Məhkəmə qərarları › İş №2-1(106)-882/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-882/2025

02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-882/2025 02.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X12 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona Azərbaycan Respublikasının “güzəşti şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 2-1(120)-1731/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən, 29 iyun 2022-ci il tarixindən güzəşti şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı arasında “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən 29 iyun 2022-ci il tarixindən, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi məsələsində mübahisə yaranmışdır. O, 29 iyun 2022-ci il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən 29 iyun 2022-ci tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh 31 avqust 2024-cü il tarixli, 3- 17-1/2-H-209181/2024 nömrəli məktubu ilə iddiaçıya bildirmişdir ki, onun güzəştli iş stajı 11 il 8 ay təşkil edir. Bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Xahişi cavabdeh tərəfindən rədd edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, xx xxxx 1959-cu ildə Salyan rayonunun Qarabağlı kəndində doğulmuş və hazırda da həmin kənddə yaşayır. Orta təhsilini başa vurduqdan sonra 14 oktyabr 1977-ci il tarixdən 20 noyabr 1979-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 17 yanvar 1980-ci ildə Azenerjisazlama müəssisəsində Əli Bayramlı sahəsində yüksək gərginlikli açarların təmiri sexində elektrik çilingəri vəzifəsinə işə qəbul edilmişdir. 20 may 1981-ci ildə işdən çıxmışdır. 10 may 1981-ci ildə SSRİ-nin 50 illiyi adına pambıq sovxozunda fəhlə peşəsinə işə qəbul edilmişdir. 23 dekabr 1981-ci ildə işdən çıxmışdır. 01 iyun 1982-ci ildə X16 mexanizasiya xidmətində sürücü vəzifəsinə işə qəbul edilmişdir. 17 avqust 1982-ci ildə işdən çıxmışdır. 23 sentyabr 1982-ci ildə X13 İdarəsində sürücü peşəsinə işə qəbul edilmişdir. 27 avqust 1984-cü ildə sürücü-maşinist keçirilmişdir. 20 oktyabr 1988-ci ildə işdən çıxmışdır. 20 oktyabr 1988-ci ildə “Dostluq” Tikinti Kooperativində suvaqçı vəzifəsinə işə qəbul edilmişdir. 04 iyul 1989-cu ildə işdən çıxmışdır. 05 iyul 1989-cu ildə RSFSR-ın Kirov vilayətinin Kiknursk istehsalat təlimli orta məktəbində binalara xidmət üzrə fəhlə peşəsinə qəbul edilmişdir. 20 noyabr 1989-cu ildə işdən çıxmışdır. 02 yanvar 1990-cı ildə Əli-Bayramlı şəhəri Təmir Kooperativində fəhlə vəzifəsinə işə qəbul edilmişdir. 12 fevral 1990-cı ildə işdən çıxmışdır. 12 fevral 1990-cı ildə Əli-Bayramlı İxtisaslaşmış Təmir-Tikinti İdarəsində sürücü peşəsinə işə qəbul edilmişdir. 30 iyul 1990-cı ildə işdən çıxmışdır. 02 oktyabr 1990-cı il tarixdən 03 dekabr 1990-cı il tarixində Hacıqabul Rayon İcra Hakimiyyətində sürücü işləmişdir. 02 yanvar 1991-ci ildə X21 Kombinatında sürücü kimi əmək fəaliyyətinə başlamış və 20 fevral 1991-ci ildə işdən çıxmışdır. 20 aprel 1991-ci il tarixində Əli-Bayramlı şəhər Təsərrüfat Hesablı Təmir-Tikinti Sahəsində fəhlə işinə qəbul edilmişdir. 25 dekabr 1991-ci ildə işdən çıxmışdır. 02 yanvar 1992-ci ildə Qafqazenerjitəmir X1xana və tozhazırlama sexlərinin avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsinə işə qəbul edilmişdir. 01 aprel 1992-ci ildə köçürmə yolu ilə işdən azad edilmişdir. 01 aprel 1992-ci ildə X2 köçürmə yolu ilə Əli-X6xana və tozhazırlama sexlərinin avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsinə işə qəbul edilmişdir. 01 iyun 1992-ci ildə işdən çıxmışdır. 01 iyun 1992ci il tarixində Qafqazenerjitəmir İxtisaslaşmış İstehsalat Müəssisəsinin Rusiya bölümündə qazanxana və tozhazırlama sexlərinin avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsinə qəbul edilərək 02 noyabr 1992-ci il tarixinə kimi orada işləmişdir. 05 fevral 1993-cü ildə ƏliBayramlı Rayonlararası Təchizat, Satış və İstehsalat İdarəsində sürücü kimi əmək fəaliyyətimi davam etdirmişdir. 01 fevral 1996-cı il tarixində işdən azad edilmişdir. 01 iyul 1996-cı il tarixində Salyanneft NQÇİ-də 1 nömrəli neft və qazçıxarma sexinin prokat sahəsinə təmirçi çilingər vəzifəsinə işə qəbul edilmişdir. Həmin idarədə 26 avqust 1996-cı il tarixində Quyuların Yeraltı və Əsaslı Təmiri Sexinə qazmaçı köməkçisi keçirilmiş və 28 dekabr 1999-cu il tarixində işdən çıxmışdır. 19 yanvar 2000-ci ildə Əli-Bayramlı DRESdayanacaq boşaldan vəzifəsinə işə qəbul edilmişdir, 24 mart 2004-cü ildə işdən çıxmışdır. 01 sentyabr 2010-cu ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nzədində Salyan rayonunun Camışlı kəndində quraşdırdığı sutəmizləyici qurğunun texniki operator vəzifəsinə işə qəbul edilmiş və 30 iyun 2015-ci ildə işdən çıxmışdır. Onun iddia ərizəsi əsasında 29 iyun 2022-ci il tarixinə kimi 25 ildən çox ümumi və həmin stajın 12 il 6 aydan çox hissəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verməsi dayanır. Cavabdehin imtina məktubunu nəzərdən keçirdikdə məlum olur k, onun ümumi iş stajı mübahisələndirmir, xx.xx.1984-xx.xx.1988, xx.xx.1996-xx.xx.1999 və xx.xx.2000xx.xx.2004-cü illərdə topladığı güzəştli əmək stajını (ümumilkdə, 11 il 8 ay) qəbul edir. Hesab edir ki, yuxarıda sadalanan bu hallar hazırki iddia üzrə mübahisələndirilməyən hallar kimi qəbul edilməlidir. Cavabdehin mübahisələndirdiyi yeganə hal, onun 17 yanvar 1980-20 may 1981-ci il tarixləri arasında Azərenerjisazlama müəssisəsində topladığı güzəştli iş stajıdır ki, əgər həmin vəzifədə güzəştli stajı tanınsa, güzəştli iş stajı ümumilikdə 13 ildən çox olur ki, bu da 12 il 6 aylıq tələbi ödəyəcək. Cavabdeh göndərdiyi sorğuya AZENCO ASC tərəfindən göndərilmiş cavabda qazanxana və turbin avadanlığının təmiri üzrə çilingər vəzifəsində işləməyi barədə hər hansı bir məlumat göstərilməyib. Cavabdehin bu iradı absurd bir iraddır belə ki, əmək kitabçasında 1-ci, 2-ci və 3-cü qeydlərdə açıqaşkar qeyd edilib ki, yüksək gərginlik açarlarının təmiri üzrə elektrik çilingəri işləmişdir. İstər qüvvədən düşmüş, istərsə də qüvvədə olan güzəştli siyahılarda bu istehsalat sahəsində çalışan və hansı işlər üzrə işləməsindən asılı olmayaraq, bütün elektrik çilingərlərinin güzəştli pensiya hüququ həmin siyahılarda bütün adlardan olan elektrik çilingərləri ifadəsi ilə qanunverici tərəfindən tanınmışdır. Cavabdeh isə elektrik çilingəri vəzifəsində işləməyini bu istehsalat sahəsində hansısa bir işi yerinə yetirən elektrik çilingəri vəzifəsi ilə eyniləşdirmək istəmişdir. Bu isə qanunsuz addımdır, belə ki, bütün elektrik çilingərlərinin güzəştli pensiya hüququ vardır. Digər tərəfdən cavabdeh onun 02 yanvar 1992-01 aprel 1992-ci il tarixində Qafqazenerjitəmir X1xana və tozhazırlama sexlərinin avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində və 01 aprel 1992-01 iyun 1992ci il tarixlərində X3 köçürmə yolu ilə Əli-X4xana və tozhazırlama sexlərinin avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində, 01 iyun 1992- 02 noyabr 1992-ci ildə yenə də Qafqazenerjitəmir İxtisaslaşmış İstehsalat Müəssisəsinin Rusiya bölümündə qazanxana və tozhazırlama sexlərinin avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində topladığı güzəştli stajı qəbul etməmiş və buna münasibət də bildirməmişdir. Halbuki, AZENCO ASC-nin Ali Məhkəmənin 18 noyabr 2020-ci il tarixli icmal məktub əsasında verilmiş güzəştli iş stajı barədə arayışla həmin dövr üçün güzəştli iş stajı təsdiq edilmişdir. Məhkəmədən tələbinin təmin edilməsini xahiş edir. Cavabdehin etirazını onunla əsaslandırır ki, Cavabdehin məhkəməyə daxil olmuş etirazında qeyd edilir ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciəti daxil olmuş və aidiyyatı üzrə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialında baxılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/2-Fİ209181/2024 nömrəli məktubuna əsasən, iddiaçının qanunvericiliklə tələb olunan kifayət qədər güzəştli iş stajı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı iiə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verəc istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarımbəndində (a) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işin təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilinqərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş "xxxx" ASC-nin iddiaçıya dair xx.xx.2023-cü il tarixli 01-PH/446 nömrəli arayışında onun xx.xx.1980- xx.xx.1981-ci il tarixləri arasındakı dövr ərzində "Azərenerjisazlama” X10 Hava Açarlarının Təmiri və Sazlanması sexinin Əli-Bayramlı sahəsində X26 açarlarının təmiri üzrə elektrik çilingəri vəzifəsində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəsisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilmiş və müvafiq sorğuya cavab olaraq göndərilən sözügedən müəsisənin xx.xx.2024-cü il tarixli 01-PH/313 nömrəli məktubunda hava açarlarının təmiri üzrə elektrik çilingəri vəzifəsində işlədiyi müddətdə sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə iddiaçının işləməyi barədə hər hansı məlumat qeyd olunmayıb. Buna görə də həmin dövrü iddiaçının güzəştli iş stajına daxil etmək mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bu səbəbdən, iddiaçı öz iddiasını sübuta yetirə bilmədiyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. Şirvan İnzibati Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 2-1(120)-1731/2025 saylı qərarı (hakim Pərvanə Qurbanova) ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, 16 sentyabr 2025-ci il tarixli, 2-1(120)-1731/2025 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarına əsasən xx.xx.1959-cu il təvəllüdlü İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciəti daxil olmuş və aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/2-H-209181/2024 nömrəli məktubuna əsasən, iddiaçının qanunvericiliklə tələb olunan kifayət qədər güzəştli iş stajı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Daha sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X28 qərarlarını, X28 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulanhansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu təsdiqləməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarəmbəndində (a) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş "xxxx" ASC-nin iddiaçıya dair xx.xx.2023-cü il tarixli 01- PH/446 nömrəli arayışında onun xx.xx.1980-xx.xx.1981-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" X10 Hava Açarlarının Təmiri və Sazlanması sexinin Əli-Bayramlı sahəsində X26 açarlarının təmiri üzrə elektrik çilingəri vəzifəsində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəsisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün tərəfimizdən aidiyyəti üzrə sorğu göndərilmiş və müvafiq sorğumuza cavab olaraq göndərilən sözügedən müəsisənin xx.xx.2024-cü il tarixli 01-PH/313 nömrəli məktubunda hava açarlarının təmiri üzrə elektrik çilingəri vəzifəsində işlədiyi müddətdə sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə iddiaçının işləməyi barədə hər hansı məlumat qeyd olunmamışdır. Buna görə də həmin dövrü iddiaçının güzəştli iş stajına daxil etmək mümkün olmamışdır. Yekun olaraq, Mərkəzi Filiala təqdim olunan sənədlərdə qeyd olunan məlumatlara əsasən, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az: - xx.xx.1984-xx.xx.1988-ci il; - xx.xx.1996-xx.xx.1999-cu il; - xx.xx.2000-xx.xx.2004-cü il tarixləri arasındakı dövrləri əhatə edərək 11 il 8 aytəşkil etmişdir. İş materiallarında olan "xxxx"ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 01-PH/247 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı oğlu xx.xx.1980-cı ildə (əmr № 7-ok, xx.xx.1980-cı il) "xxxx" X9 Hava Açarlarının Təmiri və Sazlanması sexinin Əli-Bayramlı sahəsində X26 açarlarının təmiri üzrə elektrik çilingəri peşəsinə qəbul edilmiş və xx.xx.1981-ci ildə (əmr № 96-ok, xx.xx.1981-ci il) Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. Göstərilən peşələrində işləyənlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəsilinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” fəhlələr bəndinə əsasən elektrik çilingərlərinin işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 №-li siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfat’nm 2140000a-18455 saylı şifrəsinə əsasən çilingərlər və bütün adlardan olan elektrik çilingərləri kodlarına uyğundur və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəsilinə əsasən Elektrik Stansiyalarının güc təsərrüfatı və yanacaqötürmə avadanlığına X19 ötürücü xəttlərini və bu xəttlərdə ölçü vasitələri və avtomatikasının normal işləməsinə xidmət edən Hava Açarlarının işini təmin edən elektrik çilingərləri vəzifəsində işləyənlər yerinə yetirirlər. Belə ki, Elektrik Stansiyalarında istehsal olunmuş elektrik enerjisinin elektrik gərginliyinin normal həcmdə axımını və paylanması ölçü vasitələri ilə ölçülür. Qeyd olunan avadanlığa nəzarət, iş rejiminin yoxlanması və sazlanması təmin edilməsi gərginlik altında edilir, Stansiyanı, o cümlədən hava xəttlərini mühafizə edir. Lakin işin bütün halları birinci instansiya məhkəməsi tərəfindən ətraflı şəkildə araşdırılmamışdır. Belə ki, göstərilən cavabda da imtinaya əsas olmuş-iddiaçının hava açarlarının təmiri üzrə elektrik çilingəri vəzifəsində işlədiyi müddətdə sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə işləməyi barədə hər hansı məlumat qeyd olunmamışdır. Göstərilən işlə bağlı məhkəmənin mövqeyi aşağıdakı kimi olmuşdur: Məhkəmə iş materiallarında olan həmin vəzifə üzrə müəssisələrin arayışlarına və təlimatlara əsasən, qeyd etməyi zəruri hesab edir ki, İddiaçı xx.xx.1980-xx.xx.1981-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" X10 Hava Açarlarının Təmiri və Sazlanması sexinin ƏliBayramlı sahəsində X26 açarlarının təmiri üzrə elektrik çilingəri vəzifəsində çalışdığı dövrdə də eyni zərərli amillərə məruz qalmış və həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.1.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24-cü Fəsli “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı”, “a” bəndi fəhlələr, elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri peşəsi ilə uyğunluq təşkil edir. Beləliklə, iddiaçı H.Adgözəlovun güzəştli iş stajı kifayət etmədiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsi qanunamüvafiq deyildir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025ci il tarixli 2-1(120)-1731/2025 nömrəli qərarını ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2- 1(106)-882/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi Səma Süleymanlı apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək Şirvan İnzibati Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 2- 1(120)-1731/2025 saylı qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirərək Şirvan İnzibati Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 2-1(120)-1731/2025 saylı qərarının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 149-cu maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12№-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”:

24. bölmə. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı a) bəndi. Fəhlələr

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarına görə iddiaçı ona 29 iyun 2022-ci il tarixindən güzəşti şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1980-xx.xx.1981-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" X10 Hava Açarlarının Təmiri və Sazlanması sexinin Əli Bayramlı sahəsində X26 açarlarının təmiri üzrə elektrik çilingəri vəzifəsində çalışdığı dövrdə də eyni zərərli amillərə məruz qalmış və həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.1.2007ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24-cü Fəsli “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı”, “a” bəndi fəhlələr, elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri peşəsi ilə uyğunluq təşkil edir. Məhkəmə qanunvericiliyin müddəalarını və əmək kitabçasında olan qeydlər və müvafiq arayışlar ilə birgə qiymətləndirdikdə müəyyən edir ki, iddiaçının 25 ildən artıq ümumi və 12 il 6 aydan artıq güzəştli iş stajı olduğundan cavabdeh inzibati orqanın hərəkətləri əsassız və qanunsuz olmuş və iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, mübahisənin predmeti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı Salyan rayonu, Qarabağlı kəndində qeydiyyatdadır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarəmbəndində (a) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" ASC-nin sizə dair xx.xx.2023-cü il tarixli 01-PH/446 nömrəli arayışında xx.xx.1980-xx.xx.1981-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" X10 Hava Açarlarının Təmiri və Sazlanması sexinin Əli Bayramlı sahəsində X26 açarlarının təmiri üzrə elektrik çilingəri vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Adıçəkilən müəsisədəki iş stajınıza aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün tərəfimizdən aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğumuza cavab olaraq göndərilən sözügedən müəsisənin xx.xx.2024-cü il tarixli 01-PH/313 nömrəli məktubunda hava açarlarının təmiri üzrə elektrik çilingəri vəzifəsində işlədiyiniz müddətdə sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə işləməyiniz barədə hər hansı məlumat qeyd olunmayıb. Buna görə də həmin dövrü sizin güzəştli iş stajınıza daxil etmək mümkün olmamışdır. Göstərilən səbəbdən də, sizin güzəştli iş stajınız 12 il 6 aydan az (11 il 8 ay (xx.xx.1984-xx.xx.1988-ci il, xx.xx.1996-xx.xx.1999-cu il, xx.xx.2000-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 01-PH/446 nömrəli X22 X20 qeyd edilmişdir ki, 1959-cu il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1980-cı ildə (əmr № 7-ok, xx.xx.1980-cı il) "xxxx" X9 Hava Açarlarının Təmiri və Sazlanması sexinin Əli- Bayramlı sahəsində X26 açarlarının təmiri üzrə elektrik çilingəri peşəsinə qəbul edilmiş və xx.xx.1981-ci ildə (əmr № 96- ok. xx.xx.1981-ci il) Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü Fəslinin “a” fəhlələr “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” bəndinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərlərinın işi güzəştli şərtlərlə pensiya hüququna malikdir. Güzəştli pensiya üçün staj: 01 il, 04 ay, 03 gün təşkil edir. İş materiallarında olan SOCAR Nəqliyyat İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, SOCAR-ın Baş Ofisinin Mərkəzi Arxivi tərəfindən İddiaçı iş stajı barədə hazırlanmış xx.xx.2024-cü il tarixli 14-2/2-Q-1053-1/2024 nömrəli arxiv arayışına Nəqliyyat İdarəsində baxılmış və sorğuya əsasən araşdırılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №- li qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən Siyahının 10-cu hissəsinin “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” 10.2-cı bəndindəki “sementləşdirici aqreqatların motorçuları” və “qaldırıcıların maşinistləri” peşə adları İddiaçı xx.xx.1984-cü il tarixindən xx.xx.1988-ci il tarixinədək işlədiyi (4 il 01 ay 23 gün iş stajı) “motorçu”, “qaldırıcı maşinist və maşinist sürücü” peşələri ilə eyniadlılıq təşkil edir. Siyahıda xx.xx.1982-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək işlədiyiniz (1 il 11 ay iş stajı) sürücü peşəsinə uyğun peşə adı mövcud deyildir. İş materiallarında olan SOCAR-ın xx.xx.2024-cü il tarixli arxiv arayışında qeyd edilmişdir ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən İddiaçı iş stajı aşağıdakı kimidir: xx.xx.1982-ci ildə (əmr № 94/k, xx.xx.1982-ci il) X13 İdarəsinə QAZ-52 markalı, 21-43 №-li avtomaşına 3-cü sinif sürücü peşəsinə işə qəbul edilmişdir. xx.xx.1984-cü ildə (əmr № 34/k, xx.xx.1984-cü il) 2 həftəlik təcrübə müddəti ilə Azinmaşa 6-cı dərəcəli motorçu peşəsinə keçirilmişdir. xx.xx.1984-cü ildə (əmr № 36/k, xx.xx.1984-cü il) təcrübə müddətindən sonra müstəqil işə başlamışdır. Haqq-hesab cədvəllərinə əsasən 1985-ci ilin sentyabr ayından peşəsi 6-cı dərəcəli qaldırıcı maşinist olaraq göstərilmişdir. xx.xx.1988-ci ildə (əmr № 47/k, 01,09.1988-ci il) peşəsi 5-ci dərəcəli maşinist-sürücü hesab edilmişdir. xx.xx.1988-ci ildə (əmr № 55/k, xx.xx.1988-ci il) Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən, öz xahişi ilə işdən azad olunmuşdur. İş materiallarında olan SALYAN OİL LTD-nin xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, X15 xx.xx.1996-xx.xx.1996-ci illərdə Salyanneft neft və qaz çıxarma idarəsinin 1 №-li neft və qaz çıxarma sexinin prokat sahəsində “Təmirçi çilingər” vəzifəsində, xx.xx.1996-xx.xx.1999-cu illər ərzində isə Salyanneft neft və qaz çıxarma idarəsinin Quyuların əsaslı və yeraltı təmir sexində “Qazmaçı köməkçisi" vəzifəsində işləmişdir. Həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının X bölməsinin İİ Yarımbölməsinə əsasən işləmişdir ki, bu da aşağıda göstərilən vəzifələrdə işləməklə ona güzəştli dövlət təqaüdü almaq hüququ verir. Qeyd: İşçinin Neft, qaz və qaz kondensatı hasilatı obyektlərində 1№-li NQÇS-nin prokat sahəsində bilavasitə məşğul olan Təmirçi-Çilingər, Neft, qaz və qaz kondensatı hasilatı obyektlərində Quyuların əsaslı və yeraltı təmir sexində bilavasitə məşğul olan Qazmaçı köməkçisi vəzifələrində işləmişdir. Bu da 3 il 5 ay 27 gün təşkil edir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti “X24 Stansiyası” MMC-nin xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2000-ci il tarixdən (əmr №04-n.xx.xx.2000-ci il) xx.xx.2004-cü il tarixinə kimi “X24 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-nin) Qazan turbin sexinin işini təmin edən yanacaq nəqliyyat sexində yanacaq boşaldan (yəni tökücülər-boşaldıcılar) işləmişdir. İşlədiyi vəzifə üzrə zərərli iş stajı 4 (dörd) il, 2 (iki) ay, 5 (beş) gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Səs-küyün normadan artıq olması, yüksək təsirli kükürdlü mazutun boşaldılması, çənlərin yuyulması, estakadaların təmizlənməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü fəsil Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatının a)fəhlələr bölməsində tökücülər-boşaldıcılar bəndinə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”sında Xİİİ fəsil, Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatının a)fəhlələr bölməsində 2140000a-18598 vəzifə kodunda müəyyən edilmiş tökücülərboşaldıcılar vəzifəsinin xüsusiyyətləri ilə eyni olduğundan güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verir. Bu vəzifələrdə çalışarkən ona ağır və zərərli iş şəraitinə görə əsas əmək haqqına 12 faiz əlavə verilmişdir. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1977-ci il tarixli, H3 № ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan xx.xx.2010-cu il tarixdə doldurulmuş İddiaçı məxsus 140772 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixdən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzədində Salyan rayonunun Camışlı kəndində quraşdırılmış sutəmizləyici qurğuya texniki operator vəzifəsinə işə qəbul edilmiş, 30 iyun 2015-ci ildə işdən azad edilmişdir. İş materiallarında olan xx.xx.1981-ci il tarixli İddiaçı məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, 17 yanvar 1980 - 20 may 1981-ci illərdə "xxxx" X9 Hava Açarlarının Təmiri və Sazlanması sexinin Əli- Bayramlı sahəsində X26 açarlarının təmiri üzrə elektrik çilingəri, 10 may 1981-23 dekabr 1981-ci illərdə SSRİ-nin 50 illiyi adına pambıq sovxozunda fəhlə, 01 iyun 1982-17 avqust 1982-ci illərdə X16 mexanizasiya xidmətində sürücü, 23 sentyabr 1982-ci ildə X13 İdarəsində 3-cü dərəcəli sürücü, 27 avqust 1984-cü ildə sürücü-maşinist, 20 oktyabr 1988-ci ildə işdən çıxmış, 20 oktyabr 1988-04 iyul 1989-cu illərdə “Dostluq” Tikinti Kooperativində suvaqçı, 05 iyul 1989-20 noyabr 1989-cu illərdə RSFSR-ın Kirov vilayətinin Kiknursk istehsalat təlimli orta məktəbində binalara xidmət üzrə fəhlə, 02 yanvar 1990-12 fevral 1990-cı illərdə Əli-Bayramlı şəhəri Təmir Kooperativində fəhlə, 12 fevral 1990-30 iyul 1990-cı illərdə Əli- Bayramlı İxtisaslaşmış Təmir-Tikinti İdarəsində sürücü, 02 oktyabr 1990-cı il tarixdən 03 dekabr 1990-cı il tarixinədək Hacıqabul Rayon İcra Hakimiyyətində ehtiyatda olan sürücü, müvəqqəti fəhlə, 02 yanvar 1991-xx.xx.1991-ci illərdə X21 Kombinatında sürücü, 20 aprel 1991-25 dekabr 1991-ci illərdə Əli Bayramlı şəhər Təsərrüfat Hesablı Təmir-Tikinti Sahəsində 2-ci dərəcəli fəhlə, 02 yanvar 1992-01 aprel 1992-ci illərdə Qafqazenerjitəmir X1xana və tozhazırlama sexlərinin avadanlıqlarının təmiri üzrə çilingər, 01 aprel 1992-01 iyun 1992-ci illərdə X3 köçürmə yolu ilə Əli-X6xana və tozhazırlama sexlərinin avadanlıqlarının təmiri üzrə çilingər, 01 iyun 1992-02 noyabr 1992-ci illərdə Qafqazenerjitəmir İxtisaslaşmış İstehsalat Müəssisəsinin Rusiya bölümündə qazanxana və tozhazırlama sexlərinin avadanlıqlarının təmiri üzrə çilingər, 05 fevral 1993-01 fevral 1996cı illərdə Əli-Bayramlı Rayonlararası Təchizat, Satış və İstehsalat İdarəsində sürücü, 01 iyul 1996-cı il tarixində Salyanneft NQÇİ-də 1 nömrəli neft və qazçıxarma sexinin prokat sahəsinə təmirçi çilingər, 26 avqust 1996-cı il tarixində Quyuların Yeraltı və Əsaslı Təmiri Sexinə 4-cü dərəcəli qazmaçı köməkçisi keçirilmiş, xx.xx.1999-cu il tarixdə 5-ci dərəcə verilmiş və 28 dekabr 1999-cu il tarixində işdən işdən azad edilmiş, 19 yanvar 2000-24 mart 2004-cü illərdə Əli-Bayramlı DRES-də 3-cü dərəcəli yanacaq boşaldan vəzifələrində işləmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X25 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı ümumi iş stajı 30 il 4 ay 9 gün (xx.xx.2006-cı il tarixinədək 24 il 6 ay 9 gün (xx.xx.1977- xx.xx.1979-cu il (hərbi xidmətdə olduğu dövr), xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1982- xx.xx.1982-ci il, xx.xx.1982- xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1989-cu il,xx.xx.1989- xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1991- xx.xx.1991-ci il, xx.xx.1992- xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1993- xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.1999-cu il və xx.xx.2000-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 5 il 10 ay) təşkil edir. Əlavə olaraq bildirir ki, İddiaçı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq bugünədək ona münasibətdə 40320,00 manat hesablandığı halda, adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 28693,28 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 01-PH/181 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı oğlu xx.xx.1980-ci ildə (əmr № 7-ok, xx.xx.1980-cı il) "xxxx" X9 Hava Açarlarının Təmiri və Sazlanması sexinin Əli-Bayramlı sahəsində X26 açarlarının təmiri üzrə elektrik çilingəri peşəsinə qəbul edilmiş və xx.xx.1981-ci ildə (əmr № 96-ok, xx.xx.1981-ci il) Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. Göstərilən peşələrində işləyənlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəsilinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar- qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” fəhlələr bəndinə əsasən çilingərlərin işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 №-li siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı”nın 2140000a-18455 saylı şifrəsinə əsasən çilingərlər və bütün adlardan olan elektrik çilingərləri kodlarına uyğundur və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün staj: 01 il, 04 ay, 03 gün təşkil edir. İş materiallarında olan "xxxx"ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 01-PH/247 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı oğlu xx.xx.1980-cı ildə (əmr № 7-ok, xx.xx.1980-cı il) "xxxx" X9 Hava Açarlarının Təmiri və Sazlanması sexinin Əli-Bayramlı sahəsində X26 açarlarının təmiri üzrə elektrik çilingəri peşəsinə qəbul edilmiş və xx.xx.1981-ci ildə (əmr № 96-ok, xx.xx.1981-ci il) Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. Göstərilən peşələrində işləyənlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəsilinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” fəhlələr bəndinə əsasən elektrik çilingərlərinin işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 №-li siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatf’nm 2140000a-18455 saylı şifrəsinə əsasən çilingərlər və bütün adlardan olan elektrik çilingərləri kodlarına uyğundur və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəsilinə əsasən Elektrik Stansiyalarının güc təsərrüfatı və yanacaqötürmə avadanlığına X19 ötürücü xəttlərini və bu xəttlərdə ölçü vasitələri və avtomatikasının normal işləməsinə xidmət edən Hava Açarlarının işini təmin edən elektrik çilingərləri vəzifəsində işləyənlər yerinə yetirirlər. Belə ki, Elektrik Stansiyalarında istehsal olunmuş elektrik enerjisinin elektrik gərginliyinin normal həcmdə axımını və paylanması ölçü vasitələri ilə ölçülür. Qeyd olunan avadanlığa nəzarət, iş rejiminin yoxlanması və sazlanması təmin edilməsi gərginlik altında edilir, Stansiyanı, o cümlədən hava xəttlərini mühafizə edir. İş materiallarında olan "xxxx" ASC "xxxx" müəssisəsi xx.xx.1980-cı il tarixli, 07-ok nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.1980-cı il tarixdən 2 (iki) ay sınaq müddəti ilə X26 Açarlarının Təmiri və Sazlanması sexinin Əli-Bayramlı sahəsinə X26 Açarlarının təmiri üzrə 2-ci dərəcəli elektrik cilingəri peşəsinə təyin edilmiş və müəssisəsinin xx.xx.1981-ci il tarixli, 96-ok nömrəli əmri ilə X26 Açarlarının Təmiri və Sazlanması sexinin Əli-Bayramlı sahəsinin X26 Açarlarının təmiri üzrə 3-cü dərəcəli elektrik çilingərinin əmək müqaviləsinə xx.xx.1981-ci il tarixdən Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. Beləliklə də işin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuşdur və xx.xx.2019-cu ildə 60 yaşı tamam olmuşdur. İddiaçı, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün iş üzrə cavabdeh Əmək və Əhalinin Sosial Nazirliyi yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etməklə müraciət etmişdir. Cavabdeh tərəfindən güzəştli iş stajının güzəştli iş stajının 12 il 6 aydan az (11 il 8 ay ( xx.xx.1984-xx.xx.1988, xx.xx.1996-xx.xx.1999 və xx.xx.2000-xx.xx.2004-cü illərdə)) təşkil etdiyini bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaları və iş materiallarını qiymətləndirərək qeyd edir ki, İddiaçı 60 yaşı tamam olanadək, yəni xx.xx.2019-cu ilə qədər ümumi iş stajı 25 ildən çox təşkil edir. Qeyd edilməlidir ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün kifayət edən ümumi iş stajı və 11 il 8 ay (xx.xx.1984xx.xx.1988-ci il, xx.xx.1996-xx.xx.1999-cu il, xx.xx.2000-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər) güzəştli iş stajı cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmiş və işin mübahisəsiz halı kimi qəbul edilmişdir. Mübahisəli hal iddiaçının xx.xx.1980-xx.xx.1981-ci il tarixləri arasındakı elektrik çilingəri vəzifəsində işlədiyi dövrdür. Apellyasiya şikayətinin dəlillərinə əsasən təqdim edilən arayışda yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə iddiaçının işləməyi barədə hər hansı məlumat qeyd olunmamışdır. Məhkəmə kollegiyasi apellyasiya şikayəti dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarından da məlum olduğu kimi "xxxx"ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 01-PH/247 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı oğlu xx.xx.1980-cı ildə (əmr № 7-ok, xx.xx.1980-cı il) "xxxx" X9 Hava Açarlarının Təmiri və Sazlanması sexinin Əli-Bayramlı sahəsində X26 açarlarının təmiri üzrə elektrik çilingəri peşəsinə qəbul edilmiş və xx.xx.1981-ci ildə (əmr № 96-ok, xx.xx.1981-ci il) Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. Göstərilən peşələrində işləyənlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəslinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” fəhlələr bəndinə əsasən elektrik çilingərlərinin işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 №-li siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatf’nm 2140000a-18455 saylı şifrəsinə əsasən çilingərlər və bütün adlardan olan elektrik çilingərləri kodlarına uyğundur və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Eyni zamanda "xxxx"ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 01- PH/247 nömrəli məktubunda iddiaçının həmin vəzifədə gördüyü işlərin funksiyaları barədə ətraflı məlumat verilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəsilinə əsasən Elektrik Stansiyalarının güc təsərrüfatı və yanacaqötürmə avadanlığına X19 ötürücü xəttlərini və bu xəttlərdə ölçü vasitələri və avtomatikasının normal işləməsinə xidmət edən Hava Açarlarının işini təmin edən elektrik çilingərləri vəzifəsində işləyənlər yerinə yetirirlər. Belə ki, Elektrik Stansiyalarında istehsal olunmuş elektrik enerjisinin elektrik gərginliyinin normal həcmdə axımını və paylanması ölçü vasitələri ilə ölçülür. Qeyd olunan avadanlığa nəzarət, iş rejiminin yoxlanması və sazlanması təmin edilməsi gərginlik altında edilir, Stansiyanı, o cümlədən hava xəttlərini mühafizə edir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. “Əmək pensiyaları haqqında” AR qanununa edilmiş 29 iyun 2022-ci il tarixli dəyişikliklə pensiya kapitalı şərti aradan qaldırılmış, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ nəzərdə tutulmuşdur. Göstərilən maddə hazırkı işə tətbiq olunduqda iddiaçıya münasibətdə ona güzəştli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsi ona 60 yaşının tamam olduğu dövrdə, yəni xx.xx.2019-cu il tarixdə pensiyanın təyin edilməsi üçün pensiya kapitalının kifayət etmədiyini nəzərə alaraq tələbinə uyğun yəni, kapital şərtinin tələb edilmədiyi dövrdən, yəni 29 iyun 2022-ci il tarixdən (63 yaş) təyin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, cavabdeh tərəfindən mübahisələndirilən tarixlər arasındakı dövr ərzində iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24-cü Fəsli “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı”, “a” bəndi fəhlələr, elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri peşəsi ilə uyğunluq təşkil edir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən qanunvericiliyin müddəalarını, iş materiallarında olan sənədləri və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının güzəştli iş stajı yarandığı tarixə, yəni 29 iyun 2022-cı ilədək 25 ildən artıq ümumi və 12 il 6 aydan artıq güzəştli iş stajı olduğundan və onun iş stajı iş materialları ilə (əmək kitabçası və güzəştli iş stajına dair arayışlarla) təsdiq edildiyindən, hazırkı iş üzrə cavabdeh inzibati orqanın hərəkətləri əsassız və qanunsuz olmuşdur. İddiaçı qeyd edilənləri nəzərə alaraq 29 iyun 2022-cı il tarixindən, yəni 63 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı tələbi irəli sürməkdə haqlıdır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin imtinası əsassızdır.

Nəticəvi hissə:

Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 2-1(120)-1731/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar