Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-779/2025 11.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, üçüncü şəxs X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, 2-1(120)-2265/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Hacıqabul şəhər Bələdiyyəsinə qarşı qərarın ləğv olunması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Hacıqabul şəhər Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mübahisəli 0.06 ha torpaq sahəsinin X1 dair 04 dekabr 2006-cı il tarixli, 12 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 15 iyul 2025-ci il tarixli, 2-1(120)- 2265/2025 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Cəfərzadə X10 şəhər Bələdiyyəsinin 04 dekabr 2006-cı il tarixli, 12 nömrəli qərarından məlumatlı olmuş, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(071)-07/2020 saylı qətnaməsi ilə üçüncü şəxs X2 iddia tələbi tamin edilmiş, həmin qətnamədən hazırki iş üzrə iddiaçı apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021tarixli, 2(106)-119/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş və iş baxılmasi üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş və üçüncü şəxs X2 iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən üçüncü şəxs X8 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 2015-2017-ci illərdə Şirvan İnzibati-İqtisadi Məhkəməsində üçüncü şəxs X8 ilə müxtəlif məhkəmə çəkişmələrinin olduğunu bildirmiş, lakin buna dair yekun məhkəmə aktlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının mübahisələndirdiyi qərardan 2020-ci il tarixindən məlumatlı olduğundan və prosessual müddətin axımını həmin qərardan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Hacıqabul Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli, 12 nömrəli qərarına əsasən ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi 04 dekabr 2006-cı il tarixli, 246 nömrəli alğı - satqı müqaviləsi ilə Anar Mikayılova satılmış və torpaq sahəsi üzərində 11 aprel 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Əlavə olaraq bildirir ki, adı çəkilən torpaq sahəsi 15 ildən artıq müddətdir ki, onun istifadəsində və nəzarətindədir. Torpaq sahəsi X13 tərəfindən üzərində olan fərdi yaşayış sahəsi ilə birlikdə X7 satılmışdır. X12 torpaq sahəsini alğı-satqı müqaviləsi ilə aldıqdan sonra torpaq sahəsi üzərində xx.xx.2015-ci il tarixli çıxarışla mülkiyyət hüquqları dövlət qeydiyyatına aldırmışdır. Həmin torpaq sahəsi X9 mülkiyyətində olmuşdur. X9 adına verilmiş torpağa dair pasportdan görünür ki, torpaq sahasi 2052.3 kv. metrdən ibarət olmuşdur. 2052.3 kv metrdən ibarət torpaq sahəsinin 0.013 ha hissəsi X5 adına çıxarışla rəsmiləşdirilmiş, qalan torpaq sahəsi isə zəbt edilmiş torpaq sahəsi kimi onun istifadəsində qalmışdır. Qeyd olunduğu kimi 2052.3 kv. metrdən ibarət torpaq sahəsi 15 ildən artıq müddətdir ki, onların istifadəsində və nəzarətindədir. Hacıqabul Bələdiyyəsinin 04 dekabr 2006-cı il tarixli, 12 nömrəli qərarı ilə ünvan 2 ünvanında yerləşən mübahisə predmeti olan 0.06 ha torpaq sahəsinin qanunsuz olaraq X15 ogluna satılması da sonradan onlara məlum olmuşdur. Cavabdeh iddia tələbinə dair yazılı mülahizə (etiraz) təqdim etməmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində ümumən qərardaddan narazılığını ifadə etmişdir. Prosessual məsələlər Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi şikayəti müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı onun oğludur, mübahisəli torpaq sahəsi onun anası, iddiaçının isə nənəsi X6 mülkiyyətində olan torpaq sahəsidir. Hər ikisi sonuncunun vərəsələridir. Həmçinin oğlunun (iddiaçı) üçüncü şəxs X8 ilə aralarında heç vaxt məhkəmə çəkişməsi olmamışdır. Üçüncü şəxs məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, həmçinin bildirmişdir ki, iddiaçı ilə onun arasında əvvəllər məhkəmə mübahisəsi olmasını xatırlamır. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyası mübahisələndirilən inzibati aktdan şikayət verilməsi müddətinə münasibətdə iddianın mümkünlük şərtləri ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi öz qərardadında müxtəlif məhkəmə qərarlarını şərh edərək, iddiaçının həmin mübahisələr zamanı hazırda mübahisələndirilən inzibati aktla bağlı məlumatlı olmasını əsaslandırmağa çalışsa da, həmin qərarlar iş materiallarına əlavə edilməmiş, eyni zamanda məhkəmə kollegiyasının araşdırması zamanı məlum olmuşdur ki, həm birinci instansiya məhkəməsinin şərh etdiyi məhkəmə qərarları, həm də digər qərarlar üzrə mübahisə X8 ilə X3 arasında olmuş, həmin mübahisələr üzrə hazırki iş üzrə iddiaçı nəinki tərəf olmamış, tərəflərin nümayəndəsi qismində belə məhkəmə proseslərində iştirak etməmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mübahisələndirilən inzibati aktla bağlı məlumatlı olması barədə gəldiyi qənaət əsasızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; -24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; -24.3-cü maddəsinə əsasən ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir; -24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz; -24.5-ci maddəsinə əsasən ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; -24.6-cı maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. -38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir və qeyd edir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi tələbin mümkünlük şərtləri üzrə düzgün hüquqi dəyərləndirmə aparmamış, mübahisələndirilən inzibati aktın iddiaçıya təqdim edilməsi və yaxud iddiaçının həmin akt barədə məlumatlı olması anını tərəflərin izahatları, yaxud digər vasitələrlə müəyyən etməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş üzrə iddianın mümkünlük şərtlərinə yenidən qiymət verilməsi və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, 2-1(120)-2265/2025 nömrəli qərardadı ləğv edilsin, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(106)-779/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-779/2025
11.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver