Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-777/2025 09.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Firdusi oğlunun sədrliyi, Hüseynov Fikrət Cilingir oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət məhkəmə tərkibində, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçının nümayəndəsi: Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0004 nömrəli qərarının ləğv edilməsi və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbi ilə üzvi mənşəli şəxsiyyət pozuntusunun 35-60% dərəcəsinə uyğun olaraq 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 13 avqust 2025-ci il tarixli, 2-1(120)-891/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanası üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini təqdim edərək, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17- 4/3-3-1263/2024 nömrəli qərarının iddiaçıya aid hissədə ləğv edilməsini və müvafiq əlliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Sonradan iddiaçının nümayəndəsi Nümayəndə iddianın dəqiqləşdirilməsi barədə ərizəsini təqdim edərək, “Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0004 nömrəli qərarının ləğv edilməsi və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbi ilə üzvi mənşəli şəxsiyyət pozuntusunun 35- 60% dərəcəsinə uyğun olaraq 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2-ci Qarabağ uğrunda Füzuli, Qubadlı və Şuşa üzrə gedən döyüşlərdə iştirak etmiş, bütün olduğu ərazi üzrə medallarla təltif olunmuş, özü Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən zaman kəllə-beyin travması almış, lakin qızğın döyüşlər olduğu üçün yerində ambulator müalicə almış, döyüşlərə qayıtmışdır. Ona təyin olunmuş xx.xx.2021-ci il tarixli, 15498 nömrəli «Xəstəlik haqqında şəhadətnamə»nin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı “Sol biləyin arxa səthinin, sol budun yuxarı 1/3-nin və arxa 1/3-nin kor qəlpə yaralanması” xəsarətini almışdır. İlk tibbi yardım göstərildikdən sonra döyüşə qayıtmışdır. Aldığı xəsarətlə əlaqəli döyüş zamanı stasionar müalicə almamışdır. xx.xx.2020-ci il tarixdə hərbi xidmətdən təxris edilmişdir. xx.xx.2021-xx.xx.2021-ci il tarixədək Respublika Psixiatriya Xəstəxanasının “Barotravma nəticəsində şəxsiyyətin astenik tip pozuntusu, davranış pozuntuları, depresiv daxilolmalar və retroqrad amneziya” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Sabirabad rayon şöbəsinin rəisi tərəfindən hərbi həkim komissiyasına göndərilmişdir. SQ İ nevroloqu ilə konsultasiya olunmuşdur. Aparılmış müalicələr və müddətlər: xx.xx.2021-xx.xx.2021-ci il tarixində 1 nömrəli Respublika Psixiatriya Xəstəxanası müayinədə və müalicədə olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə Müayinə olunan şəxs üzrə məlumatdan görünür ki, Əhvalın üzvi mənşəli [affektiv] pozuntusu, Üzvi affektiv pozuntu, depressiv epizodla, davranış pozuntuları,anamnezində intihar fikirləri, Posttravmatik stress pozuntusu, Sol biləyin arxa səthinin, sağ budun yuxarı 3/1-nin və arxa 3/1-nin kor qəlpə yaralanması diaqnozu ilə əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumata əsasən imtina edilmişdir. Səbəb: Diaqnoz öz təsdiqini tapmaması. ətraflı: Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Lakin, iddia ərizəsinə əlavə etdiyi reseptlərdən və rəylərdən də görünür ki, psixoloji durumu bərbad günündədir. «Psixi Sağlamlıq Mərkəzi» X5 xx.xx.2023-cü il tarixli, 2249 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı «Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə» əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim psixiatr Komissiyası tərəfindən müayinə olunub və Diaqnoz: Üzvi affektiv pozuntu, depressiv epizodlar, davranış pozuntuları, anamnezində İntihar fikirləri ilə F 06.3 əlamətləri vardır. Odur ki, əlilliyinin təyin olunması zəruridir. Ona səhhəti ilə əlaqədar təyin edilə biləcək ekspertizanın X3 vasitəsi ilə deyil, digər ekspert mütəxəssisləri tərəfindən təyin edilməsi gələcəkdə təyin edilməsi zəruridir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilmiəsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Salyan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Əhvalın üzvi mənşəli [affektiv] pozuntusu, Üzvi affektıv pozuntu .depressiv epizodla .davranış pozuntuları.anamnezində intihar fikirləri.Posttravmatık stress pozuntusu.Sol biləyin arxa səthinin, sağ budun yuxarı 3/1- nın və arxa 3/1- nin kor qəlpə yaralanması. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz oz təsdiqini tapmaması - Səbəb: Diaqnozun təsdiqlənməməsı barədə qərar qəbul edilmişdir. ." səbəbi ilə imtina verilmişdir. Sabirabad rayon sakini xx.xx.1998-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Nümayəndə orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki. Nümayəndə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli 15498 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin asterıık tıo pozuntusu, davranış pozuntuları, depressiv daxilolmalar və retroqrad amneziva ilə. Sol biləyin arxa səthinin sağ budun yuxarı 1/3-nin və arxa 1/3-nin kor qəlpə yaralanmasından sonrakı bərkimis dəri çapığı” diaonozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 12097/2023 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi affektiv pozuntu, depressiv epizodlar, davranış pozuntuları, anamnezində intihar fikirləri ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının 30.10 2023-cü il tarixli 2249 nömrəli Tibbi rəyində diaqnoz “Uzvı affektiv pozuntu. depressiv epizodlar, davranış pozuntuları, anamnezində intihar fikirləri ilə” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, başgicəllənmədən, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından, əllərin və ayaqların uyuşmasından, başında küydən şikayətlənmişdir. Müayinə zamanı alçaq səs tonu ilə danışmış, hər iki əlin üst səthində səthi cızıqlar (1-2 ədəd) izlənilmişdir. Emosiyalarında patoloji olmayaraq bir qədər eniklik qeyd edilmişdir. Mühakimə və analiz qabiliyyəti təhrif edilməmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Mülayim dərəcədə ifadə olunmuş nevrasteniva, depressiv daxilolmalar" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq Diaqnozun tasdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasfnın və 2020ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasfnın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq "Əlilliyin müəyyən olunması meyarlarına əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrfnə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının. İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbənd göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestrfnə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyi xahiş etmişdirlər. Şirvan İnzibati Məhkəməsinin (Hilal Nəcəfov) 13 avqust 2025-ci il tarixli, 2-1(120)- 891/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 13 avqust 2025-ci il tarixli, 2-1(120)-891/2025 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə ekspert rəyində şəxsdə olan diaqnozlar öz əksini tapsa da, diaqnozun ağırlaşmaları öz əksini tapmamışdır. Ümumiyyətlə qanunvericiliyə əsasən əlillik şəxsdə xəstəliyin törətdiyi fəsadlara görə təyin olunur. Hazırkı iş üzrə şəxsdə diaqnozun olması ona əlillik təyin edilməsinə əsas vermir. Şəxsdə diaqnozun ağırlaşmaları da, movcud olmalıdır. Ümumiyyətlə məhkəmə bu halları nəzərə almamış, Agentliyin diskresion səlahiyyətlərinə müdaxilə etmişdir. Birinci instansiya məhkəməsi şifahi vəsatətlər verməmizə baxmayaraq, iddiaçının əlavə olaraq əyani müayinəyə cəlb etməmiş və bununla da Agentliyin diskresion səlahiyyətlərinə müdaxilə edərək qərar qəbul etmişdir. Ümumiyyətlə iddiaçının diaqnozun intihar cəhdləri olsa da, bununla bağlı təcili tibbi yardıma, hüquq-mühafizə orqanlarına sorğular verilməmişdir. Belə ki, şəxs intihara cəhd edirdisə, bununla bağlı həmin orqanlara müraciətlər olmalı idi. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı deyil. Qeyd olunanlar nəzərə alınmaqla cavabdeh Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-891/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz irəli sürülərək bildirilmişdir ki, Şirvan İnzibati Məhkəməsində cavabdeh tərəfindən əsassız yerə irəli sürdüyü bütün müanslar obyektiv və subyektiv tərəfdən məsələ aydınlıq gətirilmiş və onların apellyasiya şikayətində göstərdikləri xüsusatlar ekspert rəyində öz əksini tapmamışdır. Buna xüsusi bilik tələb edildiyindən məhkəmənin müvafiq qərardadı əsasında ekspert rəyin edilmiş və ekspertin verdiyi əsaslı rəy əsasında ədalətli qərar çıxarılmışdır. Bunun isə apellyasiya məhkəməsində mübahisələndirmək absuddur. Çünki hər bir şey öz arqumentində uyğun öyrənilmiş və belə bir nəticəyə gəlinmişdir. Belə olan halda mən hesab edirəm ki, bu apellyasiya şikayəti əsassızdır və süründürməçiliyə gətirib çıxaracaqdır. Hal-hazırda mənim səhhətimə uyğun rəy mütəxəssislər tərəfindən müayinə edilərək verilmişdir. Bütün bunları nəzərə alaraq Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 1(120)-891 /2025 saylı qərarı qanuni və əsaslıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı apellyasiya şikayətinin təmin edilməməsi və Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 1(120)-891 /2025 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2- 1(106)-777/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirərək Şirvan İnzibati Məhkəməsinin 13 avqust 2025-ci il tarixli, 2-1(120)- 891/2025 saylı qərarının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. “İnzibati icraat haqqında” Qanun: Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman (dəqiqləşdirildikdən sonra) tələbi “Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0004 nömrəli qərarının ləğv edilməsi və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbi ilə üzvi mənşəli şəxsiyyət pozuntusunun 35-60% dərəcəsinə uyğun olaraq 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7i xx.xx.2024-cü il tarixli T 821/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçıya dair tərtib edilən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəz Hərbi Həkim komissiyasının xx.xx.2021-ci il tarixli, 15498 nömrəli xəstəlik haqqında şəhadətnamədə qeyd edilən diaqnoz hazırda da öz təstiqini tapır, lakin əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmur. İddiaçı Respublika Psixiatriya Xəstəxanasında. 11.10-xx.xx.2024-cü il tarixlərdə “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv epizodlar, anamnezində intihar cəhdləri (prof.F.İsmayılov)” diaqnozu ilə stasionar müalicə almışdır. Qeyd edilən xəstəliklər xroniki hala keçdiyindən tam reabilitasiya olunmurlar. Hazırda da xəstəliklərlə əlaqədar əlavə müalicəyə ehtiyacı yoxdur, xəstəliklər kəskinləşdiyi təqdirdə vəziyyətinin ağırlığından asılı olaraq ambulator və ya stasionar müalicəyə cəlb oluna bilər. Mübahisə üzrə digər bir hal əlilliyin səbəbli əlaqəsədir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli, 15498 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1998-ci il təvəllüdlü əsgər İddiaçı Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yaralıdır. Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin astenik tip pozuntusu, davranış depressiv daxilolmalar və retroqrad amneziya ilə. Sol biləyin arxa səthinin sağ budun yuxarı 1/3-nin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı diaqnozu qoyulmuş və diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2024-cü il tarixdə çap edilmiş məlumatdan görünür ki, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli, 15498 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1998-ci il təvəllüdlü əsgər İddiaçı Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yaralıdır. Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin astenik tip pozuntusu, davranış depressiv daxilolmalar və retroqrad amneziya ilə. Sol biləyin arxa səthinin sağ budun yuxarı 1/3-nin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı diaqnozu qoyulmuş və diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının 20 fevral 2024-cü il tarixli, 3-17-4/3-3-1263/2024 nömrəli qərarından görünür ki, Sabirabad rayon sakini xx.xx.1998-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Nümayəndə orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, Nümayəndə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021ci il tarixli 15498 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin astenik tip pozuntusu, davranış pozuntuları, depressiv daxilolmalar və retrograd amneziya ilə. Sol biləyin arxa səthinin sağ budun yuxarı 1/3-nin və arxa 1/3-nin kor qəlpə yaralanmasından sonrakı bərkimis dəri çapığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 12097/2023 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi affektiv pozuntu, depressiv epizodlar, davranış pozuntuları, anamnezində intihar fikirləri ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 2249 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi affektiv pozuntu, depressiv epizodlar, davranış pozuntuları, anamnezində intihar fikirləri ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, başgicəllənmədən, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından, əllərin və ayaqların uyuşmasından, başında küydən şikayətlənmişdir. Müayinə zamanı alçaq səs tonu ilə danışmış, hər iki əlin üst səthində səthi cızıqlar (1-2 ədəd) izlənilmişdir. Emosiyalarında patoloji olmayaraq bir qədər eniklik qeyd edilmişdir. Mühakimə və analiz qabiliyyəti təhrif edilməmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Mülayim dərəcədə ifadə olunmuş nevrasteniva, depressiv daxilolmalar” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7 Sabirabad rayon X2 Hüquqi Şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 18-1-70/2-329/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Sabirabad rayon Mərkəzi Xəstəxanasına müraciət edərək HMK-nın həkimləri tərəfindən müayinə olunduqdan sonra, 8567 nömrəli Sığortalı göndərişlə Salyan Rayonlararası Pisixiatriya Xəstəxanasına göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-4/2-12585/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01,2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Nümayəndə orqanizmin funksiyalarının pozulması faizinin müəyyən edilməsi məqsədilə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının Z00150105KLN nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Qeyd edək ki, İddiaçı əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası istiqamətində Agentliyə müraciəti (yazılı ərizəsi) daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X5 xx.xx.2024-cü il tarixli, 5195 nömrəli həkim psixiatr Komissiyasının rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. Diaqnoz: Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri ilə F 07.0. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 160 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı əlilliyin təyini ilə bağlı tibbi sənədləri Sabirabad Rayon Mərkəzi Xəstəxanası HMK tərəfindən F06.3,F43.1,Y36.4 "Üzvi affektiv pozuntu, depressiv epizodla, davranış pozuntuları, anamnezində intihar fikirləri, Posttravmatik stress pozuntusu, Sol biləyin arxa səthinin, sağ budun yuxarı 3/1-nin və arxa 3/1- nin kor qəlpə yaralanması” diaqnozları ilə protokollaşdırılaraq Rayonlararası Psixiatriya Xəstəxanası HMK-na təqdim edilmişdir. Təqdim edilən sənədlərə (anket) əsaslanaraq iki dəfə xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə müvafiq olaraq X00070872ATZ və Z00150105KLN saylı əlilliyin təyini ilə bağlı elektron göndəriş (TQS forma-88) tərtib edilərək TSEK-nın elektron altsisteminə yerləşdirilmişdir. Hər iki göndərişə “Diaqnoz öz təsdiqini tapmaması. Ətraflı: Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir.” səbəbli imtina verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X5 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 7526 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1998-ci il təvəllüdlü, Sabirabad rayonu, Şəhriyar kəndində qeydiyyatda olan İddiaçı arxiv məlumatına görə xx.xx.2021- xx.xx.2021; xx.xx.2021-xx.xx.2021; xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olub. Təkrar xx.xx.2023-cü il tarixində gündüz stasionarı şöbəsinə yarım stasionar rejimli müalicəyə qəbul olunub. xx.xx.2023-cü il tarixində xəstəxanadan evə yazılıb. Diaqnoz: “Üzvi affektiv pozuntu, depressiv epizodlar davranış pozuntuları, anamnezində intihar fikirləri ilə.” İş materialları arasında olan T 821/2024 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, vətəndaş Nümayəndə adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu. Üzvi affektiv pozuntu, depressiv epizodla, davranış pozuntuları, anamnezində intihar fikirləri. Postravmatik stress pozuntusu. Sol biləyin arxa səthinin sağ budun yuxan 1/3-nin və arxa 1/3-nin kor qəlpə yaralanması. Ağırlaşmalar: F06 Baş beynin zədələnməsi və disfiınksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər pisixi pozuntular, davranış pozuntuları, anamnezində intihar fikirləri. F43.1 Postravmatik stress pozuntusu, Posttravmatik stress pozuntusu. Yanaşı xəstəliklər: Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Sol biləyin arxa səthinin, sağ budun yuxarı 1/3-nin və arxa 1/3-nin kor qəlpə yaralanması” diaqnozu ona stasionarda şəxsin müayinə və müalicəsi zamanı anamnestik, klinik və laborator instrumental müayinələrin əsasında müəyyən edilsə də, əyani müayinəsində əlillik təyinatına əsas verər, patofunksional dəyişikliklər aşkarlanmadığından, əlillik dərəcənin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli. 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməs: meyarları”nm hər-hansı bir bəndini aid etmək mümkün olmadı. İddiaçıya dair tərtib edilən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəz Hərbi Həkim komissiyasının xx.xx.2021-ci il tarixli. 15498 nömrəli xəstəlik haqqında şəhadətnamədə qeyd edilən diaqnoz hazırda da öz təstiqini tapır, lakin əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmur. İddiaçı Respublika Psixiatriya Xəstəxanasında. 11.10-xx.xx.2024-cü il tarixlərdə “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv epizodlar, anamnezində intihar cəhdləri (prof.F.İsmayılov)” diaqnozu ilə stasionar müalicə almışdır. Qeyd edilən xəstəliklər xroniki hala keçdiyindən tam reabilitasiya olunmurlar. Hazırda da xəstəliklərlə əlaqədar əlavə müalicəyə ehtiyacı yoxdur, xəstəliklər kəskinləşdiyi təqdirdə vəziyyətinin ağırlığından asılı olaraq ambulator və ya stasionar müalicəyə cəlb oluna bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı “İkinci Qarabağ” müharibəsində iştirak etmiş və döyüşlər zamanı kəllə-beyin travması almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli, 15498 nömrəli xəstəlik haqqında şəhadətnaməsi ilə “Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin astenik tip pozuntusu, davranış pozuntuları, depressiv daxilolmalar və retroqrad amneziva ilə. Sol biləyin arxa səthinin sağ budun yuxarı 1/3-nin və arxa 1/3-nin kor qəlpə yaralanmasından sonrakı bərkimis dəri çapığı” diaonozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. İddiaçı bu xəstəliklə bağlı stasionar şəraitdə müalicə almış və diaqnoz təsdiq edilmişdir. Onun əlillik vəziyyətinə sonuncu dəfə Salyan Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0004 nömrəli qərarı ilə (xx.xx.2024-ci il tarixdə sistemə daxil edilmişdir) Diaqnozun mətni: Əhvalın üzvi mənşəli [affektiv] pozuntusu, Üzvi affektıv pozuntu .depressiv epizodla .davranış pozuntuları. anamnezində intihar fikirləri. Posttravmatık stress pozuntusu. Sol biləyin arxa səthinin, sağ budun yuxarı 3/1- nın və arxa 3/1- nin kor qəlpə yaralanması. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz oz təsdiqini tapmaması - Səbəb: Diaqnozun təsdiqlənməməsı barədə qərar qəbul edilmişdir. ." səbəbi ilə imtina verilmişdir. İddiaçı həmin qərarla razı olmamış və məhkəmədə həmin qərarı mübahisələndirmişdir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası:1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə-“Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında - 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında - 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2.1. bəndi: əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) Məhkəmə kollegiyası məhkəmə araşdırmasını həmçinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” Azərbaycan Respublikasının Ali Məhkəməsinin icmal məktubunda əks olunan hüquqi dəyərləndirmə əsasında aparılmasını zəruri hesab edir. Həmin icmal məktubunda qeyd edilir: “Məlumdur ki, əlilliyin qiymətləndirilməsinə dair mübahisələrin həlli üçün əhəmiyyət kəsb edən bir sıra halların müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, ekspertiza təyin edilməklə araşdırılır (32-ci bənd). Ekspertiza fəaliyyətinin əsaslarını müəyyən edən qanunvericiliyin, o cümlədən prosessual qanunvericiliyin normaları vəhdətdə nəzərdən keçirilməklə qeyd edilir ki, ekspert yalnız iddiaçının sağlamlıq vəziyyətinin (xəstəlik və ağırlaşmalarının) müəyyən edilməsi ilə bağlı tibbi xarakterli sualları cavablandırmaq vəzifəsini daşımaqla, şəxsin sağlamlıq vəziyyəti, xəstəliklərin diaqnostikası və əlaqəli məsələlərdə məhz hüquqi bilikləri istisna edən, bununla belə, tibbi bilikləri əhatə edən suallar əsasında aparılmış tədqiqatın nəticəsində müəyyənləşdirilir (36-cı bənd)”. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixitriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 4879 nömrəli həkim psixiatr rəyindən görünür ki, iddiaçı Respublika Psixitriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri ilə F07.0” kimi müəyyənləşdirilmişdir. İş materiallarında olan ekspert rəyinin məzmunundan görünür ki, iddiaçıya dair tərtib edilən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəz Hərbi Həkim komissiyasının xx.xx.2021-ci il tarixli, 15498 nömrəli xəstəlik haqqında şəhadətnamədə qeyd edilən diaqnoz, hazırda da öz təsdiqini tapır, lakin əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmur. Həmçinin ekspert rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı Respublika Psixiatriya Xəstəxanasında 11.10-xx.xx.2024-cü il tarixlərdə “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv epizodlar, anamnezində intihar cəhdləri (prof.F.İsmayılov)” diaqnozu ilə stasionar müalicə almışdır. Qeyd edilən xəstəliklər xroniki hala keçdiyindən tam reabilitasiya olunmurlar. Hazırda da xəstəliklərlə əlaqədar əlavə müalicəyə ehtiyacı yoxdur, xəstəliklər kəskinləşdiyi təqdirdə vəziyyətinin ağırlığından asılı olaraq ambulator və ya stasionar müalicəyə cəlb oluna bilər Beləliklə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, yuxarıda qeyd edilən diaqnoz Nümayəndə iş materiallarında adına müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 göndərişində və digər tibbi sənədlərdə olan əsas diaqnoz ilə eynilik təşkil edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Nümayəndə xəstəliyi və diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2.1-ci “əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)” bəndinə uyğundur və həmin bəndə əsasən onun əlilliyi 35-60 % dərəcə ilə iki il müddətinə müəyyən edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri və qəbul etdyi imtina qərarı qanunsuz olmuş, əlilliyin təyin edilməsi ilə bağlı iddiaçının hazırki tələbi əsaslı olmuşdur. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 13 avqust 2025-ci il tarixli, 2-1(120)-891/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-777/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-777/2025
09.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver