Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-825/2025 10.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 12 avqust 2025-ci il tarixli, 2-1(120)-1775/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 12 avqust 2025-ci il tarixli, 2- 1(120)-1775/2025 nömrəli qərarı ilə iddia təmin edilməsi, İddiaçı hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən 60 yaşdan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqanın dəlilini təşkil edən iddiaçının işlədiyi çilingər, hazrlıq briqadasında usta, yükləmə üzrə usta, boru və ştanqların təmizlənməsi və sınağı sahəsində usta və böyük usta vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında 10 və 10.2-ci bölmələri: fəhlələr yarımbəndində (a) əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə tam şəkildə eynilik təşkil edir. Cavabdeh inzibati orqan iddiaçının ümumi iş stajını qəbul etmiş, güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün xüsusi iş stajına münasibətdə mübahisələndirmədiyi dövürlər 5 il 3 ay (xx.xx.1990-xx.xx.2000-ci il, xx.xx.2000-xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2004-cü il tarixlər) təşkil edir. İddiaçının fəaliyyət göstərdiyi müəssə "Kayman Adalarının «X4» Şirkətində xx.xx.2000-ci il tarixdən xx.xx.2024-cü il tarixədək güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajı isə 15 il 6 ay 9 gün təşkil etdiyini təsdiq etmiş, iddiaçının fəaliyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bəndinin, 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, a) fəhlələr- qazın yığılması üzrə operatorlar va quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar; b) rəhbərlər və mütəxəssislər-neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulla hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar böyük ustalar yarımbəndlərinə uyğun olduğunu bir daha təsdiq etmişdir. Qərardan cаvаbdеh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 60 yaşının tamam olduğu 06 oktyabr 2023-cü il tarixiə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün Əmək pensiyaları haqqında" Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi xahişi ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh imtina etmiş və bildirmişdir ki, güzəştli iş stajı 5 il 3 ay təşkil edir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, "X5"nin iddiaçıya dair xx.xx.2023-cü il tarixli 81 nömrəli arayışında onun xx.xx.1998-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində qaz yığma sexində çilingər, xx.xx.2004-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində hazırlıq briqadasında usta və yükləmə üzrə usta, xx.xx.2009-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində istehsalat sahəsi ustası, xx.xx.2021-2.10.2023-cü il tarixləri arasındakı dövr ərzində boru və ştanqların təmizlənməsi və sınağı sahəsində usta, böyük usta vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi çilingər, hazırlıq briqadasında usta, yükləmə üzrə usta, boru və ştanqların təmizlənməsi və sınağı sahəsində usta və böyük usta vəzifələri Nazirlər kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifələrə uyğun deyil. Eyni zamanda bildirilir ki, iddiaçının xx.xx.2009-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə güzəştli iş stajının dəqiqləşdirilməsi ilə bağlı Mərkəzi Filialı tərəfindən "X5" şirkətinə sorğu göndərilmişdir. Lakin müvafiq sorğuya cavab olaraq, iddiaçının istehsalat sahəsi ustası vəzifəsində işlədiyi müddətdə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulla hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olub-olmamağı ilə bağlı hər hansı məlumat qeyd olunmamışdır. Göstərilən səbəblərə görə, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (5 il 3 ay xx.xx.1990xx.xx.2000-ci il, xx.xx.2000-xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər ərzində)) təşkil edir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1963-cü ildə doğulmuşdur. -“X5” Şirkətinin 81 nömrəli, 12 oktyabr 2023-cü il tarixli arayışında bildirilir ki, İddiaçı X6 Əməliyyat Şirkətində Mexaniki avadanlıqlarının təmiri və xidməti üzrə sexin Boru və ştanqların təmizləndməsi və sınağı sahəsində böyük usta vəzifəsində işləyir. İddiaçı neft sənayesində güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr, vəzifələr üzrə X6 Əməliyyat Şirkətində iş stajı haqqında qeydlər aşağıda göstərilmişdir;
1. Qaz yığma sexi: (bilavasitə neft-qaz sənaye obyektlərində) 5-ci dərəcə qaz yığma operatoru (neft və qaz hasilatı üzrə operatorlarla eynilik təşkil edir, bilavasitə neftqaz sənaye obyektlərində) (xx.xx.2000-xx.xx.2001)
2. Quyulaın Əsaslı və Yeraltı Təmir Sexi: 5-ci dərəcə hazırlıq briqada operatoru (xx.xx.2001-xx.xx.2004)
3. Hazırlıq briqadasında Usta: (xx.xx.2004-xx.xx.2008)
4. Nəqliyyat şöbəsi: (bilavasitə neft-qaz sənaye obyektlərində) yükləmə üzrə usta (xx.xx.2008-xx.xx.2009)
5. Nəqliyyat sexi: (bilavasitə neft-qaz sənaye obyektlərində) yükləmə-boşaltma işləri üzrə usta (xx.xx.2009-xx.xx.2009)
6. Boru bazası: (bilavasitə neft-qaz obyektlərində) istehsalat sahəsi üzrə usta (xx.xx.2009-xx.xx.2013)
7. Quyuların təmirə hazırlanması sexi: istehsalat sahəsinin ustası (xx.xx.2013xx.xx.2021)
8. Mexaniki avadanlıqların təmiri və xidməti üzrə sexin Boru və ştanqlarının təmizlənməsi və sınağı sahəsində usta (xx.xx.2021-xx.xx.2022)
9. Mexaniki avadanlıqların təmiri və xidməti üzrə sexin Boru və ştanqlarının təmizlənməsi və sınağı sahəsində böyük usta (xx.xx.2022-xx.xx.2023) Cəmi: 22 il, 01 ay, 11 gün. "xxxx" Müştərək Müəssisəsi: Qaz yığma sexi 4-cü dərəcəli çilingər qəbul edilib. (xx.xx.1998-xx.xx.1999) Həmin sexdə 4-cü dərəcə qaz yığma operatoru (neft-qaz hasilatı üzrə operatorlarla eynilik təşkil edir bilavasitə neft-qaz sənaye obyektlərində) (xx.xx.1999-xx.xx.1999) İxtisası üzrə 5-ci dərəcə verilib (xx.xx.1999-xx.xx.2000) Əmək kitabçasında göstərilən qeydlərə əsasən, Ümumi əmək stajı 25 il.2 ay.20 gün. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına və “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən aşağıda qeyd olunan çıxarışlar üzrə İddiaçı 25 il, 2 ay, 20 gün imtiyazlı iş stajına malikdir. -SOCAR-ın “Azneft” İstehsalat Birliyinin iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, 14-2-1/2-H-5xx-xx/2024 nömrəli məktubunda bildirilir ki, SOCAR-ın Baş ofisinin Mərkəzi arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 14-2/2-H-559-1/2023-3514 nömrəli arxiv arayışında iddiaçının “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin Elmitədqiqat istehsalat işləri sexində xx.xx.1985-ci il tarixdən xx.xx.1991-ci il tarixədək təmirçiçilingər peşəsində işlədiyi qeyd edilmişdir. İddiaçının “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin Elmi-tədqiqat istehsalat işləri sexində xx.xx.1985-ci il tarixdən xx.xx.1991-ci il tarixədək (5 il 3 ay 18 gün) işlədiyi təmirçi-çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsaltların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2 “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində nəzərdə tutulan “əsas istehsalat sahələrində neftmədən avadanlıqlarının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlər” peşəsi ilə uyğunluq təşkil edir. -“X5” Şirkətinin 04-2/440A nömrəli, xx.xx.2024-cü il tarixli məktubunun surətindən müəyyən olunur ki, İddiaçı “Quyuların Əsalı və Yeraltı təmiri sexində 5-ci dərəcəli haırlıq briqada operatoru” işlədiyi vəzifə üzrə (xx.xx.2001-xx.xx.2004) 20 ildən artıq vaxt keçdiyindən onun vəzifə təlimatı Şirkətin arxivində aşkar olunmamışdır. “X5” Şirkətinin 74 nömrəli, xx.xx.2024-cü il tarixli arayışında bildirilir ki, Kayman Adalarının “X5” Şirkətinin filialının Mexaniki avadanlıqlarının təmiri və xidməti üzrə sexin Boru və ştanqların təmizlənməsi və sınağı sahəsinin böyük ustası İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü) həqiqətən xx.xx.2000-ci il tarixdən hal-hazıradək həmin şirkətdə aşağıdakı peşələrdə işləmişdir:
1. Qaz yığma sexi: (bilavasitə neft-qaz sənaye obyektlərində) 5-ci dərəcə qaz yığma operatoru (neft və qaz hasilatı üzrə operatorlarla eynilik təşkil edir, bilavasitə neftqaz sənaye obyektlərində) (xx.xx.2000-xx.xx.2001) Əmr №1; xx.xx.2001 (0 il 5 ay 13 gün)
2. Quyulaın Əsaslı və Yeraltı Təmir Sexi: 5-ci dərəcə hazırlıq briqada operatoru (xx.xx.2001-xx.xx.2004) Əmr №15/p;xx.xx.2001 (2 il 11 ay 1 gün)
3. Hazırlıq briqadasında Usta: (xx.xx.2004-xx.xx.2008) Əmək müqaviləsinə əlavə (3 il 8 ay 24 gün)
4. Nəqliyyat şöbəsi: (bilavasitə neft-qaz sənaye obyektlərində) yükləmə üzrə usta (xx.xx.2008-xx.xx.2009) Əmək müqaviləsinə əlavə (01 il 11 ay 24 gün)
5. Nəqliyyat sexi: (bilavasitə neft-qaz sənaye obyektlərində) yükləmə-boşaltma işləri üzrə usta (xx.xx.2009-xx.xx.2009) Əmək müqaviləsinə əlavə xx.xx.2008 ( 0 il 5 ay 9 gün)
6. Boru bazası: (bilavasitə negt-qaz obyektlərində) istehsalat sahəsi üzrə usta (xx.xx.2009-xx.xx.2013) Əmək müqaviləsinə əlavə xx.xx.2009 ( 3 il 11 ay 22 gün)
7. Quyuların təmirə hazırlanması sexi: istehsalat sahəsinin ustası (xx.xx.2013xx.xx.2021) Əmr №28-OK;xx.xx.2013 (8 il 5 ay 0 gün)
8. Mexaniki avadanlıqların təmiri və xidməti üzrə sexin Boru və ştanqlarının təmizlənməsi və sınağı sahəsində usta (xx.xx.2021-xx.xx.2022) Əmr№279-BK xx.xx.2021 (0 il 4 ay 0 gün)
9. Mexaniki avadanlıqların təmiri və xidməti üzrə sexin Boru və ştanqlarının təmizlənməsi və sınağı sahəsində böyük usta (xx.xx.2022-xx.xx.2023) Əmr 19-BK; xx.xx.2022 (2 il 9 ay 3 gün) Cəmi: 24 il, 0 ay, 4 gün. İddiaçı neft sənayesində güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr, vəzifələr üzrə Kayman Adalarının “X5” Şirkətində iş stajı haqqında qeydlər aşağıda göstərilmişdir:
1. Qaz yığma sexində 5-ci dərəcəli qaz yığım operatoru: xx.xx.2000-xx.xx.2001;
2. Quyuların Əsalı və Yeraltı təmiri sexində 5-ci dərəcəli hazırlıq briqada operatoru: xx.xx.2001-xx.xx.2004
3. Hazırlıq briqadasında usta: xx.xx.2004-xx.xx.2008
4. Quyuların təmirə hazırlanması sexində istehsalat sahəsində usta: xx.xx.2013-xx.xx.2021. X2 işlədiyi peşələrin güzəştli əmək pensiyası hüququna əsas olan işinin xüsusiyyətləri aşağıdakı kimiddir: 5-ci dərəcəli qaz yığım operatoru: -Bütün hasilat üsulları üzrə neft, qaz, qaz kondensantı çıxarma texnoloji prosesinin aparılması; Quyuların aramsız işləməsinə nəzarət edilməsi, qrup ölçü qurğularının, nasos stansiyalarının, kompressor stansiyalarının işinə və quyuların iş rejminin saxlanması və yaxşılaşdırılması üzrə aparılan geoloji-texniki tədbirlərin keçirilməsinə nəzarət; Neft və qaz quyularının verilmiş istismar əmsalının təmin edilməsi; Elektrik dalma nasoslarının işə buraxılması və qoyulmuş rejimə salınmasının təmin edilməsi; Lay təzyiqinin saxlanması üçün su vurucu quyuların işinə nəzarət; Quyuların kimyəvi üsullarla işləməsinin hesabatının aparılması; Mədəndə aparılan mürəkkəb quraşdırma və sökmə işlərinin, elektrik dalma nasosları qurğularında, avtomatik qrup ölçü qurğularında işlərin görülməsi; Quyuların yeraltı və əasalı təmirə hazırlanmasında, onların təmirdən sonra işə buraxılmasında və rejimə salınmasında iştirakı; İstehsalat sahəsində usta: -Quyuların təmirə hazırlanması sexi tərəfindən istehsalat tapşırıqlarının müəyyən edilmiş vaxtda və həcmdə verilmiş nomenklaturaya, keyfiyyətə uyğun yerinə yetirilməsi əməyin məhsuldarlığının artmasını, avadanlıqların texniki imkanları və rasional yüklənməsi əsasında görülən işlərə çəkilən zəhmətin azaldılmasının təmini; İşlərin vaxtında görülməsini hazırlamaq, fəhlə və briqadaların bölgüsünü təmin etmək; Texnoloji proseslərə riayət olunmasına nəzarət etmək, operativ şəkildə onların pozulmasını aşkara çıxarmaq və səbəblərini aradan qaldırmaq; Fəaliyyətdə olan texnoloji proseslərin, həmçinin istehsalat qrafiklərinin təkmilləşdirilməsi və yenilərinin işlənib hazırlanmasında iştirak etmək. Yüklərin nəqli zamanı onların insanların başı üzərindən keçməməsi və harasa ilişməməsi üçün yükləri müşaiyət etmək; Boruların, ştanqların və görülən işlərin keyfiyyətini yoxlamaq; Sahənin rekonstruksiyası, texnoloji avadanlıqların təmiri, istehsalat proseslərinin və əl əməyinin mexanikləşdirilməsi və avtomatlaşdırılması üzrə başa çatmış işlərin təhviltəslimində iştirak etmək; Fəhlələrin iş normasını yerinə yetirilməsini, istehsalat sahələrindən, alətlərdən, avadanlılardan düzgün istifadə edilməsinin, Hazırlıq sexinin ritmik işini təmin etmək; İşçilərin istehsalat təlimatlandırılmasını həyata keşirmək, əməyin mühafizəsi qaydaları, texniki təhlükəsizlik və istehsalat sanitariyası, avadanlıq və alətlərin texniki istismarı tədbirlərinin yerinə yetirilməsinə dair tədbirlər keçirmək, həmçinin bu işə nəzarət etmək; Hazırlıq sexinin istehsalat-təsərüfat fəaliyyətini nizamlayan qanunverici və normativ aktlara uyğun olaraq başçılıq etdiyi istehsalat sahəsinə rəhbərlik etmək. İddiaçı "Kayman Adalarının «X4» Şirkətində xx.xx.2000-ci il tarixdən xx.xx.2024-cü il tarixədək güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajı isə 15 il 6 ay 9 gün təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bəndinin, 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, a) fəhlələr- qazın yığılması üzrə operatorlar va quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar; b) rəhbərlər və mütəxəssislər-neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulla hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar böyük ustalar yarımbəndlərinə uyğundur. Arayışda olan məlumatlar işçinin Əmək kitabçasına və şəxsi işinə istinadən qeyd edilmişdir. X9 Məhkəməsinə təqdim edilməsi üçün verilir. Arayış “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"na 2 nömrəli Əlavəyə uyğun hazırlanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” bölməsinin 10.2-ci bəndinin a) yarımbəndində fəhlələr- qazın yığılması üzrə operatorlar va quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar (15-ci abzas), b) yarımbəndində rəhbərlər və mütəxəssislər-neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulla hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar böyük ustalar (3-cü abzas) peşələri güzəştli şərtlərlə pensiya təyinatına əsas verən peşə kimi nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 12 avqust 2025-ci il tarixli, 2-1(120)-1775/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.