Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-784/2025 09.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs X5, Üçüncü şəxsin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Hacıqabul rayonu Udullu Bələdiyyəsinə qarşı “Hacıqabul rayonu X10 xx.xx.2021-ci il tarixli, 25 saylı qərarının ləğv edilməsi” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 04 avqust 2025-ci il tarixli, 2-1(120)-22/2025 saylı qərarından iddiaçı və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı X13 cavabdeh Hacıqabul rayonu X11 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hacıqabul rayonu X10 xx.xx.2021-ci il tarixli, 25 saylı qərarının ləğv edilməsi” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2-1(120)-1620/2021 saylı qərardadı ilə, iddiaçı X13 əsl İddiaçı ilə əvəz edilmişdir. Şirvan İnzibati məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2-1(120)-1620/2021 saylı qərardadı ilə, X13 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati məhkəməsinin 02 iyul 2025-ci il tarixli, 2-1(120)-22/2025 saylı qərardadı ilə, cavabdeh Hacıqabul rayonu X16 əsl cavabdeh Hacıqabul rayonu Udulu bələdiyyəsi ilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Hacıqabul rayonu X10 xx.xx.2004cü il tarixli 05 saylı qərarı ilə İddiaçı həmin bələdiyyənin fond torpaqlarından kiçik sahibkarlıqla məşğul olmaq üçün 90 il müddətinə 5 ha torpaq sahəsi icarəyə verilmişdir. Qərara əsasən tərəflər arasında xx.xx.2004-cü il tarixli 12 saylı torpaq icarəsi müqaviləsi bağlanmış və zəruri olan bütün digər sənədləşmə işləri də həyata keçirilmişdir. Sonradan bu sahə xx.xx.2012-ci il tarixdə etibarnamə əsasında X7 idarəetməyə verilmişdir. Hacıqabul rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 75 saylı sərəncamı ilə torpaq sahəsində sahibkarlıq fəaliyyəti - mişar daşı istehsalı ilə məşğul olmaq üçün tikinti işlərinin aparılmasına icazə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Təhqiqat mərkəzinin 13 saylı Layihə Təhqiqat İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli 75 saylı sərəncam 11 noyabr 2015-ci il tarixli Torpaq sahəsinin vəziyyətini əks etdirən müayinə (baxış) aktında torpaq sahəsinin məqsədli təyinatı və hüquqi rejimi kimi sənaye, rabitə, müdafiə, nəqliyyat və digər təyinatlı torpaqlar kimi göstərilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin xx.xx.2013-cü il tarixli 75 saylı sərəncam 11 noyabr 2015-ci il tarixli Torpaq sahəsinin vəziyyətini əks etdirən müayinə (baxış) aktında xx.xx.2019-cu il tarixli ER- 22/185 saylı ekoloji ekspertiza rəyində bu sahə əhəngdaşı yatağı kimi qeyd edilərək, karxananın işlədilməsi üçün lazımi göstərişlər verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 75 saylı sərəncam 11 noyabr 2015-ci il tarixli Torpaq sahəsinin vəziyyətini əks etdirən müayinə (baxış) aktında xx.xx.2019-cu il tarixli ER-22/185 saylı ekoloji ekspertiza rəyində 14 oktyabr 2019-cu il tarixli EL-592/2019 saylı Lisenziya ilə X7 dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılmasını həyata keçirmək icazə verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyini Dövlət Ekspertiza İdarəsinin xx.xx.2013-cü il tarixli 75 saylı sərəncam 11 noyabr 2015-ci il tarixli Torpaq sahəsinin vəziyyətini əks etdirən müayinə (baxış) aktında xx.xx.2019-cu il tarixli ER- 22/185 saylı ekoloji ekspertiza rəyində 14 oktyabr 2019-cu il tarixli EL-592/2019 saylı Lisenziya dağmədən ayrılması 1172 saylı aktı ilə Nemət Abuzərova “Udulu” əhəng daşı yatağında 5 hektar sahədə 5 il müddətinə mədən sahəsi ayrılmışdır. Göründüyü kimi icarəyə götürülmüş torpaq sahəsi ilk gündən torpaq sahəsinin icarəyə verilməsi müqavilədə belə daş karxanası kimi qeyd edilib. Bundan sonra həmin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi müçün müxtəlif dövlət orqanlarından bütün lazımi sənədlər alınıb və bunlarda belı sahənin təyinatı kimi daş karxanası qeyd edilib. Lakin, bütün sənədləşmə işlərinin aparılmasına baxmayaraq Hacıqabul rayon İkinci Uduli bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 25 saylı qərarı ilə sahənin İddiaçı verilməsinə dair xx.xx.2004-cü il tarixli, 5 saylı qərarının və xx.xx.2004-cü il tarixli, 12 saylı müqavilənin ləğv edilməsi qərara alınmışdır. Qərarda və onu müşayətedici məktubda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin xx.xx.2021-ci il tarixli, 09/5- 172 saylı məktubuna istinad edilən bildirilmişdir ki, guya kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatı dəyişdirilmişdir. Lakin, bütün yuxarıda sadalanan sənədlərdən görünür ki, Hacıqabul rayonX10 18 avqust 2021-ci il tarixli, 25 saylı qərarı ilə sahənin İddiaçı verilmiş torpaq sahəsinin təyinatı kənd təsərrüfatı olmayıb. O verilən tarixdən belə sahibkarlıq fəaliyyəti-mişar daşının istehsalıolmuşdur. İnzibati orqan hesab edilən Hacıqabul rayon X10 bu qanunsuz hərəkətləri nəticəsində sahibkarlıq fəaliyyəti ilə məşğul oduğu torpaq sahəsindən məhrum olunmuşdur. Buna görə də məhkəməyə müraciət etməl məcburiyyətindədir. Cavabdeh Hacıqabul rayonu X15 tərəfindən məhkəməyə ünvanlanmış etirazda qeyd edilmişdir ki, iddiaçı X2 rayon X6 xx.xx.2021-ci il tarixli 25 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati iş məhkəmə icraatındadır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, bütün sənədləşmə işlərinin aparılmasına (Tikinti işlərinin aparılmasına dair yerli icra hakimiyyətinin şərəncamı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İqtisadiyyat Nazirliyinin müvafiq lisenziyaları və.s.) baxmayaraq onun istifadəsində olan torpaq sahəsinin ayrılmasına dair Hacıqabul rayon X6 xx.xx.2004-cü il tarixli 05 saylı qərarınin ləğv edilməsinə dair Hacıqabul rayon X6 xx.xx.2021 -ci il tarixli 25 saylı qərarı qəbul-edilmişdir və buna görə də həmin Qərar qanunsuzdur və ləğv edilməlidir. Hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçının apardığı bütün sənədləşmə işləri onun istifadəsində olan torpaq sahəsinin ayrılmasına dair Hacıqabul rayon X6 xx.xx.2004-cü il tarixli 05 saylı qərarından sonra, yəni həmin qərarın əsasında aparılmışdır. Bu isə o demək deyildir ki, həmin sənədləşmə işləri aparılmışdırsa onda bələdiyyənin ilkin qərarı qanunidir. Bundan başqa Hacıqabul rayon X6 hazırda mübahisələndirilmiş Qərarı Azərbaycan Respubliksası Qanunvericiliyinə əsasən Bələdiyyələrin işinə inzibati nəzarəti həyata keçirən orqanın, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin araşdırmasından sonra daxil olmuş 10 avqust 2021-ci il tarixli 09/5-172 saylı Təklifi əsasında çıxarılmışdır. Sözügedən təklifdə qeyd olunmuşdur ki, Hacıqabul rayonu X6 9 mart 2004- cü ıl tarixli 5 saylı qərarına əsasən bağlanılmış 10 mart 2004-cü il tarixli 12 saylı icarə müqaviləsi ilə 5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin məqsədli təyinatının qanunsuz dəyişdirilərək vətəndaş İddiaçı ayrılması və bu səbəbdən də həmin qərara və icarə müqaviləsinə yenidən baxılması bərədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxıl olmuş müraciətə baxılmışdır. Məlum olmuşdur ki, Hacıqabul rayonu X6 9 mart 2004- cü il tarixli 5 nömrəli bələdiyyə qərarına əsasən kiçik sahibkarlıqla - mişar daşı istehsalı ilə məşğul olmaq üçün kənd təsərrüfatı təyinatlı 5 ha torpaq sahəsinin təyinatına zidd olaraq 90 il müddətinə icarəyə verilməsi ilə bağlı İddiaçı ilə bələdiyyə arasında xx.xx.2004-cü il tarixli 12 nömrəli torpaq icarə müqaviləsi bağlanılmışdır. İddiaçı tərəfindən 18 iyul 2012-ci il tarixli etibarnamə ilə həmin torpaq sahəsi Nemət Abuzərovun istifadəsinə verilmiş və hazırda həmin torpaq sahəsi N.Abuzərovun istifadəsindədir. Bildirilmişdir ki, torpağın icarəyə verilməsi və torpaqdan istifadə zamanı nə bələdiyyə, nə də icarədarlar tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmamış, torpağın məqsədli təyinatı müvafiq icra hakimiyyəti orqanı törəfindən dəyişdirilmədən təyinatına uyğun olmayan istiqamətdə istifadə edilmiş, X15 tərəfindən torpağın icarəyə verilməsi və səmərəli istifadə olunması üə bağlı qanunvericiliyin tələblərinə riayət edilməmiş və icarədarlar öz vəzifələrini yeıinə yetirməmişdir. Eyni zamanda bələdiyyənin xx.xx.2021-ci il tarixli arayışından 2015-cı ildən icarədar tərəfindən icarə haqqının ödənilmədiyi məlum olmuşdur. Bələdiyyənin vəzifəli şəxsləri həmin tarixdən etibarən icarə haqqının ödənilməməsinə laqeyd münasibət göstərmiş və icarə haqqının ödənilməsinin təmin edilməsi məqsədilə hər hansı tədbir görülməmişdir. Nəzərə çatdırılmışdır ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9-cu maddəsinə əsasan torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən həyata keçirilir. Məcəllənin 13-cü maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmitədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Qeyd olunanlarla yanaşı "Bələdiyyə torpaqlarının idarə olunması haqqında" Azərbaycan Respublikasının Qanununun da tələbləri pozulmuşdur. Belə ki, Qanunun 2.4-cü maddəsinə əsasən müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. Həmin Qanunun 3-cü maddəsində bələdiyyə torpaqlarının idarə edilməsinin əsas prinsipləri kimi torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yoi verilməməsi, torpaqların münbit qatının bərpası, artırılması, mühafizəsi, təbii və antropogen təsirlərdən qorunması, torpaqların xüsusi mülkiyyətə və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi nəzərdə tutulmuşdur. Həmçinin Qanunun 4.0.9-cu maddəsi ilə bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək bələdiyyələrin səlahiyyətinə aid edilmişdir. Qanunun 5.1-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Qanunun 12.3-cü maddəsinə əsasən istifadəsində və ya icarəsində kənd təsərrüfatı təyinatlr-bələdiyyə torpaqları olan hüquqi və fiziki şəxslər torpaqların münbitliyinin və digər faydalı xassələrinin qorunması və yüksəldilməsi üçün müvafiq mədəni-texniki, meliorativ və aqrotexniki tədbirlər görməlidirlər Qanunun 21-ci maddəsinə əsasən onlardan səmərəli istifadə edilməsini, torpaqların kənd təsərrüfatı dövriyyəsindən əsassız çıxarılmasına yol verilməməsini, onların zərərli antropogen təsirlərindən qorunmasını, torpaqların münbitliyinin bərpasını və artırılmasım təmin etmək bələdiyyə torpaqlarının mühafizəsinin məqsədlərinə aiddir. Bələdiyyə torpaqlarının istifadəçiləri və icarəçiləri torpaqların mühafizəsi sahəsində ərazinin səmərəli təşkili, torpaqların münbitliyinin və digər faydalı xassələrinin qorunması, bərpa edilməsi və yaxşılaşdırılması, torpaqların su və külək eroziyasından, sellərdən, su basmaqdan, bataqlaşmaqdan, şoranlaşmadan, kimyəvi və radioaktiv maddələrlə çirklənmədən, digər dağıdıcı proseslərdən qorunmasını təmin etmək, korlanmış torpaqların yenidən yararlı hala salınması (rekultivasiyası) və digər vəzifələri həyata keçirməlidirlər. Qanunun 23.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarəti bələdiyyələr həyata keçirirlər. Eyni zamanda Qanunun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Qanunun 11.11 -ci maddəsinə əsasən icarəçi icarəyə götürdüyü torpaq sahəsini subicarəyə yalnız bələdiyyələrin razılığı ilə verə bilər Lakin icarəçi həmin qaydalara riayət etməmiş, bələdiyyənin razılığı olmadan torpaq sahəsini etibarnamə üzrə digər vətəndaşa vermişdir. Qanunun 20.2-ci maddəsinə əsasən torpaqla əlaqədar əqdlərdən daxil olan vəsaitin müvafiq bələdiyyə tərəfindən müəyyən edilmiş hissəsi yem torpaqların kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsinə, torpaqların keyfiyyətinin yaxşılaşdırılmasına, rekultivasiyasına," torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar digər tədbirlərin həyata,keçirilməsinə sərf edilir. Həmçinin Qanunun 4.0.4-cü maddəsinə əsasən bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq bələdiyyələrin səlahiyyətinə aiddir. Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə, torpaq vergisi və icarə haqqı üzrlü səbəb olmadan 1 il ödənilmədikdə xitam verilir. “İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar icra sənədi sayılır. Qanunun 8-cı maddəsinə əsasən icrasənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Eyni zamanda “İnzibatı icraat haqqında” Qanunun 82.1-ci və 87-cı maddələrinin tələbinə görə pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası icra məmurları tərəfindən təmin edilir. Həmin Qanunun 82.2-cı maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Qanunun 82.3-cü maddəsində tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin aşağıdakı şərtləri müəyyən edilmişdir. borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi, inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni hoyata keçirməməsi. Eyni zamanda Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibatı icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul, etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Göstərilənlərə və "Bələdiyyələrin fəaliyyətinə inzibatı nəzarət haqqında” Qanunun 8.4-cü maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan bələdiyyə aktının normativ huquqı aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə müvafiq bələdiyyəyə müraciət edir. Yuxanda göstərilənlərə əsasən X14 tərəfindən İddiaçı qanunvericiliyə zidd olaraq ayrılmış 5 ha torpaq sahəsi ilə bağlı X6 09 03.2004-cü il tarixli 5 nömrəli qərarının ləğv edilməsi və həmin qərar əsasında bağlanılmış icarə müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan tədbirlər görülməsi, eləcə də icarə haqqı üzrə yaranmış borcun alınaraq bələdiyyə büdcəsinə ödənilməsi üçün qanunamuvafıq tədbirlər görülməsi ilə bağlı bələdyyəyə təklif verilmişdir. Təklif bələdiyyə iclasında müzakirə olunmuş və təmin edilmişdir. Əlavə olaraq bildirir ki, istifadəçi xeyli müddət torpaq icarə haqqını ödəməmiş, yalnız bələdiyyənin qərarından sonra həmin pulu ödəmişdir. Azərbaycan Respublikası Torpaq Qanunvericiliyinə əsasən torpaqların təyinatı yalnız Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir ki, keçən dövr ərzində Hacıqabul rayon X6 torpaqlarının təyinatının dəyişdirilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin belə bir qərarı olmamışdır. Hacıqabul rayon X15 yarandığı zaman isə mövcud dövlət, şəxsi və digər torpaqlar da olduğu kimi bələdiyyənin balansına verilmişdir. İddiaçının istifadəsində olan torpaq sahələri örüş təyinatlı sahələr olmuşdur və hər hansı yerli alt qurumun bu ərazini sair torpaq kimi qeyd etməsi onun təyinatının dəyişməsi üçün əsas ola bilməz. Şirvan İnzibati Məhkəməsinin 04 avqust 2025-ci il tarixli, 2-1(120)-22/2025 saylı qərarı (hakim Amilya Hüseynova) ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı və üçüncü şəxs apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı və üçüncü şəxs eyni məzmunda apellyasiya şikayəti verərək şikayətlərini onunla əsaslandırmışdır ki, Hacıqabul rayonu X10 xx.xx.2004-cü il tarixli 05 saylı qərarı ilə İddiaçı həmin bələdiyyənin fond torpaqlarından kiçik sahibkarlıqla məşğul olmaq üçün 90 il müddətinə 5 ha torpaq sahəsi icarəyə verilmişdir. Qərara əsasən tərəflər arasında xx.xx.2004-cü il tarixli 12 saylı torpaq icarəsi müqaviləsi bağlanmış və zəruri olan bütün digər sənədləşmə işləri də həyata keçirilmişdir. Sonradan bu sahə xx.xx.2012-ci il tarixdə etibarnamə əsasında X7 idarəetməyə verilmişdir. Hacıqabul rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 75 saylı sərəncamı ilə torpaq sahəsində sahibkarlıq fəaliyyəti mişar daşı istehsalı ilə məşğul olmaq üçün tikinti işlərinin aparılmasına icazə verilmişdir. AR Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Təhqiqat mərkəzinin 13 saylı Layihə Təhqiqat İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli 75 saylı sərəncam 11 noyabr 2015-ci il tarixli Torpaq sahəsinin vəziyyətini əks etdirən müayinə aktında torpaq sahəsinin məqsədli təyinatı və hüquqi rejimi kimi sənaye, rabitə, müdafiə, nəqliyyat və digər təyinatlı torpaqlar kimi göstərilmişdir. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin xx.xx.2013-cu il tarixli 75 saylı sərəncam 11 noyabr 2015-ci il tarixli Torpaq sahəsinin vəziyyətini əks etdirən müayinə (baxış) aktında xx.xx.2019- cu il tarixli ER- 22/185 saylı ekoloji ekspertiza rəyində bu sahə əhəngdaşı yatağı kimi qeyd edilərək karxananın işlədilməsi üçün lazımi göstərişlər verilmişdir. AR. İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 75 saylı sərəncam 11 noyabr 2015-ci il tarixli Torpaq sahəsinin vəziyyətini əks etdirən müayinə (baxış) aktında xx.xx.2019-cu il tarixli ER-22/185 saylı ekoloji ekspertiza rəyində 14 oktyabr 2019-cu il tarixli EL-592/2019 saylı Lisenziya ilə X7 dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılmasını həyata keçirmək icazə verilmişdir. AR. Ekologiya və Təbii Sərvətlər Nazirliyini Dövlət Ekspertiza İdarəsinin xx.xx.2013-cii il tarixli 75 saylı sərəncam 11 noyabr 2015-ci il tarixli Torpaq sahəsinin vəziyyətini əks etdirən müayinə (baxış) aktında xx.xx.2019-cu il tarixli ER- 22/185 saylı ekoloji ekspertiza rəyində 14 oktyabr 2019-cu tarixli EL-592/2019 saylı Lisenziya dağ- mədən ayrılması 1172 saylı aktı ilə Nemət Abuzərova "Udulu" əhəng daşı yatağında 5 hektar sahədə 5 il müddətinə mədən sahəsi ayrılmışdır. Gorunduyii kimi icarəyə götürülmüş torpaq sahəsi ilk gündən torpaq sahəsinin icarəyə verilməsi müqavilədə belə daş karxanası kimi qeyd edilib. Bundan sonra həmin sahibkarlıq fəaliyyətinin həyata keçirilinəsi müçün müxtəlif dövlət orqanlarından bütün lazımi sənədlər alınıb və bunlarda beh sahənin təyinatı kimi daş karxanası qeyd edilib. Lakin, bütün sənədləşmə işlərinin aparılmasına baxmayaraq Hacıqabul rayon İkinci Uduli bələdiyyəsinin xx.xx.2021 -ci il tarixli. 25 saylı qərarı ilə sahənin İddiaçı verilməsinə dair xx.xx.2004-cü il tarixli 5 saylı qərarının və xx.xx.2004-ci il tarixli saylı müqavilənin ləğv edilməsi qərara alınmışdır. Qərarda və onu müşayətedici məktubda AR.Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin xx.xx.2021 -ci il tarixli. 09/5- 172 saylı məktubuna istinad edilən bildirilmişdir ki. guya kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatı dəyişdirilmişdir. Lakin, bütün yuxarıda sadalanan sənədlərdən görünür ki. Hacıqabul rayonX10 xx.xx.2021 -ci il tarixli. 25 saylı qərarı ilə sahənin Cəfərzadə, Orxan Məmməd oğluna verilmiş torpaq sahəsinin təyinatı kənd təsərrüfatı olmayıb. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddiaçı və üçüncü şəxs Şirvan İnzibati Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli 2-1(120)-22/2025 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2- 1(106)-784/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək Şirvan İnzibati Məhkəməsinin 04 avqust 2025-ci il tarixli, 2-1(120)- 22/2025 saylı qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Nemət Abuzərov apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək Şirvan İnzibati Məhkəməsinin 04 avqust 2025-ci il tarixli, 2-1(120)-22/2025 saylı qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək Şirvan İnzibati Məhkəməsinin 04 avqust 2025-ci il tarixli, 2-1(120)-22/2025 saylı qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında”Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.0. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.1. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. ... Maddə 35. İnzibati icraatın təzələnməsi ilə bağlı təkrar ərizə ilə müraciət etmək üçün əsaslar 35.1. Maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. 35.2. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati orqan təkrar ərizəni yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının tələbi “Hacıqabul rayonu Udulu bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 25 saylı qərarının ləğv edilməsi” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, Hacıqabul rayonu X10 xx.xx.2021-ci il tarixli 25 saylı qərarının (iclas protokolundan çıxarış) qanuni və əlverişli inzibati aktdır. Belə ki, iddiaçı Cəfərzadə X9 rayon X10 xx.xx.2004-cü il tarixli, 05 saylı qərarı və xx.xx.2004-cü il tarixli, 12 nömrəli torpaq icarəsi müqaviləsi üzrə öhdəliklərini icra etməmişdir. İddiaçı Bələdiyyə tərəfindən icazə verilmədiyi halda digər şəxsə, X7 xx.xx.2012-ci il tarixdə AR-İ 119904 nömrəli etibarnamə verərək, Hacıqabul rayon X10 xx.xx.2004-cü il tarixli, 05 saylı qərarı ilə 90 il müddətinə icarəsinə verilmiş 5 ha torpaq sahəsinə dair istifadə etməyi, özəlləşdirməyi və sair hərəkətləri etməyi X7 xx.xx.2094-cü il tarixədək etibar etmişdir. Halbuki, yuxarıda göstərilən qanunvericiliyin müvafiq normalarına əsasən, icarəçi yalnız icarəyəverənin razılığı əsasında icarəçi icarəyə götürdüyü torpaq sahəsini başqasına subicarəyə (ikinci əldən icarəyə) verə bilər. Cavabdeh orqan tərəfindən iddiaçının mübahisəli torpaq sahəsinin başqa şəxsə subicarəyə (ikinci əldən icarəyə) verə bilməsi üçün hər hansı rəsmi razılığın verilməsi barədə məlumat əldə edilməmişdir. Həmçinin Hacıqabul rayonu X16 tərəfindən xx.xx.2004-cü il tarixli, 12 nömrəli torpaq icarəsi müqaviləsi üzrə mübahisəli torpaq sahəsinin başqasına subicarəyə (ikinci əldən icarəyə) verə bilməsi hüququ icarəçi İddiaçı verilməmişdir. Həmçinin məhkəmə tərəfindən nəzərə çatdırılır ki, İddiaçı tərəfindən 2015-ci il tarixdən fəaliyyət göstərdiyi müddətə kimi icarə haqqı üzrə yaranmış borcun X10 büdcəsinə ödənilməmişdir. Məhkəmə tərəfindən qeyd edilir ki, üçüncü şəxs X13 tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il tarixli ödəniş qəbzləri mübahisəli torpaq sahəsindən istifadə üçün nəzərdə tutulmuş icarə deyil, 5 saylı Vergilər İdarəsinin hesabına ödənilmiş mişar daşı hasilatına görə dağ-mədən vergisidir. İddiaçı O.X1 adına tərtib edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin tərəfindən verilmiş 01172 nömrəli dağ-mədən ayırması aktını, Hacıqabul rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 75 nömrəli sərəncamını əsas gətirərək, X7 Hacıqabul rayon X10 xx.xx.2004-cü il tarixli, 05 saylı qərarı ilə ayrılmış 5 ha torpaq sahəsində sahibkarlıq fəaliyyəti-mişar daşı istehsalı ilə məşğul olmaq üçün tikinti işlərinin aparılmasına icazə verildiyini bildirsə də, məhkəmə tərəfindən X10 üçüncü şəxs X7 icarə hüququ əsasında ona məxsus olan 5 ha torpaq sahəsinin ayrılması barədə hər hansı hüquqmüəyyənedici sənəd müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşmayaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. İş materiallarında olan Hacıqabul rayon X10 sədrinin, DTXK-nin əməkdaşlarının və torpaq istifadəçisi İddiaçı iştirakı ilə tərtib edilmiş xx.xx.2004-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı kiçik sahibkarlığı inkişaf etdirmək üçün ayrılacaq torpaq sahəsinə baxış keçirilmiş, torpaq sahəsinin Hacıqabul rayon X10 fond torpaqlarından olduğu və qeyd olunan məqsəd üçün yararlı olduğu müəyyən olunmuşdur. İş materiallarında olan Hacıqabul rayon X10 xx.xx.2004-cü il tarixli, 05 saylı qərarının surətindən görünür ki, Hacıqabul rayon X10 fond torpaqlarından kiçik sahibkarlıqla məşğul olmaq üçün 90 illik icarə müqaviləsi ilə 5 ha torpaq sahəsi İddiaçı ayrılmışdır. İş materiallarında olan Hacıqabul rayon X16 ilə İddiaçı arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 12 nömrəli torpaq icarəsi müqaviləsinin surətindən görünür ki, Hacıqabul rayon X10 xx.xx.2004-cü il tarixli, 05 saylı qərarı ilə kiçik sahibkarlıqla məşğul olmaq - mişar daşı istehsal etmək üçün ayrılmış 5 torpaq sahəsi İddiaçı 90 il müddətinə icarəyə verilmişdir. Müqavilənin 5-ci bəndinə əsasən, icarəçi icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək, torpaq sahəsindən istifadəyə görə icarə haqqını və digər tədiyyələri vaxtında vermək vəzifəsi götürmüşdür. İş materiallarında olan xx.xx.2012-ci il taricli, AR-İ 119904 nömrəli etibarnamənin təsdiq olunmuş surətindən görünür ki, Cəfərzadə X9 rayon X10 xx.xx.2004-cü il tarixli, 05 saylı qərarı ilə 90 il müddətinə icarəsinə verilmiş 5 ha torpaq sahəsinə dair istifadə etməyi, özəlləşdirməyi və sair hərəkətləri etməyi X7 xx.xx.2094-cü il tarixədək etibar etmişdir. İş materiallarında olan Hacıqabul rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 75 nömrəli sərəncamının surətindən görünür ki, X7 Hacıqabul rayon X10 xx.xx.2004-cü il tarixli, 05 saylı qərarı ilə ayrılmış 5 ha torpaq sahəsində sahibkarlıq fəaliyyəti-mişar daşı istehsalı ilə məşğul olmaq üçün tikinti işlərinin aparılmasına icazə verilmişdir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin tərəfindən verilmiş 01172 nömrəli dağ-mədən ayırması aktının surətindən görünür ki, “Udulu” əhəngdaşı yatağında mişar daşı hasilatı məqsədilə X7 Hacıqabul rayonunun inzibati ərazisində yerləşən 5 ha torpaq sahəsində 5 il müddətinə dağ-mədən ayırmasının həyata keçirilməsi ilə bağlı akt Dövlət Ekspertiza İdarəsinin reyestr kitabında xx.xx.2019-cu il tarixdə 01172 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin xx.xx.2019-cu il tarixli, ER-22/185 nömrəli ekoloji ekspertiza rəyinin surətindən görünür ki, “Udulu” əhəngdaşı yatağında aparılmış geoloji-kəşfiyyat işlərinin nəticəsində yatağın ilkin ehtiyatları Dövlət Geologiya İdarəsinin MEK-nin xx.xx.1970-ci il tarixli 25 nömrəli protokolu ilə A+B+Cı kteqoriyaları üzrə 19126.2 min m3 təsdiq edilmişdir. 01.01.18-ci ilə olan qalıq ehtiyatı A+B+Cı kteqoriyaları üzrə 17177.48 min m3 təşkil edir. Yataq sahəsində istismar işləri açıq-karxana üsulu ilə 1 ədəd SM-89 m markalı daşkəsən maşın və 1 ədəd NKM-2U markalı şırmaçan maşının tədbiqi ilə həyata keçiriləcək. Sahibkarlıq fəaliyyəti məqsədi ilə karxana təsərrüfatının təşkili üçün Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli 75 saylı Sərəncamı ilə “Udulu” əhəngdaşı yatağından 5,0 ha torpaq sahəsi fiziki şəxs Nemət Abuzərovun istifadəsinə verilmişdir. Qeyd olunan ərazidə göstərilən fəaliyyət nəticəsində atmosferə nəqliyyat vasitələrinin istismarı nəticəsində yanma qazları (NOx, CO, SO və his) və toz atılacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi göstərilənləri nəzərə alaraq təqdim olunmuş sənədlərə aşağıdakı şərtlər daxilində etirazı olmadığını bildirir və istismar işləri prosesində mövcud qanunvericiliyin tələblərinə riayət edilməsi şərti ilə “Dağ-mədən işlərinin inkişaf planı”nı razılaşdırır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, EL-592/2019 nömrəli lisenziyanın surətindən görünür ki, da-mədən işləri, dağ və buruq qazmalarının aparılmasının həyata keçirilməsinə X7 icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi tərəfindən Hacıqabul rayon X11 ünvanlanmış xx.xx.2021-ci il tarixli, 09/5-172 nömrəli təklif məktubunun surətindən görünür ki, Hacıqabul rayonu X6 9 mart 2004-cü il tarixli 5 saylı qəranna əsasən bağlanılmış 10 mart 2004-cü il tarixli 12 saylı icarə müqaviləsi ilə 5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin məqsədli təyinatının qanunsuz dəyişdirilərək vətəndaş İddiaçı ayrılması və bu səbəbdən də həmin qərara və icarə müqaviləsinə yenidən baxılması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş müraciətə baxılmışdır. Məlum olmuşdur ki, Hacıqabul rayonu X6 9 mart 2004-cü il tarixli 5 nömrəli bələdiyyə qərarına əsasən kiçik sahibkarlıqla - mişar daşı istehsalı ilə məşğul olmaq üçün kənd təsərrüfatı təyinatlı 5 ha torpaq sahəsinin təyinatına zidd olaraq 90 il müddətinə icarəyə verilməsi ilə bağlı İddiaçı ilə bələdiyyə arasında xx.xx.2004-cü il tarixli 12 nömrəli torpaq icarə müqaviləsi bağlanılmışdır. İddiaçı tərəfindən 18 iyul 2012-ci il tarixli etibarnamə ilə həmin torpaq sahəsi Nemət Abuzərovun istifadəsinə verilmiş və hazırda həmin torpaq sahəsi N.Abuzərovun istifadəsindədir. Torpağın icarəyə verilməsi və torpaqdan istifadə zamanı nə bələdiyyə, nə də icarədarlar tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmamış, torpağın məqsədli təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən dəyişdirilmədən təyinatına uyğun olmayan istiqamətdə istifadə edilmiş, X15 tərəfindən torpağın icarəyə verilməsi və səmərəli istifadə olunması ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilməmiş və icarədarlar öz vəzifələrini yerinə yetirməmişdir. Eyni zamanda bələdiyyənin xx.xx.2021-ci il tarixli arayışından 2015-ci ildən icarədar tərəfindən icarə haqqının ödənilmədiyi məlum olmuşdur. Bələdiyyənin vəzifəli şəxsləri həmin tarixdən etibarən icarə haqqının ödənilməməsinə laqeyd münasibət göstərmiş və icarə haqqının ödənilməsinin təmin edilməsi məqsədilə hər hansı tədbir görülməmişdir. Ona görə də, İddiaçı qanunvericiliyə zidd olaraq ayrılmış 5 ha torpaq sahəsi ilə bağlı X10 xx.xx.2004-cü il tarixli, 05 saylı qərarının ləğv edilməsi və həmin qərar əsasında bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi Hacıqabul rayon X11 təklif olunmuşdur. İş materiallarında olan Hacıqabul rayon X10 xx.xx.2021-ci il tarixli protokolunun 25 saylı qərarının surətindən görünür ki,İddiaçı qanunvericiliyə zidd olaraq ayrılmış kiçik sahibkarlıqda – mişar daşı istehsalı ilə məşğul olmaq üçün kənd təsərrüfatı təyinatlı 5 ha torpaq sahəsi ilə bağlı X10 xx.xx.2004-cü il tarixli, 05 saylı qərarı ləğv edilməsi və qərar əsasında xx.xx.2004-cü il tarixdə bağlanmış 12 saylı torpaq icarəsi müqaviləsinin etibarsız hesab olunması üçün qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi, “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0.4-cü maddəsinə əsasən, icarəçi İddiaçı tərəfindən 2015-ci il tarixdən fəaliyyət göstərdiyi müddətə kimi icarə haqqı üzrə yaranmış borcun X10 büdcəsinə ödənilməsi üçün qanunamüvafiq tədbirlərin görülməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-38/2- 3190/2024 nömrəli məktubu ilə məhkəməyə ünvanlanmış mütəxəssis rəyinin nəticə hissəsi aşağıdakı kimi göstərilmişdir: Hacıqabul rayonu X10 xx.xx.2004-cü il tarixli, 05 nömrəli qərarına əsasən İddiaçı icarəyə verilmiş 5.0 ha torpaq sahəsi hansı döngə nöqtələrinin koordinatları rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Hacıqabul rayonu X10 xx.xx.2004-cü il tarixli, 05 nömrəli qərarına əsasən İddiaçı icarəyə verilmiş 5.0 ha torpaq sahəsinin xx.xx.2004-cü ildə torpaq sahəsinin icarəyə verildiyi vaxt tərtib edilmiş İkinci Udulu kəndi ərazisində aparılan Kompleks Yerquruluşu Layihəsinə əsasən bələdiyyə mülkiyyətində olmaqla 3.24 ha hissəsi sənaye, rabitə, müdafiə, nəqliyyat və digər təyinatlı torpaqlar kateqoriyasına aid daş karxanası ərazisi olmaqla yarasız torpaq sahəsi kimi, 1.76 ha hissəsi isə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid örüş sahəsi kimi qeyd edilmişdir. Hal-hazırda Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 saylı Fərmanına əsasən Hacıqabul rayonunda aparılmış elektron kadastr uçot işlərinin nəticəsində tərtib edilmiş X6 xəritəsində isə 3.24 ha hissəsi bələdiyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid şərti yararsız torpaq sahəsi, 1.76 ha hissəsi isə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid daşlı örüş sahəsi kimi qeyd olunmuşdur. Hacıqabul rayonu X10 xx.xx.2004-cü il tarixli, 05 nömrəli qərarına əsasən İddiaçı icarəyə verilmiş 5.0 ha torpaq sahəsi faktiki olaraq X4 istifadəsindədir və daş karxanası kimi istifadə olunur. Hacıqabul rayonu X10 xx.xx.2004-cü il tarixli, 05 nömrəli qərarına əsasən İddiaçı icarəyə verilmiş 5.0 ha torpaq sahəsi Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 saylı Fərmanına əsasən Hacıqabul rayonunda aparılmış elektron kadastr uçot işlərinin nəticəsində tərtib edilmiş X10 xəritəsinə əsasən faktiki istifadə vəziyyətinə görə daş karxanası məqsədilə icarə hüququnun predmeti ola bilməz. Lakin, İkinci Udulu kəndi ərazisində aparılan Kompleks Yerquruluşu Layihəsinə əsasən 5.0 ha torpaq sahəsinin 3.24 ha hissəsi faktiki vəziyyətə uyğun olaraq daş karxanası kimi icarə hüququnun predmeti ola bilər. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/22 nömrəli ekspert rəyinin nəticə hissəsi aşağıdakı kimi göstərilmişdir: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi idarəsinin 17.09.24 tarixli 3-21-3-38/2-3190/2024 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: Hacıqabul rayonu X10 xx.xx.2004-cü il tarixli, 05 nömrəli qərarına əsasən İddiaçı icarəyə verilmiş 05 ha torpaq sahəsinin xx.xx.2004-cü ildə torpaq sahəsinin icarəyə verildiyi vaxt tərtib edilmiş İkinci Udulu kəndi ərazisində aparılan Kompleks Yerquruluşu Layihəsinə əsasən bələdiyyə mülkiyyətində olmaqla 3.24 ha hissəsi sənaye, rabitə, müdafiə, nəqliyyat və digər təyinatlı torpaqlar kateqoriyasına aid daş karxanası ərazisi olmaqla yarasız torpaq sahəsi kimi, 1.76 ha hissəsi isə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid örüş sahəsi kimi qeyd edilmişdir. Hal-hazırda Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 saylı Fərmanına əsasən Hacıqabul rayonunda aparılmış elektron kadastr uçot işlərinin nəticəsində tərtib edilmiş X10 xəritəsində isə 3.24 ha hissəsi bələdiyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid şərti yararsız torpaq sahəsi, 1.76 ha hissəsi isə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid daşlı örüş sahəsi kimi qeyd olunmuşdur. Hacıqabul rayonu X10 xx.xx.2004-cü il tarixli, 05 nömrəli qərarına əsasən İddiaçı ogluna icarəyə verilmiş 05 ha torpaq sahəsi faktiki olaraq X4 istifadəsindədir və daş karxanası kimi istifadə olunduğu müəyyən edilmişdir. Hacıqabul rayonu X10 xx.xx.2004-cü il tarixli, 05 nömrəli qərarına əsasən İddiaçı icarəyə verilmiş 05 ha torpaq sahəsi Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 saylı Fərmanına əsasən Hacıqabul rayonunda aparılmış elektron kadastr uçot işlərinin nəticəsində tərtib edilmiş X10 xəritəsinə əsasən faktiki istifadə vəziyyətinə görə daş karxanası məqsədilə icarə hüququnun predmeti ola bilməz. Lakin, İkinci Udulu kəndi ərazisində aparılan Kompleks Yerquruluşu Layihəsinə əsasən 5.0 ha torpaq sahəsinin 3.24 ha hissəsinin faktiki vəziyyətə uyğun olaraq daş karxanası kimi icarə hüququnun predmeti ola biləcəyi müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Hacıqabul rayonu X10 xx.xx.2004-cü il tarixli, 05 saylı qərarı və xx.xx.2004-cü il tarixli icarə müqaviləsi ilə 5.0 ha torpaq sahəsi kiçik sahibkarlıq məqsədilə İddiaçı verilmişdir. Həmin icarə müqaviləsində göstərilmişdir ki, torpaq sahəsi kiçik sahibkarlıqla məşğul olmaq-“mişar daşı” istehsal etmək üçün verilir. İddiaçı sözügedən torpaq sahəsini xx.xx.2012-ci il tarixli etibarnamə ilə iş üzrə üçüncü şəxs Abuzərov Nemətə verərək faktiki istifadə hüququnu ona ötürmüşdür. Həmçinin üçüncü şəxs ilə bələdiyyə arasında bağlanan 30 iyun 2014-cü il tarixdə bağlanmış torpaq icarə müqaviləsinin məzmunundan göründüyü kimi 5 ha torpaq sahəsi kiçik sahibkarlıqla məşğul olmaq və mişar daşı istehsal etmək üçün Abuzərov Nemətə verilmişdir. İş materiallarından da göründüyü kimi Abuzərov Nemət bu torpaq sahəsində mişar daşı istehsalı ilə məşğul olmaq üçün tikinti işlərinin aparılması, dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması üçün müvafiq orqanlardan icazələr almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2021-ci il tarixli, 09/5-172 saylı təklif məktubunda bildirilmişdir ki, torpağın icarəyə verilməsi və torpaqdan istifadə zamanı nə bələdiyyə, nə də icarədarlar tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmamış, torpağın məqsədli təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən dəyişdirilmədən təyinatına uyğun olmayan istiqamətdə istifadə edilmiş, X15 tərəfindən torpağın icarəyə verilməsi və səmərəli istifadə olunması ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilməmiş və icarədarlar öz vəzifələrini yerinə yetirməmişdir. Həmin təklif məktubu nəzərə alınaraq bələdiyyə tərəfindən 2021-ci il 18 avqust tarixində xx.xx.2004-cü il tarixli, 05 saylı qərarı ləğv edilməsi və qərar əsasında xx.xx.2004-cü il tarixdə bağlanmış 12 saylı torpaq icarəsi müqaviləsinin etibarsız hesab olunması qərara alınmışdır. Hazırda iddiaçı cavabdehin 2021-ci il 18 avqust tarixli 25 saylı qərarı ilə razılaşmayaraq, onların ləğv edilməsini məhkəməsindən xahiş edir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Nəzərə almaq lazımdır ki, inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı). “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan tələblərinə görə, inzibati orqanlar qanuna riayət etməyə borcludurlar. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Obyektiv araşdırma prinsipini təsbit edən normaya əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə ilkin olaraq inzibati aktın qanunauyğunluğunun qiymətləndirilməsi zəruridir. Bu zaman iddiaçıya torpağın icarəyə verilməsi ilə bağlı cavabdeh tərəfindən qəbul edilmiş 9 mart 2004-cü il tarixli 5 saylı qərarın qanuni əlverişli inzibati akt, yoxsa qanunsuz əlverişli inzibati akt olması müəyyən edilməlidir. Yəni, bununla əlaqədar ilk növbədə fərqləndirilməli olan məsələ inzibati orqanın istinad etdiyi hallara bağlıdır. Başqa sözlə, diqqət yetirilməli məqam ondan ibarətdir ki, inzibati orqan torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı özünün əvvəlki qərarın qanunsuz, yoxsa qanuni əverişli inziabti akt kimi ləğv edilmişdir. Çünki, 9 mart 2004-cü il tarixli 5 saylı qərar qanuni əlverişli inzibati akt olduğu halda onun ləğvi “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin tələblərinə uyğun, qanunsuz əlverişli inzibati akt olması halında isə həmin Qanunun 67-ci maddəsinin tələbi baxımından hüquqi qiymət verilməlidir. Başqa sözlə, əgər inzibati orqan torpaq sahəsinin icarəyə verilməsinə dair qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindən hərəkət etmişsə, bu halda, mübahisə “İnzibati icraat haqqında” Qanunun 3.3-cu və 67-ci maddəsinin müvafiq müddəaları nəzərə alınmaqla həll olunmalıdır. İnzibati orqanın özünün torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı əvvəlki qərarının qanuniliyi qəbul etdiyi, lakin sonradan yaranmış hüquqi və ya faktiki hallara görə qərarın ləğv edilməli olduğunu qənaətində olduğu halda, mübahisənin həllinə tətbiq edilməli olan hüquq “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin müvafiq normalarıdır. İş materiallarında olan Ədliyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli 09/5-172 nömrəli təklif məktubunun və Hacıqabul rayonu X10 xx.xx.2021-ci il tarixli, 25 saylı qərarının məzmunundan görünür ki, Hacıqabul rayonu X6 9 mart 2004-cü il tarixli 5 saylı qərarı qanunsuz olmuşdur. Yəni, təklif məktubunda və cavabdeh orqanın hazırda mübahisələndirilən qərarında göstərilmişdir ki, torpağın iddiaçının icarəsinə verilməsinə əsas olan 9 mart 2004-cü il tarixli 5 saylı qərar qəbul edilərkən torpağın təyinatı ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur. Başqa sözlə, cavabdeh orqan özünün qəbul etdiyi əvvəlki 9 mart 2004-cü il tarixli 5 saylı qərarını qanunsuz əlverişli inzibati akt hesab edir. Qeyd edilənlərdən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, Hacıqabul rayonu X10 xx.xx.2004-cü il tarixli, 05 nömrəli qərarının qanunsuz hesab edilməsi halında bu inzibati akt “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.12-ci maddəsinin tələbləri baxımdan 1 il ərzində mübahisələndirilə bilərdi. İş materiallarından göründüyü kimi, cavabdeh tərəf – yəni Hacıqabul rayon X16 2014-cü ildə, sözgedən torpaq sahəsi ilə bağlı iş üzrə üçüncü şəxs Nemət Abuzərov ilə torpaq icarəsi müqaviləsi bağlayarkən torpağın təyinatından bir daha məlumatlı olmuşdur. Belə olan halda, cavabdeh tərəfin 2004-cü il tarixli qərarın qanunsuz olduğunu əsas götürərək, yalnız 2021-ci ildə – yəni 17 ildən sonra həmin qərarın ləğv edilməsi barədə yeni qərar qəbul etməklə “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində tələbində göstərilən müddət tələblərini kobud şəkildə pozmuşdur. Hətta, şərti olaraq qəbul etsək ki, torpağın icarəyə verilməsi ilə bağlı Hacıqabul rayonu X10 xx.xx.2004-cü il tarixli, 05 nömrəli qərarı qanuni əlverişli inzibati aktdır və həmin torpaq sahəsi üzrə icarə haqqının 2015-ci ildən ödənilməməsi həmin qərarın ləğv edilməsi üçün əsasdır, yenə də həmin qərar “İnzibati icraat haqqında” Qanunun 68.4-cü maddəsində tələbində göstərilən müddət ərzində ləğv edilə bilərdi. Belə ki, həmin maddəyə görə qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin hər hansı bir məsələ ilə əlaqədar müddət tətbiq etməkdə məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdən ibarətdir. Digər tərəfdən, qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir. Digər inzibati orqanlar kimi bələdiyyələr də öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir. Cavabdeh təyinatın yanlış olmasını, o cümlədən icarə haqqının ödnənilməməsini nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş mülkiyyət hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, “lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140). Beləliklə, inzibati aktın qəbul edildiyi vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və həmin inzibati aktın məzmunu, həmin məzmuna uyğun torpaqdan təyinatı üzrə istifadə edilmə halı elə həmin vaxt qərarı qəbul edən orqana (cavabdehə) məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı ləğv etməsi qanuni sayıla bilməz. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin Məhkəməsinin 04 avqust 2025-ci il tarixli, 2-1(120)- 22/2025 saylı qərarı ləğv edilsin. İddia təmin edilsin. Hacıqabul rayonu X10 xx.xx.2021-ci il tarixli, 25 saylı qərarı ləğv edilsin. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-784/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-784/2025
09.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver