Məhkəmə qərarları › İş №2-1(106)-757/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-757/2025

15.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-757/2025 15.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həşimov Yaşar Xanoğlan oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 03 iyul 2025-ci il tarixli, 2-1(120)-3311/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********188073 nömrəli qərarın ləğv edilməsi barədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 03 iyul 2025-ci il tarixli, 2-1(120)- 3311/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarda Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad edilərək mənbəyi bəlli məlumat kimi göstərmişdir ki, “təqdim edilmiş mallar üzrə bəyan edilmiş ticarət əlavəsinin vergi orqanlarında mövcud olan uçot-baza məlumatlarına əsasən daha yüksək müəyyən edilməsi; risk(lər)in təsviri-Təqdim edilmiş 2022-ci il üçün mənfəət vergisi bəyannaməsində ticarət əlavəsinin 5,6 faiz müəyyən edildiyi halda vergi orqanında mövcud uçot-baza məlumatlarına əsasən bu dövr üzrə təqdim edilmiş malların ticarət əlavəsinin daha yüksək olduğu müəyyən edilmişdir”. Lakin qərarda göstərilən növbədənkənar vergi yoxlamasının başlamasına səbəb olmuş əsas yoxlamanın nəticəsində qəbul edilən yekun inzibati aktda öz təsdiqini tapmamış və əlavə vergi hesablamalarının əsası kimi əks olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, səyyar vergi yoxlaması iddiaçının gəlirlərinin gizlədilməsinə real əsas olmadan formal əsasla başlanmışdır. Səyyar vergi yoxlaması aktından da görünür ki, vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildiyi üçün növbədənkənar səyyar vergi yoxlaması təyin olunmuşdur. Halbuki, növbədənkənar səyyar vergi yoxlaması bütün vergi növləri üzrə aparılmışdır. Bundan başqa, səyyar vergi yoxlaması aktının 7-ci səhifəsində vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilməsinə dair protokollara əsasən “Zəngəzur-1”, “Zəngəzur-2”, “Anbar”, “GƏNCƏ ANBARİ” adlı təsərrüfat subyektinə baxış zamanı anbarda karton qutularda müxtəlif növ yuyucu, gigiyenik, kosmetik və s. malların saxlandığı müəyyən olunmuşdur. Lakin baxış keçirilməsi barədə məlumatlar da yoxlamaların vahid məlumat reyestrinə daxil edilməmişdir. Bundan başqa vergi ödəyicisinə məxsus təssərüfat subyektlərində(obyekt kodu **********-10003, **********-10002, **********-23001,**********-23002) mal qalığının müəyyən edilməsi məqsədilə inventarizasiya keçirilmişdir. Lakin yoxlamaların vahid məlumat reyestrində bu barədə məlumat qeyd edilməmişdir. Bununl da “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun və Azərbaycan Respublikasının Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında əsasnamə”nin tələbləri pozulmuşdur. Bundan başqa, ”Əmlakın və digər qiymətlilərin inventarizasiya” aktında inventarizasiyanın Bakı şəhərində yerləşən 2 təsərrüfat subyekti üzrə xx.xx.2024-cü il saat 10:00-da başlanıldığı və xx.xx.2024-cü il saat 14:00-da başa çatdığı, Gəncə şəhərində yerləşən 1 təsərrüfat subyekti üzrə xx.xx.2024-cü il saat 16:00da başlanıldığı və xx.xx.2024-cü il saat 17:00-da başa çatdığı müəyyən olunur. Vergi orqanı tərəfindən inventarizasiya başlanan vaxt sonuncu mədaxil və məxaric sənədləri və ya maddi qiymətlilərin və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlar alınmamış, həmçinin inventarizasiya zamanı malların faktiki mövcud olduğu qeyd olunsa da malların sayılması, çəkilməsi və ölçülməsi ilə bağlı hər hansı bir hərəkət edilməmişdir və 4 obyekt üzrə inventarizasiya aparılmalı olsa da yalnız 3 obyekt üzrə formal inventarizasiya aparılmışdır. Həmçinin baxış və inventarizasiya zamanı malların faktiki mövcudluğu müəyyən edilməsinə baxmayaraq, fiziki şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsinin izahatını əsas götürməklə faktiki olaraq formal invertarizasiya aparmışdır. Halbuki, malların faktiki olaraq vergi ödəyicisinin sahibliyində olmaması halı vergi orqanı tərəfindən real inventarizasiya aparılmaqla müəyyən edilməli idi. Bundan başqa, cavabdehin şərti rentabellik norması tətbiq etməklə 2020-ci və 2022-ci il üzrə gəlir vergisi hesabladığı müəyyən olunur. İş materiallarına əlavə olunan 2020-ci və 2022-ci ilin gəlir və xərc sənədlərinin araşdırılması zamanı həmin illərin gəlir vergisi bəyannamələri göstəricilərinin sənədlərlə təsdiq olunduğu müəyyən olunur. Belə olan halda cavabdeh tərəfindən şərti rentabellik normasının tətbiq olunmasına əsas mövcud olmamışdır. Bundan başqa, iddiaçının xərclərinin əksər hissəsinın malın dəyərinin təşkil etməsinə və xərclərin yük gömrük bəyannamələri ilə təsdiqini tapmasına baxmayaraq, cavabdehin fərdi sahibkarın xərc sənədlərinin təqdim olunmamasını əsas gətirərək Vergi Məcəlləsinin 83.9cu maddəsini tətbiq etməklə NK-nın 55 saylı qərarına əsasən vergilərin hesablanması qanunsuzdur. Bundan başqa, şərti rentabellik normasının tətbiqi ilə bağlı Ali Məhkəmənin formalaşmış vahid təcrübəsinə görə (2022-ci ilədək vergi dövrləri üzrə) vergi orqanı ilk növbədə Vergi Məcəlləsinin 67.1.1-67.1.9-cu maddəsində əks olunmuş əlaqəli məlumatlardan, həmin məlumatlar yetərli olmadıqda analoji vergi ödəyicisinin məlumatlarından, son zərurət halında isə şərti rentabellik normasını tətbiq etməklə gəliri(gəliri) müəyyən etməlidir. Hazırki iş üzrə ümumiyyətlə hər hansı gəlir və ya xərc sənədinin əskik olması müəyyən edilmədiyindən Vergi Məcəlləsinin 67-ci maddəsinin tətbiqinə hər-hansı zərurət mövcud olmamışdır. Bundan başqa, cavabdeh Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən iddiaçı barəsində 8470.83 manat manat məbləğində sanksiya tətbiq etmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının fəaliyyət növlərindən biri pərakəndə ticarət fəaliyyəti olmuş və sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə nəzarət kassa aparatının quraşdırılması da bu faktı təsdiq edir. Həmin nəzarət kassa aparatının vergi orqanı tərəfindən təsdiq edilməsi isə sonuncunun iddiaçının pərakəndə satış fəaliyyəti ilə məşğul olmasına razılığını ifadə edir. Başqa sözlə, iddiaçı vergi orqanında həm pərakəndə, həm də topdansatış ticarət fəaiyyəti göstərən vergi ödəyicisi kimi uçota alınmışdır. Cavabdehin dəlilinin əksinə olaraq qanunverici, topdansatış fəaliyyəti ilə məşğul olan sahibkara pərakəndə satış fəaliyyətini qadağan etmir. Cavabdeh iddiaçı tərəfindən nəzarət kassa aparatı vasitəsilə pərakəndə ticarət qaydasında satılmış malların əslində topdansatış qaydasında satılmasını iddia etsə də, bu halı məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********179760 saylı qərarına əsasən, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə dekabr 2020-noyabr 2023 hesabat dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2023-cü il tarixdə başlanmış, xx.xx.2024-cü il tarixdə bitmişdir. Nəticəsi isə xx.xx.2024-cü il tarixli **********179939 nömrəli aktla rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlamasının nəticəsinə dair xx.xx.2024-cü il tarixli **********188073 nömrəli Qərar qəbul edilmiş, qərara əsasən ona 1046262.04 manat əlavə vergi məbləği hesablanmış, 1304975.26 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Aşağıda qeyd olunanlara əsasən həmin qərarı qanunsuz hesab edir: Səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən təyin edilmişdir. Lakin vergi orqanı yoxlamanın keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli **********179760 saylı qərarda səyyar vergi yoxlamasının təyin edilməsi barədə əsası şablon xarakter daşımış və yoxlama ilə öz təsdiqini tapmamışdır. Halbuki, Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi). Həmçinin, əldə edilmiş mənbəyi olan məlumat vergi orqanın uçot-baza məlumatları deyil, vergi orqanına kənardan daxil olan məlumatdır. Cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2023-cü il tarixli **********179760 nömrəli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə qeyd etmişdir ki, təqdim edilmiş mallar üzr bəyan edilmiş ticarət əlavəsinin vergi orqanlarında mövcud olan uçot-baza məlumatlarına əsasən daha yüksək müəyyən edilməsi; risk(lər)in təsviri - Təqdim edilmiş 2022-ci il üçün mənfəət vergisi bəyannaməsində ticarət əlavəsinin 5,6 faiz müəyyən edildiyi halda vergi orqanında mövcud uçot-baza məlumatlarına əsasən bu dövr üzrə təqdim edilmiş malların ticarət əlavəsinin daha yüksək olduğu müəyyən edilmişdir. Cavabdehin yoxlama qərarının keçirilməsi əsası ilə səyyar vergi yoxlaması aktı uzlaşmır. Gəlirin əldə edilməsi ilə bağlı xərclərin sənədlərlə təsdiqini tapmadığına istinadən cavabdeh tərəfindən iddiaçıya münasibətdə şərti rentabelliyin birbaşa tətbiqi əsassız sayılmalıdır. Qeyd olunur ki, Vergi Məcəlləsinin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilməsinə dair 67.17-ci maddə Vergi Məcəlləsinə xx.xx.2022-ci il tarixdən əlavə edilmişdir. Vergi orqanı 2020-2021-ci illər üzrə gəlir vergisini hesablayan zaman Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş ardıcıllığa riayət etməmişdir. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Maddənin tələbindən göründüyü kimi 2022-ci ilin gəlir vergisi üzrə vergi ödəyicisinin gəlir və xərcə aid sənədlərinin olmasına baxmayaraq vergi orqanı əsassız şəkildə VM-nın 83.9-cu maddəsini tətbiq etmişdir. Vergi orqanının uçot-baza məlumatlarından iddiaçının malları idxal edərək elektron qaimə-faktura və nəzarət kassa aparatı vasitəsi ilə satıldığı müəyyən olunmasına baxmayaraq vergi orqanı gəlirin birbaşa müyyən edə bilməməsi kimi sadə yolu seçərək əlavə vergi öhdəliyi yaratmışdır. Vergi Məcəlləsinin 2024-cü ilədək qüvvədə olan redaksiyasına əsasən Vergi Məcəlləsinin 16.1.11-11.1-ci maddəsinə əsasən neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən vergi ödəyicələri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən formada aşağıdakı məlumatları malların gömrük nəzarətindən çıxdığı vaxtadək (hava nəqliyyatı ilə daşınan malların gömrük nəzarətindən çıxdığı vaxtdan 1 iş günü müddətində) uçotda olduğu vergi orqanına mülkiyyət, icarə və ya digər əşya hüquqları əsasında istifadə edilən və (və ya) vergi orqanlarında təsərrüfat subyekti (obyekti) kimi uçota alınmış malların saxlanılacağı (boşaldılacağı) yer barədə məlumat verməliydi. Həmçinin Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi orqanında uçota alınmış bir təsərrüfat subyekti (obyekti) olduğu halda bu maddədə nəzərdə tutulan məlumat forması vergi orqanına təqdim edilmir. Bu halda idxal edilmiş mallar həmin təsərrüfat subyektinə (obyektinə) boşaldılmış hesab olunurdu. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında xx.xx.2024cü il tarixli Azərbaycan Respublikasinin Qanununa əsasən Vergi Məcəlləsinin ------ 16.1.11.11.1-ci maddəsi ləğv edilmiş və vergi ödəyicisinin bir və ya bir neçə təsərrüfat subyekti olduğu halda maddədə nəzərdə tutulan məlumat formasının vergi orqanına təqdim edilməsi tələbi aradan qaldırılmışdır. İddiaçının birdən çox təsərrufat subyekti mövcud olmuşdur. Qanunvericiliyə edilmiş dəyişikliyin məntiqi əsası da ondan ibarətdir ki, vergi ödəyicisinin uçotda olan təsərrüfat subyekti varsa artıq onun məlumat vermək kimi bir öhdəliyi qalmır. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Cavabdeh 2022-ci ildə 46683.47 manat, 2023-cü ildə 38024.78 manat dəyərində ümumilikdə 84708.25 manat dəyərində malların anbardan onlayn kassa vasitəsilə pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 10%-yəni 8470.83 manat maliyyə sanksiyası tətbiq etmişdir. Vergi Məcəlləsinə nəzər yetirildikdə görünür ki, "topdansatış” və "pərakəndə satış” anlayışların açıqlaması vergi qanunvericiliyində öz təsdiqini tapmışdır. Belə ki, həmin Məcəllənin 13.2.62-ci maddəsində qeyd edilmişdir ki, pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət - kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Eyni Məcəllənin 13.2.63-ci maddəsində isə göstərilmişdir ki, topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Qeyd olunan anlayışlardan aydın olur ki, pərakəndə satışı topdansatışdan fərqləndirən odur ki, pərakəndə satışda mal alıcıya son istehlak məqsədilə və yalnız qəbz və ya nəzarət-kassa aparatının çeki ilə satılır, topdansatışda isə mallar alıcıya sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız elektron qaimə-faktura əsasında satılır. Digər tərəfdən, xüsusi olaraq qeyd olunmalıdır ki, nə Vergi Məcəlləsində, nə də ki digər vergi qanunvericilik aktlarında malların hansı həddə və ya həcmdə satışı pərakəndə, hansı həddə və ya həcmdə satışı isə topdansatış kimi qəbul edilməsinə dair meyarlar müəyyən edilməmişdir. Bundan başqa, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Eyni Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1 -ci, 12-ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir. Göründüyü kimi, vergi yoxlamaları yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla aparılmalı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq məlumatlar reyestrə daxil edilməlidir. Belə ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.11-ci yarımbəndinə əsasən yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə) yoxlama ilə bağlı reyestr məlumatlarını təşkil edir. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY232069004 saylı çıxarışdan görünür ki, yoxlamanın başlama tarixi xx.xx.2023, sona çatma tarixi xx.xx.2024 tarixidir. Halbuki, yoxlama xx.xx.2023-cü il tarixində başlasa da, yoxlama müddəti üç dəfə artırılmış və xx.xx.2024-cü il tarixində başa çatmışdır. Göründüyü kimi, çıxarışa əsasən yoxlamanın başa çatma tarixi xx.xx.2023 göstərilsə də, faktiki olaraq yoxlama xx.xx.2024-cü il tarixdə başa çatmış, lakin qeyd olunan məlumat vergi orqanı tərəfindən yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********178900 nömrəli xidməti məlumatına əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2022-ci il üçün gəlir vergisi bəyannaməsində ticarət əlavəsinin 5,6 faiz müəyyən edildiyi halda mallar üzrə bəyan edilmiş ticarət əlavəsinin vergi orqanında mövcud olan uçot-baza məlumatlarına əsasən daha yüksək müəyyən edilmiş və eyni zamanda vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********179760 nömrəli Qərarla Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə müvafiq olaraq fərdi sahibkarın fəaliyyətinə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın əhatə etdiyi dövrdə vergi ödəyicisi tərəfindən gəlir və xərclərin uçotunu 2020- 2021-ci illər üzrə kassa, 2022-ci il üzrə isə hesablama metoduna əsasən aparmışdır. Vergi Məcəlləsinin 43.8-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən yoxlamaya elektron qaydada təqdim edilmiş sənəd əsasında "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli **********182124 nömrəli Protokol tərtib edilərək xx.xx.2024-cü il tarixdə vergi ödəyicisinə təqdim edilmişdir. Qərarda qeyd edilən sənədlər vergi ödəyicisi tərəfindən 1 fayl olmaqla elektron qaydada xx.xx.2024-cü il tarixli **********145100 nömrəli məktubla Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən əvəzləşdirilən e-qaimə fakturalar barədə cədvəl yoxlamaya təqdim edilmişdir. xx.xx.2024 tarixli **********180709 nömrəli Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında qərara əsasən inventarizasiya aparıldı və akt tərtib olunmuşdur. Yoxlama ilə bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********179896 nömrəli Tələbnamə təqdim edilmiş lakin vergi ödəyicisi tərəfindən heç bir sənəd təqdim edilməmiş, bununla bağlı vergi ödəyicisindən yazılı izahatlar alınmış, vergi ödəyicisi tərəfindən uçot aparılmadığı bildirilmiş, sənədlərin qısa zamanda təqdim ediləcəyi bildirilsə də, heç bir sənəd təqdim edilməmişdir. SVY zamanı inventarizasiyanın təyin edilməsi haqqında" xx.xx.2024-cü il tarixli **********180709 nömrəli qərarına əsasən İddiaçı inventarizasiya keçirilmiş və inventarizasiya zamanı vergi ödəyicisinə məxsus qeyd olunan ünvanda və digər hansısa ünvanda əsas vəsaitlərin, xammal, materialların və malların, nağd pul vəsaitlərin, habelə digər sərvətlərin olmaması aşkar edilərək nəticəsi barədə xx.xx.2024cü il tarixli "Əmlakın və digər qiymətlilərin inventarizasiya" Aktı ilə rəsmiləşdirilmiş və aktın bir nüsxəsi xx.xx.2024-cü il tarixdə vergi ödəyicisinə təqdim edilmişdir. Vergi ödəyicisinin aşağıdakı təsərrüfat subyektlərinə baxış keçirilmişdir. 1 “Obyekt” ünvan 1 ünvanında yerləşir, digər şəxsdən icarəyə götürülmüş və ofis kimi fəaliyyət göstərir. Obyektin sahəsi sənədlərə əsasən 396,60 kv.m təşkil edir. Obyektin vergi orqanında qeydiyyatda olmadığı müəyyən edildi. Baxış zamanı obyektin 9 iş otağı, 1 mətbəx və 1 zaldan ibarət olduğu və bütün otaqların mebel və zəruri texniki avadanlıqlarla təchiz olunduğu aşkar edildi. 2 “Zəngəzur-1” adlı təsərrüfat subyekti ünvan 2 ünvanında yerləşir. Obyekt digər şəxsdən icarəyə götürülmüş, sahəsi uçot sənədlərinə əsasən 2300 kv.m təşkil edir və Anbar kimi fəaliyyət göstərir. Baxış zamanı anbarda karton qutularda müxtəlif növ yuyucu, gigiyenik, kosmetik və s. mallann saxlandığı aşkar edildi. 3 “Zəngəzur-2” adlı təsərrüfat subyekti Bakı şəhəri Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, Binəqədi şossesi ev.- m.-ünvanında yerləşir. Obyekt digər şəxsdən icarəyə götürülmüş, sahəsi uçot sənədlərinə əsasən 1000 kv.m təşkil edir və Anbar kimi fəaliyyət göstərir. Baxış zamanı anbarda karton qutularda müxtəlif növ yuyucu, gigiyenik, kosmetik və s. mallann saxlandığı aşkar edildi. “Anbar” adlı təsərrüfat subyekti Gəncə şəhəri, Şəddadilər ev."Brilyant TM-nin ünvanında yerləşir. Obyekt digər şəxsdən icarəyə götürülmüş, sahəsi uçot sənədlərinə əsasən 60 kv.m təşkil edir və anbar kimi fəaliyyət göstərir. Baxış zamanı anbarda karton qutularda müxtəlif növ yuyucu, gigiyenik, kosmetik və s.malların saxlandığı aşkar edildi. “GƏNCƏ ANBARİ” adlı təsərrüfat subyekti ünvan 5ünvanında yerləşir. Obyekt digər şəxsdən icarəyə götürülmüş, sahəsi uçot sənədlərinə əsasən 45 kv.m təşkil edir və anbar kimi fəaliyyət göstərir. Baxış zamanı anbarda karton qutularda müxtəlif növ yuyucu, gigiyenik, kosmetik və s. malların saxlandığı aşkar edildi. Qeyd edilənlərlə bağlı xx.xx.2024-cü il tarixli Vergi ödəyicisinin ərazisinə, binalarına, habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi barədə Protokollar tərtib edilmiş və Protokollar vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmışdır. Səyyar vergi yoxlaması zamanı vergi uçot baza məlumatlarına əsasən müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən qeyd edilən məlumatlar vergi orqanına təqdim edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri əsasən iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər İddiaçının vəkili məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçının parakəndə satış üçün uyğunlaşdırımış mağazasının olması barədə məlumatı yoxdur. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etmiş, məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, iddiaçıya məxsus anbarların bir qismində inventarizasiyanın aparılmamasının səbəbi onun nümayəndəsinin həmin anbarlarda mal qalığının olmadığını bildirməsi olmuşdur, həmçinin inventarizasiya və baxışla bağlı hərəkətlər müvafiq reyestrdə qeyd edilməmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********188073 nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. Mübahisələndirilən qərarın qanuniliyinə qiymət verilməsi üçün vergi sahəsindəki və digər müvafiq aidiyyəti qanunvericilik normaları təhlil edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -23.1.1. maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -23.1.2. maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüququdur. -36.3. Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. -49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. -53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi)istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: -(maddə 67.1.1) vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (maddə 67.1.2) vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (maddə 67.1.3) vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (maddə 67.1.4) vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; (maddə 67.1.5) vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (maddə 67.1.6) vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (maddə 67.1.7) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (maddə 67.1.8) vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri;(maddə 67.1.9) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. -Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir:- (maddə 67.2.1) eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; (maddə 67.2.2) eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; (maddə 67.2.3) fəaliyyət göstərilən ərazi. Məcəllənin 72.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. -67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. -67.3-1. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır. -67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. -67.5. Muzdla işləyən fiziki şəxslərin gəlir vergisini əlaqəli məlumata əsasən hesablamaq qeyrı-mümkün olduqda və ya fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə vergi orqanı gəlir vergisinin məbləğini ötən ilin ölkə üzrə orta aylıq əmək haqqı əsasında hesablayır. -67.6. Verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır. -67.7. Əlaqəli məlumata əsasən vergi hesablanarkən, vergi ödəyicisinin artıq ödənilmiş vergiləri, faizləri və maliyyə sanksiyaları nəzərə alınır. -67.8. Bu Məcəllənin 16.2-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti, əmlakının, torpağının və vergi tutulan əməliyyatının olmaması barədə vergi orqanına arayış təqdim etmiş vergi ödəyicilərinə əlaqəli məlumatlar əsasında vergilər hesablanmır. -67.9. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərə dair bəyannamələr vergi orqanına təqdim edildikdən sonra, hesablanmış vergilər bəyannamələr nəzərə alınmaqla yenidən hesablanır. -67.10. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərin alınması bu Məcəllənin 65-ci maddəsinə uyğun olaraq həyata keçirilir. -67.11. Qarşılıqlı surətdə asılı olan şəxslər arasında hər hansı əməliyyat aparıldıqda, vergi orqanı müstəqil şəxslər arasındakı əməliyyatlar zamanı əldə edilə bilən vergi tutulan gəliri müəyyənləşdirmək üçün gəlirləri və ya xərcləri həmin şəxslər arasında bölə bilər. -67.12. Şəxs fərdi istehlakına, o cümlədən əmlak alınmasına çəkilən xərclərin ödənilməsi üçün kifayət olmayan məbləğdə gəlir əldə etdiyini bildirirsə, vergi orqanı gəliri və vergiləri həmin şəxsin əvvəlki dövrlərdəki gəlirlərini, habelə kredit və borclarını nəzərə almaqla çəkdiyi xərclərə əsasən müəyyənləşdirir. 67.13. Verginin məqsədləri üçün barter əməliyyatları malların (işlərin, xidmətlərin) bazar qiymətləri ilə satışı kimi qiymətləndirilir. -Barter əməliyyatının elektron qaimə-fakturada göstərilən məbləği azaldılmışdırsa, vergi orqanı vergitutma obyektlərini bazar qiymətləri nəzərə alınmaqla dəqiqləşdirir, verginin məbləğini yenidən hesablayır və Azərbaycan Respublikasının vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan sanksiyaları tətbiq edir. -67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. -67.15. Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. -67.16. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsədləri üçün aşağıdakı hallarda yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır: -67.16.1. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumat səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilmədikdə; -67.16.2. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumatı təqdim edən, lakin təqdim edilən məlumatda yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmədiyi göstərildikdə. -67.17. Bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. (3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir) “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. -3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikasının Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında əsasnamə”nin 3.4.9-cu bəndinə əsasən sahibkarlarla bağlı yoxlama, araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və s. Reyestrə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 12 iyun tarixli 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasi zamanı vergi orqanları tərəfindən inventarizasiyanın aparilmasi” Qaydalarinın 2.2-ci bəndində qeyd olunmuşdur: Əmlakın faktiki mövcudluğunun yoxlanılmasının başlanılmasına qədər vergi orqanının inventarizasiyanı keçirən vəzifəli şəxsi (şəxsləri) tərəfindən inventarizasiya başlanan vaxt sonuncu mədaxil və məxaric sənədləri və ya maddi qiymətlilərin və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlar alınır. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən inventarizasiya zamanı əmlakın faktiki mövcudluğu onların sayılması, çəkilməsi və ölçülməsi yolu ilə müəyyən olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İş materiallarında olan: -Mübahisələndirilən xx.xx.2024-cü il tarixli, **********188073 nömrəli qərarda qeyd edilmişdir ki, gəlir vergisi üzrə yoxlama ilə gəlir vergisi üzrə 2020-cu, 2021-ci və 2022 illər əhatə olunmuşdur. Yoxlama ilə fərdi sahibkar tərəfindən Vergi Məcəlləsinin 96.1-ci, 108-ci, 130.1 və 130.2 maddələrinin tələbləri pozulmuşdur. Müvafiq tələbnamə və Qərar əsasında vergi ödəyicisindən vergilərin hesablanması üçün zəruri sənədlər (material hesabatlar, NKA ilə satılmış mallann siyahısı, gəlir vergisi bəyannaməsi üzrə xərc maddələrinin açıqlaması, debitor və kreditor borclar üzrə siyahı, və s.) tələb olunsa da, yalnız 1 fayl olmaqla elektron qaydada xx.xx.2024-cü il tarixli **********145100 nömrəli məktubla Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən əvəzləşdirilən e-qaimə fakturalar barədə cədvəl yoxlamaya təqdim edilmişdir. Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən analoji vergi ödəyicisinin müəyyən edilməsi barədə aidiyyəti üzrə sorğu edilmiş, lakin Vergi Məcəlləsinin 67.2.2-ci və 67.2.3-cü maddələrinə əsasən analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müəyyənləşdirilməsinin mümkün olmadığı bildirilmişdir. Fərdi sahibkarın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 yoxlamaya təqdim etdiyi izahatında yalnız adı yuxanda qeyd edilən sənədin yoxlamaya təqdim edilməsi imkanının olduğunu və tələb olunan digər məlumatların tam formada yığılması üçün vaxt lazım olduğunu bildirmişdir. Sənədlərin yoxlamaya tam təqdim edilməməsi barəsində 2 (iki) nüsxədən ibarət xx.xx.2024-cü il tarixli "Sənədlərin qismən təqdim olunması barədə" akt və xx.xx.2024-cü il tarixli **********182125 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə” Akt tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq, səyyar vergi yoxlaması vergi ödəyicisinin vergi orqanında olan uçot baza məlumatlarına, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlara əsasən vergi ödəyicisinin gəlirləri müəyyən edilərək gəlir vergisi Vergi Məcəlləsinin 67.14cü maddəsinin tələbləri nəzərə alınmaqla yenidən hesablanmışdır. xx.xx.2024-cü ilədək qüvvədə olan Vergi Məcəlləsinin 67.14-cu maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. xx.xx.2024-cü ilədək qüvvədə olan Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə şərti rentabellik səviyyəsi 20% götürülərək fərdi sahibkarın fəaliyyəti ilə əlaqədar gəlirləri əsasında hesablandı. 2020-ci il üzrə: Uçot-baza məlumatlarına əsasən müəyyən edilmişdir ki, fərdi sahibkarın "Ekpreesbank” ASC-də, “Azərbaycan Sənaye Bankı" ASCnin "Dərnəgül" filialında hesablaşma hesablan olmuşdur. Banklardan daxil olmuş və vergi ödəyicisinin vergi orqanında olan uçot baza məlumatlarına əsasən müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə 4216680.03 manat (bank hesabına mədaxil 3419211,49 manat, Nəzarət kassa aparatı ilə satış 797468,54 manat) gəliri olmuşdur. M1= 4216680.03/ (100+20) x 20 = 702780.01 Göründüyü kimi, yoxlama ilə fərdi sahibkarın 2020-ci il üzrə vergiyə cəlb edilən gəliri 702780.01 manat məbləğində hesablanmışdır. Gəlir vergisi = 702780.01 x 20% = 140556.00 manat. 2020-ci il üzrə yoxlama zamanı büdcəyə əlavə olaraq 93664.52 manat (1405xx.xx-46891.48) məbləğində gəlir vergisi hesablanmışdır. 2021-ci il üzrə: Uçot-baza məlumatlarına əsasən müəyyən edilmişdir ki, fərdi sahibkarın "Ekpreesbank” ASC-də, “Azərbaycan Sənaye Bankı" ASC-nin "Dəməgül" filialında hesablaşma hesabları olmuşdur. Banklardan daxil olmuş və vergi ödəyicisinin vergi orqanında olan uçot baza məlumatlarına əsasən müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə 5655617.36 manat gəliri (bank hesabına mədaxil 5552158,48 manat, pərakəndə satışdan mədaxil 103458,88 manat) olmuşdur. M1=5655617.36/(100+20)x20=942602.90 Göründüyü kimi, yoxlama ilə fərdi sahibkarın 2021-ci il üzrə vergiyə cəlb edilən gəliri 942602.90 manat məbləğində hesablanmışdır. Gəlir vergisi = 942602.90 x 20% = 188520.58 manat. 2021-ci il üzrə yoxlama zamanı büdcəyə əlavə olaraq 103693.79 manat (1885xx.xx-84826.79) məbləğində gəlir vergisi hesablanmış, azaldılmış və ya yayındırılmış 103693.79 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 51846.90 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olundu. 2022-ci il üzrə: Səyyar vergi yoxlaması ilə vergi ödəyicisinin vergi orqanında olan uçot baza məlumatlarına əsasən müəyyən edilmişdir ki, 2022-ci ildə vergi ödəyicisi tərəfindən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə 8532776.11 manat (e-qaimə ilə malların təqdim edilməsindən gəlir 8493213,85 manat, pərakəndə satışdan gəlir 39562,26 manat, yeni uçot metodunun tətbiq edilməsindən yaranmış gəlir 1316599.61 manata olmaqla ümumi 9849375.72 manat gəliri olmuşdur. Vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar cəmi gəlirləri yoxlama ilə 9489375.72 manat müəyyən edilmişdir. M1=9849375.72/(100+20)x20= 1641562.62 Göründüyü kimi, yoxlama ilə fərdi sahibkarın 2022-ci il üzrə vergiyə cəlb edilən gəliri 1641562.62 manat məbləğində hesablanmışdır. Gəlir vergisi = 1641562.62 x 20% = 328312.52 manat 2022-ci il üzrə yoxlama zamanı büdcəyə əlavə olaraq manat 255753.57 manat (3283xx.xx-72558.95) məbləğində gəlirvergisi hesablanmış, azaldılmış və ya yayındırılmış 453111.88 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 226555.95 manat məbləğində maliyyə sanksiyası tətbiq edilsin. Əlavə dəyər vergisi üzrə: Səyyar vergi yoxlaması zamanı fərdi sahibkara xx.xx.2023-cü il tarixli **********179896 nömrəli "Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə təqdim edilmiş və Vergi Məcəlləsinin 43-cü maddəsinə əsasən Baş İdarə tərəfindən xx.xx.2024-cü il tarixli **********180933 nömrəli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" Qərar çıxarılmışdır. Tələbnamə və Qərar əsasında vergi ödəyicisindən vergilərin hesablanması üçün zəruri sənədlər (material hesabatları, NKA ilə satılmış mallann siyahısı, gəlir vergisi bəyannaməsi üzrə xərc maddələrinin açıqlaması, debitor və kreditor borclar üzrə siyahı, və s.) tələb olunsa da, yalnız 1 fayl olmaqla elektron qaydada xx.xx.2024-cü il tarixli **********145100 nömrəli məktubla Vergi Məcəlləsinin 175ci maddəsinə əsasən əvəzləşdirilən e-qaimə fakturalar barədə cədvəl yoxlamaya təqdim edilmişdir. Səyyar vergi yoxlaması vergi ödəyicisinin vergi orqanında olan uçot baza məlumatlarına, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlara əsasən yoxlama ilə əhatə olunan dövr ərzində vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən hesablanmış vergi məbləğinin hesabatda göstərilən məbləğinin düzgünlüyü yoxlanılarkən kənarlaşma aşkar edilmişdir. Yoxlanılan dövr üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV bəyannamələri üzrə 24440 429.14 manat dövriyyə bəyan edilmişdir. Vergi ödəyicisi tərəfindən mallann hərəkəti barədə məlumatlar təqdim edilmədiyindən mal qalıqları vergi orqanının uçot baza məlumtalanna əsasən hesablandı. Vergi ödəyicisinə məxsus təssürfat subyektlərində mal qalığının müəyyən edilməsi məqsədilə iventarizasiya keçirilmişdir. İnventarizasiya zamanı vergi ödəyicisinə məxsus təsərrüfat subyektlərində heç bir mal qalığı aşkar edilməmiş və nəticəsi barədə xx.xx.2024-cü il tarixli "Əmlakın və digər qiymətlilərin inventarizasiya" Aktı ilə rəsmiləşdirilmiş və aktın bir nüsxəsi xx.xx.2024-cü il tarixdə vergi ödəyicisinə təqdim edilmişdir. Eyni zamanda səyyar vergi yoxlaması zamanı vergi orqanının xx.xx.2020-ci il tarixli qəran ilə vergi ödəyicisinə məxsus təsrrüfat subyektlərində operativ vergi nəzarəti keçirilmiş və nəticəsi xx.xx.2020-ci il tarixli aktla rəsmiləşdirilərək 1327283.08 manat mal qalığı aşkar edilmişdir. xx.xx.2020-ci il tarixdən yoxlanılan dövrün əvvəlinə yəni, xx.xx.2020-ci il tarixədək olan dövrdə vergi ödəyicisi tərəfindən 2957556.96 manat dəyərində mallar idxal edildiyi, e-qaimə fakturalara əsasən və pərakəndə satışla cəmi 2642832.89 manat dəyərində mallar təqdim edildiyi və bununlada 1642007.07 manat alış qiyməti ilə mal qalığı aşkar edilmişdir. Yoxlanılan dövr üzrə vergi ödəyicisi tərəfindən 24190297,66 manat dəyərində mallar idxal edildiyi, e-qaimə fakturalara əsasən və pərakəndə satışla cəmi 19625287,02 manat dəyərindən mallar təqdim edildiyi, bununlada yoxlanılan dövrün sonuna 6207017,71 manat məbləğində mal qalığı müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə Vergi ödəyicisində keçirilmiş inventarizasiyanın nəticələrinə əsasən heç bir mal qalığı aşkar edilmədiyini nəzərə alaraq, xx.xx.2023-cü il tarixdən inventarizasiya keçirilən tarixədək olan dövrədək vergi ödəyicisi tərəfindən 995390,44 manat dəyərində mallar idxal edildiyi, e-qaimə fakturalara əsasən və pərakəndə satışla cəmi 4051623,42 manat dəyərində mallar təqdim edildiyi, bununlada inventarizasiya keçirilən tarixə 3150784,73 manat məbləğində mal qalığı aşkar edilərək, əskik gələn malların dəyəri Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən yoxlanılan dövrün sonuncu ayının, yəni 2023-cü il noyabr ayı ƏDV bəyannaməsinə əlavə edildi. Vergi Məcəlləsinin 166-a maddəsinin tələbləri, eyni zamanda əskik gələn malların dəyəri nəzərə alınmaqla, cəmi yoxlanılan dövrdə ********.66 manat dövriyyə müəyyən edilmişdir. Vergi Məcəlləsininn 175-ci maddəsinin tələbləri yoxlanılarkən vergi ödəyicisi tərəfindən 21217.74 manat məbləğin artıq əvəzləşdirildiyi müəyyən edilmişdir. Yoxlama ilə əhatə olunan dövr üzrə ayrı-ayrı aylar üzrə büdcəyə çatası ƏDV-nin 622060,29 manat azaldılması və 30554,39 manat artıq hesablanması müəyyən edilərək, ümumilikdə büdcəyə çatası ƏDV-nin 591505,9 manat olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yoxlama ilə əhatə edilən dövr üzrə əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən ayrı-ayrı aylar üzrə 622060,29 manat azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 311030.15 manat maliyyə sanksiyası tətbiq edilsin. Vergi ödəyicisi tərəfindən 2022-ci ildə 46683.47 manat, 2023-cü ildə 38024.78 manat dəyərində ümumilikdə 84708.25 manat dəyərində mallann anbardan pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 10%, yəni 8470.83 manat maliyyə sanksiyası tətbiq edilsin. Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında, yəni 3039.57 manat məbləğində maliyyə sanksiyası tətbiq edilsin. Vergi Məcəlləsinin 57.5-ci maddəsinə əsasən hesab-faktura (invoys) dəyəri ********.14 manat təşkil edən idxal edilmiş mallar barədə bu Məcəllənin 16.1.11-11-ci maddəsində göstərilən məlumatları təqdim etmədiyinə görə vergi ödəyicisinə idxal edilmiş malların hesab-faktura (invoys) dəyərinin və ya onun təhrif olunmaqla təqdim edilmiş hissəsinin 5 faizi miqdarında, yəni 755878.76 manat məbləğində maliyyə sanksiyası tətbiq edilsin. -xx.xx.2024-cü il tarixli, KY232069004 nömrəli “sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışdan görünür ki, İddiaçı məxsus bütün təsərrüfat obyektlərində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (51 gün müddətinə) növbədənkənar operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. -xx.xx.2024-cü il tarixli, KY232069004 nömrəli “sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışdan görünür ki, İddiaçı məxsus bütün təsərrüfat obyektlərində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (21 gün müddətinə) növbədənkənar operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şərh olunan sənədlərə və işin faktiki hallarına münasibətdə aşagıdakıların qeyd olunmasını zəruri hesab edir: İlk öncə qeyd edilməlidir ki, məhkəmə kollegiyası vergi orqanı tərəfindən ümumilikdə yoxlamanın həyata keçirilməsi, yoxlama zamanı yol verilmiş nöqsanlar (növbədənkənar vergi yoxlamasının keçirilməsi əsasları ilə bağlı, vergi ödəyicisinin təssərüfat subyektlərinə baxış keçirilməsi və inventarizasıyanın keçirilməsi ilə bağlı hərəkətlərin müvafiq reyestrə daxil edilməməsi, vergi borcunun müəyyən edilməsində Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə riayət edilməməsi) barədə birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, SVY aktının 7-ci səhifəsindən görünür ki, vergi ödəyicisinin “Obyekt”, “Zəngəzur-1, “Zəngəzur-2”, “Anbar” və “Gəncə anbarı” adlı təsərrüfat subyektlərinə baxış keçirilməsi, həmin anbarların hamısında müxtəlif növ yuyucu, gigiyenik, kosmetik və s. malların mövcud olmasının müəyyən edilməsi barədə xx.xx.2024-cü il tarixli akt tərtib edildiyi halda, Aktın 12-ci səhifəsində xx.xx.2024-cü il tarixli qərarla təyin edilmiş inventarizasiya zamanı həmin anbarlarda mal qalıgının olmadığı müəyyən edilmişdir. Vergi orqanı təsərrüfat subyektlərinə baxış tarixindən sonrakı qeyd olunan aralıqda vergi ödəyicisi tərəfindən həmin malların satılması vəziyyətini araşdırmamış, sadəcə mal qalığının olmaması qənaətinə gələrək, vergi borcu hesabalamaqla kifayətlənmişdir. Məhkəmə kollegiyası həmçinin vergi orqanının inverntarizasiya nəticəsində gəldiyi qənaət və bu əsasla vergidən yayınma halının müəyyən etməsi ilə bağlı hərəkətlərini də əsassız hesab edir. Belə ki, SVY Aktında iddiaçıya məxsus 5 təsərrüfat subyektində (“Obyekt”, “Zəngəzur-1, “Zəngəzur-2”, “Anbar” və “Gəncə anbarı”) inventarizasiya aparılması və həmin obyektlərdə mal qalığının olmaması qeyd olunsa da, işdə olan (səhifə 102) xx.xx.2024-cü il tarixli inventarizasiya aktında cəmi 2 obyektdə həmin hərəkətlərin aparıldığı qeyd edilmişdir ki, bu da iddiaçıya məxsus bütün anbarlarda mal qalığının olmaması ilə bağlı cavabdehin dəlillərinin əsassız olmasını deməyə əsas verir. Həmçinin xx.xx.2024-cü il tarixli inventarizasiya aktında hərəkətlərin aparıldığı obyektlərdə mal qalığının olmaması qeyd edilsə də, növbəti ifadədə mal qalığının olması və həmin malın iddiaçının nümayəndəsinin deməsinə görə "xxxx" MMC-ə satıldığını bildirməsi qeyd olunmuşdur ki, bu hal da Vergi Məcəlləsinin 67.15-ci maddəsinin tələblərinə (Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir.) əsasən vergidən yayınma qənaətinə gəlməyə və bu əsasla vergi borcunun hesablanmasına əsas vermir. Belə ki, qeyd olunan maddənin dispozisiya şərti malların faktiki olaraq vergi ödəyicisinin sahibliyində olmaması ilə bağlıdır ki, hazıki mübahisə üzrə mal qalığının olması vergi orqanının özü tərəfindən tərtib edilmiş aktda öz əksini tapmış, həmçinin həmin malın həqiqətən "xxxx" MMC-ə satılması barədə sübut təqdim edilməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qərarla Vergi Məcəlləsini 58.13-cü maddəsinə əsasən tətbiq edilmiş 8470,83 manat maliyyə sanksiyasının əsaslı olub-olmaması ətraflı araşdırılmamış, iddiaçı tərəfindən təqdim edilmiş malların çeşidi, eyni subyektə bir dəfəyə təqdim edilmiş malın həcmi (çəkisi, ölçüsü), təqdim edilən subyektin fiziki və yaxud hüquqi şəxs olub olmaması vəziyyəti öyrənilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, vergi ödəyicisinin təsərrüfat subyektlərinə vergi orqanı tərəfindən baxış keçirilərkən, onun icarəsində olan “Obyekt”, “Zəngəzur-1, “Zəngəzur-2”, “Anbar” və “Gəncə anbarı” adlı qeyri-yaşayış sahələrinin məhz anbar kimi fəaliyyət göstərməsi və icərisində malların saxlanıldığı müəyyən edilmişdir. Göründüyü kimi həmin obyektlər yalnız anbar üçün nəzərdə tutulmuşdur və obyektlərdə satışın həyata keçirilməsi və bunun üçün müvafiq uyğun şəraitin və vasitələrin olması barədə məlumatlar yer almamışdır. Bununla yanaşı, iddiaçı malların parakəndə satışı üçün uyğunlaşdırılmış təsərrüfat subyektlərinin olması barədə məhkəmə kollegiyasına sübut təqdim etməmişdir. Bunun əksi olaraq, uçot baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən 2022-ci ildə 46683,47 manat, 2023-cü ildə isə 38024,78 manat dəyərində malların anbardan onlayn kassa vasitəsilə parakəndə satış qaydasında rəsmiləşdirilməklə təqdim edildiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının malların parakəndə satışı üçün uyğunlaşdırılmış təsərrüfat subyektlərinin olmaması halında onun parakəndə qaydada mal təqdim etməsi barədə vergi orqanına təqdim etmiş olduğu məlumatlar həqiqətə uyğun hesab edilə bilməz və bu xüsusatlar vergi orqanının təqdim edilmiş malların topdan satılması barədə gəldiyi qənaətinin əsaslı olmasını deməyə əsas verir. İşin araşdırılmış faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, eyni zamanda birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən qərar üzrə tətbiq edilmiş 8470,83 manat maliyyə sanksiyasının ləğv edilməsi hissəsində ləğv edilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 03 iyul 2025-ci il tarixli, 2-1(120)-3311/2025 nömrəli qərarı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********188073 nömrəli qərarı üzrə tətbiq edilmiş 8470,83 manat maliyyə sanksiyasının ləğv edilməsi hissəsində ləğv edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar