Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-892/2025 29.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının, onun vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının ##.##.2024-cü il tarixli qərarının ləğv olunması və əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim A.Hüseynova) ## ####### 2025-ci il tarixli, *- *(***)-**/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının F********AVQ saylı, ##.##.2023-cü il tarixdə qəbul edilmiş göndərişə əsasən qəbul edilmiş ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin vaxtdan iddiaçı İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli № *** qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarının” 6, 13-cü bəndinə əsasən orqanizmin funksiyalarının pozulması 35-60 % olmaqla əlilliyin təyin edilməsi (bu barədə müvafiq qaydada qərar qəbul edilməklə) öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, səhiyyə müəssisəsi tərəfindən göndərişin natamam və yanlış doldurulması iddiaçının təqsiri ucbatından olmamışdır və onun ziyanına təfsir oluna bilməz. Inzibati icraat hüququnun tələbləri baxımından cavabdeh normalda göndərişlə bağlı natamam məlumatların tamamlanmasını təmin etmək məqsədi ilə aidiyyəti quruma müraciət etməli və müvafiq məlumatların təqdim olunmasını tələb etməli idi. Yalnız bundan sonra əlillik dərəcəsinin müəyyən olunması ilə bağlı yekun qərar qəbul edilə bilərdi. Bu zaman həm də əlillik dərəcəsinin təyin olunması ilə bağlı ilkin müraciət tarixi də nəzərə alınmalıdır. Yəni cavabdeh tərəfindən əlillik dərəcəsinin müəyyən olunması ilə əlaqədar qəbul edilmiş yekun qərar son nəticədə iddiaçının həmin müraciəti ilə əlaqədardır və qərar həmin müraciət üzrə qəbul olunmuş sayılmalıdır. Iddiaçı barəsində əlillik təyin edilməsindən imtinada və bu imtinanın əsasında qəbul edilmiş Tibbi Sosial Ekspert Komissiyasının mübahisələndirilən ##.##.2024-cü il tarixli qərarında göstərilən səbəblər iddiaçının iradəsindən asılı olmayan hallardır. Iddiaçıda Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əsasnaməyə əlavədə öz əksini tapmış Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti barədə məlumat cədvəli üzrə “13. Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri bölməsi-Sıra №-si 13.3 Artrоzlаr M15-M19; 13.4 Digər artrozlar-M19; Ətrafların digər qazanılma deformasiyaları-M21; 6. Sinir sistemi xəstəlikləri bölməsi- Sıra №-si 6.1.10 sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr-R25-R29” bəndləri tətbiq edilməlidir. Iddiaçının 2020-ci il tarixdən mövcud olmuş xəstəliklərinin sağalmadığı, vəziyyətinin orta ağır olması iş materialları ilə müəyyən edilir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiаçı tələbini onunla əsaslandırmışdır ki, N saylı hərbi hissəsinin təkibində döyüşlərdə iştirak etmişdir. ##.##.2020-ci il tarixdə gedən döyüşlər zamanı qüllə yarası almışdır. Müalicə və müayinələrdən sonra hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri törədilmiş zədələnmələr, sağ aşıq-baldır nahiyyəsini dəlib keçən odlu silah yaralanması, qamış sümüyünün distal metafizinin açıq qəlpəli, yerdəyişmiş sınıqlarına görə aparılmış yaraların birincili-cərrahi izlənməsi, krişner milləri ilə fıksasiyasından sonrakı aşıq daban oynağının kontrakturası, subtotal artrozu diaqnozu qoyulmuşdur. Bundan sonra isə sağlamlığımda problemlər yaranmış və əmək fəaliyyəti ilə məşğul olmaq imkanından məhrum edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən aparılmış komissiyanın ##.##.2021-ci il tarixli rəyinə görə bu diaqnoza görə əlillik əlaməti təyin edilməmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının əlillik vəziyyətinə Lənkəran rayon Mərkəzi Xəstəxanasının ##.##.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X4: XX Sinif-Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36- Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36- Hərbi əməliyyatlar => Y36.4- Hərbi əməliyyatlar nəticəsində odlu ...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Sağ aşıq-baldır nahiyyəsini dəlib keçən odlu silah yaralanması ,qamış sümüyünün distal metafizinin açıq qəlpəli, yerdəyişmiş sınıqlarına görə aparılmış yaraların birincili-cərrahi izlənməsi. Kirşner milləri ilə fiksasiyasından sonrakı aşıq daban oynağının kontrakturası, subtotal artrozu; Mərkəzə göndərilmənin/Imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi- Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Belə ki, şəxsin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Sağ aşıq- baldır nahiyəsini dəlib keçən odlu silah yaralanması, qamış sümüyünün distal metafizinin açıq qəlpəli yerdəyişmiş sınıqlarına görə aparılmış yaraların birincili cərrahi işlənməsi. Kirşner milləri ilə fiksasiyasından sonrakı aşıq- daban oynağının kontrakturası, subtotal artrozu” diaqnozuanamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi işə baxarkən ekspert rəyinə məhəl qoymayaraq, vətəndaşın xeyrinə bu halları tövsif etməklə qərar qəbul etmişdir. Şəxsə əlillik təyinatı aparılması üçün şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır. Sözügedən hal, yəni iddiaçıda əlillik təyinatına əsas verən patofunksional pozuntuların və ağırlaşmaların aşkar edilməməsi vətəndaşın əyani müayinəsi zamanı Agentliyin Tibbi-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Göndərişdə qeyd olunan diaqnozda ağırlaşmaların öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq inzibati orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Prosessual məsələlər Iddiaçı və vəkili məhkəmə iclasında ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş və şikayətin təmin edilməməsini xahiş etmişlər. Həmçinin iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının ##.##.2023-cü il tarixli qərarının ləğv edilməsi və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə orqanizmin funksiyalarının pozulması 35-60 faiz olmaqla 1 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etmiş, həmçinin bildirmişdir ki, tibbi göndərişdə qeyd edilmiş xəsətliklə ekspert rəyi ilə müəyyən edilmiş xəstəliklər fərqli olduğundan həmin göndəriş əsasında əlillik təyin oluna bilməz. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: -Əlillik altsistemindən çıxarışlardan və digər sənədlərdən görünür ki, iddiaçının əlillik vəziyyətinə ##.##.2021-cü il tarixli tibbi göndəriş əsasında baxılmış və ##.##.2021-ci il tarixli qərarla əlillik təyinatından imtina edilmişdir. Iddiaçı həmin qərarın ləğv edilməsi tələbi ilə ##.##.2022-ci il tarixdə iddia qaldırmışdır. Işə baxılan zaman Şirvan Inzibati Məhkəməsinin ## ###### 2023-cü il tarixli qərardadı ilə iddiaçının əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdehə həvalə edilsə də, müsbət nəticə əldə edilməmişdir. -Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ***** saylı, ##.##.2021-ci il tarixli xəstəlik haqqında şəhadətnaməsinin surətindən görünür ki, iddiaçı İddiaçı sağ aşıq-baldır oynağı nahiyyəsinin dəlib-keçən odlu silah yaralanması, sağ daban pazabənzər, qamış sümüyünün distal metaepifizinin açıq, qəlpəli, yerdəyişmiş sınıqlarına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, Kirşner milləri ilə fiksasiyasından sonrakı aşıq-baldır oynağının kontrakturası, subtotal artrozu diaqnozu qoyulmuş, səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən bir neçə dəfə ekspertizalar təyin edilmişdir: -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” PHŞ-nin ## ###### 2022-ci il tarixli, T***/**** saylı rəyində göstərilmişdir ki, iddiaçının adına göndərilmiş (Forma TQS 088) *******AAM*Y saylı göndərişdə qeyd edilmiş “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sağ aşıq-baldır nahiyəsini dəlib keçən odlu silah yaralanması, qamış sümüyünün distal metafizinin açıq qəlpəli, yerdəyişmiş sınaqlarına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, Kirşner milləri ilə fıksasiyadan sonrakı aşıq-daban oynağının kontrakturası, subtotal artrozu.” diaqnoz xəstənin stasionar müayinə və müalicələri zamanı anamnestik, kliniki, laborator instrumental müayinələrinin əsasında qoyulmuş, aparılmış müalicə tədbirləri diaqnoza uyğun olduğundan, xəstəlik qənaətbəxş proqnozla nəticələnmişdir. Şəxsin əlillik dərəcəsinin təyini ilə əlaqədar TSEK-də müayinələri zamanı müvəqqəti əmək qabiliyyətini itirməmiş hesab edilmişdir. Yuxarıda göstərilən diaqnozla əlaqədar hazırda onun əlavə müalicəsinə zərurət olmasa da, reabilitasiya müalicəsi mütəmadi davam etdirməlidir. İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş diaqnoz əyani müayinədə əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin № *** saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün olmadı. Lakin, Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** saylı Qərarı ilə “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin təyini üçün tibb müəssisəsindən yeni forma № *** rəsmiləşdirilməklə dəyərləndirilə bilər. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” PHŞ-nin ##.##.2023-cü il tarixli, T***/**** saylı rəyində göstərilmişdir ki, vətəndaş İddiaçı iş materiallarında olan adına göndərilmiş (Forma TQS 088) *******AAM*Y saylı göndərişdə qeyd edilmiş “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sağ aşıq-baldır nahiyəsini dəlib-keçən odlu silah yaralanması, qamış sümüyünün distal metafizinin açıq qəlpəli, yerdəyişmiş sınıqlarına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, Kirşner milləri ilə fiksasiyadan sonrakı aşıq-daban oynağının kontrakturası, subtotal artrozu” diaqnozu xəstənin stasionar müayinə və müalicələri zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrinin əsasında qoyulmuş, aparılmış müalicə tədbirləri diaqnoza uyğun olduğundan xəstəlik qənaətbəxş proqnozla nəticələndiyindən şəxs əmək qabiliyyətli hesab edilmişdir. Yuxarıda göstərilən diaqnozla əlaqədar hazırda onun əlavə müalicəsinə zərurət olmasa da, reabilitasiya müalicəsi mütəmadi davam etdirməlidir. Iş birinci instansiya məhkəməsinin icraatında olduğu zamanda ##.##.2023-cü il tarixli yeni tibbi göndəriş rəsmiləşdirilmiş və həmin göndəriş əsasında yenidən ##.##.2023-cü il və ##.##.2024-cü il tarixli qərarlarla əlillik təyinatından imtina edilmişdir. Bundan sonra iddiaçı tələbini dəqiqləşdirərək, cavabdehin ##.##.2024-cü il tarixli qərarının ləğv olunması və əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının müvafiq qərardadı əsasında əldə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” PHŞ-nin ##.##.2026-cı il tarixli, T**/**** saylı rəyində göstərilmişdir ki, İddiaçı ##.##.2025-ci il tarixdə “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Institutu”nda aparılmış (əyani və rentgenoloji) müayinələrdən sonra ona “Odlu silahla yaralanmadan sonra sağ aşıq-baldır oynağının iç səthində və arxa səthində çapıq toxumaları, sağ daban sümüyünün deformasiya ilə bitişmiş sınığı, osteoporoz, sağ pəncənin yumşaq toxumalarında çoxsaylı millimetrik metal qəlpələri, osteofıtləri, xırda oynaqlarının ikincili mərhələ osteoartrozu, sağ diz oynağının qonartrozu, açıcı kontrakturası bükmə (95 dərəcə), sağ ayaq barmaqlarının çəkicə bənzər deformasiyası, sağ aşıq-baldır oynağının açıcı-bükücü kəskin kotrakturası (açma 110 dərəcə, bükmə 100 dərəcə), sağ qamış sümyünün neyropatiyası, daimi ağrı sindromu və hərəkət funksiyasının pozulması-(Y36.2; L90.5; L91.0; S92.0; M21; M81.2; M79,5; M25.7; M19.1; M17.3; M17.3; M 24,3; M20.4; M24.3; G57.4; R32.1; R26.8)” diaqnozu qoyulmuşdur. O, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının orqanizmində baş verən patofunksional pozuntuları Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6 və 13-cü bəndləri ilə eyniləşdirməklə əlillik təyininə əsas verməsi qənaətinə gəlsə də, pozuntuların ağırlaşma dərəcəsinə uyğun altbəndləri müəyyən etməmiş, həmçinin qərarın nəticə hissəsində əlilliyin səbəb əlaqəsini və əlilliyin hansı müddətə təyin edilməsini müəyyən etməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, cavabdehin ##.##.2024-cü il tarixli qərarı məhkəmənin göstərişi əsasında aparılmış müayinənin nəticəsi olaraq, qəbul edildiyindən mübahisənin predmeti ola bilməz. Meyarların 6.1.10.1-ci bəndi XBT-nın R26.8 kodu üzrə əlillik təyinatına əsasa verir ki, ekspert rəyində də iddiaçının orqanizmində olan patofunksional pozuntular XBT-nın kodu R26.8 müəyyən edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, hazırki mübahisəyə dəqiqləşdirilmiş tələb həcmində baxılmaqla iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1.10.1-ci bəndində XBT kodu R26.8 olmaqla, (6.1.10 müvazinətin və koordinasiyanın pozulması, vestibulopatiya ilə nəticələnən mərkəzi sinir sisteminin üzvi mənşəli zədələnməsi (posttravmatik, damar, degenerativ-distrofik)) 6.1.10.1- “başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın mülayim pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları” diaqnozu üzrə orqanizmin funksiyalarının pozulması dərəcəsi 35-60% müəyyən edilməklə, 1 il müddətinə əlillik təyinatının aparılmasına əsas verir. Iddiaçının orqanizmində olan patofunksional pozuntular ixtisaslaşmış müalicə müəssisəsinin təqdim etdiyi sənədlərlə öz təsdiqini tapmaqla, diaqnozun yuxarıda qeyd olunan meyarların müvafiq koduna uyğun olması müəyyən edilmişdir ki, bu hal cavabdeh orqanın imtinasının əsassız olması qənaətinə gəlməyə əsas verir. Kollegiya həmçinin əlilliyin səbəb əlaqəsi ilə bağlı qeyd edir ki, yuxarıda şərh olunan Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xəstəlik haqqında şəhadətnamədə diaqnozun “sağ aşıq-baldır oynağı nahiyyəsinin dılib-keçən odlu silah yaralanması, sağ daban pazabənzər, qamış sümüyünün distal metaepifizinin açıq, qəlpəli, yerdəyişmiş sınıqlarına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, Kirşner milləri ilə fiksasiyasından sonrakı aşıq-baldır oynağının kontrakturası, subtotal artrozu” kimi müəyyən edilməsi, həmin diaqnozların müəyyən edilməsindən sonra uzun müddət keçməməsi, habelə tibbi göbdərişdə bu diaqnozdan əlavə digər xəstəliklərin qeyd edilməməsi və məhz həmin xəstəliyin qeyd edilməsi əlilliyin səbəb əlaqəsinin müəyyən edilməsi məqsədilə ekspertizanın keçirilməsi zərurətini aradan qaldırır. Məhkəmə kollegiyası hazırki mübahisəyə tətbiq edilməli olan maddi və prosessual normaların şərh olunmasını zəruri hesab edərək, qeyd edir ki; “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, bununla yanaşı birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı dəyişdirilsin. İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə orqanizmin funksiyalarının pozulması 35-60 faiz olmaqla 1 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-892/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-892/2025
29.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver