Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(106)-849/2025 10.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və X3 ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı çıxarışın və plan-ölçü sənədinin ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh ** saylı Lənkəran Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, Üçüncü şəxs adına verilmiş ##.##.2021-ci il tarixli ************ nömrəli çıxarışın və plan-ölçü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibаti Məhkəməsinin müvafiq qərardadı ilə Üçüncü şəxs iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan Inzibati Məhkəməsinin (hakim P.Qurbanova) ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, JN-***A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı mülkiyyətinə 0,10 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair torpaq islahatına dair kompleks yerquruluşu layihəsində və adlı siyahıda məlumat aşkar olunmamış, eyni zamanda araşdırma zamanı hazırda mübahisə predmeti olan torpaq sahəsinin Moğonojoba kəndinin ərazisinə aid olması, lakin sözügedən Şəhadətnamədə göstərildiyi kimi torpaq sahəsinin Türkəkəran kəndi ərazisində verilməsi müəyyən olunmuşdur. Qeyd olunan səbəblərdən sözügedən torpaq sahəsinin sənəd üzrə sərhədlərini və döngə koordinatlarını müəyyən etmək mümkün olmamış, Dövlət reyestrinden ## #### 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və ************ reyestr nömrəli Çıxarışla Üçüncü şəxs mülkiyyətində olan 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,065 ha hissəsinin İddiaçı istifadəsində olması, qalan 0,135 ha hissəsinin isə Üçüncü şəxs istifadəsində olması müəyyən olunmuşdur. Başqa sözlə iddiaçı İddiaçı faktiki istifadəsində olan 0,065 ha torpaq sahəsi (üzərində fərdi yaşayış evi ilə birlikdə) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## #### 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və ************ reyestr nömrəli Çıxarışla Üçüncü şəxs mülkiyyətində olan 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üstə düşür. Belə olan halda məhkəmə yuxarıda qeyd edilən faktiki və hüquqi halları nəzərə almaqla hesab edir ki, iddiaçının iddia tələbi mümkün hesab edilməməlidir. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Lənkəran rayon Aqrar Islahat Komissiyasının ## ### 1998-ci il tarixli, ** saylı qərarı ilə Lənkəran rayonunun Türkəkəran kəndi ərazisində yaşayış evinin tikintisi üçün 0,10 ha torpaq sahəsi JN-284A seriyalı, ******** nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında onun mülkiyyətinə verilmişdir. Torpaq sahəsi mülkiyyətinə verildikdən sonra müvafiq icazə və razılıq alınmaqla, qanuni şəkildə “xxxx” MMC tərəfindən tərtib edilmiş və Lənkəran şəhərinin Baş Memarı ilə razılaşdırılmış eskiz-layihə sənədlərinə əsasən, həmçinin kənd bələdiyyəsinə etdiyi müraciət üzrə bələdiyyə sədri tərəfindən torpaq sahəsinin kontur cizgiləri xəritə əsasında yerində ona tanıtdırıldıqdan sonra həmin torpaq sahəsində bir mərətbəli, üç otaqlı fərdi yaşayış evi inşa edib, tikintisini 2012-ci ildə başa çatdırdıqdan sonra ailəsi ilə birlikdə həmin evdə yaşayır. Həmin torpaq sahəsi və inşa etdirdiyi ev 2021ci ilin avqust ayına kimi fiziki şəxslər və dövlət oraqnları tərəfindən mübahisəsiz şəkildə onun mülkiyyəti olaraq tanınmış, torpaq sahəsi ona verildiyi vaxtdan qeyd etdiyi tarixə kimi JN-284A seriyalı, ******** nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə heç bir orqan, təşkilat, idarə və şəxs tərəfindən mübahisələndirilməmiş, şikayət verilməmiş, tələb irəli sürülməmişdir. 2021-ci ilin sentyabr ayında o, cavabvdeh qismində Lənkəran rayon Məhkəməsinə dəvət edilərkən, ona məlum olmuşdur ki, Şürük kənd bələdiyyəsinin sədri Üçüncü şəxs qanuni əsaslarla onun mülkiyyətinə verilmiş və üzərində ev inşa etdirdiyi torpaq sahəsini boş, istifadəsiz torpaq sahəsi kimi 2021-ci ilin iyun ayında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Lənkəran Ərazi Idarəsində qeydiyyatdan keçirmiş və mülkiyyətinə verilmiş torpaq sahəsinin ev inşa etdirdiyi hissəsinə ##.##.2021-ci il tarixli, ************ nömrəli çıxarış almışdır. Mübahisə ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Lənkəran Ərazi Idarəsi tərəfindən Üçüncü şəxs adına verilmiş sözügedən çıxarışın və plan ölçü sənədinin ləğv edilməsi ilə əlaqədar ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik şəxsin ** saylı Lənkəran Ərazi Idarəsinə müraciət etsə də, Idarə tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, Lənkəran rayonu, Moğonojoba kəndi ərazisində mülkiyyətdə olan 0.20 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli “Çıxarış” təqdim olunmuş ilkin hüquqmüəyyənedici sənədlər əsasında tam qanunamüvafiq qaydada verilmişdir. Sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd olaraq təqdim olunmuş sənədlər üzrə həmin dövrdə faktiki yerində aidiyyəti mütəxəssislər tərəfindən keçirilən müayinənin (çöl ölçmə işləri) nəticələrinə uyğun hazırki iddia ərizəsində barəsində qeyd olunan şəxsin (Üçüncü şəxs) adına daşınmaz əmlakın dövlət reyestrindən tam qanunamüvafiq olaraq ## #### 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müvafiq “Çıxarış” verilmişdir. Çıxarış tam qanunmüvafiq verildiyindən, ləğv edilməsinə əsas yoxdur. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı iddia ərizəsində qeyd olunan dəlillərlə uyğun məzmunda apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayətdə həmçinin qeyd edilmişdir ki, məhkəmə Moğanojoba kəndinin sonradan yaranmış ərazi vahidi olması halına qiymət verməmişdir. Prosessual məsələlər Məhkəmə kollegiyasının müvafiq qərardadı ilə cavabeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ** saylı Lənkəran Ərazi Idarəsi əsl cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz edilmişdir. Iddiaçı məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, Türkəkəran və Moğanojoba kəndləri əvvəllər bir kənd olmuş, sonradan Moğanoba kəndi ayrı sovetlik kimi ayrılmışdır. Lənkəran rayonunun Biləsər kəndində anadan olmuş, 2001-ci ilədək həmin kənddə yaşamış, 2009-cu ildə Türkəkəran kəndinə (sovetliyinə) köçmüşdür. Mübahisıləndirilən torpaq sahəsini və Şəhadətnaməni 2008-ci ildə həmin kəndin bələdiyyə sədri ona vermişdir. Həmin torpaq sahəsində 2012ci ildə ev tikmiş, hal-hazıradək ailəsi ilə həmin evdə yaşayır. Buna baxmayaraq, cavabdeh 2021-ci ildə üçüncü şəxsə çıxarış verərkən müayinə aktında torpaq sahəsinin boş olması barədə yalan məlumat yazmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxs gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -“Torpağın mülkiyyətə verilməsinə dair” JN-0045, Kod ******** nömrəli Şəhadətnamənin surətindən görünür ki, Lənkəran rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikilməsi məqsədi ilə 0.10 ha torpaq sahəsinin verildiyi qeyd edilmişdir. -Cavabdeh ** saylı Lənkəran Ərazi Idarəsinin ##.##.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, JN-***A nömrəli Şəhadətnamənin və onun verilməsinə əsas olmuş müvafiq sənədlərin arxiv nüsxəsi Ərazi Idarəsinin arxivində aşkarlanmamış, habelə aidiyyəti hissədə hər-hansı baza məlumatı mövcud deyildir. -Lənkəran Şəhər Icra Hakimiyyəti başçısının Şürük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ## ###### 2022-ci il tarixli *** saylı arayışında qeyd edilmişdir ki, İddiaçı Lənkəran rayonunun Moğonojoba kəndində yaşayır. -Torpağın mülkiyyətə verilməsinə dair JN-284A, Kod ******** nömrəli Şəhadətnamənin surətindən görünür ki, Lənkəran rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** nömrəli qərarı ilə X2 və ailə üzvlərinə fərdi yaşayış evinin tikilməsi məqsədi ilə 0.78 ha torpaq sahəsi verilmişdir. -Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş ##.##.2017-ci il tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu Moğonojoba kəndi ərazisindən 0.49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4 adına qeydiyyata alınmışdır. -AN-İ№ ****** saylı, ## ####### 2017-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcılar X4 və digərləri alıcı Üçüncü şəxs 0.49 ha torpaq sahəsini satmışdırlar. -Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş ##.##.2017-ci il tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu Moğonojoba kəndi ərazisindən 0.49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Üçüncü şəxs adına qeydiyyata alınmışdır. -Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş ##.##.2020-ci il tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu Moğonojoba kəndi ərazisindən 0.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Üçüncü şəxs adına qeydiyyata alınmışdır. -AN-İ№ ******* saylı, ## ### 2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı Üçüncü şəxs alıcı X1 0.23 ha (2300 kv.m) torpaq sahəsini satmışdır. -Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş ##.##.2021-ci il tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu Moğonojoba kəndi ərazisindən 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Üçüncü şəxs adına qeydiyyata alınmışdır. -Lənkəran Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ### 2022-ci il tarixli Qətnaməsinin məzmundan görünür ki, İddiaçı və İddiaçı Amil oğlunun iddiaçı Üçüncü şəxs məxsus Lənkəran rayonu Moğonojoba kəndində yerləşən 600 kv.m torpaq sahəsinin 356 kv.m hissəsindən çıxarılması, cavabdehlər tərəfindən həmin hissədə inşa edilmiş qanunsuz tikililərin sökülməsi və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması qət edilmişdir. -Şirvan Apellyasiya Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2023-cü il tarixli Qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin ## ### 2022-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı Qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2023-cü il tarixli Qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. -Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ##.##.2024-cü il tarixli **/**** nömrəli ekspert rəyində bildirilir: -Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ** saylı Lənkəran Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Aqrar Islahat Komissiyasının ## ### 1998-ci il tarixli, ** saylı qərarı əsasında JN- 284A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı mülkiyyətinə 0,10 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair torpaq islahatına dair kompleks yerquruluşu layihəsində və adlı siyahıda məlumatların aşkar olunmaması müəyyən olunmuşdur. Eyni zamanda araşdırma zamanı hazırda mübahisə predmeti olan torpaq sahəsinin Moğonojoba kəndinin ərazisinə aid olması, lakin sözügedən Şəhadətnamədə göstərildiyi kimi torpaq sahəsinin Türkəkəran kəndi ərazisində verilməsi müəyyən olunmuşdur. Qeyd olunan səbəblərdən sözügedən torpaq sahəsinin sənəd üzrə sərhədlərini və döngə koordinatlarını müəyyən etmək mümkün olmamışdır; İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin faktiki vəziyyətə uyğun sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən olunmuş, faktiki istifadəsində 0,065 ha torpaq sahəsinin olması müəyyən olunmuşdur; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## #### 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və ************ reyestr nömrəli Çıxarışla Üçüncü şəxs mülkiyyətində olan 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı sözügedən torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə yerləşməsi müəyyən olunmuşdur; Lənkəran rayon Aqrar Islahat Komissiyasının ## ### 1998-ci il tarixli, ** saylı qərarı əsasında JN-***A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı mülkiyyətinə verilən 0,10 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## #### 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və ************ reyestr nömrəli Çıxarışla Üçüncü şəxs mülkiyyətində olan 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin torpaq islahatı zamanı xüsusi mülkiyyətə verilmiş kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi olması müəyyən edilmişdir; Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı məhkəmə predmeti olan mübahisəli ərazinin kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aid olması müəyyən olunmuşdur; Lənkəran rayon Aqrar Islahat Komissiyasının ## ### 1998-ci il tarixli, ** saylı qərarı əsasında JN- ***A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı mülkiyyətinə verilən 0,10 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə sərhədlərini müəyyən etmək mümkün olmadığından faktiki vəziyyətlə də müqayisəli təhlil aparmaq mümkün olmamışdır; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## #### 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və ************ reyestr nömrəli Çıxarışla Üçüncü şəxs Fərərnəz oğlunun mülkiyyətində olan 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluğun mövcud olmaması müəyyən olunmuşdur; Iddiaçı İddiaçı tərəfindən iddia edilən 0,065 ha torpaq sahəsinin faktiki koordinatlarının Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## #### 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və ************ reyestr nömrəli Çıxarışla Üçüncü şəxs mülkiyyətində olan 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmuşdur; İddiaçı faktiki istifadəsində 0,065 ha torpaq sahəsinin olması və həmin 0,065 ha torpaq sahəsinin üzərində iddiaçı tərəfindən fərdi yaşayış evinin inşa edilməsi müəyyən olunmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinden ## #### 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və ************ reyestr nömrəli Çıxarışla Üçüncü şəxs mülkiyyətində olan 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,065 ha hissəsinin İddiaçı istifadəsində olması, qalan 0,135 ha hissəsinin isə Üçüncü şəxs istifadəsində olması müəyyən olunmuşdur. Başqa sözlə iddiaçı İddiaçı faktiki istifadəsində olan 0,065 ha torpaq sahəsi (üzərində fərdi yaşayış evi ilə birlikdə) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## #### 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və ************ reyestr nömrəli Çıxarışla Üçüncü şəxs mülkiyyətində olan 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üstə düşməsi müəyyən olunmuşdur. Məhkəmə kollegiyasının müvafiq sorğusuna cavab olaraq, Cavabdeh Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin ## ###### 2026-cı il tarixli məktubunda bildirilir ki, Mərkəzin arxivində saxlanılan Lənkəran rayon Türkəkəran və Moğanojoba kəndləri üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahılarında İddiaçı adı aşkar edilməmişdir. Şərh olunan sənədlərdən və işin faktiki hallarından göründüyü kimi iddiaçı özünün də etiraf etdiyi kimi Lənkəran rayonunun Biləsər kəndində doğulmaqla, 2001-ci ilədək həmin kənddə yaşamasına, eyni zamanda Türkəkəran və Moğanojoba kəndləri üzrə islahat aparılan zaman həyətyanı və pay torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahılarında adı olmamasına baxmayaraq, bələdiyyə sədri tərəfindən ona ##.##.2022-ci il tarixli JN-***A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə təqdim edilmişdir. Ekszpertiza tədqiqatı zamanı sözügedən Şəhadətnamədə göstərilmiş torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmamış, eyni zamanda ekspert rəyinə görə sahə kənd təsərrüfatı təyinatlı olmasına baxmayaraq, Şəhadətnamədə iddiaçıya həyətyanı sahə kimi ayrılması qeyd edilmiş, həmçinin onun verilməsinə əsas olmuş müvafiq sənədlərin arxiv nüsxəsi Ərazi Idarəsinin arxivində aşkarlanmamış, habelə hər-hansı baza məlumatının mövcud olmaması müəyyən edilmişdir. Qeyd edilən hallar iddiaçının adına verilmiş ##.##.2022-ci il tarixli JN-***A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənın mötəbərliyini sual altına almaqla yanaşı, həmin şəhadətnamədə göstərilən torpaq sahəsinin koordinatlarının müvafiq baza məlumatlarında aşkar edilməməsi, habelə ekspert tərəfindən koordinatların müəyyən edilə bilməməsi halı iddiaçının həmin şahadətnaməyə istinadən hazırki iddianı qaldırmaqla subyektiv hüququnun olmasını istisna edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli və obyektiv araşdırma aparılmaqla işin faktiki və hüquqi hallarına düzgün qiymət verilmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, ** nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-849/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-849/2025
10.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver