Məhkəmə qərarları › İş №2-1(106)-89/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-89/2025

04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-89/2025 04.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Hüseynov Fikrət Çilingər oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi Ələskərov Sənan Ələsgər oğlunun katibliyi ilə Şirvan İnzibati Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 2-1(120)-69/2024 nömrəli qərarından üçüncü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq qərardad qəbul etdi. İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli bələdiyyəsinin X3 1200 kv.m torpaq sahəsinin ayrılması barədə 29 oktyabr 2007-ci il tarixli, 10 saylı iclas protokolunun qərarının 602 kv.m-ə dair hissəsinin və həmin qərara əsasən alğı-satqı müqaviləsinin 699 kv.m hissəsinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “İmişli bələdiyyəsinin X3 1200 kv.m torpaq sahəsinin ayrılması barədə 29 oktyabr 2007-ci il tarixli, 10 saylı iclas protokolunun qərarının 602 kv.m-ə dair hissəsinin ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X6 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur Şirvan İnzibati Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 2-1(120)-69/2024 nömrəli qərarı (hakim Fehruz Abbasov) iddia təmin edilmiş, İmişli bələdiyyəsinin X3 1200 kv.m torpaq sahəsinin ayrılması barədə 29 oktyabr 2007-ci il tarixli, 10 saylı iclas protokolunun qərarı 602 kv.m-ə dair hissədə ləğv edilmişdir. Həmin qərardan narazı qalan üçüncü şəxs X6 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Üçüncü şəxs X6 apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı cavabdeh İmişli Bələdiyyəsinə qarşı məhkəmədə iddia qaldıraraq İmişli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı iclas protokolunun qərarının 602 kv.m-ə dair hissəsinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 16 sentyabr 2024-cii il tarixli qərarı ilə iddia təmin edilərək İmişli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı iclas protokolunun qərarı 602 kv.m-ə dair hissədə ləğv edilmişdir. Həmin qərar qanuni və əsaslı deyildir. İddia tələbini qəbul etmir ona görə ki, İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli 10 saylı qərarına əsasən İmişli Bələdiyyəsinin alqı-satqı predmeti olan 1200 kvm torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin ona satılmasında heç bir qanun pozuntusuna yol verilməmişdir. Həmin torpağı alandan sonra orada fərdi yaşayış evi tikmişdir. Məhkəmə yalnız iddiaçının təqdim etdiyi əsassız sübutlarına əsaslanaraq qeyri qanuni qərar qəbul etmişdir. Məhkəmə həmin maddi hüquq normalarını tətbiq etməmiş, onun mülkiyyət hüququnu pozmuşdur. Yuxarıda göstərilənlərə əsasən Şirvan İnzibati Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 2-1(120)-69/2024 saylı qərarının tam ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: İddiaçının vəkili Vəkil1 məhkəməyə ərizə vuraraq, cavabdeh İmişli Rayon Bələdiyyəsi və üçüncü şəxs X4 ilə barışıq sazişi ilə əlaqədar olaraq İmişli bələdiyyəsinə qarşı verdiyi iddia ərizəsindən imtina etdiklərini bildirmişdir. Cavabdeh İmişli Rayon İmişli Bələdiyyəsinə və üçüncü şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər, bu barədə məhkəməyə rəsmi məlumat verilməmişdir. İşin hallarına əsasən məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 67.1. mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı ilə cavabdeh İmişli Rayon Bələdiyyəsi və üçüncü şəxs X6 arasında barışıq sazişi imzalanmış və tərəflər arasında yaranan mübahisə artıq həllini tapmışdır. İş materiallarına əlavə edilmiş barışıq sazişdən görünür ki, iş üzrə İddiaçı, iş üzrə cavabdeh İmişli Bələdiyyəsinin sədri X5 və iş üzrə üçüncü şəxs X6 razılığa gəlmişlər. Cavabdeh İmişli Rayon bələdiyyəsi öhdəsinə götürür ki, İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı iclas protokolu ilə İddiaçı ayrılmış torpaq sahəsinin hazırda mövcud olan 0,04 ha torpaq sahəsinə 0.04 ha torpaq sahəsi əlavə etməklə cəmi 0,08 ha torpaq sahəsini İddiaçı mülkiyyyətinə verir. İddiaçı iş üzrə cavabdeh İmişli Bələdiyyəsinə qarşı İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı iclas protokolunun X3 dair hissəvi ləğvi tələbinə dair hissəsindən imtina edir. Üçüncü şəxs X1 İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-69/2024 saylı qərarından verdiyi apelyasiya şikayətindən imtina edir. Tərəflər öhdələrinə götürürlər ki, İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı iclas protokolu ilə əlaqədar mübahisələrin hamısından imtina edirlər. Bundan başqa iddiaçının vəkili məhkəməyə elektron formada ərizə göndərək tələbdən imtina etməsini bildirmişdir. Məhkəmə kollegiyası iddiaçının iddia tələbindən imtinasını iş materialları ilə birgə tədqiq edərək yuxarıda sadalanan prosessual hüquq normalarını əsas tutaraq hesab edir ki, işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından hazırkı iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Cavabdehnə qarşı “İmişli bələdiyyəsinin X3 1200 kv.m torpaq sahəsinin ayrılması barədə 29 oktyabr 2007-ci il tarixli, 10 saylı iclas protokolunun qərarının 602 kv.m-ə dair hissəsinin ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi olaraq təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməyə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar