Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-876/2025 04.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2024-cü il tarixdən (60 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli 2-1(120)- 2082/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1964-cü il təvəllüdlüdür. Seriya ИT-l ******* nömrəli əmək kitabçasından və seriya AO № ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı aşağıda qeyd olunan müəssisələrdə işləmişdir: xx.xx.1981-ci il tarixdə “Krasnı partizan” şərab s/z tikinti briqadasına fəhlə kimi işə qəbul olunmuş, xx.xx.1982-ci il tarixdə Sovet ordusu sıralarına çağırılması ilə əlaqədar işdən azad edilmiş (1 il, 4 ay, 23 gün), xx.xx.1982- xx.xx.1984-cü il tarixlərdə hərbi xidmətdə olmuşdur (2 il 3 gün). xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək “Krasnı partizan” şərab s/z tikinti briqadasında suvaqçı (7 ay, 26 gün) vəzifəsində işləmiş, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək 108 saylı Prişib Xüsusi Peşə- Texniki məktəbdə təhsil almış (8 ay, 11 gün), xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək “Krasnı partizan” şərab s/z tikinti briqadasında suvaqçı (3 ay, 21 gün), xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək “Azkəndtəsərrüfatısukəmərtikinti” idarəsində sürücü-motorçu (1 il, 4 ay, 11 gün), xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək “Taqilles” birliyinin Sineqorsk meşə sənaye təsərrüfatı filialında dülgər (7 ay, 22 gün), xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək “Taqilles” birliyinin Visimi-Utkinski meşə məntəqəsində dülgər (3 ay, 7 gün), xx.xx.1989-cu il tarixdən xx.xx.1999-cu il tarixədək “Azkəndtəsərrüfatısukəmərtikinti” idarəsində qazmaçı və sürücü-mühərrikçi (10 il, 2 ay, 1 gün), xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Azərbaycanr Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrogeologiya və Mühəndis-Geologiyası İdarəsində planlama və axtarış işləri üzrə fəhlə (1 il, 6 ay,17 gün), xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək (4 il, 5 ay, 1 gün) qazma qurğusunun maşinisti, sürücü, çöl işlərinə çıxmaqla qazma qurğusunun maşinisti, çöl işlərinə çıxmaqla buruq qazmaçısı, xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək (8 ay, 21 gün) çöl işlərinə çıxmaqla qazma qurğusunun maşinisti, xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək (7 ay, 22 gün) çöl işlərinə çıxmaqla sürücü, xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək (8 ay, 22 gün) çöl işlərinə çıxmaqla sürücü, xx.xx.2013cü il tarixdən xx.xx.2013-cü il tarixədək (8 ay 25 gün) çöl işlərinə çıxmaqla qazma qurğusunun maşinisti, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək (7 ay 21 gün) çöl işlərinə çıxmaqla qazma qurğusunun maşinisti, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək (7 ay, 23 gün) çöl işlərinə çıxmaqla qazma qurğusunun maşinisti, xx.xx.2016-cı il tarixdən xx.xx.2016 tarixədək (6 ay, 18 gün) çöl işlərinə çıxmaqla qazma qurğusunun maşinisti, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək (1 il, 11 ay, 11 gün) çöl işlərinə çıxmaqla qazma qurğusunun maşinisti, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək (4 ay, 8 gün) çöl işlərinə qazma ustası, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (6 ay, 26 gün) çöl işlərinə qazma ustası, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (8 ay, 25 gün) çöl işlərində qazma qurğusunun maşinisti, xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək (8 ay, 9 gün) çöl işlərində buruq qazma maşinisti, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (7 ay, 28 gün) çöl işlərində buruq qazma maşinisti və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (7 ay, 12 gün) çöl işlərində buruqqazma ustası vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərətlər Nazirliyinin X5 Fondunun xx.xx.2024-cü il tarixli 3-14-23/2-İ-22-1/2024 nömrəli arayışında qeyd edilmişdir ki, “...Verilir İddiaçı ondan ötrü ki, o, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) ləğv edilmiş Azərbaycan Respublikası Geologiya və Mineral Ehtiyatlar Komitəsində və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətində aşağıdakı kimi işləmişdir: 01 iyun 2000-ci ildə Hidrogeoloji və Mühəndis Geoloji İdarəsinin Hidrogeoloji və mühəndis geoloji planalma partiyasına 3-cü dərəcəli planalma və axtarış işləri üzrə fəhlə vəzifəsinə qəbul edilmişdir (əmr № 33,xx.xx.2000-ci il); 17 dekabr 2001-ci ildə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2001-ci il 17 dekabr tarixli 303/ü saylı əmrinə əsasən Hidrogeoloji və Mühəndis Geoloji İdarəsinin ləğvi ilə əlaqədar işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən (№ 1 qərar, xx.xx.2001-ci il); 01 mart 2002-ci ildə Kompleks Hidrogeologiya və X1 Hidrogeoloji və mühəndis geoloji planalma partiyasına 5-ci dərəcəli qazma qurğusunun maşinisti vəzifəsinə qəbul edilmişdir (əmr № 210/k, xx.xx.2002-ci il); 01 iyul 2002-ci ildə həmin partiyaya sürücü vəzifəsinə keçirilmişdir (əmr № 300/k, xx.xx.2002-ci il); 02 iyun 2003-cü ildə həmin partiyaya çöl işlərinə çıxmaqla 5-ci dərəcəli qazma qurğusunun maşinisti vəzifəsinə təyin edilmişdir (əmr № 18/k § 10, xx.xx.2003-cü il); 01 may 2006-cı ildə Oğuz-Qəbələ hidrogeoloji kəşfiyyat partiyasına çöl işlərinə çıxmaqla 5-ci dərəcəli buruq qazmaçısı vəzifəsinə təyin edilmişdir (əmr № 37/k, § 1, xx.xx.2006-cı il); 31 iyul 2006-cı ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir (əmr № 102/k § 30, xx.xx.2006-cı il); 05 aprel 2010-cu ildə çöl işlərinə çıxmaqla Hidrogeoloji və mühəndis geoloji planalma partiyasına 5-ci dərəcəli qazma qurğusunun maşinisti vəzifəsinə qəbul edilmişdir (əmr № 16/k § 9, xx.xx.2010-cu il); 25 dekabr 2010-cu ildə müddətin qurtarması ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir (əmr № 75/k § 5, xx.xx.2010-cu il); 05 may 2011-ci ildə Ekspedisiyanın Hidrogeoloji və mühəndis geoloji planalma partiyasına çöl işlərinə çıxmaqla 6-ci dərəcəli sürücü vəzifəsinə qəbul edilmişdir (əmr № 29/k § 4, xx.xx.2011-ci il); 26 dekabr 2011-ci ildə müddətin qurtarması ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir (əmr № 64/k, § 5, xx.xx.2011-ci il); 04 aprel 2012-ci ildə Ekspedisiyanın Hidrogeoloji və mühəndis geoloji planalma partiyasına çöl işlərinə çıxmaqla 6-ci dərəcəli sürücü vəzifəsinə qəbul edilmişdir (əmr N№ 21/k, xx.xx.2012-ci il); 25 dekabr 2012-ci ildə müddətin qurtarması ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir (əmr № 93/k, xx.xx.2012-ci il); 03 aprel 2013-cü ildə Ekspedisiyanın Hidrogeoloji və mühəndis geoloji planalma partiyasına çöl işlərinə çıxmaqla 5-ci dərəcəli qazma qurğusunun maşinisti vəzifəsinə qəbul edilmişdir (əmr № 30/k, § 8, xx.xx.2013-cü il); 27 dekabr 2013-cü ildə müddətin qurtarması ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir (əmr № 132/k, xx.xx.2014-cü il); 05 may 2014-cü ildə Ekspedisiyanın Hidrogeoloji və mühəndis geoloji planalma partiyasına çöl işlərinə çıxmaqla 5-ci dərəcəli qazma qurğusunun maşinisti vəzifəsinə qəbul edilmişdir (əmr № 34/k, xx.xx.2014-cü il); 25 dekabr 2014-cü ildə müddətin qurtarması ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir (əmr № 121/k, xx.xx.2014-cü il); 09 aprel 2015-ci ildə Ekspedisiyanın Hidrogeoloji və mühəndis geoloji planalma partiyasına çöl işlərinə çıxmaqla 5-ci dərəcəli qazma qurğusunun maşinisti vəzifəsinə qəbul edilmişdir (əmr № 32/k, xx.xx.2015-ci il); 01 dekabr 2015-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir (əmr № 89/k, § 3, xx.xx.2015-ci il); 06 iyun 2016-cı ildə Ekspedisiyanın Hidrogeoloji və mühəndis geoloji planalma partiyasına çöl işlərinə çıxmaqla 5-ci dərəcəli qazma qurğusunun maşinisti vəzifəsinə qəbul edilmişdir (əmr № 54/k, § 3, xx.xx.2016-cı il); 23 dekabr 2016-cı ildə müddətin qurtarması ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir (əmr №96/k § 11, xx.xx.2016-cı il); 08 fevral 2017-ci ildə Ekspedisiyanın Hidrogeoloji və mühəndis geoloji planalma partiyasına çöl işlərinə çıxmaqla 4-cü dərəcəli qazma qurğusunun maşinisti vəzifəsinə qəbul edilmişdir (əmr № 10/k § 12, xx.xx.2017-ci il); 18 yanvar 2019-cu ildə müddətin qurtarması ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir (əmr № 207/k, xx.xx.2019-cu il); 23 avqust 2019-cu ildə Xidmətin Kompleks monitorinq və hidrogeoloji tədqiqatlar idarəsinə mövsümi geoloji çöl işlərinə 5-ci dərəcəli qazma ustası peşəsinə işə qəbul edilimişdir (əmr № 151/k, xx.xx.2019-cu il); 30 dekabr 2019-cu ildə müddətin qurtarması ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir (əmr № 323/k, xx.xx.2019-cu il); 05 iyun 2020-ci ildə Xidmətin Kompleks monitorinq və hidrogeoloji tədqiqatlar idarəsinə mövsümi geoloji çöl işlərinə 5-ci dərəcəli qazma ustası peşəsinə işə qəbul edilimişdir (əmr № 117/k, xx.xx.2020-ci il); 30 dekabr 2020-ci ildə müddətin qurtarması ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir (əmr №377/k, xx.xx.2020-ci il); 05 aprel 2021-ci ildə Xidmətin Kompleks monitorinq və idrogeoloji tədqiqatlar idarəsinə mövsümi geoloji çöl işlərinə 5-ci dərəcəli qazmaustası peşəsinə işə qəbul edilmişdir (əmr № 078/k, xx.xx.2021-ci il); 29 dekabr 2021-ci ildə müddətin qurtarması ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir (əmr №448/k, xx.xx.2021-ci il). İşlədiyi vəzifə üzrə sosial sığorta stajı (əmək) stajı - 14 il 2 ay 20 gün təşkil edir. Cəmi çöl stajı - 1900 gün təşkil edir. Əsas: kadr əmrləri, əmək haqqı cədvəlləri. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri çöl geoloji kəşfiyyat işlərində fəhlə, qazma qurğusunun maşinisti, sürücü, buruq qazmaçısı, qazma ustası olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsddiq eddilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istesalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 1.3 bəndinin vəzifə koduna uyğundur.” Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “...Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən Sizin güzəştli iş stajı 12 il 6 aydan az (7 il 11 ay 1 gün çöl iş) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, Sizə güzəştli şərtərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericilik tələbləri baxımından mümkün hesab edilmir.” Azərbaycan Respublikası Ekoligiya və Təbii Sərvətlər Nazirliyi X2 xx.xx.2024-cü il tarixli 3-14-18/2-E-2xx-xx/2024 nömrəli arayışdan görünür ki, “...İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətində və X3 aşağıdakı kimi işləmişdir: 21 aprel 2022-ci ildə Xidmətin Hidrogeologiya və mühəndis geologiyası qrupuna “Lənkəran iqtisadi rayonu ərazisində J-39-Vİİ 25,26,27 topovərəqləri hüdudlarında 1:200000 miqyaslı hidrogeoloji plana alma işlərinin davam etdirilməsi” layihəsi üzrə Cəlilabad rayonu ərazisində aparılacaq çöl geoloji-kəşfiyyat işləri ilə əlaqədar mövsümi geoloji çöl işlərində V dərəcəli buruq qazma maşinisti vəzifəsinə işə qəbul edilimişdir (əmr № 125/k, xx.xx.2022-ci il); 29 dekabr 2022-ci ildə əmək müqaviləsinin qurtarması ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir (əmr № 499/k, xx.xx.2022-ci il); 28 aprel 2023-cü ildə Agentliyin “Qarabağ iqtisadi rayonu ərazisində yeraltı su yataqlarının istismar ehtiyatlarının yenidən qiymətləndirilməsi işləri layihəsi üzrə Ağcabədi və Ağdam rayonları ərazisində aparılacaq çöl geoloji-kəşfiyyat işləri ilə əlaqədar mövsümi geoloji çöl işlərində Vİ dərəcəli buruq qazma ustası vəzifəsinə işə qəbul edilimişdir (əmr № 063/k, xx.xx.2023-cü il); 25 dekabr 2023-cü ildə əmək müqaviləsinin qurtarması ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir (əmr № 287/k, xx.xx.2023-cü il); 04 aprel 2024-cü ilde Agentliyin “Cəbrayıl dağətəyi düzənliyinin yeraltı su yataqlarının təftişi və qiymətləndirilməsi” layihəsi üzrə Zəngilan, Cəbrayıl və Füzuli rayonları ərazisində aparılacaq çöl geoloji-kəşfiyyat işləri ilə əlaqədar mövsümi-geoloji çöl işlərində Vİ dərəcəli buruq qazma ustası vəzifəsinə işə qəbul edilimişdir (əmr № 069/k, xx.xx.2024-cü il); Hal-hazırda işləyir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək stajı) 10 ay 22 gün təşkil edir. Cəmi çöl stajı 322 gün təşkil edir. Əsas: kadr əmrləri, əmək haqqı cədvəlləri. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri çöl geoloji kəşfiyyat işlərində fəhlə, qazma qurğusunun maşinisti, sürücü, buruq qazmaçısı, qazma ustası olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 1.3 bəndinin vəzifə koduna uyğundur.” Cavabdehin məhkəməyə ünvanladığı məktubda qeyd edilmişdir ki, “...İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən onun ümumi iş stajı 33 il 9 ay 5 gün (xx.xx.2006-cı il tarixinədək 22 il 10 ay 5 gün (xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1982-xx.xx.1984-cü il (hərbi xidmət dövrü), xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1984xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1988-ci il, xx.xx.1988xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1999-cu il, xx.xx.2000xx.xx.2001-ci il, xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər, həmin tarixdən sonra 10 il 11 ay) təşkil edir. Eyni zamanda bildiririk ki, adıçəkilən şəxsin (xx.xx.2025-ci il tarixinə) cəmi pensiya kapitalı 35810.27 manat təşkil edir.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xx.xx.2024-cü il tarixdən (60 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 1964-cü il təvəllüdlüdür. Əmək fəaliyyətinə 1981-ci ilin iyul ayından başlamışdır. 25 ildən çox ümumi stajı və həmin müddətin 12 il 6 aydan çox güzəştli iş stajı var. Qanunvericiliyə görə hesab edir ki, 60 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etirazda qeyd etmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərə əsasən ümumi iş stajı 33 il 9 ay 5 gün (xx.xx.2006-cı il tarixinədək 22 il 10 ay 5 gün (xx.xx.1985-xx.xx.1986-ci il xx.xx.1982-xx.xx.1984-cü il (hərbi xidmət dövrü), xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1988-cü il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1999-cu il, xx.xx.2000-xx.xx.2001-ci il, xx.xx.2002-xx.xx.2005-ci il, tarixləri arasındakı dövrlər, həmin tarixdən sonra 10 il 11 ay) təşkil edir. İddiaçının güzəştli iş stajı 12 il 6 aydan az 7 il 11 ay 1 gün (çöl işi -1900 gün x 8 =15200/160-95 ay/12=7 il 11 ay 1 gün) təşkil edir. Eyni zamanda iddiaçının (xx.xx.2025-ci il tarixə) cəmi pensiya kapitalı 35810.27 manat təşkil edir. Şirvan İnzibati Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli 2-1(120)-2082/2025 saylı qərarı (hakim Şahəli Musayev) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Siyasəti şöbəsinin Dövlət Sosial Müdafiə Fonduna ünvanlanan xx.xx.2022-ci il tarixli **********4 nömrəli xidməti məktubu ilə işçilərin əmək stajının hesablanması zamanı günlərinin təqvim günlərinə çevrilməsi qaydası müəyyən edilib. Pensiya təyinatı məqsədilə əmək stajının hesablanması üçün 1991-ci il oktyabrın 18-dək olan dövr aylıq iş vaxtı normasının 173.1 saat, 1991-ci il oktyabr 18-dən sonrakı dövr üçün 160.0 saat götürülür. Çöl iş günlərinin sayı 8 saata vurularaq alınan iş saatları aylıq iş vaxtı normasına bölünməklə işlənilən ayların sayı tapılır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)-2082/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı: 1.3. Geologiya kəşfiyyat işləri (yerüstü) ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası tərəfləri dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 60 yaşının tamam olduğu tarixə, yəni xx.xx.2024-cü il tarixə 25 ildən çox ümumi, o cümlədən 12 il 6 aydan çox güzəştli iş stajı vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. İddiaçının güzşətli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi 60 yaşı xx.xx.2024-cü ildə tamam olmuşdur. Onun ümümi stajı ilə bağlı tərəflər arasında mübahisə yoxdur. İddiaçının 33 ildən artrıq ümumi iş stajı var. Tərəflər arasında mübahisəli məsələ iddiaçının qanunvericiliyin tələb etdiyi 12 il 6 ay güzəştli sığorta stajının olub-olmaması ilə bağlıdır. Cavabdeh orqan iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az 7 il 11 ay 1 gün (çöl işi -1900 gün x 8 =15200/160-95 ay/12=7 il 11 ay 1 gün) olmasını iddia edir. Bu zaman iddiaçının güzəştli stajını “saat” hesabı nəzərə alınmaqla xüsusi qaydada hesablayır. Kollegiya həmin məsələyə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında sözügedən məsələ ilə bağlı “saat” anlayışının tətbiq edilməsi ümumiyyətlə nəzərdə tutulmamışdır. İş materiallarında olan iddiaçıya işlədiyi müəssisələr tərəfindən verilmiş güzəştli arayışlardan görünür ki, onun 15 ildən artıq (14 il 2 ay 20 gün + 10 ay 22 gün) güzəştli iş stajı var. Məhkəmə kollegiyası mübahisələndirilən qərar qüvvədə saxlayarkən həmçinin oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mövcud məhkəmə təcrübəsini nəzərə almışdır. Belə ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1461/2023, xx.xx.2023-cü il tarixli 2-1(102)- 499/2023 saylı qərarlarında mövqe eyni olmuş, xx.xx.2024-cü il tarixli 2-1(102)-2357/2024 saylı qərardad ilə oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu nəzərə alınmaqla cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Yuxarıda qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı tələb olunan 25 il ümumi sığorta stajını və 12 il 6 ay güzəştli iş stajını topladığından, o hüququnun yarandığı 60 yaşdan, yəni xx.xx.2024-cü il tarixdən ona pensiya təyin edilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli 2-1(120)-2082/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-876/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-876/2025
04.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver