Məhkəmə qərarları › İş №2-1(106)-794/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-794/2025

14.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-794/2025 14.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X3 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, Iddiаçı İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının ## #### 2024-cü il tarixli, *******0008 saylı qərarının ləğv edilməsi və ona ## #### 2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 35-60 faizlə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)- ****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Işin halları: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Iddiaçı İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının ## #### 2024-cü il tarixli, *******0008 saylı qərarının ləğv edilməsi və ona ## #### 2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 35-60 faizlə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ## ###### 1974-cü il tarixdə Imişli rayonunda anadan olmuşdur. ## ###### 1992-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən bir sıra döyüşlərdə iştirak etmişdir. ## ###### 1994-cü il tarixdə Ağdərə rayonunda gedən döyüşlərdə mina partlaması nəticəsində 12-ci döş sınıq əmələ gəlmiş, həmçinin sağ ayağın bayır çıxıntısında sınıq əmələ gəlmişdir. Tərtər Hospitalında yardım göstərilmişdir. ## ###### 1994-cü il tarixdə Hərbi Dənizçilik Hospitalına köçürülmüşdür. Ixtisaslaşdırılmış müalicə almış, Müdafıə Nazirliyinin Mərkəzi Həkim Komissiyası tərəfındən şəhadətləndirilmişdir. Müdafıə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ## ### 1995ci il tarixli, *** nömrəli Qərarı ilə ona “Onurğa sütununun qapalı travması, 12-ci döş fərəqəsi cismin kompression sınığı, sağ ayağın topuğunun bayır çıxıntısının bitişmiş sınığı”, Hərbi travmadır, “Azərbaycan Respublikasınm müdafiəsi zamanı alınmışdır” diaqnozu qoyulmuşdur. Mütəmadi olaraq müalicə olunmuşdur. Lakin, Tibbi-Sosial Ekspert Komissyası tərəfındən ona əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ona əlilik dərəcəsinin təyin edildməsindən imtinası əsassızdır. Belə ki, Azərbaycan Respublikası Müdafıə Nazirliyinin Hərbi Həkim Komissiyasının qərarı qəbul edilən zaman qüvvədə olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2016-cı il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin tələblərinə görə, şəxslərin TSEK-də əlilliyinin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbihəkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfındən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir (4.1, 4.3, 4.16-cı bəndlər). “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə görə, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfındən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfındən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Azərbaycan Respublikası Müdafıə Nazirliyi Hərbi Həkim Komissiyasının ## ### 1995-ci il tarixli qərarına əsasən, onun əlilliyinin səbəbi “Onurğa stununun qapalı travması, 12-ci döş fərəqəsi cismin kompression sınığı, sağ ayağın topuğunun bayır çıxıntısının bitişmiş sınığı”, Hərbi travmadır, “Azərbaycan Respublikasının müdafıəsi zamanı alınmışdır” göstərilməsinə baxmayaraq, cavabdeh inzibati orqan tərəfındən Əsasnamənin yuxarıda bəhs edilən tələbləri pozulmuş, düzgün olmayaraq digər səbəbdən ona əlillik təyin edilməmişdir. “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”a əsasən, hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfındən tərtib edilmiş qərar) əsasında təyin edilir. Ona hərbi xidmətlə əlaqədar əlillik səbəbləri HHK tərəfındən tərtib edilmiş qərar əsasında təyin edildiyindən, cavabdeh onun xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsini müəyyən etməyə borclu olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Imişli Rayon Mərkəzi Xəstəxanasının ##.##.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Mina partlayışı nəticəsində onurğanın Th 12, L1 fəqərələrinin bitişmiş sınığı. Thl2 fəqərə cisminin köhnə kompression sınığına bağlı “pazvari” deformasiyası. Th12-L1 səviyyəsində fəqərələrarası məsafənin kəskin daralması: hissəvi posttravmatik blok. Sağ aşıq-baldır oynağının III dərəcəli osteoartrozu. Sağ aşıq-baldır oynağının açıcıbükücü kəskin kontrakturası (açma 110 dər., bükmə 100 dər.). Içəri topuğun sınığı. Sümük sınığının bitişməməsi (psevdoartroz). Onurğanın hərəkət məhdudiyyəti, irradiasiya verən kəskin kökcük ağrı sindromu. Döş-bel fəqərələrinin osteoxondrozu. Fəqərə cismi künclərinin osteofitik sivriləşmələri. Spondilyoz. Dayaq-hərəkət funksiyasının pozulması. Daimi ağrı sindromu.. Mərkəzə göndərilmənin/Imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Şirvan Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddia qismən təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək Şirvan Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, göründüyü kimi məhkəmə işə baxarkən ekspertiza təyin etmədən vətəndaşın əlilliyin təyin edilməsinin zəruriliyini vurğulamışdır. Bundan əlavə diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir. Şəxsə əlillik təyinatı aparılması üçün şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır. Sözügedən hal, yəni iddiaçıda əlillik təyinatına əsas verə patofunksional pozuntuların və ağırlaşmaların aşkar edilməməsi vətəndaşın əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6 Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı bel nahiyəsində ağrılardan şikayətlənmişdir. Anamnestik məlumatlarında 1994-cü ildə mina partlaması nəticəsində onurğanın bel nahiyəsindən travma aldığını bildirmişdir. Il ərzində 1-2 dəfə fizioterapiya müalicəsi aldığını qeyd etmişdir. Baxış zamanı onurğanın bel nahiyəsində fəqərənin bayıra doğru qabarması hiss edilmişdir. Nevroloji status: Diz və axil refleksləri canlı alınmış, patoloji reflekslər, klonus aşkarlanmamış, hər iki aşağı ətrafda əzələ gücü 5/5 bal dəyərləndirilmiş, əzələ tonusu normal olmuşdur. Aşağı ətraflarda atrofiya, hipotrofiya, parez əlamətləri qeyd edilməmiş, yerişi sərbəst olmuş, əlillik təyinatına əsas verə biləcək nevroloji defisit aşkarlanmamışdır. Şirvan şəhər Mərkəzi Xəstəxanasının ##.##.2023- ##.##.2023-cü il tarixli ******* nömrəli Çıxarışında diaqnoz “Mina partlayışı nəticəsində onurğanın T12, L1 fəqərələrinin bitişmiş sınığı, pazvari deformasiya ilə. Döş-bel fəqərələrinin osteoxondrozu. Postravmatik deformasiyası. Onurğanın hərəkət məhdudiyyəti, irradiasiya verən kəskin kökcük ağrı sindromu. Sağ iç topuğun bitişməyən sınığı. Sağ aşıq-baldır oynağının travmadan sonra artrozu, III dərəcəli. Açıcı-bükücü kəskin kontrakturası (açma 110 dərəcə, bükmə 100 dərəcə). Daimi ağrı sindromu və dayaq hərəkət funksiyasının pozulması ilə” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. X4 və Ortopediya Institutunun ##.##.2024-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Mina partlayışı nəticəsində onurğanın T12, L1 fəqərələrinin bitişmiş sınığı, pazvari deformasiya ilə, döş-bel fəqərələrinin osteoxondrozu, postravmatik deformasiyası, onurğanın hərəkət məhdudiyyəti, irrodiasiya verən kəskin kökcük ağrı sindromu, sağ iç topuğun bitişməyən sınığı, sağ aşıq-baldır oynağının travmadan sonra artrozu III dərəcəli, açıcı-bükücü kəskin kontrakturası (açma 110 dərəcə, bükmə 100 dərəcə), daimi ağrı sindromu və dayaq hərəkət funksiyasının pozulması” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Aparılan anamnestik, obyektiv və instrumental müayinələrin nəticələrinə əsasən hazırda əlillik təyinatına əsas verə biləcək nevroloji defisit və patofunksional pozuntular aşkarlanmamışdır. Qeyd olunanlar nəzərə alınmaqla Şirvan Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-***/**** saylı qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Iddiаçı İddiaçı məhkəmə kollegiyası tərəfindən edilmiş hüquqi yardımı nəzərə alaraq tələbin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək iddia tələbində dəqiqləşmə apardığını bildirmiş, tələbinə "cavabdehin ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən Əlilliyin müəyyən olunması meyarlarının 13.5.1.2-ci bəndinə (onurğanın bir neçə şöbəsini əhatə edən fəqərəarası ankilozlaşma, kəskin funksiya pozuntusu ilə) əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İddiaçı müddətsiz əlillik təyin edilməsi" kimi baxılmasını xahiş etmişdir. Iddiaçının tələbin dəqiqləşdirilməsi ilə bağlı verdiyi ərizə icraata qəbul edilmişdir. Iddiaçı İddiaçı apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirərək və Şirvan Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya * nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya * nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. “Inzibati icraat haqqında” Qanun: Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli və iddia təmin edilməlidir. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman (dəqiqləşdirildikdən sonra) tələbi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının ## #### 2024-cü il tarixli, *******0008 saylı qərarının ləğv edilməsi və ona ## #### 2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 35-60 faizlə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iş üzrə təqdim olunmuş tibbi sənədlərə əsasən İddiaçı ona ilk əlilliyin təyin olunduğu ##.##.1995-ci il tarixdən sonra stasionar müalicə və müayinə olunmuş, bu müddət ərzində xəstəliyi ilə əlaqədar səhhətində nəinki müsbət dəyşikliklər, əksinə ağırlaşmaların baş verdiyi təsdiq olunmuşdur. Qeyd olunan ağırlaşmalar cavabdeh tərəfindən ona əlilliyin təyinatından ilk imtinanın verildiyi ##.##.2021-ci il, daha sonra ##.##.2021-ci il, ##.##.2023-cü il, ##.##.2023-cü il və ##.##.2024-cü il tarixli diaqnozlarda da öz əksini tapmış və İddiaçı malik olduğu xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13-cü “Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri” bölməsinin 13.1.3 (boynun, döş qəfəsinin, qarnın, belin aşağı hissəsinin, onurğanın bel şöbəsinin və çanağın travmaları) və 13.1.3.1 (mülayim funksional pozuntularla) bəndlərinə tam uyğunluğu təsdiq olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə qismən razılaşaraq yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ##.##.1994-cü ildə Ağdərə rayonunda gedən döyüşlərdə xəsarət almış, ##.##.1994-cü il tarixdə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Iddiaçının vəziyyəti cavabdeh tərəfindən ilkin olaraq ##.##.2014-cü il tarixdə qiymətləndirilmiş və 1 il müddətinə III dərəcə əlillik təyin olunmuşdur. Növbəti dəfə ##.##.2015-ci il tarixdə qiymətləndirilmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ona 5 il müddətinə əlillik verilmişdir. Daha sonra iddiaçının vəziyyəti ##.##.2021-ci il, ##.##.2021-ci il və ##.##.2023-cü il tarixlərdə qiymətləndirilmiş, əlillik təyin edilməsindən imtina edilmişdir. Sonuncu dəfə ##.##.2024-cü il tarixli, AA********YXN nömrəli göndəriş əsasında ## #### 2024-cü il tarixdə qiymətləndirilmiş, “Mina partlayışı nəticəsində onurğanın TH12, L1 fəqərələrinin bitişmiş sınığı. TH12 fəqərə cisminin köhnə kompression sınığına bağlı pazvari deformasiyası. TH12-L1 səviyyəsində fəqələrarası məsafənin kəskin daralması, hissəvi postravmatik blok. Sağ aşıq-baldır oynağının açıcı-bükücü kəskin kontrakturası (açma 110 dər., bükmə 100 dər.) Içəri topuğun sınığı. Sümük sınığının bitişməməsi (psevdoartroz). Onurğanın hərəkət məhdudiyyəti. Irradiasiya verən kəskin kökcük ağrı sindromu. Döş-bel fəqərələrinin osteoxondrozu. Fəqərə cismi künclərinin osteofitik sivriləşmələri. Spondilyoz. Dayaqhərəkət funksiyasının pozulması. Daimi ağrı sindromu” diaqnozu qoyularaq əlillik təyin edilməsindən imtina edilmişdir. Iddiaçı birinci instansiya məhkəməsində həmin ## #### 2024-cü il tarixli, *******0008 nömrəli qərarı mübahisələndirmişdir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası:1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə-“Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında - 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında - 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 13.3-cü bəndində göstərilən artrozlar (M19.1) və hərəkət və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları (R26.8) mövcud olduqda əlilliyin qiymətləndirilməsi Əlavənin 13.5.1.2-ci bəndinə əsasən – “döş qəfəsinin deformasiyası (skolioz; kifoskolioz III-IV mərhələ), əyilmə bucağı 650-dən çox olduqda və ya onurğanın bir neçə şöbəsini əhatə edən fəqərəarası ankilozlaşma, kəskin funksiya pozuntusu ilə” aparılır. Məhkəmə kollegiyası məhkəmə araşdırmasını həmçinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” Azərbaycan Respublikasının Ali Məhkəməsinin icmal məktubunda əks olunan hüquqi dəyərləndirmə əsasında aparılmasını zəruri hesab edir. Həmin icmal məktubunda qeyd edilir: “Məlumdur ki, əlilliyin qiymətləndirilməsinə dair mübahisələrin həlli üçün əhəmiyyət kəsb edən bir sıra halların müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, ekspertiza təyin edilməklə araşdırılır (32-ci bənd). Ekspertiza fəaliyyətinin əsaslarını müəyyən edən qanunvericiliyin, o cümlədən prosessual qanunvericiliyin normaları vəhdətdə nəzərdən keçirilməklə qeyd edilir ki, ekspert yalnız iddiaçının sağlamlıq vəziyyətinin (xəstəlik və ağırlaşmalarının) müəyyən edilməsi ilə bağlı tibbi xarakterli sualları cavablandırmaq vəzifəsini daşımaqla, şəxsin sağlamlıq vəziyyəti, xəstəliklərin diaqnostikası və əlaqəli məsələlərdə məhz hüquqi bilikləri istisna edən, bununla belə, tibbi bilikləri əhatə edən suallar əsasında aparılmış tədqiqatın nəticəsində müəyyənləşdirilir (36-cı bənd)”. Hazırkı işin hallarından müəyyən edillir ki, Imişli Rayon Mərkəzi Xəstəxanası tərəfindən əsas diaqnoz – Y36.2- Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, mina partlayışı nəticəsində onurğanın TH12, L1 fəqərələrinin bitişmiş sınığı (Ağırlaşmalar – Oynaqların kontrakturası, sağ aşıq – baldır oynağının açıcı-bükücü kəskin kontrakturası (açma 110 dərəcə, bükmə 100 dərəcə) (M24.5), döş fəqərəsinin sınığı, Th12 fəqərə cisminin köhnə kompression sınığına bağlı “pazvari” deformasiyası. Th12-L1 səviyyəsində fəqərələrarası məsafə kəskin daralıb: hissəvi posttravmatik blok (S22.0), Müalicəyə tabe olmayan daimi ağrı, daimi ağrı sindromu (R52.1), Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, dayaq-hərəkət funksiyasının pozulması (R26.8), Radikulpatiya, Onurğanın hərəkət məhdudiyyəti, irrodiasiya verən kəskin kökcük ağrı sindromu (M54.1), Digər oynaqların posttravmatik artrozu, sağ aşıq-baldır oynağının III dərəcəli osteoartrozu (M19.1), Içəri (medial) topuğun sınığı, medial topuğun bitişməmiş köhnə sınığı aşkar edilir. Bu səviyyədə varus deformasiyası (S82.5), sümük sınığının bitişməməsi (psevdoartoz), sağ iç topuğun bitişməmiş sınığı (M.84.1), onurğanın dəqiqləşdirilməmiş osteoxondrozu (M42.9)), bel fəqərəsinin sınığı, fəqərə cismi künclərində osteofitik sivriləşmələr qeyd edilir: spondilyoz (S32.0) diaqnozu ##.##.2024-cü il tarixdə əlilliyin təyini ilə bağlı A********YXN №-li göndərişlə (forma 88) rəsmiləşdirilərək TSEK-in elektron altsisteminə ötürülmüşdür. Iddiaçıda həmin xəstəliklərin və diaqnozun həqiqətən də mövcud olub-olmamasını və onun səbəb əlaqəsini müəyyən etmək üçün xüsusi bilik tələb olunduğundan iş üzrə ##.##.2026-cı il tarixində Şirvan Apellyasiya Məhkəməsi tərəfindən məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1 tapşırılmışdır. Birlik tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli, T ***/**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı məhkəmə-tibbi müayinədən keçərkən “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutu na göndərilmiş ##.##.2026-cı il tarixdə aparılmış müayinələrdən sonra ona Mina partlayışı nəticəsində Thl2 fəqərəsinin cisminin kompression “pazvari” deformasiya və bitişmiş sınığı, torokolümbal patoloji kilozu, Thl2-Ll fəqərələrinin spondilyozu, osteoxondrozu, onurğanın hərəkət məhdudiyyəti, irradiasiya verən kəskin kökcük ağrı sindromu, sağ iç topuğun bitişməmiş sınığı, sağ aşıq-baldır oynağının III dərəcəli travmadan sonra osteoartrozu, varus deformasiyası, açıcı-bükücü kontrakturası, açma 110 dərəcə, bükmə 100 dərəcə, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması - Y36.2, S22.0, M21, M40, S32.0, M47.8, M42.9, M24.5, M34.1, S82.3, M84.1, M19.1, M21.1, R52.1, R26.8" diaqnozu qoyulmuşdur. Vətəndaş İddiaçı ##.##.2014; ##.##.2015 və ##.##.2016-cı il tarixli qərarlarında əks olunan “Keçirilmiş travmadan sonra döş fəqərə cisiminin sınığından sonra deformasiyası, sağ topuq oynağının köhnə sınığı” diaqnozuna “Elmi-Tədqiqat Travmatoogiya və Ortopediya Institutu”nda hazırkı əyani müayinə zamanı da tam rast gəlindi. Vətəndaş İddiaçı “Imişli rayon mərkəzi xəstəxanası”nın ##.##.2024-cü il tarixli, A********YXN nömrəli Forma 88 göndərişində XBT-10 kodu üzrə qeyd edilmiş “Hərbi əməliyyatlar digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, mina partlayışı nəticəsində onurğanın Th12 L1 fəqərələrinin bitişmiş sınığı, oynaqların kontrakturası, sağ aşıq-baldır oynağının açıcı-bükücü kəskin kontrakturası (açma 110 dərəcə, bükmə 100 dərəcə, döş fəqərəsinin sınığı, Th12-L1 səviyyəsində fəqərələrarası məsafənin kəskin daralması, hissəvi posttravmatik blok” əsas diaqnoz və ağırlaşmaları onda hazırda da mövcuddur və Mərkəzi Hərbi Həkim Komissyasının ##.##.1995-ci il tarixli, *** nömrəli Qərarında olan xəsarətlərlə bilavasitə əlaqəsi vardır. Göründüyü kimi əlilliyin müəyyən edilməsindən ötrü iddiaçı İddiaçı barəsində müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş sonuncu ##.##.2024-cü il tarixli, A********YXN saylı Forma 088 göndərişdə əks olan diaqnoz ilə ekspert rəyində və digər tibbi sənədlərdə olan əsas diaqnoz və ağırlaşmalar eynilik təşkil edir. Həmin sənədlərdən müəyyən edilir ki, iddiaçının əsas diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 13.5.1.2-ci (...onurğanın bir neçə şöbəsini əhatə edən fəqərəarası ankilozlaşma, kəskin funksiya pozuntusu ilə) bəndinə uyğundur. Ekspert rəyindən də göründüyü kimi göndərişdə əsas diaqnoz kimi əks olunan “Hərbi əməliyyatlar digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, mina partlayışı nəticəsində onurğanın Th12 L1 fəqərələrinin bitişmiş sınığı, oynaqların kontrakturası, sağ aşıq-baldır oynağının açıcı-bükücü kəskin kontrakturası (açma 110 dərəcə, bükmə 100 dərəcə, döş fəqərəsinin sınığı, Th12-L1 səviyyəsində fəqərələrarası məsafənin kəskin daralması, hissəvi posttravmatik blok” Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının ##.##.1995-ci il tarixli, *** nömrəli Qərar ilə müəyyən oluna xəsarətlərlə əlaqəlidir. Birinci instansiya məhkəməsi səhv olaraq İddiaçı diaqnozunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13-cü “Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri” bölməsinin 13.1.3 (boynun, döş qəfəsinin, qarnın, belin aşağı hissəsinin, onurğanın bel şöbəsinin və çanağın travmaları) və 13.1.3.1 (mülayim funksional pozuntularla) bəndlərinə uyğun olaraq qiymətləndirmişdir. Təbii ki açıcı-bükücü kontraktura, hərəkət məhdudiyyətinin dərəcəsi (açma 110 dərəcə, bükmə 100 dərəcə) və daimi ağrı sindromu-əlilliyin təyin edilməsi üçün ciddi əsaslar yaradır. Daimi ağrı faktoru xəstənin həyat keyfiyyətini aşağı salan və əmək qabiliyyətini məhdudlaşdıran əlavə ağırlaşdırıcı haldır. Bu müalicəyə tabe olmayan xroniki vəziyyətdir. Kontrakturanın sabit və uzun müddətli olması davamlı ağrı və yerimə (hərəkət) məhdudiyyəti, ətrafın funksional çatışmazlığı xəstəliyin daha ciddi qiymətləndirilməsi ilə nəticələnir. Əlbəttə ki, bu zaman insanın necə yeriməsi, ayağa nə qədər yük verə bilməsi amilləri nəzərə alınır. Bir sözlə, əgər yerimə nəzərə çarpacaq dərəcədə pozulubsa, bu artıq funksional məhdudiyyət sayılır. Hazırki iddiaçının vəziyyətində mina travması faktoru nəticəsində "posttravmatik deformasiya", "dayaq funksiyasının pozulması" aydın göründüyünə görə bu hal artıq davamlı funksional itki kimi qiymətləndirilməlidir. Belə işdə olan tibbi sənədlərdən və göndərişin “status localis”indən (həkimin obyektiv müşahidəsindən) görünür ki, iddiaçı 1994-cü ilin yanvar ayında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə mina partlaması nəticəsində xəsarət almışdır. Həmin vaxt “Th12-L1 fəqərələrinin kompression sınıqları. Sağ iç topuğun sınığı” diaqnozu qoyulmuşdur. Dənizçilər Xəstəxanasında konservativ müalicə almışdır. Aparılan müalicələrə baxmayaraq sınıq sahəsində pazvari deformasiya yaranmış, “kifoz” formalaşmışdır. Sağ iç topuqda bitişmə olmamışdır. Xəstə həmin vaxtdan daimi travmatoloq müalicələri alır. St lokalis: onurğanın, aşağı döş-bel nahiyəsində “kifoz” qeyd olunur. Paravertebral nöqtələr ağrılıdır, həmin nahiyədə hərəkət tam məhdudlaşıb. Sağ iç topuqda ağrı, şişkinlik qeyd olunur. Sağ aşıq baldır oynağında, bükmə 1000, açma 1100 dir. Xəstədə ağırlaşma halı kimi müalicəyə tabe olmayan daimi ağrı sindromu və hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları mövcuddur. Məhkəmə kolegiyası belə qənaətə gəlir ki yuxarıda qeyd edilən həkim müayinəsi nəticələri “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 13.5.1.2. bəndində (onurğanın bir neçə şöbəsini əhatə edən fəqərəarası ankilozlaşma, kəskin funksiya pozuntusu ilə) əks olunan patofunksional dəyişiklərə uyğundur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı yuxarıda müəyyən edilən xəstəliyi və diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 13.5.1.2. bəndinə (onurğanın bir neçə şöbəsini əhatə edən fəqərəarası ankilozlaşma, kəskin funksiya pozuntusu ilə) uyğundur və həmin bəndə əsasən onun əlilliyi 50-70% dərəcə ilə müddətsiz müəyyən edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri və qəbul etdiyi imtina qərarı qanunsuz olmuş, əlilliyin təyin edilməsi ilə bağlı iddiaçının hazırki tələbi əsaslı olmuşdur. Bununla belə əlilliyin təyinat tarixini və mübahisələndirilən qərarın müəyyən edilməsindən ötrü Azərbaycan Respublikasının Ali Məhkəməsinin # ##### 2026-cı il tarixli, *-*-**/*-****/**** nömrəli icmal məktubunda əks olunan hüquqi dəyərləndirmənin nəzərə alınması zəruridir. Belə ki, həmin məktuba əsasən məhkəmə baxışının predmeti sonuncu göndəriş əsasında qəbul edilmiş sonuncu imtina qərarı olduqda əlillik də məhz həmin imtina qərarının verildiyi tarixdən təyin edilməlidir. Bəzi hallarda isə sonuncu imtina qərarından sonra iddiaçının təkrar əyani müayinəsi aparılır və yenidən imtina barədə nəticəyə gəlinməklə müvafiq qərar qəbul edilir. Belə hallar mövcud olduqda əlillik təkrar müayinə tarixindən və ya həmin müayinənin nəticəsinin rəsmiləşdirildiyi qərarın tarixindən müəyyən oluna bilməz, əlillik yenə də sonuncu göndəriş əsasında verilmiş sonuncu imtina qərarının tarixindən təyin edilməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquqi dəyərləndirmədən çıxış edərək belə qənaətə gəlir ki, iddiaçı hüquqi marağına uyğun sonuncu göndəriş əsasında qəbul edilmiş ##.##.2024-cü il tarixli qərarı mübahisələndirməli və əlilliyin təyinat tarixi həmin qərarın qəbul edildiyi tarixdən müəyyən edilməlidir. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iddiaçının ##.##.2024-cü il tarixli qərarı mübahisələndirməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsini təmin etmişdir və cavabdeh tərəfindən həmin hal apellyasiya şikayəti ilə mübahisələndirilməmişdir. Iddiaçının hüquqi marağının təmin edilməsi məqsədi ilə Şirvan Apellyasiya Məhkəməsi tərəfindən hüquqi yardım göstərilmiş və iddiaçının tələbi “cavabdehin ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən Əlilliyin müəyyən olunması meyarlarının 13.5.1.2-ci bəndinə (onurğanın bir neçə şöbəsini əhatə edən fəqərəarası ankilozlaşma, kəskin funksiya pozuntusu ilə) əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İddiaçı müddətsiz əlillik təyin edilməsi” kimi dəqiqləşdirilmişdir. Işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli və yeni tələb üzrə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilsin. Iddia təmin edilsin. Cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli qərar ləğv edilsin və həmin tarixdən Əlilliyin müəyyən olunması meyarlarının 13.5.1.2-ci bəndinə (onurğanın bir neçə şöbəsini əhatə edən fəqərəarası ankilozlaşma, kəskin funksiya pozuntusu ilə) əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İddiaçı müddətsiz əlillik təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar