Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(106)-886/2025 11.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və pensiyanın bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. Işin halları: Birinci instansiya məhkəməsində icraat və gəldiyi nəticə: Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ## ##### 1979-cu il tarixdə Lənkəran rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq, müvafiq qaydada hərbi xidmətə başlayaraq, daha sonra 1980-ci ilin may ayından 1981-ci ilin iyun ayınadək xidmətini Sovet qoşunlarının Əfqanıstan Demokratik Respublikasının ərazisində xidmət aparan N saylı hərbi hissəsinin məhdud kontingentinin tərkibində davam etdirərək, həmin vaxtı aparılan aktiv döyüş əməliyyatlarında, müharibədə iştirak etmişdir. 1981-ci ilin iyun ayında müvafiq əmrlə ordudan, hərbi xidmətdən tərxis olunaraq qeydiyyatda olduğu yaşayış yeri üzrə Lənkəran rayon hərbi komissarlığında qeydiyyata götürülmüşdür. Bundan sonra ona “Əfqanıstan müharibəsi veteranı” statusu verilməklə veteranın vəsiqəsi təqdim edilmiş, eyni zamanda müharibə veteranı müavinəti (pensiyası) təyin edilmişdir. Bundan əlavə, 2011-ci ilin iyul ayından “Sol ağ ciyərin fibroz-kavemoz vərəmi (MDR) forma” diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Vərəm xəstəlikləri şöbəsində qeydiyyata durmaqla, ona müvafiq xəstəliklə bağlı müavinət (pensiya) da təyin edilmiş və hər iki müavinətlə (pensiya ilə), yəni, müharibə veteranı müavinəti xəstəliklə bağlı təyin edilmiş müavinətlə birləşdirilərək, nəticə etibarı ilə ona bir ödəniş kartı verilməklə hər iki müavinətini həbs edilənədək normal şəkildə almışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli hökmü əsasında, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə 5 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək ##.##.2018-ci il tarixdən ##.##.2023 cü il tarixədək * saylı CM-də cəza müddətini çəkərək, Salyan Rayon Məhkəməsinin ##.##.2023- cü il tarixli qərarı ilə cəzadan 1 ay 5 gün müddətinə vaxtında əvvəl şərti azad olunmaqla azadlığa buraxılmışdır. 2021-ci ilin yanvar ayında xəstəliklə bağlı növbəti komissiya vaxtı o, həbsdə olduğundan, həmçinin həmin dövrdə koronovirus pandemiyasının geniş vüsət aldığı dövrə təsadüf etdiyindən, növbəti yoxlamadan ötrü komissiyaya təqdim edilə bilməmiş və xəstəliklə bağlı aldığı müavinəti kəsilmişdir. Həmin dövrdə, yəni həbsdə olduğu müddətdə müharibə veteranı vəsiqəsi də naməlum şəraitdə itmişdir. Həbsdən azad edildikdən və şərti cəza çəkmə müddəti bitdikdən sonra, uzun uzadı müraciətlərin nəticəsi olaraq, nəhayət, “Azərbaycan Respublikasının Müharibə Verteranı” (Əfqanıstan müharibəsi veteranı) vəsiqəsini bərpa etdirə bilmiş və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ona ## ###### 2025-ci il tarixdə MV № ***** saylı “Azərbaycan Respublikasının Müharibə Verteranı” vəsiqəsi təqdim edilmişdir. Bundan sonra, mənə, müvafiq olaraq ##.##.2025-ci il tarixdən 80 manat məbləğində Prezident təqaüdü təyin edilmişdir. Hazırkı iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, müraciəti əmin olunmamışdır. Cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə Iş üzrə Mərkəzi Filialı tərəfindən təqdim olunmuş ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** saylı iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, iddiaçı Ə.Mirəzyevə ##.##.2025-ci il tarixində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Müharibə veteranı” adı və ***** nömrəli veteran vəsiqəsi verilmişdir.Həmin Veteran vəsiqəsi əsasında iddiaçı İddiaçı ##.##.2025-ci il tarixindən müharibə veteranları üçün nəzərdə tutulan təqaüd ödənilmiş və hazıradək ödənilməkdədir. Şirvan Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı (Rəşidə Quliyeva) ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayəti və onun geri götürülməsi: Qərardan narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək iş üzrə qəbul edilmiş Şirvan Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı apellyasiya instansiyası məhkəməsinə ünvanladığı ## ### 2026-cı il tarixli ərizəsində (vəsatətində) Şirvan Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *- *(***)-****/**** saylı qərarından vermiş olduğu apellyasiya şikayətini geri götürdüyünü bildirmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 88.1. Şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Maddə 88.3. şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçı İddiaçı apellyasiya şikayətinin geri götürmə barədə ərizəsini nəzərə alaraq hesab edir ki, iddiaçı apellyasiya şikayətini geri götürdüyündən iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, iş materialına əlavə edilmiş cavabdehin ## ### 2026-cı il tarixli, *-**-*/*-*- *****/**** nömrəli qərarı ilə iddiaçıya tələbinə uyğun olaraq ödənilməmiş ##.##.2019- ##.##.2025-ci il tarixləri arasındakı dövr üçün Prezident təqaüdünün ödənilməsi qərara alınmışdır. Eyni zamanda iş materialına əlavə edilmiş iddiaçı İddiaçı apellyasiya instansiyası məhkəməsinə ünvanladığı ## ### 2026-cı il tarixli ərizəsində (vəsatətində) cavabdeh tərəfindən iddia tələbi təmin olunduğu üçün Şirvan Inzibati Məhkəməsinin ## ######## 2025ci il tarixli, *-*(***)-****/**** saylı qərarından vermiş olduğu apellyasiya şikayətini geri götürdüyünü bildirmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin geri götürmə barədə ərizəsini, iş materialları ilə birgə tədqiq edərək yuxarıda sadalanan prosessual hüquq normalarını əsas tutaraq hesab edir ki, iddiaçının apellyasiya şikayətinin geri götürmə barədə ərizəsi nəzərə alınaraq iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 88-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və pensiyanın bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarından verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilsin və apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-886/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-886/2025
11.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver