Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-880/2025 11.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X2rşı iş üzrə QƏRARİ (Açar sözlər: Forma-088-də qeyd olunan diaqnozların əlillik təyinatına əsas verməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və X5 ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X2rşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: Əlillik vəziyyəti barədə elektron alt sistemdən çıxarışdan görünür ki, iddiaçıya ##.##.2021ci il tarixdə X14: VIII Sinif qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90-H95-Qulağın digər xəstəlikləri => H90-Eşitmənin konduktiv və neyrosensor itirilməsi=>H90.0-Eşitmənin konduktiv tipli ikitəf…Diaqnozun mətni: İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, ikitərəfıi koxlear nevrit. Neyrosensor ağıreşitmə. IV dərəcə. Təbil pərdəsinin perforasiyası, xroniki irinli orta otit….Meyar.2.3. Üçüncü dərəcə əlillik => 2.5.20-anadangəlmə lal-karlıq və ya hər iki qulağın karlığı, 3-4-cü dərəcə ağıreşitmə (H90-90.8) diaqnozu ilə istehsalat zədəsi səbəbi ilə əmək qabiliyyətinin itirilməsi 50 faiz olmaqla müddətsiz üçüncü dərəcəli ilkin əlillik təyin edilmişdir. İstehsalatda bədbəxt hadisə haqqında ## ###### 2022-ci il tarixli ** saylı aktda qeyd edilmişdir ki, “xxxx“X1 Qapalı Səhmdar Cəmiyyətinin Yayma-2 sahəsinin yayıcısı İddiaçı Balatəli oğlu ##.##.2022-ci il tarixdə saat 16:00-da 2-ci növbə işə gəlir. Sahənin növbə ustası X6 işçilərə, o cümlədən İddiaçı əməyin mühafizəsi və texniki təhlükəsizliklə bağlı təlimatlandırma keçərək, müvafiq jurnalda qeydiyyat aparılmışdır. Təlimatdan sonra hər bir işçi öz əmək funksiyasına aid işlərin yerinə yetirilməsinə başlamışdır. Yayıcı İddiaçı yayılan materialın ölçülərinə nəzarət etmişdir. Təxminən saat 17:30 radələrində İddiaçı yayma materiallarına nəzarət edərkən məmulatın ölçülərində kənarlaşma olduğunu müəyyən edərək, bu barədə baş yayıcı İlqar Cəfərova və növbə ustası Hüsən Hüseynova məlumat vermişdir. Böyük yayıcı İlqar Cəfərov idarəetmə operatoru Aydın Əhmədova 15-ci qəfəsin dayandırılması komandasını vermişdir. Belə ki, 15-ci qəfəsdə olan val üzərində yeni keçid yeni kalibrə (ölçüyə) keçməklə məmulatın standartlara uyğun ölçüdə buraxılmasını təmin etmək prossesini icra etmək zərurəti yaranmışdır. Bu məqsədlə yayıcı İddiaçı qəfəsin giriş qutusuna bu işi icra etmək üçün tələb olunan açarlarla yaxınlaşmış, valın sağ tərəfinə, yolluqdan (bir qəfəsdən digər qəfəsə metal məmulatın keçdiyi metal yol) keçmiş, digər çıxış qutusuna isə baş yayıcı İ.Cəfərov yaxınlaşmışdır. Yayıcı İddiaçı qəfəsin valının tam dayanmağını gözləməyərək, vala müdaxilə edərək yeni keçid etmək istəmişdir. Bu zaman İddiaçı sağ əlindəki əlcək fırlanma hərəkətində olan vala ilişmiş və əlinin valların arasında qalması nəticəsində xəsarət almışdır. İddiaçı əlinin yaralandığını və barmaqlarının kəsildiyini görərək tibb məntəqəsi istiqamətində qaçmağa başlamışdır. Tibb məntəqəsinin yaxınlığında İddiaçı huşunu itirmişdir. İddiaçı digər işçilərin köməkliyi ilə tibb məntəqəsinə çatdırılaraq, ilkin tibbi yardım göstərilmişdir. Daha sonra müəssisənin təcili tibbi yardım maşını ilə “Modern” Hospitala aparılaraq, cərrahi əməliyyat olunmuşdur.” Tibbi-sosial ekspert komissiyasının ## ###### 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, “... Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müxtəlif səbəblərdən müraciət etmiş 9 nəfər vətəndaş Tibbi-Sosial Ekspertiza və X12-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) tərəfindən ##.##.2023-cü il tarixdə əyani müayinə edilərək əlillik vəziyyəti qiymətiəndirilmiş və aşağıdakılar müəyyən edilmişdir:
9. Cəlilabad rayon sakini ##.##.1979-cu il təvəllüdlü İddiaçı (FİN:*******) əlillik vəziyətinin yenidən qiymətləndirilməsi məqsədi ilə etdiyi müraciət X1-nin ##.##.2023-cü il tarixli X-Y-25 ** nömrəli əməkdaşlarının əmək qabiliyyətinin itirilmə faizinin təyin edilməsi üçün ünvanladığı sorğu məktubu əsasında əyani komissiyaya dəvət edilmiş və həkim ekspertlər tərəfindən müayinə edilmişdir. Müayinəyə gələrkən iş tapşırığını yerinə yetirən zaman istehsalat travması aldığını bildirmiş, qulaqlarının eşitmədiyini, sağ əlinin II, III barmağlarının amputasiya olunduğunu söyləmiş və göstərilmişdir. Vətəndaş travmanı istehsalat zədəsi olduğunu sübut edən ##.##.2013-##.##.2014-cü ildə tərtib edilmiş ##.##.2013-saat 18:20-də baş vermiş (torpaq altında qalma partlayıcı qurğunun partlaması nəticəsində sağ qulaq pərdəsinin cırılması) hadisəni özündə əks etdirən və ##.##.2022-ci il tərtib edilmiş, ##.##.2022-ci il saat 17.30-da baş vermiş sağ əlindəki əlcək fırlanma hərəkətində olan vala ilişərək əlin vallar arasında qalması nəticəsində xəsarət aldığını özündə əks elətdirən “X1” QSC tərəfindən təqdim edilən iz forması təqdim etmişdir. Vətəndaş eyni zamanda “III-IV dərəcə neyrosensor ağıreşitmə diaqnozu qeyd edilmiş müayinə sənədləri təqdim etsə də, obyektiv müayinə zamanı, IV dərəcə ağıreşitmə şübhə doğurmuş və DTSERA-da ##.##.2023-cü il tarixi Audormetriya nəticəsi “Sağ qulaqda IV dərəcəli (80DB, sol qulaqda normal eşitmə 20DB)” olmuşdur. Obyektiv müayinədə sağ əlin II barmağı proksimal falanqa, III barmaq distal falanqadan amputasiyası aşkarlanmış, güdüllər kobud olsa da digər barmaqlarda hərəkət məhdudluğu aşkar edilməmişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrin Tibbi-sosial ekspert komissiyası tərəfindən “Diaqnoz əlillik əlaməti təyin etmir”, əmək qabiliyyətinin 15% (on beş faiz) itirilməsinə dair qərar qəbul edilmişdir.” “xxxx” X2 tərəfindən iddiaçıya əsas diaqnoz: H93.3 - Eşitmə sinirinin xəstəlikləri, ikitərəfli koxlear nevrit, Ağırlaşma: H90.3-Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, ikitərəfli neyrosensor ağıreşitmə IV dərəcə, Yanaşı Xəstəliklər: S68.2-Əlin iki və daha çox barmağının travmatik (tam) (hissəvi), sağ əlin 2-3-cü barmaqlarının travmatik amputasiyası diaqnozu ilə bağlı ##.##.2024-cü il tarixli S********USD nömrəli göndəriş rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən ##.##.2024-cü il tarixli qərar ilə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. “xxxx” X2 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ***** nömrəli mütəxəssis rəyindən görünür ki, İddiaçı ##.##.2025-ci il tarixdə müayinə olunmuş, yoxlama nəticəsində 5-ci dalğa sol qulaqda 80 db, sağ qulaqda 80 db əldə olunmuş, ona “Sol tərəfli 4-cü dərəcəli xroniki neyrosensor ağıreşitmə, sağ tərəfli 4-cü dərəcəli xroniki neyrosensor ağıreşitmə” diaqnozu qoyulmuşdur. “xxxx” X2 tərəfindən verilmiş ##.##.2026-cı il tarixli T***/**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “...1979-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmətibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1.2. Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma *** saylı göndərişində qeyd edilən “Əsas diaqnoz: H93.3-Eşitmə sinrinin xəstəlikləri. İkitərəfli koxlear nevrit, Ağırlaşma: H90.3-Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi. İkitərəfli neyrosensor ağır eşitmə solda IV dərəcə, Yanaşı xəstəliklər: S68.2- Əlin iki və daha çox barmağının travmatik (tam) (hissəvi), sağ əlin II-III barmaqlarının travmatik amputasiyası” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, hazırda müəyyən edilmiş diaqnoz ilə ümumən eynilik təşkil edir. Vətəndaş İddiaçı ##.##.2025-ci il tarixlidə “xxxx” X2 eşitmənin dəyərləndirilməsi üçün BERA testindən keçirilərkən “Sotərəfli 4-cü dərəcəli xroniki neyrosensor ağıreşitmə, sağtərəfli 4cü dərəcəli xroniki neyrosensor ağıreşitmə” diaqnozu qoyulmuşdur. Vətəndaş İddiaçı ##.##.2026-cı il tarixdə “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-də müayinədən keçirilərkən ona “Sağ əlin travmadan sonrakı vəziyyəti, II,III barmağı güdüllərin IV-V barmaq fleksio vəziyyəti, bükücü kontrakturaları, deformasiyası, IV-V barmaq hərəkətlərin məhdudluğu, sağ əlin funksiyasının pozulması” diaqnozu qoyulmuşdur. XBT 10: T92.6, M24.5, M 20.0, S68.2, Z73.6” diaqnozu qoyulmuşdur. ##.##.2026-cı il tarixdə məhkəmə-tibbi müayinə zamanı sağ əlin II barmağı proksimal falanqa, III barmaq distal falanqa səviyyəsindən yoxdur, güdül yerində köhnə çapıq vardır. Həmin əldə IV və V barmaqları bükülü vəziyyətdədir.”
Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “##.##.2024-cü il tarixli qərarın ləğv edilməsi, həmin tarixdən istehsalat zədəsi səbəbi ilə “qulağın xəstəlikləri, eşitmə zəifliyi IV dərəcə, ikitərəfli” və “əlin ampultasiyası, əlin tutma funksiyasının pozulmasına səbəb olan qüsurlu vəziyyətlər” diaqnozları üzrə orqanizmin funksiyalarının pozulmasının 50 faiz dərəcəsinə uyğun olaraq müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.
İddiaçının əsaslandırması:
İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.2013-cü il tarixdə iş yerində baş vermiş bədbəxt hadisə nəticəsində xəstəliyi ilə bağlı ##.##.2021-ci il tarixdə ona müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Sonradan ##.##.2022-ci il tarixdə iş yerində başqa bir bədbəxt hadisəyə əsasən sağ əlinin iki barmağı kəsilmişdir. Bununla bağlı Tibbi-sosial ekspert komissiyasına müraciət etmiş, həkim komissiyasının baxışından sonra diaqnozun əlillik əlamətinin təyin edilməməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh ##.##.2023-cü il tarixli *-**-*/*-A-*****/**** saylı məktubu ilə bildirmişdir ki, “... Müraciəti əsasında ##.##.2023-cü il tarixdə Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, əlillik təyininə əsas vermədiyindən barəsində ##.##.2023-cü il tarixdən diaqnozun əlillik əlaməti təyin etməməsi və əmək qabiliyyətinin 15% itirilməsinə dair qərar qəbul edilmişdir.” İş materiallarında olan sənədlər ona hər iki xəstəliyi ilə bağlı istehsalat zədəsi səbəbi ilə müddətsiz əlillik təyinatına əsas verir.
Cavabdehin etirazları:
Cavabdeh iddiaya qarşı etirazda qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı Şəhər Baş Səhiyyə İdarəsinin ##.##.2023cü il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli agır eşitmə, İkitərəfli koxlear nevrit.Neyrosensor ağıreşitmə. lV dərəcə. Təbil pərdəsinin perforasiyası, xroniki irinli orta otit Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Cəlilabad rayon sakini ##.##.1979-cu il təvəllüdlü İddiaçı (FİN:*******) əlillik vəziyətinin yenidən qiymətləndirilməsi məqsədi ilə etdiyi müraciət X1-nin ##.##.2023-cü il tarixli X-Y-25 ** nömrəli əməkdaşlarının əmək qabiliyyətinin itirilmə faizinin təyin edilməsi üçün ünvanladığı sorğu məktubu əsasında əyani komissiyaya dəvət edilmiş və həkim ekspertlər tərəfindən müayinə edilmişdir. Müayinəyə gələrkən iş tapşırığını yerinə yetirən zaman istehsalat travması aldığını bildirmiş, qulaqlarının eşitmədiyini sağ əlinin II, III barmağlarının amputasiya olunduğunu söyləmiş və göstərilmişdir. Vətəndaş travmanı istehsalat zədəsi olduğunu sübut edən ##.##.2013-##.##.2014-cü ildə tərtib edilmiş ##.##.2013-saat 18:20-də baş vermiş (torpaq altında qalma partlayıcı qurğunun partlaması nəticəsində sağ qulaq pərdəsinin cırılması) hadisəni özündə əks elətdirən və ##.##.2022-ci ildə tərtib edilmiş, ##.##.2022-ci il saat 17:30-da baş vermiş sağ əlindəki əlcək fırlanma hərəkətində olan vala ilişərək əlin vallar arasında qalması nəticəsində xəsarət aldığını özündə əks elətdirən “X1” QSC tərəfindən təqdim edilən iz forması təqdim etmişdir. Vətəndaş eyni zamanda “lll-IV dərəcə neyrosensor ağıreşitmə” diaqnozu qeyd edilmiş müayinə sənədləri təqdim etsə də, obyektiv müayinə zamanı, IV dərəcə ağıreşitmə şübhə doğurmuş və DTSERA-da ##.##.2023-cü il tarixi Audometriya nəticəsi “Sağ qulaqda IV dərəcəli (80DB, sol qulaqda normal eşitmə 20DB)” olmuşdur. Obyektiv müayinədə sağ əlin II barmağı proksimal falanqa, III barmaq distal falangadan amputasiyası aşkarlanmış, güdüllər kobud olsa da digər barmaqlarda hərəkət məhdudluğu aşkar edilməmişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən Tibbi sosial ekspert komissiyası tərəfindən “Diaqnoz əlillik əlaməti təyin etmir”, əmək qabiliyyətinin 15% (on beş faiz) itirilməsinə dair qərar qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarı (hakim Hilal Nəcəfov) ilə iddia təmin edilmiş, Tibbi-sosial ekspert komissiyasının ##.##.2024-cü il tarixli *WV*WD**** nömrəli qərarı ləğv edilmiş və ##.##.2024-cü il tarixdən istehsalat zədəsi səbəbi ilə İddiaçı “qulağın xəstəlikləri, eşitmə zəifliyi IV dərəcə, ikitərəfli” və “əlin ampultasiyası, əlin tutma funksiyasının pozulmasına səbəb olan qüsurlu vəziyyətlər” diaqnozları üzrə orqanizmin funksiyalarının pozulmasının 50 faiz dərəcəsinə uyğun olaraq müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri:
Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçının əlilik vəziyyətinə sonuncu dəfə xxxxnin ##.##.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, ikitərəfli koxlear nevrit. Neyrosensor ağıreşitmə. V dərəcə. Təbil pərdəsinin perforasiyası, xroniki irinli orta otit.. Mərkəzə göndərilmənin İmtina edilmənin səbəbi: Diaqnoz əlilik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlilik əlaməti təyin etmir qərarı qəbul edilmişdir səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmiş 5 nəfər vətəndaş Tibbi-Sosial Ekspertiza və X12-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) tərəfindən ##.##.2024cü il tarixdə əyani müayinə edilərək əlillik vəziyyəti qiymətləndirilmiş və aşağıdakılar müəyyən edilmişdir. Cəlilabad rayon sakini ##.##.1979-cu il təvəllüdlü İddiaçı (FİN:*******) əlillik vəziyyətinin və əmək qabiliyyətinin itirilmə faizinin qiymətləndirilməsi üçün etdiyi müraciət əsasında əlillik səbəbi istehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar olduğundan əyani komissiyaya dəvət edilərək həkim ekspertlər tərəfindən müayinə edilmişdir. Əlillik AS-də olan məlumatlardan məlum olmuşdur ki, vətəndaşın müraciəti əsasında əlillik vəziyyəti Bakı Şəhər Baş Səhiyyə İdarəsinin “İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə” diaqnozu ilə rəsmiləşdirilmiş göndərişi əsasında Tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilərək barəsində ##.##.2023-cü il tarixdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən, “Diaqnozun əlillik əlaməti təyin etməməsi” və 1 (bir) il müddətinə əmək qabiliyyətinin 15% (iyirmi beş faiz) itirilməsi barədə qərar qəbul edilmişdir. Müayinəyə gələrkən iş tapşırığını yerinə yetirən zaman istehsalat travması aldığını bildirmiş, qulaqlarının eşitmədiyini sağ əlinin II, III barmağlarının amputasiya olunduğunu söyləmiş və göstərilmişdir. Vətəndaş travmanı istehsalat zədəsi olduğunu sübut edən ##.##.2013- ##.##.2014-cü ildə tərtib edilmiş ##.##.2013-saat 18:20-də baş vermiş (torpaq altında qalma partlayıcı qurğunun partlaması nəticəsində sağ qulaq pərdəsinin cırılması) hadisəni özündə əks elətdirən və ##.##.2022-ci ildə tərtib edilmiş, ##.##.2022-ci il saat 17:30-da baş vermiş sağ əlindəki əlcək fırlanma hərəkətində olan vala ilişərək əlin vallar arasında qalması nəticəsində xəsarət aldığını özündə əks elətdirən “X1” QSC tərəfindən təqdim edilən iz forması təqdim etmişdir. Təqdim edilmiş sənədlər arasında Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun ##.##.2023-cü il tarixli ********** nömrəli arayışına əsasən diaqnoz “Sağ əlin II barmağın proksimal falanqasının distal ucundan, III barmağın orta falanqasının proksimal ucundan amputasiyon güdülləri. əl darağı sümüklərinin regionar osteoparozu, IV barmağın yarıbükülü vəziyyəti, bükücü kontrakturası. Əlin tutma funksiyasının pozulması.”, xxxxnın ##.##.2024-cü il tarixli ***** nömrəli tibbi rəyinə əsasən diaqnoz “İki tərəfli koxlear nevrit. İki tərəfli neyrosensor ağıreşitmə.” şəklində göstərilsə də, obyektiv müayinə zamanı, IV dərəcə ağıreşitmə şübhə doğurmuş və DTSERA-da ##.##.2023-cü il tarixi Audometriya nəticəsi “Sağ qulaq 90 (doxsan) db, sol qulaq 35 (otuz beş) db” kimi qiymətləndirilmişdir. Obyektiv müayinədə sağ əlin II barmağı proksimal falanqa, III barmaq distal falangadan amputasiyası aşkarlanmış, güdüllər kobud olsa da, digər barmaqlarda hərəkət məhdudluğu aşkar edilməmişdir. Nəticədə obyektiv müayinədə və dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən ##.##.2024-cü il tarixli S********USD nömrəli göndərişində Azərbaycan Respublikası Nazirlər Kabinetinin hazırda qüvvədə olan ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən, Tibbi-sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, “Diaqnozun əlillik əlaməti təyin etməməsi” və 1 (bir) il müddətinə əmək qabiliyyətinin 25% (iyirmi beş faiz) itirilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə ekspert rəyinə məhəl qoymadan şəxsə əlillik təyin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Halbuki, ekspert rəyində xəstəliyin əlillik meyarlarına uyğun gəlmədiyi aşkar şəkildə qeyd edilmişdir
Apellyasiya şikayətinə etiraz:
Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs X2in nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 62.3-cü maddəsi). Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı iddiaya uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq:
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. ... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: ... 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya * nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya * nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 1.6. Bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir.
2. Göndərişin verilməsi qaydası
2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. ... 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X14na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir. ... 2.8. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”:
1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.2. istehsalat zədəsi; ... 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. ... 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir.
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”
9.1. Qulağın və H60-H95 məməyəbənzər çıxıntının xəstəlikləri Qiymətləndirmə 9.1.4. eşitmə zəifliyi IV dərəcə, 50 müddətsiz ikitərəfli 13.3. Bilək və əlin S68 amputasiyası Qiymətləndirmə 13.3.16. baş barmaq daxil 50 müddətsiz olmaqla, üç barmağın olmaması və ya əlin tutma funksiyasının pozulmasına səbəb olan qüsurlu vəziyyətlər
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarı dəyişdirilməli və iddia təmin edilməlidir. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, göndərişdə qeyd edilmiş xəstəliklər iddiaçıya müddətsiz əlillik təyinatına əsas verir. İşin araşdırılması ilə müəyyən edildi ki, İddiaçı Balatəli oğluna (bundan sonra -iddiaçı) ##.##.2021-ci il tarixdə X14: VIII Sinif qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90- H95-Qulağın digər xəstəlikləri => H90-Eşitmənin konduktiv və neyrosensor itirilməsi=>H90.0- Eşitmənin konduktiv tipli ikitəf…Diaqnozun mətni: İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, ikitərəfıi koxlear nevrit. Neyrosensor ağıreşitmə. IV dərəcə. Təbil pərdəsinin perforasiyası, xroniki irinli orta otit….Meyar.2.3. Üçüncü dərəcə əlillik => 2.5.20-anadangəlmə lal-karlıq və ya hər iki qulağın karlığı, 3-4-cü dərəcə ağıreşitmə (H90-90.8) diaqnozu ilə istehsalat zədəsi səbəbi ilə əmək qabiliyyətinin itirilməsi 50 faiz olmaqla müddətsiz üçüncü dərəcəli ilkin əlillik təyin edilmişdir. İddiaçı ##.##.2022-ci il tarixdə iş yerində əlinin valların arasında qalması nəticəsində xəsarət almışdır. Bununla bağlı istehsalatda bədbəxt hadisə haqqında ## ###### 2022-ci il tarixli ** saylı akt tərtib edilmişdir. Bundan sonra iddiaçının işlədiyi təşkilat “X1” əməkdaşlarının əmək qabiliyyətinin itirilmə faizinin təyin edilməsi üçün ünvanladığı sorğu əsasında o, əyani müayinə edilmiş və barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir”, əmək qabiliyyətinin 15% (on beş faiz) itirilməsinə dair qərar qəbul edilmişdir. “xxxx” X2 tərəfindən iddiaçıya əsas diaqnoz: H93.3 - Eşitmə sinirinin xəstəlikləri, ikitərəfli koxlear nevrit, Ağırlaşma: H90.3-Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, ikitərəfli neyrosensor ağıreşitmə IV dərəcə, Yanaşı Xəstəliklər: S68.2-Əlin iki və daha çox barmağının travmatik (tam) (hissəvi), sağ əlin 2-3-cü barmaqlarının travmatik amputasiyası diaqnozu ilə bağlı ##.##.2024-cü il tarixli S********USD nömrəli göndəriş rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən ##.##.2024-cü il tarixli qərar ilə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. “xxxx” X2 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ***** nömrəli mütəxəssis rəyindən görünür ki, İddiaçı ##.##.2025-ci il tarixdə müayinə olunmuş, yoxlama nəticəsində 5-ci dalğa sol qulaqda 80 db, sağ qulaqda 80 db əldə olunmuş, ona “Sol tərəfli 4-cü dərəcəli xroniki neyrosensor ağıreşitmə, sağ tərəfli 4-cü dərəcəli xroniki neyrosensor ağıreşitmə” diaqnozu qoyulmuşdur. “xxxx” X2 tərəfindən verilmiş ##.##.2026-cı il tarixli T***/**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “...1979-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmətibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1.2. Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma *** saylı göndərişində qeyd edilən “Əsas diaqnoz: H93.3-Eşitmə sinrinin xəstəlikləri. İkitərəfli koxlear nevrit, Ağırlaşma: H90.3-Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi. İkitərəfli neyrosensor ağır eşitmə solda IV dərəcə, Yanaşı xəstəliklər: S68.2- Əlin iki və daha çox barmağının travmatik (tam) (hissəvi), sağ əlin II-III barmaqlarının travmatik amputasiyası” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, hazırda müəyyən edilmiş diaqnoz ilə ümumən eynilik təşkil edir. Vətəndaş İddiaçı ##.##.2025-ci il tarixlidə “xxxx” X2 eşitmənin dəyərləndirilməsi üçün BERA testindən keçirilərkən “Sotərəfli 4-cü dərəcəli xroniki neyrosensor ağıreşitmə, sağtərəfli 4cü dərəcəli xroniki neyrosensor ağıreşitmə” diaqnozu qoyulmuşdur. Vətəndaş İddiaçı ##.##.2026-cı il tarixdə “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-də müayinədən keçirilərkən ona “Sağ əlin travmadan sonrakı vəziyyəti, II,III barmağı güdüllərin IV-V barmaq fleksio vəziyyəti, bükücü kontrakturaları, deformasiyası, IV-V barmaq hərəkətlərin məhdudluğu, sağ əlin funksiyasının pozulması” diaqnozu qoyulmuşdur. XBT 10: T92.6, M24.5, M 20.0, S68.2, Z73.6” diaqnozu qoyulmuşdur. ##.##.2026-cı il tarixdə məhkəmə-tibbi müayinə zamanı sağ əlin II barmağı proksimal falanqa, III barmaq distal falanqa səviyyəsindən yoxdur, güdül yerində köhnə çapıq vardır. Həmin əldə IV və V barmaqları bükülü vəziyyətdədir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İlk növbədə iddianın mümüknülüyü ilə bağlı iddia müddətinə münasibətdə bildirilir ki, iddiaçı ##.##.2024-cü il tarixli qərarı mübahisələndirir. O, qanunla nəzərə tutulmuş iddia müddəti ərzində məhkəməyə müraciət etmişdir. İddia mümkün iddiadır. Mübahisə ilə bağlı isə bildirirlir ki, ##.##.2024-cü il tarixli T***/**** nömrəli ekspert rəyinə tənqidi yanaşılır. Belə ki, qeyd edilən rəydə sonradan ##.##.2024-cü il tarixdə rəsmiləşdirlən göndəriş qiymətləndirilməmişdir. Hətta, həmin göndəriş üzrə qiymətləndirilmiş olsa idi, yenə də həmin rəy qəbul edilməzdi. Belə ki, rəy heç bir ekspertiza tədqiqatı aparılmadan, cavabdehin qərarında qeyd edilənlər sadalanmaqla tərtib edilmişdir. İş materiallarında olan sübutlarla (tibbi sənədlər, “xxxx” X2 tərəfindən verilmiş ##.##.2025ci il tarixli ***** nömrəli mütəxəssis rəyi, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ tərəfindən verilmiş ##.##.2026-cı il tarixli mütəxəssis rəyi, göndəriş və s.), o cümlədən “xxxx” X2 tərəfindən verilmiş ##.##.2026-cı il tarixli T***/**** nömrəli ekspert rəyi ilə təsdiq edilir ki, iddiaçıda olan xəstəliklər ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın “9.1. Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri H60-H95” bəndinə uyğun 9.1.4-cü bəndlə “eşitmə zəifliyi IV dərəcə, ikitərəfli” qiymətləndirilməklə 50 faiz dərəcəsi ilə müddətsiz; “13.3. Bilək və əlin amputasiyası S68” bəndinə uyğun 13.3.16-cı bəndlə “baş barmaq daxil olmaqla, üç barmağın olmaması və ya əlin tutma funksiyasının pozulmasına səbəb olan qüsurlu vəziyyətlər” qiymətləndirilməklə 50 faiz dərəcəsi ilə müddətsiz əlillik təyin edilməsinə əsas verir. Əlilliyin səbəb əlaqəsi isə ümumi səbəbdən istehsalat zədəsi ilə bağlıdır. Bunu travmanı istehsalat zədəsi olduğunu sübut edən ##.##.2013-##.##.2014-cü ildə tərtib edilmiş ##.##.2013saat 18:20-də baş vermiş (torpaq altında qalma partlayıcı qurğunun partlaması nəticəsində sağ qulaq pərdəsinin cırılması) hadisəni özündə əks etdirən və ##.##.2022-ci il tərtib edilmiş ##.##.2022-ci il saat 17.30-da baş vermiş sağ əlindəki əlcək fırlanma hərəkətində olan vala ilişərək əlin vallar arasında qalması nəticəsində xəsarət aldığını özündə əks elətdirən “X1” QSC tərəfindən təqdim edilən iz forması sübut edir. Həmçinin, iddiaçıya ##.##.2021-ci il tarixdə ağıreşitmə xəstəliyi ilə bağlı təyin edilmiş əlilliyin səbəb əlaqəsi də istehsalat zədəsi səbəbi ilə olmuş və bu məsələ ilə bağlı tərəflər arasında mübahisə yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası”na görə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilir. Qaydanın 1.6-cı bəndinə əsasən Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. İddiaçı barəsində “xxxx” X2 tərəfindən ##.##.2024-cü il tarixli S********USD nömrəli göndəriş verilərkən iddiaçının xəstəlik vəziyyətinin göstəriciləri olan tibbi sənədlər yoxlanılmış və əlilliyin təyin edilməsinə əsas ola biləcək xəstəlik müəyyən edildiyi üçün göndəriş rəsmiləşdirilmişdir. Əks halda, göndəriş verilməzdi. Təbii ki, kollegiya qəbul edir ki, şəxs barəsində göndərişin rəsmiləşdirilməsi hələ birmənalı şəkildə şəxsdə əlilliyin təyin edilməsinə əsas ola biləcək xəstəliyin olması demək deyil. Lakin hazırki işə münasibətdə işdə olan sübutlar onu deməyə əsas verir ki, şəxsdə olan xəstəliklər ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın “9.1. Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri H60-H95” bəndinə uyğun 9.1.4-cü bəndlə “eşitmə zəifliyi IV dərəcə, ikitərəfli” qiymətləndirilməklə 50 faiz dərəcəsi ilə müddətsiz; “13.3. Bilək və əlin amputasiyası S68” bəndinə uyğun 13.3.16-cı bəndlə “baş barmaq daxil olmaqla, üç barmağın olmaması və ya əlin tutma funksiyasının pozulmasına səbəb olan qüsurlu vəziyyətlər” qiymətləndirilməklə 50 faiz dərəcəsi ilə müddətsiz əlillik təyin edilməsinə əsas verir. Əlilliyin təyinat tarixi imtina qərarının verildiyi tarixdən, ##.##.2024-cü il tarixdən müəyyən edilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin qərarının dəyişdirilən hissəsi ilə bağlı bildirir ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.11-ci bəndinin tələbi nəzərə alınmamışdır. Belə ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.11-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Həmin tələb nəzər alındıqda iddiaçının hər iki xəstəliyi üzrə orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduğu üçün (50 faiz) yekun göstərici 10 faiz artırılmaqla orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi 60 faiz müəyyən edilməlidir. Şirvan İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə “xxxx” X2 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Göründüyü kimi qanunvericilik hər hansı şəxsin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini məhkəmə qərarının həmin şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarla şərtləndirmişdir. Hazırki işin faktiki halından, birinci instansiya məhkəməsinin qərarının məzmunundan və nəticə hissəsindən görünür ki, baxılan işin nəticəsi olaraq, “xxxx” X2 üzərinə hər hansı öhdəlik qoyulmamış, qərar həmin şəxs üçün hüquqi nəticə, o cümlədən vəzifə və öhdəlik yaratmır. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2022-ci il tarixli, **/**** nömrəli qərardadında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.3 və 28.5-ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərilməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər. Məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə bilər. Bu zaman, məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməlidir. Cəlbetmənin dəyişdirilməsi adi cəlbetmədən zəruri cəlbetməyə və ya əksinə keçidi nəzərdə tutur. Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edir. Bu halda, üçüncü şəxsin məhkəmə icraatında iştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilməli və iddia təmin edilməli, həmçinin, hazırkı iş üzrə “xxxx” X2 inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilməlidir.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarı dəyişdirilsin. İddia təmin edilsin. Tibbi-sosial ekspertiza komissiyasının ##.##.2024-cü il tarixli *******0005 nömrəli qərarı ləğv edilsin. İddiaçı İddiaçı ##.##.2024-cü il tarixdən istehsalat zədəsi səbəbi ilə əlaqədar orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi 60 faiz olmaqla müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehn üzərinə qoyulsun. İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs X2 iş üzrə inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilsin. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.