Məhkəmə qərarları › İş №2-1(106)-855/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-855/2025

11.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-855/2025 11.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və X2 ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən əvvəlki 3 il dövr üzrə ödənilməmiş pensiya məbləğinin hesablanılaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: Seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı (bundan sonraiddiaçı) ##.##.1961-ci il təvəllüdlüdür. İddiaçıya aid ##.##.2005-ci il tarixdə doldurulmuş ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı ##.##.1995-ci ildə “İlkin-N” MMC-yə 5-ci dərəcəli elektrik-qaz qaynaqçısı peşəsinə işə qəbul edilməsi (##.##.1995, əmr 76), 10.07.05 tarixdə tutduğu peşəsindən ərizəsinə əsasən azad edilməsi barədə (##.##.2005, əmr 110) qeydiyyat aparılmışdır. Əmək kitabçasından görünür ki, “05” və “2005” tarixlərə düzəliş olunmuşdur. Əmək kitabçasında qeydlərin aşağı hissəsində “İlkin-N” MMC-nin direktoru Q.İ.Abbasov” qeydi aparılmış, imza var, hüquqi şəxsin möhürü vurulmuşdur. “İlkin-N” MMC tərəfindən iddiaçıya verilmiş ##.##.2023-cü il tarixli *** nömrəli arayışda qeyd edilmişdir ki, “...Verilir İddiaçı ona görə ki, o həqiqətən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq olunmuş ## ###### 2007-ci il tarixli ** saylı qərarının 35 ümumi peşələr bölməsinə əsasən işlənmişdir ki, buda aşağıda göstərilən vəzifələrdə işləməklə ona güzəştli dövlət təqaüdü hüququ verir. ##.##.1995-##.##.2005 “İlkin-N” MMC-də elektrik qaz qaynaqçısı peşəsində işləmişdir. ##.##.2019-##.##.2021 “İlkin-N” MMC-də qaynaqçı peşəsində işləmişdir. Buda 13 il 4 ay 23 gün təşkil edir.” “İlkin-N” MMC tərəfindən verilmiş ##.##.2023-cü il tarixli ***/**** nömrəli məktubda qeyd edilmişdir ki, “...2000-2015-ci illəri əhatə edən sənədlər qısa qapanma nəticəsində yanıb məhv olmuşdur və bu səbəbdən İddiaçı əmək haqqı cədvəllərini təqdim edə bilmirik.” “İlkin-N” MMC tərəfindən Məhkəməyə ünvanlanmış ##.##.2026-cı il tarixli ***/**** nömrəli məktubda qeyd edilmişdir ki, “...Bizim əvvəlki məktublarımızda qeyd edildiyi kimi bizim köhnə sənədləri saxladığımız anbarda təxminən 2016-cı ilin yay aylarında qısa qapanma nəticəsində yanğın baş verdiyi üçün sizin tələb etdiyiniz İddiaçı məxsus və onunla bərabər həmin dövrlərdə MMC-də çalışan bütün işçilərə aid sənədlər yanaraq məhv olmuşdur. İddiaçı əmək fəaliyyətinin yeni əmək kitabçasına ona məxsus əvvəlki tarixə (##.##.1979-cu il tarixli) olan əmək kitabçasını bizə təqdim etmədiyi üçün yazılmışdır.” Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli *-**-*/*-A-*****/**** nömrəli məktubda qeyd edilmişdir ki, “...Mərkəzi Filiala təqdim etdiyiniz # #### 1961-ci il tarixli ИT-l ******* nömrəli əmək kitabçanızda ##.##.1995-##.##.2005-ci il tarixləri arasındakı dövr ərzində “İlkin-N” MMC-də qaz qaynaqçısı peşəsində işlədiyiniz qeyd olunmuşdur. Əmək kitabçanız araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, sözügedən əmək kitabçasınızda işdən çıxma tarixinə sonradan düzəliş olunduğu aşkar görünür. Buna görə də sözügedən müəssisədəki iş stajına dair məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilmişdir. Müvafiq sorğuya cavab olaraq “İlkin- N” MMC-nin ##.##.2004-cü il tarixindən fəaliyyət göstərdiyi bildirilmişdir. Göstərilən səbəblərdən də, ##.##.1995 ##.##.2005-ci il tarixləri arasındakı dövrü iş stajınıza daxil etmək mümkün olmadığından sizin ümumi iş stajınız 25 ildən az (17 il 8 ay 26 gün (##.##.1978-##.##.1980, ##.##.1980-##.##.1982, ##.##.1982-##.##.1982, ##.##.1983-##.##.1983, ##.##.1983- ##.##.1985, ##.##.1985-##.##.1986, ##.##.1986-##.##.1987, ##.##.1988-##.##.1995, ##.##.2006-##.##.2006, ##.##.2006-##.##.2007, ##.##.2019 ##.##.2019, ##.##.2019- 31,10.2019, ##.##.2019-##.##.2020, ##.##.2020-##.##.2020-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajınız isə 12 il 6 aydan az (6 il 9 ay 1 gün (##.##.1978-##.##.1980, ##.##.1983- ##.##.1983, ##.##.1983-##.##.1984, ##.##.1985-##.##.1985, ##.##.1985-##.##.1986, ##.##.1986-##.##.1987, ##.##.2004-##.##.2005, ##.##.2019-##.##.2019, ##.##.2019- ##.##.2019, ##.##.2019-##.##.2020-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320.00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17042.51 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.” * saylı Ərazi Vergilər İdarəsi tərəfindən Məhkəməyə ünvanlanmış ##.##.2024-cü il tarixli *-**-*-**/*-****/**** nömrəli məktubda qeyd edilmişdir ki, “...“İlkin-N" Məhdud Məsuliyyətli Cəmiyyəti ##.##.1996-cı il tarixli 31209 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına, ##.##.2004-cü il tarixdə isə vergi orqanında ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə uçota alınmışdır. Dövlət reyestrində cəmiyyətin təsisçisi və rəhbəri Abasov Qurban İsmayıl oğlu qeyd olunmuşdur. Adıçəkilən hüquqi şəxs hüquqi ünvan olaraq Salyan rayonu, Qarabağlı kəndində qeydiyyatdadır.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən əvvəlki 3 il dövr üzrə ödənilməmiş pensiya məbləğinin hesablanılaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 25 il ümumi, o cümlədən 12 il 6 aydan çox güzəştli iş stajı var. Hesab edir ki, 57 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin etirazları: İddiaya qarşı etirazının dəlilləri imtinanın dəlilləri ilə eynilk təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, * saylı Şirvan-Salyan regional filialının ## ###### 2023-cü il tarixli aktında qeyd edilir ki, İddiaçı ##.##.1995-##.##.2005-ci il və ##.##.2019-##.##.2021-ci il tarixləri arasında “İlkin-N” MMC-də işlədiyi dövrlərin yoxlanması aparılmış və məlum olmuşdur ki, “İlkin-N” MMCvə məxsus olan 1995-2015-ci illəri əhatə edən sənədlər yandığı üçün Ə.Abdullavevin ##.##.1995-##.##.2005-ci illəri əhatə edən əmək fəaliyyətini yoxlamaq mümkün olmamışdır. Həmcinin, 2019-cu ilin əmrlər kitabına baxış keçirilməsi zamanı Ə.Abdullavevin ##.##.2019-cu il tarixdə işə qəbul olunmasına dair əmrə rast gəlinməmiş, ##.##.2021-ci il tarixdə * saylı əmrlə isdən azad edildiyi təsdiq edilmişdir. İddiaçının qanunvericiliklə tələb olunan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən ümumi və güzəştli əmək stajı yoxdur. Şirvan İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı (hakim Hilal Nəcəfov) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri imtinanın və etirazın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, “İlkin-N” MMC fəaliyyətə 2004-cü ildə başlamışdır. 2004-cü il tarixədək fəaliyyəti olmamış bir müəssisədə iddiaçının 1995-ci il tarixdən işləməsi cavabdeh inzibati orqan tərəfindən mübahisəli hal kimi qiymətləndirilmiş və məhkəmə icraatı icraatı zamanı da iddiaçının “İlkin-N” MMC-də işləməsi sübuta yetirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Vüsal Abbasov iddiaçı İddiaçı həm yerlisi, həm də kirvəsi kimi tanıdığını, 2009-cu il tarixdən “İlkin-N” MMC-də baş mühasib vəzifəsində işlədiyini, lakin iddiaçının konkret hansı tarixlərdə müəssisədə işləməsi barədə tarixləri xatırlamadığını qeyd etmişdir. Şahid etiraf etmişdir ki, iddiaçının 1995-2005-ci illər üzrə əmək fəaliyyəti barədə qeydlər onun əmək kitabçasına təqribi 3 il əvvəl yazılmış, o, yalnız qeydlərə möhür vurmuşdur. Əmək kitabçasındakı qeydləri “İlkin-N” MMC-də işləyən Amaliya adlı xanım iddiaçının dediyi illərə müvafiq olaraq başqa otaqda doldurmuş, sonra möhür vurulması üçün ona təqdim etmişdir. Müəssisənin mübahisəli dövrlər ilə bağlı bütün sənədləri yanğın nəticəsində yanıb məhv olmuş, yanğınsöndürənlər gəlmədən yanğın söndürülmüşdür. Sonda nümayəndə Şirvan İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli *-*(***)- ***/**** nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini və iş üzrə xüsusi qərardad çıxarılmaqla aidiyyəti orqana göndərilməsini xahiş etdi. ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş iddiaçı iddiaya uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, “İlkin-N” MMCdə təxminən 2005-2015-ci illərdə işləmişdir. Ona aid ******* nömrəli əmək kitabçasındakı qeydlər təxminən 3-4 il əvvəl doldurulmuşdur. O, əmək fəaliyyəti ilə bağlı “İlkin-N” MMC-nin əməkdaşı olan Amaliya adlı xanıma hər hansı bir məlumat verməmiş, “İlkin-N” MMC-nin baş mühasibi X1 tərəfindən Amaliya adlı xanıma tapşırıq verilmişdir ki, ona aid əmək kitabçası doldursun. ******* nömrəli əmək kitabçasını təxminən 1 həftə sonra X1 dükanda almışdır. ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, 2009-cu ildən 2023-cü ilin sonlarına qədər “İlkin-N” MMC-də baş mühasib vəzifəsində işləmişdir. İddiaçı “İlkin-N” MMC-də hansı müddətlərdə işləməsini bilmir, amma 2009-cu ildən sonra işləməsini bilir. İşlədiyi dövrdə İddiaçı “İlkin-N” Məhdud Məsuliyyətli Cəmiyyətində qaynaqçı vəzifəsində işləmişdir. Lakin o, müəssisədə otaq işçisi kimi fəaliyyət göstərdiyindən və əsasən daxili maliyyə işləri ilə məşğul olduğundan İddiaçı dəqiq hansı dövrlərdə işləməsi, işə qəbul və işdən çıxma vaxtları barədə məlumatı yoxdur. Təxminən 3-4 il bundan əvvəl İddiaçı ona yaxınlaşaraq əmək kitabçasının doldurulmasına köməklik göstərilməsini xahiş etmişdir. Həmin vaxt bu işi müəssisədə kadr işləri ilə məşğul olan Amaliya xanıma tapşırmışdır. Müəssisədə baş vermiş yanğın nəticəsində bir sıra sənədlər, o cümlədən əmək fəaliyyətinə dair sənədlərin məhv olduğu nəzərə alınaraq, əmək kitabçası İddiaçı bildirdiyi əmək fəaliyyəti barədə məlumatlar əsasında doldurulmuşdur. Əmək kitabçası doldurulduqdan sonra tərəfindən ona möhür vurulmuşdur. ******* nömrəli əmək kitabçasını dükana qoymuş və İddiaçı əmək kitabçasını dükandan götürmüşdür. Tətbiq edilən hüquq: Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. ... 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 47. Bu Qanun 2006-cı il ######ın #-dən qüvvəyə minir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlilinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv ediməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ##.##.2006-cı il tarixə 25 ildən çox ümumi, o cümlədən həmin müddətin 12 il 6 aydan çox güzəştli iş stajı vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Kollegiya qeyd edir ki, işin hallarının araşdırılması prinsipinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçıya 57 yaşdan əmək pensiyasının təyin edilməsi üçün ##.##.2006-cı ilədək 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajı tələb olunur. İşin araşdırıması zamanı müəyyən edilmişdir ki, iddiaçının ##.##.2006-cı ilədək 25 il ümumi iş stajı və 12 il 6 ay güzəştli iş stajı yoxdur. İddiaçıya aid ##.##.2005-ci il tarixdə doldurulmuş ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı ##.##.1995-ci ildə “İlkin-N” MMC-yə 5-ci dərəcəli elektrik-qaz qaynaqçısı peşəsinə işə qəbul edilməsi (##.##.1995, əmr 76), 10.07.05 tarixdə tutduğu peşəsindən ərizəsinə əsasən azad edilməsi barədə (##.##.2005, əmr 110) qeydiyyat aparılmışdır. Əmək kitabçasından görünür ki, “05” və “2005” tarixlərə düzəliş olunmuşdur. Əmək kitabçasında qeydlərin aşağı hissəsində “İlkin-N” MMC-nin direktoru Q.İ.Abbasov” qeydi aparılmış, imza var, hüquqi şəxsin möhürü vurulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən güzəştli iş stajı kimi nəzərə alınmış ##.##.2005-ci il tarixdə doldurulmuş ******* nömrəli əmək kitabçasında qeyd edilmiş ##.##.1995-##.##.2005-ci illərin mötəbərliyi ilə bağlı araşdırma aparılmış və müəyyən edilmişdir ki, əmək kitabçası ##.##.2005-ci il tarixdə doldurulmamış və əmək kitabçasında qeyd edilmiş əmək faliyyəti ilə bağlı dövrlər qanuni əsas olmadan aparılmışdır. İşin araşdırılması zamanı iddiaçının izahatından və şahidin ifadəsindən məlum olmuşdur ki, ******* nömrəli əmək kitabçası təxminən 3-4 il əvvəl doldurulmuşdur. Nəzərə almaq lazımdır ki, “İlkin-N" Məhdud Məsuliyyətli Cəmiyyəti ##.##.1996-cı il tarixli 31209 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındığı halda, hələ mövcud olmayan bir MMC-də İddiaçı ##.##.1995-ci ildə işə qəbul olunması barədə ******* nömrəli əmək kitabçasında qeydiyyat aparılmışdır. “İlkin-N” MMC tərəfindən iddiaçıya verilmiş ##.##.2023-cü il tarixli *** nömrəli arayışda qeyd edilənlər də mötəbər hesab edilməyən ******* nömrəli əmək kitabçasında qeyd edilmiş məlumatlar əsasında aparılmışdır. Qeyd edilən səbəblərdən ******* nömrəli əmək kitabçasında əmək fəaliyyəti ilə bağlı qeyd edilmiş məlumatlar mötəbər hesab edilməmişdir. İşə baxılarkən əməldə cinayətin əlamətləri aşkara çıxarılmış və bu barədə xüsusi qərardad çıxarmaqla materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. Məhkəmə mübahisə üzrə prosessual qənaət prinsipi baxımından iddiaçının digər dövrlər üzrə ümumi və güzəştli iş stajına malik olub-olmaması məsələsinə qiymət verilməsinə lüzum görmür. Belə ki, bu məsələnin mübahisə üzrə qəbul ediləcək qərara təsiri yoxdur. İddiaçının ##.##.2006-cı il tarixədək 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajının olmaması iddianın təmin edilməməsi üçün əsasdır. Qeyd edilən səbəblərdən iddiaçının tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunauyğun olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən əvvəlki 3 il dövr üzrə ödənilməmiş pensiya məbləğinin hesablanılaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar