Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-795/2025 10.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan İnzibati Məhkəməsinin 13 avqust 2025-ci il tarixli, 2-1(120)-708/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən X5 F62.0, “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu üzrə 35-60 faiz orqanizmin funksiyalarının pozulması ilə əlaqədar 2 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 13 avqust 2025-ci il tarixli, 2- 1(120)-708/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirlliyinin 17 fevral 2023-cü il tarixli, 3-28/3-1-118/2023 saylı “Vətən Müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq İddiaçı “Respublika Psixiatriya Xəstəxanası”nın nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub və ona “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalarla F62.0” diaqnozu qoyulmuşdur. Cavabdeh tərəfindən diaqnozun əlillik təyinatına əsas vermədiyi qeyd edilsə də, bu halların hər hansı mötəbər sübutlarla əsalandırmamışdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdən-xx.xx.2021-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində hərbi xidmətdə olmuşdur. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində yararlanaraq “Barotravma” xəsarəti almış, xx.xx.2021-ci il tarixdə hərbi xidmətdən təxris edilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən müayinə olunmuş və xx.xx.2023-cü il tarixdə müayinədə olduğu zaman ona “Orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi. Vegetativ damar distoniyası. Sol gözün konyuktival kistası, görmə itiliyi 1.0 olmaqla” diaqnozu qoyulmuşdur. Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Tibbi sənədlər əlilliyin təyin edilməsi üçün elektron sistemə yerləşdirilmiş, lakin heç bir əsas olmadan əlillik təyinatından imtina edilmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Ağdam RƏD in xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi. Mərkəzə göndərilmənin imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir." səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2021-ci il tarixdə Agentlikdə əyani müayinəsi nəticəsində qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 7572 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir, “Vegetativ damar distoniyası. Sol gözün konvunktival kistası, görmə itiliyi 1.0 olmağla” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023xx.xx.2023-cü il tarixli 10529681 nömrəli xəstəlik tarixdən Çıxarışında diaqnoz “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi'’ kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya X2 Komissiyasının xx.xx.2023-cü il tarixli 666 nömrəli Tibbi rəyində diaqnoz “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi" kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol gözdə olan yad cisim hissiyatı, baş ağrısından, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Hazırki psixi vəziyyəti mütəxəssislər tərəfindən “Fəlakətdən sonra (şəxsiyyətin patoloji nevrotik inkişafı səviyyəsində) şəxsiyyət dəyişikliyi' kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamış, bələdliyin və tənqidin bütün növləri saxlanılmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, ekspert heç bir instrumental müayinələr aparmadan sırf tibbi sənədlərə əsasən iddiaçının qeyd edilən xəstəliklərdən əziyyət çəkdiyini qeyd etmişdir. Bundan əlavə, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir. Şəxsə əlillik təyinatı aparılması üçün şəxsdə xəstəliyin ağırlaşmaları mövcud olmalıdır. Prosessual məsələlər Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakının təmin etməmiş, iddiaçı işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Əlillik altsistemindən çıxarışlardan görünür ki, iddiaçıya ilk dəfə xx.xx.2021-ci il tarixli qərarla, növbəti dəfə isə mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarla əlillik təyinatından imtina edilmişdir. -xx.xx.2023-cü il tarixli, 7572 nömrəli Xəstəlik haqqında Şəhadətnamənin surətindən müəyyən olunur ki, SHXÇDX-nin Ağcabədi rayon şöbəsinin rəisinin xx.xx.2023cü il tarixli, 3-43-1/2-334/23 nömrəli MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. İddiaçı xx.xx.1997-ci il təvəllüdlü, xx.xx.2020xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçib. Hərbi rütbəsi ehtiyyatda olan əsgər, hərbi-uçot ixtisası atıcı, SHXÇDXnin Ağcabədi rayon şöbəsində qeydiyyatdadır. SHXÇDX-nin Ağcabədi rayon şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə hərbi xidmətə çağırılmışdır.(könüllü daxil olmuşdur). xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Qubadlı rayonu ərazisində düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində “Barotravma” xəsarəti almışdır (əsas:N nömrəli hərbi hissənin təqdim etdiyi xx.xx.2021-ci il tarixli 1816 nömrəli travma haqqında arayış). Aldığı xəsarətlə əlaqədar olaraq ilk tibbi yardım göstərildikdən sonra xx.xx.2020-ci tarixdə X3 Mərkəzinə göndərilmiş, “Barotravma sol gözün bayır bucağında selikli kista” diaqnozu təyin olunaraq müvafiq yardım olunmuşdur (əsas: xx.xx.2021-ci il tarixli 17 nömrəli arayış). xx.xx.2020-ci il tarixdə Saatlı Rayon Mərkəzi Xəstəxanasına köçürülmüş, xx.xx.2020-xx.xx.2020-ci il tarixədək Saatlı RMX-da “Barotrvma. Sol gözün bayır bucağında selikli kista” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur (əsas: ******* nömrəli stasionar xəstənin tibb kartasından çıxarış və 394 nömrəli arayış). xx.xx.2021-ci il tarixdə hərbi xidmətindən ehtiyyata buraxılmışdır.xx.xx.2021-ci il tarixində MN-nin Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərək hərbi xidmətə yararlıdır” qərarı verilmişdir (əsas:5978 nömrəli arayış). xx.xx.2021-xx.xx.2021-ci il tarixinədək X7 dispanseriində “posttravmatik stress pozuntusu, nəzərə çarpan astenonevrotik vəziyyət” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur (əsas: stasionar tibb kartından çıxarış).xx.xx.2020-xx.xx.2020-ci il tarixədək Saatlı RMX-da; xx.xx.2021-xx.xx.2021-ci il, xx.xx.2021-xx.xx.2021, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərədək Ağdam Ruhi əsasəb dispanserində, xx.xx.2022- xx.xx.2022-ci il tarixədək Ağcabədi RMX-da xx.xx.2023xx.xx.2023-cü il tarixədək Respublika Psixiatriya Xəstəxanasında, xx.xx.2023-MN MHP-da müayinə və müalicədə olmuşdur. Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyinin əsasəb əlaqəsi haqqında hərbi həkim komissiyasının qərarı: Orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi. Vegetativ damar distoniyası. Sol gözün konyuktival kistası, görmə itiliyi 1.0 olmaqla. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisaslı üzrə xidmətə və s. Yararlıq haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 18b maddəsinin İİ qrafasında və ƏTC-yə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş :”Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarı: Diaqnoz: “Orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi” “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” Diaqnoz: “Vegetativ damar distoniyası. Sol gözün konyuktival kistası, görmə itiliyi 1.0 olmaqla” “ÜMUMİ XƏSTƏLİKDİR” səbəb əlaqəsi ilə “Təsdiq Olunur” Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 19817 nömrəli xəstəlik haqqında şəhadətnamə qüvvədən düşmüş hesab edilsin. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6in 3896 nömrəli, xx.xx.2024-cü il tarixli ekspet rəyində müəyyən edilmişdir ki, İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyalarıı tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə qeyd edilən “Əsas diaqnoz: “F62.0-Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı anamnestik kliniki, laboratorinstrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Vətəndaş İddiaçı düçar olduğu xəstəliklə bağlı hazırda bərpaedici müalicəyə ehtiyacı yoxdur, yalnız zərurət yaranarkən əlavə müalicəyə cəlb oluna bilər. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 xx.xx.2025-ci il tarixli, 402 nömrəli ekspertiza rəyində bildirilir ki, İddiaçı halhazırda “Fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi” (F62.0) müəyyən edilir. Bunu inzibati iş materialları, anamnestik məlumatlar (döyüşlərdə iştirak etməsi, stress keçirməsi, bundan sonra psixi vəziyyətinin dəyişməsi, əsəbi olması, baş ağrılarından şiikayət etməsi, xarici qıcıqlara qarşı həssas olması, gecə yuxusunun pozulması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X7 dispanseri”də “Posttravmatik stress pozunntusu nəzərə çarpan astenonevrotik vəziyyət” diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”da “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (əhvalı ruhiyyəsinin dəyişkən olması, xarici qıcıqlara qarşı həssas olması, emosional sferanın qeyri-stabil olması və s.) sübut edir. İşdən də göründüyü kimi iddiaçı dəfələrlə analoji müəssisələrdə müayinələrdə olmuş və ona “Fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi (F62.0)” diaqnozu qoyulmuşdur. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: -7.7.1.1-ci bəndində öz əksini tapan “fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski” diaqnozu üzrə orqanizmin funksiyalarının pozulması dərəcəsi 35-60% müəyyən edilməklə, 2 il müddətinə əlillik təyinatının aparılmasına əsas verir. Odur ki, iddiaçının orqanizmində olan patofunksional pozuntular ixtisaslaşmış müalicə müəssisəsinin təqdim etdiyi sənədlərlə öz təsdiqini tapmaqla, diaqnozun yuxarıda qeyd olunan meyarların müvafiq koduna uyğun olması müəyyən edilmişdir ki, bu hal cavabdeh orqanın imtinasının əsassız olması qənaətinə gəlməyə əsas verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 13 avqust 2025-ci il tarixli, 2-1(120)-708/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-795/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-795/2025
10.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver