Məhkəmə qərarları › İş №2-1(106)-818/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-818/2025

17.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-818/2025 17.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi XXX Günəş Yusif qızının iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, 2-1(120)-3459/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən staj tələbləri əsas götürülməklə, 10 yanvar 2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 02 sentyabr 2025-ci il tarixli, 2- 1(120)-3459/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ümumi iş stajı cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmiş və mübahisəsiz hal kimi qəbul edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti “X5 Stansiyası” MMC-nin məktubundan görünür ki, iddiaçının işlədiyi vəzifə üzrə zərərli iş stajı 7 (yeddi) il, 2 (iki) ay, 17 (on yeddi) gün təşkil edir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, 01- PH/241 nömrəli məktubunda qeyd edilimişdir ki, iddiaçının güzəştli pensiya üçün stajı 13 il, 02 gün təşkil edir. Belə olan halda, iddiaçının güzəştli iş stajının 12 il 06 aydan çox təşkil etdiyi müəyyən edilir. Həmçinin təqdim edilən arayışların mötəbərliyi şübhə doğurmamış, şübhə doğuran hallarla bağlı inzibati orqan tərəfindən sübut təqdim edilməmişdir. Müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən və mübahisələndirilmədiyindən mötəbər hesab olunur. Qərardan cаvаbdеh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 60 yaşının tamam olduğu 10 yanvar 2025-ci il tarixə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən həmin tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi xahişi ilə cavabdehə müraciət etmiş, cavabdeh onun quraşdırıcı çilingər vəzifəsində topladığı güzəştli stajını mübahisələndirmiş və bu səbəblə guya güzəştli is stajının 12 il 6 aydan az təşkil etdiyi üçün ona güzəştli əmək pensiyası təyin edilməsini mümkün hesab etməmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, "xxxx" ASC-nin 15 yanvar 2025-ci il tarixli, 01-PH/2020 nömrəli və “X5 Stansiyası” MMC-nin 17 fevral 2025-ci il tarixli, 20206-17/17-25 nömrəli arayışlarında iddiaçının xx.xx.1999xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2002-ci il və xx.xx.2002-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər ərzində turbin avadanlığının təmiri üzrə çilingər, xx.xx.2009-xx.xx.2010cu il tarixləri arasındakı dövr ərzində Şirvan təmir sahəsində çilingər, xx.xx.2016xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində X2 və Təmiri İdarəsinin 1 saylı Tikinti Quraşdırma sahəsində quraşdırıcı çilingər vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışlarda İddiaçı çilingər vəzifəsində işlədiyi müddətdə qazanxana, buxarqaz turbini avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə, quraşdırıcı çilingər vəzifəsində çalışdığı müddətdə isə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması ilə məşğul olubolmaması barədə hər hansı məlumat göstərilməmişdir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (3 il 11 ay 4 gün (xx.xx.2011-xx.xx.2015-ci il tarixləri arasındakı dövr) təşkil edir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlili iddiadan imtina aktının və iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etməklə, iddiaya qarşı etirazın məzmununa uyğun izahat vermiş, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. -iddiaçıya məxsus hərbi biletin surətindən görünür ki, xx.xx.1983-xx.xx.1985-ci illərdə hərbi xidmətdə olmuşdur. -АТ-İİİ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək fəaliyyətində olmuşdur. -"xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, 01-PH/20 nömrəli işin xarakteri haqqında güzəştli arxiv arayışında bildirilir ki, İddiaçı həqiqətən xx.xx.1999-cu ildə "xxxx" Dövlət Şirkətinin İstehsalat-Təmir müəssisəsinin X3 təmiri sahəsinə Turbin Avadanlıqlarının təmiri üzrə 6-cı dərəcəli çilingər peşəsinə işə qəbul edilib və xx.xx.2002-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə öz xahişi ilə işdən azad edilib. xx.xx.2009-cu ildə "xxxx"ASC-nin Energetika Avadanlıqların Təmiri İdarəsinin Şirvan təmir sahəsinə 6-cı dərəcəli çilingər peşəsinə qəbul edilib və xx.xx.2010-cu ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsi xitam edilib. xx.xx.2010-cu ildə "xxxx"ASC-nin X1 İdarəsinin Turbin Quraşdırma sahəsinə 4-cü dərəcəli quraşdırıcı-çilingər peşəsinə qəbul edilib, xx.xx.2011-ci ildə “Cənub Layihəsrnin Metal Avadanlıqlarının və Metal Kostruksiyaların” quraşdırılması sahəsinə 4-cü dərəcəli quraşdırıcı-çilingər peşəsinə keçirilib, xx.xx.2015-ci ildə X1 İdarəsinin Qazan Quraşdırma sexinə 5-ci dərəcəli quraşdırıcı-çilingər peşəsinə keçirilib, xx.xx.2016-cı ildə X1 və Təmiri İdarəsinin 1 Sayli Tikinti Quraşdırma sahəsinə 5-ci dərəcəli quraşdırıcı-çilingər peşəsinə keçirilib və xx.xx.2020-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin CS-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsi xitam verilib. Yuxarıda qeyd edilən peşələrdə işləyənlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” Fəslinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacacjötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” fəhlələr bəndinə və 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə əsasən (xx.xx.2011-ci iİdənxx.xx.2015-ci ilədək və xx.xx.2016-cı ildən-xx.xx.2020-ci ildək) “Polad və dəmir-beton kostruksiyaların quraşdırılması” bəndinə əsasən quraşdırıc ıçilingərlərin işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 №-li siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatının 2140000a-18455 saylı şifrəsinə əsasən çilingərlər və bütün adlardan olan elektrik çilingərləri və 2 №-li siyahının XXVİİ “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə (Şifrə- ********) əsasən 2290000a-14612 kodları ilə qeyd edilən “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” yarımbəndinə uyğun quraşdırıcıçilingərlərin işi ilə eynidir və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün staj 13 il, 02 gün təşkil edir. Məlumat üçün bildiririk ki, “Azbaşenerji”nin xx.xx.1978-ci il tarixli 401 №-li əmrinə əsasən “Azenerjitəmir” zavodu İstehsalat Təmir müəssisəsi adlandırılıb. "xxxx"ASC-nin xx.xx.2002-ci il tarixli 13№-li əmrinə əsasən İstehsalat-Təmir müəssisəsi ləğv edilmiş və yeni hüquqi şəxs kimi "xxxx" MMC yaradılmışdır. -Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti “X5 Stansiyası” MMCnin xx.xx.2025-ci il tarixli, 20/206-17/17-25 nömrəli arayışında bildirilir ki, İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixə kimi "xxxx"ASC, “X5 Stansiyası” MMC-nin Qazan turbin sexinin işini təmin edən təmir quraşdırma sexində turbin avadanlıqlarının təmiri üzrə çilingər; xx.xx.2002-ci il tarixdən xx.xx.2009-cu il tarixə kimi "xxxx"ASC, “X5 Stansiyası’’ MMC-nin Qazan turbin sexinin işini təmin edən turbin avadanlıqlarının təmiri sexində çilingər işləmişdir. Qeyd edilənlərə əsasən, İddiaçı Güləli oğlunun “X5 Stansiyası” MMC-də işlədiyi turbin avadanlıqlarının təmiri üzrə çilingər peşəsi, “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin,vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, xx.xx.2007-ci il tarixli Qərarının 24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı fəslinin a) fəhlələr bölməsində qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri peşəsinin xüsusiyyətlərinə uyğun olması səbəbilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması məqsədəuyğun hesab edilir. Bu vəzifədə işlədiyi dövrlərdə ağır və zərərli iş şəraitinə görə əsas əmək haqqına 12% əlavə verilmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 7 (yeddi) il, 2 (iki) ay,17 (on yeddi) gün təşkil edir. -Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti “X5 Stansiyası” MMCnin xx.xx.2025-ci il tarixli, 20/206-xx/xx-2025 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC, “X5 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-nin) istismar müddəti başa çatmış, istehsal fəaliyyəti tam dayandırılmışdır. Enerji blokları köməkçi avadanlıqları ilə müvafiq qanunvericiliyə uyğun olaraq balansdan silinmiş və söküntü işləri yekunlaşmışdır. Bu səbəbdən kadrlarla bağlı əhəmiyyət kəsb edən sənədlər 2020-ci ildə Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialına təhvil verilmişdir. Arxiv sənədlərindən göründüyü kimi İddiaçı xx.xx.2002-ci il tarixdən 31,08.2009-cu il tarixinə kimi "xxxx" ASCnin “X5 Stansiyası” MMC-də (Əli-Bayramlı DRESdə) turbin avadanlıqlarının təmiri üzrə çilingər işləmişdir. Bu vəzifədə işlədiyi dövrlərdə ağır və zərərli iş şəraitinə görə əsas əmək haqqına 12% əlavə verilmişdir. İşlədiyi vəzifə üzrə zərərli iş stajı 7 (yeddi) il, 2 (iki) ay, 17 (on yeddi) gün təşkil edir. Belə ki, İddiaçı işlədiyi turbin avadanlıqlarının təmiri üzrə çilingər peşəsi, “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin,vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23.01,2007-ci il tarixli Qərarının 24.Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı fəslinin a) fəhlələr bölməsində qazanxana, turbin(buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri peşəsinin xüsusiyyətlərinə uyğun olması səbəbilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması məqsədəuyğun hesab edilir. -"xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, 01-PH/241 nömrəli məktubunda qeyd edilimişdir ki, İddiaçı həqiqətən xx.xx.1999-cu ildə "xxxx" Dövlət Şirkətinin İstehsalat Təmir müəssisəsinin X3 təmiri sahəsinə Turbin Avadanlıqlarının təmiri üzrə 6-cı dərəcəli çilingər peşəsinə işə qəbul edilib və xx.xx.2002-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə öz xahişi ilə işdən azad edilib. xx.xx.2009-cu ildə "xxxx"ASC-nin Energetika Avadanlıqların Təmiri İdarəsinin Şirvan təmir sahəsinə 6-cı dərəcəli çilingər peşəsinə qəbul edilib və xx.xx.2010-cu ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsi xitam edilib. xx.xx.2010-cu ildə "xxxx"ASC-nin X1 İdarəsinin Turbin Quraşdırma sahəsinə 4-cü dərəcəli quraşdırıcı-çilingər peşəsinə qəbul edilib, xx.xx.2011-ci ildə “Cənub Layihəsinin Metal Avadanlıqlarının və Metal Kostruksiyaların” quraşdırılması sahəsinə 4-cü dərəcəli quraşdırıcı-çilingər peşəsinə keçirilib, xx.xx.2015-ci ildə X1 İdarəsinin Qazan Quraşdırma sexinə 5-ci dərəcəli quraşdırıcı-çilingər peşəsinə keçirilib, xx.xx.2016-cı ildə X1 və Təmiri İdarəsinin 1 Sayli Tikinti Quraşdırma sahəsinə 5-ci dərəcəli quraşdırıcı-çilingər peşəsinə keçirilib və xx.xx.2020-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin CS-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsi xitam verilib. Yuxarıda qeyd edilən peşələrdə işləyənlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” Fəslinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacacjötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” fəhlələr bəndinə və 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə əsasən (xx.xx.2011-ci iİdənxx.xx.2015-ci ilədək və xx.xx.2016-cı ildən-xx.xx.2020-ci ildək) “Polad və dəmir-beton kostruksiyaların quraşdırılması” bəndinə əsasən quraşdırıcıçilingərlərin işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 №-li siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatının 2140000a-18455 saylı şifrəsinə əsasən çilingərlər və bütün adlardan olan elektrik çilingərləri və 2 №-li siyahının XXVİİ “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə (Şifrə- ********) əsasən 2290000a-14612 kodları ilə qeyd edilən “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” yarımbəndinə uyğun quraşdırıcıçilingərlərin işi ilə eynidir və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün staj: 13 il, 02 gün təşkil edir. -Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti “X5 Stansiyası” MMCnin xx.xx.2025-ci il tarixli, 20/206-xx/xx-2025 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC, "X5 Stansiyası" MMC-nin (Əli-Bayramlı DRES-nin) istismar müddəti başa çatmış, istehsal fəaliyyəti tam dayandırılmışdır. Enerji blokları köməkçi avadanlıqlar ilə müvafiq qanunvericiliyə uyğun olaraq balansdan silinmiş və söküntü işləri yekunlaşmışdır. Bu səbəbdən kadrlarla bağlı əhəmiyyət kəsb edən sənədlər 2020-ci ildə Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialına təhvil verilmişdir. Arxiv sənədlərindən göründüyü kimi, İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2009-cu il tarixə kimi "xxxx" ASC-nin "X5 Stansiyası" MMC-də qazan turbin sexinin işini təmin edən mərkəzləşdirilmiş təmir sexində turbin avadanlıqlarının təmiri üzrə gilingər peşəsində işləyib. İddiaçı işlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: blok avadanlıqlarının istismar rejimində titrəmələrin olması, səs-küyün normadan artıq olması, yüksək təzyiqli və temperaturda işləyən boru kəmərləri və avadanlıqların təmiri, buxar turbinin təmiri işləri və s. olmaqla, turbin avadanlıqlarının təmiri üzrə gilingər peşəsi "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, xx.xx.2007-ci il tarixli Qərarının 24. Elektrik stansiyaları, enerji qatarlari, buxar və güc təsərrüfatı fəsli-nin a) fəhələlər bölməsində 28-ci xanada qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının tam təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtopmatikası üzrə gilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik gilingərləri peşəsinin xüsusiyyətlərinə uyğun olması səbəbiylə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququna malik ola bilməsi məqsədəuyğun hesab edilir. Turbin avadanlıqlarının təmiri üzrə gilingər peşəsində çalışarkən, ona ağır və zərərli iş şəraitinə görə əsas əmək haqqına 12 faiz əlavə əmək haqqı və 6 təqvim günü əlavə məzuniyyət verilmişdir. İşlədiyi vəzifə üzrə zərərli iş stajı 7 (yeddi) il, 2 (iki) ay, 17 (on yeddi) gündür. Qanunverici güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini iddiaçının 25 ildən çox ümumi iş stajının olması və azı 12 il 6 ay incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə çalışması ilə şərtləndirmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, İddiaçı ümumi iş stajının 25 ildən çox olması işin mübahisələndirilməyən halıdır. Cavabdeh tərəfindən mübahisələndirilən məsələ iddiaçının güzəştli iş stajının 12 il 06 aydan az olmasıdır. Halbuki, yuxarıda qeyd edilən arayışlarda iddiaçının güzəştli iş stajının 12 il 06 aydan çox olması təsdiqlənir. Bununla yanaşı, cavabdeh apellyasiya şikayətində iddiaçının faktiki gördüyü işin güzəştli arxiv arayışında ətraflı əks olunmadığını qeyd etsə də, yuxarıda adıçəkilən arayışlardan görünür ki, iddiaçının çalışdığı peşələrin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın müvafiq bəndlərinə uyğun gəldiyi aşkar şəkildə qeyd edilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, 2-1(120)-3459/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar