Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-829/2025 25.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0004 nömrəli qərarın ləğv olunması və xx.xx.2024-cü il tarixdə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş Z00204453NZP nömrəli göndəriş əsasında orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinə uyğun olaraq ona müvafiq əlilliyin müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə üzrə Şirvan İnzibati Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, 2-1(120)-1399/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2024-cü il tarixli Z00204453NZP saylı qərarının ləğv edilməsi və ona ikinci qrup müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli qərardadı ilə “Cəlilabad rayon Mərkəzi Xəstəxanası” X7 nümayəndəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Sonradan iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0004 nömrəli qərarın ləğv olunması və xx.xx.2024-cü il tarixdə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş Z00204453NZP nömrəli göndəriş əsasında orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinə uyğun olaraq ona müvafiq əlilliyin müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2005-ci ildə Cəlilabad rayon Cəngan kəndində anadan olmuş, hal-hazırda orada yaşayır. Onun beş yaşı olarkən xx.xx.2010-cu ildən İnsulindən aslı şəkərli diabet diaqnozu ilə uşaqlıqdan sağlamlıq imkanları məhdud uşaq hesab olunaraq pensiya müavinəti 18-yaşıma kimi, yəni xx.xx.2023-ci il tarixə kimi alımışdır. Həmin tarixdən təkrar “Diaqnozun mətni: İnsulindən aslı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalara, Şəkərli diabe tip, çoxsaylı ağırlaşmalar Mərkəzə göndərilmənin/ E11,7 şəkərli diabet İ tip İnsulindən aslı Ç 92 diabetik ensefalopatiya Ç 63.2 dabetik polineyropatiya H 04,1 Ön “Quru göz” sindromu Ç 90.9 veqefazir sinir sisteminin dəqiqləşdirilməmiş pozğunluğu İmtina edilməsinin səbəbi: Ətraflı müalicəyə ehtiyacın olması .Ətraflı : İxtisaslaşmış müalicələrin davamı məsləhət görünür səbəbi ilə imtina verilmişdir. DTSERA Aparatda Cərrahi, onkoloji, və travmataloji xəstəlikləri istiqaməti üzrə komissiyasından keçdərkən ona ordan müayinə edən komissiyanın üzvüləri və hakimləri bildirmişdirlər ki, xəstəliyi ilə əlaqədar hazırda əlavə ixtisaslaşdırılmış stasioanar müailicənə ehtiyac yoxdur. Sistemə həmin xəstəliyyə aid məlumatlar düzgün vurulmamışdır. Buna görə əvvəlki diaqnozunda əlillik əlaməti təyin etmir səbəbindən ona imtina gəlmişdir. Qanunlara düzəliş etmək səlahiyyətində deyilik, xəstəliyin göz qarşısındadır bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyyə etmişdirlər. Odur ki, hüquqlarının müdafiə olunması üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilmiəsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, İddiaçı cavabdeh Agentliyin üzərinə 1. İnsulindən asılı şəkərli diabet, Koma ilə., Şəkərli diabet tip İ, insulindən asılı, dekompensasiya mərhələsi. Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü. 4 işarəsi ilə), Səbəbiylə əlilliyin təyin edilməsi öhdəliyinin qoyulmasını məhkəmədən xahiş edir. İddiaçının Agentliyə Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış müalicənin davamı məsləhət görülür, barədə qərar qəbul edilməsi səbəbiylə imtina verilmişdir. Həmçinin, bildirmək istəyirik ki, xəstəliyin başladığı vaxtdan dinamikası və aparılan müalicələr barədə məlumatlar səthi qeyd edilmişdir. Eyni zamanda iddiaçının stasionar və ambulator müainəsiylə yanaşı instrumental müainələrindən aydın olur ki, Xəstənin diaqnozu ilə əlaqədar ixtisaslaşmış tibb müəssəsində əlavə müavinə və müalicəyə ehtiyacı var barədə qərar qəbul edilmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlavə müavinə və müalicəyə ehtiyacı var barədə qərar qəbul edilmişdir. Şəxsin əlilliyi qiymətləndirilərkən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Qaydalarına uyğun qiymətləndirilir və xəstəliyin ağırlaşmaları nəzərə alınır. Əyani müainəyə göndərilməsi zərurəti yaranmışdır. Əlavə olaraq, əlilliyin müddətsiz təyin edilməsinə münasibətdə bildirirəm ki, qeyd edilən məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi və “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin Qərarı ilə tənzimlənir. Nazirlər Kabinetinin Qərarının 4.2-ci bəndinə əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. AR İPM-nin 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsində əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasfnm və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul etməyinizi xahiş etmişdirlər. Şirvan İnzibati Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, 2-1(120)-1399/2025 saylı qərarı (Hilal Nəcəfov) ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, 2-1(120)-1399/2025 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə baxarkən sırf ekspert rəyinə əsaslanaraq, halbuki ekspert rəyi belə natamam aparılmışdır, işdə olan sənədlərə istinad edərək vətəndaşın xeyrinə tövsif etməklə qərar qəbul edərək vətəndaşın əlilliyin təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki, ekspert heç bir instrumental müayinələr aparmadan sırf tibbi sənədlərə əsasən iddiaçının qeyd edilən xəstəliklərdən əziyyət çəkdiyini qeyd etmişdir. Bundan əlavə diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir. Şəxsə əlillik təyinatı aparılması üçün şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır. Sözügedən hal, yəni iddiaçıda əlillik təyinatına əsas verə patofunksional pozuntuların və ağırlaşmaların aşkar edilməməsi vətəndaşın əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin TibbiSosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Göndərişdə qeyd olunan diaqnozda ağırlaşmaların öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, 2-1(120)-1399/2025 saylı qərarının ləğv edilərək iddianın təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi Kamran Abdulrəhimov apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirir və Şirvan İnzibati Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, 2- 1(120)-1399/2025 saylı qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş edir. İddiaçı apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirir və Şirvan İnzibati Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, 2-1(120)-1399/2025 saylı qərarının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. “İnzibati icraat haqqında” Qanun: Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman (dəqiqləşdirildikdən sonra) tələbi Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0004 nömrəli qərarın ləğv olunması və xx.xx.2024-cü il tarixdə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş Z00204453NZP nömrəli göndəriş əsasında orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinə uyğun olaraq ona müvafiq əlilliyin müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçı müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olduğu (“E10-E14” Şəkərli diabet, E10 – İnsulindən asılı şəkərli diabet) müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi 10 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2010-cu il tarixli, SER TSE-01 014691 nömrəli arayışın surətindən görünür ki, İddiaçı şəkərli diabet İ tip, insulindən asılı vəziyyətdə 18 yaşınadək əlillik təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 1 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0004 nömrəli qərarının surətindən görünür ki, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-4/2-22213/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemindən əldə olunan məlumata əsasən, İddiaçı əlillik vəziyyəti Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Y00078380JJV və A00136881HNV nömrəli göndərişi əsasında xx.xx.2023- cü və xx.xx.2023-cü il tarixində elektron qiymətləndirilmiş və hər iki halda natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Daha sonra əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə İddiaçı dair dövlət tibb müəssisəsi tərəfindən xx.xx.2024-cü il tarixli, Z00160374CBA nömrəli göndəriş daxil olmuşdur. Bununla əlaqədar, İddiaçı qeydiyyatda olduğu ərazi üzrə xidmət göstərən Tibbisosial ekspert komissiyasına müraciət etməyi tövsiyə olunmuşdur. Müraciətinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixində 15 nömrəli Tibbi-sosial ekspert komissiyasında qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq təyin edilmiş diaqnozda qeyd olunan patofunksional dəyişikliklər öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, barəsində xx.xx.2024-cü il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin Z00204453NZP nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8 “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” X7 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 18-1-32/2-1993/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Cəlilabad rayonu, Cəngan kənd sakini xx.xx.2005-ci il təvəllüdlü İddiaçı təkrar xəstə kimi “Şəkərli diabet l-tip, diabetik retinopatiya” diaqnozu ilə Cəlilabad RMX PHŞ-in Həkim Məsləhət Komissiyasına müraciət etmişdir. Onun sənədləri xx.xx.2023-cü il tarixdə Y00079380JJV №-li bildirişlə, xx.xx.2023-cü il tarixdə A00136885HNB №-li bildirişlə ƏƏSMN-in Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən hər iki göndərişə imtina:Natamam doldurma qərarı verilmişdir. İddiaçı sənədləri xx.xx.2024-cü il tarixdə Z00160374CBA №- li bildirişlə ƏƏSMN-in Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən imtina: Qeydiyyat olduğu bölgə üzrə Tibbi Sosial Ekspert Komissiyasına yaxınlaşmalı qərarı verilmişdir. xx.xx.2024-cü il tarixdə onun sənədləri Z00204453NZP №-li bildirişlə ƏƏSMN-in Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən imtina: Əlavə müalicəyə ehtiyacın olması qərarı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına X5 X7 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 230 nömrəli məktubunda görünür ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin vətəndaşlara tibbi xidmətlərin göstərilməsinin müvafiq tibb müəssisələri üzrə vahid elektron sistemdən əldə etdiyimiz məlumatlardan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü vətəndaş İddiaçı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına X5” X8ə ambulator müayinə və müalicə üçün müraciət etmişdir. İddiaçı diabetik pəncə şöbəsində xx.xx.2023-cü il tarixdə ümumi cərrah Ceyhun Babayevin və endokrinoloq Günel Mahmudovanın ixtisaslı həkim müayinəsi, eləcə də doppleroqrafiya həkimi Nuranə Xankişiyevanın aşağı ətraf arteriyalarının və venalarının rəngli doppler müayinəsi xidmətlərindən, xx.xx.2023-cü il tarixdə ümumi cərrah Yunus Eyyubovun və endokrinoloq Rəxşanə Nəsibovanın ixtisaslı həkim müayinəsi, eləcə də doppleroqrafiya həkimi Nuranə Xankişiyevanın aşağı ətraf arteriyalarının rəngli doppler müayinəsi xidmətlərindən istifadə etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmətibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8i xx.xx.2025-ci il tarixli T 59/2025 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 1-4.Vətəndaş İddiaçı iş materiallarında olan xx.xx.2024-cü il tarixdə “Respublika Kliniki Xəstəxanası”nda müayinə edilərkən ona “G10.7-şəkərli diabet tipli çoxsaylı ağırlaşmalar, H35.0-OS-diabetik angiopatiya, G63.2-diabetik polineyropatiya, İ49.8-ürək ritminin digər dəqiqləşdirilməmiş pozğunluqları” diaqnozu müəyyən edilmişdir. İş materiallarında olan bu diaqnoz 2024-cü ilin son müayinə diaqnozu olduğundan onun hazırda da həmin xəstəliklərdən əziyyət çəkməsini inkar etmək olmaz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 2010-cu ildə şəkərli diabet İ tip, insulindən asılı vəziyyətdə 18 yaşınadək əlillik təyin edilmişdir. Cəlilabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli Z00204453NZP №-li göndərişdə İddiaçı E10.7-İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İ tip, çoxsaylı ağırlaşmalarla) diaqnozu təyin olunmuş, səbəb kimi “ümumi xəstəlik” göstərilmişdir. İddiaçı həmin xəstəliyə görə əlilliyin təyin edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tabeliyində Tibbi- Sosial Ekspert Komissiyasına müraciət etmişdir. Komissiyanın xx.xx.2024-cü il tarixli xxxxxxx0004 №-li qərarı ilə İddiaçı barəsində əlavə müalicəyə ehtiyacın olmaması səbəbi ilə əlilliyin təyin olunmasından imtina edilmişdir. İddiaçı həmin qərarla razı olmamış və məhkəmədə həmin qərarı mübahisələndirmişdir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası:1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə-“Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında - 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında - 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 11.2.-ci bəndində göstərilən Şəkərli diabet (E10-E14) mövcud olduqda əlilliyin qiymətləndirilməsi xəstəyə qoyulmuş diaqnozlardan (11.2.3 - diabetik retinopatiya, 11.2.4 - diabetik polineyropatiya və s.) asılı olaraq Əlavənin müvafiq bəndinə əsasən aparılır. Məhkəmə kollegiyası məhkəmə araşdırmasını həmçinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” Azərbaycan Respublikasının Ali Məhkəməsinin icmal məktubunda əks olunan hüquqi dəyərləndirmə əsasında aparılmasını zəruri hesab edir. Həmin icmal məktubunda qeyd edilir: “Məlumdur ki, əlilliyin qiymətləndirilməsinə dair mübahisələrin həlli üçün əhəmiyyət kəsb edən bir sıra halların müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, ekspertiza təyin edilməklə araşdırılır (32-ci bənd). Ekspertiza fəaliyyətinin əsaslarını müəyyən edən qanunvericiliyin, o cümlədən prosessual qanunvericiliyin normaları vəhdətdə nəzərdən keçirilməklə qeyd edilir ki, ekspert yalnız iddiaçının sağlamlıq vəziyyətinin (xəstəlik və ağırlaşmalarının) müəyyən edilməsi ilə bağlı tibbi xarakterli sualları cavablandırmaq vəzifəsini daşımaqla, şəxsin sağlamlıq vəziyyəti, xəstəliklərin diaqnostikası və əlaqəli məsələlərdə məhz hüquqi bilikləri istisna edən, bununla belə, tibbi bilikləri əhatə edən suallar əsasında aparılmış tədqiqatın nəticəsində müəyyənləşdirilir (36-cı bənd)”. Hazırkı işin hallarından müəyyən edillir ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən " E10.7-İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İ tip, çoxsaylı ağırlaşmalarla” diaqnozu xx.xx.2024-cü il tarixdə əlilliyin təyini ilə bağlı Z00204453NZP №-li №-li göndərişlə (forma 88) rəsmiləşdirilərək TSEK-in elektron altsisteminə ötürülmüşdür. İddiaçıda həmin xəstəliklərin və diaqnozun həqiqətən də mövcud olub-olmamasını təsdiq etmək üçün xüsusi bilik tələb olunduğundan iş üzrə xx.xx.2024-cü il tarixində birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8inə tapşırılmışdır. Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli T 59/2025 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 1-4.Vətəndaş İddiaçı iş materiallarında olan xx.xx.2024cü il tarixdə “Respublika Kliniki Xəstəxanası”nda müayinə edilərkən ona “G10.7-şəkərli diabet tipli çoxsaylı ağırlaşmalar, H35.0-OS-diabetik angiopatiya, G63.2-diabetik polineyropatiya, İ49.8-ürək ritminin digər dəqiqləşdirilməmiş pozğunluqları” diaqnozu müəyyən edilmişdir. İş materiallarında olan bu diaqnoz 2024-cü ilin son müayinə diaqnozu olduğundan onun hazırda da həmin xəstəliklərdən əziyyət çəkməsini inkar etmək olmaz. Məhkəmə kollegiyası qeyd edir ki, insulindən asılı 1-tip şəkərli diabet əlillik üçün əsasdır. Bu xəstənin “həyat fəaliyyətinin əsas kateqoriyaları”na, məsələn özünə qulluq, hərəkətlilik, təhsil, əmək fəaliyyəti və s. məhdudlaşma dərəcəsini nəzərə alaraq müəyyən edilir. Başqa sözlə, insulindən asılı diabet (xüsusilə əgər xəstəliyin fəsadları (komplikasiyaları) varsa, yaxud həyat fəaliyyətində məhdudlaşmalar yaranıbsa) TSEK tərəfindən əlillik dərəcəsi verilməsi üçün əsas ola bilər. Həmçinin qeyd edilməlidir ki, müvafiq tibbi sənədlər, müayinələr, xəstəlik gedişi, komplikasiyalar əlilliyin təyin edilməsində önəmli rol oynayır. İş materiallarından görünür ki, iddiaçıda ağırlaşma kimi toksiki ensefalopatiya, fon retinopatiyaları və retinal damar dəyişikliyi, diabetik polinevropatiya, diabetik polineyropatiya xəstəlikləri vardır. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən xəstəliklər 1-tip insulindən asılı diabetin sadə forması deyil, xəstəliyin ortaağır və ağır dərəcədə fəsadlaşmış formasıdır. Hətta, məhkəmə iclası zamanı iddiaçının vizual görünüşündə də hər iki göz dibinin də qaralması müşahidə edilmişdir və o, bunu hazırki xəstəliyin fəsadları ilə əlaqəli olduğunu bildirmişidir. Qeyd edilməlidir ki, insulindən asılı 1-tip şəkərli diabet xəstəliyi göz dibi damarlarının zədələnməsi və görmə qabiliyyətinin azalması ilə nəticələndikdə bu diabetik retinopatiya və retinal damar dəyişiklikləri diaqnozunun əlaməti kimi qiymətləndirlir və bu əlilliyin təyin olunması zamanı xüsusi rol oynayır. Nəzərə alınmalıdır ki, ensefalopatiya diabetin daha ağır fəsadıdır, bu xəstəlik mərkəzi sinir sistemində funksional pozuntu yaradır və həmin xəstəliklər iddiaçıda mövcuddur. İşdə olan xx.xx.2024-cü il tarixli göndərişdə əsas diaqnoz kimi “E10.7-İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İ tip, çoxsaylı ağırlaşmalarla”dan başqa “G92-Toksiki ensefalopatiya, diabetik ensefalopatiya”, “H35.0- Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, Diabetik retinopatiya”, “G63.2-Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü, 4 işarəsi ilə), Diabetik polineyropatiya”, “G56.0- Bilək kanalı sindromu, Karpal tunel sindromu”, “İ49.8-Ürək ritminin digər dəqiqləşdirilmiş pozğunluqları, Ürək ritminin digər dəqiqləşdirilmiş pozğunluqları” diaqnozları da qoyulmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli T 59/2025 nömrəli ekspert rəyi ilə həmin diaqnozlar bir daha öz təsdiqini tapmışdır. Beləliklə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, yuxarıda qeyd edilən diaqnoz İddiaçıin iş materiallarında adına müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 göndərişində və ekspert rəyində olan diaqnozlar üst-üstə düşür. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçıin xəstəliyi və diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 11.2ci bəndinə (Şəkərli diabet (E10-E14)) uyğundur və ağırlaşmalar nəzərə alınaraq həmin bəndin müvafiq yarımbəndinə əsasən orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinə uyğun olaraq ona əlillik müəyyən edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri və qəbul etdiyi imtina qərarı qanunsuz olmuş, əlilliyin təyin edilməsi ilə bağlı iddiaçının hazırki tələbi əsaslı olmuşdur. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, 2-1(120)-1399/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-829/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-829/2025
25.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver