Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-856/2025 23.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh xxxx Publik Hüquqi Şəxsə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə, üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh xxxx Publik Hüquqi Şəxsə qarşı “Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının ##.##.2001-ci il tarixli ** nömrəli qərarı və A № ****** seriyalı ************** reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən X3 ayrılmış 643.8 kv.m həyətyanı torpaq sahəsinin koordinatlarının torpaq sahəsi ayrılan zaman müəyyən edilən koordinatlara uyğunlaşdırması və “R.Axundov” adına Sovxoz Texnikomunun ##.##.1989-cu il tarixli *** nömrəli əmrinə və Azərbaycan SSR NS-nin ##.##.1989-cu il tarixli *** nömrəli qərarına əsasən sovxoza ayrılmış həyətyanı torpaq fondu hesabına ##.##.1989-cu il tarixli təhkim aktı ilə onun mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reystrində qeydə alınaraq xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə (məhkəmə icraatına zəruri cəlbetmə qaydasında cəlb edilmiş üçüncü şəxs) dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## #### 2025ci il tarixli *-*(***)-**/**** saylı qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: Cəlilabad Rayon “R.Axundov” adına sovxozun ##.##.1989-cu il tarixli *** nömrəli əmrinin arxiv çıxarışından və # ###### 1989-cu il tarixli təhkim aktından görünür ki, sovxoza ayrılmış həyətyanı torpaq fondu hesabından 0.06 ha torpaq sahəsi İddiaçı verilmişdir. cavabdeh1n * saylı Cəlilabad ərazi idarəsi tərəfindən ##.##.2026-cı il tarixli məktub ilə təqdim edilmiş sənədlərdən görünür ki, Aqrar İslahat Komissiyası tərəfindən X1 (iddiaçının atası), İddiaçı və digər ailə üzvlərinə 0.25 ha torpaq sahəsi verilmişdir. cavabdeh1 Publik Hüquqi Şəxsin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən təsdiq edilmiş “Cəlilabad şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl”dən görünür ki, X3 0.06 ha torpaq sahəsi verilmişdir (Aktın nömrəsi: 4751, KOD: 80600001). Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Cəlilabad rayon şöbəsi tərəfindən tərtib edilmiş seriya A ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, X3 verilmiş torpaq sahəsinə dair plan-ölçü sənədi tərtib edilmiş, sənədin tərtib edilməsinə əsas Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının qərarı olmuş, plan-ölçü sənədi X4 kitabında qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan və “Plan və ölçü sənədi”ndən görünür ki, AZ 1502, ünvan 1 21, Köhnə ünvan: Cəlilabad şəhəri, Abbasqulu ağa Bakıxanov küçəsi, 37 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs xüsusi mülkiyyət hüququ ##.##.2025-ci il tarixdə ************ reyestr nömrəsi ilə qeydiyyata alınmış, torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, “...Cəlilabad şəhəri ərazisində istifadə etdiyiniz 0.06 ha həyətyanı torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi kompleks yerquruluşu xəritəsinə əsasən X3 adına Cəlilabad Rayon Aqrar islahatı Komissiyasının ## ### 2001-ci il tarixli ** nömrəli qərarı əsasında plan və ölçü sənədi verilmişdir. Hüquqi Şəxsin * saylı Cəlilabad ərazi idarəsi daşınmaz əmlak üzərində yaranmış mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirən orqan olduğu üçün torpaq sahəsi üzərində tərəflər arasında yaranmış mübahisənin həlli idarənin səlahiyyəti xaricindədir.” cavabdeh1n * saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, “...1-ci sual üzrə: “R.Axundov adına sovxoz texnikomu”nun ##.##.1989-cü il tarixli *** nömrəli əmrinə və Azərbaycan SSR NS-nin ##.##.1989-cu il tarixli *** nömrəli qərarına əsasən sovxoza ayrılmış həyətyanı torpaq fondu hesabına ##.##.1989-cu il tarixli təhkim aktı ilə İddiaçı mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin məkan göstəricilərini (koordinatlarını) əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin olmaması səbəbindən bu torpaq sahəsinin sənəd üzrə yerini və döngə nöqtələrinin koordinatlarını dəqiqliklə təyin etmək mümkün olmadı. İddiaçı İddiaçı mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsi kimi iddia etdiyi faktiki 0.06 ha olan torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. ...3-cü sual üzrə: İddiaçı İddiaçı mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin məkan göstəricilərini (koordinatlarını) əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi olmadığından İddiaçı iddia etdiyi faktiki 0.06 ha olan həyətyanı torpaq sahəsi ilə sənəd üzrə yerləşmə vəziyyəti arasında uyğunsuzluğu müəyyən etmək, müqayisələndirmək mümkün olmadı. Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının ## ### 2001-ci il tarixl ** nömrəli qərarı ilə A № ****** seriyalı ************** reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən üçüncü şəxs X3 fərdi yaşayış evi tikmək üçün mülkiyyətə verilməsi nəzərdə tutulmuş 643.8 kv.m həyətyanı torpaq sahəsinin naturada faktiki istifadə və sənəd üzrə yerləşmə vəziyyəti arasında uyğunsuzluğun mövcud olduğu müəyyənləşdirildi. Yuxarıda qeyd edilən uyğunsuzluqlara görə iddiaçı ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinin koordinatlarının aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində düzgün olaraq qeyd edilib-edilmədiyini cavablandırmaq mümkün olmadı. 4-cü sual üzrə: X3 istifadə etdiyi həyətyanı torpaq sahəsinin faktiki istifadə və sənəd üzrə yerləşmə vəziyyəti arasında uyğunsuzluğun mövcud olmasını sənəd və faktiki istifadə üzrə müəyyənləşdirən koordinatlar rəyə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. Mübahisələndirilən 0.06 ha torpaq sahəsi təyinatına görə həyətyanı torpaq sahəsi kimi iddiaçının iddia tələbinə görə üçüncü şəxs X3 faktiki istifadəsindədir. 5-ci sual üzrə: “R.Axundov adına sovxoz texnikomu”nun ##.##.1989-cü il tarixli *** nömrəli əmrinə və Azərbaycan SSR NS-nin ##.##.1989-cu il tarixli *** nömrəli qərarına əsasən sovxoza ayrılmış həyətyanı torpaq fondu hesabına ##.##.1989-cu il tarixli təhkim aktı ilə İddiaçı mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin məkan göstəricilərini (koordinatlarını) əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi olmadığından bu torpaq sahəsi ilə Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının ## ### 2001 -ci il tarixli ** nömrəli qərarı ilə A № ****** seriyalı ************** reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən üçüncü şəxs X3 fərdi yaşayış evi tikmək üçün mülkiyyətə verilməsi nəzərdə tutulmuş 643.8 kv.m həyətyanı torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müqayisəli tərzdə cavablandırmaq mümkün olmadı. 6-cı sual üzrə: İddiaçı İddiaçı mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsi kimi iddia etdiyi və eyni zamanda X3 mülkiyyətinə verilməsi nəzərdə tutulmuş 643.8 kv.m həyətyanı torpaq sahəsi kimi faktiki istifadə etdiyi 0.06 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində heç bir tikilinin mövcud olmadığı müəyyənləşdirildi.” cavabdeh1 Publik Hüquqi Şəxsin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş ##.##.2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, “...Cəlilabad şəhəri üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin əlyazma siyahısında X3 adının qarşısında xəritədəki nömrəsi 4751 rəqəmi ilə göstərilmişdir. İşin dəqiq və hərtərəfli araşdırılması üçün Cəlilabad şəhəri üzrə həyətyanı torpaq sahəsinə dair “Cəlilabad rayonunun Cəlilabad şəhərində vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin özəlləşdirilməsinə aid yerquruluşu Planı”ndan X3 aid 4751 nömrə ilə qeyd edilmiş hissədən çıxarışın təsdiq olunmuş surəti təqdim edilir.” cavabdeh1n * saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş ## #### 2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, “... Cəlilabad rayonu (keçmiş) R.Axundov adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində X3 adına 4751F nömrə ilə qeyd olunmuş 0.06 ha torpaq sahəsinin yerəuyğun yerləşmə vəziyyəti, iddiaçı İddiaçı iddia etdiyi, üçüncü şəxs X3 faktiki istifadəsində olan torpaq sahəsinin yerləşmə vəziyyətinə uyğun gəldiyi müəyyən olundu. Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının ## ### 2001-ci il tarixli ** nömrəli qərarı ilə A № ****** seriyalı ************** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarında sürüşmənin olduğu müəyyən edildi. Tərəflər arasında mübahisəli torpaq sahəsi eyni yerdir. Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının ## ### 2001-ci il tarixli ** nömrəli qərarı ilə A № ****** seriyalı ************** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarında sürüşmənin olduğundan, iddiaçı İddiaçı iddia etdiyi, üçüncü şəxs X3 faktiki istifadəsində olan torpaq sahəsindən kənarda yerləşdiyi ##.##.2024-cü il tarixli *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemində ************ reyestr nömrəli çıxarışla X3 mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, ##.##.2024-cü il tarixli *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmiş iddiaçı İddiaçı iddia etdiyi, üçüncü şəxs X3 faktiki istifadəsində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə eynilik təşkil etdiyi müəyyən olundu.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının ##.##.2001-ci il tarixli ** nömrəli qərarı və A № ****** seriyalı ************** reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən X3 ayrılmış 643.8 kv.m həyətyanı torpaq sahəsinin koordinatlarının torpaq sahəsi ayrılan zaman müəyyən edilən koordinatlara uyğunlaşdırması və “R.Axundov” adına Sovxoz Texnikomunun ##.##.1989-cu il tarixli *** nömrəli əmrinə və Azərbaycan SSR NS-nin ##.##.1989-cu il tarixli *** nömrəli qərarına əsasən sovxoza ayrılmış həyətyanı torpaq fondu hesabına ##.##.1989-cu il tarixli təhkim aktı ilə onun mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reystrində qeydə alınaraq xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “R.Axundov adına Sovxoz Texnikomu”nun ##.##.1989-cu il tarixli *** nömrəli əmrinə əsasən Azərbaycan SSR NS-nin ##.##.1989-cu il tarixli *** nömrəli qərarına əsasən sovxoza ayrılmış həyətyanı torpaq fondu hesabına tərtib olunmuş sxem-planında göstərilən və nömrələnmiş 0.06 ha torpaq sahəsi ayrılıb ona verilmişdir. Ayrılmış torpaq sahəsi ilə bağlı 0# ###### 1989-cu il tarixli təhkim aktı tərtib edilmişdir. Bundan sonra torpaq sahəsinin üzərində inşa ediləcək fərdi yaşayış evinin layihəsi də hazırlanaraq təsdiq edilmiş, tikiliyə ## ###### 1989-cu il tarixli smeta sənədi də tərtib edilmişdir. Qeyd edilən 0.06 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, ona bildirilmişdir ki, torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi kompleks yerqurluşu xəritəsinə əsasən X3 adına Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının ## ### 2001-ci il tarixli ** nömrəli qərarı əsasında plan və ölçü sənədi verilmişdir. Mübahisə məhkəmə qaydasında həll edilməlidir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının mülkiyyət hüququ ilə bağlı müvafiq maddələrinə istinad etmişdir. Cavabdehin etirazları: Etirazın dəlilləri imtinanın dəlilləri ilə eynilk təşkil edir. Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-**/**** saylı qərarı ilə (hakim Hilal Nəcəfov) iddia təmin edilmiş, Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının ##.##.2001-ci il tarixli ** nömrəli qərarı və A № ****** seriyalı ************** reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən X5 ayrılmış 643.8 kv.m həyətyanı torpaq sahəsinin koordinatlarının torpaq sahəsi ayrılan zaman müəyyən edilən koordinatlara uyğunlaşdırması və “R.Axundov adına sovxoz texnikomu”nun ##.##.1989-cu il tarixli *** nömrəli əmrinə və Azərbaycan SSR NS-nin ##.##.1989-cu il tarixli *** nömrəli qərarına əsasən sovxoza ayrılmış həyətyanı torpaq fondu hesabına ##.##.1989-cu il tarixli təhkim aktı ilə onun mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reystrində qeydə alınaraq xüsusi mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı və digər iddiaçılardan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə verərək, müddətin bərpa edilməsini və şikayətə mahiyyəti üzrə baxılaraq, Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-**/**** saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Eyni zamanda qərardan üçüncü şəxs apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-**/**** saylı qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməmiş, cavabdehin Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-**/**** saylı qərarından vermiş olduğu apellyasiya şikayəti mümkün sayılmamış və onun qəbulundan imtina edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında cavabdeh1n * saylı Cəlilabad Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 publik hüquqi şəxs ilə əvəz edilmişdir. Üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən mübahisə edilən çıxarışın və plan ölçü sənədinin verilməsini tələb etdiyi 643.08 ha torpaq sahəsi ona CəlilabadRayon Aqrar İslahat Komissiyasının ## ### 2001-ci il tarixli ** nömrəli qərarı əsasında verilmişdir. Daha sonra, həmin torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş və X4 kitabında 9856 nömrə ilə uçota alınmışdır. Bu onu göstərir ki, 643.08 ha torpaq sahəsi qanuni qərar əsasında ayrılmış və dövlət reyestrində uçota alınmışdır. Həmin torpaq sahəsinin verilməsinə əsas olmuş Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının qərarı mübahisələndirilmədən və məhkəmə tərəfindən ləğv edilmədən mülkiyyətində olan həmin torpaq sahəsinə dair başqa şəxsin adına çıxarışın verilməsi qanunsuz olmuşdur. Məhkəmə ekspertiza təyin edən zaman ekspert qarşısında qoyulan sualları iddiaçının iddia ərizəsində göstərilən formal mülahizələrin üzərində qurmuşdur. Buna görə də onun mülkiyyətində olan torpaq sahəsinin yerləşmə yeri və sərhədləri barədə ekspert rəy verməmişdir. Bundan başqa, sonuncu məhkəmə iclasına dəvət edilmədiyi üçün təkrar ekspertizanın təyin edilməsi barədə vəsatət verə bilməmişdir. Göründüyü kimi, mübahisənin düzgün və ədalətli həlli üçün əhəmiyyət kəsb edən qeyd olunan hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış, mövcud sübut və dəlillər düzgün qiymətləndirilməmiş, bu səbəbdən mübahisəyə düzgün hüquqi qiymət verilməmiş və nəticədə qanunsuz qərar qəbul edilmişdir. Məhkəmə hüquqi qüvvəsi olmayan “Ruhulla Axundov adına sovxoz”un fəaliyyət dövrünə aid arxiv xarakterli sənədlərə üstünlük vermişdir. Sovxozlar torpaq üzərində mülkiyyət hüququna malik olmamış, yalnız dövlət torpaqlarından istifadə edən təsərrüfat subyektləri olmuşdur. Bu səbəbdən sovxoz dövrünə aid sənədlər mülkiyyət hüququ yaratmır və Aqrar İslahat Komissiyasının hüquq yaradan rəsmi qərarı ilə müqayisədə üstün hüquqi qüvvəyə malik hesab edilə bilməz. Hətta, fərz edilsə ki, qarşı tərəf sovxoz dövrünə aid hər hansı sənədi aqrar islahatlar zamanı təqdim etmiş olsaydı, bu hal onun üçün torpaq üzərində mülkiyyət hüququnun yaranmasına hüquqi əsas yaratmırdı. Çünki, aqrar islahatlar zamanı mülkiyyət hüququ yalnız Aqrar İslahat Komissiyasının müvafiq qərarı əsasında yaranırdı və qarşı tərəfin adına mübahisəli torpaq sahəsi üzrə heç bir Komissiya qərarı mövcud deyildir. Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının ##.##.2001-ci il tarixli ** saylı qərarı faktiki icra edilmiş hüquq yaradan aktdır ki, bu hal torpaq sahəsinin sonradan dövlət qeydiyyatına alınması ilə təsdiq olunmuşdur. Torpaq sahəsinin ölçüsünün Komissiya qərarında 643.08 kv.m, dövlət qeydiyyatında isə 6 sot göstərilməsi eyni torpaq sahəsi, eyni kontur və eyni yerləşmə saxlanılmaqla aparılmış texniki yuvarlaqlaşdırma ilə bağlıdır və bu fərq torpaq sahəsinin sərhədlərinə, yerləşməsinə və mülkiyyət hüququnun mahiyyətinə təsir edən hüquqi nəticə yaratmır. Apellyasiya şikayətinə etirazlar: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməmiş, cavabdehin Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-**/**** saylı qərarından vermiş olduğu apellyasiya şikayəti mümkün sayılmamış və onun qəbulundan imtina edilmişdir. Həmin qərardaddan kassasiya şikayəti verilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Üçüncü şəxs apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-**/**** saylı qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi bildirdi ki, Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-**/**** saylı qərarının icrası mümüknü deyil. Belə ki, Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının ##.##.2001-ci il tarixli ** nömrəli qərarı və A № ****** seriyalı ************** reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən 643.8 kv.m həyətyanı torpaq sahəsi X5 ayrılmış və adına ##.##.2025-ci il tarixdə ************ reyestr nömrəli çıxarış verilmişdir. Sonda Nümayəndə Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)- **/**** saylı qərarının ləğv edilməsini xahiş etdi. İddiaçı iddiaya uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş X7 (cavabdeh1n * saylı Cəlilabad ərazi idarəsində mühəndis vəzifəsində işləyir) bildirmişdir ki, Cəlilabad rayonu (keçmiş) R.Axundov adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində X3 adına 4751F nömrə ilə qeyd olunmuş 0.06 ha torpaq sahəsinin yerəuyğun yerləşmə vəziyyəti, iddiaçı İddiaçı iddia etdiyi, üçüncü şəxs X3 faktiki istifadəsində olan torpaq sahəsinin yerləşmə vəziyyətinə uyğundur. Tərəflər eyni torpaq sahəsinə iddia edirlər. Tətbiq edilən hüquq: “Torpaq islahatı haqqında” Azərbayacan Respublikasının Qanunu: Maddə 1. Torpaq islahatının məqsədi və vəzifələri Torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Maddə 3. Torpaq islahatının obyekti Torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir. Maddə 8. Xüsusi mülkiyyətə verilən torpaqlar (## ###### 2001-ci il tarixədək olan redaksiya) Xüsusi mülkiyyətə aşağıdakı torpaqlar verilir: vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar; sovxoz və kolxozların özəlləşdirilən torpaqları. Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 11. Sovxoz və kolxozların özəlləşdirilən torpaqları
1. Sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. Sovxozların bazasında dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi yaradıldıqda həmin ərazidə özəlləşdirilən torpaqlar yeni müəssisənin istehsal məqsədləri üçün tələb olunan və bələdiyyənin ehtiyat fonduna verilən torpaqlar çıxılmaqla müəyyən edilir. İslahat zamanı bələdiyyənin ehtiyat fonduna sovxoz və kolxozların kənd təsərrüfatına yararlı torpaqlarının 5 faizindən çox olmayan hissəsi, kənd təsərrüfatına az yararlı, yararsız torpaqları bütövlükdə ayrılır. Bələdiyyə ehtiyat fonduna ayrılan kənd təsərrüfatına yararlı torpaqların ölçüsü və yeri yerli islahat komissiyaları ilə birlikdə rayon aqrar islahat komissiyaları tərəfindən sovxozun və kolxozun torpaq ehtiyatlarından, torpaq payı almaq hüquqi olanların sayından və rayon üzrə adambaşına düşən orta torpaq payından asılı olaraq müəyyən edilir.
2. Yardımçı kənd təsərrüfatı üçün sovxoz və kolxozların ərazisindən nazirliklərə, komitələrə, şirkətlərə, birliklərə, müəssisələrə, idarə və təşkilatlara verilmiş torpaqlar Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydada onların istifadəsində saxlanılır, yaxud bütövlükdə və ya qismən əvvəlki istifadəçilərinə qaytarılır.
3. Bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və kolxozun torpaqlarında yaradılmış təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı müəssisələrinin torpaq sahələrinin bu Qanunun 13cü maddəsində müəyyən edilən torpaq paylarından artıq hissəsi özəlləşdirilən torpaqlara, təsərrüfatlararası müəssisələrdə isə payçı təsərrüfatların torpaqlarına daxil edilir. Həmin müəssisələrin torpaq sahələri torpaq payından az olduqda onlara əlavə torpaq verilir.
Maddə 12. Sovxoz və kolxozların torpaqlarından pay almaq hüququ olan subyektlər
1. Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.
2. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə hüquq müəyyənedici sənəd qüvvədədədir. Həmin sənəd mülkiyyət hüququnun qeydiyyataı üçün əsasdır. Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının ##.##.2001-ci il tarixli ** nömrəli qərarı və A № ****** seriyalı ************** reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən X5 ayrılmış 643.8 kv.m həyətyanı torpaq sahəsinin ayrılması zamanı tərtib edilən koordinatlarla plan-ölçü sənədi verilən zaman qeyd edilən koordinatlar arasında uyğunsuzluqlar olduğu, qeyd edilən uyğunsuzluqlar nəticəsində iş üzrə iddiaçı İddiaçı məxsus Azərbaycan SSR NS-nin ##.##.1989-cu il tarixli *** nömrəli qərarına əsasən sovxoza ayrılmış həyətyanı torpaq fondu hesabına ##.##.1989-cu il tarixli təhkim aktı ilə onun mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsi üzərində hüquqlarının qeydə alına bilməməsi halı müəyyən edilir. Hər iki torpaq sahəsi üzrə mülkiyyətçilərin mövcud hüquqlarının müdafiəsi və bərpası məqsədilə koordinatlarda olan uyğunsuzluqlar Torpaqların elektron kadastr uçotu informasiya sistemi bazasında inzibati orqan tərəfindən aradan qaldırılmalıdır. İşin halları ilə müəyyən edildi ki, Cəlilabad Rayon “R.Axundov” adına sovxozun ##.##.1989cu il tarixli *** nömrəli əmri ilə sovxoza ayrılmış həyətyanı torpaq fondu hesabından 0.06 ha torpaq sahəsi İddiaçı verilmiş, verilmiş torpaq sahəsinə dair # ###### 1989-cu il tarixli təhkim aktı tərtib edilmişdir. İslahat vaxtı İddiaçı atasının təsərrüfatında olan şəxs kimi nəzərə alınmış və Aqrar İslahat Komissiyası tərəfindən X1 (iddiaçının atası), İddiaçı və digər ailə üzvlərinə 0.25 ha torpaq sahəsi verilmişdir. Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının qərarı X3 0.06 ha torpaq sahəsi verilmişdir (Aktın nömrəsi: 4751, KOD: 80600001). Həmin torpaq sahəsi ilə bağlı keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Cəlilabad rayon şöbəsi tərəfindən seriya A ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş, plan-ölçü sənədi X4 kitabında qeydiyyata alınmışdır. AZ 1502, ünvan 1 21, Köhnə ünvan: Cəlilabad şəhəri, Abbasqulu ağa Bakıxanov küçəsi, 37 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs xüsusi mülkiyyət hüququ ##.##.2025-ci il tarixdə ************ nömrəli reyestr nömrəsi ilə qeydiyyata alınmış, torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmişdir. Mütəxəssis rəyindəndən görünür ki, “...“R.Axundov adına sovxoz texnikomu”nun ##.##.1989-cü il tarixli *** nömrəli əmrinə və Azərbaycan SSR NS-nin ##.##.1989-cu il tarixli *** nömrəli qərarına əsasən sovxoza ayrılmış həyətyanı torpaq fondu hesabına ##.##.1989-cu il tarixli təhkim aktı ilə İddiaçı mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin məkan göstəricilərini (koordinatlarını) əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin olmaması səbəbindən bu torpaq sahəsinin sənəd üzrə yerini və döngə nöqtələrinin koordinatlarını dəqiqliklə təyin etmək mümkün olmamış, iddiaçının mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsi kimi iddia etdiyi faktiki 0.06 ha olan torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. İddiaçının mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin məkan göstəricilərini (koordinatlarını) əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi olmadığından omnun iddia etdiyi faktiki 0.06 ha olan həyətyanı torpaq sahəsi ilə sənəd üzrə yerləşmə vəziyyəti arasında uyğunsuzluğu müəyyən etmək, müqayisələndirmək mümkün olmamış, Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının ## ### 2001-ci il tarixl ** nömrəli qərarı ilə A № ****** seriyalı ************** reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən üçüncü şəxs X3 fərdi yaşayış evi tikmək üçün mülkiyyətə verilməsi nəzərdə tutulmuş 643.8 kv.m həyətyanı torpaq sahəsinin naturada faktiki istifadə və sənəd üzrə yerləşmə vəziyyəti arasında uyğunsuzluğun mövcud olduğu müəyyənləşdirilmiş, yuxarıda qeyd edilən uyğunsuzluqlara görə iddiaçı ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinin koordinatlarının aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində düzgün olaraq qeyd edilib-edilmədiyini cavablandırmaq mümkün olmamışdır. “R.Axundov adına sovxoz texnikomu”nun ##.##.1989-cü il tarixli *** nömrəli əmrinə və Azərbaycan SSR NS-nin ##.##.1989-cu il tarixli *** nömrəli qərarına əsasən sovxoza ayrılmış həyətyanı torpaq fondu hesabına ##.##.1989-cu il tarixli təhkim aktı ilə iddiaçının mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin məkan göstəricilərini (koordinatlarını) əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi olmadığından bu torpaq sahəsi ilə Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının ## ### 2001-ci il tarixli ** nömrəli qərarı ilə A № ****** seriyalı ************** reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən üçüncü şəxs X3 fərdi yaşayış evi tikmək üçün mülkiyyətə verilməsi nəzərdə tutulmuş 643.8 kv.m həyətyanı torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müqayisəli tərzdə cavablandırmaq mümkün olmamışdır. Mübahiusəli torpa sahəsinin hüdudları daxilində heç bir tikilinin mövcud deyil.” cavabdeh1n * saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş ## #### 2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, “... Cəlilabad rayonu (keçmiş) R.Axundov adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində X3 adına 4751F nömrə ilə qeyd olunmuş 0.06 ha torpaq sahəsinin yerəuyğun yerləşmə vəziyyəti, iddiaçı İddiaçı iddia etdiyi, üçüncü şəxs X3 faktiki istifadəsində olan torpaq sahəsinin yerləşmə vəziyyətinə uyğun gəldiyi müəyyən olundu. Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının ## ### 2001-ci il tarixli ** nömrəli qərarı ilə A № ****** seriyalı ************** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarında sürüşmənin olduğu müəyyən edildi. Tərəflər arasında mübahisəli torpaq sahəsi eyni yerdir. Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının ## ### 2001-ci il tarixli ** nömrəli qərarı ilə A № ****** seriyalı ************** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarında sürüşmənin olduğundan, iddiaçı İddiaçı iddia etdiyi, üçüncü şəxs X3 faktiki istifadəsində olan torpaq sahəsindən kənarda yerləşdiyi ##.##.2024-cü il tarixli *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemində ************ reyestr nömrəli çıxarışla X3 mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, ##.##.2024-cü il tarixli *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmiş iddiaçı İddiaçı iddia etdiyi, üçüncü şəxs X3 faktiki istifadəsində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə eynilik təşkil etdiyi müəyyən olundu.” Məhkəmə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və qəbul etdiyi məhkəmə aktı ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçının iddia etdiyi torpaq sahəsi islahata məruz qalmış və Aqrar İslahat Komissiyasının qərarı ilə üçüncü şəxs X3 verilmişdir. İddiaçının isə atasının təsərrüfatında olması nəzərə alınmış, ona atasının təsərrüfatında torpaq sahəsi verilmiş və hazırda həmin torpaq sahəsi onun mülkiyyətindədir (##.##.2012-ci il qeydiyyat tarixi, seriya MA, ******* nömrəli çıxarış). Əgər islahat vaxtı iddiaçı ayrıca təsərrüfatda və mübahisəli torpaq sahəsi onun istifadəsində olsa idi, bu zaman həmin torpaq sahəsi ona verilər, təkrarən atasının təsərrüfatında ona torpaq sahəsi verilməzdi. Üçüncü şəxs X3 Aqrar İslahat Komissiyasının qərarı ilə ayrılmış torpaq sahəsi ilə bağlı aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Cəlilabad rayonu (keçmiş) R.Axundov adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində X3 adına 4751F nömrə ilə qeyd olunmuş 0.06 ha torpaq sahəsinin yerəuyğun yerləşmə vəziyyəti, iddiaçı İddiaçı iddia etdiyi torpaq sahəsinin yerləşmə vəziyyətinə uyğundur. Yəni, mübahisəli torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə X3 ayrılmış torpaq sahəsi ilə eyni yerdir. Bunu məhkəmə sorğusu əsasında cavabdeh1n * saylı Cəlilabad ərazi idarəsi tərəfindən təqdim edilmiş yerquruluşu planından çıxarışdan daha aydın şəkildə görmək olur. Bundan başqa, iş materiallarında olan sənədlərdən - adlı siyahıdan, cavabdeh1 Publik Hüquqi Şəxsin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş “Cəlilabad rayonunun Cəlilabad şəhərində vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin özəlləşdirilməsinə aid yerquruluşu Planı”ndan X3 aid 4751 nömrə ilə qeyd edilmiş hissədən çıxarışdan, digər sənədlərdən görünür ki, həmçinin işin araşdırılması zamanı müəyyən edilmişdir ki, islahat vaxtı X9 və ailə üzvlərinə verilmiş 0.06 ha torpaq sahəsi (4750), X8 və ailə üzvlərinə torpaq sahəsi ayrılmış, həmin şəxslər (torpaq sahələri) torpaq ayrılan zaman sənəd üzrə də, fakitiki vəziyyətdə də üçüncü şəxs X3 ayrılmış torpaq sahəsi ilə qonşu torpaq sahələri olmuş, hal-hazırdada qonşudurlar və mübahisəli torpaq sahəsinin yerləşdiyi yer və ətrafı islahata məruz qalmış və Aqrar İslahat Komissiyasının qərarı ilə vətəndaşlara verilmişdir. Hətta, mübahisəli torpaq sahəsi islahata məruz qalmasa idi, bu hal yenə də iddiaçının xeyrinə olmazdı. Belə ki, iddiaçının iddia etdiyi yerin sənəd üzrə yeri də müəyyən deyil. Həmin yerin isə Aqrar İslahat Komissiyasının qərarı ilə X3 ayrılması qeyd edilənlər ilə təsdiqini tapır. İddiaçı isə mövcud sənədlərə əsaslanaraq, iddia etdiyi yerin ona məxsus olmasını bildirir. Tərəflər arasında mübahisəli torpaq sahəsi eyni yerdir, iddiaçı məhz həmin yerə münasibətdə iddia irəli sürmüşdür. Bu səbəbdən işə mahiyyəti üzrə baxılmışdır. İPM-in 110.1-ci maddəsinə əsasən posessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-**/**** saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh xxxx Publik Hüquqi Şəxsə qarşı “Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının ##.##.2001-ci il tarixli ** nömrəli qərarı və A № ****** seriyalı ************** reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən X3 ayrılmış 643.8 kv.m həyətyanı torpaq sahəsinin koordinatlarının torpaq sahəsi ayrılan zaman müəyyən edilən koordinatlara uyğunlaşdırması və “R.Axundov” adına Sovxoz Texnikomunun ##.##.1989-cu il tarixli *** nömrəli əmrinə və Azərbaycan SSR NS-nin ##.##.1989-cu il tarixli *** nömrəli qərarına əsasən sovxoza ayrılmış həyətyanı torpaq fondu hesabına ##.##.1989-cu il tarixli təhkim aktı ilə onun mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reystrində qeydə alınaraq xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.