Məhkəmə qərarları › İş №2-1(106)-86/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-86/2024

23.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-86/2024 23.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “təhsil illərini, hərbi xidmət illərini və işlədiyi illəri sosial sığorta stajı kimi nəzərə alaraq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2-1(120)-78/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 4 saylı regional ərazi filialına müraciət edərək Azərittifaqın Sabirabad rayonu Qaragüney kəndində yerləşən Qaragüney Kooperativ Cəmiyyətində çilingər işlədiyi 21 il 5 ay 5 gün müddəti sosial sığorta stajı kimi nəzərə alaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının işlədiyi həmin dövrlər əmək kitabçasında qeyd olunsada, Filal həmi dövrlərə aid müəssisənin sənədlərinin arxivə təhvil verilmədiyini və xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci ilə kimi məcburi dövlət sosial sığorta haqqı köçürmədiyini rəhbər tutaraq müraciətinin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Verilən cavabla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə “təhsil illərini, hərbi xidmət illərini və işlədiyi illəri sosial sığorta stajı kimi nəzərə alaraq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “təhsil illərini, hərbi xidmət illərini və işlədiyi illəri sosial sığorta stajı kimi nəzə alaraq hüququnun yarandığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 11 aprel 2023-cü il tarixli iclasında cavabdeh əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-ci ildə doğulmuşdur. Təhsili texniki ortadır. xx.xx.1981-ci ildə Azərittifaqın Sabirabad rayonu Qaragüney kəndində yerləşən GFK (X19) də avtomaşınlar üzrə çilingər vəzifəsinə təyin edilmiş və bu vəzifədə xx.xx.2002-ci ilə kimi işləmişdir. xx.xx.2021-ci ildə 65 yaşı tamam olmuşdur. Əmək qanunvericiliyinə uyğun olaraq əmək pensiyasına çıxmaq üçün sənədlərini toplayıb Sabirabad “Asan Xidmət” Mərkəzinə təqdim etmişdir. Bu yaxınlarda cavabdeh təşkilatın xx.xx.2021-ci il tarixli, **********3 saylı məktubunu almışdır. Məktubda 21 il 5 ay 5 gün işlədiyi GFK aidiyyatı sənədləri arxivə vermədiyinə və xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci ilə kimi məcburi dövlət sosial sığorta haqqı köçürmədiyinə görə onun əmək kitabçasında qeyd olunmuş 25 il 5 ay 5 gün iş stajım etibarlı deyildir. Göründüyü kimi iş stajının çox hissəsi sovet dövrünə düşür. Ona göndərilən məktubda guya GFK rəhbərliyi aidiyyatı sənədləri dövlət arxivinə verməmiş və məcburi dövlət sosial sığorta köçürməmişdir. Qeyd olunanları nəzərə alaraq “xx.xx.1981xx.xx.2002-ci illərdəki iş illərini sosial sığorta stajı kimi nəzərə alaraq hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəlyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” qanunun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin qanunun 1.0.2-ci maddəsində qeyd olunur ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” nin 3-cü Maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları iləmüəyyən edilmişdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş- sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Beləliklə, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Azərittifaqın Sabirabad rayonu Qaraqüney kəndində yerləşən GFK da (X11) avtomaşınlar üzrə çilinqər vəzifəsində işlədiyini iddia edir. Əmək kitabçasına əsasən iddiaçının 21 il 5 ay 5 gün iş stajı, 5 il 6 ay 2 gün hərbi xidmət və təhsil dövrü vardır, Ümumilikdə 26 il 11 ay 7 gün sığorta stajı müəyyən olunmuşdur. Lakin iddiaçının fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə Filial tərəfindən aparılan araşdırma nəticəsində heç bir məlumata rast gəlinməmişdir. Həmçinin, iddiaçının əmək ktabçasında onun xx.xx.1981ci il tarixdən xx.xx.2002-ci il tarixədək Azərittifaqın Sabirabad rayonu Qaraqüney kəndində yerləşən GFK-da (X11) avtomaşınlar üzrə çilinqər vəzifəsində işləməsi barədə qeyd olmasına baxmayaraq həmin cəmiyyətin əmək haqqı cədvəlləri, əmrlər və digər sənədləri Sabirabad rayon Dövlət Arxivində və İdarədə saxlanılmadığından həmin dövrlər dövrlər sosial sığorta stajı kimi nəzərə alınmamışdır. Həmçinin iddiaçının, həqiqətən də, real olaraq işləməsini müəyyən etmək üçün iddia edilən dövrlərin əmək kitabçasında qeyd edilməsi ilə yanaşı, qeyd olunan illərə dair işə daxil olma, işdən çıxma əmrləri, əmək haqqı cədvəllərinin də olması zəruridir. Lakin iddiaçı tərəfindən bu illərdə həmin sənədlərin təqdim olunmaması iddiaçının işləməsini ciddi şübhə altına alır. Bununla da, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması mümkünsüzdür. İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) 05 iyul 2023-cü il tarixli, 2-1(120)- 78/2023 saylı qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etdiyi etiraz ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(120)-78/2023 nömrəli qərarında məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılmasının tələb olunması sübuta yetirilir və bu səbəbdən qərar ləğv edilməlidir və iddiaçının iddiasının təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. İddiaçı ona yaşa görə əmək pensiya təyin olunması üçün ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan xx.xx.2021-ci il tarixli **********3 nömrəli məktubla ona yaşa görə pensiyanın təyin edilməsindən imtina etmişdir. İddiaçıya ünvanlanmış məktubda imtinanın əsasları kimi, vətəndaşın təqdim etdiyi əmək kitabçasına əsasən onun ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olması, eləcə də 01.01,2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı göstərilmişdir. İşin tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə tərəfimizdən Fondun 4 saylı regional ərazi filialına göndərilmiş xx.xx.2021-ci il tarixli ********** nömrəli xidməti məktuba əsasən iddiaçının işlədiyini iddia etdiyi xx.xx.1981-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Azərittifaqın Sabirabad rayonu Qaragüney kəndində yerləşən Qaragüney Kooperativ Cəmiyyətində qarşılıqlı yoxlamanın keçirilməsi zərurətinin yarandığı bildirilmişdir. 77 noyabr 2022-ci il tarixli qarşılıqlı yoxlama aktına əsasən onun 25 may 1981-ci il tarixdən işə qəbul edildiyi, 16 noyabr 2002-ci il tarixdən işdən azad edildiyi, həmçinin Cəmiyyətin əmək haqqı kitablarına əsasən 1982 və 1984-cü illərin may və iyun ayları, 1985, 1987, 1988, 1990, 1991, 1993, 1994, 1995-ci illərin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust ayları (1981, 1983, 1986, 1989 və 1994-cü illərin oktyabr ayı, eləcədə 1996, 1997, 1998, 1999, 2000, 2001, 2002-ci illər istisna olmaqla) əmək haqqı aldığı müəyyən edildiyi bildirilmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş İddiaçı əmək pensiyasının təyin edilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli Qərarda onun yasa görə pensiyanın təyin edilməsi üçün müraciəti zamanı hərbi xidmət dövrü haqqında müvafiq sənədi və əyani təhsil alması haqqında arayışı təqdim etmədiyi göstərilmişdir. Bununla da. cavabdeh tərəfindən İ.lsrəfilovun hərbi xidmət və təhsil illərinə münasibət bildirilməsi mümkün olmamışdır. Bundan başqa, Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş 11,05.2023-cü il tarixli 3-17-1/2- 103189/2023 nömrəli cavab məktubuna əsasən iddiaçı İ.lsrəfilovun təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək. xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək xx.xx.1985- ci il tarixdən xx.xx.1985-ci il tarixədək. xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək əmək fəaliyyəti dövrü olmaqla onun xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən sığorta stajı 8 il 9 ay təşkil edir. İlkin olaraq qeyd etməyi zəruri hesab edirik ki, İddiaçı xx.xx.2006-cı il tarixədək 8 il 9 ay sığorta stajına uyğun olaraq 6.668,11 manat pensiya kapitalı pensiya yaşına çatdıqı tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır, eləcə də İ.lsrəfilovun xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.Fondun X7 Sabirabad rayon Qəbul şöbəsinin xx.xx.2022- ci il tarixli yoxlama aktına əsasən iddiaçı Qaragünev Kooperativ Cəmiyyətində 1981,1983,1986.1989 və 1994-cü illərin oktyabr avı, eləcə də 1996-2002-ci illər üzrə əməkhaqqı almadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Həmçinin iddiaçı İ.lsrəfilova məxsus əmək kitabçasında işdən azad olma barədə əmrin tarixində düzəliş edildiyi, yəni müvafiq tarixin "16.11” ilə əvəz edildiyi müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, Sabirabad rayon “Qaragüney” Kooperativ Cəmiyyətinin xx.xx.2022-ci il tarixli qarşılıqlı yoxlama aktının tərtib olunmasında iştirak etmiş keçmiş sədri X12 məhkəməyə ünvanladığı məktubda 1981, 1983, 1986, 1989, 1994, 1996, 1997, 1999, 2000, 2001, 2002-ci illər üzrə ümumi əmək haqqı kitablarının idarənin arxivində olmadığı bildirilmiş və səbəb olaraq məcburi köçkünlər idarənin inzibati binasınada yerləşdirildiyindən həmin sənədlərin məhv edildiyi bildirilmişdir. Beləliklə, iddiaçının əmək fəaliyyəti göstərdiyi Sabirabad rayon “Qaragüney” Kooperativ Cəmiyyətində fəaliyyətdə olan təşkilat olduğu müəyyən edilmişdir. Araşdırma ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, burada əsas müəyyən edilən hal təşkilatın həqiqətən də fəaliyyətdə olmuş təşkilat olmasıdır ki, məlumatların arxiv və müəssisə də saxlanılmaması isə iddiaçının təqsiri səbəbilə olmamışdır. Həmçinin bununla bağlı arxiv və müəssisədə məlumatın olmamasını da məhkəmə iddiaçının ziyanına şərh etmiəmiş, qeyd etmişdir ki, əgər arxiv və müəssisədə yalnız İddiaçı ilə bağlı əmək haqqı arayışı və cədvəlləri olmasaydı, o halda məhkəmə bu halı iddiaçının ziyanına şərh edə bilərdi. Sorğu cavablarına əsasən müəssisənin işçilərinin, o cümlədən İddiaçı əmək haqqı cədvəlləri, eləcə də digər maliyyə sənədlərinin arxivə təqdim edilmədiyi aşkar qeyd edilmişdir. Hazırkı halda məhkəmə inzibati orqanların bazasında olan məlumatlar arasında əmək haqqı cədvəllərinin mövcud olmamasını iddiaçının pensiya hüququnun təminini istisna edən hal hesab edilməli olmadığını bildirmişdir. Eləcə də, məhkəmə cavabdeh inzibati orqanın imtina məktubunda əmək kitabçasının mötəbərliyi ilə bağlı qeyd etdiyi hallara münasibət bildirərək qeyd etməyi zəruri hesab etmişdir ki, əmək kitabçasının düzgün doldurulmaması, qeydlərdə qaralama olması iddiaçının təqsiri səbəbilə olmamışdır. Belə ki, iddiaçının işə girmə və çıxma əmri sorğu cavabları, eləcə də qarşılıqlı yoxlama aktı ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliyini şübhə altına almamış, əksinə həmin qeydlər əsasında iddiaçının Sabirabad rayon “Qaragüney” Kooperativ Cəmiyyətində işlədiyi illəri onun sığorta stajına daxil edilməsi qənaətinə gəlmişdir. Göründüyü kimi məhkəmə qərar qəbul edərkən əmək kitabçasının doldurulması qaydasının pozulmasını işçinin təqsiri hesab etməmişdir. Qeyd etməyi zəruri hesab edirik ki, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il qərarının 3.2-ci bəndinə görə, müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən aparılmalıdır. Həmin Qərarın 3.6-ci bəndinə görə, əmək kitabçasında və onun əlavə içliyində “İş haqqında məlumat” bölməsində qeydin dəyişdirilməsi zəruri olduqda, onda müvafiq sıra nömrəsi və qeydin yazılma tarixi göstərilməklə 3-cü qrafada belə yazılır: nömrəli qeyd etibarsızdır”. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bundan başqa, əmək kitabçasında iddiaçının xx.xx.2002-ci il tarixə aid işdən azadedilmə barədə qeydləri kiril qrafikalı əlifba əsasında aparılmışdır. “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə xx.xx.1991-ci il tarixli Qərarda 1992-ci il tarixli latın qrafikalı Azərbaycan əlifbasının bərpası sahəsində keçirilən islahatlarda “möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyişdirilməsi" nəzərdə tutulmuşdur. Həmçinin, iddiaçının əmək kitabçasındakı xx.xx.2002-ci il tarixdən işdən çıxmasına dair qeydlərdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (xx.xx.1999- cu il tarixdən qüvvəyə minmişdir) deyil, Əmək Qanunları Məcəlləsinə istinad edilməsi onun əmək kitabçasını şübhə altına alır. Qeyd olunanları nəzərə alaraq İddiaçı sosial sığorta stajı qanunvericiliklə tələb olunan 25 ildən az olduğu üçün (8 il 9 ay) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12.1 və 12.2-ci maddələrinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.Göstərilənlərdən məlum olur ki, birinci instansiya məhkəməsi işi tam araşdırmamış, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi hüquq normalarını pozmuşdur. Cavabdeh inzibati orqan apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2-1(120)-78/2023 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2-1(120)-78/2023 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-); 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; (-); Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığorta olunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: Maddə 21.2.3.Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünü müdafiə dəstələrində və birləşmələrində olduğu müddət,müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; Maddə 23.2.1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. ... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqdavə ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlərdüzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndi: Arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanun: Maddə 1. Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iddiaçı təhsil illərini, hərbi xidmət illərini və işlədiyi illəri sosial sığorta stajı kimi nəzərə alaraq hüququnun yarandığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının əmək fəaliyyəti göstərdiyi Sabirabad rayon “Qaragüney” Kooperativ Cəmiyyətinin fəaliyyətdə olan təşkilat olduğu müəyyən edilmişdir. Araşdırma ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, burada əsas müəyyən edilən hal təşkilatın həqiqətən də fəaliyyətdə olmuş təşkilat olmasıdır ki, məhkəmənin qənaətinə görə məlumatların arxiv və müəssisə də saxlanılmaması iddiaçının təqsiri səbəbilə olmamışdır. Həmçinin bununla bağlı arxiv və müəssisədə məlumatın olmamasını da məhkəmə iddiaçının ziyanına şərh etmir. Belə ki, əgər arxiv və müəssisədə yalnız İddiaçı ilə bağlı əmək haqqı arayışı və cədvəlləri olmasaydı o halda məhkəmə bu halı iddiaçının ziyanına şərh edə bilərdi. Sorğu cavablarına əsasən müəssisənin işçilərinin, o cümlədən İddiaçı əmək haqqı cədvəlləri, eləcə də digər maliyyə sənədlərinin arxivə təqdim edilmədiyi aşkar qeyd edilmişdir. Hazırkı halda inzibati orqanların bazasında olan məlumatlar arasında əmək haqqı cədvəllərinin mövcud olmaması iddiaçının pensiya hüququnun təminini istisna edən hal hesab edilməməlidir. Eləcə də, cavabdeh inzibati orqanın imtina məktubunda əmək kitabçasının mötəbərliyi ilə bağlı qeyd etdiyi hallara münasibət bildirərək məhkəmə qeyd edir ki, əmək kitabçasının düzgün doldurulmaması, qeydlərdə qaralama olması iddiaçının təqsiri səbəbilə olmamışdır. Belə ki, iddiaçının işə girmə və çıxma əmri sorğu cavabları, eləcə də qarşılıqlı yoxlama aktı ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliyini şübhə altına almır, əksinə həmin qeydlər əsasında iddiaçının Sabirabad rayon “Qaragüney” Kooperativ Cəmiyyətində işlədiyi illəri onun sığorta stajına daxil edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarında olan AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuş, Sabirabad rayonunun Qaragüney kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1981-ci il tarixli, 044009 nömrəli Diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1975-ci ildə Bakı Politexnikumuna daxil olmuş və 1981-ci ildə həmin texnikumun “Avtomobil nəqliyyatının istismarı” ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1981-ci il tarixli, ИТ-İ * * * * * * * nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Azərittifaqın Sabirabad rayonu Qaraqüney kəndində yerləşən GFK-da (X11) avtomaşınlar üzrə çilinqər vəzifəsində işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 4 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli, **********3 nömrəli məktubundan görünür ki, onun 26 il 11 ay 7 gün sığorta stajı (21 il 5 ay 5 gün əmək kitabçası, 5 il 6 ay 2 gün hərbi xidmət və təhsil dövrü) müəyyən olunmuşdur. Lakin, xx.xx.1981-xx.xx.2002-ci illərdə (21 il 5 ay 5 gün) Sabirabad rayon Qaragüney Kooperativ Cəmiyyətinə aid olan sığorta stajı ilə əlaqədar bildiririk ki, həmin cəmiyyətin əmək haqqı cədvəlləri, əmrlər və digər sənədləri Sabirabad rayon Dövlət Arxivində və idarədə saxlanılmadığından araşdırılması mümkün olmamamışdır. Həmçinin Sabirabad rayon Qaragüney Kooperativ Cəmiyyəti xx.xx.1992-xx.xx.2002-ci illərdə məcburi dövlət sosial sığorta haqqı köçürməmişdir. Belə olan halda tələb olunan (25 il) stajı çatmır. Ona görə də, xx.xx.2006cı ildən sonra fərdi hesabında vəsaitin olmaması, tələb olunan sığorta stajının çatmaması səbəblərindən pensiya təyin edən komissiya yaşa görə əmək pensiyası təyin olunmasına imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2021ci il tarixli, **********605400 nömrəli məktubundan görünür ki, Sabirabad rayon Qaragüney Kooperativ Cəmiyyəti xx.xx.1974-cü il tarixdə 24 nömrəli qeydiyyat şəhadətnaməsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına, xx.xx.2005-ci il tarixdə isə “Qaragüney Kooperativ Cəmiyyəti” adı ilə ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə 5 saylı Ərazi Vergilər İdarəsində vergi uçotuna alınmışdır. X2r, Hal-hazırda fəaliyyəti aktivdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2021-ci il tarixli, 01/3-1653 nömrəli məktubundan görünür ki, Sabirabad rayon “Qaragüney” Kooperativ Cəmiyyəti 30 iyun 2010-cu il tarixdən Azərbaycan Respublikasının statistik vahidlərin dövlət reyestrində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” idarə heyəti aparatının rəhbərinin xx.xx.2021-ci il tarixli, AAŞ-37/39 nömrəli məktubundan görünür ki, Sabirabad rayon Qaragüney Kooperativ Cəmiyyəti Azərittifaqın tabeliyində fəaliyyət göstərir. İş materiallarında olan “Azərittifaq” Sabirabad rayon Qaragüney Kooperativ Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 04 nömrəli məlumatından (arayışından) görünür ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı 1981-2002-cı illərdə Azərittifaqın Sabirabad rayon Qaragüney SFK (X11) avtomaşınlar üzrə çilingər vəzifəsində işlədiyi haqda məlumat göndərilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 4 saylı Sabirabad rayon regional ərazi filialının mütəxəssisi X5, X9 və X3 İttifaqı Sabirabad rayon Qaragüney Kooperativ Cəmiyyətinin sədri X12 iştirakları ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli qarşılıqlı yoxlama aktından görünür ki, İddiaçı sığorta stajına daxil edilən əmək stajını yerində qarşılıqlı yoxlanılmış və müəyyən edilmişdir ki, İddiaçı Cəmiyyətdə saxlanılan şəxsi qovluğa və əmək haqqı kitablarına əsasən araşdırma aparılmış, 25 may 1981-ci il tarixli, 12 saylı sərəncamı ilə çilingər vəzifəsinə işə qəbul olunmuşdur. İşdən azad olunması barədə heç bir sənəd aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texniki Universitetinin Nəzdində Bakı Texniki Kollecinin xx.xx.2022-ci il tarixli, 456 nömrəli arxiv arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1975-ci il 320-c saylı əmrə əsasən keçmiş Bakı Politexnik Texnikumunun gündüz (əyani) şöbəsinin “Avtomobil nəqliyyatının istismarı” ixtisasına daxil olmuşdur. xx.xx.1976-cı il 120-c saylı əmrə əsasən hərbi xidmətə çağırılmışdır. xx.xx.1978-ci il 248-c saylı əmrə əsasən hərbi xidmətdən qayıtmışdır. xx.xx.1981-ci il 79-c saylı əmrə əsasən keçmiş Bakı Politexnik Texnikumunun gündüz (əyani) şöbəsinin “Avtomobil nəqliyyatının istismarı” ixtisasını bitirmiş, Dövlət İxtisas Komissiyasının qərarı ilə ona “texnikistismarçı” ixtisas dərəcəsi və BT 044009 nömrəli diplom verilmişdir. İş materiallarında olan Sabirabad rayon Qaragüney Kooperativ Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 07 nömrəli məktubundan görünür ki, 1981, 1983-1986, 1988-1990, 1992, 1996-2002-ci illərə aid əmr kitabları, əmək haqqı cədvəlləri aşkar olunmamışdır. İlkin araşdırma zamanı aşkar olunan sənədlərə 4 saylı RƏF-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və buna dair xx.xx.2021-ci il tarixdə akt tərtib edilmişdir. Müəssisəyə aid sənədlər arxivə təhvil verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Sabirabad rayon Qaragüney Kooperativ Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 09 nömrəli məktubundan görünür ki, İddiaçı aid idarədə əmək haqqı 1982- 1987-1990- 1991-1993-1994-1995-ci illərdə öz əksini tapmışdır. Məzuniyyət kitabında xx.xx.1988xx.xx.1988-ci illərdə kitabda əks olunmuşdur. Məzuniyyət kitabında xx.xx.1987-ci il tarixdən məzuniyyətə çıxmış, xx.xx.1987-ci ildə öz işinə qayıtmışdır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Mil-Muğan regional ərazi filialının baş mütəxəssisi X10, baş mütəxəssisi X6 və “Azərittifaq” Sabirabad rayon Qaragüney Kooperativ Cəmiyyətinin sədri X12 iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, “Azərittifaq” Sabirabad rayon Qaragüney Kooperativ Cəmiyyəti 1981-2002-ci illərin sığorta stajına daxil edilən əmək stajı yerində qarşılıqlı yoxlanılaraq müəyyən edilmişdir ki, vətəndaş İsrəfilov X15 rayon Qaragüney kəndində yerləşən X11 əmr № 12, xx.xx.1981-ci il tarixdən pr 2 çilingər vəzifəsinə təyin edilmişdir. Əmr № 36/1, xx.xx.2002-ci il tarixdən çilingər işindən öz ərizəsinə əsasən işdən azad edilmişdir. Qaragüney Kooperativ Cəmiyyətinin əmək haqqı kitablarına əsasən 1982, 1984-cü ilin may-iyun ayları 1985, 1987, 1988, 1990, 1991, 1993, 1994, 1995-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust ayları (1981, 1983, 1986, 1989, 1994-cü ilin oktyabr ayı, 1996, 1997, 1998, 1999, 2000, 2001, 2002-ci illər istisna olmaqla) üzrə əmək haqqı olması tərəfindən müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2- 103189/2023 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Bildiririk ki, İddiaçı xx.xx.2021-ci il tarixində pensiya yaşına çatmışdır. İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1982-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1984-cü il tarixindən xx.xx.1984-cü il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1987-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1990-cı il tarixindən xx.xx.1991-ci il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək əmək fəaliyyəti dövrü olmaqla onun xx.xx.2006-cı il tarixinədək mübahisələndirilməyən sığorta stajı 8 il 9 ay təşkil edir. Eyni zamanda adıçəkilən şəxsin xx.xx.2006-cı il tarixinədək 8 il 9 ay sığorta stajına uyğun olaraq 6.668,11 manat pensiya kapitalı pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Fondun X8 Sabirabad rayon qəbul şöbəsinin xx.xx.2022-ci il tarixli yoxlama aktına əsasən iddiaçı Qaragüney Kooperativ Cəmiyyətində 1981,1983,1986,1989,1994-cü ilin oktyabr ayı, 1996-2002-ci illər üzrə əmək haqqı almadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası, yuxarıda şərh olunan qanunvericiliyin normalarını rəhbər tutaraq qeyd edir ki, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. İşin faktiki hallarından və iş materiallarında olan sübutlardan görünür ki, iddiaçı yaşa görə əmək pensiyası almaq üçün qanunvercilikdə müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuş və xx.xx.2021-ci il tarixində 65 yaşı tamam olmuşdur. Yəni, yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Həmin hal cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Cavabdehin ilkin imtinasından, apellyasiya şikayətindən, o cümlədən məhkəmənin sorğusu əsasında verilmiş cavab məktublarından görünür ki, mübahisə yalnız İddiaçı təqdim etdiyi xx.xx.1981-ci il tarixli, ИT-l №0416226 nömrəli əmək kitabçasında qeyd edilmiş xx.xx.1981-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Azərittifaqın Sabirabad rayonu Qaraqüney kəndində yerləşən GFK-da (X11) avtomaşınlar üzrə çilinqər vəzifəsi üzrə əmək fəaliyyətinin 1981,1983,1986,1989,1994-cü ilin oktyabr ayı, 1996-2002-ci illər üzrə əmək haqqı almasının təsdiq edən sənədlərin olmadığı dövrlər, o cümlədən təhsil və hərbi xidmət illərinə aid sığorta stajıdır. İddiaçının xx.xx.1981-ci il tarixli, ИT-l №0416226 nömrəli əmək kitabçasında qeyd edilmiş xx.xx.1981-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Azərittifaqın Sabirabad rayonu Qaraqüney kəndində yerləşən GFK-da (X11) avtomaşınlar üzrə çilinqər vəzifəsi üzrə əmək fəaliyyətinin 1982 və 1984-cü illərin may və iyun ayları, 1985, 1987, 1988, 1990, 1991, 1993, 1994, 1995-ci illərin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust aylarındakı əmək fəaliyyəti ilə bağlı əmək haqqı almasını təsdiq edən sənədlər arxivdə mövcud olduğundan həmin dövrlər mübahisəsiz sığorta stajı kimi qəbul edilmiş və xx.xx.2006-cı il tarixədək 8 il 9 ay mübahisələndirilməyən sığorta stajının olduğu qeyd olunmuşdur. Məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisələndirilən dövrləri (1981,1983,1986,1989,1994-cü ilin oktyabr ayı, 1996-2002-ci illər üzrə əmək haqqı almadığı dövrləri) və apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Apellyasiya şikayətində cavabdehin mübahisələndirdiyi dəlillərindən biri iddiaçının əmək kitabçasında qeyd olunmuş Qaragünev Kooperativ Cəmiyyətində 1981,1983,1986.1989 və 1994-cü illərin oktyabr ayı, eləcə də 1996-2002-ci illər üzrə əmək haqqı almadığı dövrlər ilə bağlıdır. Həmin dövrlər ərzində iddiaçının adına əmək haqqı qeydiyyatı aparılmadığı üçün həmin dövrləri yoxlamaq mümkün olmamış və bu səbəbindən cavabdeh həmin illəri mübahisələndirmişdir. Cavabdehin həmin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, qeyd edilən dövr iddiaçıya məxsus əmək kitabçasında göstərilmişdir. Həmin əmək kitabçasında qeyd edilmişdir ki, iddiaçı 25 may 1981-ci ildə 72 saylı sərəncamla Qaraqüney kəndində yerləşən GFK-da (X11) avtomaşınlar üzrə çilinqər vəzifəsinə təyin olunmuş və 16 noyabr 2002-ci ildə 36 saylı sərəncamla işdən azad olunmuşdur. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Sabirabad rayon Qaragüney Kooperativ Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 07 nömrəli və xx.xx.2022-ci il tarixli, 09 nömrəli məktublarında və qarşılıqlı yoxlama aktlarından görünür ki, iddiaçı İsrəfilov X15 rayon Qaragüney kəndində yerləşən X11 xx.xx.1981-ci il tarixdən çilingər vəzifəsinə təyin edilmiş (əmr № 12, pr 2) və xx.xx.2002-ci il tarixindən çilingər işindən öz ərizəsinə əsasən işdən azad edilmişdir (Əmr № 36/1). Həmçinin həmin sənədlərlə müəyyən olunmuşdur ki, Qaragüney Kooperativ Cəmiyyətinin əmək haqqı kitablarında iddiaçının 1982, 1984-cü ilin may-iyun ayları, 1985, 1987, 1988, 1990, 1991, 1993, 1994, 1995-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust ayları üzrə əmək haqqı alması barədə qeydlər aparılmışdır. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işləməsi yəni, iddiaçının işlədəyi dövrlərdə müəssisənin fəaliyyətinin olması və iddiaçının həmin müəssisədə işləməsi tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə müəssisə mövcud olmuş, iddiaçı müvafiq əmrlə işə daxil olmuş, həmin müəssisədə işləmiş, əmək haqqı almış və müvafiq əmrlə işdən xaric olmuş sadəcə olaraq müəssisənin sənədləri tam şəkildə arxivdə saxlanılmadığı üçün iddiaçının bəzi aylarla bağlı əmək haqqı barədə qeydləri nəzərə alınmamışdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu qeyd edir ki, hazırkı iş üzrə mübahisəli məsələ xx.xx.1981-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Başqa sözlə məhkəmə kollegiyası bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi xx.xx.1981-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi, müvafiq əmrlə işə daxil olması, əmək haqqı alması və işdən xaric olması halı müəyyən edilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə tam və ya qismən təhvil verilməməsi və yaxud əmək haqqı barədə qeydlərin hər hansı səbəbdən aparılmaması, o cümlədən həmin sənədlərin sonradan yararsız hala düşməsi, saxlanılmaması həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə kollegiyası cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və onun məhsuliyyət sferasına daxil deyildir. Belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə görə əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu hal, müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2021-ci il tarixli 2-1(102)-410/2021 nömrəli və xx.xx.2022-ci il tarixli 2-1(102)-1477/2022 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işlərdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Məhkəmə kollegiyası yuxarıda şərh olunan qanunvericiliyin müddəalarının hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək işlədiyi müddət nəzərə alınmaqla onun ümumilikdə 25 ildən çox ümumi iş stajı mövcuddur. Belə olduğu halda iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuşdur. Cavabdeh apellyasiya şikayətində pensiya təyin edilməsi zamanı iddiaçının müraciətində hərbi xidmət dövrü haqqında müvafiq sənədi və əyani təhsil alması haqqında arayışı təqdim etmədiyinə görə həmin dövrlərlə bağlı münasibət bildirmədiyini bildirmişdir. Məhkəmə kolegiyası şikayətin həmin dəlilləri üzrə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən bu cür təhrif olunmuş və dəqiqləşdirilməmiş məlumatın şikayətin dəlili kimi yazılması anlaşılan deyildir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 4 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli, **********3 nömrəli məktubundan görünür ki, həmin dövrlərlə bağlı nəinki iddiaçı tərəfindən sənəd təqdim edilməmiş və cavabdeh tərəfindən münasibət bildirilməmişdir, əksinə iddiaçının təqdim etdiyi sənədlər əsasında cavabdeh həmin dövrlərin iddiaçının 05 il 06 ay 02 gün mübahisəsiz sığortta stajı kimi qəbul edilmişdir (bax iş vərəqi 3). Bununla belə, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin, Təhsil Nazirliyinin və Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin məktublarından və ona əlavə olunmuş arxiv sənədlərindən, o cümlədən iddiaçının məhkəmə iclasında verdiyi izahatından müəyyən olunur ki, İddiaçı həqiqətən xx.xx.1975-ci il 320-c saylı əmrə əsasən keçmiş Bakı Politexnik Texnikumunun gündüz (əyani) şöbəsinin “Avtomobil nəqliyyatının istismarı” ixtisasına daxil olmuşdur. xx.xx.1976-cı il 120-c saylı əmrə əsasən hərbi xidmətə çağırılması səbəbindən yenidən bərpa olunmaq hüququ ilə akademik məzuniyyət verilmiş və xx.xx.1976-cı il tarixdə Sövet Ordusu sıralarına hərbi xidmətə daxil olmuşdur. xx.xx.1978-ci il 248-c saylı əmrə əsasən hərbi xidmətdən qayıtması səbəbindən texnikumun tələbələri sırasına bərpa edilmişdir. xx.xx.1981-ci il 79c saylı əmrə əsasən keçmiş Bakı Politexnik Texnikumunun gündüz (əyani) şöbəsinin “Avtomobil nəqliyyatının istismarı” ixtisasını bitirmiş, Dövlət İxtisas Komissiyasının qərarı ilə ona “texnik-istismarçı” ixtisas dərəcəsi və BT 044009 nömrəli diplom verilmişdir (iş vərəqi 99-107, 147-155, 157). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 4 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli, **********3 nömrəli məktubundan görünür ki, iddiaçının təhsil illəri və hərbi xidmətdə olan dövrü 05 il 06 ay 02 gün təşkil edir ki, həmin müddət cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təhsil illəri və hərbi xidmətdə olan dövrü iddiaçının sosial sığorta stajına əlavə edilməlidir. Cavabdehin apellyasiya şikayətinin digər dəlili iddiaçıya məxsus əmək kitabçasında işdən azad olma barədə əmrin tarixində düzəliş edildiyi və həmin qeydlərin kiril qrafikalı əlifba əsasında aparılması ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilləri ilə bağlı qeyd edir ki, əmək kitabçasında əks olunan əmrlərin düzgünlüyü və mövcudluğu arxiv sənədləri və qarşılıqlı yoxlama aktı ilə tam təsdiq olunmuşdur. Yəni, həmin sənədlərlə tam təsdiq edilmişdir ki, iddiaçı həqiqətən əmək kitabçasında göstərildiyi kimi 25 may 1981-ci ildə 72 saylı sərəncamla Qaraqüney kəndində yerləşən GFK-da (X11) avtomaşınlar üzrə çilinqər vəzifəsinə təyin olunmuş və 16 noyabr 2002-ci ildə 36 saylı sərəncamla işdən azad olunmuşdur (iş vərəqi 164). Yuxarıda qeyd edilən hüquq normalarına görə isə əmək kitabçası arxiv sənədləri ilə tam təsdiq olunduğuna görə mötəbər hesab olunmalıdır. Cavabdeh tərəfindən etiraz məktubunda, o cümlədən apellyasiya şikayətinin digər dəlili ilə bağlı məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində yuxarıda aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, iddiaçı 25 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Belə olan halda məhkəmə kolegiyası hesab edir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas deyildir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya pensiya hüququ yarandığı 10 mart 2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin etməklə qanuni, əsaslı qərar qəbul etmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2-1(120)-78/2023 saylı qərаrı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar