Məhkəmə qərarları › İş №2-1(106)-88/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-88/2024

10.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-88/2024 10.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqqında hesablanması barədə qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2-1(120)-656/2023 saylı qərarından cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2022- ci il tarixli, **********045300 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqqında hesablanması barədə qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 6 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********045300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən "xxxx" MMC-yə (VÖEN:**********) kameral vergi yoxlaması ilə 2021-ci il üzrə 42256,06 manat mənfəət vergisi hesablanmışdır. Hesablamanın əsası kimi vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2021-ci il mənfəət vergisi bəyannaməsinin xərclər hissəsində göstərilmiş 211280.3 manat dəyərində alınmış elektron qaimə fakturaların vergi orqanı tərəfindən qəbul edilməməsi olmuşdur. Belə ki, vergi orqanının xx.xx.2022-ci il tarixli, **********676200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubunda A.S.P. MMC-nin (VÖEN **********) 2021-ci il ərzində "xxxx" MMC-dəı xx.xx.2021-ci il tarixdə 7836 manat, "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 11555 manat "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 7054 manat, "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 6370 manat, "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 444 manat, "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 2460 manat, "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 4925 mana "xxxx"MMC-dən xx.xx.2021 tarixdə 6240 manat, "xxxx" MMC-dən xx.xx.2021, xx.xx.2021 tarixdə17748 manat "xxxx" MMC-dən xx.xx.2021, xx.xx.2021 tarixdə 21558.5 manat, "xxxx" MMC-dən xx.xx.2021, xx.xx.2021 xx.xx.2021-ci il tarixdə 17367.8 manat, "xxxx" MMC-dənxx.xx.2021 tarixdə 2832 manat "xxxx" MMC-də xx.xx.2021, xx.xx.2021 tarixdə 14853.7 manat "xxxx" MMC-dən xx.xx.2021,xx.xx.2021, xx.xx.2021 tarixdə 23336 manat "xxxx" MMC-dən xx.xx.2021, xx.xx.2021 tarixdə 20034.8 manat "xxxx" MMC- dən 27.08.202' xx.xx.2021, xx.xx.2021 tarixdə 26940 manat "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 8455 manat, "xxxx" MM dən xx.xx.2021 tarixdə 7170,5 manat olmaqla ümumilikdə 211280.3 (iki yüz on bir min iki yüz səksən) manat dəyərində elektron qaimə fakturalar alındığı və həmin fakturaların alındığı vergi ödəyicilərinin riskli vergi ödəyiciləri qrupuna daxil edildiyi əsas gətirilərək 211280.3 (iki yüz on bir min iki yüz səksən) manat dəyərində alınmış elektron qaimə fakturaların 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərclər hissəsində silinməli olduğunu qeyd etmişdir. Aşağıda qeyd olunanlara əsasən kameral vergi yoxlamasının nəticələri ilə razılaşmırıq. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Bildiririk ki, "xxxx" MMC ilə qeyd olunan riskli vergi ödəyiciləri arasında hər hansı bir riskli əməliyyat (əmtəəsiz əməliyyat) aparılmamışdır. Belə ki, alınmış mallara görə tərəflər arasında alğı-satqı müqavilələri bağlanmış, satıcının verdiyi elektron qaiməyə əsasən malların dəyəri "xxxx" MMC tərəfindən ödəniş tapşırığı ilə satıcının bank hesablarına nağdsız qaydada ödənilmiş və alınmış mallar hər iki tərəfin imzaladığı “malların təhvil-qəbul aktı” ilə "xxxx" MMC tərəfindən təhvil alınmışdır. Həmçinin bildiririk ki, qeyd olunan əməliyyatlar aparılan zaman həmin vergi ödəyiciləri riskli vergi ödəyiciləri qrupuna daxil edilməmişdir. "xxxx" MMC həmin ödəyiciləri gələcəkdə riskli vergi ödəyiciləri qrupuna daxil ediləcəyini bilə bilməzdi. Həmin ödəyicilərin sonradan başqa vergi ödəyiciləri ilə apardığı riskli əməliyytalara görə riskli vergi ödəyiciləri qrupuna daxil edilməsinə görə "xxxx" MMC-yə vergi hesablanması tamamilə qanunsuz və əassızdır. Bundan başqa bildiririk ki, "xxxx" MMC tərəfindən riskli vergi ödəyiciləri ilə aparılan əməliwatlar şərti olaraq riskli əməliyyat kimi qəbul etsək belə,vergi orqanı vergi hesablayan zaman Vergi Məcəlləsinin əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər əsasən vergilərin hesablanmasını nəzərədə tutan 109.9-cu və 175.11-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, vergi orqanının xx.xx.2022-ci il tarixli, **********676200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubunda da qeyd olunduğu kimi Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri (yəni ƏDV məqsədləri üçün) üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Göründüyü kimi Vergi Məcəlləsi riskli vergi ödəyiciləri ilə riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər yalnız ƏDV-yə münasibətdə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinə əsas vermir. "xxxx" MMC-yə hesablanan vergi mənfəət vergisi olduğu halda vergi orqanının xx.xx.2022-ci il tarixli, **********676200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubunda ƏDV məqsədləri üçün nəzərdə tutulan 175.11-ci maddəyə istinad etməsi təsadüfi deyildir. Belə ki, Vergi Məcəlləsinin əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlərə əsasən vergilərin hesablanmasının mənfəət vergisi məqsədləri üçün nəzərədə tutulan 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (islərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Göründüyü kimi riskli vergi ödəyiciləri ilə riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər (əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər) mənfəət vergisi məqsədləri üçün xərc sənədləri hesab edilməsə də, ən azından həmin malların dəyəri Vergi Məcəlləsinin 14-cü (bazar qiyməti), 14-1-ci (transfer qiyməti) və 67-ci (Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları) maddələrinə əsasən müəyyən edilən dəyər ilə xərc hesab edilərək gəlirdən çıxılmalıdır.Vergi orqanı mənfəət vergisi hesablayan zaman ən azından qeyd olunan maddəni tətbiq edərək vergi ödəyicisinin xərclərini malların bazar qiyməti müəyyənləşdirərək nəzərə almalı idi. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh inzibati orqan iddiaya qarşı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 2021 -ci il üzrə kameral vergi yoxlaması ilə əlavə hesablanmış və borca çevrilmiş mənfəət vergisi məbləği aşağıdakı əsaslarla hesablanmışdır. Belə ki, Dövlət Vergi Xidmətindən daxil olmuş xx.xx.2022-ci il tarixli **********996300 nömrəli xidməti məktubun icrası ilə əlaqədar "xxxx" MMC (VÖEN: **********) 2021 -ci il ərzində "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixdə 7836 manat "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 11555 manat "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 7054 manat, "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 6370 manat, "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 4445 manat, "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 2460 manat, "xxxx" MMC- dən xx.xx.2021 tarixdə 4925 manat, "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 6240 manat, "xxxx" MMC-dən xx.xx.2021, xx.xx.2021 tarixdə 17748 manat, "xxxx" MMC-dən xx.xx.2021, xx.xx.2021 tarixdə 21558.5 manat, "xxxx" MMC-dən xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 tarixdə 17367.8 manat, "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 2832 manat "xxxx" MMC-dən xx.xx.2021 xx.xx.2021 tarixdə 14853.7 manat "xxxx" MMCdən xx.xx.2021 xx.xx.2021 tarixdə 23336 manat "xxxx" MMC-dən xx.xx.2021 xx.xx.2021 tarixdə 20034.8 manat "xxxx" MMC-dən xx.xx.2021 xx.xx.2021 xx.xx.2021 tarixdə 26940 manat "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 8455 manat "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 7170,5 manat dəyərində elektron qaimə fakturalarla qaimələr alınmış və təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərclər maddəsində malın dəyərində əks etdirilmişdir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, “A.S.P" MMC ilə qeyd olunan riskli vergi ödəyiciləri arasında hər hansı bir riskli əməliyyat (əmtəəsiz əməliyyat) aparılmamışdır. Belə ki, alınmış mallara görə tərəflər arasında alğı-satqı müqavilələri bağlanmış, satıcının verdiyi elektron qaiməyə əsasən mallann dəyəri “A.S.P" MMC tərəfindən ödəniş tapşırığı ilə satıcının bank hesablarına nağdsız qaydada ödənilmiş və alınmış mallar hər iki tərəfin imzaladığı "malların təhvil-qəbul aktı” ilə "xxxx" MMC tərəfindən təhvil alınmışdır. Həmçinin bildiririk ki, qeyd olunan əməliyyatlar aparılan zaman həmin vergi ödəyiciləri riskli vergi ödəyiciləri qrupuna daxil edilməmişdir. "xxxx" MMC həmin ödəyiciləri gələcəkdə riskli vergi ödəyiciləri qrupuna daxil ediləcəyini bilə bilməzdi. Həmin ödəyicilərin sonradan başqa vergi ödəyiciləri ilə apardığı riskli əməliyyatlara görə riskli vergi ödəyiciləri qrupuna daxil edilməsinə görə "xxxx" MMC-yə vergi hesablanması tamamilə qanunsuz və əsassızdır. Bundan başqa bildiririk ki, "xxxx" MMC tərəfindən riskli vergi ödəyiciləri ilə aparılan əməliyyatlar şərti olaraq riskli əməliyyat kimi qəbul etsək belə, vergi orqanı vergi hesablayan zaman Vergi Məcəlləsinin əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlərə əsasən vergilərin hesablanmasını nəzərədə tutan 109.9-cu və 175.11-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, vergi orqanının xx.xx.2022-ci il tarixli, **********676200 nömrəli “Kameraİ vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" məktubunda da qeyd olunduğu kimi Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri (yəni ƏDV məqsədləri üçün) üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Göründüyü kimi Vergi Məcəlləsi riskli vergi ödəyiciləri ilə riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər yalnız ƏDV-yə münasibətdə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinə əsas vermir. "xxxx" MMC-yə hesablanan vergi mənfəət vergisi olduğu halda vergi orqanının xx.xx.2022-ci il tarixli, **********676200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" məktubunda ƏDV məqsədləri üçün nəzərdə tutulan 175.11- ci maddəyə istinad etməsi təsadüfi deyildir. Belə ki, Vergi Məcəlləsinin əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlərə əsasən vergilərin hesablanmasının mənfəət vergisi məqsədləri üçün nəzə rədə tutulan 109.9- cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Göründüyü kimi riskli vergi ödəyiciləri ilə riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər (əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər) mənfəət vergisi məqsədləri üçün xərc sənədləri hesab edilməsə də, ən azından həmin malların dəyəri Vergi Məcəlləsinin 14-cü (bazar qiyməti), 14-1-ci (transfer qiyməti) və 67-ci (Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları) maddələrinə əsasən müəyyən edilən dəyər ilə xərc hesab edilərək gəlirdən çıxılmalıdır. Vergi orqanı mənfəət vergisi hesablayan zaman ən azından qeyd olunan maddəni tətbiq edərək vergi ödəyicisinin xərclərini malların bazar qiymətini müəyyənləşdirərək nəzərə almalı idi. Bununla bağlı bildirmək istəyirik ki, məlum olduğu kimi, 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilərək qeyd olunan vergi ödəyiciləri tərəfindən riskli əməliyyat üzrə təqdim edilmiş elektron qaimə-fakturalar təhlil edilmişdir. Qeyd olunan əməliyyatların ümumilikdə riskli olması və həmin əməliyyatlar üzrə sözügedən vergi ödəyicilərinin əldə etdiyi mənfəəti malların təqdim edilməsindən əldə olunan əmtəə Vergi Məcəlləsinin 13.2.81-ci maddəsində nəzərdə tutulduğu kimi yəni, əmtəəsiz əməliyyat - vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Lakin iddiaçı tərəfindən bəyan edilən xərclərə münasibətdə uyğunsuzluq, məhz onun xərclərinin faktiki olaraq mallardan ibarət olmamasıdır. Beləliklə qeyd olunan iddianın dəlillərinə dair belə bir nəticəyə gəlmək olarki iddiaçı tərəfindən əldə olunmuş qaimələrin tarixi ilə riskli vergi ödəyicilərinin əməliyyatlarının aşkar olunduğu tarix iddianın əsasları predmeti ola bilməz. Yəni qaimə faktura əldə olunan tarixədək olan müddət məhz, həmin riskli vergi ödəyicilərinin əməliyyatlarının təhlili edilir və müəyyən dövr əhatəsində araşdırılır. Eyni zamanda bildiririk ki, qeyd olunan müddəa (yəni Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir) büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV üzrə əməliyyatlara şamil olunur. Bununla da nəzərə almaq lazımdır ki, kameral vergi yoxlamasının qərarı Vergi Məcəlləsinin 175- ci maddəsinin tələbləri əsasında deyil həmin Məcəllənin 109-cu maddəsinin müddəaları əsas götürülərək hesablanmışdır. Beləliklə görünür ki, şikayət olunan qərar iddiaçının əməliyyatları həmin Məcəllənin 109.9-cu maddəsində nəzərdə tutulan qaydada, yəni əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Qeyd olunanları nəzərə alaraq 2021- ci il mənfəət vergisi bəyannaməsi üzrə xərclər bölməsində ümumi dəyəri 211280.3 manat dəyərində alınmış elektron qaimə fakturaların xərclərdən silinərək vergi ödəyicisinin kiçik sahibkarlıq subyektinə aid olduğunu nəzərə alaraq 42256.06 manat mənfəət vergisi hesablamaq nəzərdə tutulur. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********676200 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilmişdir. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə və ya əsaslandırılmış izahat məktubu təqdim edilmədiyinə görə kameral vergi yoxlaması ilə 42256.06 manat mənfəət vergisi hesablanmış və xx.xx.2022-ci il tarixli **********045300 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar göndərilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2-1(120)-656/2023 saylı qərarı ilə (hakim Hilal Nəcəfov) iddia tələbi təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 2021-ci il üzrə kameral vergi yoxlaması ilə əlavə hesablanmış və borca çevrilmiş mənfəət vergisi məbləği aşağıdakı əsaslarla hesablanmışdır. Belə ki, Dövlət Vergi Xidmətindən daxil olmuş xx.xx.2022-ci il tarixli **********996300 nömrəli xidməti məktubun icrası ilə əlaqədar "xxxx" MMC (VÖEN: **********) 2021-ci il ərzində "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixdə 7836 manat "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 11555 manat "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 7054 manat, "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 6370 manat, "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 4445 manat, "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 2460 manat, "xxxx" MMC- dən xx.xx.2021 tarixdə 4925 manat, "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 6240 manat, "xxxx" MMC-dən xx.xx.2021, xx.xx.2021 tarixdə 17748 manat, "xxxx" MMC-dən xx.xx.2021, xx.xx.2021 tarixdə 21558.5 manat, "xxxx" MMC-dən xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 tarixdə 17367.8 manat, "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 2832 manat "xxxx" MMCdən xx.xx.2021 xx.xx.2021 tarixdə 14853.7 manat "xxxx" MMC-dən xx.xx.2021 xx.xx.2021 tarixdə 23336 manat "xxxx" MMC-dən xx.xx.2021 xx.xx.2021 tarixdə 20034.8 manat "xxxx" MMC-dən xx.xx.2021 xx.xx.2021 xx.xx.2021 tarixdə 26940 manat "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 8455 manat "xxxx" MMC-dən xx.xx.2021 tarixdə 7170,5 manat dəyərində elektron qaimə fakturalarla qaimələr alınmış və təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərclər maddəsində malın dəyərində əks etdirilmişdir. Qeyd olunanları nəzərə alaraq 2021-ci il mənfəət vergisi bəyannaməsi üzrə xərclər bölməsində ümumi dəyəri 211280.3 manat dəyərində alınmış elektron qaimə fakturaların xərclərdən silinərək vergi ödəyicisinin kiçik sahibkarlıq subyektinə aid olduğunu nəzərə alaraq 42256.06 manat mənfəət vergisi hesablamaq nəzərdə tutulur. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********676200 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilmişdir. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə və ya əsaslandırılmış izahat məktubu təqdim edilmədiyinə görə kameral vergi yoxlaması ilə 42256.06 manat mənfəət vergisi hesablanmış və xx.xx.2022-ci il tarixli **********045300 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar göndərilmişdir. Həmçinin qeyd etmişdir ki, «İnzibati icraat haqqında» Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onlarınhəqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 48-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 61-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2-1(120)-656/2023 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.9-cu maddəsinə əsasən vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. 23.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək (maddə 23.1.1), qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır (maddə 23.1.5). 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar (maddə 36.2). 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. 54.0-cı maddəsinə əsasən şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyen edilməsi qaydaları 67.1.Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası və sahəsi istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya muhasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçot və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləsdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlak üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin ve xidmətlərin alınmasına çəkilən xərcləri barəd rəsmi məlumatlar; 67.1.4 vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyriəmlak barədə rəsmi məlumatlar; 67.1.5 vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların fiziki həcmi barədə 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7 vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar;

67. 1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri barədə məlumatlar; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1.eyni xüsusiyyətli və ya eyni cinsli malların malların istehsalı; 67.2.2.eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3.fəaliyyət göstərilən ərazi. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Maddə 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

«İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun: 1-ci maddəsinə əsasən Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə, (61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda, (61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda, (61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü madəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı “xx.xx.2022- ci il tarixli, **********045300 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqqında hesablanması barədə qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçı sözügedən müəssisələr ilə əməliyyat apardığı zamanı həmin müəssisələr riskli vergi ödəyicilər siyahısında olmamışlar ki, qeyd edilən hal da bir daha cavabdeh vergi orqanın qəbul etdiyi hazırda mübahisələndirilən qərarların qanunsuz və əsassız olmasına dəlalət edir. Ona görə ki, cavabdeh vergi orqanı sonradan riskli vergi ödəyiciləri siyahısına daxil olmuş müəssisələrin əvvəllər apardıqları əməliyyatları da qanunsuz və əsassız olaraq riskli hesab edərək əlavə vergilər hesablamış və bununla da kobud surətdə qanun pozuntusuna yol vermişdir. Formalaşmış məhkəmə təcrübəsinə əsasən, hər hansı vergi ödəyicisinin riskli vergi ödəyicilər siyahısına daxil edilməsi üçün hüquqi əsas yalnız həmin vergi ödəyicisi barəsində müvafiq qərarın qəbul edildiyi andan yaranır. Həmin qərarın isə əvvəlki əməliyyatlara tətbiq edilməsi vergi qanunvericiliyinin tələblərinə uyğun deyil. İddiaçının riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması ilə bağlı qərar İqtisadiyyat Nazirliyi tərəfindən qəbul edilir. Lakin iş materiallarında belə bir qərar mövcud deyildir. Beləliklə sözügedən qərar olmadığı üçün iddiaçı riskli vergi ödəyicisi deyildir. Bundan başqa, cavabdeh inzibati orqanın 05 iyul 2022-ci il tarixli həmin qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Həmçinin təqdim edilən sənədlərə və hesablama barədə məlumatlara əsasən qərarın Vergilər Məcəlləsinin 109.9-cu maddəsi əsas götürülərək yazıldığı bildirilsə də, qeyd edilən mübahisəli aktın özündə həmin maddəyə istinad olunmamışdır. Bu isə o deməkdir ki, həmin qərarın qəbulunda «İnzibati icraat haqqında» Qanunun 48.1-ci maddəsinin tələbləri pozulmuşdur. Bununla da belə nəticəyə gəlmək olur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 Saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********045300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qanunsuzdir. Həmçinin məhkəmənin qənaətinə görə, mübahisələndirilən 05 iyul 2022-ci il tarixli inzibati akt qanuna zidd sayılmaqla yanaşı, onların qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borclarını (əlavə faizlərlə) ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab edib, işin mahiyyəti üzrə əlavə olaraq aşağıdakıları qeyd edir: İlk öncə qeyd olunmalıdır ki, hazırki iddia münahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Başqa sözlə mübahisələndirmə haqqında iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqlarını pozsun. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsində mübahisələndirmə haqqında iddianın təmin edilməsi üçün hansı şərtlərin mövcud olması sadalanmışdır. Həmin maddəyə əsasən məhkəmə inzibati aktı, yalnız onun qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda ləğv edir. Belə ki, işin müəyyən edilmiş faktiki hallarında görə iddiaçı A.S.P. MMC (VÖEN **********) tərəfindən 2021-ci il ərzində "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixdə 7836 manat, "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixdə 11555 manat, "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixdə 7054 manat, "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixdə 6370 manat, "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixdə 4445 manat, "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixdə 2460 manat, "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixdə 4925 manat, "xxxx" MMCdən xx.xx.2021-ci il tarixdə 6240 manat, "xxxx" MMC-dən xx.xx.2021-ci, xx.xx.2021-ci il tarixdə 17748 manat, "xxxx" MMC-dən xx.xx.2021-ci, xx.xx.2021-ci il tarixdə 21558.5 manat, "xxxx" MMC-dən xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci il tarixdə 17367.8 manat, "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixdə 2832 manat, "xxxx" MMC-dən xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixdə 14853.7 manat, "xxxx" MMC-dən xx.xx.2021ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixdə 23336 manat, "xxxx" MMC-dən xx.xx.2021-ci, xx.xx.2021-ci il tarixdə 20034.8 manat, "xxxx" MMC-dən xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci il tarixdə 26940 manat, "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixdə 8455 manat, "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixdə 7170,5 manat dəyərində elektron qaimə fakturalarla mal (iş və xidmət) alındığı və təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərclər bölməsində əks etdirildiyi müəyyən edilmişdir. Cavabdeh qeyd olunan malların riskli vergi ödəyicilərindən əldə edildiyini nəzərə alaraq, həmin malların vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərclər bölməsində əks etdirilməsi nəticəsində vergi məbləği üzrə kənarlaşmanın olduğu ehtimal etmişdir. Yəni, cavabdeh 2021-ci il mənfəət vergisi bəyannaməsi üzrə xərclər bölməsində ümumi dəyəri 211280.3 manat dəyərində alınmış elektron qaimə fakturaların xərclərdən silmişdir. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə 2021-ci il mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması zamanı əlavə hesablama aparılaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2022-ci il tarixli, **********045300 nömrəli əlavə vergiməbləğinin hesablanması barədə Qərar qəbul edilmişdir. Həmin qərarla 2021-ci ilin bəyannamə və hesabat dövrü üçün ümumilikdə 42.256.06 manat manat mənfəət vergisi hesablanmışdır. Hazırda iddiaçı həmin qərarla razılaşmayaraq onun ləğv edilməsini məhkəmədən xahiş edir Məhkəmə kollegiyası hazırda mübahisələndirilən inzibati aktın “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə və həmin inzibati aktın qəbul edilməsini şərtləndirən hüquq normalarının tələbinə uyğun olub-olmadığını müəyyən etmək üçün aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.9-cu maddəsinə əsasən vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 13.2.16.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən gəlir Azərbaycan mənbəyindən gəlir hesab olunur. Həmin məcəllənin 13.2.82-ci maddəsinə əsasən riskli vergiödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqetdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparanşəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyicilərisiyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqan (qurum) tərəfindən qəbul edilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə görə kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını vəödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olan redaksiyada tələblərinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 83.7-ci maddəsinə əsasən vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyrikommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin onuncu fəslindəki maddələr fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan münasibətləri tənzimləyir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən onuncu fəsil gəlir vergisinin və mənfəət vergisinin məqsədləri üçün tətbiq edilir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan gəlir bu Məcəllənin tələblərinə əməl etmək üçün zəruri düzəlişləri aparmaq şərti ilə vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla hesablanmalıdır. Həmin Məcəllənin 130.4-cü maddəsinə əsasən mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur (139.1.). Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir (139.2.). Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi mənəvi cəhətdən köhnəlmiş və ya dəbdən düşmüş qüsurlu malın, yaxud digər səbəblər üzündən istehsalına çəkilmiş xərclərdən (satınalma qiymətindən) yüksək qiymətə satıla bilməyən malın (məhsulun) dəyərini onların satıla biləcəyi qiyməti əsas götürməklə qiymətləndirə bilər (139.3.). Vergi ödəyicisi onun ixtiyarında olan malların fərdi uçotunu aparmırsa, o, əmtəə-material ehtiyatlarının uçotunu orta maya dəyəri ilə qiymətləndirmə metodundan istifadə etməklə aparmaq hüququna malikdir (139.4.). Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci bəndinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə kollegiyası iş üzrə iddianın növünə (mübahisələndirmə haqqında) görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlillərinə qanunvericiliyin sadalanan müddəalarının tələbləri baxımından qiymət verərək, mübahisələndirilən əlverişsiz inzibati aktın qəbulu üzrə inzibati icraatda müəyyən edilmiş aşağıdakı xüsusatları qeyd edir: Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan RespublikasınınPrezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 saylı Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191 saylı Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”na əsasən elektron xidmətin təşkili üçün elektron xidmət bölməsində aidiyyəti üzrə göstərilən xidmətin adının, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron formasının yerləşdirilməsi, şəxslərin bu bölmədən maneəsiz,sərbəst istifadəsinin təmin edilməsi vergi orqanlarının vəzifəsidir. Eyni zamanda nəzərə alınmalıdır ki, vergi ödəyicisi olanhüquqi şəxslərin riskli vergi ödəyiciləri barədə məlumat mənbəyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 265 saylı qərarının 1.3 və 1.4-cü müddəalarına əsasən Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsi və X3. İddiaçı tərəfindən əməliyyatlar aparılan zaman digər tərəflərin riskli vergi ödəyicisi olması barədə iddiaçı tərəfindən məlumat alınacaq yeganə mənbə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsi və X3 ki, həmin əməliyyatlar zamanı qeyd olunan vergi ödəyiciləri həmin tarixdə riskli vergi ödəyiciləri siyahısındaolmamışdır. Belə ki, A.S.P. MMC (VÖEN **********) ilə "xxxx" MMC arasında olan elektron qaimə faktura tarixi xx.xx.2021-ci il, lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2022-ci il, "xxxx" MMC arasında olan elektron qaimə faktura tarixi xx.xx.2021-ci il, lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2021-ci il, "xxxx" MMC arasında olan elektron qaimə faktura tarixi xx.xx.2021-ci il, lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2022-ci il, "xxxx" MMC arasında olan elektron qaimə faktura tarixi xx.xx.2021-ci il, lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2021-ci il, "xxxx" MMC arasında olan elektron qaimə faktura tarixi xx.xx.2021-ci il, lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2022-ci il, "xxxx" MMC arasında olan elektron qaimə faktura tarixi xx.xx.2021-ci il, lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2021-ci il, "xxxx" MMC arasında olan elektron qaimə faktura tarixi xx.xx.2021-ci il, lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2022-ci il, "xxxx" MMC arasında olan elektron qaimə faktura tarixi xx.xx.2021-ci il, lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2022-ci il, "xxxx" MMC arasında olan elektron qaimə faktura tarixi xx.xx.2021-ci il, lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2021-ci il, "xxxx" MMC arasında olan elektron qaimə faktura tarixi xx.xx.2021-ci il və xx.xx.2021-ci il, lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2021-ci il, "xxxx" MMC arasında olan elektron qaimə faktura tarixi xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il, lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2021-ci il, "xxxx" MMC arasında olan elektron qaimə faktura tarixi xx.xx.2021-ci il, lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2021-ci il, "xxxx" MMC arasında olan elektron qaimə faktura tarixi xx.xx.2021-ci il və xx.xx.2021-ci il, lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2021-ci il, "xxxx" MMC arasında olan elektron qaimə faktura tarixi xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il, lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2022-ci il, "xxxx" MMC arasında olan elektron qaimə faktura tarixi xx.xx.2021-ci il və xx.xx.2021-ci il, lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2021-ci il, "xxxx" MMC arasında olan elektron qaimə faktura tarixi xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il, lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2021-ci il, "xxxx" MMC arasında olan elektron qaimə faktura tarixi xx.xx.2021-ci il, lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2021-ci il, "xxxx" MMC arasında olan elektron qaimə faktura tarixi xx.xx.2021-ci il, lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2022-ci il tarixli qərarlar olmuşdur. Beləliklə də məhkəmə kollegiyası müəyyən etdi ki, iddiaçı sahibkarlıq məqsədilə 18 hüquqi şəxsdən ayrı-ayrı vaxtlarda elektron qaimə-faktura ilə mallar almış və onları digər şəxslərə satmışdır. İddiaçı qeyd edir ki, o, mübahisəli malları elektron qaimə-faktura ilə almış, eyni zamanda elektron qaimə-faktura ilə başqa şəxslərə satmışdır. Vergi orqanı onun, yəni iddiaçının mübahisəli malları hansı şəxslərə satmasını elektron məlumatlarla görə bilir. Mübahisəli elektron qaimə-faktura ilə iddiaçı əməliyyatlar həyata keçirən tarixlərdə həmin 18 hüquqi şəxs riskli vergi ödəyiciləri olmamışdırlar. İddiaçı həmin 18 hüquqi şəxslə elektron qaimə-faktura ilə əməliyyatlar həyata keçirdikdən sonra həmin hüquqi şəxslərin riskli vergi ödəyiciləri olmaları barədə qərarlar qəbul edilmişdir. İddiaçı həmin hüquqi şəxslərin riskli vergi ödəyiciləri olmaları barədə qərarlar qəbul edilməmişdən əvvəl onların riskli vergi ödəyiciləri olmalarını müəyyən edə bilməzdi. Cavabdeh isə zəruri araşdırma aparmadan iddiaçının həmin elektron qaimə-faktura üzrə əmtəəsiz əməliyyatlar aparmasına istinad edərək iddiaçıya əlavə mənfəət vergisi hesablamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən, hər hansı vergi ödəyicisinin riskli vergi ödəyicilər siyahısına daxil edilməsi üçün hüquqi əsas yalnız həmin vergi ödəyicisi barəsində müvafiq qərarın qəbul edildiyi andan yaranır. Həmin qərarın isə əvvəlki əməliyyatlara tətbiq edilməsi vergi qanunvericiliyinin tələblərinə uyğun deyildir. Həmçinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 Saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən iddiaçı "xxxx" MMC-nin riskli vergi ödəyicisi olmadığı müəyyən edilmişdir. Nəzərə alınsa ki, iddiaçının riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması İqtisadiyyat Nazirliyi tərəfindən qəbul edilmiş qərar əsasında həyata keçirilir, bu zaman belə bir qərarın olmadığı üçün iddiaçı da riskli vergi ödəyicisi hesab oluna bilməz. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını və apellyasiya şikayətinin dəlillərini yuxarıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirərək belə qənaətə gəlir ki, sübutetmə yükü üzərində olan tərəf kimi cavabdeh inzibati orqan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********045300 nömrəli qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda mübahisələndirilən inzibati akt «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası “İnzibati Prosessual Məcəlləsi”nin və Azərbaycan Respublikası Vergi Məcəlləsi”nin tələblərinə uyğun qəbul edilməmiş və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmiş, cavabdeh orqan inzibati aktı qəbul edərkən şərh olunan hüquq normalarının tələblərini pozmuş və iddiaçının hüquqlarına əsassız olaraq müdaxilə etmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin kameral vergi yoxlamasının nəticələrinə dair qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli, **********045300 nömrəli qərarı qanunvericliyin tələblərinə uyğun olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı tərəfindən mübahisələndirilən qərar qəbul edilən zamanı iddiaçı tərəfindən təqdim edilmiş sübutlar, izahatlar əsassız olaraq nəzərə alınmayaraq iddiaçı vergi məsuliyyətinə cəlb edilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 61.4-cü maddəsinə əsasən, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Cavabdeh inzibati orqan tərəfindən bütün əhəmiyyət daşıyan hallar, habelə vergi ödəyicisi üçün əlverişli hallar araşdırılmamış, aydın olmayan hallar isə vergi ödəyicisinin xeyrinə şərh edilməmişdir. Cavabdeh orqan yekun qərarı qəbul edərkən işin həqiqi hallarını hərtərəfli araşdırmamış və düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin digər dəlillərinə qiymət verərək qeyd edir ki, vergilər ehtimallara, formal mülahizələrə deyil, mənbəyi məlum olan məlumatlara söykənməli və əsaslandırılmalıdır. Vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalı və bütün ziddiyyətli, o cümlədən aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh etməlidir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, inzibati aktın qəbul edilməsini şərtləndirən faktiki və hüquqi əsasları və prinsipləri nəzərə alaraq hesab edir ki, sübutetmə yükü üzərində olan tərəf kimi cavabdeh inzibati orqan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********045300 nömrəli qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə:

Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2-1(120)-656/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar