Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-754/2025 01.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) ## #### 2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, N saylı hərbi hissə tərəfindən iddiaçı Cəbrayıl şəhərinə məhz Cəbrayıl rayonu uğrunda gedən döyüşlər ərəfəsində ezam göndərilmişdir. N №-li hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli ** №-li əmri ilə ##.##.1993-cü il tarixdən ##.##.1993-cü il tarixədək rabitə sisteminin təşkili və təmiri üçün Cəbraıly şəhərinə ezam edilmiş və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmiş və iddiaçı həmin dövrlərdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün döyüş əməliyyatları bölgəsində döyüş tapşırığını yerinə yetirmək üçün ezamiyyətə göndərilməsi ilə bağlı məlumatların aşkar edilməsi və hər hansı araşdırmalar aparılmasının onun səlahiyyətinə deyil. Döyüş bölgəsində birlikdə iştirak edən əsgər və komandirlərin əksər hissəsi canlı şahid olaraq hal-hazırda da onun qeyd etdiklərini təsdiq edir. ##.##.1993-cü il ildən ##.##.1993-cü il tarixədək onunla birlikdə döyüş bölgəsində iştirak edən əsgərlərin adları Mərkəzi Arxiv İdarəsinə təqdim olunmuş sənədlərdə vardır. Sənədlərdə adının qeyd olunmamasını onun məsuliyyətsizliyi deyil. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Əsasnamənin birbaşa tələbindən göründüyü kimi, ##.##.1988-##.##.1994-cü il tarixlərdə Əsasnamədə qeyd edilən ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçulara “müharibə veteranı” adı və vəsiqəsi bu halda verilir (ərazi faktoru nəzərə alınmaqla): Həmin ərazilərdə aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə; Döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə; Döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara. Hazırki halda iddiaçıya münasibətdə qeyd edilən meyarlar müəyyən olunmamışdır. Belə ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda 888 və N nömrəli hərbi hissələrin döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmamışdır. İddiaçı döyüş əməliyyatlarının aparıldığı dövrdə əməliyyatlara cəlb edilməyən 888 və N nömrəli hərbi hissələrin tərkibində xidmət keçmiş, lakin bu Siyahıda qeyd olunmuş hərbi hissələrin (bölmələrin) tərkibində xidmət keçməsinə, habelə döyüş əməliyyatlarına cəlb edilmiş hərbi hissələrə (bölmələrə) döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmasına dair məlumatlar müəyyən olunmamışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli ** nömrəli əmri ilə ##.##.1993-cü il tarixdən ##.##.1993-cü il tarixədək rabitə sisteminin təşkili və təmiri üçün Cəbrayıl şəhərinə ezam edilmişdir. Cəbrayıl şəhərinin ##.##.1993-cü il tarixdə Ermənistan ordusu tərəfindən işğal edildiyi məlumdur. İddiaçının ezam edildiyi ##.##.1993-##.##.1993-cü il tarixlərdə həmin ərazidə aktiv döyüş əməliyyatlarının aparılmasına dair məlumatları əks etdirən sənədlər iş materiallarında mövcud deyildir. Bununla bağlı, məhkəmə tərəfindən müvafiq sorğu göndərilməmiş, aidiyyəti üzrə araşdırma aparılmamış, məlumat əldə edilməmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, kollegiyanın suallarına cavab olaraq, işdə olan ezam barədə əmrlər əsasında xidmət etdiyi N nömrəli hərbi hissədən Cəbrayıl rayonunda yerləşən N saylı hərbi hissəyə ezam edildiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbi barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ##.##.2025-ci il tarixli, *-**-**/*-***/**** nömrəli məktubunda bildirilir ki, İddiaçı N №-li hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli 76 N°-li əmrilə (əsas:§-2,səh-18,sıra-41) ##.##.1993- cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına salınmış, bütün növ təminatlarla təmin edilərək “sıravi” hərbi rütbəsi verilmiş və “kursant”vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin ##.##.1993cü il tarixli *** №-li əmrində (əsas: §-10, səh-36, sıra-338) ##.##.1993-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq xidmətlərini davam etdirmək üçün Goran şəhərinə göndərilən N №-li hərbi hissənin hərbi qulluqçularının siyahısında, kursant İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissədən gəlmiş, Astara RHKnın çağırışçısı İddiaçı N №-li hərbi hissə komandirinin ##.##.1993- cü il tarixli * №-li əmrilə (əsas: §-1, səh-13, sıra-130, əmrdə hərbi rütbəsi göstərilməmişdir) hərbi hissənin şəxsi heyətinin siyahısına salınmış və bütün növ təminatlarla təmin edilərək baş mexanik vəzifəsinə təyin olunmuşdur. 5-ci tağımın baş mexaniki, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli ** №-li əmrilə (əsas: §-2, bənd-2, səh-30, məlumatlar əmrə olduğu kimi köçürülmüşdür) ##.##.1993-cü il tarixdən ##.##.1993-cü il tarixədək rabitə sisteminin təşkili və təmiri üçün Cəbrayıl şəhərinə ezamiyyətə göndərilmişdir. N №-li hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli ** №-li əmrində (əsas: §-2, səh-27, sıra -10, əmrdə “qısamüddətli məzuniyətdən gəlmiş” yazılmışdır, atasının adı yazılmamışdır) istiqamətləndirici rabitə bölüyünün baş mexaniki, sıravi İddiaçı qısamüddətli məzuniyyətdən gəlmiş hesab edilərək vəzifəsinin icrasına başlaması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli 118 Nq-Iİ əmrilə (əsas: §- 4, səh-8, sıra-8, əmrdə hərbi rütbəsi yazılmamışdır) Troposfer rabitəsi bölüyünün İRB-nin baş mexaniki İddiaçı tutduğu vəzifədən azad edilərək mexanik vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin ##.##.1993 -##.##.1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərilməsi barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin ##.##.1997-ci il tarixli * №-li əmrinə əsasən, baş əsgər İddiaçı həqiqi hərbi xidmətdən tərxis olunduğuna görə, N №-li hərbi hissə komandirinin ##.##.1997-ci il tarixli ** №li əmrilə (əsas: §-2, sıra-1, səh-19, əmrdə vəzifəsi göstərilməmişdir) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Astara RHK-na göndərilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda 888 və N №-li hərbi hissələrin döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmamışdır. -Məhkəmə kollegiyasının ##.##.2025-ci il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktuba əlavə edilmiş N saylı hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli, ** nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, “getməsi # ######## 1993-cü ildən etibarlı sayılsın: 2. Sıravi İddiaçı – 5-ci tağımın baş (P-419 Б) mexanikinin Cəbrayıl şəhərinə rabitə sisteminin təşkili və təmiri üçün ezamiyyətə. Ezamiyyət müddəti ## ######## 1993-cü ilə kimi.” -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ##.##.2026-cı il tarixli, *-**-**/*-***/**** nömrəli məktubunda bildirilir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N saylı hərbi hissəninin döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmamışdır. Məhkəmə kollegiyası iddianın qanuni əsası ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda müharibə veteranı adı 1988-ci il ######ın #-dən 1991ci il #######ın #-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Goranboy (keçmiş Şaumyankənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonları ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə - daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, yerli icra hakimiyyəti tərəfindən verilmiş hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2018-ci il tarixli *** nömrəli qərarına əsasən Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Əsasnamədə imperativ şəkildə qoyulmuş tələb ondan ibarətdir ki, şəxs 1988-ci il ######ın #-dək 1994-cü il ###ın ##-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçdiyi, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanlara döyüş tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı ezam olunduğu halda ona müharibə veteranı adı və vəsiqəsi verilə bilər. Hazırki iş üzrə iddiaçının bilavasitə döyüş aparılan hərbi hissəyə ezam edilməsi barədə müvafiq əmrlər və bu barədə arxiv məlumatları, onun döyüş aparılan hərbi hissəyə gəlməsi və orada qeydiyyatın aparılması, həmin hərbi hissədən qeydiyyatdan çıxması barədə hər hansı məlumat mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ######## 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır”. İş materiallarında iddiaçının Cəbrayıl rayonunda yerləşən və döyüş əməliyyatları aparan hər-hansı hərbi hissəyə ezam edilməsi barədə məlumat aşkar edilmir. Bir daha qeyd edilməlidir ki, hazırki iş materiallarında iddiaçının döyüş bölgəsinə ezam edilməsi barədə əmrdən çıxarış olsa da, onun döyüş aparılan hər-hansı hərbi hissəyə gəlməsi və orada qeydiyyatının aparılması, həmin hərbi hissədən qeydiyyatdan çıxması barədə məlumat mövcud deyildir. Həmçinin məhkəmə kollegiyası Cəbrayıl rayonunun ##.##.1993-cü il tarixdə işğal olunması və həmin bölgədə Azərbaycan ordusuna məxsus hərbi hissələrin xidmət göstərmək imkanının olmaması aspektindən çıxış edərək, qeyd etməyi zəruri hesab edir ki, iddiaçının ##.##.1993-cü il tarixdən ##.##.1993-cü il tarixədək Cəbrayıl rayonunda döyüş aparan hərbi hissəyə gəlməsi və orada qeydiyyatın aparılması real görünmür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı əsaslı saymaqda haqlı olmamış, işin yuxarıda qeyd olunan faktiki hallarına rəğmən səhv nəticəyə gəlmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-754/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-754/2025
01.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver