Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-799/2025 10.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 08 avqust 2025-ci il tarixli, 2-1(120)-2546/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən, yəni 57 yaşdan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, ödənilməyən pensiya məbləğinin müraciət etdiyi xx.xx.2024-cü il tarixdən 3 il əvvəldən hal-hazıradək (yaşa görə aldığı pensiya məbləği çıxılmaqla) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 08 avqust 2025-ci il tarixli, 2- 1(120)-2546/2025 nömrəli ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin mübahisələndirdiyi məsələ məhz iddiaçının 12 il 6 ay güzəştli iş stajının olmamasına əsaslanmışdır. İmtinasının əsasını iddiaçı tərəfindən təqdim edilmiş arayışda qeyd edilən xx.xx.2004-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmaması təşkil edir. İşə götürən tərəfindən məhkəməyə təqdim edilmiş vəzifə təlimatlarından və digər sübutlardan müəyyən edilir ki, rəhbər mexanik vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 27-ci və Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəziələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 28-ci bölmənin 25-ci (kod:23001000-23598) abzasında qeyd olunmuş “refrijirator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil edir. Qərardan cаvаbdеh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 57 yaşının tamam olduğu 12 aprel 2014cü il tarixə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün, “Əmək pensiyaları haqqında" Qanununun 9.1-ci maddəsinin o dövrdə qüvvədə olmuş redaksiyasının tələblərinə əsasən xx.xx.2014-cü il tarixdən, 57 yaşdan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh xahişini yerinə yetirməkdən imtina etmişdir. 01 sentyabr 1974-30 oktyabr 1975-ci il tarixlərində Lənkəran rayonunun Oktyabr sovxozunda işləmişdir. 03 noyabr 1975-26 noyabr 1977-ci ildə həqiqi hərbi xidmətdə olmuşdur. 14 iyun 1978-04 noyabr 1980-ci il tarixlərində Lənkəran rayonunun Oktyabr sovxozunda işləmişdir. 05 noyabr 1980-01 sentyabr 1995-ci illərdə Siyavar kənd mədəniyyət evində bədii rəhbər işləmişdir. 18 sentyabr 1995-ci ildə Azərbaycan Dəmir Yollarının Yeni X4 Deposunda çilingər vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1996-cı il tarixində orada refrijerator seksiyasının mexaniki, 09 iyul 2004-cü ildə refrijerator seksiyasının rəhbər mexaniki keçirilmişdir. 16 fevral 2018-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. 16 fevral 2018-ci ildə X7 refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə qəbul edilmişdir. xx.xx.2018-ci ildə işdən çıxmışdır. 08 noyabr 2018-ci ildə 12 oktyabr 2018-ci ildə Azərbaycan Dəmir Yolları Ekspress MMC-ində X1 Avadanlıqlarının Xidməti Baxışı və Cari Təmiri Sexində refrijerator seksiyalarının mexaniki vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2019-cu ildə həmin sexdə mexanik vəzifəsinə keçirilmiş 10 yanvar 2023-cü ildə işdən çıxmışdır. Onun iddia ərizəsinin əsasında əmək fəaliyyəti dövründə 57 yaşının tamam olduğu tarixə kimi 25 ildən çox ümumi və həmin stajın 12 il 6 aydan çox güzəştli iş stajının olması dayanır. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, "xxxx" QSC-nin 19 noyabr 2024-cü il tarixli, 13-1/2-A-3823/2-1/2024 nömrəli iddiaçıya dair arayışında qeyd edilən xx.xx.2004-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsi sözügedən arayışda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) nəzərdə tutulmamışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlili imtina aktının və iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, “İş materiallarında olan Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin məktubunun surətindən görünür ki, qeyd edilən İddiaçı ADY-nin Yeni Ələt refrejerator və Şərq vaqon depolarında xx.xx.1996-cı il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi refrejerator seksiyalarının mexaniki ilə xx.xx.2004-cü il tarixdən xx.xx.2018-ci il tarixədək çalışdığı refrijerator seksiyalarının rəhbər mexaniki arasında vəzifə təlimatlarına uyğun olaraq eyni refrijerator seksiyalarının texniki baxışı, cari təmiri və istismarının həyata keçirilməsi üzrə oxşar və vəzifə funksiyalarının icrası zamanı tabelik üzrə fərqli cəhətlər mövcuddur. Refrijerator seksiyalarının icrası zamanı tabelilik üzrə fərqli cəhətlər mövcuddur. Həmçinin refrijerator seksiyalarının rəhbər mexaniki lazım olduqda mexaniki əvəz edir.” Göründüyü kimi vəzifə üzrə eynilik deyil, oxşarlıq mövcuddur və lazım gəldikdə şəxs iddia edilən əvəzçilik qaydasında işləyə bilər. Demək ki, şəxsin vəzifəsi görülən işə nəzarəti təşkil edir, yəni o, ağır və zərərli iş şəraitində işləmir. Prosessual məsələlə Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarlarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 1.1-ci bəndində qeyd olunmuşdur ki, bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilər güzəştli pensiya hüququna malikdirlər. İş materiallarına əlavə edilmiş və iddiaçıya məxsus: -şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. -hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. -əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildə Lənkəran rayonunun Oktyabr sovxozunda işləmişdir. (Əmr №163, xx.xx.1974) xx.xx.1975-ci ildə Azərbaycan SSR Ordu sıralarında hərbi xidmətə başladığından, işdən azad olunmuşdur. (Əmr №245, xx.xx.1975) xx.xx.1978-ci ildə Lənkəran rayonun Oktyabr sovxozunda işləmişdir. (Əmr №110, xx.xx.1980) xx.xx.1980-ci ildə öz ərizəsi əsasında işdən azad olmuşdur. (Əmr № 236, xx.xx.1980) xx.xx.1980-cı ildə Siyavar kənd mədəniyyət evində bədii rəhbər işləmişdir. (Əmr № 109, xx.xx.1980) xx.xx.1995-ci ildə başqa işə keçməsi ilə əlaqədar öz ərizəsi əsasında işdən azad olmuşdur. (Əmr № 74, xx.xx.1995) xx.xx.1995-ci ildə Azərbaycan Dəmir Yollarının X3 Deposunda çilingər vəzifəsinə işə qəbul edilmişdir. (Əmr № 791, xx.xx.1995) xx.xx.1996-cı il tarixində Azərbaycan Dəmir Yollarının Yeni X4 Deposunda refrijerator seksiyasının mexaniki vəzifəsinə işə qəbul olunmuşdur. (Əmr № 46, xx.xx.1996) xx.xx.2004-cü ildə refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə keçirilmişdir. (Əmr № 86, xx.xx.2004) xx.xx.2018-ci ildə əmək müqaviləsinə xitam verilib. (Əmr № 246, xx.xx.2018) xx.xx.2018-ci ildə X8 refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə qəbul edilmişdir. (Əmr № 213, xx.xx.2018) xx.xx.2018-ci ildə işdən çıxmışdır. (Əmr № 687, xx.xx.2018) xx.xx.2018-ci ildə 12 oktyabr 2018-ci ildə Azərbaycan Dəmir Yolları Ekspress MMCində X1 Avadanlıqlarının Xidməti Baxışı və Cari Təmir Sexində refrijerator seksiyalarının mexaniki vəzifəsinə işə qəbul edilmişdir. (Əmr №18- AEXP-680, xx.xx.2018) xx.xx.2019-cu ildə həmin sexdə mexanik vəzifəsinə keçirilmiş, (Əmr № 610, xx.xx.2019) xx.xx.2023-cü ildə işdən çıxmışdır. (Əmr № 017, xx.xx.2023). -Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin arayışından müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş aşağıdakı vəzifələrdə qeyd edilən tarixlər arasındakı dövlər ərzində işləmişdir: № Çalışdığı struktur Vəzifə(peşə nin) Vəzifəyə təyin Vəzifədən işə başladığı İşdən azad vahidi Adı edilmə (başqa azad edilməyə tarix olunduğu işə keçirilmə) dair əmrin (başqa işə barədə əmrin tarixi və keçirildiyi) tarix tarixi nömrəsi 1 X3 deposu refrijerator xx.xx.1996 - xx.xx.1996 seksiyaların 46 mexaniki 2 X3 deposu refrijerator xx.xx.2004 xx.xx.2018 xx.xx.2004 xx.xx.2018 seksiyaların rəhbər 86 246 mexaniki 3 Şərq vaqon deposu refrijerator xx.xx.2018 xx.xx.2018 xx.xx.2018 xx.xx.2018 seksiyaların rəhbər 213 687 mexaniki 4 "xxxx" MMC-nin refrijerator xx.xx.2018 xx.xx.2023 xx.xx.2018 xx.xx.2023 Şərq vaqon deposu seksiyaların 18-AEXP-680 23-AEXP-017 mexaniki İşlədiyi müvafiq vəzifələr üzrə sosial sığorta (əmək) stajı 26 il 10 ay 19 gün təşkil edir. İşlədiyi refrijirator seksiyaların rəhbər mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarın, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə yaşa gör əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 27-ci abzasına uyğundundur. İddiaçı müvafiq strukturlarda çalışıdığı refrijirator seksiyalarının rəhbər mexaniki və mexaniki vəzifələri üzrə iş yerlərində aparılmış attestasiyanın nəticələrinə müvafiq olaraq zərəli əmək şəraitinə görə əmək haqlarına əlavə müəyyən edilməmişdir. -Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin 07 aprel 2025-ci il tarixli məktubunda qeyd olunur ki, İddiaçı ADY-nin Yeni Ələt refrejerator və Şərq vaqon depolarında xx.xx.1996-cı il tarixindən xx.xx.2004-cü il tarixinədək işlədiyi refrejerator seksiyalarının müxaniki ilə xx.xx.2004-cü il tarixindən xx.xx.2018-ci il tarixinədək çalışdığı refrejerator seksiyalarının rəhbər mexaniki arasında vəzifə təlimatlarına uyğun olaraq eyni refrejirator seksiyalarının texniki baxışı, cari təmiri və istismarının həyata keçirilməsi üzrə oxşar və vəzifə funksiyalarının icrası zamanı tabelik üzrə fərqli cəhətlər mövcuddur. Həmçinin refrejerator seksiyalarının icrası zamanı tabelilik üzrə fərqli cəhətlər mövcuddur. Həmçinin refrijerator seksiyalarının rəhbər mexaniki lazım olduqda mexaniki əvəz edir. Qeyd edilir ki, İddiaçı çalışdığı refrejerator seksiyaların mexaniki vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 27-ci və Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəziələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 28-ci bölmənin 25-ci (kod:23001000-23598) abzasında qeyd olunmuş “refrijirator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil edir. Bununla yanaşı, İddiaçı işlədiyi refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsi Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 1-1-ci hissəsi nəzərə alınmaql həmin qərarla təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 27-ci abzasında qeyd olunmuş” refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil edir. Qeyd edilənləri nəzərə alaraq, müvafiq qərarın 1-1-ci hissəsi ilə adıçəkilən siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilərin güzəştli pensiya hüququna malik olduğu müəyyən edilmişdir. Həmçinin İddiaçı yuxarıda göstərilən dövr ərzində işlədiyi müvafiq vəzifələr üzrə güzəştli iş stajı 22 il 8 ay 17 gün təşkil edir. Göründüyü kimi cavabdeh iddiaçının refrijerator seksiyalarının mexaniki kimi çalışdığı dövrü sosial sığorta stajına daxil etsə də, refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində çalışdığı dövrü mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hər iki vəzifənin iş şəraiti eynidir və bu vəzifələrdə çalışan əməkdaşlar eyni zərərli amillərə məruz qalırlar. Bu səbəbdən cavabdeh tərəfindən iddiaçının “refrijerator seksiyalarının mexaniki” vəzifəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi, lakin “rəhbər mexanik” kimi çalışdığı dövrün nəzərə alınmaması ağlabatan deyildir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi iddiaçının vəzifəsinin (refrijerator seksiyalarının rəhbər mexaniki) işə nəzarət olması və ağır və zərərli şəraitdə işləməməsi barədə dəlilinə münasibətdə hesab edir ki, iddiaçı refrijerator seksiyalarının rəhbər mexaniki kimi “nəzarət” funksiyasını həyata keçirsə belə, bu da onu faktiki olaraq eyni iş şəraitinə cəlb edir və iddiaçı eyni mühitdə çalışdığından həmin zərərli və ağır amillərin təsirinə məruz qalır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmışdır və qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 08 avqust 2025-ci il tarixli, 2-1(120)-2546/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-799/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-799/2025
10.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver