Məhkəmə qərarları › İş №2-1(106)-82/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-82/2023

01.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-82/2023 01.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər İsmayılov Orxan Nadir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə. İddiaçı cavabdeh Kürdəmir rayonu Cəyli bələdiyyəsinə qarşı «Kürdəmir rayonu Cəyli bələdiyyəsinin 25 dekabr 2020-ci il tarixli, 12 nömrəli qərarının ləğv edilməsi» tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli 2- 1(120)1650/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Kürdəmir rayonu Cəyli bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibаti Məhkəməsinə müraciət edərək, keçmiş Şahbəyli bələdiyyəsi ilə 20 iyul 2004-cü il tarixdə bağlanmış “torpaq icarəsi müqaviləsi”nin ləğv edilməsi barədə Kürdəmir rayonu, Cəyli bələdiyyəsinin 25 dekabr 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2-1(120)-1650/2022 saylı qərarı ilə (hakim F.N.Abbasov) iddia təmin olunmuş, Kürdəmir rayonu Şahbəyli Bələdiyyəsi ilə İddiaçı arasında xx.xx.2004-cü il tarixdə bağlanmış “torpaq icarəsi müqaviləsi”nin ləğv edilməsi barədə Kürdəmir rayonu Cəyli bələdiyyəsinin 25 dekabr 2020-ci il tarixli, 12 nömrəli qərarı ləğv edilmişdir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi məhkəmə iclasında ərizə təqdim edib, apellyasiya şikayətini geri götürdüyünü bildirərək, apellyasiya şikayəti üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil cavabdehin nümayəndəsi tərəfindən verilmiş ərizənin təmin edilməsinə, yəni apellyasiya şikayəti üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətindən imtinasını iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddiaçı apellyasiya şikayətindən imtina etdiyindən iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şirvan İnzibati Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2-1(120)-1650/2022 nömrəli qərarından Kürdəmir rayonu Cəyli bələdiyyəsinin nümayəndəsi tərəfindən verilən apellyasiya şikayətindən imtinası qəbul edilsin və apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi halda qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar