarixinə ümumi əmək stajı 26 il. 03 av, 15 gündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il 320 saylı Qərarının (21300000 Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı 21302000 2. (Neft-qaz və qaz kondensatının hasilatı) bəndinə əsasən İddiaçı “Şirvanneft” NOCİ . Sin>an Texnoloji Nəqliyyat İdarəsimlə və "xxxx" BMMM-də xx.xx.2006-cı il tarixinə 12 il, 09 ay, 08 gün güzəştli şərtlərlə əmək stajı var. 1) İddiaçı 107/k saylı xx.xx.1982-ci il tarixli əmrlə xx.xx.1982- ci il tarixdən xx.xx.1984-cü il tarixədək, “Şirvanneft” NQÇİ-nin X2 Təmir Sexinin Elektrik laboratoriyasında “elektrik avadanlıqlarının təmiri və xidməti iizrə 2-ci dərəcəli elektrik montyoru” peşəsində işləmişdir. (01 il, 09 ay, 20 gün) 2130200a a) fəhlələr 2130200a—19861 neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları; 2) xx.xx.1995- ci il tarixli 4/k saylı əmrlə xx.xx.1995-ci il tarixdən xx.xx.2006-ci il tarixədək “Şirvanneft” NQÇİ-nin və "xxxx" BMMM-in Texnoloji Nəqliyyat sexinin 2 №-li avtobölməsində 6-cı dərəcli (AZİNMAŞ-37) qaldırıcı maşinist peşəsində işləmişdir. (10 il, 11 ay, 18 gün) 2130200a - 14012 qaldırıcılarm maşinistləri İddiaçı xx.xx.2006-cı il tarixinə güzəştli şərtlərlə 12 il, 09 ay, 08 gün iş stajı var. İşdə olan “Socar Baş Ofisin Mərkəzi Arxivinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 14-2/2-Ç-7-1/2023-2049 nömrəli arxiv arayışından görünür ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1961-ci il təvəllüdlü İddiaçı iş stajı aşağıdakı kimidir: xx.xx.1982-ci ildə (əmr № 107/k,xx.xx.1982-ci il) “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin Elektrik avadanlıqlarının kirayəsi-təmiri və elektrik təchizatı sexinin elektrik laboratoriyasına eiekirik avadanlıqlarının təmiri və xidməti üzrə 2-ci dərəcəli elektrik montyoru peşəsinə işə qəbul edilmişdir. xx.xx.1984-cü ildə (əmr № 39/k, xx.xx.1984-cü il) X8 İdarəsinə köçürülməsi ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.1984-cü ildə (əmr № 63/k,xx.xx.1984cü il) X8 İdarəsinin 1-ci avtobölməsinə QAZ-51,38-88 nömrəli avtomaşına 3-cü sinif sürücü peşəsinə işə qəbul edilmişdir. xx.xx.1985-ci ildə (əmr № 20/k,xx.xx.1985-ci il) 3-cü sinif sürücü QAZ-51,86-85 nömrəli avtomaşına təhkim olunmuşdur. xx.xx.1985-ci ildə (əmr № 46/k, xx.xx.1985-ci il) 2-ci avtobölməyə keçirilmiş, URAL-375 markalı,31-90 nömrəli avtomaşına təhkim olunmuşdur. xx.xx.1995-xx.xx.1995-ci ildə (əmr № 4-k,xx.xx.1995-ci il) 2 №-li avtobölmədə KRAZ-257 (AZİNMAŞ-37),34- 51 nömrəliyə 6-cı dərəcəli qaldırıcı maşinist peşəsinə keçirilmişdir. Quruda Neft və X3 xx.xx.1995-ci il tarixli 52 saylı əmrinə əsasən xx.xx.1995-ci ildən fərdi struktur vahidi hüququ ilə fəaliyyət göstərən X8 İdarəsi struktur bölmə kimi “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.1997-ci il tarixli 158 saylı əmri ilə “Şirvanneft” Neft və Qazçıxarma idarəsi ləğv olunmuş və onun bazasında “Şirvan Oyl" X16 Müəssisəsi yaradılmışdır. xx.xx.1997-ci ildə (əmr № 1/k, xx.xx.1997-ci il) "xxxx" X16 Müəssisəsinin Texnoloji nəqliyyat sexinin 2 №-li avtobölməsində 6-cı dərəcəli AZİNMAŞ-37 qaldırıcı maşinisti peşəsində (KRAZ-257,34-51,** AC ***) fəaliyyətini davam etdirmişdir. xx.xx.2007-ci ildə (əmr № 139/k-a,xx.xx.2007-ci il) 6- cı dərəcəli sürücü keçirilmiş,KRAZ-250 markalı,90JB 369 nömrəli avtomaşının idarə olunması həvalə edilmişdir. xx.xx.2009-cu ildə (əmr № 278, xx.xx.2009-cu il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə uyğun olaraq öz ərizəsi ilə əmək müqaviləsinə xitam verilmiş və işdən azad olunmuşdur. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ç-201257/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 7 avqust 2023-cü il tarixində daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X22 qərarlarını, X22 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) qazma bəndinin (10.1) fəhlələr yarımbəndində (a) elektrik montyorları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi “Azneft” İB-nin xx.xx.2023-cü il tarixli 14-2-1/2-Ç-7-1/2023-405 nömrəli arayışında xx.xx.1982-xx.xx.1984-cü il tarixləri arasındakı dövr ərzində “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin Elektrik avadanlıqlarının kirayəsi-təmiri və elektrik təchizatı sexinin elektrik laboratoriyasında elektrik montyoru vəzifəsində işlədiyi qeyd olunub. Lakin sözügedən arayışda işlədiyi elektrik montyoru vəzifəsinin yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan neft, qaz və qaz kondensantı hasilatı obyektlərində bilavasitə məşğul olan elektrik montyorlarına aid olması barədə hər hansı məlumat göstərilməyib. Eyni zamanda, təqdim etdiyi digər sənədlər araşdırılarkən orda qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranıb. Belə ki, xx.xx.1978-ci il tarixli əmək kitabçanda xx.xx.1995-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində “Şirvanneft” NQÇİ-də motorçu vəzifəsində işlədiyi qeyd olunub. Lakin “X14 Limited” şirkətinin xx.xx.2021-ci il tarixli 57 nömrəli arayışında sözügedən müəssisədə qaldırıcı maşinist vəzifəsində işlədiyi göstərilib. Göstərilən səbəbdən də həmin dövrü güzəştli iş stajına daxil etmək mümkün deyil. Əlavə olaraq bildiririk ki, 1 yanvar 2006-cı il il tarixindən bugünədək sizə münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2007-ci ilin yanvar, iyun ayları öz əksini tapmadığından həmin müddətin (2 ay) sosial sığorta stajınıza daxil edilməsi mümkün olmamışdır. Yuxarıda qeyd edilən səbəblərdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (9 il 10 ay 5 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. İşdə olan “Azneft” İstehsalat Birliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 14-2-1/2-294/2024 nömrəli məktubundan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrdə əmək (sığorta) stajı ilə bağlı SOCAR-ın Baş ofisinin Mərkəzi arxivinə ünvanladığı 14-2-1-Ç-7-1- 2023-4782 nömrəli ərizəyə “Azneft” İstehsalat Birliyində müvafiq qaydada baxılmış və “Azneft” İB-nin xx.xx.2023-cü il tarixli 14-2- 1/2-Ç-7-1/2023-405 nömrəli “Ərizəyə cavab verilməsi haqqında” məktubu ilə SOCAR-ın Baş ofisinin Mərkəzi arxivi tərəfindən verilmiş 03 iyul 2023-cü il tarixli 14-2/2-Ç-7-1/2023-2049 nömrəli arxiv arayışındakı qeydlərə uyğun olaraq ona güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə əmək stajı baradə məktub göndərilmişdir. Sorğu məktubunuzla bağlı SOCAR-ın Baş ofisinin Mərkəzi arxivi tərəfindən yeni xx.xx.2024-cü il tarixli 14-2/2-529/2024 nömrəli arxiv arayışı, vətəndaşın T-2 kadr üzrə şəxsi uçot vərəqinin, əmək haqqı cədvəllərinin və kadr əmrlərin surəti sorğunun cavablandırılması üçün “Azneft” İstehsalat Birliyinə göndərilmişdir. SOCAR-ın Baş ofisinin Mərkəzi arxivinin xx.xx.2024-cü il tarixli 14-2/2-529/2024 nömrəli arxiv arayışında (məktuba əlavə olunur) vətəndaş İddiaçı X8 İdarəsində xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin Nəqliyyat sexində xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək KRAZ-257 (AZİNMAŞ-37) markalı, 34-51 dövlət qeydiyyat nişanlı maşında motorist, “Forma T-2” şəxsi vərəqində (surəti məktuba əlavə olunur) isə qaldırıcının maşinisti peşəsində işlədiyi qeyd edilmişdir. Eyni zamanda "xxxx" X16 Müəssisəsinin Texnoloji nəqliyyat sexində xx.xx.1997-ci il tarixdən KRAZ-257 (AZİNMAŞ- 37) markalı, 34-51 dövlət qeydiyyat nişanlı (sonrakı DQN ** AC ***) maşında qaldırıcının maşinisti olaraq əmək fəaliyyətini davam etdirdiyi qeyd edilmişdir. Həmçinin, vətəndaşın peşəsi əmək haqqı cədvəllərində (surəti məktuba əlavə olunur) xx.xx.1995-ci il tarixdən xx.xx.2007-ci il tarixədək AZİNMAŞ-37 olaraq qeyd edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 156-cı maddəsinin 2- ci bəndinə əsasən: - yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi, işçilərə peşə (vəzifə) adlarının və tarif (ödəniş) dərəcələrinin müəyyən edilməsi qüvvədə olan tarif-ixtisas sorğu kitabçalarına uyğun olaraq həyata keçirilir. Məlumat üçün bildiririk ki, KRAZ-257 (AZİNMAŞ-37) markalı avtomaşın üzərində qazma və qaldırıcı qurğu quraşdırılmış səyyar qaldırıcıdır. Səyyar qaldırıcılar quyuların əsaslı və yeraltı təmirində istifadə edilən xüsusi texnikadır və X25 Sorğu Kitabçasına əsasən həmin qaldırıcını (xüsusi texnikanı) və quyuların təmiri zamanı onun bucurğadını idarə edən şəxsin peşəsinin adı qaldırıcının maşinisti olmalıdır. “Azneft” İB-nin təşkilatlarında qeyd edilən tipdə olan qaldırıcılarda (xüsusi texnikalarda) işləyən işçilərin peşəsinin adı qaldırıcının maşinistidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildiririk ki, İddiaçı X8 İdarəsində, “Şirvanneft” Neft və Qazçıxarma İdarəsində və "xxxx" X16 Müəssisəsində xx.xx.1995-ci il tarixdən xx.xx.2007-ci il tarixədək (12 il 07 ay 23 gün) işlədiyi xüsusi texnikanın tipinə və markasına əsasən peşənin adı qaldırıcının maşinistidir və bu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2 "Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində nəzərdə tutulan “qaldırıcıların maşinistləri” peşəsi ilə eynilik təşkil edir. Sorğu məktubunda qeyd etdiyiniz digər məsələ, səyyar qaldırıcının (KRAZ-257 (AZİNMAŞ-37)) motorçusu peşəsinin vəzifə təlimatı barədə məlumat verilməsi ilə bağlı bildiririk ki, qaldırıcılarda (KRAZ-257 (AZİNMAŞ-37)) işləyən işçilərin peşəsinin adı qaldırıcının maşinistidir və həmin peşənin əmək funksiyaları aşağıdakılardan ibarətdir: Quyuların əsaslı və cari təmiri prosesində qaldırıcıya, aqreqata xidmət edilməsi; Qaldırıcının (aqreqatın) işə hazırlanması; Qaldırıcının quraşdırılması, sökülməsi, quyunun təmirə hazırlanması və təmirin başa çatdırılması işlərində iştirak edilməsi; Tal sisteminin qurulmasında iştirak etmək; Bütün endirmə-qaldırma əməliyyatlarında bucurğadın idarə edilməsi; Qaldırıcıda qoyulmuş güc elektrik generatorunun idarə edilməsi; Quyuların əsaslı və yeraltı təmiri işlərində, quyu ağzının avadanlıqla təchiz edilməsində iştirak etmək; Qaldırıcının işinin uçotu jurnalının aparılması; Avtomaşını və yaxud traktoru idarə etmək, yanacaqla doldurmaq; Qaldırıcının (aqreqatın), avtomobilin, traktorun mexanizmlərinin cari təmirinin aparılması. İşdə olan “Socar Baş Ofisin Mərkəzi Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 14-2/2-529/2024 nömrəli arxiv arayışından görünür ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1961 -ci il təvəllüdlü İddiaçı iş stajı aşağıdakı kimidir: xx.xx.1982-ci ildə (əmr № 107/k,xx.xx.1982-ci il) “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin Elektrik avadanlıqlarının kirayəsi-təmiri və elektrik təchizatı sexinin elektrik laboratoriyasına elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 2-ci dərəcəli elektrik montyoru peşəsinə işə qəbul edilmişdir. xx.xx.1984-cü ildə (əmr № 39/k,xx.xx.1984-cü il) X8 İdarəsinə köçürülməsi ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.1984-cü ildə (əmr № 63/k,xx.xx.1984cü il) X8 İdarəsinin 1- ci avtobölməsinə QAZ-51,38-88 nömrəli avtomaşına 3-cü sinif sürücü peşəsinə işə qəbul edilmişdir. xx.xx.1985-ci ildə (əmr № 20/k,xx.xx.1985-ci il) 3-cü sinif sürücü QAZ-51,86-85 nömrəli avtomaşına təhkim olunmuşdur. xx.xx.1985-ci ildə (əmr № 46/k, xx.xx.1985-ci il) 2-ci avtobölməyə keçirilmiş, URAL-375 markalı,31-90 nömrəli avtomaşına təhkim olunmuşdur. Mövcüd haqq-hesab cədvəllərinə əsasən 1992-ci ilin dekabr ayından peşəsi 5-ci dərəcəli aqreqat maşinisti (AROK) olaraq göstərilmişdir. xx.xx.1995-ci ildə (əmr № 4-k, xx.xx.1995-ci il) 1 №-li avtobölmədə URAL-4320/AROK-İ/ markalı 31-90 №- li avtomaşının 5-ci dərəcəli maşinisti 2 №-li avtobölmədə KRAZ-257 (AZİNMAŞ-37) markalı ,34-51 nömrəli maşına 2 həftəlik sınaq müddətini keçməklə 6-cı dərəcəli motorist peşəsinə keçirilmişdir. Şəxsi vərəqədə peşəsi 6-cı dərəcəli qaldırıcı maşinist olaraq göstərilmişdir. xx.xx.1995-ci ildə (əmr № 7-k,xx.xx.1995-ci il) AZİNMAŞ-37-də /34-51/ 6-cı dərəcəli motorist sınaq müddətini keçdikdən sonra müstəqil işə buraxılmışdır. Quruda Neft və X3 xx.xx.1995-ci il tarixli 52 saylı əmrinə əsasən xx.xx.1995-ci ildən fərdi struktur vahidi hüququ ilə fəaliyyət göstərən X8 İdarəsi struktur bölmə kimi “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.1997-ci il tarixli 158 saylı əmri ilə “Şirvanneft” Neft və Qazçıxarma İdarəsi ləğv olunmuş və onun bazasında "xxxx" X16 Müəssisəsi yaradılmışdır. xx.xx.1997-ci ildə (əmr № 1/k, xx.xx.1997-ci il) "xxxx" X16 Müəssisəsinin Texnoloji nəqliyyat sexinin 2 №-li avtobölməsində 6-cı dərəcəli AZİNMAŞ-37 qaldırıcı maşinisti peşəsində (KRAZ-257,34-51,** AC ***) fəaliyyətini davam etdirmişdir. xx.xx.2007-ci ildə (əmr № 139/k-a,xx.xx.2007-ci il) 6- cı dərəcəli sürücü keçirilmiş, KRAZ- 250 markalı,** JB *** nömrəli avtomaşının idarə olunması həvalə edilmişdir. xx.xx.2009-cu ildə (əmr № 278,xx.xx.2009-cu il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə uyğun olaraq öz ərizəsi ilə əmək müqaviləsinə xitam verilmiş və işdən azad olunmuşdur. Qeyd: İddiaçı aid bəzi arxiv sənədləri sonradan aşkar olunduğundan xx.xx.2023-cü il tarixli 14- 2/2- Ç-7-1 /2023-2049 nömrəli arxiv arayışının etibarsız hesab olunmasını məqsədəmüvafiq hesab edirik. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-38395/24 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X22 qərarlarını, X22 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısfnın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı (10) bölməsinin neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi (10.2) bəndində qaldırıcıların maşinistləri və sementləşdirici aqreqatların motorçuları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1978-ci il tarixli əmək kitabçasında onun xx.xx.1995-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində “Şirvanneft” NQÇİ- də motorçu vəzifəsində işlədiyi qeyd olunub. Lakin “X14 Limited” şirkətinin ona dair xx.xx.2023-cü il tarixli 14-2-1/2-Ç-7-1/2023-405 nömrəli arayışında həmin dövr ərzində qaldırıcı maşinist vəzifəsində işlədiyi göstərilib. Göründüyü kimi, adıçəkilən şəxsə dair sənədlərdə qeyd olunan məlumatlarda uyğunsuzluq var. Həmçinin işlədiyi motorçu vəzifəsi arayışda göstərilən qaldırıcı maşinist vəzifəsi ilə uyğunluq təşkil etmir. Buna görə də həmin dövrü güzəştli iş stajına daxil etmək mümkün deyil. Eyni zamanda, İddiaçı fərdi hesabının sığorta hissəsində 2007-ci ilin yanvar və iyun ayları üzrə ödənilməli olan məcburi dövlət sosial sığorta haqqı öz əksini tapmadığından həmin müddətin (2 ay) sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Göstərilən səbəblərdən də adıçəkilən şəxsin güzəştli iş stajı 12 il 6 aydan az (9 il 10 ay 5 gün (xx.xx.1997-xx.xx.2006-cı il, xx.xx.2007-xx.xx.2007-ci il, xx.xx.2007- xx.xx.2007-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Əlavə olaraq bildiririk ki, İddiaçı təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 43 il 11 ay 5 gün ( xx.xx.2006-cı il tarixinədək 26 il 3 ay 5 gün (xx.xx.1978-xx.xx.1978-ci il, xx.xx.1979xx.xx.1979-ci il, xx.xx.1980-xx.xx.1982-ci il (hərbi xidmət dövrü), xx.xx.1982-xx.xx.1984-ci il, xx.xx.1984-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 17 il 8 ay təşkil edir. Bundan başqa, İddiaçı xx.xx.2024-cü il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəm 82068,74 manat təşkil edir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən, tərəflərin verdiyi izahatlardan müəyyən olunur ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin ona güzəştli iş stajının kifayət etməməsi əsas gətirilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarını və cavabdeh tərəfindən iddiaçının işlədiyi sahənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına aid olmaması, o cümlədən apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, yuxarıda şərh olunan hüquq normalarının tələbinə görə iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün həmin tarixədək onun 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajı mövcud olmalı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği minimum pensiya təyin edilməsinə imkan verməlidir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-38395/24 məktubundan görünür ki, İddiaçı təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 43 il 11 ay 5 gün ( xx.xx.2006-cı il tarixinədək 26 il 3 ay 5 gün (xx.xx.1978-xx.xx.1978-ci il, xx.xx.1979xx.xx.1979-ci il, xx.xx.1980-xx.xx.1982-ci il (hərbi xidmət dövrü), xx.xx.1982-xx.xx.1984-ci il, xx.xx.1984-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 17 il 8 ay təşkil edir. Bundan başqa, İddiaçı xx.xx.2024-cü il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 82068,74 manat təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 60 yaşınadək kifayət edən ümumi iş stajının olması əmək kitabçasında olan qeydlər və digər sənədlər (hərbi bilet və s.) əsasında müəyyən edilir. İş materiallarından görünür ki, iddiaçının 60 yaşı tamam olduğu vaxta kimi ümumi iş stajı 25 ildən çox təşkil edir. Eləcə də, iş materiallarına əlavə edilmiş sənədlərə əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 82068,74 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iddiaçının tələb olunan 25 il ümumi iş stajının və tələb oluna pensiya kapitalının olması cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmiş və mübahisəsiz hal kimi qəbul edilmişdir. Cavabdeh inzibati orqanın mübahisələndirdiyi yeganə hal iddiaçının 12 il 6 ay güzəştli iş stajının olmamasıdır. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ç-201257/2023 saylı imtina məktubuna əsasən “Azneft” İB-nin iddiaçıya dair xx.xx.2023-cü il tarixli, 14-2-1/2-Ç-7-1/2023-405 nömrəli arayışında İddiaçı xx.xx.1982-xx.xx.1984-cü il tarixləri arasındakı dövr ərzində “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin Elektrik avadanlıqlarının kirayəsi-təmiri və elektrik təchizatı sexinin elektrik laboratoriyasında elektrik montyoru vəzifəsində işlədiyini qeyd olunmuş, lakin sözügedən arayışda işlədiyi elektrik montyoru vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan neft, qaz və qaz kondensantı hasilatı obyektlərində bilavasitə məşğul olan elektrik montyorlarına aid olması barədə hər hansı məlumat göstərilməyib. Eyni zamanda iddiaçıya məxsus xx.xx.1978-ci il tarixli əmək kitabçasında onun xx.xx.1995-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində “Şirvanneft” NQÇİ-də motorçu vəzifəsində işləməsi qeyd olunsada, “X14 Limited” şirkətinin İddiaçı dair tərtib etdiyi xx.xx.2021-ci il tarixli, 57 arayışında sözügedən müəssisədə onun qaldırıcı maşinist vəzifəsində işlədiyi göstərilmişdir. Məhkəmə kollegiyası iddiaçının güzəştli iş stajının yetərli olmaması ilə bağlı cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti ödəmişdir. Belə ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə kollegiyası iddiaçının güzəştli iş stajına münasibətdə bildirir ki, cavabdeh imtinasında qeyd edir ki, iddiaçıya məxsus xx.xx.1978-ci il tarixli əmək kitabçasında onun xx.xx.1995-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində “Şirvanneft” NQÇİ-də motorçu vəzifəsində işləməsi qeyd olunsada, “X14 Limited” şirkətinin İddiaçı dair tərtib etdiyi xx.xx.2021-ci il tarixli, 57 arayışında sözügedən müəssisədə onun qaldırıcı maşinist vəzifəsində işlədiyi göstərilmişdir. İşdə olan “X14 LTD” güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında xx.xx.2021-ci il tarixli, 57 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən “X14 Limited” Şirkətinin Texnoloji Nəqliyyat sexinin Minik və yük nəqliyyatı avtobölməsində 4-cü dərəcəli avtomobil sürücüsü peşəsində işləyir. Əmək kitabçasına əsasən ümumi əmək stajı xx.xx.2021-ci il tarixinə 42 il, 01 ay, 06 gündür. İddiaçı “Şirvanneft” NQÇİ, X8 İdarəsində, "xxxx" BMMM və “X14 Limited” Şirkətində xx.xx.2021-ci il tarixinə ümumi əmək stajı 37 il 05 ay, 24 gündür. İddiaçı xx.xx.2006-cı il tarixinə ümumi əmək stajı 26 il, 03 ay, 15 gündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il 320 saylı Qərarının (21300000 Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı 21302000 2. (Neft-qaz və qaz kondensatının hasilatı) bəndinə əsasən İddiaçı “Şirvanneft” NOCİ . X8 İdarəsində və "xxxx" BMMM-də xx.xx.2006-cı il tarixinə 12 il, 09 ay, 08 gün güzəştli şərtlərlə əmək stajı var. 1) İddiaçı 107/k saylı xx.xx.1982-ci il tarixli əmrlə xx.xx.1982- ci il tarixdən xx.xx.1984-cü il tarixədək, “Şirvanneft” NQÇİ-nin X2 Təmir Sexinin Elektrik laboratoriyasında “elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 2-ci dərəcəli elektrik montyoru” peşəsində işləmişdir. (01 il, 09 ay, 20 gün) 2130200a a) fəhlələr 2130200a—19861 neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları; 2) xx.xx.1995-ci il tarixli 4/k saylı əmrlə xx.xx.1995-ci il tarixdən xx.xx.2006-ci il tarixədək “Şirvanneft” NQÇİ-nin və "xxxx" BMMM-in Texnoloji Nəqliyyat sexinin 2 №-li avtobölməsində 6-cı dərəcli (AZİNMAŞ-37) qaldırıcı maşinist peşəsində işləmişdir. (10 il, 11 ay, 18 gün) 2130200a-14012 qaldırıcıların maşinistləri İddiaçı xx.xx.2006-cı il tarixinə güzəştli şərtlərlə 12 il, 09 ay, 08 gün iş stajı var. Həmçinin “Azneft” İstehsalat Birliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 14-2-1/2-294/2024 nömrəli məktubuna əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 156-cı maddəsinin 2-ci bəndinə əsasən: - yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi, işçilərə peşə (vəzifə) adlarının və tarif (ödəniş) dərəcələrinin müəyyən edilməsi qüvvədə olan tarif-ixtisas sorğu kitabçalarına uyğun olaraq həyata keçirildiyi, KRAZ-257 (AZİNMAŞ-37) markalı avtomaşın üzərində qazma və qaldırıcı qurğu quraşdırılmış səyyar qaldırıcıdır. Səyyar qaldırıcılar quyuların əsaslı və yeraltı təmirində istifadə edilən xüsusi texnikadır və X25 Sorğu Kitabçasına əsasən həmin qaldırıcını (xüsusi texnikanı) və quyuların təmiri zamanı onun bucurğadını idarə edən şəxsin peşəsinin adı qaldırıcının maşinisti olmalı olduğu, İddiaçı X8 İdarəsində, “Şirvanneft” Neft və Qazçıxarma İdarəsində və "xxxx" X16 Müəssisəsində xx.xx.1995-ci il tarixdən xx.xx.2007-ci il tarixədək (12 il 07 ay 23 gün) işlədiyi xüsusi texnikanın tipinə və markasına əsasən peşənin adı qaldırıcının maşinisti olduğu və bu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2 "Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində nəzərdə tutulan “qaldırıcıların maşinistləri” peşəsi ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. əlavə olaraq məktubda həmin peşənin \m\k funksiyası barədə də məlumat verilmiş və qeyd edilmişdir ki, səyyar qaldırıcının (KRAZ-257 (AZİNMAŞ-37)) motorçusu peşəsinin vəzifə təlimatı barədə məlumat verilməsi ilə bağlı bildiririk ki, qaldırıcılarda (KRAZ-257 (AZİNMAŞ-37)) işləyən işçilərin peşəsinin adı qaldırıcının maşinistidir və həmin peşənin əmək funksiyaları aşağıdakılardan ibarətdir: Quyuların əsaslı və cari təmiri prosesində qaldırıcıya, aqreqata xidmət edilməsi; Qaldırıcının (aqreqatın) işə hazırlanması; Qaldırıcının quraşdırılması, sökülməsi, quyunun təmirə hazırlanması və təmirin başa çatdırılması işlərində iştirak edilməsi; Tal sisteminin qurulmasında iştirak etmək; Bütün endirmə-qaldırma əməliyyatlarında bucurğadın idarə edilməsi; Qaldırıcıda qoyulmuş güc elektrik generatorunun idarə edilməsi; Quyuların əsaslı və yeraltı təmiri işlərində, quyu ağzının avadanlıqla təchiz edilməsində iştirak etmək; Qaldırıcının işinin uçotu jurnalının aparılması; Avtomaşını və yaxud traktoru idarə etmək, yanacaqla doldurmaq; Qaldırıcının (aqreqatın), avtomobilin, traktorun mexanizmlərinin cari təmirinin aparılması. Göründüyü kimi, imtinanın əsasında duran “Azneft” İB-nin iddiaçıya dair xx.xx.2023-cü il tarixli, 14-2-1/2-Ç-7-1/2023-405 nömrəli arayışında iddiaçının xx.xx.1982-xx.xx.1984-cü il tarixləri arasındakı dövr ərzində “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin Elektrik avadanlıqlarının kirayəsi-təmiri və elektrik təchizatı sexinin elektrik laboratoriyasında elektrik montyoru vəzifəsində işlədiyi vəzifəsinin güzəştli əmək stajı olması barədə qeydlər yazılmasa da, “X14 LTD” güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında xx.xx.2021-ci il tarixli, 57 nömrəli arayışında həmin vəzifənin (01 il, 09 ay, 20 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il 320 saylı Qərarına əsasən güzəştli əmək stajı olmasını qeyd etmişdir. (2130200a a) fəhlələr 2130200a—19861 neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları;) Eyni zamanda, imtinanın digər əsası kimi irəli sürülən “əmək kitabçşasında iddiaçını xx.xx.1995-xx.xx.1997-ci illərdə motorçu vəzifəsində işlədiyini və həmin vəzifənin güzəştli sığorta stajı kimi qəbul etmədiyini” bildirsə də, “X14 LTD” güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında xx.xx.2021-ci il tarixli, 57 nömrəli arayışında, o cümlədən “Azneft” İstehsalat Birliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 14-2- 1/2-294/2024 nömrəli məktubunda həmin dövrlərdə iddiaçının “Şirvanneft” NQÇİ-nin və "xxxx" BMMM-in Texnoloji Nəqliyyat sexinin 2 №-li avtobölməsində 6-cı dərəcli (AZİNMAŞ-37) qaldırıcı maşinist peşəsində işlədiyini (10 il, 11 ay, 18 gün) və həmin vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il 320 saylı Qərarına əsasən güzəştli əmək stajı olmasını (2130200a-14012 qaldırıcıların maşinistləri) və İddiaçı xx.xx.2006-cı il tarixinə güzəştli şərtlərlə 12 il, 09 ay, 08 gün iş stajı olduğunu qeyd etmişdir. Belə olduğu halda məhkəmə kollegiyası mövcud olan sənədləri qanunvericiliyin müddəaları və yuxarıda qeyd edilən hüquqi dəyərləndirmə ilə birgə təhlil etdikdə, iddiaçının güzəşli iş stajının 12 il 06 aydan çox təşkil etdiyi müəyyən edir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı mübahisə yaranmamış, iddiaçının ilkin müraciəti zamanı verilmiş imtina məktubunda, həmçinin yazılı etirazda bununla bağlı mülahizə irəli sürülməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış kapital ilə bağlı şərt ödənildiyindən, həmin hissədə əlavə araşdırmanın aparılmasına zərurət yaranmamışdır. Məhkəmə kollegiyası bildirir ki, müvafiq dövr üzrə iş stajı iddiaçı X4 məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən və mübahisələndirilmədiyindən mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Beləliklə, birinci instansiya məhkəməsi iddiaçıya hüququnun yarandığı 60 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməklə haqlı mövqe sərgiləmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2-1(120)-1643/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar