Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-787/2025 06.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət məhkəmə tərkibində, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2010-cu il tarixdən, 47 yaşdan xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş Əmək pensiyaları haqqında qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş vətəndaşların pensiya təminatı haqqında qanununun 13-cü maddəsinin a bəndinə əsasən pensiya təyin edilməsinin və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin 13 avqust 2025-ci il tarixli, 2-1(120)-2906/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2010-cu il tarixdən, 47 yaşdan xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş Əmək pensiyaları haqqında qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş vətəndaşların pensiya təminatı haqqında qanununun 13-cü maddəsinin a bəndinə əsasən pensiya təyin edilməsinin və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1981-xx.xx.1986-cı il (04 il 11 ay 07 gün) tarixlərdə “Azərbaycan Neft və Kimya İnstitutu”-nu bitirmişəm. Əmək fəaliyyətinə isə xx.xx.1986-xx.xx.1987-ci il tarixə (04 ay 12 gün) kimi “Əli Bayramlı şəhər “Sənaye Avtomatika və Telemexanika” Zavodunda (hal-hazırda "xxxx" X8 QSC "xxxx" X4 MMC "xxxx" Zavodu) “təmir- quraşdırıcı sexi”-də “mühəndis-texnoloq” vəzifəsində, həmin zavodda xx.xx.1990-xx.xx.1994-cü il tarixə (03 il 11 ay 21 gün) kimi “1-ci kateqoriya mühəndis-normalaşdırıcı” vəzifəsində, xx.xx.1994- xx.xx.1997-ci il tarixə (02 il 10 ay 02 gün) kimi “rəis müavini” vəzifəsində, xx.xx.1997- xx.xx.2004- cü il tarixə (07 il 06 ay 27 gün) kimi “1-ci dərəcəli “mühəndis normalaşdırıcı” vəzifəsində, xx.xx.2004-xx.xx.2019-cu il tarixə (14 il 03 ay 18 gün) kimi ƏH və AŞ-nə “mühəndis-iqtisadçı” vəzifəsində və xx.xx.2019-xx.xx.2024-cü il tarixə (05 il 07 ay) kimi “mühəndis-iqtisadçı və xx.xx.2024-cü il tarixdən hal-hazıradək isə “şöbə rəisinin müavini” vəzifəsində işləyir. İddiaçının işlədiyi “mühəndis-texnoloq”, “mühəndis normalaşdırıcı” və “1-ci kateqoriya mühəndisnormalaşdırıcı”, “rəis müavini”, “mühəndis normalaşdırıcı” və “mühəndisiqtisadçı” vəzifələri ağır və zərərli iş stajı olduğuna görə ona 01 iyul 2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən xx.xx.2006-cı il tarixədək ümumi 15 ildən çox (16 il 09 ay 18 gün) və 7 il 06 aydan çox (11 il 10 ay 11 gün) güzəştli iş stajı olduğuna görə xx.xx.2006cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin» 1 nömrəli Siyahısına əsasən xx.xx.2010-cu il tarixdən, 47 yaşından hüququm yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsinə şəxsiyyət vəsiqəsinin notarial təsdiq edilmiş sürətini, əmək kitabçasının əslini, əmək kitabçasının kadrlardan təsdiq edilmiş sürətini, diplomun sürətini, güzəştli arayışını, güzəştli arayışa əlavə edilmiş T-2 “Şəxsi vərəqənin sürətini, Milli Arxiv İdarəsinin Şirvan Filialının xx.xx.2024-cü il tarixli, 3- 48-DA-14F/2-492/2024 saylı arxiv arayışını, Telemexanika İB-nin 2004, 2007-ci illər və "xxxx" MMC-nin 2021-ci il üzrə əmrlərdən çıxarışları əlavə edərək ona xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunuun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh xx.xx.2024-cü il tarixli, 3-17-1/2-C-323500/2024 №-li məktubla cavab verərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab etməmişdir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən xx.xx.2006-cı il tarixədək ümumi 16 il 09 ay 18 gün və 11 il 10 ay 11 gün güzəştli iş stajını qazanmışdır. Ona görə də xx.xx.2006-cı il tarixədək qüvvə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin» 1 nömrəli Siyahısın da qeyd edilmiş İX. Partlayıcı, tez partlayan maddələr, barıt və döyüş sursatının istehsalı Bölməsinin 7-ci bəndinə əsasən “Tərkibində 2-3 bəndlərində göstərilmiş məhlullar olan hər növ döyüş sursatlarının, döyüş hissələrinin, bərk yanacaqla işləyən raket mühərriklərinin, yüngül istilik və mexaniki təsir nəticəsində tez alışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri (********)” kodu ilə qeyd edilmişdir. Belə ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən tələb edilən 15 il ümumi və 7 il 06 ay güzəştli stajı tələb olunan xx.xx.1997-ci il tarixədək yığdığıma görə həmin tarixdən xx.xx.2000-ci il tarixədək 06 ay artırılmaqla, lakin həmin tarixədək tələb olunan stajları yığmadığıma görə də xx.xx.2006-cı il tarixədək yığdığım üçün mənə 47 yaşından güzəştli pensiya hüququ verir. Cavabdeh “İnzibati icraat haqqında” Qanununun tələblərinə əsasən imtinada işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutları, habelə inzibati akt qəbul edərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktları göstərməli idi. Bu səbəbdən də hesab edirəm ki, cavabdeh İnzibati icraat haqqında” Qanununun 28.1, 21.2, 24.1, 45.1, 52.1 və 61.1-ci maddələrin tələblərini kobud sürətdə pozmuşdur. Belə ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericilklə müəyyən edilmiş tələblərə müvafiq sürətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsi xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş, həmin Qanununun 9.8-ci maddəsinə istinad olunan normalara uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən həmin pensiyanın təyin edilməsi üçün tələb olunan tam əmək stajını, yəni həm ümumi və həm xüsusi stajı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixə kimi qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə kimi 15 ildən artıq ümumi və 7 il 06 aydan çox xüsusi iş stajını qazanmışdır. Qeyd edilənləri nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2010-cu il tarixdən, 47 yaşdan xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş Əmək pensiyaları haqqında qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş vətəndaşların pensiya təminatı haqqında qanununun 13-cü maddəsinin a bəndinə əsasən pensiya təyin edilməsinin və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2024-cü il tarixdə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, mərkəzi filialı tərəfindən iddiaçıya verilmiş 29 dekabr 2024-cü il tarixli 3- 17- 1/2-C-323500/2024 nömrəli cavab məktubu ilə güzəştli iş stajı olmadığından müraciətin müsbət həlli mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, (hazırda qüvvədə olan) axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixdək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin "a" bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa malikdirlər. Həmin Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunun 1-ci bəndinə əsasən bu Qanunun 12, 13. 15, 16. 19, 35, 40. 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. İstinad olunan Qanunun müvafiq maddəsindən də məlum olur ki, 15 il ümumi iş stajı olan və bu stajın azı 7 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 47 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var. İddiaçıya məxsus şəxsiyyət vəsiqəsidən məlum olur ki, o, xx.xx.1963-cü il tarixdə anadan olmuş, xx.xx.2010-cü il tarixdə 47 yaşı tamam olmuşdur, halbuki xx.xx.2006-cı il tarixədək kifayət qədər ümumi iş stajı olsada güzəştli iş stajı olmamışdır. Beləki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, Fondun idarə Heyətinin qərarlarını, Fondun idarə Heyətinin sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasf'nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın partlayıcı, tezpartlayan maddələr, barıt və döyüş sursatının istehsalı bölməsinin (9) tərkibində 2-ci və 3-cü bəndlərdə göstərilmiş məhlullar olan hər növ döyüş sursatlarının, döyüş hissələrinin, bərk yanacaqla işləyən raket mühərriklərinin, yüngül istilik və mexaniki təsir nəticəsində tezalışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri bəndində (9.7) göstərilən istehsalatlarda yeni texnologiyanın işlənməsi zamanı texnoloji prosesdə və təmirlə tam iş günü ərzində məşğul olan rəhbərlər, mütəxəssislər və fəhlələr nəzərdə tutulmuşdur. İddiaçı M.X3 təqdim etdiyini "xxxx" QSC "xxxx" X9 Telemexanika İdarəetmə şöbəsinin ona dair xx.xx.2024-cü il tarixli 100/02-578 nömrəli arayışında xx.xx.1987xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə əmək haqqı şöbəsində böyük mühəndis normalaşdırıcı, xx.xx.1990-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində Əli Bayramlı şəhər Sənaye Avtomatikası və Telemexanika zavodunun əmək haqqı şöbəsində mühəndis normalaşdırıcı, xx.xx.1994-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində 1-ci kateqoriya mühəndis normalaşdırıcı, xx.xx.1994-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində rəis müavini, xx.xx.1997-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində 1-ci dərəcəli mühəndis normalaşdırıcı, xx.xx.2004-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində mühəndisiqtisadçı, xx.xx.2021-ci il tarixindən bugünədək isə İqtisadiyyat, əməyin təşkili və əmək haqqı şöbəsində rəis müavini vəzifələrində işlədiyiniz qeyd olunub. Göründüyüy kimi, iddiaçının işlədiyi şöbələr sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan sahəyə aid deyil. Bu səbəbdən iddaçı İddiaçı güzəştli iş stajı yoxdur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Beləliklə, İddiaçı güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunamüvafiq hesab edilmir. İş üzrə İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Şirvan İnzibati Məhkəməsinin 13 avqust 2025-ci il tarixli, 2-1(120)-2906/2025 saylı qərarı (hakim Hilal Nəcəfov) ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, 13 avqust 2025-ci il tarixli, 2-1(120)-2906/2025 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, M.X5 xx.xx.2024-cü il tarixdə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, mərkəzi filialı tərəfindən iddiaçıya verilmiş 29 dekabr 2024-cü il tarixli 3- 17- 1/2-C-323500/2024 nömrəli cavab məktubu ilə güzəştli iş stajı olmadığından müraciətin müsbət həlli mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortolunanların üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqlarının 90 faizinin və xüsusi hesabındakı vəsaitin qeydə alındığı subhesabdır. Əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, (hazırda qüvvədə olan) axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixdək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin "a" bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa malikdirlər. Həmin Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəliQanunun 1-ci bəndinə əsasən bu Qanunun 12, 13. 15, 16. 19, 35, 40. 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. İstinad olunan Qanunun müvafiq maddəsindən də məlum olur ki,15 il ümumi iş stajı olan və bu stajın azı 7 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 47 yaşı tamamolmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var. İddiaçı xx.xx.1963-cü il tarixində anadan olmuş, xx.xx.2010-cü il tarixdə 47 yaşı tamam olmuşdur, xx.xx.2006-cı il tarixinədək kifayət qədər ümumi iş stajı olsa da, güzəştli iş stajı olmamışdır. Beləki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, Fondun idarə Heyətinin qərarlarını, Fondun idarə Heyətinin sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası'nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulanhansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Bundan əlavə, Azərbaycan RespublikasıAli Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın partlayıcı, tezpartlayan maddələr, barıt və döyüş sursatının istehsalı bölməsinin (9) tərkibində 2-ci və 3-cü bəndlərdə göstərilmiş məhlullar olan hər növ döyüş sursatlarının, döyüş hissələrinin, bərk yanacaqla işləyən raket mühərriklərinin, yüngül istilik və mexaniki təsir nəticəsində tezalışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri bəndində (9.7) göstərilən istehsalatlarda yeni texnologiyanın işlənməsi zamanı texnoloji prosesdə və təmirlə tam iş günü ərzində məşğul olan rəhbərlər, mütəxəssislər və fəhlələr nəzərdə tutulmuşdur. İddiaçı M.X3 təqdim etdiyini "xxxx" QSC "xxxx" X9 Telemexanika İdarəetmə şöbəsinin ona dair xx.xx.2024-cü il tarixli 100/02-578 nömrəli arayışında xx.xx.1987-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə əmək haqqı şöbəsində böyük mühəndis normalaşdırıcı, xx.xx.1990-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində Əli Bayramlı şəhər Sənaye Avtomatikası və Telemexanika zavodunun əmək haqqı şöbəsində mühəndis normalaşdırıcı, xx.xx.1994- xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində 1-ci kateqoriya mühəndis normalaşdırıcı, xx.xx.1994-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində rəis müavini, xx.xx.1997-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində 1-ci dərəcəli mühəndis normalaşdırıcı, xx.xx.2004- xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində mühəndis-iqtisadçı, xx.xx.2021-ci il tarixindən bugünədək isə İqtisadiyyat, əməyin təşkili və əmək haqqı şöbəsində rəis müavini vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi şöbələr sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan sahəyə aid deyil. Bu səbəbdən İddiaçı güzəştli iş stajı yoxdur. Beləliklə, İddiaçı güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsi qanunamüvafiq deyildir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025ci il tarixli 2-1(120)-2906/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2- 1(106)-787/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçı apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirərək Şirvan İnzibati Məhkəməsinin 13 avqust 2025-ci il tarixli, 2-1(120)-2906/2025 saylı qərarının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi Uğur İlyaslı apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək Şirvan İnzibati Məhkəməsinin 13 avqust 2025-ci il tarixli, 2-1(120)- 2906/2025 saylı qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 149-cu maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: ...; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”: İX. Partlayıcı, tez partlayan maddələr, barıt və döyüş sursatının istehsalı: 10907000
7. Tərkibində 2—3 bəndlərdə göstərilmiş məhlullar olan hər növ döyüş sursatlarının, döyüş hissələrinin, bərk yanacaqla işləyən raket mühərriklərinin, yüngül istilik və mexaniki təsir nəticəsində tez alışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri - 10907000 Həmin bəndin 2-ci abzasında göstərilən istehsalatlarda, həmçinin bu istehsalatlarda yeni texnologiyanın işlənməsi zamanı texnoloji prosesdə və təmiri ilə tam iş günü ərzində məşğul olan fəhlələr, rəhbərlər və mütəxəssislər - 10907000—1754j
Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12№-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”:
9. bölmə - Partlayıcı, tezpartlayan maddələr, barıt və döyüş sursatının istehsalı. 9.7. bənd.Tərkibində 2-ci və 3-cü bəndlərdə göstərilmiş məhlullar olan hər növ döyüş sursatlarının, döyüş hissələrinin, bərk yanacaqla işləyən raket mühərriklərinin, yüngül istilik və mexaniki təsir nəticəsində tezalışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli, 03/2020 nömrəli qərardadına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın: 3.1-ci bəndinə müvafiq olaraq sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. 3.1.1-ci bəndinə görə, Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. 3.1.2-ci bəndinə uyğun olaraq Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarına görə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 47 yaşdan təyin edilməsi və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əhalinin Əmək Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, İddiaçı yuxarıda qeyd edilən peşə və vəzifəsi zərərli və ağır iş stajı olduğundan AR Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”-nın İX. Partlayıcı, tez partlayan maddələr, barıt və döyüş sursatının istehsalı Bölməsinin 7-ci bəndinə əsasən “Tərkibində 2-3 bəndlərində göstərilmiş məhlullar olan hər növ döyüş sursatlarının, döyüş hissələrinin, bərk yanacaqla işləyən raket mühərriklərinin, yüngül istilik və mexaniki təsir nəticəsində tez alışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri (********)” kodu uyğundur. Eyni peşə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş 9. Partlayıcı, tezpartlayan maddələr, barıt və döyüş sursatının istehsalı bölməsində 9.7. Tərkibində 2-ci və 3-cü bəndlərdə göstərilmiş məhlullar olan hər növ döyüş sursatlarının, döyüş hissələrinin, bərk yanacaqla işləyən raket mühərriklərinin, yüngül istilik və mexaniki təsir nəticəsində tezalışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri peşələri uyğundur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, mübahisənin predmeti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuş, ünvan 1 ünvanda qeydiyyatdadır. İş materiallarında olan xx.xx.1986-cı il tarixli, НВ 010733 nömrəli Diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1981-ci ildə M.Əzizbəyov adına X11 Ordenli Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1986-cı ildə qeyriüzvi maddələrin texnologiyası ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1986-cı il tarixli, ИТ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.2024-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarında olan "xxxx" X8” QSC "xxxx" X4 MMC "xxxx" zavodunun xx.xx.2024-cü il tarixli, 100/02-452 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1986-cı il tarixdə Əli Bayramlı şəhər “Sənaye Avtomatikası və Telemexanika” Zavodunda (Hal-hazırda "xxxx" X8” QSC "xxxx" X2 Telemexanika İdarəetmə şöbəsi) “əməkhaqqı şöbəsi”nə “mühəndis-texnoloq” vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1987-ci il tarixdə “əməkhaqqı şöbəsi”nə “böyük mühəndis normalaşdırıcı” vəzifəsinə keçirilmişdir. xx.xx.1987-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1990-cı il tarixdə yenidən Əli Bayramlı şəhər "Sənaye Avtomatikası və Telemexanika” Zavoduna “əməkhaqqı şöbəsi”nə “mühəndis normalaşdırıcı” vəzifəsinə təyin edilmişdir. xx.xx.1994-cü il tarixdə “1ci kateqoriya mühəndis-normalaşdırıcı” vəzifəsinə keçirilmişdir. xx.xx.1994-cü il tarixdə “rəis müavini” vəzifəsinə keçirilmişdir. xx.xx.1997-ci il tarixdə “1-ci dərəcəli “mühəndis normalaşdırıcı” vəzifəsinə keçirilmişdir. xx.xx.2004-cü il tarixdə ƏH və AŞ-nə “mühəndisiqtisadçı” vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu il tarixdə “mühəndisiqtisadçı” vəzifəsi üzrə 9-cu dərəcə verilmişdir. xx.xx.2021-ci il tarixdə İqtisadiyyat, əməyin təşkili və əməkhaqqı şöbəsinə rəis müavini vəzifəsinə keçirilmiş və həmin tarixdən bugünədək (həmin şöbə və həmin vəzifə üzrə) əmək fəaliyyətindədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 92 nömrəli Qərarı ilə Əli-Bayramlı "xxxx" İstehsalat Birliyi Azərbaycan Respublikası “Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibinə daxil edilən birlik və müəssisələrin Siyahıs”na daxil edildiyi tarixdən (xx.xx.1994cü il) etibarən bu müəssisədə çalışan işçilərin vəzifəsindən və peşəsindən asılı olmayaraq güzəştli pensiya hüququ partlayıcı maddələr və döyüş sursatı istehsalatı sahəsinə aid edilən kriteriyalarla müəyyən edilir. Bu səbəbdən İddiaçı xx.xx.1986-xx.xx.1987-ci illər və xx.xx.1990-cı il tarixdən hal-hazıradək olan illər arasındakı əmək fəaliyyəti dövrünün yalnız xx.xx.1994-cü il tarixdən hal-hazıradək olan illər arasında topladığı iş stajı qanunamüvafiq güzəştli əmək stajı hesab edilir. Belə ki, İddiaçı işlədiyi “1-ci kateqoriya mühəndisnormalaşdırıcı”, “rəis müavini”, “1-ci dərəcəli mühəndis normalaşdırıcı”, “mühəndisiqtisadçı” və şöbə rəisinin müavini vəzifələri ağır əmək şəraiti olaraq “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti xüsusi ilə zərərli və xüsusi ilə ağır olan işlərdə çalışanlara nisbətdə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciləri Siyahısfnın 9-cu bölməsinin, eyni zamanda Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti xüsusi ilə zərərli və xüsusi ilə ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 9-cu - yəni ki, partlayıcı, tez partlayan maddələr, barıt və döyüş sursatının istehsalı bölməsinin 7-ci bəndinə əsasən “Tərkibində 2-3 bəndlərdə göstərilmiş məhlullar olan hər nov döyüş sursatlarının, döyüş hissələrinin, bərk yanacaqla işləyən raket mühərriklərinin, yüngül istilik və mexaniki təsir nəticəsində tez alışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri” (10907000 kodu ilə qeyd edilmiş) tam iş günü ərzində yeni partlayıcı maddələrin işlədilməsi zamanı təmirdə və texnoloji prossesdə, həmçinin hər növ partlayıcı maddələrin istehsalında məşğul olan rəhbərlər, mütəxəssislər və fəhlələr”; - həmin bölmədə qeyd edilmiş tam iş günü ərzində istehsalatlarda yeni texnologiyanın işlənməsi zamanı texnoloji prosesdə məşğul olan rəhbərlər və mütəxəssislər göstəricisi ilə eynilik təşkil etməklə İddiaçı topladığı əmək stajı, o cümlədən “1-ci kateqoriya mühəndis-normalaşdırıcı”, “rəis müavini”, “1-ci dərəcəli mühəndis normalaşdırıcı”, “mühəndis-iqtisadçı” və şöbə rəisinin müavini vəzifələri üzrə olan əmək stajının 30 il 08 ayı yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən staj hesab olunur. Beləliklə İddiaçı xx.xx.1986-xx.xx.1987-ci illər və xx.xx.1990-cı il tarixdən halhazıradək işləməklə ümumi iş stajı 35 il 01 ay təşkil edilir və həmin əmək stajının xx.xx.1994-cü il tarixdən hal-hazıradək işlədiyi müddəti zərərli və ağır iş stajı hesab olunmaqla 30 il 08 ay təşkil edir. Beləliklə, İddiaçı işlədiyi peşələrin güzəştli pensiya hüququna malik olan xüsusiyyətləri - yüksək səviyyədə partlayış təhlükəli obyeklərdə istehsalatda yeni texnologiyanın işlənməsi zamanı tam iş günün ərzində texnoloji prosseslərdə iştirak etməklə yanaşı məşğul olmaqla əmək fəaliyyəti göstərməkdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-C-323500/2024 nömrəli məktubundan görünür ki, Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC "xxxx" X9 Telemexanika İdarəetmə şöbəsinin xx.xx.2024- cü il tarixli 100/02-578 nömrəli arayışında xx.xx.1987-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə əmək haqqı şöbəsində böyük mühəndis normalaşdırıcı, xx.xx.1990- xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində Əli Bayramlı şəhər Sənaye Avtomatikası və Telemexanika zavodunun əmək haqqı şöbəsində mühəndis normalaşdırıcı, xx.xx.1994- xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində 1-ci kateqoriya mühəndis normalaşdırıcı, xx.xx.1994-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində rəis müavini, xx.xx.1997- xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində 1-ci dərəcəli mühəndis normalaşdırıcı, xx.xx.2004-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində mühəndis-iqtisadçı, xx.xx.2021-ci il tarixindən bugünədək isə İqtisadiyyat, əməyin təşkili və əmək haqqı şöbəsində rəis müavini vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyüy kimi, işlədiyi şöbələr sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan sahəyə aid deyildir. Bu səbəbdən də güzəştli iş stajı yoxdur. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-1/2-69273/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC "Sənayecihaz” X9 Telemexanika İdarəetmə şöbəsinin ona dair xx.xx.2024-cü il tarixli 100/02-578 nömrəli arayışında xx.xx.1987-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə əmək haqqı şöbəsində böyük mühəndis normalaşdırıcı, xx.xx.1990xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində Əli Bayramlı şəhər Sənaye Avtomatikası və Telemexanika zavodunun əmək haqqı şöbəsində mühəndis normalaşdırıcı, xx.xx.1994xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində 1-ci kateqoriya mühəndis normalaşdırıcı, xx.xx.1994-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində rəis müavini, xx.xx.1997xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində 1 -ci dərəcəli mühəndis normalaşdırıcı, xx.xx.2004-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində mühəndis-iqtisadçı, xx.xx.2021-ci il tarixindən bugünədək isə İqtisadiyyat, əməyin təşkili və əmək haqqı şöbəsində rəis müavini vəzifələrində işlədiyi qeyd olunub. Göründüyü kimi, İddiaçı işlədiyi şöbələr sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan sahəyə aid deyil. Bu səbəbdən də adıçəkilən şəxsin güzəştli iş stajı yoxdur. Bundan başqa, İddiaçı ümumi iş stajı 39 il 9 ay (xx.xx.2006-cı il tarixinədək 21 il 1 ay (xx.xx.1981-xx.xx.1986-cı il (əyani təhsil aldığı dövr), xx.xx.1986-cı il, xx.xx.1990-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 18 il 8 ay), fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı cəmi 58677,99 manat təşkil edir. İş materiallarında olan "xxxx" X8” QSC "xxxx" X4 Telemexanika İdarəetmə şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025- ci il tarixli, 1/3/02/089 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı həqiqətən də xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixə kimi “Əli Bayramlı şəhər “Sənaye Avtomatika və Telemexanika” Zavodunda (hal-hazırda "xxxx" X8 QSC "xxxx" X4 MMC "xxxx" Zavodu) “təmir-quraşdırıcı sexi”-də “mühəndis-texnoloq” vəzifəsində, həmin zavodda xx.xx.1987-ci il tarixdən xx.xx.1987- ci il tarixə kimi “texnikiavtomat sexi”-nə “böyük mühəndis normalaşdırıcı” vəzifəsində, xx.xx.1990-cı il tarixdən 03.01,1994-cü il tarixə kimi “1-ci kateqoriya mühəndis-normalaşdırıcı” vəzifəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixə kimi “rəis müavini” vəzifəsində, xx.xx.1997ci il tarixdən xx.xx.2004-cü il tarixə kimi “1-ci dərəcəli “mühəndis normalaşdırıcı” vəzifəsində, xx.xx.2004-cü il tarixdən xx.xx.2019-cu il tarixə kimi ƏH və AŞ-nə “mühəndisiqtisadçı” vəzifəsində və xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixə kimi “mühəndisiqtisadçı və xx.xx.2024-cü il tarixdən hal-hazıradək isə “şöbə rəisinin müavini” vəzifəsində işləyir. İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi mühəndis-normalaşdırıcı vəzifəsi, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi rəis müavini vəzifəsi, xx.xx.2004-cü il tarixdən xx.xx.2019-cu il tarixədək işlədiyi mühəndis-iqtisadçı və xx.xx.2019- cu il tarixdən xx.xx.2024-cü il tarixədək mühəndis-iqtisadçı vəzifələri üzrə gördüyü işlər - Yüksək səviyyədə partlayış təhlükəli obyektlərdə, yəni müəssisənin istehsalatda yeni texnologiyanın işlənməsi zamanı tam iş günü ərzində texnoloji prosseslərdə iştirak etməklə yanaşı məşğul olmaq, müəssisənin məhsullarının işlədilməsi və istehsalı zamanı, texnoloji proseslərdə və onların gedişatı ilə yaxından iştirak etmək və təkliflər vermək, tədqiqat və layihə işlərinin aparılması üçün material, əmək və maliyyə xərcləri, yeni texnikanın mənimsənilməsi və tətbiqi üzrə hesablamaları yerinə yetirmək və müəssisədə görülən işlərin, təqdimatların, yeni texnika və texnologiyanın tətbiqinin səmərələşdirici təkliflərin və ixtiraların verilməsini həyata keçirmək, müəssisənin istehsalat prosesinin gedişatı ilə əlaqədar yerlərdə (sex və bölmələrdə) materiallara aid müvafiq sənədlərin qeydlərini aparmaqla və həmçinin müəssisənin bütün işçilərin tam iş günü ərzində iş rejiminin yerlərdə yoxlanılmaqla qeydlərini aparmaq və müəssisənin məhsullarının işlədilməsi və istehsalı zamanı, texnoloji prosseslərin gedişatı zamanı yerlərdə (sex və bölmələrdə) müvafiq qeydlər aparmaqdan ibarət olmuşdur. İşlədiyi peşə zərərli və ağır iş stajı olduğundan aylıq əmək haqqısına və məzuniyyət gününə isə təqvim günü əlavə edilirdi. Həmin peşə AR Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”-nın İX. Partlayıcı, tez partlayan maddələr, barıt və döyüş sursatının istehsalı Bölməsinin 7-ci bəndinə əsasən “Tərkibində 2-3 bəndlərində göstərilmiş məhlullar olan hər növ döyüş sursatlarının, döyüş hissələrinin, bərk yanacaqla işləyən raket mühərriklərinin, yüngül istilik və mexaniki təsir nəticəsində tez alışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri (********)”, həmin bəndin 2-ci abzasına əsasən göstərilən istehsalatlarda, həmçinin bu istehsalatlarda yeni texnologiyanın işlənməsi zamanı texnoloji prosesdə və təmiri ilə tam iş günü ərzində məşğul olan fəhlələr, rəhbərlər və mütəxəssislər (10907000—1754) kodları ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 92 nömrəli Qərarı ilə Əli Bayramlı "xxxx" İstehsalat Birliyi Azərbaycan Respublikası “Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibinə daxil edilən birlik və müəssisələrin Siyahısı”na daxil edildiyi tarixdən (xx.xx.1994-cü il) etibarən bu müəssisədə çalışan işçilərin vəzifəsindən və peşəsindən asılı olmayaraq güzəştli pensiya hüququ partlayıcı maddələr və döyüş sursatı istehsalatı sahəsinə aid edilən kriteriyalarla müəyyən edilir. Bu səbəbdən də hesab edirik ki, İddiaçı yuxarıda qeyd edilən peşə və vəzifəsi zərərli və ağır iş stajı olduğundan AR Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”-nın İX. Partlayıcı, tez partlayan maddələr, barıt və döyüş sursatının istehsalı Bölməsinin 7-ci bəndinə əsasən “Tərkibində 2-3 bəndlərində göstərilmiş məhlullar olan hər növ döyüş sursatlarının, döyüş hissələrinin, bərk yanacaqla işləyən raket mühərriklərinin, yüngül istilik və mexaniki təsir nəticəsində tez alışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri (********)”, həmin bəndin 2-ci abzasına əsasən göstərilən istehsalatlarda, həmçinin bu istehsalatlarda yeni texnologiyanın işlənməsi zamanı texnoloji prosesdə və təmiri ilə tam iş günü ərzində məşğul olan fəhlələr, rəhbərlər və mütəxəssislər (10907000—1754j) kodları uyğun gəldiyinə görə ona güzəştli iş stajı üzrə pensiya hüququ verir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçının “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 47 yaşdan təyin edilməsi və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əhalinin Əmək Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına üzərinə qoyulması”tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 13 avqust 2025-ci il tarixli, 2-1(120)- 2906/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur və xx.xx.2010-cu ildə 47 yaşı tamam olmuşdur. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2010-cu ildə yaranmışdır. Buna görə də iddiaçıya tələbinə uyğun yaşa görə əmək pensiyası xx.xx.2010-cu il tarixdən təyin edilməlidir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün xx.xx.2006-cı il tarixinə kimi 15 il ümumi sığorta stajının və həmin müddətin 7 il 6 ayının güzəştli sığorta stajı olması tələb olunur ki, həmin sığorta stajına malik olmasını təsdiqləyən sübut kimi əmək kitabçasını və güzəştli sığorta stajına dair arayışı təqdim etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 15 ildən çox təşkil edir. Qeyd edilməlidir ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün kifayət edən ümumi iş stajı cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmiş və işin mübahisəsiz halı kimi qəbul edilmişdir. Mübahisəli hal iddiaçının xx.xx.1987-xx.xx.1987-ci il, xx.xx.1990-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1994cü il, xx.xx.1994-xx.xx.1997, xx.xx.1997-xx.xx.2004-cü il və xx.xx.2004-xx.xx.2006 tarixləri arasındakı dövr ərzində işlədiyi böyük mühəndis normalaşdırıcı, mühəndis normalaşdırıcı, 1-ci kateqoriya mühəndis normalaşdırıcı, rəis müavini, 1-ci dərəcəli mühəndis normalaşdırıcı, mühəndis-iqtisadçı vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il, 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 9-cu bölməsində nəzərdə tutulan vəzifəyə aid olmaması ilə bağlı olmuşdur. Cavabdehin imtina məktubuna əsasən İddiaçı xx.xx.2006-cı il tarixədək mübahisəsiz güzəştli iş stajı yoxdur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən qanunvericiliyin müddəalarını, iş materiallarında olan sənədləri və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək 15 ildən artıq ümumi və 7 il 6 aydan artıq güzəştli iş stajı olduğundan və onun iş stajı iş materialları ilə təsdiq edildiyindən, hazırkı iş üzrə cavabdeh inzibati orqanın hərəkətləri əsassız və qanunsuz olmuşdur. İddiaçı qeyd edilənləri nəzərə alraq 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı tələbi irəli sürməkdə haqlıdır. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 7 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Belə ki, iş materialları arasında olan "xxxx" X8” QSC-nin "xxxx" X2 Telemexanika İdarəetmə şöbəsinin xx.xx.2025-ci il tarixli 1/3/02/089 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi mühəndis-normalaşdırıcı vəzifəsi, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi rəis müavini vəzifəsi, 01,12.2004-cü il tarixdən xx.xx.2019-cu il tarixədək işlədiyi mühəndis-iqtisadçı və xx.xx.2019- cu il tarixdən xx.xx.2024-cü il tarixədək mühəndis-iqtisadçı vəzifələri üzrə gördüyü işlər - Yüksək səviyyədə partlayış təhlükəli obyektlərdə, yəni müəssisənin istehsalatda yeni texnologiyanın işlənməsi zamanı tam iş günü ərzində texnoloji prosseslərdə iştirak etməklə yanaşı məşğul olmaq, müəssisənin məhsullarının işlədilməsi və istehsalı zamanı, texnoloji proseslərdə və onların gedişatı ilə yaxından iştirak etmək və təkliflər vermək, tədqiqat və layihə işlərinin aparılması üçün material, əmək və maliyyə xərcləri, yeni texnikanın mənimsənilməsi və tətbiqi üzrə hesablamaları yerinə yetirmək və müəssisədə görülən işlərin, təqdimatların, yeni texnika və texnologiyanın tətbiqinin səmərələşdirici təkliflərin və ixtiraların verilməsini həyata keçirmək, müəssisənin istehsalat prosesinin gedişatı ilə əlaqədar yerlərdə (sex və bölmələrdə) materiallara aid müvafiq sənədlərin qeydlərini aparmaqla və həmçinin müəssisənin bütün işçilərin tam iş günü ərzində iş rejiminin yerlərdə yoxlanılmaqla qeydlərini aparmaq və müəssisənin məhsullarının işlədilməsi və istehsalı zamanı, texnoloji prosseslərin gedişatı zamanı yerlərdə (sex və bölmələrdə) müvafiq qeydlər aparmaqdan ibarət olmuşdur. İşlədiyi peşə zərərli və ağır iş stajı olduğundan aylıq əmək haqqısına və məzuniyyət gününə isə təqvimgünü əlavə edilirdi. Həmin peşə AR Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”-nın İX. Partlayıcı, tez partlayan maddələr, barıt və döyüş sursatının istehsalı Bölməsinin 7-ci bəndinə əsasən “Tərkibində 2-3 bəndlərində göstərilmiş məhlullar olan hər növ döyüş sursatlarının, döyüş hissələrinin, bərk yanacaqla işləyən raket mühərriklərinin, yüngül istilik və mexaniki təsir nəticəsində tez alışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri (********)”, həmin bəndin 2-ci abzasına əsasən göstərilən istehsalatlarda, həmçinin bu istehsalatlarda yeni texnologiyanın işlənməsi zamanı texnoloji prosesdə və təmiri ilə tam iş günü ərzində məşğul olan fəhlələr, rəhbərlər və mütəxəssislər (10907000—1754j) kodları ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 92 nömrəli Qərarı ilə Əli-Bayramlı "xxxx" İstehsalat Birliyi Azərbaycan Respublikası “Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibinə daxil edilən birlik və müəssisələrin Siyahıs”na daxil edildiyi tarixdən (xx.xx.1994-cü il) etibarən bu müəssisədə çalışan işçilərin vəzifəsindən və peşəsindən asılı olmayaraq güzəştli pensiya hüququ partlayıcı maddələr və döyüş sursatı istehsalatı sahəsinə aid edilən kriteriyalarla müəyyən edilir. Bu səbəbdən də hesab edirik ki, İddiaçı yuxarıda qeyd edilən peşə və vəzifəsi zərərli və ağır iş stajı olduğundan AR Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”-nın İX. Partlayıcı, tez partlayan maddələr, barıt və döyüş sursatının istehsalı Bölməsinin 7-ci bəndinə əsasən “Tərkibində 2-3 bəndlərində göstərilmiş məhlullar olan hər növ döyüş sursatlarının, döyüş hissələrinin, bərk yanacaqla işləyən raket mühərriklərinin, yüngül istilik və mexaniki təsir nəticəsində tez alışan maddələrin, pirotexniki məmulatların yığılması, sökülməsi, təchiz edilməsi və təmiri (********)”, həmin bəndin 2-ci abzasına əsasən göstərilən istehsalatlarda, həmçinin bu istehsalatlarda yeni texnologiyanın işlənməsi zamanı texnoloji prosesdə və təmiri ilə tam iş günü ərzində məşğul olan fəhlələr, rəhbərlər və mütəxəssislər (10907000—1754j) kodları uyğun gəldiyinə görə ona güzəştli iş stajı üzrə pensiya hüququ verir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, cavabdeh tərəfindən mübahisələndirilən tarixlər arasındakı dövr ərzində iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın İX. (Partlayıcı, tez partlayan maddələr, barıt və döyüş sursatının istehsalı) bölməsində “istehsalatlarda, həmçinin bu istehsalatlarda yeni texnologiyanın işlənməsi zamanı texnoloji prosesdə və təmiri ilə tam iş günü ərzində məşğul olan fəhlələr, rəhbərlər və mütəxəssislər - 10907000—1754j” peşəsinə uyğundur. Məhkəmə kollegiyası qanunvericiliyin müddəalarını, iş materiallarında olan sənədləri və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək 15 ildən artıq ümumi və 7 il 6 aydan artıq güzəştli iş stajı olduğundan və onun iş stajı iş materialları ilə təsdiq edildiyindən, hazırkı iş üzrə cavabdeh inzibati orqanın hərəkətləri əsassız və qanunsuz olmuşdur. İddiaçı qeyd edilənləri nəzərə alraq 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı tələbi irəli sürməkdə haqlıdır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin imtinası əsassızdır.
Nəticəvi hissə:
Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 13 avqust 2025-ci il tarixli, 2-1(120)-2906/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.