Məhkəmə qərarları › İş №2-1(106)-750/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-750/2025

26.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-750/2025 26.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, 2-1(120)-108/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, hüququnun yarandığı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin (aldığı sosial müavinət çıxılmaqla) cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynov) 28 iyul 2025-ci il tarixli, 2-1(120)- 108/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 57 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin (aldığı sosial müavinət çıxılmaqla) cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək Əli X9 Evtikmə zavodunda yükləyici maşinist işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə zavodun mövcudluğu, müvafiq əmrlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin zavod tərəfindən müəyyən dövr üçün zavoda məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmrlər kitabının və əmək haqqı cədvəllərinin) tam qaydada arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında göstərilən vəzifələrdə çalışması ilə əlaqədar 12 il 6 aydan artıq güzəştli iş stajına malik olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısında 14.8. Gil kərpici, kirəmit və keramik blok istehsalı bölməsi-fəhlə, çıxarıcılar, dairəvi sobalarda kərpic bişirilməsində və eləcə də bərk yanacaqla işləyən, tunel sobalarında məşğul olan divar və büzüşdürücü materialları yandıranlar; 14.10 “dəmir-beton və beton məmulatlarının istehsalı" bölməsi- fəhlələr, sementin bir yerdən başqa yerə yüklənməsi ilə məşğul olan yükləyicilərin maşinistləri" peşəsi eynilik təşkil edir. Bundan başqa iddiaçı xx.xx.2019-cu il tarixdə pensiya təyinatı ilə bağlı Fondun rayon şöbəsinə müraciət etmişdir, ona görə də iddiaçıya 57 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməklə, həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qərardan cаvаbdеh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1978-1980-ci illərdə hərbi xidmətdə və əmək kitabçasına əsasən 1974-cü ildən 2006-cı ilədək əmək fəaliyyətində olmuşdur. 1980-1984 və 1993-2006-cı illərdə gil kərpici istehsalı sahəsində çıxarıcı (1980-1982) və yandırıcı (1982- 1984), sement sexində isə yükləyicinin maşinisti (1993-2006) işləmiş, "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 14.8-ci bəndinin 1 və 2-ci abzasları, həmçinin 14.10-cu bandinin 1-ci abzasına əsasən 15 il 07 ay 07 gün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı vardır. Bu barədə çalışdığı müəssisə tərəfindən təsdiq olunmuş arayış da tərtib olunmuşdur. Bu əsasla o, 2019-cu ildə əvvəlcə qeydiyyatda olduğu Sabirabad rayonu üzrə DSMF-nun Sabirabad rayon şöbəsinə rəsmi müraciət etmiş, lakin imtina edilmişdir. Bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Dövlət Sosial Müdafiə Fonduna dəfələrlə rəsmi müraciət etmiş, lakin növbəti dəfə də imtina cavabı verilmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filiala təqdim etdiyi xx.xx.1974-cü il tarixdə açılmış əmək kitabçasında xx.xx.1993-cü il tarixdən xx.xx.2006- cı il tarixədək “X12" Evtikmə kombinatında işlədiyi qeyd olunmuşdur Araşdırma zamanı xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Buna görə də xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək işləməməyinə dair əsaslı şübhələr yaranmışdır. Bu səbəbdən iddaıçı İddiaçı adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilmiş, cavab olaraq sozügedən müəssisədə saxlanılan əmək haqqı barədə cədvəllərdə yalnız 1994-cü ildə 1 ay, 1995-cı ildə 1 ay, 2001-ci ildə 1 ay, 2004-cü ildə 1 ay, 2005-ci ildə 1 ay əmək haqqı hesablandığı və digər dövrlərdə isə müəssisənin fəaliyyəti olmadığı üçün İddiaçı öz hesabına məzuniyyətdə olduğu müəyyən edildiyi bildirilmişdir. Bu fakt Şirvan Tikinti Sənaye ASC-nın birgə Aktları ilə təsdiq edilmişdir. İddiaçı ümumi is stajı 16 il 2 gün (01.01 2006-cı il tarixədək 15 il 9 ay 2 gün əmək stajı (03.09 1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-ci il tarixədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1980- ci il tarixdən xx.xx.1987-ci ıl tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-ci il tarixədək xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək, 1994-cü ildə avqust ayı, 1995-ci ildə avqust ayı, 2001-ci ildə fevral ayı, 2004- cü ildə may ayı, 2005-ci ildə dekabr ayı tarixləri arasındakı dövrlər), həmin tarixdən 3 ay sığorta stajı), güzəştli is stajı isə 3 il 4 ay 15 gün (xx.xx.1980xx.xx.1982-1982-xx.xx.1984-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 15402,84 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlili imtina aktının və iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş və şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın iddianın təmin edilməməsini xahiş etmişdir. Nümayəndə həmçinin bildirmişdir ki, müavinət deyil, 2024-cü ildən ümumi əsaslarla yaşa görə pensiya təyin edilmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, qaynaq işlərini əl ilə aparmışdır. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “X2” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. -Həmin Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 31.1-ci maddəsinin tələbinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 32.1-ci maddəsinə görə yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. 37ci maddəsinin 37.7-ci bəndinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinin “b” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. İş materiallarına əlavə edilmiş: -iddiaçıya şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. -iddiaçıya məxsus xx.xx.1974-cü il tarixli və xx.xx.1980-cı il tarixli əmək kitabçalarının surətindən görünür ki, xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci ilədək Kinoprokat şöbəsində yükdaşıyan vəzifəsində, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı ilədək Əli-Bayramlı Təmir Tikinti sahəsində fəhlə, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci ilədək Qaradağ rayon neft kəmərləri idarəsində 2-ci dərəcəli boşaldıcı, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci ilədək “Avtoyoltiknaz”-in 9 saylı Yol-tikinti idarəsində çilingər, xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək Sovet ordusu sıralarında xidməti, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək 5 saylı sənaye kombinatında boşaldıcı, xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək çilingər, xx.xx.1982-ci ildən xx.xx.1987-ci ildən yükləyici, yandırıcı, yandırıcı briqadir, tənzimləyici çilingər, xx.xx.1987-ci il tarixdən 25.02.88-ci ilədək SBİK-ə mühərrik sınaqçısı şagirdi, xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilədək mühərrik sınaqçısı, 5 saylı Sənaye Kombinatında xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilədək çilingər, Əli-Bayramlı JSBD zavodunda xx.xx.1989-cu ildən xx.xx.1993-cü ilədək çilingər, xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək X5 Evtikmə zavodunda yükləyici maşinist işləməsi barədə qeydlər mövcuddur. -xx.xx.1976-cı il tarixli, 12004-İİİ nömrəli attestatın surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək X1 məktəbinin “avtomobil təmiri çilingəri” sənəti üzrə təhsil almışdır. -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin xx.xx.2018-ci il tarixli, 550 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən keçmiş sovet ordusunda xx.xx.1978-ci il tarixdən xx.xx.1980-cı il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. -Şirvan Tikinti Sənaye Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2018-ci il tarixli, 48/A nömrəli arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Əli Bayramlı şəhər 5 saylı Sənaye Kombinatının kərpic istehsalı sexində çıxarıcı vəzifəsində işləyib. Sonra xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək yandırıcı keçirilib. xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək isə yandırıcı işləməklə yandırıcıların briqadiri vəzifəsi də həvalə olunub. 5 saylı Sənaye Kombinatından 01 07.1989-cu il tarixdə köçürmə yolu ilə X3 Evtikmə Zavoduna işə girməklə xx.xx.1989xx.xx.1993-cü və xx.xx.1993-xx.xx.2006-cı illər ərzində müxtəlif vəzifələrdə işləyib. xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək X10 Zavodunun sement sexində yükləyici maşinist işləyib. Yuxarıda qeyd olunmuş müəssisələrdəki çıxarıcı vəzifəsi "güzəştli şərtlərlə yaşu görə əmək pensiyası hiiququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 14.8-ci “gil kərpici, kirəmit və keramik blok istehsalı” bəndində fəhlə “çıxarıcılar” olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı kimi öz əksini tapmışdır. Yandırıcı vəzifəsi isə həmin siyahının eyni 14.8-ci bəndində fəhlələr: bölməsində “dairəvi sobalarda kərpic bişirilməsində və eləcə də bərk yanacaqla işləyən, tunel sobalarında məşğul olan divar və bäzüşdärücü materialları yandıranlar” olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı kimi öz əksini tapmışdır. X8 Evtikmə Zavodunun sement sexində yükləyici maşinist vəzifəsi isə yuxarıda adı qeyd olunmuş siyahının 14.10-cu “dəmir-beton və beton məmulatlarının istehsalı" bəndində fəhlələr: bölməsində “sementin bir yerdən başqa yerə yüklənməsi ilə məşğul olan yükləyicilərin maşinistləri" olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı kimi öz əksini tapmışdır. Odur ki, İddiaçı “X2” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən kişilər üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ləyin olunması üçün tələb olunan 12 il 6 ay staja qarşı 15 il 07 ay 07 gün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı vardır. Əli-Bayramlı şəhər 5 saylı Sənaye Kombinatının və Əli-Bayramlı şəhər X10 Zavodunun hüquqi varisi 2006-Cİ ildən "xxxx" ASC, 2008-ci ildən hazıradək isə "xxxx" ASC-dir. -Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********8 nömrəli məktubunun surətində qeyd edilmişdir ki, yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması xahişi ilə bağlı şöbədə ‘‘İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən araşdırma aparılmışdır. Araşdırma zanmanı 29 il 5 ay ümumi iş stajı, 12 ii 25 gün isə güzəştli şərtlərlə sosial sığorta stajı olması məlum olmuşdur. Hansı ki, “X2” Azərbaycan Respublikası Qanununa əsasən güzəştli şərtlərlə sosial sığorta stajınıın 12 il 6 ay olmalıdır. Məhz bu səbəbdən də yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina olunur. -1994-cü ilin avqust ayı üzrə, 1995-ci ilin avqust ayı üzrə, 1997-ci ilin mart ayı üzrə, 2001-ci ilin dekabr ayı üzrə, 2003-cü ilin dekabr ayı üzrə, 2005-ci ilin dekabr ayı üzrə, 2006-cı ilin iyul ayı üzrə əmək haqqı cədvəllərinin surətlərindən görünür ki, İddiaçı adı və əmək haqqı alması barədə qeydlər mövcuddur. -Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin pensiya sektorunun və Şirvan Tikinti Sənaye Açıq Səhmdar Cəmiyyətinin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, İddiaçı 1980-2006-cı illər üzrə Şirvan Tikinti Sənaye Açıq Səhmdar Cəmiyyətində olan əmək stajı yerində yoxlanılaraq müəyyən edilmişdir ki, İddiaçı 5 nömrəli Sənaye Kombinatı üzrə: xx.xx.1980-cı il tarixli, 52k nömrəli əmrinə əsasən xx.xx.1980-ci il tarixdə işə qəbul olunub, xx.xx.1987-ci il tarixli, 96k nömrəli əmrə əsasən xx.xx.1987-ci il tarixdə işdən azad olunub, xx.xx.1988-ci il tarixli, 48k nömrəli əmrə əsasən xx.xx.1988-ci il tarixdə işə qəbul olunub, xx.xx.1989-cu il tarixli, 7k nömrəli əmrə əsasən xx.xx.1987-ci il tarixdə işdən azad olunub, X10 Kombinatı üzrə: xx.xx.1989-cu il tarixli, 7k nömrəli nömrəli əmrə əsasən xx.xx.1989-cu il tarixdə işə qəbul olunub, xx.xx.1993-cü il tarixli, 112k nömrəli əmrə əsasən xx.xx.1993-cü il tarixdə işdən azad olunub, xx.xx.1993-cü il tarixli, 134k nömrəli nömrəli əmrə əsasən xx.xx.1993-cü il tarixdə işə qəbul olunub, xx.xx.2006-cı il tarixli, 59k nömrəli əmrə əsasən xx.xx.2006-cı il tarixdə işdən azad olunub, 1980-2006-cı illərdə 5 nömrəli Sənaye Kombinatında işləmiş, 1989-1993-cü illərdə X10 Kombinatında, 1993-2006-cı illərdə 5 nömrəli Sənaye Kombinatının və X10 Kombinatının hal-hazırkı hüquqi varisi Şirvan Tikinti Sənaye ASC-də işləməsi qeyd edilmişdir. Yoxlama zamanı müxtəlif illərin əmək haqqı cədvəlləri, T-2 şəxsi vərəqə, əmrlər kitabından istifadə olunmuşdur. -Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının və Şirvan Tikinti Sənaye Açıq Səhmdar Cəmiyyətinin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, Şirvan X10 Kombinatında işləmiş İddiaçı sığorta stajına daxil edilən ümumi stajını, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən xüsusi iş stajını yerində əsaslı sənədlərlə qarşılıqlı araşdıraraq müəyyən edilmişdir ki, İddiaçı adı çəkilən müəssisədə saxlanılan sənədlərdə 1981-ci ildə briqadir, 1982-ci ildə çilingər, 1983-cü ildə (məzniyyətə buraxılmasına dair), 1984-cü ildə cilingər, 1985-ci ildə briqadir, 1986-cı ildə briqadir, 1987-ci ildə çilingər işləməsinə dair faktlar aşkar olundu. Digər dövrlərə aid sənədlər müəssisənin arxivində aşkar olunmadı. Müdiriyyətin verdiyi ifadəyə görə müəssisədə 1993-cü ildən iş olmadığından işçilər ödənişsiz məzuniyyətə buraxılmışdır. (Müəssisənin 1987-ci ildən sonrakı sənədləri tapılmadığı səbəbindən 1993cü ildən sonrakı dövr sözlə təsdiq edilmişdir.) -Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı Şirvan-Salyan Regional filialının və Şirvan Tikinti Sənaye Açıq Səhmdar Cəmiyyətinin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı xx.xx.1993xx.xx.2006-ci illəri əhatə edən əmək stajı yerində yoxlanılaraq müəyyən edilmişdir ki, X3 Evtikmə zavodunda işləmiş İddiaçı 1993-2006-cı illəri əhatə edən əmək fəaliyyəti haqqında sənədlər keçmiş zavodun indiki hüquqi varisi olan Şirvan Tikinti Sənaye Açıq Səhmdar Cəmiyyətində mühafizə olunur. Yoxlama zamanı İddiaçı T-2 şəxsi uçot vərəqinə baxış keçirilmiş və əmək fəaliyyəti aşağıda qeyd edildiyi kimi təsdiq olunmuşdur: 134k nömrəli əmr-xx.xx.1993-cü il tarixdə X10 zavodunda yükləyici maşinist işinə qəbul olunub, 59k nömrəli əmr-xx.xx.2006-cı il tarixdə yükləyici maşinist işindən azad edilmişdir. 1993- 2006-cı illəri əhatə edən əmək haqqı sənədlərinin hamısı idarəyə təhvil verilmədiyi üçün aşağıda qeyd olunan əmək haqqılar təsdiq olundu. 1995 avqust-5774, 1994 avqust - 22512, 2001 fevral-390,450, 2004 may 80, 2005 dekabr-120. -Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı Şirvan-Salyan Regional filialının və Şirvan Tikinti Sənaye Açıq Səhmdar Cəmiyyətinin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı xx.xx.1993xx.xx.2006-ci illəri əhatə edən əmək stajı yerində yoxlanılaraq müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1993-xx.xx.2006-ci illəri əhatə edən əmək stajı yerində yoxlanılaraq müəyyən edilmişdir ki, X3 Evtikmə zavodunda işləmiş İddiaçı 1993-2006-cı illəri əhatə edən əmək fəaliyyəti haqqında sənədlər keçmiş zavodun indiki hüquqi varisi olan Şirvan Tikinti Sənaye Açıq Səhmdar Cəmiyyətində mühafizə olunan sənədlərə əsasən yoxlanıldı. Yoxlama vətəndaşa məxsus olan şəxsi vərəqinə yəni T-2 əsasən aparıldı və işləməsi faktı aşağıda qeyd edildiyi kimi təsdiq olundu: 134k nömrəli əmr-xx.xx.1993-cü il tarixdə X10 zavodunda yükləyici maşinist işinə qəbul olunub, 59k nömrəli əmr-xx.xx.2006-cı il tarixdə yükləyici maşinist işindən azad edilmişdir. 1993-2006-cı illəri əhatə edən əmək haqqı sənədlərinin idarəyə təhvil verilmədiyi üçün qeyd olunan illərin əmək haqqılarını tam şəkildə yoxlamaq mümkün olmadı. Lakin təhvil verilmiş 1994 avqust -22512, 1995 avqust-5774, 2001 fevral 390450, 2004 may 80, 2005-ci ilin dekabr 120-aylarında vətəndaşın əmək haqqı alması təsdiq olundu. Əmrlər kitabı və əmək haqqı cədvəllərinə aid olan sənədlər tam şəkildə idarənin indiki hüquqi varisi olan idarəyə təhvil verilmədiyi üçün yoxlama şəxsi vərəqə, yəni T-2 əsasən aparıldı. -Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tərəflərin və digər şəxslərin iştirakı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətində saxlanılan İddiaçı aid sənədlərə 13 may 2025-ci il tarixdə yerli baxış keçirilmiş və yerli baxış zamanı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hazırda fəaliyyətdə olduğu müəyyən olunmuş, həmin Cəmiyyətdə saxlanılan İddiaçı aid sənədlərin müəyyən hissəsi və 1993-2006-cı illərə dair işçilər barədə arxiv məlumatları, siyahı, cədvəl, fərdi uçot kartoçkaları və s. sənədlər aşkar edilərək və onlara baxış keçirilmiş və həmin sənədlərin kserosurətləri götürülərək iş materiallarına əlavə olunmuşdur. Baxış əsasında müəyyən edilmişdir ki, X10 zavodunda 1993-cü il tarixdən 2006-cı ilədək fəaliyyət göstərməsi, işçilərin əmək haqqı cədvəlləri, bayram təbrikləri, mükafatları, fərdi şəxsi məlumatları və s. məlumatlar barədə sənədlər aşkar edilmiş, 1993cü ildən işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə hər hansı məlumat və ya sənəd öz əksini tapmamışdır. Baxışda iştirak edən Cəmiyyətin İdarə Heyətinin sədri X4 ifadə verərək bildirmişdir ki, özü 2000-ci ilədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində işləmişdir. Xəstəliyi ilə əlaqədar 2000-ci ildən işdən çıxmışdır. İşlədiyi dövrlərdə İddiaçı da onunla birlikdə işləmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti 1993-cü ildə fəaliyyətini dayandırmışdır. Onlar isə əmək fəaliyyətində olmuşlar. 1993-cü ildən işçilər ödənişsiz məzuniyyətə buraxılmamışlar. O, işdən çıxanda İddiaçı hələ də burada işləmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmışdır və qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə işləməsi (sahə və peşə uyğunsuzluğu) cavabdeh tərəfindən mübahisələndirilməmiş, qurum tərəfindən ümumi iş stajının bir hissəsi, yəni əmək haqqı ödənişi natamam olan dövrlər sığorta stajına daxil edilməmişdir ki, müəssisənin sənədlərinin saxlanılmaması və ya natamam saxlanılması işçinin sığorta stajı nəzərə alınarkən onun ziyanına şərh edilməməlidir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Formalaşmış mövcud məhkəmə təcrübəsinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “X2” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi pensiya məbləğinin hesablanmasını iddiaçının aldığı sosial müavinət çıxılmaqla nəzərə alınmasını qeyd etsə də, müəyyən edilmişdir ki, iddiaçıya sosial müavinət deyil, yaşa görə əmək pensiyası ödənilir. İddiaçıya güzəştli şərtlərlə pensiya ödənişinin hər bir halda ona ödənilmiş məbləğlər nəzərə alınmaqla ödəniləcəyini nəzərə alaraq, kollegiya hesab edir ki, bu hal birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsinə və ya ləğvinə əsas vermir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, 2-1(120)-108/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar