Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-79/2023 05.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər İsmayılov Orxan Nadir oğlu (sədrlik edən və məruzəçi), X5 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı «qeyri-yaşayış binasına mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2-1(120)437/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının 08 dekabr 2003-cü il tarixli, 61 saylı sərancamı ilə kommersiya xidməti məqsədi üçün Cəlilabad rayonu, Alar kəndi ərazisindən ayrılmış 240 kv.metr torpaq sahəsində inşa etdiyi 173.7 kv.metrdən ibarət qeyri-yaşayış binasına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən onun adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-437/2022 saylı qərarı ilə (hakim F.N.Abbasov) iddia təmin olunmuş, İddiaçı Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının 08 dekabr 2003-cü il tarixli, 61 saylı sərancamı ilə kommersiya xidməti məqsədi üçün Cəlilabad rayonu, Alar kəndi ərazisindən ayrılmış 240 kv.metr torpaq sahəsində inşa etdiyi 173.7 kv.metrdən ibarət qeyri-yaşayış binasına mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizə təqdim edərək bildirmişdir ki, iddiadan imtina edir və müvafiq qərar qəbul edilməsini xahiş edir. Belə ki, nümayəndəsi olduğu İddiaçı mübahisənin məhkəmədən kənar həlli istiqamətində müvafiq ərizə ilə cavabdeh təşkilata müraciət etmiş və istifadəsində olan əmlaka dair çıxarışın verilməsi barədə razılıq əldə etmişdir. Eyni zamanda cavabdeh tərəf məktubla məhkəməyə müraciət edərək, mübahisənin məhkəmədən kənar həll edilməsi üçün ərizənin qəbul edildiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, İddiaçı mübahisənin məhkəmədən kənar həlli istiqamətində ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçının ərizəsinə baxılmış və mübahisənin məhkəmədən kənar həll edilməsinin mümkün olduğu bildirilmişdir. Bu səbəbdən də iddiaçının nümayəndəsi və vəkilinin iddiadan imtina barədə ərizəsinin təmin edilməsinə etiraz etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Məhkəmə kollegiyası iddiadan imtina barədə ərizəsini iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili iddiadan imtina etdiyindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci, 82-ci və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şirvan İnzibаti Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2-1(120)437/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı «qeyri-yaşayış binasına mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(106)-79/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-79/2023
05.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver