Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-755/2025 18.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 2-1(120)-1855/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün sənədlərin göndərilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 25 iyun 2025-ci il tarixli, 2- 1(120)-1855/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Qərardan cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. -85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. -87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şirvan İnzibati Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 2-1(120)-1855/2025 nömrəli qərarının surəti 28 iyul 2025-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilmişdir. Cavabdehin həmin qərardan verilmiş apellyasiya şikayəti 29 avqust 2025-ci il tarixdə poçt xidmətinə təhvil verilmişdir. Göründüyü kimi apellyasiya şikayəti 29 avqust 2025-ci il tarixdə, yəni apellyasiya şikayətinin verilməsi müddəti bitdikdən 1 gün sonra verilmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət ötürülmüşdür. Apellyasiyanın mümkünlüyü ilə bağlı dinlənilmə hüququnun təmin edilməsi, eləcə də ötürülmüş prosessual müddətin üzrlü sayılması üçün müvafiq sübutların təqdim edilməsinin həyata keçirilməsi məqsədilə cavabdeh məhkəməyə dəvət olunmuş, bu hallar ona ünvanlanan bildirişdə onun diqqətinə çatdırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X3 İdarəsinin məhkəməyə ünvanladığı 16 sentyabr 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)-1855/2025 nömrəli qərarı xx.xx.2025-ci il tarixdə 3-13/1-63678/2025 nömrə ilə qeydiyyata alınmaqla müvafiq dərkənar əsasında icraya yönləndirilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirmişdir ki, birinci instansiya məhkəməsinin qərarı Daxili İşlər Nazirliyinə daxil olduqdan sonra, Daxili İşlər Nazirliyinin X3 İdarəsinə xx.xx.2025-ci il tarixdə daxil olduğundan müddət həmin gündən hesablanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Daxili İşlər Nazirliyinin X3 İdarəsi həmin nazirliyinin tabeliyində olan qurum olduğundan həmin idarəyə qərarın gec çatdırılması müddətin üzrlü hesab edilməsinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şirvan İnzibati Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 2-1(120)-1855/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-755/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-755/2025
18.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver