Məhkəmə qərarları › İş №2-1(106)-851/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-851/2025

25.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-851/2025 25.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 29 avqust 2025-ci il tarixli, 2-1(120)-2712/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi tələbinə dair inzibati işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüququnun yarandığı vaxtdan ona yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 29 avqust 2025-ci il tarixli, 2- 1(120)-2712/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı hüququnun yarandığı vaxtdan (xx.xx.2019-cu il tarixdən) əmək pensiyasının təyin edilməsi və təyin edilmiş pensiyanın xx.xx.2021-ci il tarixdən hesablanaraq, ödənilməsi öhdəliyinin Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının mübahisələndirilməyən sığorta stajını (xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olduğu müddət və 1981-1994-cü illərdə adına əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla) 20 il 1 ay 27 gün kimi qəbul etmişdir. 1972-1974cü illər, həmçinin 1977-1980 və 1996-1997-ci illər üzrə əmək haqqı cədvəllərində iddiaçının adının aşkarlanmaması səbəbi ilə həmin dövrlər (1972-1974, 1977-1980 və 1996-1997-ci illər) cavabdeh tərəfindən mübahisəli dövrlər kimi sığorta stajına daxil edilməmişdir. Halbuki, mübahisəli dövrlər, yəni 1972-1974, 1977-1980 və 1996-1997-ci illərdə iddiaçının işlədiyi iş materiallarında olan mötəbər sübut əhəmiyyəti daşıyan sənədlərlə öz təsdiqini tapır və həmin dövrlərə münasibətdə əməkhaqqı cədvəllərinin saxlanılmaması vətəndaşın təqsirli hərəkəti nəticəsində baş vermədiyi üçün onun məsuliyyət sferasına aid edilə bilməz və bu səbəbdən də onun ziyanına təfsir edilərək hüquqlarının pozulması ilə nəticələnə bilməz. İddiaçının hazırda mübahisələndirilən iş stajı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək olan dövrlə bağlıdır. İddiaçı həmin illərdə işləməsi barədə əmək kitabçasını təqdim etmişdir. Həmin dövrlər qanunvericiliyə əsasən nəzərə alındıqda həm əmək kitabçasındakı qeydlərə, həmçinin arxiv arayışlarına əsasən, iddiaçının sığorta stajı 25 ildən artıq olur və beləliklə də, iddiaçı tərəfindən 25 illik ümumi iş stajı tələbi ödənilmiş olur. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1972-ci ildən Lənkəran rayon Gəgiran kənd “Füzuli” adına sovxozda fəhlə kimi əmək fəaliyyətinə başlamış və xx.xx.1974-xx.xx.1976-cı illərdə Sovet ordusunda həqiqi hərbi xidmət keçmiş, yenidən xx.xx.1977-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Lənkəran rayon Gəgiran kənd “Füzuli” adına sovxozda fəhlə işləmişdir. 2009-2011-ci illərdə pay torpağı üçün məcburi dövlət sosial sığorta haqqı köçürmüşdür. Bundan əlavə, xx.xx.2019-xx.xx.2024-cü il illər "xxxx" İş Mərkəzində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində işləmişdir. Təqdim etdiyi Əmək kitabçasına, arxiv arayışına və hərbi biletə əsasən sığorta stajı (1974-cı il tarixdən 1976-cı il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 25 ildən çoxdur. Həmin illərin əmək stajına daxil edilməsindən ötrü Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Lakin cavabdeh sığorta stajı qanunla nəzərdə tutulan 25 ildən az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilinəsindən imtina etmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin surətlərinə əsasən sığorta stajı (xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu müddət və 1981-1994-cü illərdə adına əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla) 20 il 1 ay 27 gün təşkil edir. Eyni zamanda iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 15 il 2 ay 27 gün sığorta stajına uyğun olaraq 15358,23 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək 5 il 4 ay sığorta stajına uyğun olaraq 4975,08 manat olmaqla, ümumilikdə 20333,30 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasının və X4 filialının xx.xx.2019-cu il tarixli arayışının surətlərində qeyd olunmuş xx.xx.1972-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Lənkəran rayon Gəgiran kənd “Füzuli” adına sovxozdakı əmək fəaliyyəti dövrü araşdırılmışdır. Fondun 1 saylı Lənkəran-Astara regional filialının Lənkəran rayon Dövlət Arxivi ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən 1972-1974-cü illərin əməkhaqqı kitablarında İddiaçı adı aşkarlanmamış, xx.xx.1974-cü il tarixində hərbi xidmətə getdiyi üçün işdən azad edilmişdir. Həmçinin 1977-1980 və 1996-1997-ci illərin əmək haqqı cədvəllərində adı aşkarlanmadığından həmin dövrlər (1972-1974, 1977-1980 və 1996-1997-ci illər) sığorta stajına daxil edilməmişdir. Sözügedən akta əsasən 1981-ci il üzrə 12 ay, 1982-ci il üzrə 12 ay, 1983-cü il üzrə 12 ay, 1984-cü il üzrə 12 ay, 1985-ci il üzrə 12 ay, 1986-cı il üzrə 12 ay, 1987-ci il üzrə 12 ay, 1988-ci il üzrə 12 ay, 1989-cu il üzrə 12 ay, 1990-cı il üzrə 11 ay, 1991-ci il üzrə 8 ay, 1992-ci il üzrə 10 ay, 1993-cü il üzrə 12 ay, 1994-cü il üzrə 9 ay İddiaçı adına əməkhaqqı hesablandığından həmin dövrlər sığorta stajına daxil edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri imtina aktı və iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, müəyyən illərə dair müəssisənin arxiv sənədlərinin saxlanılmaması ilə, arxiv sənədlərinin, əməkhaqqı cədvəllərinin saxlanılması, lakin konkret aylarda məhz iddiaçının adının olmaması, iddiaçıya əməkhaqqı hesablanmaması tamamilə fərqli məsələlərdir. Göründüyü kimi, hazırki iş üzrə müvafiq illərin sənədləri müəssisədə saxlanılmış, lakin müəyyən illər və aylar üzrə iddiaçının adı aşkarlanmamış, yəni iddiaçıya əməkhaqqı hesablanmamışdır. Belə olan halda, məhkəmə iddiaçının işdən azad edilmədiyi halda ona əməkhaqqının hansı səbəblərdən hesablanmadığını aydınlaşdırmamış, əməkhaqqı almadığı aylar üzrə dövrün pensiya hüququ verən əmək stajına daxil edilməsi barədə gəlmiş olduğu nəticəni əsaslandırmamışdır. Hazırki halda, iş üzrə bilavasitə iddiaçı tərəfindən təqdim olunmuş və məhkəmənin öz təşəbbüsü ilə əldə etdiyi məlumatlar iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən müddətlərdə işləməsi faktını özü-özlüyündə, qeyd-şərtsiz təsdiq etməsə də, məhkəmə həmin illəri iddiaçının sığorta stajına daxil edərək yanlış qənaətə gəlmişdir. Prosessual məsələlər İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surətləri iş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəqisəsinin surətindən görünür ki, xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. -ИТ-İ № ******* nömrəli əmək kitabçasına əlavədən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək “Fizuli” adına sovxozda fəhlə, xx.xx.1978-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “Fizuli” adına sovxozda sürücü, xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Gəgiran istehsal kooperativində sürücü, xx.xx.2009-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Lənkəran kənd kimya səhmdar cəmiyyətində sürücüsü, xx.xx.2019-cu il tarixdə "xxxx" İş Mərkəzi MMC-də təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi işləməsi barədə qeydlər mövcuddur. -Səfərbərlik Və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixə kimi keçmiş Sovet Ordusu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. -X4 filialının xx.xx.2019-cu il tarixli arxiv arayışında qeyd edilmişdir ki, Məmmədov X2 rayon Gəgiran kənd “Füzuli” adına sovxozun 01 iyun 1972-ci il tarixli 61 №-li əmrilə sovxoza fəhlə qəbul edilmişdir. Lənkəran rayon Gəgiran kənd “Fizuli” adına sovxozun 01 noyabr-1974-cü il tarixli 363 №-li əmrilə hərbi xidmətə çağırıldığı üçün işdən azad edilmişdir. Lənkəran rayon Gəgiran kənd “Fizuli” adına sovxozun 22 yanvar 1977-ci il tarixli 8 №-li əmrilə sovxoza fəhlə qəbul edilmişdir. Lənkəran rayon Gəgiran kənd “Fizuli” adına sovxozun 5 may 1978-ci il tarixli 31 №-li əmrilə sürücü təhkim edilmişdir. Lənkəran rayon Gəgiran kənd “Fizuli” adına sovxozda 1995, 1996, 1997-ci illərdə İddiaçı təhkim olunması əmri göstərilmişdir. Lakin işdən azad olması barədə əmri müəyyən olunmadı. 1989-1994-cü illərdə aşağıda göstərildiyi kimi əmək haqqı almışdır. Aylar 1989 1990 1991 1992 1993 1994 Yanvar 29-12 138-89 - 260-00 1600 738 Fevral 68-35 154-40 - 615-00 1250 - Mart 137-68 145-27 - 679-00 2700 2002 Aprel 176-79 188-07 - 633-84 6072 1528 May 193-62 231-06 307-56 998-04 8939-20 11519 İyun 222-04 224-20 271-75 998-04 6693-08 5694 İyul 244-13 255-77 254-54 2507-00 18444-75 13643 Avqust 196-10 169-50 303-39 1447-40 1905 6546 Sentyabr 124-63 - 165-00 1189-60 11545 - Oktyabr 178-94 202-40 211-90 - 11728 18600 Noyabr 146-13 70-40 298-90 - 6618-72 - Dekabr 99-61 194-26 85-00 1250 10450 12762 Mükafat 26-36 310-93 - - - - Məzuniyyət 110-61 - 134-35 661-03 6618-72 6600 -X4 Filialının xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı Yadulla oğlunun Lənkəran rayon Gəgiran kənd “Füzuli” adına sovxozda 1981-1994-cti illərdə işləməsi barədə olan əmr və əmək haqqı kitablarının təsdiq olunmuş kserosurətləri göndərilir. Həmçinin bildirilir ki, İddiaçı Yadulla oğlu 1972-ci ildən Lənkəran rayon Gəgiran kənd “Füzuli” adına sovxozda işləmişdir. Bu təşkilatın 1971-1975, 1976-1980-cı illərə aid əməkhaqqı kitabları arxivə tam təhvil verilmədiyinə görə, həmin illər üzrə əməkhaqqlarını göndərmək mümkün olmadı. Eyni zamanda yuxarıda qeyd olunmuş təşkilata aid olan mdss ödəniş cədvəlləri arxivdə yoxdur. Ona görə də həmin ödənişlərin həyata keçirilibkeçirilməməsi barədə məlumat vermək imkan xaricindədir. Lənkəran rayon Gəgiran kənd “Füzuli” adına sovxozun 01 iyun 1972-ci il tarixli əmrindən görünür ki, iddiaçı soxvoz işinə cəlb edilmiş, 01 noyabr 1974-cü il tarixli əmrlə sovet ordu sırasına getdiyi üçün fəhləlikdən azad edilmiş, 22 yanvar 1977-ci il tarixli əmrlə 2 nömrəli briqadaya fəhlə kimi qəbul edilmiş, 5 may 1978-ci il tarixli əmrlə Qaz-51 avtomaşını ona verilmiş, 01 yanvar 1997-ci il tarixli əmrlə Füzuli adına sovxozda işləyən fəhlə və qulluqçuların ümumi siyahısında onun da adı qeyd edilmişdir. 1981-1995-ci illər üzrə İddiaçı adına hesablanmış əmək haqqı cədvəlləri məktuba əlavə edilmişdir. -xx.xx.2011-ci il tarixli pay torpağı üçün məcburi dövlət sosial sığorta haqqı üzrə ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 2002-2003-cü illər üzrə pay torpağı üçün məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -4.1. bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. -7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. -22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: -2.1. Qanunun 22-1.4-cü maddəsi nəzərə alınaraq, fərdi şəxsi hesabının sığorta hissəsində 2006-cı il yanvarın 1-dən 2018-ci il iyulun 1-dək qeydə alınmış pensiya kapitalı olan sığortaolunanlara, həmçinin hərbi qulluqçulara və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq pensiya təminatı sahəsində onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə və onların ailə üzvlərinə, eləcə də daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ olduqda əmək pensiyaçısına müvafiq əmək pensiyasının təyin edilməsi avtomatlaşdırılmış qaydada onlar tərəfindən müraciət edilmədən, bu Qaydanın 8.2-ci bəndində göstərilən elektron informasiya sistemlərindən və ya ehtiyatlarından əldə olunan, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması Qaydaları”nda nəzərdə tutulmuş dövlət orqanları tərəfindən təqdim edilən məlumatlar əsasında aparılır. Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – Fond) aidiyyəti struktur bölməsinin əmək pensiyasının təyin edilməsi haqqında qərarı barədə həmin şəxslərə poçt vasitəsilə məlumat və yaxud MEİS-də olan əlaqə vasitələrindən birinə (elektron poçt ünvanı və ya sms vasitəsilə) bildiriş göndərilir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası) əsasən. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) uçota almanı həyata keçirdikdən sonra müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanın vəzifələri aşağıdakılardır: sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi heşablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı şaxlanmaşını və mühafizəsini təmin etmək (10.2.1); sığortaolunana onun müraciətinə əsasən fərdi səxsi hesabındakı məlumatların təqdim edilməsi qaydalarını izah etmək, habelə fərdi səxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin etmək (10.2.2). Şərh olunan normalardan göründüyü kimi mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq hüquqları olduğu kimi, dövlət orqanın da sığortaedən və şığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsi, onların etibarlı saxlanması və mühafizəsini təmin etmək, sığortaolunana onun müraciətinə əsasən fərdi səxşi hesabındakı məlumatların təqdim edilməsi qaydalarını izah etmək vəzifəsi var. Hazırki halda cavabdeh inzibati orqan iddiaçının məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaması əsası ilə pensiya təyinatından imtina etməsi fonunda inzibati orqanın özünün də vəzifələrini düzgün icra etməməsi görünür. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, analoji işlər üzrə formalaşmış məhkəmə təcrübəsi bundan ibarətdir ki, şəxsin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadəyə görə ödəmiş olduğu sosial sığorta haqqlarının elektron sistemdə onun sosial sığorta stajına hesablanmaması onun təqsiri ilə bağlı olmayan hal kimi qəbul edilir və pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi nəzərdə tutulmur. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Formalaşmış mövcud məhkəmə təcrübəsinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Cavabdeh apellyasiya şikayətində arxiv sənədlərinin saxlanılmaması ilə arxiv sənədlərinin və əməkhaqqı cədvəllərinin saxlanılması, lakin konkret aylarda məhz iddiaçının adının olmamasını fərqləndirmişdir. Lakin yuxarıda qeyd edilən Azərbaycan Respublikası X4 filialının məktubundan görünür ki, iddiaçının işlədiyi təşkilatın (Lənkəran rayon Gəgiran kənd “Füzuli” adına sovxoz) 1971-1975, 1976-1980-ci illərə aid əməkhaqqı kitabları arxivə tam təhvil verilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əməkhaqqı cədvəllərinin arxivə verilməməsində iddiaçının təqsirinin olmaması barədə qənaəti ilə razılaşır. Əməkhaqqı cədvəllərinin arxivə təhvil verilməməsi iddiaçının səhvi nəticəsində baş verməmişdir və bu hal iddiaçının ziyanına şərh edilə bilməz. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə əmək kitabçasında olan qeydlər hər-hansı şübhə doğurmur və əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. Başqa sözlə, iddiaçının əmək fəaliyyəti rəsmi sənəddə (əmək kitabçası) öz əksini tapdığından işlədiyi müəssisənin sənədlərinin arxivə təhvil verilməməsi halı iddiaçının həmin müəssisədə işləməməsi və ona əməkhaqqı ödənilməməsi qənaətinə gəlmək üçün kifayət etmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Qeyd olunur ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmışdır və qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Apellyasiya şikayətində isə imtina aktı və iddiaya qarşı etiraz dəlilləri təkrarlanmışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 29 avqust 2025-ci il tarixli, 2-1(120)-2712/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar