Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-854/2025 22.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı Nəzərov Mehti Əskər oğlunun iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı Nəzərov Mehti Əskər oğlunun cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı Nəzərov Mehti Əskər oğlunun cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim H.Nəcəfov) ## ######## 2025-ci il tarixli, 2-1(120)- 2086/2025 qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin “imtinasın”da və iddiaya qarşı verilən etirazın dəlillərində, nizami hissə üzrə əmrlərində Nəzərov Mehti Əskər oğlunun döyüş bölgəsinə ezam olunması barədə məlumatlar aşkarlanmaması qeyd olunsa da, iddiaçıya məxsus hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin məhkəməyə göndərdiyi ##.##.2024-cü il tarixli, *-**-**/****/**** nömrəli məktubundan, N nömrəli hərbi hissənin ##.##.1994-cü il tarixli, **** saylı arayışından, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivi tərəfindən Nəzərov Mehti Əskər oğluna verilmiş ##.##.2023-cü il tarixli, */*-**** nömrəli arxiv arayışından və digər sənədlərdən görünür ki, Nəzərov Mehti Əskər oğlu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 502 və N nömrəli hərbi hissələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Bir sözlə, iş materiallarına əlavə edilən sənəd və sübutlara əsasən yuxarıda qeyd edilən hallar, yəni şəxsi heyətin siyahsına və bütün növ təminatlara salınması, xidməti, ezamiyyətləri, müharibə dövründə *** nömrəli hərbni hissədə döyüş bölgəsində xidmət etməsi və tapşırıqları yerinə yetirməsi, qanuni əsaslarla ehtiyata tərxis olması müəyyən edilir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyindən, ezamiyyət əmrlərinin olduğu müəyyən edildiyindən, eyni zamanda qanuni əsaslarla hərbi hissədən tərxis olunduğundan (arxiv arayışı, şəxsi işdə qeydlər və müvafiq əmrlər vardır) о, müharibə veteranı sayılır və bu barədə ona müvafiq vəsiqə verilməlidir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.1992-ci il tarixdən ##.##.1994-cu il tarixədək N nömrəli hərbi hissədə bölüyün Ru vəzifəsində xidmət etmiş, ##.##.1994-cü il tarixdən ##.##.2001-ci il tarixədək N nömrəli hərbi hissədə bölüyün R vəzifəsində xidmət etmiş, ##.##.2001-ci il tarixdə Hərbi xidmət keçmə haqqında Əsasnamənin 156-ci maddəsinin “a” bəndinə (xidmət müddətləri başa çatdığı) müvafiq olaraq Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. ##.##.1993-cu il tarixdən ##.##.1993-cu il tarixədək döyüş bölgəsində yerləşən Cəbrayıl rayonu Göyərçinveysəlli kəndində yerləşən N nömrəli hərbi hissəyə ezam olunmuş, döyüş tapşırığını yerinə yetirmək üçün əsas N nömrəli hərbi hissə komandirinin ##.##.1993-cu il tarixli *** nömrəli əmri, ##.##.1994-cu il tarixdən ##.##.1994-ci il tarixədək Ağdam rayonunun Zəngişalı kəndində yerləşən N nömrəli hərbi hissəyə döyüş tapşırığını yerinə etirmək üçün ezam olunmuş, əsas N nömrəli hərbi hissə komandirinin ##.##.1994-cu il tarixli ** nömrəli əmri ##.##.1994-ci il tarixli əmri, ##.##.1994-ci il tarixdən ##.##.1994-ci il tarixədək Ağdam rayonunun Zəngişalı kəndində yerləşən N nömrəli hərbi hissəyə döyüş tapşırığını yerinə yetirmək üçün ezam olunmuş, əsas kimi N nömrəli hərbi hissə komandirinin ##.##.1994-ci il tarixli ** nömrəli əmri olmuşdur. Veteran statusunun verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan imtina etmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etmədiyindən və ezamiyyəti döyüş tapşırığı ilə bağlı olmadığından, ona “Müharibə veteranı” adının verilməsindən imtina olunur. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Prosessual məsələlər Iddiaçı məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbi barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi biletin surətində onun ##.##.1992- ##.##.1994-cü illərdə N nömrəli hərbi hissədə, ##.##.1994-##.##.2001-ci illərdə N nömrəli hərbi hissədə xidmət etməsi qeyd edilmişdir. -N saylı Hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli, **** nömrəli arayışında iddiaçının ##.##.1994–##.##.1994-cü il tarixləri aralığında Ağdam döyüş bölgəsində xidmət etməsi qeyd edilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin ##.##.2023-cü il tarixli, */*-**** nömrəli arxiv arayışında bildirilir ki, Müdafiə Nazirinin ##.##.1992-ci il tarixli 0533 əmrinə əsasən, R Nəzərov Mehti Əskər oğlu rabitə taborunun telefon bölüyünün starşinası vəzifəsinə təyin olunduğundan N №-li hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli ** №-li əmrilə ##.##.1992-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq öz xidməti vəzifəsinin icrasına buraxılmışdır. N №-li hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli *** №-li əmrində R «М.А.Назаров»ип 30 (otuz) gün müddətinə, ##.##.1993-cü il tarixdən ##.##.1993-cü il tarixədək ezamiyyətə göndərilərək ##.##.1993-cü il tarixdən qazan təminatından çıxarılması qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli ** №-li əmrində rabitə əlaqəsini təmin etmək üçün R «Назаров M.A» oğlunun 30 (otuz) gün müddətinə, ##.##.1994-cü il tarixdən ##.##.1994-cü il tarixədək Bərdə şəhərinə ezamiyyətə göndərilməsi qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli ** №-li əmrində R «М.А.Назаров»ип Ağdam, Bərdə şəhərlərindən ezamiyyətdən qayıtması və öz xidməti vəzifəsinin icrasına buraxılması qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli ** №-li əmrində rabitə əlaqəsinin təmin etmək üçün R «М.А.Назаров»ип Ağdam, Bərdə şəhərlərinə ##.##.1994-cü il tarixdən ##.##.1994-cü il tarixə kimi ezamiyyətə göndərilməsi qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il *** №-li əmrində R «М.А.Назаров»ип Ağdam, Bərdə şəhərlərindən ezamiyyətdən qayıtması və öz xidməti vəzifəsinin icrasına buraxılması qeyd olunmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin ##.##.1994-cü il tarixli 0163 gm №-li əmrinə əsasən, 1-ci bölüyün starşinası, R Nəzərov Mehti Əskər oğlu N №li hərbi hissədə naqil xətti bölüyünün starşinası vəzifəsinə təyin olunduğundan N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli *** №-li əmrilə işini və vəzifəsini təhvil vermiş hesab edilməklə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin ##.##.1994-cü il tarixli 0163 gm №-li əmrinə əsasən, naqil xətti bölüyünün starşinası vəzifəsinə təyin olunmuş, R X1 N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli 114 №-Ii əmrilə ##.##.1994-cü il tarixdən il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq vəzifəsinin icrasına buraxılmışdır.“Hərbi xidmət haqqında” əsasnamənin 156-cı maddəsininin “A” bəndinə (xidmət müddəti başa çatdığı üçün) uyğun olaraq, HHMQ və HHQ Komandaninin ##.##.2001-ci il tarixli ***/gm saylı əmrinə əsasən, 2-ci radio-rele bölüyünün Ru, R Nəzərov Mehdi Əsgər oğlu Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunduğundan N №-Ii hərbi hissə komandirinin ##.##.2001-ci il tarixli ** №-li əmrilə ##.##.2001-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Hacıqabul RHK-na göndərilmişdir. -Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq verilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ## ###### 2026-cı il tarixli, *-**-**/*-***/**** nömrəli məktubunda bildirilir ki, N nömrəli hərbi hissə komandirinin 1993-1994-cü il tarixli nizami hissə üzrə əmrlərində hərbi hissənin dislokasiya yeri Ağdam şəhəri, Xındırıstan və Zəngişalı qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin” yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N nömrəli hərbi hissənin ##.##.1992-ci il tarixdən ##.##.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, N saylı Hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli, **** nömrəli arayışında iddiaçının ##.##.1994–##.##.1994-cü il tarixləri aralığında Ağdam döyüş bölgəsində xidmət etməsi qeyd edilməsinə baxmayaraq, iş materiallarında iddiaçının Ağdam Bərdə rayonlarına ezam edilməsi barədə əmrdən çıxarış olsa da, onun N saylı Hərbi hissəyə gəlməsi və orada qeydiyyatının aparılması, həmin hərbi hissədən qeydiyyatdan çıxması barədə məlumat (nizami hissə üzrə əmrlər) mövcud deyildir. Məhkəmə kollegiyanın sorğusuna cavab olaraq Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş məktubda N nömrəli hərbi hissənin ##.##.1992-##.##.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etdiyi bildirilsə də, iddiaçının həmin hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi faktı iş materialları ilə öz təsdiqini tapmır. Məhkəmə kollegiyası iddianın qanuni əsası ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda müharibə veteranı adı 1988-ci il ######ın #-dən 1991ci il #######ın #-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Goranboy (keçmiş Şaumyankənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonları ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə - daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, yerli icra hakimiyyəti tərəfindən verilmiş hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə, Daxili Işlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2018-ci il tarixli *** nömrəli qərarına əsasən Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Əsasnamədə imperativ şəkildə qoyulmuş tələb ondan ibarətdir ki, şəxs 1988-ci il ######ın #-dək 1994-cü il ###ın ##-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçdiyi, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanlara döyüş tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı ezam olunduğu halda ona müharibə veteranı adı və vəsiqəsi verilə bilər. Hazırki iş üzrə iddiaçının bilavasitə döyüş aparılan hərbi hissəyə ezam edilməsi barədə müvafiq əmrlər və bu barədə arxiv məlumatları, onun döyüş aparılan hərbi hissəyə gəlməsi və orada qeydiyyatın aparılması, həmin hərbi hissədən qeydiyyatdan çıxması barədə hər hansı məlumat mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X3 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ######## 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır”. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı əsaslı saymaqda haqlı olmamış, işin yuxarıda qeyd olunan faktiki hallarına rəğmən səhv nəticəyə gəlmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iddia təmin edilməsin. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-854/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-854/2025
22.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver