Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-834/2025 04.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlak üzərində hüququn dövlət qeydiyyatı üçün əsasın olmaması) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsə qarşı “Lənkəran Şəhər Xalq X11 Heyətinin ##.##.1995-ci il tarixli ** nömrəli qərarına əsasən ayrılmış 0.05 torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun mərhum həyat yoldaşı X3 aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli *-*(***)- ***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: Nikah və ölüm haqqında arayışlardan görünür ki, X4 ilə X1 arasında ##.##.1969-cu ildə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə (arvada) “Məmmədov” “a” soyadı verilmişdir. X4 ##.##.1999-cu ildə ölmüşdür. X9 filialı tərəfindən verilmiş Lənkəran Şəhər Xalq X11 Heyətinin ## #### 1995-ci il tarixli * №-li icrakom iclas protokolunun (Nərimanabad və Balıqçılar qəsəbələrində dəniz səviyyəsinin qalxması ilə əlaqədar zərər çəkmiş vətəndaşlara həyətyanı torpaq sahəsinin ayrılması haqqında) arxiv çıxarışından görünür ki, rayonun Xəzər dənizinə yaxın yaşayış məntəqəsində Nərimanabad və Balıqçılar qəsəbələrində dəniz səviyyəsinin qalxması ilə əlaqədar sudan zərər çəkmiş vətəndaşların köçürülməsi üçün torpaq fondu yaradılmışdır. X3 (Nərimanabad və Balıqçılar qəsəbələri üzə - Şirinsu kəndidnə yerləşdirilməsi nəzərdə tutulur) həyətyanı torpaq sahəsi ilə təmin edilməsi məqsədəmüvafiq hesab edilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-155A Kod ******** nömrəli şəhadətnamədən görünür ki, Lənkəran Rayon Aqrar İslahat Komissiyasının ##.##.1996-cı il tarixli ** saylı qərarı ilə 0.08 ha həyətyanı torpaq sahəsi İddiaçı, X6, X7 və X8 mülkiyyətinə verilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2022-ci il tarixli ************ nömrəli məktubda qeyd edilmişdir ki, “...Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, həmin torpaq sahəsinə dair yaranmış hüquqların qeydiyyata alınması proseduru ilə əlaqədar təqdim etdiyiniz hüquqmüəyyənedici sənədlərlə faktiki vəziyyət, habelə arxiv və elektron baza məlumatları arasında müəyyən uyğunsuzluqlar mövcuddur. Təqdim olunmuş sözügedən torpaq sahəsinə ekspertiza komissiyası tərəfindən baxış keçirilərkən məlum olmuşdur ki, həmin torpaq sahəsinə dair ilkin torpaq ayırma sənədləri tərəfinizdən Ərazi İdarəsinə təqdim edilməmişdir. Eyni zamanda, faktiki yerində aparılan müayinənin nəticəsi olaraq məlum olmuşdur ki, həmin torpaq sahəsi mövcud DWG (xəritə) baza məlumatlarına əsasən JN-***A saylı şəhadətnamənin zəbt hissəsnə aid olmaqla JN-888-BB bələdiyyə mülkiyyətidir.” cavabdeh1 ** saylı Lənkəran ərazi idarəsi tərəfindən verilmiş mütəxəssis rəyində (ekspert rəyi mütəxəssis rəyi ilə eynilk təşkil edir) qeyd edilmişdir ki, “...1-ci sual üzrə: Lənkəran Şəhər Xalq X11 Heyətinin ##.##.1995-ci il tarixli * saylı iclas protokolundan çıxarışa əsasən iddiaçı İddiaçı mərhum X2na ayrılmış (iclas protokolundan çıxarışda torpaq sahəsinin ölçüsü qeyd edilməmiş) həyətyanı torpaq sahəsinə dair ilkin torpaqayırma sənədlərinin ayrılmaz hissəsi olan torpaqayırma sxemi inzibati iş sənədlərinə əlavə olunmadığından və ya mövcud olmadığından həmin torpaq sahəsinin sənəd üzrə sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Sözügedən torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun döngə nöqtələrinin koordinatları müəyyən olunmuş və ölçüsünün 0.05 ha olması məlum olmuşdur. 2-ci sual üzrə: Lənkəran Şəhər Xalq X11 Heyətinin ##.##.1995-ci il tarixli * saylı iclas protokolundan çıxarışa əsasən iddiaçı İddiaçı mərhum X2na ayrılmış (iclas protokolundan çıxarışda torpaq sahəsinin ölçüsü qeyd edilməmiş) həyətyanı torpaq sahəsinin (faktiki 0.05 ha) faktiki koordinatlarının elektron kadastr xəritəsinə uyğun olması müəyyən olunmuşdur. Torpaq sahəsinin sənəd üzrə sərhədlərini müəyyən etmək mümkün olmadığından faktiki vəziyyətlə də müqayisəli təhlil aparmaq mümkün olmamışdır. 3-cü sual üzrə: Torpaq sahəsinin sənədi üzrə sərhədlərini müəyyən etmək mümkün olmadığından faktiki vəziyyətlə də müqayisə təhlil aparmaq mümkün olmamışdır. İddia olunan torpaq sahəsinin iddiaçı İddiaçı istifadəsində olması və həyətyanı torpaq sahəsi kimi istifadə edilməsi müəyyən olunmuşdur. 4-cü sual üzrə: Lənkəran Şəhər Xalq X11 Heyətinin ##.##.1995-ci il tarixli * saylı iclas protokolundan çıxarışa əsasən iddiaçı İddiaçı mərhum X2na ayrılmış (iclas protokolundan çıxarışda torpaq sahəsinin ölçüsü qeyd edilməmiş) həyətyanı torpaq sahəsinin (faktiki 0.05 ha) (iddia olunan vəziyyətə əsasən) üzərində fərdi yaşayış evinin, köməkçi tikililərin (saray və sanitar qovşağın) mövcud olması müəyyən olunmuşdur. Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı həmin tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması müəyyən olunmuşdur. Qeyd edilən tikililərin faktiki olaraq iddiaçı İddiaçı istifadəsində olması müəyyən olunmuşdur. 5-ci sual üzrə: Lənkəran Şəhər Xalq X11 Heyətinin ##.##.1995-ci il tarixli, * saylı iclas protokolundan çıxarışa əsasən iddiaçı İddiaçı mərhum X2na ayrılmış (iclas protokolundan çıxarışda torpaq sahəsinin ölçüsü qeyd edilməmiş) həyətyanı torpaq sahəsinin (faktiki 0.05 ha) (iddia olunan vəziyyətə əsasən) faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Sözügedən torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı dövlət mülkiyyətinə aid torpaq sahəsi kimi təsvir olunması müəyyən olunmuşdur. 6-cı sual üzrə: Lənkəran Şəhər Xalq X11 Heyətinin ##.##.1995-ci il tarixli * saylı iclas protokolundan çıxarışa əsasən iddiaçı İddiaçı mərhum X2na ayrılmış (iclas protokolundan çıxarışda torpaq sahəsinin ölçüsü qeyd edilməmiş) həyətyanı torpaq sahəsinin (faktiki 0.05 ha) faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhvin olmaması müəyyən olunmuşdur.” cavabdeh1 ** saylı Lənkəran ərazi idarəsinin ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, “...Sorğuda barəsində qeyd olunan JN-***BB saylı şəhadətnamə Ərazi İdarəsinin arxivində mövcud deyildir. Belə ki, sorğuda qeyd olunan JN-888BB bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin kod göstəricisini əks etdirir. Belə ki, sorğuda qeyd olunan JN-888BB bələdiyyə mülkiyyətində olan torpaq sahəsi mövcud baza məlumatlarında qeyd olunan vəziyyətdə əks olunsa da, hal-hazırda JN 888BB bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi deyil, dövlət mülkiyyəti kimi qeyd olunan torpaq sahəsidir. Həmçinin, qeyd edirik ki, JN-***A nömrəli şəhadətnamə ilə mübahisəli torpaq sahəsi ayrıayrı ərazilərə məxsus torpaq sahəsidir. Mübahisəli torpaq sahəsinin üzərində (Lənkəran Şəhər XDS Rəyasət Heyətinin ##.##.1995ci il tarixli ** nömrəli qərarı ilə ayrılmış 0.05 ha) müvafiq fərdi yaşayış evinin mövcud olması müəyyən olunmuşdur. Mübahisəli torpaq sahəsi hal-hazırda Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən dövlət mülkiyyətidir.” cavabdeh1 ** saylı Lənkəran ərazi idarəsinin ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, “...Sorğuda barəsində qeyd olunan 0.05 ha torpaq sahəsi ilə JN-***A nömrəli şəhadətnamə əsasında hazırki iş üzrə iddiaçı və ailə üzvlərinə ayrılmış 0.08 ha torpaq sahəsi bir hasar daxilində yerləşir, bir-birinə bitişik torpaq sahəsi deyil. Belə ki, tərəfimizdən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, məhkəmə predmeti olan 0.05 ha torpaq sahəsi dövlət mülkiyyəti, 0.05 ha torpaq sahəsi ilə eyni hasar daxilində yerləşən, islahat zamanı ayrılmış 0.08 ha torpaq sahəsi (torpaq sahələri bir hasar daxilində yerləşsə də, 0.05 və 0.08 ha torpaq sahələrinin ortasında iddiaçının istifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi mövcuddur) isə dövlət mülkiyyətinə aid deyil. Əlavə olaraq bildiririk ki, Lənkəran Şəhər Xalq X11 Heyətinin qərarı ilə torpaq sahəsinin ayrılması məqsədəmüvafiq hesab edilmiş sorğuya əlavə edilmiş siyahıda adları göstərilən şəxslərdən hər hansı biri Lənkəran Şəhər Xalq X11 Heyətinin qərarı əsasında mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.” X9 filialının ##.##.2020-ci il tarixli arxiv arayışında qeyd Edilmişdir ki, “...X5 filialında saxlanılan Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Nərimanabad qəsəbə İƏD üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitabları yoxlanıldı. Həmin kitabın ** nömrəli şəxsi hesabında X3 aid səhifədə torpaq barədə heç bir məlumatlar qeyd edilməmişdir (təsərrüfatın xüsusi mülkiyyəti hesab olunan tikililər, təsərrüfatın xüsusi mülkiyyətində istifadəsində (sahibliyində), icarəsində olan torpaq sahəsinin cəmi və sair məlumatlar).” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Lənkəran Şəhər Xalq X11 Heyətinin ##.##.1995-ci il tarixli ** nömrəli qərarına əsasən ayrılmış 0.05 torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun mərhum həyat yoldaşı X3 aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yaşayır. Lənkəran Şəhər Xalq X11 Heyətinin ## #### 1995-ci il tarixli * nömrəli icrakom iclasında qəbul edilmiş qərara əsasən Lənkəran rayonu, Nərimanabad və Balıqçılar qəsəbələri dəniz səviyyəsinin qalxması ilə əlaqədar sudan zərər çəkmiş vətəndaşların köçürülməsi üçün torpaq fondu yaradılmış və həmin qəsəbələrdə yaşayan sakinlərlə birlikdə mərhum X2 da Lənkəran rayonu, Nərimanabad qəsəbəsinin ərazisində həyətyanı torpaq sahəsi ilə təmin edilmişdir. Həmin vaxtdan da ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsində fərdi yaşayış evi tikərək torpaq sahəsindən mülkiyyəti kimi istifadə etmişdir. X2 vəfat etmiş və vərəsəlik məsələlərini həll etmək üçün torpaq sahəsinə dair sənədləri toplamış, torpaq sahəsi üzərində müvafiq qeydiyyatın aparılması ilə əlaqədar ərizə ilə cavabdehə müraciət etmiş, lakin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etirazda qeyd etmişdir ki, ikin hüquqmüəyyənedici sənəd olaraq mərhum X3 həyətyanı torpaq sahəsinin ayrılması barədə Lənkəran Rayon XDS İcraiyyə Komitəsinin ## #### 1991-ci il tarixli ** saylı qərarının mövcudluğu barədə dəqiqləşdirilmiş məlumatın, habelə həmin sənədlərin arxiv surətinin əldə olunması məqsədilə X9 filialına müvafiq sorğu ünvanlanmışdır. Həmin qurumdan daxil olmuş ##.##.2022-ci il tarixli b/** saylı cavab məktubu ilə X9 filialı tərəfindən verilmiş ##.##.2021-ci il tarixli A/*** saylı arxiv arayışın mərhum X3 deyil, (XDS İcraiyyə Komitəsinin ## #### 1991-ci il tarixli ** saylı qərarına münasibətdə) sözügedən arxiv arayışının digər şəxsə aid olduğu bildirilmişdir. Həmçinin, sözügedən torpaq sahəsinin JN-***A saylı şəhadətnamənin zəbt torpaq sahəsi olmaqla bələdiyyə mülkiyyətinə aid olduğu müəyyən edilmişdir Ekspert rəyindən görünür ki, sözügedən torpaq sahəsi hal-hazırda Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən dövlət mülkiyyətində yerləşir. Şirvan İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı (hakim Hilal Nəcəfov) ilə iddia təmin edilmiş, Lənkəran Şəhər Xalq X11 Heyətinin ##.##.1995-ci il tarixli ** nömrəli qərarına əsasən 0.05 torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun mərhum həyat yoldaşı X3 aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında cavabdeh1 ** saylı Lənkəran Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 Publik Hüquqi Şəxsi ilə əvəz edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinə etirazlar: Apellyasiya şikayətinə etiraz daxil olmamıdşır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). ##.##.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı iddiaya uyğun izahat verərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (# ###### 1991-ci il № 254-XII torpaq ayrılan zaman qüvvədə olan): Maddə 23. Torpaq sahələrinin verilməsi Vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (qüvvədə olan): Maddə 65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi
1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.
3. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir.[68] Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ... 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. ... 8.0.12. 2006-cı il ####un #-dan 2009-cu il ####un ##-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv ediməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq sahəsinə dair sənədlərin natamam olması iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir, qeyd olunan hal iddiaçının təqsirindən baş verməmiş və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İşin araşdırılması ilə müəyyən edildi ki, Lənkəran Şəhər Xalq X11 Heyətinin ## #### 1995ci il tarixli * №-li icrakom iclas protokolu (qərarı) ilə (Nərimanabad və Balıqçılar qəsəbələrində dəniz səviyyəsinin qalxması ilə əlaqədar zərər çəkmiş vətəndaşlara həyətyanı torpaq sahəsinin ayrılması haqqında) əsasən rayonun Xəzər dənizinə yaxın yaşayış məntəqəsində Nərimanabad və Balıqçılar qəsəbələrində dəniz səviyyəsinin qalxması ilə əlaqədar sudan zərər çəkmiş vətəndaşların köçürülməsi üçün torpaq fondu yaradılmış, X3 (Nərimanabad və Balıqçılar qəsəbələri üzə - Şirinsu kəndidnə yerləşdirilməsi nəzərdə tutulur) həyətyanı torpaq sahəsi ilə təmin edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Qərarda iddiaçının mərhum ərinə hansı olçüdə torpaq sahəsinin verilməsi göstərilməmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-155A Kod ******** nömrəli şəhadətnamədən görünür ki, Lənkəran Rayon Aqrar İslahat Komissiyasının ##.##.1996-cı il tarixli ** saylı qərarı ilə 0.08 ha həyətyanı torpaq sahəsi İddiaçı, X6, X7 və X8 mülkiyyətinə verilmişdir. cavabdeh1 ** saylı Lənkəran ərazi idarəsi tərəfindən verilmiş mütəxəssis rəyində (ekspert rəyi mütəxəssis rəyi ilə eynilk təşkil edir) qeyd edilmişdir ki, “...1-ci sual üzrə: Lənkəran Şəhər Xalq X11 Heyətinin ##.##.1995-ci il tarixli * saylı iclas protokolundan çıxarışa əsasən iddiaçı İddiaçı mərhum X2na ayrılmış (iclas protokolundan çıxarışda torpaq sahəsinin ölçüsü qeyd edilməmiş) həyətyanı torpaq sahəsinə dair ilkin torpaqayırma sənədlərinin ayrılmaz hissəsi olan torpaqayırma sxemi inzibati iş sənədlərinə əlavə olunmadığından və ya mövcud olmadığından həmin torpaq sahəsinin sənəd üzrə sərhədlərini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Sözügedən torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun döngə nöqtələrinin koordinatları müəyyən olunmuş və ölçüsünün 0.05 ha olması məlum olmuşdur. 3-cü sual üzrə: Torpaq sahəsinin sənədi üzrə sərhədlərini müəyyən etmək mümkün olmadığından faktiki vəziyyətlə də müqayisə təhlil aparmaq mümkün olmamışdır. İddia olunan torpaq sahəsinin iddiaçı İddiaçı istifadəsində olması və həyətyanı torpaq sahəsi kimi istifadə edilməsi müəyyən olunmuşdur. 4-cü sual üzrə: Lənkəran Şəhər Xalq X11 Heyətinin ##.##.1995-ci il tarixli * saylı iclas protokolundan çıxarışa əsasən iddiaçı İddiaçı mərhum X2na ayrılmış (iclas protokolundan çıxarışda torpaq sahəsinin ölçüsü qeyd edilməmiş) həyətyanı torpaq sahəsinin (faktiki 0.05 ha) (iddia olunan vəziyyətə əsasən) üzərində fərdi yaşayış evinin, köməkçi tikililərin (saray və sanitar qovşağın) mövcud olması müəyyən olunmuşdur. Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı həmin tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması müəyyən olunmuşdur. Qeyd edilən tikililərin faktiki olaraq iddiaçı İddiaçı istifadəsində olması müəyyən olunmuşdur. cavabdeh1 ** saylı Lənkəran ərazi idarəsinin ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, “...Sorğuda barəsində qeyd olunan 0.05 ha torpaq sahəsi ilə JN-***A nömrəli şəhadətnamə əsasında hazırki iş üzrə iddiaçı və ailə üzvlərinə ayrılmış 0.08 ha torpaq sahəsi bir hasar daxilində yerləşir, bir-birinə bitişik torpaq sahəsi deyil. Belə ki, tərəfimizdən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, məhkəmə predmeti olan 0.05 ha torpaq sahəsi dövlət mülkiyyəti, 0.05 ha torpaq sahəsi ilə eyni hasar daxilində yerləşən, islahat zamanı ayrılmış 0.08 ha torpaq sahəsi (torpaq sahələri bir hasar daxilində yerləşsə də, 0.05 və 0.08 ha torpaq sahələrinin ortasında iddiaçının istifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi mövcuddur) isə dövlət mülkiyyətinə aid deyil. Əlavə olaraq bildiririk ki, Lənkəran Şəhər Xalq X11 Heyətinin qərarı ilə torpaq sahəsinin ayrılması məqsədəmüvafiq hesab edilmiş sorğuya əlavə edilmiş siyahıda adları göstərilən şəxslərdən hər hansı biri Lənkəran Şəhər Xalq X11 Heyətinin qərarı əsasında mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.” X9 filialının ##.##.2020-ci il tarixli arxiv arayışında qeyd Edilmişdir ki, “...X5 filialında saxlanılan Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Nərimanabad qəsəbə İƏD üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitabları yoxlanıldı. Həmin kitabın ** nömrəli şəxsi hesabında X3 aid səhifədə torpaq barədə heç bir məlumatlar qeyd edilməmişdir (təsərrüfatın xüsusi mülkiyyəti hesab olunan tikililər, təsərrüfatın xüsusi mülkiyyətində istifadəsində (sahibliyində), icarəsində olan torpaq sahəsinin cəmi və sair məlumatlar).” Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və qəbul etdiyi məhkəmə aktı üzrə aşağıdakıları qeyd edir. İddiaçı tələbinin hüquqi əsası kimi Lənkəran Şəhər Xalq X11 Heyətinin ## #### 1995-ci il tarixli * №-li icrakom iclas protokoluna (qərarına) əsaslanır. Halbuki, həmin qərar ilə onun X2nun və digər sakinlərin Nərimanabad və Balıqçılar qəsəbələri üzə - Şirinsu kəndində həyətyanı torpaq sahəsi ilə təmin edilməsi məqsədəmüvafiq hesab edilmişdir. İddiaçı isə Nərimanabad kəndindəki torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb edir. Bundan başqa, torpaqayrıma sənədində ayrılması məqsədəmüvafiq hesab edilmiş torpaq sahəsinin ölçüsü göstərilməmişdir. Bunun əksi o, anlama gələr ki, şəxsin faktiki istifadəsində nə qədər torpaq sahəsi varsa hüquq müəyyənedici sənədlə təsdiqlənməsə də, qeydiyyata alınmalıdır. Bu isə qanuni deyil. Həmçinin, tələbin hüquqi əsası kimi istinad edilən Lənkəran Şəhər Xalq X11 Heyətinin ## #### 1995-ci il tarixli * №-li icrakom iclas protokolu (qərarı) qəbul edilən zaman qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 23-cü maddəsinin tələbi pozulmuş, torpaqayrıma işi tam yerinə yetirlməmişdir. Belə ki, həmin dövrdə qüvvədə olan Torpa Məcəlləsinin23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir. Yəni, iddiaçının məhz iddia etdiyi torpaq sahəsinin onun ərinə ayrılması barədə işdə heç bir sübut yoxdur. İşin araşdırılması zamanı bərabərlik hüququ baxımından Lənkəran Şəhər Xalq X11 Heyətinin ## #### 1995-ci il tarixli * №-li icrakom iclas protokolu (qərarı) ilə digər şəxslərə ayrılmış torpaq sahəsi üzərində hüququn qeydiyyata alınıb-alınmaması araşdırılmış, cavabdehin ##.##.2026-cı il tarixli məktubu ilə Lənkəran Şəhər Xalq X11 Heyətinin qərarı ilə torpaq sahəsinin ayrılması məqsədəmüvafiq hesab edilmiş hər hansı bir şəxsin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması müəyyən edilmişdir. İşə baxılarkən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Nərimanabad qəsəbə İƏD üzrə nümayəndəliyinin 1991-2000-ci illərə və digər dövrlərə aid təsərrüfatbaşına kitabları yoxlanılmış, həmin kitablarda X3 və İddiaçı istifadəsində olan torpaq sahəsi ilə bağlı hər hansı bir qeyd olmaması müəyyən edilmişdir. Qeyd edilənlər onu deməyə əsas verir ki, yalnız Lənkəran Şəhər Xalq X11 Heyətinin ## #### 1995-ci il tarixli * №-li icrakom iclas protokolu (qərarı) mülkiyyət hüququnun qeydiyyatı üçün yetərli hesab edilə bilməz. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. İddia təmin edilmədiyi üçün kollegiya hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsə qarşı “Lənkəran Şəhər Xalq X11 Heyətinin ##.##.1995-ci il tarixli ** nömrəli qərarına əsasən ayrılmış 0.05 torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun mərhum həyat yoldaşı X3 aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.