Məhkəmə qərarları › İş №2-1(106)-87/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-87/2025

13.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-87/2025 13.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X10, İddiaçı iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2-1(120)-2447/2024 nömrəli qərarından cavabdeh Təhsildə Keyfiyyət X13 Hüquqi Şəxsinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, qərardad qəbul etdi. İ.İşin halları: İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və diplomun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Tələb onunla əsaslandırılmışdır ki, 1999-2003-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyası, X1 X4 İxtisası üzrə bakalavr, 2012-2014-cü illərdə Bakı Slavyan Univeristeti, Yaradıcılıq Fakültəsində bakalavr təhsili almışdır. 2016-2018-ci illərdə X7 Univeristeti, Sosial Bilimlər İnstitutu, Türk Dili və Ədəbiyyatı bölümündə, X19 ixtisası üzrə magistr təhsili almışdır. 2020-ci ildən hal hazıradək Türkiyə Cumhuriyyəti, İstanbul Univeristeti, Sosial Bilimlər İnstitutu, Türkiyat Araşdırmaları ixtisası üzrə doktorantura təhsili alır. Bunula yanaşı 2005-ci ildə Bakı Jumalstika Məktəbində, 2017-ci ildə X20 Espanolda (Bakı İspan Dili Mərkəzi), xx.xx.2021-xx.xx.2022-ci illərdə X5, X6 Təhsili üzrə kurslar keçmişdir. 2012ci ildən Türkiyə Televiziyalarında təcrübə keçmişdir. “Mədəniyyət paytaxtına aparan yol” (X14 17 illik mədəniyyət siyasəti haqqında), sənədli filminin; “Abdulla Şaiq - Danışan Xatirələr”, bədiisənədli filminin; “Repressiya zindanı” bədii-sənədli filmi ssenari müəllifi olmuşdur. “Nəriman Nərimanov - Son səfər”, bədii-sənədli filminin; “Mirzə Cəlil - Keçmişdən reportaj”, bədii-sənədli filminin; “Cəfər Cabbarlı - Azad bir ruh”, bədii-sənədli filminin; “Uçan xalçanın nağılı” bədii-sənədli filmi, filminin redaktoru olmuşdur. “Zəng” bədii filminin; “Yağlı boya ilə ailə portreti” bədii filminin; “Üzeyir Hacıbəyli - Bir portretin ştrixləri”, bədii-sənədli filminin; “Turan Cavid - Sədaqət” bədii-sənədli filminin; “M.S.Ordubadi- Gələcəyə müsahibə” bədiisənədli filminin; “A.M.Şərifzadə - Sonuncu monoloq” bədiisənədli filminin; “M.Ə.Sabir - Arizi qəmlər əlindən” bədii-sənədli filminin; “Y.V.Çəminzəminli - Azad bir ruh” bədii-sənədli filminin; “Ə.Haqverdiyev - Ömrün, günün sonunda” bədiisənədli filminin; “Xədicə Qayıbova - Ömrün sonatası” bədii-sənədli filminin redaktoru, “Ocaq yeri”, bədii filminin direktoru, “Televizor”, bədii filmi, prodüser-inzibatçısı olmuşdur. 2010-cu ildə "Hər zaman və heç vaxt", şeirlər kitabı (Gənclər və İdman Nazirliyində; 2014-cü ildə “İsanın qadını”, romanı (Qanun Nəşriyyatında); 2019-cu ildə “Nar ağacının nəğmələri”, kitabı (Təhsil Nəşriyyatı və AYB-də); 2019-cu ildə “İsanın qadını”, romanı (Avanqard Yayınlarında) çap edilmişdir. 2017-ci ildə Karsda keçirilən X8 toplanmasında Salman Mümtazın fəaliyəti, İ. X11 Kültürü Kongresi, beynəlxalq konfransında iştirak etmişdir. 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Təqaüdünü (Bir illik, Ədəbi yaradıcılıq üzrə); 2015-ci ildə Azərbaycan Yazıçılar Birliyi və TİKA (Türkiyə) Səməd Behrəngi ədəbi mükafatını; 2008-ci ildə Azərbaycan Yeni Yazarlar və Sənətçilər Qurumunun mükafatını almışdır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Magistr təhsili barədə X9 Univeristeti, Sosial Bilimlər İnstitutundan xx.xx.2018-ci il tarixli, 442103 saylı diplom almışdır. Diplomu aldıqdan sonra onu müvafiq orqanlarında apostil etmişdir. Daha sonra diplomun Azərbaycan Respublikası ərazisində tanınması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Təhsil nazirliyi diplomun tanınmasından əsassız olaraq xx.xx.2023-cü il tarixli məktubla imtina etmişdir. İmtina ilə bağlı ona bildirilmişdir ki, tanınmamanın səbəbi təhsil müddətində Azərbaycan Respublikası Dövlət Sərhədini az keçməyidir. Azərbaycan Respublikası xx.xx.2018-ci il tarixli, 1004-VQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında” Sazişinin 12-ci maddəsinə əsasən Azərbaycanlı tələbələrə Türkiyə Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, türkiyəli tələbələrə Azərbaycan Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Türkiyə Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir xx.xx.2023-cü il tarixli imtina məktubu magistr diplomu ilə təkzib edilir. Çünki İnstitutda proqramı üzrə təhsil müddəti 2 ildir. İnstitutda tədris fərdi təhsil planına uyğun olaraq sürətləndirilmiş təhsil formasında keçirilə bilər. İstənilən kursun proqramını qısa müddət ərzində yerinə yetirmək olar. Tələbənin istəyinə və hazırlıq təhsil proqramını bir ildə mənimsəmə qabiliyyəti nəzərə alınaraq bu imkandan istənilən kursda yararlanmaq mümkündür. Bu hal nə Türkiyə, nə də ki, Azərbaycan Respublikasının təhsil qanunvericiliyinin ziddiyyət təşkil etmir. İxtisas proqramının mənimsənilməsi üçün normative müddətin azaldılması təhsil müəssisəsinin yerləşdiyi dövlətin qanunvericiliyinə əsaslanırsa, bu hal pozuntu kimi qiymətləndirməməlidir. Belə bir qadağa Azərbaycan Respublikasının təhsil qanunvericiliyində də nəzərdə tutulmadığından, cavabdehin iddiaçının diplomunun tanınmasından imtinası qüvvədə olan qanunvericiliyin tələblərinə ziddiyət təşkil edir. Digər tərəfdən isə cavabdeh orqan təhsil müddəti ərzində Türkiyədə olmaması dəlilini irəli sürməzdən əvvəl bu istiqamətdə araşdırma aparmalı, bu məqamları aydınlaşdırmalı, bununla bağlı şübhə yaranan hallar barədə ondan izah tələb etməli idi ki, belə bir sual ünvanlamamış, müzakirə aparmamış, diplomu vermiş İnstitutun mövqeyini öyrənməmişdir. Göstərilənlərə və İnzibati-Prosessual Məcəllənin 68-80-cı maddələrinə əsasən məhkəmədən Magistr təhsili alması barədə X9 Univeristeti, Sosial Bilimlər İnstitutu tərəfindən ona verilmiş xx.xx.2018-ci il tarixli, 442103 saylı diplomun Azərbaycan Respublikası ərazisində tanınmasından imtina olunması barədə cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və diplomun tanınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, “iddiaçının və cavadehin olduğu kimi saxlanılmasını iddia tələbinə diplomunun tanınması və müvafiq ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2-1(120)-2447/2024 nömrəli qərardadı ilə ərizə təmin edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2-1(120)-2447/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş,Türkiyə Respublikasının Ardahan Universiteti tərəfindən verilmiş 442103 nömrəli, xx.xx.2018-ci il tarixli diplomun tanınması haqqında müvafiq ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyətin X13 Hüquqi Şəxsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdehin nümayəndəsi apellyasiya şikayəti vermişdir. İİ. Apellyasiya şikayətinin dəlilləri: Şirvan İnzibati Məhkəməsi qərarda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə qərarlarında dəfələrlə (2-1(102)-265/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli, 2-1(102)- 251/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarlar) xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsinin cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olmasını barədə istinadı nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı (inzibati icraat aparılan zaman qərar qüvvədə olmuş, daha sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarına əsasən ləğv edilmişdir.) ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalan”nın 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb kredit sistemi ilə tədrisin təşkili Qaydalarfnm 3.2.2-ci bəndinə əsasən bakalavr təhsili üzrə ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bu qərara əsasən magistratura və balavriat təhsil səviyyəsində tədris ili müddətində yaxud bununla bağlı dərslərə davamiyyətdə hər hansı fərqlilik nəzərdə tutulmamış, yalnız hər səviyyə üzrə toplanması zəruri olan kredit sayı göstərilmişdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilindəvə Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.23-cü bəndinə əsasən fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır. Məhkəmə tərəfindən ümumilikdə 1 ay 29 günlük təhsil dövründə minimum 60 təhsil kreditini əyani formada məminsəyə biləcəyi qənaətinə gəlmişdir. Bununla da məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü bəndində əks olunmuş inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edilməsi halının nəzərə alınması tələbini pozmuş, kredit yükünün mənimsənilməsinin mümkünlüyü kimi xüsusi biliklər tələb edən məsələyə dair qərar vermişdir. Məhkəmə öz qərarının əsaslandırma hissəsində iddiaçının magistr dissertasiyası üzrə araşdırma işinin Azərbaycan Respublikasında olduğunu argument kimi irəli sürmüş lakin onun transkriptində tezisinə əlavə olaraq ən az 6 fənn də mövcud olmuşdur. Məhkəmə qərar qəbul etdikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-821/2022 nömrəli qərarının 33-cü bəndində qeyd olunmuş məhkəmənin xüsusi biliklər tələb edən sahə üzrə öz mülahizələri əsasında qərar qəbul etməsinin yolverilməzliyini nəzərə almamışdır. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-970/2020 nömrəli qərarının 4-5-ci səhifələrində, 29.11,2022-ci il tarixli, 2-1(102)-1942/2022 nömrəli qərarının 33-cü bəndində əksini tapmış məsələləri nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası dəfələrlə qeyd etmişdir ki, iddiaçının auditoriya dərslərində iştirakının qanunvericiliyin tələbləri ilə müəyyən edilmiş auditoriya dərslərinin həcmi ilə müqayisədə az olması xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmaması üçün əsas kimi çıxış edir. X2 nəzərə alması xahiş olunur ki, iddiaçıya cavabdeh orqan tərəfindən xx.xx.2020-ci il tarixində imtina qərarı verilmiş və bu barədə məlumat xx.xx.2020-ci il tarixində, saat 10:27:03-da elektron ərizə sistemi vasitəsilə onun şəxsi kabinetinə yüklənmişdir. Lakin vətəndaş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci bəndində məcburetmə haqqında iddiaların qaldırılması üçün müəyyən olunmuş 30 günlük müddəti ötürərək, yalnız 3 il sonra iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. Bununla bağlı iddiaçı cavabdehin ilk imtina cavabı ona məlum olduğu halda məhkəmədə müddətin bərpasına nail olmaq üçün 23.11,2023-cü ildə Agentliyə müraciət etmiş və imtina cavabını yenidən istəmişdir. Məhkəmə nəzərə almalıdır ki, 23.11,2023-cü il tarixli ərizənin məzmununa baxış keçirdikdə iddiaçının cavabdehin imtina qərarından xəbərdar olduğu aydın müəyyən olunur, sadəcə olaraq İnzibati Prosessual Məcəlləsinin iddia müddəti və iddianın mümkünlüyü ilə bağlı müddəalarından yayınmaq üçün belə bir addım atmışdır. Buna rəğmən iddiaçının özünün iddia ərizəsinə əlavə etdiyi güya ki onun ilk dəfə imtina aldığı tarix kimi xx.xx.2023-cü il tarixli məktubun qoşmasında ona verilmiş imtina cavabının əsl və ilk tarixi olan xx.xx.2020-ci il qeyd olunmuşdur. Həmçinin elektron ərizə sisteminin bazasında aparılan axtarış zamanı İddiaçı məxsis şəxsi kabinetdə imtinanın xx.xx.2020-ci ildən yerləşdirilərək əks olunduğu müəyyən edilmişdir, Yəni iddiaçı şəxsi kabinetinə girdiyi zaman bu məlumatla tanış olmaq imkanına malik olmuşdur. Bunə rəğmən iddiaçı heç vaxt cavabdeh orqana şəxsi kabinetinin şifrəsinin itirilməsi barədə müraciət etməmiş, yəni onun öz kabinetinə girişi üçün əngəl mövcud olmamışdır. İddiaçının vəziyyətində isə 3 illik bir müddətin ötürülməsi məsələsi müəyyən olunur. Qeyd olunanlardan məlum olur ki, iddiaçı tərəf məhz qanunvericilikdə mövcud olan məcburi prosessual müddətlərdən yayınmaq üçün hüquqi olmayan həmlədən istifadə etmiş, lakin Şirvan İnzibati Məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə məhəl qoymayaraq iddianı mümkün saymışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə çıxarılmış xx.xx.2024-cü il tarixli, 2-1 (102)-1592/2024 nömrəli Qərarında əyani təhsilalma forması üzrə xaricdə təhsil almış şəxslərin diplomlarının tanınması zamanı cavabdehin verdiyi imtinadan verilmiş şikayəti təmin etməmiş, qərarda Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən aktarda əyani təhsilalma forması üzrə tədris müddəti və normativlərinin yoxlanılmasını əsaslı saymışdır. Şirvan İnzibati Məhkəməsinin 21 avqust 2024-cü il tarixli qərarının ləğv olunması və iddia tələbinin rədd olunması barədə qərar çıxarılması xahiş olunur. İİİ. Prosses iştirakçılarının izahatları İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək bildirdi ki, Təhsildə Keyfiyyət X13 Hüquqi Şəxsinə rəsmi müraciət etmiş dəfələrlə, lakin diplomunun tanınmasından imtinası barədə məktub göndərmişlər. Göstərdiyi əsaslara görə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Cavabdeh Təhsildə Keyfiyyət X13 Hüquqi Şəxsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndə məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İV. Tətbiq edilən prosessual və maddi normalar: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 3.3., 82, və 87.6.- 87.8.-ci-maddələrində qeyd olunmuşdur: -İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. -Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:https://e-qanun.az/framework/46956 - inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; - inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikə. - Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. V. Məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olmamışdır. Məhkəmə kollegiyası gəlmiş olduğu hüquqi nəticə ilə əlaqədar qeyd edir: Birinci instansiya məhkəməsi qeyd edir ki, İddiaçı 2016-2018-ci illərdə X7 Univeristeti, Sosial Bilimlər İnstitutu, Türk Dili və Ədəbiyyatı bölümündə, X19 ixtisası üzrə magistr təhsili almışdır. Bunun bağlı iddiaçıya xx.xx.2018-ci il tarixli, 442103 saylı diplom və diploma əlavə təqdim edilmişdir. İddiaçı elmi tədqiqat və elmi-pedaqoji təcrübələri Azərbaycan Respublikasında həyata keçirmiş, nəzəri tədrisilə əlaqədar X7 Univeristetinə getmiş, 2016-2018-ci illərdə Azərbaycan Respublikasından quru yolla bir başa Türkiyə Cümhüriyyətinə gediş olmadığı üçün Gürcüstan Respublikasından keçməklə həyata keçirmişdir. Məhkəmə sorğusu əsasında əldə olunmuş məlumatlardan görünür ki, 2016-cı ilin may ayından etibarən 2018-cilin noyabr ayınadək iddiaçı müxtəlif vaxtlarda ölkə hüdudlarını tərk etmişdir. İddiaçının elmi tədqiqat və elmi-pedaqoji təcrübələri həyata keçirməsi iş materiallarına əlavə elmi tədqiqat əsərləri ilə bir daha sübuta yetirilir. İş materialların olan “Baku Arşivlerinde 1900-1930 arası Türk Edebiyatına dair yazılar” magistr işdən görünür ki, iddiaçının gedniş aradırması Bakı axirvlərində həyata keçirilmişdir. Bunanla yanaşı iş materialları ilə müəyyən edilir ki, iddiaçı 2020-ci ildən etibarən Türkiyə Cumhuriyyəti, İstanbul Univeristeti, Sosial Bilimlər İnstitutu, Türkiyat Araşdırmaları ixtisası üzrə doktorantura təhsili alır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı magistr səviyəsində həhsil almamış olsaydı onun doktorantura səviyəsinə qəbul olması mümkünsüz olardı. Lakin iş materiallarından aşkar görünür ki, iddiacının hazırkı müraciətinə cavadeh orqan tərəfindən xx.xx.2020-ci il tarixində imtina qərarı verilmiş və bu barədə məlumat xx.xx.2020-ci il tarixdə, saat 10:27:03-da elektron ərizə sistemi vasitəsilə onun şəxsi kabinetinə yüklənmişdir. Bu hal cavabdeh tərəf inzibati məhkəmə araşdırması zamanı etirazlarında, eləcə də apellyasiya şikayətində xüsusilə qeyd etmişdir. Kollegiya iddia tələbinin əsaslılığını müzakirə etməzdən əvvəl, müddətlə bağlı inzibati işin mümkünlük şərtlərinin araşdırılmasının zəruri olması qənaətinə gəlmişdir. Belə ki, cavabdeh tərəfin mövqeyinə görə, vətəndaş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci bəndində məcburetmə haqqında iddiaların qaldırılması üçün müəyyən olunmuş 30 günlük müddəti ötürərək, yalnız 3 il sonra iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. Bununla bağlı iddiaçı cavabdehin ilk imtina cavabı ona məlum olduğu halda məhkəmədə müddətin bərpasına nail olmaq üçün xx.xx.2023-cü ildə Agentliyə müraciət etmiş və imtina cavabını yenidən istəmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi mübahisə doğuran həmin halı araşdırmamış, müddət ötürülmüşsə, ötürülmüş müddətin üzrlü olub-olmaması ilə bağlı hüquqi yardım göstərilməmişdir. Mümkünlüş şərtlərinin tələbinə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həm iştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Nəzərə alınmalıdır ki, İPM ilə inzibati məhkəmə icraatının özünə məxsus prinsipləri müəyyən olunmuşdur. Onlardan İPM-in 12-ci maddəsi işin hallarının araşdırılması prinsipinin əsaslarını ehtiva edir. Həmin əsaslara görə; -12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. -12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. -12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Bundan başqa həmin Məcəllənin 13-cü maddəsində məhkəmənin yardım etmək vəzifəsi müəyyən edilmiş və qeyd olunmuşdur ki, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bundan əlavə İPM-in 14.1-cü maddəsi ilə müəyyən edilmiş sübut etmə vəzifəsinin əsaslarına görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Kollegiyanın qənaətinə əsasən iş materiallarında vergi borcunu müəyyən edən qərar olmadığına, ümumiyyətlə iddia ərizəsində və əmlakın siyahıya alınması barədə qərarlarda həmin qərar barədə qeydin olmamasına görə, iddiaçı tərəf 16000 manat vergi borcunun hansı əsasla yaranmasını sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən, iddiaçı tərəfin ərizə və təklifləri ilə, təqdim olunan sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, qanunun prosessual tələbinə əməl etməmişdir. Qeyd olunan hallar inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntu kimi nəzərə alınmalı və iddianın mümkünlük şərti baxımından müddətin ötürülməsinin yenidən araşdırılması üçün inzibati icraat materialları inzibati məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İPM-nin 87.7.1. və 87.7.2-ci maddələrinə əsasən məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: -inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; -inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır, mübahisələndirilən qərarın ləğv olunması üçün prosessual əsas müəyyən olunur. Ona görə də apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iş məhkəmə icraatının davam etdirilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2-1(120)-2447/2024 saylı qərarı ləğv edilsin. İnzibati icraat materialları məhkəmə icraatının davam etdirilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar