Məhkəmə qərarları › İş №2-1(106)-895/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-895/2025

11.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-895/2025 11.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, refrijerator qatarlarının (seksiyaların) rəhbər mexaniki) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif İlham oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, cavabdehin Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan, yəni xx.xx.2017-ci il tarxdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən əvvəlki 3 il dövr üzrə ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli 2-1(120)-1201/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1960-cı il təvəllüdlüdür. İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək təhsil almış (4 ay 29 gün); xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur (2 il, 15 gün). ИТ-1097864 ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: - xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək Ələt-liman stansiyasında refrijerator qatarının mexaniki (3 ay 1 gün), - xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Ələt-liman stansiyasında refrijerator qatarının mexaniki (7 ay 2 gün), - xx.xx.1982-ci il tarixdən xx.xx.1985-cı il tarixədək Ələt-liman stansiyasında refrijerator qatarının rəhbər mexaniki (2 il, 10 ay 21 gün), - xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Yeni Ələt refrijerator vaqon deposunda refrijerator seksiyaların mexaniki (5 il 8 ay 25 gün), - xx.xx.1991-cı il tarixdən xx.xx.2018-ci il tarixədək Yeni Ələt refrijerator vaqon deposunda refrijerator seksiyaların rəhbər mexaniki (27 il, 1 ay, 12 gün; SSRİ Rabitə Yolları Nazirliyinin xx.xx.1990-cı il tarixli F-2355u saylı Fərmanına əsasən xx.xx.1991-ci ildən refrijerator bölməsinin rəisi vəzifəsinin adı refrijerator bölməsinin mexanikinə (rəhbərinə) dəyişdirilmişdir.), - xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Şərq vaqon deposunda refrijerator seksiyaların rəhbər mexaniki (7 ay 15 gün), - xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək "xxxx" MMC-nin Şərq vaqon deposunda refrijerator seksiyaların rəhbər mexaniki (9 ay, 12 gün), - xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-nin Şərq vaqon deposunda refrijerator seksiyaların böyük mexaniki (4 il, 2 ay, 17 gün), - xx.xx.2023-cü il tarixdən hal-hazırki tarixədək (xx.xx.2024-cü il tarixə olan məlumata əsasən) "xxxx" QSC Hərəkət vasitələrinin təmiri departamentinin Yük vaqonlarının təmiri xidmətinin Şərq vaqon deposunda refrijerator seksiyaların böyük mexaniki vəzifəsində işləyir (5 ay 10 gün). ... "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı verilmiş xx.xx.2024-cü il tarixli “Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışda qeyd edilmişdir ki, “...Arayış verilir İddiaçı ondan ötrü ki, o, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş aşağıdakı vəzifələrdə qeyd edilən tarixlər arasındakı dövrlər ərzində işləmişdir: Sıra Çalışdığı struktur Vəzifə (peşənin Vəzifəyə təyin Vəzifədən azad İşə başladığı İşdən azad № vahidi adı) edilmə (başqa işə edilməyə dair tarix olunduğu keçirilmə) barədə əmrin tarix və (başqa işə əmrin tarixi və nömrəsi keçirildiyi tarixi) nömrəsi 1 Ələt-liman stansiyası refrijerator xx.xx.1979 xx.xx.1979 seksiyaların xx.xx.1979 xx.xx.1979 68 164 mexaniki 2 Ələt-liman stansiyası refrijerator xx.xx.1981 xx.xx.1982 seksiyaların xx.xx.1981 xx.xx.1982 925 164 mexaniki 3 refrijerator xx.xx.1985 xx.xx.1987 Yeni-Ələt refrijerator seksiyaların 158 199 xx.xx.1985 xx.xx.1985 vaqon deposu mexaniki 4 refrijerator xx.xx.1990 Yeni-Ələt refrijerator xx.xx.1987 xx.xx.1990 seksiyaların 620 xx.xx.1987 vaqon deposu mexaniki 199 5 refrijerator xx.xx.1991 Yeni-Ələt refrijerator xx.xx.2018 seksiyaların 64 xx.xx.1991 xx.xx.2018 vaqon deposu 198 rəhbər mexaniki 6 refrijerator Şərq vaqon deposu seksiyaların xx.xx.2018 xx.xx.2018 xx.xx.2018 xx.xx.2018 rəhbər mexaniki 164 749 7 refrijerator "xxxx" MMC-nin Şərq xx.xx.2018 vaqon deposu seksiyaların 18-AEXP-526 xx.xx.2018 rəhbər mexaniki - 8 refrijerator "xxxx" MMC-nin Şərq xx.xx.2019 vaqon deposu seksiyaların 19-AEXP-610/1 xx.xx.2023 xx.xx.2019 xx.xx.2023 böyük mexaniki 23-AEXP-73 9 refrijerator Hərəkət vasitələrinin təmiri departamentinin seksiyaların xx.xx.2023 Hal-hazırda böyük mexaniki 13-1/3-8- - xx.xx.2023 işləyir Yük vaqonlarının təmiri xidmətinin Şərq 27989/2023 vaqon deposu İşlədiyi müvafiq vəzifələr üzrə sosial sığorta (əmək) stajı 38 il 2 ay 24 gün təşkil edir. İşlədiyi refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahaısı”nda 21.4-cü bəndin 27-ci abzasına uyğundur.” ... Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-Q-105845/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, “...Mərkəzi Filiala təqdim etdiyiniz “Azərbaycan Dəmir Yollan’’ QSC-nin Sizə dair xx.xx.2024-cü il tarixli 13-1 /2-Q-888/1-42/2024 nömrəli arayışında xx.xx.1991-xx.xx.2018-ci il və xx.xx.2018-xx.xx.2019-cu tarixləri arasındakı dövrlər ərzində Yeni- Ələt refrijerator vaqon deposunda, Şərq vaqon deposunda, "xxxx" MMC-nin Şərq vaqon deposunda refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyiniz vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifəyə uyğun deyil. Bu səbəbdən də Sizin güzəştli iş stajınız 12 il 6 aydan az (8 il 11 ay (xx.xx.1979-xx.xx.1979-cu il, xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1987xx.xx.1990-cı il, xx.xx.2019-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2023-cü il, xx.xx.2023-xx.xx.2023cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” ..... "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli 13-1/2-7037/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, “...İddiaçı ADY-nin Ələt-liman stansiyasında və Yeni Ələt refrijerator vaqon deposunda xx.xx.1979-cu il tarixindən xx.xx.1979-cu il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək və xx.xx.1987-ci il tarixindən xx.xx.1990-cı il tarixinədək (ümumilikdə 5 il 22 gün olmaqla) işlədiyi refrijerator seksiyaların mexaniki vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 27-ci və Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 28-ci bölmənin 25-ci (kod: 23001000-23598) abzaslarında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil edir. Qeyd edirik ki, İddiaçı ADY-nin Yeni Ələt refrijerator və Şərq vaqon depolarında xx.xx.1991-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək və xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək (ümumilikdə 28 il 6 ay 6 gün olmaqla) işlədiyi refrijerator seksiyaların rəhbər mexaniki və Şərq vaqon deposunda xx.xx.2019-cu il tarixindən halhazıradək (5 il 10 ay 5 gün olmaqla) işlədiyi refrijerator seksiyaların böyük mexaniki vəzifələri isə Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 1-1 -ci bəndi nəzərə alınmaqla həmin qərarla təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 27-ci abzasında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil edir. Göstərilənləri nəzərə alaraq, müvafiq qərarın 1-1-ci hissəsi ilə adıçəkilən siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilərin güzəştli pensiya hüququna malik olduğu müəyyən edilmişdir. Həmçinin, yuxarıda göstərilən dövr ərzində işlədiyi müvafiq vəzifələr üzrə İddiaçı güzəştli iş stajı 39 il 5 ay 4 gün təşkil edir. İddiaçı ADY-də işlədiyi refrijerator seksiyaların mexaniki, rəhbər mexaniki və böyük mexaniki vəzifələri üzrə icra etdiyi işlərin əsas xüsusiyyətləri refrijerator seksiyalarına məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarətdir. İddiaçı işlədiyi refrijerator seksiyaların mexaniki, rəhbər mexaniki və böyük mexanikinin vəzifə təlimatlarının surətini qoşmada təqdim edirik.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “57 yaşdan, yəni xx.xx.2017-ci il tarxdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən əvvəlki 3 il dövr üzrə ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1960-cı il təvəllüdlüdür. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2006-cı il tarixə 25 ildən çox ümumi, o cümlədən həmin müddətin 12 il 6 aydan çox güzəştli iş stajı vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ vardır. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etirazda qeyd etmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. İddiaçının ümumi iş stajı 44 il 5 ay 11 gün (xx.xx.2006-cı il tarixədək 25 il 1 ay 11 gün (xx.xx.1979-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1981-ci il (hərbi xidmət dövrü), xx.xx.1981-xx.xx.1985-ci il, xx.xx.1987-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər, həmin tarixdən sonra 19 il 4 ay) təşkil edir. Güzəştli iş stajı isə 12 il 6 aydan az (8 il 11 ay (xx.xx.1979-xx.xx.1979-cu il, xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1987-xx.xx.1990-cı il, xx.xx.2019-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2023-cü il, xx.xx.2023-xx.xx.2023-cü il tarixlər arasındakı dövrləri) təşkil edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli 13-1/2-Q-888/1- 42/2024 nömrəli arayışında xx.xx.1991-xx.xx.2018-ci il və xx.xx.2018-xx.xx.2019-cu tarixləri arasındakı dövrlər ərzində Yeni-Ələt refrijerator vaqon deposunda, Şərq vaqon deposunda, "xxxx" MMC-nin Şərq vaqon deposunda refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində iddiaçının işlədiyi qeyd olunmuşdur. Göstərilən vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifəyə uyğun deyil. Şirvan İnzibati Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli 2-1(120)-1201/2025 saylı qərarı (hakim Hilal Nəcəfov) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri etirazın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)-1201/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. ... 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 47. Bu Qanun 2006-cı il yanvarın 1-dən qüvvəyə minir. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri ... 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; “Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu: İ.“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 18, maddə 814; 1994-cü il, № 15, maddə 177; 1995-ci il, № 22, maddə 354) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. Bu Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. ... Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. ... Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”:

XXVİİİ (Nəqliyyat) bölməsi: “refrijerator qatarların (seksiyaların) mexanikləri–Kod 23001000—23598

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı:

21. Nəqliyyat bölməsi: 21.4 bənd. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrıayrı kateqoriyalı işçilər: 27-ci abzas: refrijerator qatarlarının (seksiyaların) mexanikləri

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası tərəfləri dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2006-cı il tarixə 25 ildən çox ümumi, o cümlədən həmin müddətin 12 il 6 aydan çox güzəştli iş stajı vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçıya 57 yaşdan əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2006-cı ilədək 25 il ümumi iş stajı və 12 il 6 ay güzəştli iş stajı tələb olunur. Cavabdeh apellyasiya şikayətində iddiaçının tələb olunan yaş həddinə, yəni 57 yaşına çatmasını (xx.xx.2017), xx.xx.2006-cl il tarixə azı 25 il sığorta stajına malik olmasını mübahisələndirmir. Cavabdeh tərəfindən mübahisləndirilən hal iddiaçının güzəştli iş stajı ilə bağlıdır. Belə ki, cavabdehin görə iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajının müddəti 12 il 6 aydan az, yəni 04 il 06 ay 28 gün (xx.xx.1979-xx.xx.1979, xx.xx.1981xx.xx.1982, xx.xx.1987-xx.xx.1990) təşkil edir. Cavabdehin mövqeyinə görə iddiaçının xx.xx.1991-xx.xx.2018-ci il və xx.xx.2018xx.xx.2019-cu il tarixlərdə işlədiyi “refrijerator seksiyalarının rəhbər mexaniki” vəzifəsi Siyahıda nəzərdə tutulan “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil etmir. Bu səbəbdən qeyd edilən tarixlərdə refrijerator qatarların (seksiyaların) rəhbər mexanikləri işlədiyi müddət güzəştli iş stajı kimi nəzərə alına bilməz. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının xx.xx.1991-xx.xx.2018-ci il və xx.xx.2018-xx.xx.2019-cu il tarixlərdə işlədiyi “refrijerator qatarların (seksiyaların) rəhbər mexaniki” vəzifəsi mübahisələndirilir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli 13-1/2-7037/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, “...İddiaçı ADY-nin Ələt-liman stansiyasında və Yeni Ələt refrijerator vaqon deposunda xx.xx.1979-cu il tarixindən xx.xx.1979-cu il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək və xx.xx.1987-ci il tarixindən xx.xx.1990-cı il tarixinədək (ümumilikdə 5 il 22 gün olmaqla) işlədiyi refrijerator seksiyaların mexaniki vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 27-ci və Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 28-ci bölmənin 25-ci (kod: 23001000-23598) abzaslarında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil edir. Qeyd edirik ki, İddiaçı ADY-nin Yeni Ələt refrijerator və Şərq vaqon depolarında xx.xx.1991-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək və xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək (ümumilikdə 28 il 6 ay 6 gün olmaqla) işlədiyi refrijerator seksiyaların rəhbər mexaniki və Şərq vaqon deposunda xx.xx.2019-cu il tarixindən halhazıradək (5 il 10 ay 5 gün olmaqla) işlədiyi refrijerator seksiyaların böyük mexaniki vəzifələri isə Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 1-1 -ci bəndi nəzərə alınmaqla həmin qərarla təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 27-ci abzasında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil edir. Göstərilənləri nəzərə alaraq, müvafiq qərarın 1-1-ci hissəsi ilə adıçəkilən siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilərin güzəştli pensiya hüququna malik olduğu müəyyən edilmişdir. Həmçinin, yuxarıda göstərilən dövr ərzində işlədiyi müvafiq vəzifələr üzrə İddiaçı güzəştli iş stajı 39 il 5 ay 4 gün təşkil edir. İddiaçı ADY-də işlədiyi refrijerator seksiyaların mexaniki, rəhbər mexaniki və böyük mexaniki vəzifələri üzrə icra etdiyi işlərin əsas xüsusiyyətləri refrijerator seksiyalarına məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarətdir. İddiaçı işlədiyi refrijerator seksiyaların mexaniki, rəhbər mexaniki və böyük mexanikinin vəzifə təlimatlarının surətini qoşmada təqdim edirik.” Məhkəmə tərkibi qeyd edir ki, iş materiallarında olan “Yeni-Ələt refrijerator vaqon deposunun “refrijerator seksiyası mexaniki”nin vəzifə təlimatı ilə “refrijerator seksiyası rəhbər mexaniki”nin vəzifə təlimatının müqayisəli təhlil etdikdə müəyyən olunur ki, onların (mexanik və rəhbər mexanik) icra etdiyi funksional vəzifə (iş) demək olar ki, eynilik təşkil edir, hətta mexanikə münasibətdə rəhbər mexanik daha məsuliyyətli vəzifəni icra edir. Eyni zamanda “refrijerator seksiyası rəhbər mexaniki”nin vəzifə təlimatında onun lazım olduqda mexaniki əvəz etməsi qeyd edilmişdir. Nəzərə almaq lazımdır ki, oxşar işlər Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqeyə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət, müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, iddiaçının işlədiyi “refrijerator seksiyalarının rəhbər mexaniki” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXVİİİ (Nəqliyyat) bölməsində “refrijerator qatarların (seksiyaların) mexanikləri (23001000- 23598)” peşəsinə, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 21-ci bölmə. Nəqliyyat bölməsi: 21.4 bənd. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: 27-ci abzas: “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” uyğundur. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2023-cü il tarixli 2-1(102)-1885/2023-cü il tarixli qərarında “refrijerator qatarlarının (seksiyaların) rəhbər mexanikləri” vəzifəsini güzəştli iş stajı kimi nəzərə almışdır. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı tələb olunan 25 il ümumi sığorta stajını və 12 il 6 ay güzəştli iş stajını xx.xx.2006-cı il tarixədək topladığından o, 57 yaşdan pensiya təyin edilməsi və müraciət edilən (xx.xx.2024) tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli 2-1(120)-1201/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar