Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-828/2025 23.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: Forma-088-də qeyd olunan diaqnozun əlillik təyinatına əsas verməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi X1rşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli *-*(***)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: ##.##.2014-cü il tarixli *** nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, iddiaçının xəstəliyi ilə bağlı “Kəskin dərəcədə ifadə olunmuş trofiki pozulmalarla müşayiət olunan sirinqomeliya” diaqnozu qoyulmuş və travmanın səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Əlillik vəziyyəti barədə elektron alt sistemdən çıxarışlardan görünür ki, İddiaçı ##.##.2014cü il tarixdə X7: VI Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G95 - Onurğa beyninin digər xəstəliyi => G95.0 - Sirinqomieliya və sirinqobulbiya; Diaqnoz: kəskin dərəcədə ifadə olunmuş trofiki şirinqomeqaliya burun arakəsmələrinin əyriliyi; Meyar: 2.2 İkinci dərəcə əlillik => DİGƏR: kəskin dərəcədə ifadə olunmuş trofiki şirinqomeqaliya burun arakəsmələrinin əyriliyi diaqnozu ilə 1 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar ilkin əlillik; ##.##.2015-ci il tarixdə X7: VI Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G95 - Onurğa beyninin digər xəstəliyi => G95.0 - Sirinqomieliya və sirinqobulbiya; Diaqnoz: Sirinqomieliya.Kəskin dərəcədə ifadə olunmuş trofiki pozulmalarla müşayət olunan sirinqomieliya; Meyar: 2.2 İkinci dərəcə əlillik=>2.2.11. Onurğa beyninin xəstəliyi və ya travması nəticəsində aşağı ətrafların nəzərə çarpan parezi və ya çanaq orqanları funksiyalarının pozulması halları diaqnozu ilə 1 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar əlillik; ##.##.2016-cı il tarixdə X7: VI Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G95 - Onurğa beyninin digər xəstəliyi => G95.0 - Sirinqomieliya və sirinqobulbiya; Diaqnoz: Sirinqomieliya. Kəskin dərəcədə ifadə olunmuş trofiki pozulmalarla müşayət olunan sirinqomieliya; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.11. Onurğa beyninin xəstəliyi və ya travması nəticəsində aşağı ətrafların nəzərə çarpan parezi və ya çanaq orqanları funksiyalarının pozulması halları diaqnozu ilə 5 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar əlillik təyin edilmişdir. “xxxx” X1 tərəfindən əsas diaqnoz: G95.0-Sirinqomeliya və sirinqobulbiya, kəskin dərəcədə ifadə olunmuş trofiki pozulmalarla müşayiət olunan siringomeliya; Yanaşı xəstəliklər: E11-İnsulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet, II tip, orta ağır forma, H52.1 Miopiya, OU-zəif dərəcəli miopiya, I11-Ürəyin hipertenziv xəstəliyi, Ürəyin hipertenziv xəstəliyi, başlıca olaraq üzərin zədələnməsi ilə gedən hipertoniya xəstəliyi, G63.2-Diabetik polinevropatiya (E10- 14 ümumi dördüncü.4 işarəsi ilə), Diabetik polineyropatiya diaqnozu ilə bağlı iddiaçı barəsində ##.##.2024-cü il tarixli M********DBD nömrəli göndəriş rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən ##.##.2024-cü il tarixli qərar ilə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmiş, qərar elektron sistemə ##.##.2024-cü il tarixdə daxil edilmişdir. “xxxx” X1 tərəfindən verilmiş ##.##.2026-cı il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “...İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: İddiaçı əlillik vəziyyətinin Tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində qeyd edilən “Əsas diaqnoz: G95.0 Siningomieliya və sirinqobulbiya, kəskin dərəcədə ifadə olunmuş, trofiki pozulmalarla müşayiət olunan sirinqomieliya; Yanaşı xəstəliklər: E11-İnsulindən asılı olmayan şəkərli diabet. Şəkərli diabet, II tip, orta ağır forma, H52.1 Miopiya, OU-zəif dərəcəli miopiya, İ11 Ürəyin hipertenziv xəstəliyi, başlıca olaraq ürəyin zədələnməsi ilə gedən hipertoniya xəstəliyi, G63.2* Diabetik polineyropatiya (E 10-14 ümumi dördüncü 4 işarəsi ilə). Diabetik polineyropatiya” diaqnoz aparılmış kliniki və instrumental müayinələrin əsasında müəyyən olunmuşdur. ##.##.2026-cı il tarixdə şəxsin məhkəmə-tibbi müayinəsi zamanı sağ əlin əzələlərində hipotrofıya müşahidə edilir, açma natamamdır. İddiaçı ##.##.2026-cı il tarixdə “Respublika Neyrocərrahiyyə xəstəxanası” PHŞ-ə ambulator müraciət etmiş, baş-beyin və boyun fəqərələrinin MRT müayinələri, həmçinin EMQ müayinəsi olunmuş, müayinə nəticələrinə əsasən “Boyun osteoxondrozu, C3-C7 səviyyəsində mielopatiya, mielomalyasiya. C2-C3, C3-C4, C4-C5, C5-C6, C6-C7 arxa median protruziyalar. Sağdan median, soldan ulnar sinirin motor aksonal zədələnməsi” diaqnozu qoyulmuş, neyrocərrahi müdaxiləyə göstəriş olmadığı və nevroloq tərəfindən müayinə və müalicə aparılması tövsiyə edilmişdir. İddiaçı “X4 və Ortopediya İnstitutu” PHŞ-də ##.##.2026-cı il tarixdə ambulator müraciət edərkən ona “Sirinqomieliya xəstəliyi. sağtərəfli median, soltərəfli ulnar sinirin neyropatiyası. Sağ əl barmaqlarının bükücü-açıcı kontrakturası. Onurğanın boyun fəqərələrarası disk yırtığı. Sağ said əzələlərin sola nisbətdə hipotrofİyası. Ağrı sindromu ilə. XBT: G95.0. G56.1. M21.2, M50, R52.2, M62.5” diaqnozu qoyulmuşdur. İddiaçı tibbi müəssisələrində təyin edilmiş hazırki diaqnoz 2016 və 2024-cü il tarixlərdə Forma 88-də göstərilən diaqnozlarla ümumən eynilik təşkil edir.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “##.##.2024-cü il tarixli *******0006 nömrəli qərarın ləğv edilməsi və ##.##.2024-cü il tarixindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş M********DBD nömrəli göndəriş əsasında orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinə uyğun olaraq hərbi xidmət dövrü ilə əlaqədar müvafiq əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1998-ci ildə C.Naxçıvanski adına Hərbi Liseyə daxil olmuş, oranı bitirdikdən sonra 2000-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuş, 2004-cü ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirdikdən sonra ona R hərbi rütbəsi verilmiş və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit vəzifələrində ##.##.2014-cü il tarixədək müxtəlif hərbi hissələrdə hərbi xidmət keçmişdir. Hərbi xidmətdən ehtiyata Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2014-cü il tarixli *** nömrəli xəstəlik haqqında şəhadətnaməsi əsasında buraxılmışdır. Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında qeyd olunur ki, “Xəstəlik xərbi xidmət dövründə alınmışdır”. Ehtiyata buraxılma diaqnozu: kəskin dərcədə ifadə olunmuş trofiki pozulmalarla müşaiyyət olunan sirinqomieliya olmuşdur. Hərbi xidmət dövründə xəstələndiyinə görə hərbi xidmətlə əlaqədar olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir. Hazırda da vaxtı ilə Azərbaycanın Respublikası Silahlı Qüvvələrində döyüşən hərbi hissədə hərbi xidmət keçərkən xidməti dövründə düçar olduğu ağır xəstəlikdən əziyyət çəkir. Daimi müayinələrə ehtiyacı vardır. Ehtiyata buraxılandan sonra dəfələrlə müayinələr keçmiş və xəstəliyində aöırlaşmalar var. Həkimlərin demələrinə görə xəstəliyi sağalan deyil. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etirazda qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Salyan Rayon Mərkəzi Xəstəxnasının ##.##.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Kəskin dərəcədə ifadə olunmuş trofiki pozulmalarla müşayiət olunan siringomiyeliya. Şəkərli diabet, II tip, orta ağır forma. Diabetik polineyropatiya. Ürəyin hipertenziv xəstəliyi. OU-zəif dərəcəli miopiya... Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Şirvan İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarı (hakim Hilal Nəcəfov) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ## ##### 2026-cı il tarixli 2- 1(106)-828/2025-ci il tarixli qərardadı ilə iddiaçının “İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi X1rşı “##.##.2024-cü il tarixli *******0006 nömrəli qərarın ləğv olunması və ##.##.2024-cü il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar orqanizmin funksiyalarının pozulması 40 faiz dərəcəsinə uyğun 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddianın dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən sırf ekspert rəyinə əsaslanaraq, işdə olan sənədlərə istinad edərək vətəndaşın xeyrinə tövsif etməklə qərar qəbul etmişdir. Halbuki, ekspert rəyi belə natamam aparılmışdır. Ekspert heç bir instrumental müayinələr aparılmadan tibbi sənədlərə əsasən iddiaçının qeyd edilən xəstəliklərdən əziyyət çəkdiyini qeyd etmişdir. Bundan əlavə, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir. Şəxsə əlillik təyinatı aparılması üçün şəxsdə xəstəliyin ağırlaşmaları mövcud olmalıdır. Apellyasiya şikayətinə dair etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddiaya uyğun izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. ... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: ... 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya * nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya * nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 1.6. Bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir.
2. Göndərişin verilməsi qaydası
2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. ... 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X7na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir. ... 2.8. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”:
1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; ... 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları
2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. ... 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”
6.6.3. onurğa beyninin digər xəstəlikləri G95 Qiymətləndirmə 6.6.3.1. mülayim ikitərəfli motor və hissiyyat 40 2 il pozuntuları ilə onurğa sütununun natamam zədələnməsi, cüzi tetraparez ilə (sidik kisəsinin və düz bağırsağın fəaliyyəti pozulmadan)
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilməlidir. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklərin onda olması işdə olan sübutlarla təsdiqini tapır və bu səbəbdən ona müvafiq əlilik dərəcəsi təyin edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, ##.##.2014-cü il tarixli *** nömrəli xəstəlik haqqında şəhadətnamə ilə iddiaçı şəhadətləndirilmiş, onun xəstəliyi ilə bağlı “Kəskin dərəcədə ifadə olunmuş trofiki pozulmalarla müşayiət olunan sirinqomeliya” diaqnozu qoyulmuş və travmanın səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Əlillik vəziyyəti barədə elektron alt sistemdən çıxarışlardan görünür ki, iddiaçıya ##.##.2014-cü il tarixdə X7: VI Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G95 - Onurğa beyninin digər xəstəliyi => G95.0 - Sirinqomieliya və sirinqobulbiya; Diaqnoz: kəskin dərəcədə ifadə olunmuş trofiki şirinqomeqaliya burun arakəsmələrinin əyriliyi; Meyar: 2.2 İkinci dərəcə əlillik => DİGƏR: kəskin dərəcədə ifadə olunmuş trofiki şirinqomeqaliya burun arakəsmələrinin əyriliyi diaqnozu ilə 1 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar ilkin əlillik; ##.##.2015-ci il tarixdə X7: VI Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G95 - Onurğa beyninin digər xəstəliyi => G95.0 - Sirinqomieliya və sirinqobulbiya; Diaqnoz: Sirinqomieliya.Kəskin dərəcədə ifadə olunmuş trofiki pozulmalarla müşayət olunan sirinqomieliya; Meyar: 2.2 İkinci dərəcə əlillik=>2.2.11. Onurğa beyninin xəstəliyi və ya travması nəticəsində aşağı ətrafların nəzərə çarpan parezi və ya çanaq orqanları funksiyalarının pozulması halları diaqnozu ilə 1 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar əlillik; ##.##.2016-cı il tarixdə X7: VI Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G95 - Onurğa beyninin digər xəstəliyi => G95.0 - Sirinqomieliya və sirinqobulbiya; Diaqnoz: Sirinqomieliya. Kəskin dərəcədə ifadə olunmuş trofiki pozulmalarla müşayət olunan sirinqomieliya; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.11. Onurğa beyninin xəstəliyi və ya travması nəticəsində aşağı ətrafların nəzərə çarpan parezi və ya çanaq orqanları funksiyalarının pozulması halları diaqnozu ilə 5 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar əlillik təyin edilmişdir. “xxxx” X1 tərəfindən əsas diaqnoz: G95.0-Sirinqomeliya və sirinqobulbiya, kəskin dərəcədə ifadə olunmuş trofiki pozulmalarla müşayiət olunan siringomeliya; Yanaşı xəstəliklər: E11-İnsulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet, II tip, orta ağır forma, H52.1 Miopiya, OU-zəif dərəcəli miopiya, I11-Ürəyin hipertenziv xəstəliyi, Ürəyin hipertenziv xəstəliyi, başlıca olaraq üzərin zədələnməsi ilə gedən hipertoniya xəstəliyi, G63.2-Diabetik polinevropatiya (E10- 14 ümumi dördüncü.4 işarəsi ilə), diabetik polineyropatiya diaqnozu ilə bağlı iddiaçı barəsində ##.##.2024-cü il tarixli M********DBD nömrəli göndəriş rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən ##.##.2024-cü il tarixli qərar ilə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmiş, qərar elektron sistemə ##.##.2024-cü il tarixdə daxil edilmişdir. “xxxx” X1 tərəfindən verilmiş ##.##.2026-cı il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “...İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: İddiaçı əlillik vəziyyətinin Tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində qeyd edilən “Əsas diaqnoz: G95.0 Siningomieliya və sirinqobulbiya, kəskin dərəcədə ifadə olunmuş, trofiki pozulmalarla müşayiət olunan sirinqomieliya; Yanaşı xəstəliklər: E11-İnsulindən asılı olmayan şəkərli diabet. Şəkərli diabet, II tip, orta ağır forma, H52.1 Miopiya, OU-zəif dərəcəli miopiya, İ11 Ürəyin hipertenziv xəstəliyi, başlıca olaraq ürəyin zədələnməsi ilə gedən hipertoniya xəstəliyi, G63.2* Diabetik polineyropatiya (E 10-14 ümumi dördüncü 4 işarəsi ilə). Diabetik polineyropatiya” diaqnoz aparılmış kliniki və instrumental müayinələrin əsasında müəyyən olunmuşdur. ##.##.2026-cı il tarixdə şəxsin məhkəmə-tibbi müayinəsi zamanı sağ əlin əzələlərində hipotrofıya müşahidə edilir, açma natamamdır. İddiaçı ##.##.2026-cı il tarixdə “Respublika Neyrocərrahiyyə xəstəxanası” PHŞ-ə ambulator müraciət etmiş, baş-beyin və boyun fəqərələrinin MRT müayinələri, həmçinin EMQ müayinəsi olunmuş, müayinə nəticələrinə əsasən “Boyun osteoxondrozu, C3-C7 səviyyəsində mielopatiya, mielomalyasiya. C2-C3, C3-C4, C4-C5, C5-C6, C6-C7 arxa median protruziyalar. Sağdan median, soldan ulnar sinirin motor aksonal zədələnməsi” diaqnozu qoyulmuş, neyrocərrahi müdaxiləyə göstəriş olmadığı və nevroloq tərəfindən müayinə və müalicə aparılması tövsiyə edilmişdir. İddiaçı “X4 və Ortopediya İnstitutu” PHŞ-də ##.##.2026-cı il tarixdə ambulator müraciət edərkən ona “Sirinqomieliya xəstəliyi. sağtərəfli median, soltərəfli ulnar sinirin neyropatiyası. Sağ əl barmaqlarının bükücü-açıcı kontrakturası. Onurğanın boyun fəqərələrarası disk yırtığı. Sağ said əzələlərin sola nisbətdə hipotrofİyası. Ağrı sindromu ilə. XBT: G95.0. G56.1. M21.2, M50, R52.2, M62.5” diaqnozu qoyulmuşdur. İddiaçı tibbi müəssisələrində təyin edilmiş hazırki diaqnoz 2016 və 2024-cü il tarixlərdə Forma 88-də göstərilən diaqnozlarla ümumən eynilik təşkil edir.” Kollegiya iddia müddəti ilə bağlı xüsusi mümkünlük şərtinə münasibətdə bildirir ki, mübahisələndirilən qərar elektron sistemə ##.##.2024-cü il tarixdə daxil edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən buraxılmış prosessual müddət bərpa edilmişdir. Cavabdeh həmin qərardan şikayət verməmişdir. Belə ki, İPM-in 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. İddia müddəti ilə bağlı xüsusi mümkünlük şərti apellyasiya şikayətinin dəlili deyil. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddia mümkün iddiadır. Kollegiya qeyd edir ki, iş materiallarında olan sübutlarla (tibbi sənədlər, göndəriş, mütəxəssis rəyi və s.), o cümlədən “xxxx” X1 tərəfindən verilmiş ##.##.2026-cı il tarixli T***/**** saylı ekspert rəyi ilə sübut edilir ki, iddiaçıda olan xəstəlik ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın “6.6.3. Onurğa beyninin digər xəstəlikləri-G95, Qiymətləndirmə: 6.6.3.1. mülayim ikitərəfli motor və hissiyyat pozuntuları ilə onurğa sütununun natamam zədələnməsi, cüzi tetraparez ilə (sidik kisəsinin və düz bağırsağın fəaliyyəti pozulmadan) bənlərinə uyğun 40 faiz 2 il müddətinə əlillik təyin edilməsinə əsas verir. Həmçinin, nəzərə alınmalıdır ki, iş üzrə iddiaçının xəstəliyi ilə bağlı mütəxəssis rəyi Respublikada bu sahə üzrə ixtisaslaşmış tibb mərkəzi tərəfindən verilmişdir. İddiaçı sonuncu qərarı mübahisələndirdiyi üçün əlillik təyinatı həmin qərarın tarixindən, ##.##.2024-cü il tarixdən təyin edilməlidir. Əlilliyin səbəb əlaqəsinə münasibətdə isə bildirilir ki - MN Mərkəzi Həkim Kamissiyası tərəfindən ##.##.2014-cü il tarixli *** nömrəli xəstəlik haqqında şəhadətnamədə qeyd edilmiş - “Kəskin dərəcədə ifadə olunmuş trofiki pozulmalarla müşayiət olunan sirinqomeliya” diaqnozu yuxarıda qeyd edilmiş diaqnoza uyğundur və Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə həmin xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qərarda orqanizmin funksiyalarının pozulması faizini və müddətini göstərməmiş, apellyasiya icraatı zamanı iddiaçının iddianın dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir.
Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Tibbi-sosial ekspert komissiyasının ##.##.2024-cü il tarixli *******0006 nömrəli qərarı ləğv edilsin. İddiaçı İddiaçı oğluna ##.##.2024-cü il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar orqanizmin funksiyalarının pozulması 40 faiz dərəcəsinə uyğun 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehn üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.