Məhkəmə qərarları › İş №2-1(106)-76/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-76/2025

24.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-76/2025 24.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi),Həsənov Samir Firdusi oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, iddiaçının nümayəndəsi İddiaçı2 iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2-1(120)-408/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq qərar qəbul etdi. İ. İşin halları: İddiaçı Əliyev X3 Sosial Müdafiə Fondunun 4 saylı regional ərazi filialına qarşı “əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddiaçı1 məhkəməyə ərizə təqdim edərək, “əlillik dərəcəsinin bərpa edilməsi və ödənilməmiş ayların ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçının və iddia tələbinin olduğu kimi saxlanılması, cavabdehi səhv qeyd eydiyi üçün cavabdehin əsl cavabdeh kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi kimi əvəz edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2-1(120)-1315/2023 nömrəli qərardadı ilə ərizə təmin olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2-1(120)-1315/2023 nömrəli qərardadı ilə iddia tələbinə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının **********3 saylı qərarının ləğv olunması, əlillik dərəcəsinin bərpa edilməsi və cavabdehin imtinası səbəbindən köçürülməmiş pensiya və təqaüdlərin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2-1(120)-408/2024 nömrəli qərardadı ilə iddia tələbinə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********3 saylı qərarının ləğv edilməsi və 2-ci dərəcəli müddətsiz əlilliyin elektron altsistemdə bərpa edilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 03 mart 1993-cü taraixdə döyüş zonasında hərbi xidmət keçərkən “sol baldırının dəlib keçən güllə yarası, qamış sümüyünün aşağı 1/3-nün deşilmiş sınığı” diaqnozu qoyulan xəsarət almışdır. Bütün bunlar Azərbaycan Respublikası SHXÇDX-nin Sabirabad rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 865 nömrəli göndərişi, xx.xx.2022-ci il tarixli, 227 nömrəli arayışı, MN Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş çıxarış epikrizi, MN MHHK-nin həkim rəyi ilə təsdiq edilir, eyni zamanda hərbi travma və Azərbaycan Respublikasının Müdafiəsi Zamanı xəsarət almağı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 03361 saylı arayışındanda məlumdur ki, təyin olunmuş əlillik dərəcəsi müddətsizdir. xx.xx.2022-ci il tarixli qiymətləndirmə məlumatından ona məlum olub ki, diaqnozun əlillik əlamətini təyin etmədiyi barədə qərar qəbul edilib və imtina edilib. Odur ki, mübahisənin inzibati qaydada məcburetmə yolu ilə məhkəmədə həll edilməsinə zərurət yaranmışdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 68-75-ci maddələrini rəhbər tutaraq, Əlillik dərəcəsinin bərpa olunması və imtina səbəbindən köçürülməmiş pensiya müavinətlərinin ödənilməsini cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 19 avqust 2024-cü il tarixli 2-1(120)-408/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı1 barəsində qəbul edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********3 saylı qərarı ləğv edilməsi və 2-ci dərəcəli müddətsiz əlillik elektron altsistemdə bərpa edilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X7 İnzibati Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2-1(120)-408/2024 nömrəli qərarın ləğv edilməsi ilə bağlı apellyasiya şikayəti vermişdir. İİ. Apellyasiya şikayətinin dəlilləri: Şirvan İnzibati Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2-1(120)-408/2024 nömrəli qərardadı ilə iddia tələbinə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********3 saylı qərarının ləğv edilməsi və 2-ci dərəcəli müddətsiz əlilliyin elektron altsistemdə bərpa edilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçının əlillik vəziyyəti xx.xx.1998-ci il tarixində Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən müayinə olunmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. (TSEK arayışının nömrəsi: 03361). Daha sonra əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: **********7). Vətəndaş 3-17-4/1-13606/2024 nömrəli məktubla DTSERA-ya daxil olmuş Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-408/2024 nömrəli qərardadına əsasən əyani müayinəyə dəvət olunmuşdur. Vətəndaşın məhkəmə qərardadı əsasında əlavə əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı1 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 463 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol baldırın dəlib-keçən güllə varası, qamış sümüyünün aşacn 1/3-nin deşilmiş sınıqı.“ diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı sol baldırın aşağı 1/3-nin bayır səthində zərif dəri çapığı, verişi pozulmamış, əzələ gücü 5,0 bal, tonusu normal, hərəkətlər sərbəst müəyyən edilmişdirkimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuş, yerişində çətinlikdən və əsəbilikdən şikayətlənmişdir. Yandığı üçün hərbi biletinin olmaması barədə sənəd təqdim etmişdir. Müayinə zamanı sol baldırın aşağı 1/3də çapıq izlənilmiş, hərəkətləri sərbəst olmuş, pedal hərəkətlərini sərbəst icra etmiş, əlillik təyinatına əsas verə biləcək hərəkəti məhdudluq, kontraktura nisbi qısalıq müəyyən edilməmişdir. Məhkəmə öz mövqeyini əsaslandıraraq bildirmişdir ki, İstinad olunan normaya əsasən məhkəmə qeyd edir ki, iddiaçının əyani müayinəyə cəlb edilməsi barədə cavabdeh tərəfindən heç bir sübut təqdim edilməmiş, həmçinin cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərin özündə ziddiyət olmaqla iddiaçının sağ ayağında müayinələr aparıldığı qeyd edilmiş, digər sənədlərlə iddiaçının sol ayağının dəlib keçən güllə yarası diqnozu ilə ona ilkin əllik təyinatı aparıldığı müəyyən olunduğu hal öz-özlüyündə onun müayinəyə cəlb edilməməsi və ya cəlb edildiyi halda müayinənin düzgün aparılmamasını deməyə əsas verir. Məhkəmə iş materialları ilə müəyyən edir ki, iddiaçıya xx.xx.1998-ci il tarixdə müddətsiz əlillik dərəcəsi təyin olunarkən ona sol daldırın dəlib keçən güllə yarası, qamış sümüyünün 1/3-nin deşilmiş sınığı diaqnozu ilə 2-ci qrup əlillik dərəcəsi təyin edilmiş, əlillik səbəbi Azərbaycan Respublikasının müdafiəsi zamanı alması, əlillik müddəti isə müddətsiz qeyd olunmuşdur. Qeyd edilənləri qəbul etməyərək bildirmək istəyirik ki, birinci instansiya məhkəməsi işə baxarkən sırf ekspert rəyində vətəndaşın qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurqulamışdır. Halbuki diaqnozun mövcudluğu hələ əlillik təyinatına əsas vermir, belə ki, həmin diaqnoz əsasında ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilmir. Sözügedən hal vətəndaşın əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Əlavə olaraq ekspertin müvafiq rəyində həmin pozuntuların iddiaçıda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun əlilliyin təyin edilməsinin mümkün olmaması bildirilsə də məhkəmə bu halı qəbul etməyərək əsaslandırmasına hüquqa zidd aparmışdr. Həmçinin bildirmək istəyirik ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanası əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin bildirmək istəyirik ki, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı sol baldırın asadı 1/3-nin bayır səthində zərif dəri çapığı, verişi pozulmamış, əzələ gücü 5,0 bal, tonusu normal, hərəkətlər sərbəst müəyyən edilmişdirkimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuş, yerişində çətinlikdən və əsəbilikdən şikayətlənmişdir. Yandığı üçün hərbi biletinin olmaması barədə sənəd təqdim etmişdir. Müayinə zamanı sol baldırın aşağı 1/3də çapıq izlənilmiş, hərəkətləri sərbəst olmuş, pedal hərəkətlərini sərbəst icra etmiş, əlillik təyinatına əsas verə biləcək hərəki məhdudluq, kontraktura, nisbi qısalıq müəyyən edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdirəhkəmə öz mövqeyini əsaslandıraraq bildirmişdir ki, İstinad olunan normaya əsasən məhkəmə qeyd edir ki, iddiaçının əyani müayinəyə cəlb edilməsi barədə cavabdeh tərəfindən heç bir sübut təqdim edilməmiş, həmçinin cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərin özündə ziddiyət olmaqla iddiaçının sağ ayağında müayinələr aparıldığı qeyd edilmiş, digər sənədlərlə iddiaçının sol ayağının dəlib keçən güllə yarası diqnozu ilə ona ilkin əllik təyinatı aparıldığı müəyyən olunduğu hal öz-özlüyündə onun müayinəyə cəlb edilməməsi və ya cəlb edildiyi halda müayinənin düzgün aparılmamasını deməyə əsas verir. Məhkəmə iş materialları ilə müəyyən edir ki, iddiaçıya xx.xx.1998-ci il tarixdə müddətsiz əlillik dərəcəsi təyin olunarkən ona sol daldırın dəlib keçən güllə yarası, qamış sümüyünün 1/3-nin deşilmiş sınığı diaqnozu ilə 2-ci qrup əlillik dərəcəsi təyin edilmiş, əlillik səbəbi Azərbaycan Respublikasının müdafiəsi zamanı alması, əlillik müddəti isə müddətsiz qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi işə baxarkən sırf ekspert rəyində vətəndaşın qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurqulamışdır. Halbuki diaqnozun mövcudluğu hələ əlillik təyinatına əsas vermir, belə ki, həmin diaqnoz əsasında ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilmir. Sözügedən hal vətəndaşın əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Əlavə olaraq ekspertin müvafiq rəyində həmin pozuntuların iddiaçıda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun əlilliyin təyin edilməsinin mümkün olmaması bildirilsə də məhkəmə bu halı qəbul etməyərək əsaslandırmasına hüquqa zidd aparmışdr. Həmçinin bildirmək istəyirik ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanası əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı sol baldırın asadı 1/3-nin bayır səthində zərif dəri çapığı, verişi pozulmamış, əzələ gücü 5,0 bal, tonusu normal, hərəkətlər sərbəst müəyyən edilmişdirkimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuş, yerişində çətinlikdən və əsəbilikdən şikayətlənmişdir. Yandığı üçün hərbi biletinin olmaması barədə sənəd təqdim etmişdir. Müayinə zamanı sol baldırın aşağı 1/3-də çapıq izlənilmiş, hərəkətləri sərbəst olmuş, pedal hərəkətlərini sərbəst icra etmiş, əlillik təyinatına əsas verə biləcək hərəki məhdudluq, kontraktura, nisbi qısalıq müəyyən edilməmişdir. Göstərilən maddi hüquq normalarının tələbləri baxımından Şirvan İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Göstərilənlərə əsasən Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-408/2024, saylı, 19 avqust 2024-cü il tarixli qərarını ləğv edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İİİ. Proses iştirakçılarının çıxışları: İddiaçının nümayəndəsi İddiaçı2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, şikayətin təmin olunmamasını, qərarın qüvvəsində saxlanılmasını xahiş etmiş, eyni zamanda ərizə təqdim edərək iddia tələbində dəqiqləşmə aparmış, iddiasının “24 avqust 2022-ci il tarixli qərarını ləğv edərək, həmin tarixdən müddətsiz əlliyin bərpasını cavabdehin üzərinə öhdəlik qoyulması” tələbi kimi təmin olunmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2025-ci il tarixli qərardadı ilə İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı inzibati orqanın “24 avqust 2022-ci il tarixli qərarını ləğv edərək, həmin tarixdən müddətsiz əlliyin bərpasını cavabdehin üzərinə öhdəlik qoyulması” kimi baxılması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası işin hallarına görə apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İV. Maddi və prosessual normalar: - Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: -2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. -34.1.Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. -82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”: -1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. -1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. -2.2. bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”: -1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə tərkibi qeyd edir ki, ilkin olaraq nəzərə alınmalı hal İddiaçı1 ömürlük əlillik təyin olunmasıdır. Belə ki, işdə olan Tibbi-Sosial Ekspert Komissiyasının TSE-0 AR03361 nömrəli arayışından görünür ki, xx.xx.1998-ci il tarixli, 261 saylı müayinə aktına əsasən İddiaçı1 Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təkrar ikinci dərəcəli əlillik dərəcəsi verilmiş və əlillik müddəti müddətsiz olaraq qeyd edilmişdir. Həmin vaxt ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” (Diaqnoz: sağ qamış sümüyünün kompressiya olunmuş qəlpəli sınığı. Aşıq-baldır oynağının funksiyasının pozuntusu, yerişin çətinləşməsi ilə. Asteno-nevrotik hal) diaqnozu verilmişdir. Sonradan dövrdə əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması əsasında vətəndaş xx.xx.2022-ci ildə Agentliyin Mərkəzi tibbi-sosial ekspert komissiyasının həkim-mütəxəssisləri tərəfindən əyani müayinə olunmuşdur. Müayinə zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnozun əlillik əlamətinin təyin edilməməsi barədə qərar qəbul edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3704/2024 nömrəli qərarında qeyd edilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyası (bundan sonra-Komissiya) xx.xx.2024-cü il tarixində aşağıda adları göstərilən 18 nəfər vətəndaşın müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. 4. Sabirabad rayon sakini xx.xx.1970-ci il təvəllüdlü İddiaçı1 (FİN:xxxxxxx) xx.xx.1998-ci il tarixində Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən müayinə olunmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. (TSEK arayışının nömrəsi: 03361). Daha sonra əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: **********7). Vətəndaş 3-17-4/1-13606/2024 nömrəli məktubla DTSERA-ya daxil olmuş Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-408/2024 nömrəli qərardadına əsasən əyani müayinəyə dəvət olunmuşdur. Vətəndaşın məhkəmə qərardadı əsasında əlavə əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı1 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022~ci il tarixli 463 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol baldırın dəlib-keçən güllə yarası, qamış sümüyünün aşağı 1/3-nin deşilmiş sınığı. “diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı sol baldırın aşağı 1/3-nin bayır səthində zərif dəri çapığı, yerişi pozulmamış, əzələ gücü 5,0 bal, tonusu normal, hərəkətlər sərbəst müəyyən edilmişdir.” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuş, yerişində çətinlikdən və əsəbilikdən şikayətlənmişdir. Müayinə zamanı sol baldırın aşağı 1/3- də çapıq izlənilmiş, hərəkətləri sərbəst olmuş, pedal hərəkətlərini sərbəst icra etmiş, əlillik təyinatına əsas verə biləcək hərəki məhdudluq, kontraktura, nisbi qısalıq müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Qanunvericilikdə əlilliyə “müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması” kimi anlayış verilmişdir. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 1 və 3-cü maddələri). “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində hansı hallarda Agentliyin əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb etməsi öz əksini tapmışdır. Qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. İstinad olunan normaya əsasən məhkəmə qeyd edir ki, iddiaçının əyani müayinəyə cəlb edilməsi barədə cavabdeh tərəfindən heç bir sübut təqdim edilməmiş, həmçinin cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərin özündə ziddiyət olmaqla iddiaçının sağ ayağında müayinələr aparıldığı qeyd edilmiş, digər sənədlərlə iddiaçının sol ayağının dəlib keçən güllə yarası diqnozu ilə ona ilkin əlillik təyinatı aparıldığı müəyyən olunduğu hal özözlüyündə onun müayinəyə cəlb edilməməsi və ya cəlb edildiyi halda müayinənin düzgün aparılmamasını deməyə əsas verir. Kollegiya qeyd edir ki, İddiaçı1 müddətsiz əlillik təyin edilməsinə əsas olan qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübut təqdim etməmişdir. Odur ki, cavabdeh orqan iddiaçı barəsində TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmadan onu təkrar əyani müayinəyə cəlb etməkdə haqlı olmamışdır. Nəzərə alınmalıdır ki, iddiaçının etimad hüququ qanunla qorunur, bu baxımdan iddiaçının iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Cavabdehin hərəkətləri isə qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi yardım prinsipinin tələbləri üzrə apellyasiya baxışında iddiaçının iddiada dəqiqləşmə aparmasına əsasən, eləcə də onun arzu etdiyi nəticə üçün hüquqi mənafeyinə uyğun olaraq, qərar dəyişidirilməli və “24 avqust 2022-ci il tarixli qərar ləğv edilərək, həmin tarixdən müddətsiz əlliyin bərpası öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Çünki məhz həmin qərar əsasında vətəndaşın hüquq və mənafeyi pozulmuşdur. Çünki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********3 nömrəli qərarı, İddiaçı1 24 avqust 2022-ci il tarixli qərardan verilmiş şikayətlə bağlı olmuşdur. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, lakin birinci instansiya məhkəməsinin qərarı qeyd olunan qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü tərəfindən maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Şirvan İnzibati Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2-1(120)-408/2024 nömrəli qərarı dəyişdirilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 24 avqust 2022-ci il tarixli qərarı ləğv edilsin, həmin tarixdən müddətsiz əlilliyin bərpası öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar