Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-898/2025 26.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın qismən ləğv edilməsi, ekspertiza keçirilməsinə mane olma) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X1rşı “qərarın qismən, yəni hissəvi reabilitasiya olunması və 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilməsi hissəsində ləğv edilməsi və ##.##.2024-cü il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcəli əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: Əlillik vəziyyəti barədə elektron alt sistemdən çıxarışdan görünür ki, İddiaçı xxxxnın ##.##.2020-ci il tarixli *******AAU** nömrəli göndərişi əsasında ##.##.2020-ci il tarixdə X7: II Sinif - Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C50 - Süd vəzisinin bədxassəli yenitörəməsi => C50.8 - Süd vəzisinin yuxarıda göstərilən bir və ya bir neçə lokalizasiyasından kəna...; Diaqnoz: Sol süd vəzin Cr-i, cT3N2M1, IV B mərhələ, RME (##.##.2018) və 16 kurs pKDM-sı ilə. II-li anemiya ağır dərəcə. Bədxassəli-kaxksiya IV mərhələ, şiş intoksiyası. Yerişin kəskin pozulması; Meyar: 2.1 Birinci dərəcə əlillik => 2.1.7. inkurabel onkoloji xəstəliklər (C00- C97) diaqnozu ilə ümumi xəstəlik səbəbi ilə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Səhiyyə Nazirliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış məktubda qeyd edilmişdir ki, “Onkoloji xəstəliklərlə bağlı şübhə doğuran əlillik təyinatlarının araşdırılması məqsədilə siyahıda adları qeyd olunmuş 236 nəfərin müalicədə olması faktı (qeyd olunmuş diaqnozun dəqiqləşdirilməsi ilə), 208 nəfərin isə onkoloji xəstələrin dispanser qeydiyyatı ilə bağlı vəziyyəti barədə məktuba Səhiyyə Nazirliyində baxılmışdır. Adların çəkilən tibb müəssisələrində müalicə alan xəstələr barədə məktubun əlavəsində Sizə təqdim edirik. İddiaçı” Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli bildirişdə qeyd edilmişdir ki, “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qymətləndiniməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar taqdim edildiyi hallarda Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir.... Qeyd edilənləri nəzərə alaraq siz ##.##.2024-cü il tarixdə saat 14:00-a qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küç. 134) əyani müayinəyə dəvət olunursunuz. Əyani müayinəyə gələrkən özünüzlə mövcud xəstəliyinizə dair tibbi sənədləri, həmçinin varsa, əlillik səbəbini təsdiq edən müvafiq sənədləri (mas qərar, şəhadətnamə, istehsalat zədəsi ilə əlaqədar əlilliyi olan şəxslərdə “İZ” formalı akt həqiqi hərbi xidmətdə olan şəxslərin hərbi bileti, məhkəmə aktı və s.) gətirməyiniz xahiş olunur Nəzərinizə çatdırırıq ki, əyani müayinəyə gəlmədiyiniz halda, iştirakınız olmadan baranizdə müvafiq inzibati akt qəbul ediləcəkdir.” Poçt sənədindən görünür ki, iddiaçının əyani müayinəyə cəlb edilməsi barədə bildiriş onun qeydiyyatda olduğu ünvanda yaşamaması səbəbindən müvafiq sənəddə “köçüb” qeydi aparılmaqla, geri qaytarılmışıdır (səh.101). Tibbi-sosial ekspert komissiyasının ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarında qeyd edilmişdir ki, “...Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X9 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 36 (otuz altı) nəfərin ünvanına ##.##.2024cü il tarixli olmaqla bir neçə dəfə əyani müayinəyə çağırılması haqqında sifarişli-xəbərnaməli məktub göndərilmişdir. Masallı rayon sakini ##.##.1976-ci il təvəllüdlü İddiaçı (FİN:*******) dair xxxxnın *******AAU*L nömrəli göndərişi Tibbi-sosial ekspert komissiyası tərəfindən ##.##.2020-ci il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1.7-ci bəndinə müvafiq ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Rəsmiləşdirilmiş göndərişdə diaqnoz “Sol süd vəzin Cr-i, cT3N2M1, IVB mərhələ, RME (##.##.2018) və 16 kurs pKDM-sı ilə. II-li anemiya ağır dərəcə.Bədxassəli-kaxksiya IV mərhələ,şiş intoksiyası. Yerişin kəskin pozulması.” şəklində olmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaşa sonuncusu *-**-*/*-A-*****/**** nömrəli ##.##.2024-cü il tarixli olmaqla bir neçə dəfə əyani müayinəyə dəvət üçün məktub göndərilmiş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyi barədə məlumat qeyd edilmişdir. Lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından Tibbi-sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, əlillik təyinatı barədə qüvvədə olan əlillik ləğv edilsin, ##.##.2020-ci il tarixindən “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilsin.” Tibbi-sosial ekspert komissiyasının ##.##.2024-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərarında qeyd edilmişdir ki, “...Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X9 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 3 (üç) nəfər vətəndaşa dair ##.##.2024-cü il tarixə əyani müayinəyə çağırılması haqqında ünvanına sifarişli-xəbərnaməli məktub göndərilmişdir. Masallı rayon sakini ##.##.1976-ci il təvəllüdlü İddiaçı (FİN:*******) dair xxxxnın *******AAU*L nömrəli göndərişi Tibbi sosial ekspert komissiyası tərəfindən ##.##.2020-ci il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1.7 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Rəsmiləşdirilmiş göndərişdə diaqnoz “Sol süd vəzin Cr-i, cT3N2M1, IV B mərhələ, RME (##.##.2018) və 16 kurs pKDM-sı ilə. İkincili anemiya ağır dərəcə. .Bədxassəli-kaxeksiya IV mərhələ ,şiş intoksiyası. Yerişin kəskin pozulması.” şəklində olmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaşa sonuncusu *-**-*/*-A-*****/**** nömrəli ##.##.2024-cü il tarxli olmaqla bir neçə dəfə əyani müayinəyə dəvət üçün məktub göndərilmiş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyi barədə məlumat qeyd edilmişdir. Lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərar əsasında əlillik təyinatı barədə qüvvədə olan əlillik ləğv edilərək, ##.##.2020-ci il tarixdən “Diaqnoz öz təsdiqini tapmadı” barədə qərar qəbul edilmişdir. Müayinə zamanı ümumi halsızlıqdan, zəiflikdən, əməliyyat yerində arabir ağrılardan şikayəti olduğunu bildirmiş, bəzi müayinə və müalicə sənədlərini təqdim etmişdir. Təqdim edilmiş sənədlər arasında Milli Onkologiya Mərkəzinin ##.##.2018-##.##.2018-ci il, ##.##.2018-##.##.2018-ci il, ##.##.2018-##.##.2018-ci il, ##.##.2018-##.##.2018-ci il, ##.##.2018-ci il tarixli-##.##.2018-ci il tarixli 29.16./** nömrəli ambulator kartdan çıxarışında diaqnoz “Sol süd vəzin xərçəngi. Kombinə olmuş müalicədən sonrakı vəziyyət. pT2N0M0 IIa mərhələ” kimi qeyd edilmiş, ##.##.2018-ci il tarixində “Soltərəfli RM” cərrahi əməliyyatı icra olunduğu, ##.##.2018-ci il tarixində PKT müalicə başlandığı qeyd edilmiş, yenitörəməyə dair məlumatda “Morfologiya: 8500/3, Histoloji dərəcəsi: III. Zəif differensiasiyalı (G3)” şəklində göstərilmişdir. ##.##.2024-cü il tarixdə DTSERA-da həkim-ekspertlər tətəfindən əyani müayinə aparılmış, həkim-onkoloq tərəfindən müayinə olunmuş, anamnez toplanmış, tibbi sənədlərə baxılmış və “Sol süd vəzin xərçəngi. Kombinə olmuş müalicədən sonrakı vəziyyət. pT2N0M0 II a mərhələ diaqnozu təsdiqlənmiş, “Soltərəfli RM” cərrahi əməliyyatından sonrakı çapıq izlənilmiş, MTS barədə sənədlərdə məlumat olmadığı müəyyən edilmişdir. Vətəndaşa daha ətraflı və dəqiq müayinə edilməsi səbəbi ilə Milli Onkologiya Mərkəzindən tibbi rəy alması üçün göndəriş təqdim edilmişdir. ##.##.2024-cü il tarixdə komissiyaya Milli Onkologiya Mərkəzinin ##.##.2024-cü il tarixli L*******-A********* nömrəli diaqnoz “Süd vəzisinin yuxarı-bayırkvadratının bədxassəli yenitörəməsi T2N0M0 mərhələ II G3”, diaqnoz qeydi “Sol süd vəzin CR T2N0M0 II mərhələ. Kombinə olunmuş müalicədən sonrakı vəziyyət” kimi göstərilmiş, ##.##.2018-ci il tarixində “Soltərəfli RME” cərrahi əməliyyatı icra olunduğu, 8 kurs PKT müalicəsi aparıldığı, hazırda “Tomoksifen” qəbul etdiyi, Yenitörəməyə dair məlumatda “Morfologiya: 8500/3-İnfiltrasiya edən axacaq karsinoması, ƏGO. Patohistoloji dərəcəsi: Dərəcə III. Zəif differensiasiyalı (G3)” kimi qeyd edilmiş ambulator kartdan arayış təqdim edilmişdir. Anamnestik məlumatlar, təqdim edilmiş sənədlər və əyani müayinə nəticələrinə əsasən vətəndaşın hazırkı vəziyyəti təyinat aparılan zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.7 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən 5 il müddətinə üçüncü dərəcə əlilliyə müvafiq olduğundan Tibbi-sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərar əsasında təyin edilmiş “Diaqnoz öz təsdiqini tapmadı” qərarı ləğv edilsin, ##.##.2020-ci il tarixli 2.1.7 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik bərpa edilməsi, ##.##.2024-cü il tarixdən “Hissəvi reabilitasiya olunması”na və 2.3.7 bəndinə müvafiq 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilsin.” Milli Onkologiya Mərkəzinin Məhkəməyə ünvanlanmış ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, “...Milli Onkologiya Mərkəzinə daxil olmuş ## ###### 2026-cı il tarixli 2- 1(106)-898/2025 sayiı məktubunuza cavab olaraq bilidiririk ki, iddiaçı İddiaçı tələbinə dair məhkəmədə baxılan iş üzrə məhkəmə-tibb ekspertizasının təyin edilməsi barədə məhkəmədən daxil olmuş ##.##.2025-ci il tarixli qərardad və ona əlavə edilmiş tibbi sənədlər tərəfimizdən araşdırılmışdır. Bildiririk ki, İddiaçı ## #### 2018-ci il tarixində Milli Onkologiya Mərkəzində “sol süd vəzin xərçəngi, soltərəfli radikal mastektomiya” cərrahiyyə əməliyyatı icra olunmuş və “C 50.4-Süd vəzinin yuxarı-bayır kvadratının bədxassəli yenitörəməsi T2 N0M0 mərhələ II G3” əsas diaqnozu qoyulmuşdur....İddiaçı cərrahiyyə əməliyyatından sonra da müxtəlif vaxtlarda Milli Onkologiya Mərkəzində müayinələrdən keçmiş, qoyulmuş diaqnoz dəyişməmişdir. Bildiririk ki, bu kimi diaqnozla onkoloji xəstələrə müddətsiz əlillik təyin edilmir.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** saylı qərarın qismən, yəni hissəvi reabilitasiya olunması və 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilməsi hissəsində ləğv edilməsi və ##.##.2024-cü il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcəli əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, sol süd vəzində bəd xassəli şiş, xərçəng xəstəliyi yaranmış, çoxsaylı müalicələrin nəticəsi olmadığından ## #### 2018-ci ildə cərrahi əməliyyat olunmuş, daim müalicə alır, hazırda da xərçəng xəstəliyindən əziyyət çəkməklə mütəmadi müalicə olunsa da sağalmamış, ##.##.2020-ci il tarixdən ona birinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Əlilliyin müddətsiz təyin edilməsinə baxmayaraq, cari il yenidən müayinəyə dəvət olunmuş, lakin həmin ərəfədə müalicəsi ilə bağlı Bakı şəhərində olduğundan bu barədə məlumatı olmamışdır. Hətta, bu barədə gələn məktublar da ünvanda olmadığından geri qaytarılmışdır. Bundan sonradan poçtla maraqlanarkən məlumatı olmuşdur. ##.##.2024-cü il tarixdə poçtdan aldığı Dövlət Sosial Müdafiə Fondunun məktubundan bilmişdir ki, əlilliyi ləğv edilmişdir. Daha sonra isə elektron sistem vasitəsi ilə ##.##.2024-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ##.##.2024-cü il tarixdə əyanı müayinəyə getmədiyi və iştirakı olmadığı halda, ona üçüncü dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh heç bir əsas və iştirakı olmadan müddətsiz əlillik təyinatı ilə bağlı qərarı dəyişmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etirazda qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Masallı Rayon Mərkəzi Xəstəxnasının ##.##.2020-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Sol süd vəzin Cr-i,cT3N2M1,IV B mərhələ,RME (##.##.2018) və 16 kurs pKDM-sı ilə. II-li anemiya ağır dərəcə.Bədxassəli-kaxksiya IV mərhələ,şiş intoksiyası.Yerişin kəskin pozulması. Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.3.7. II mərhələ bədxassəli şişlər (C00- C97); ” səbəbi ilə 5 il müddətinə 3-cü dərəcə əlillik verilmişdir. Şirvan İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı (hakim Hilal Nəcəfov) ilə iddia təmin edilmiş, Tibbi-sosial ekspert komissiyasının ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** saylı qərarı qismən, yəni hissəvi reabilitasiya olunması və 5 il müddətinə 3-cü dərəcə əlillik təyin edilməsi hissəsində ləğv edilmiş və ##.##.2024-cü il tarixdən İddiaçı əvvəllər təyin edilmiş ümumi xəstəlik səbəbindən müddətsiz 1-ci dərəcəli əlilliyin bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qərarın dəlilləri ilə eynilik təşkil edir. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlara münasibətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş ##.##.2023-cü il tarixli *-**/*-****/**** nömrəli məktuba əlillik siyasəti şöbəsində baxılmışdır. Səhiyyə Nazirliyindən daxil olmuş məktuba əsasən 170 nəfərə dair diaqnozlar təsdiqlənmiş, 94 nəfərin onkoloji xəstə kimi qeydiyyatda olmadığı, 25 nəfərin isə təqdim olunmuş siyahıda qeyd olunan diaqnozla onkoloji xəstəliklərin terminal mərhələsi ilə bağlı rəsmiləşdirilmiş göndərişdəki diaqnoz arasında uyğunsuzluq olduğu müəyyən olunmuşdur. 155 nəfər ilə bağlı hər hansı bir məlumat qeyd olunmadığından bu şəxslər barədə dəqiqləşdirilmə aparılması məqsədilə Səhiyyə Nazirliyinə təkrar məktub göndərilmişdir. Aparılmış araşdırma nəticələrinə əsasən Səhiyyə Nazirliyinin qeyd olunmuş məktubu rəhbər götürülməklə 119 nəfərin əlillik təyinatlarının dəvət olunaraq əyani müayinə əsasında, şöbə ilə əməkdaşlıq çərçivəsində araşdırılması və əsassız olması müəyyən edilmiş göndərişlərin qanunvericiliyə uyğun olaraq ləğv edilməsi məqsədilə Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müvafiq tapşırıq verilmişdir. Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsindən daxil olmuş ##.##.2024-cü il tarixli *-**/*-*-***/**** nömrəli məktubun icrası ilə bağlı xidməti zərurətin aradan qaldırılması məqsədilə 119 vətəndaşın əlillik dərəcəsinin təyini barədə qərarın əsaslı olub-olmamasını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə uyğun olaraq Agentliyin Tibbi-sosial ekspert komissiyasında əyani müayinələrinin həyata keçirilməsi zərurəti yaranmışdır. Apellyasiya şikayətinə etirazlar: Apellyasiya şikayətinə etirazın dəlilləri iddianın dəlilləri ilə eynilk təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər. İddiaçının vəkili məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iddiaçının və onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. ##.##.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə:
2. Əlilliyin müəyyən olunması meyarları ... 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: ... 2.3.7. II mərhələ bədxassəli şişlər (C00-C97);
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 97. Məhkəmənin ekspertiza təyin etməsi 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, izinati orqan iddiaçını yalnız əyani müayinəyə cəlb etdikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən, iddiaçının əlil olmadığı müəyyən edildiyi halda, onun əlil olmaması ilə bağlı inzibati akt qəbul edilə bilərdi. Cavabdeh orqan tərəfindən inzibati icraatın aparılmasını təsdiq edən, hər hansı sübutları əks etdirən materiallar məhkəməyə təqdim edilməmişdir. İnzibati orqan tərəfindən araşdırma üçün əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması olduğu bildirilsə də, qeyd edilən halın səbəbləri, zəruriliyi, həmçinin qeyd edilən şəxslə bağlı şübhə doğuran halları əsaslandıra bilməmişdir. Məhkəmə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və qəbul etdiyi məhkəmə aktı ilə bağlı aşağıdakıları qeyd edir. İnzibati orqan müddətsiz əlillik təyinatı ilə bağlı özünün əvvəlki qərarını qanuni əlverişli inzibati akt kimi qismən ləğv etmişdir (daha doğrusu dəyişdirmişdir). İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı (bundan sonra - iddiçı) ##.##.2020-ci il tarixdə Diaqnoz: Sol süd vəzin Cr-i, cT3N2M1, IV B mərhələ, RME (##.##.2018) və 16 kurs pKDM-sı ilə. II-li anemiya ağır dərəcə. Bədxassəli-kaxksiya IV mərhələ, şiş intoksiyası. Yerişin kəskin pozulması; Meyar: 2.1 Birinci dərəcə əlillik => 2.1.7. inkurabel onkoloji xəstəliklər (C00- C97) diaqnozu ilə ümumi xəstəlik səbəbi ilə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Səhiyyə Nazirliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış məktubda qeyd edilmişdir ki, “Onkoloji xəstəliklərlə bağlı şübhə doğuran əlillik təyinatlarının araşdırılması məqsədilə siyahıda adları qeyd olunmuş 236 nəfərin müalicədə olması faktı (qeyd olunmuş diaqnozun dəqiqləşdirilməsi ilə), 208 nəfərin isə onkoloji xəstələrin dispanser qeydiyyatı ilə bağlı vəziyyəti barədə məktuba Səhiyyə Nazirliyində baxılmışdır. Adların çəkilən tibb müəssisələrində müalicə alan xəstələr barədə məktubun əlavəsində Sizə təqdim edirik. İddiaçı” Cavabdeh tərəfindən Səhiyyə Nazirliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış məktubla bağlı iddiaçı əyani müayinəyə dəfə olunmuş, onun müayinəsi həyata keçirilmədən ##.##.2024-cü il tarixli qərar qəbul edilmiş, sonradan həmin qərar inzibati orqan tərəfindən ləğv edilmiş və şəxs əyani müayinə olunaraq barəsində ##.##.2024-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərar qəbul edilmiş, həmin qərar ilə ##.##.2024-cü il tarixli *-**- */*-*-****/**** nömrəli qərar əsasında təyin edilmiş “Diaqnoz öz təsdiqini tapmadı” qərarı ləğv edilmiş, ##.##.2020-ci il tarixli Meyarların 2.1.7 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik bərpa edilmiş, ##.##.2024-cü il tarixdən “Hissəvi reabilitasiya olunması” və 2.3.7 bəndə müvafiq 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Mübahisə predmeti olan ##.##.2024-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərar qəbul edilərkən inzibati orqan tərəfindən iddiaçının xəstəliyi üzrə Respublikada ixtisaslaşmış tibb müəssisəsi olan Milli Onkologiya Mərkəzindən tibbi rəy alması üçün göndəriş təqdim edilmişdir. Milli Onkologiya Mərkəzinin ##.##.2024-cü il tarixli L*******-A********* nömrəli diaqnoz “Süd vəzisinin yuxarı-bayırkvadratının bədxassəli yenitörəməsi T2N0M0 mərhələ II G3”, diaqnoz qeydi “Sol süd vəzin CR T2N0M0 II mərhələ. Kombinə olunmuş müalicədən sonrakı vəziyyət” kimi göstərilmiş, ##.##.2018-ci il tarixində “Soltərəfli RME” cərrahi əməliyyatı icra olunduğu, 8 kurs PKT müalicəsi aparıldığı, hazırda “Tomoksifen” qəbul etdiyi, Yenitörəməyə dair məlumatda “Morfologiya: 8500/3-İnfiltrasiya edən axacaq karsinoması, ƏGO. Patohistoloji dərəcəsi: Dərəcə III. Zəif differensiasiyalı (G3)” kimi qeyd edilmiş ambulator kartdan arayış təqdim edilmişdir. Məhkəmə icraatı zamanı birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ekspertiza təyin edilmiş, iddiaçı ekspertizanın keçirilməsinə mane olduğuna (ekspertizaya getməmişdir) görə ekspertizanın keçirilməsi mümükün olmamış və ##.##.2025-ci il tarixli məktub ilə məhkəmə qərardadı icra edilmədən geri qaytarılmışdır (səh. 111). Apellyasiya icraatı zamanı da iş üzrə ekspertiza təyin edilmiş, rəyin verilməsi ilə bağlı iddiaçının vəkilinə iddiaçının Milli Onkologiya Mərkəzinə getməli olması barədə məlumat vermiş, iddiaçı bu dəfə də ekspertizanın keçirilməsinə mane olduğuna (ekspertizaya getməmişdir) görə ekspertizanın keçirilməsi mümükün olmamış və ##.##.2026-ci il tarixli məktub ilə məhkəmə qərardadı icra edilmədən geri qaytarılmışdır (səh. 216). Milli Onkologiya Mərkəzinin Məhkəməyə ünvanlanmış ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, “...Milli Onkologiya Mərkəzinə daxil olmuş ## ###### 2026-cı il tarixli 2- 1(106)-898/2025 sayiı məktubunuza cavab olaraq bilidiririk ki, iddiaçı İddiaçı tələbinə dair məhkəmədə baxılan iş üzrə məhkəmə-tibb ekspertizasının təyin edilməsi barədə məhkəmədən daxil olmuş ##.##.2025-ci il tarixli qərardad və ona əlavə edilmiş tibbi sənədlər tərəfimizdən araşdırılmışdır. Bildiririk ki, İddiaçı ## #### 2018-ci il tarixində Milli Onkologiya Mərkəzində “sol süd vəzin xərçəngi, soltərəfli radikal mastektomiya” cərrahiyyə əməliyyatı icra olunmuş və “C 50.4-Süd vəzinin yuxarı-bayır kvadratının bədxassəli yenitörəməsi T2 N0M0 mərhələ II G3” əsas diaqnozu qoyulmuşdur....İddiaçı cərrahiyyə əməliyyatından sonra da müxtəlif vaxtlarda Milli Onkologiya Mərkəzində müayinələrdən keçmiş, qoyulmuş diaqnoz dəyişməmişdir. Bildiririk ki, bu kimi diaqnozla onkoloji xəstələrə müddətsiz əlillik təyin edilmir.” Bundan başqa, işin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçıya müddətsiz əlillik təyin edilən zaman qoyulmuş diaqnoz və meyar ilə hazırkı diaqnoz və meyar fərqlidir. Yəni, inzibati orqanın iddia etdiyi kimi şəxs hissəvi reabiltasiya olunmuşdur. Belə ki, şəxsə ##.##.2020-ci il tarixdə müddətsiz əlillik təyin edilən zaman Diaqnoz: Sol süd vəzin Cr-i, cT3N2M1, IV B mərhələ, RME (##.##.2018) və 16 kurs pKDM-sı ilə. II-li anemiya ağır dərəcə. Bədxassəli-kaxksiya IV mərhələ, şiş intoksiyası. Yerişin kəskin pozulması; Meyar: 2.1 Birinci dərəcə əlillik => 2.1.7. inkurabel onkoloji xəstəliklər (C00-C97) olmuş; sonradan Milli Onkologiya Mərkəzində müayinə nəticəsində (##.##.2024) diaqnoz “Süd vəzisinin yuxarıbayırkvadratının bədxassəli yenitörəməsi T2N0M0 mərhələ II G3”, diaqnoz qoyulmuş və qanunvericiliyə əsasən bu diaqnozla onkoloji xəstələrə müddətsiz əlillik təyin edilmir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə haqlı mövqe sərgiləməmişdir. Mübahisələndirilən qərarın ləğvi üçün əsas yoxdur. İddiaçının xəstəliyi birinci dərəcəli əlillik vəziyyətinə və müddətsiz olması ilə bağlı qanunvericiliyin tələbinə uyğun deyil. Odur ki, iddiaçı ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** saylı qərarın qismən, yəni hissəvi reabilitasiya olunması və 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilməsi hissəsində ləğv edilməsi və ##.##.2024-cü il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcəli əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı sayıla bilməz. Şirvan İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs X1 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Göründüyü kimi qanunvericilik hər hansı şəxsin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini məhkəmə qərarının həmin şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarla şərtləndirmişdir. Hazırki işin faktiki halından, birinci instansiya məhkəməsinin qərarının məzmunundan və nəticə hissəsindən görünür ki, baxılan işin nəticəsi olaraq, “xxxx” X1 üzərinə hər hansı öhdəlik qoyulmamış, qərar həmin şəxs üçün hüquqi nəticə, o cümlədən vəzifə və öhdəlik yaratmır. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2022-ci il tarixli, **/**** nömrəli qərardadında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.3 və 28.5-ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərilməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər. Məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə bilər. Bu zaman, məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməlidir. Cəlbetmənin dəyişdirilməsi adi cəlbetmədən zəruri cəlbetməyə və ya əksinə keçidi nəzərdə tutur. Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edir. Bu halda, üçüncü şəxsin məhkəmə icraatında iştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməli, həmçinin, hazırkı iş üzrə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs X1 inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilməlidir.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs X1 iş üzrə inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilsin. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.