Məhkəmə qərarları › İş №2-1(106)-9/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-9/2025

02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-9/2025 02.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X8 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiаçının prosessual hüquqi varisi X17 nümayəndəsi və vəkili Vəkil Xudadat oğlunun, Üçüncü şəxs X10 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X18 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-1(120)-550/2023 saylı qərarından iddiaçı tərəfindən verilən apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı X25 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 26 oktyabr 2005-ci il tarixdə Astara şəhəri, Nizami küçəsi, ev 216-da yaşayan X22 ilə torpağın alqı-satqısına dair müqavilə bağlamışdır. Həmin müqavilənin 1-ci bəndində qeyd edilir ki, “mən, X22, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon Şöbəsi tərəfındən 30 aprel 2005-ci ildə verilmiş JN-439A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətııaməyə və xx.xx.2005-ci il tarixli, 139 saylı arayışa əsasən mənə və ailə üzvlərim X31, X26, X32 və X30 məxsus olan, Astara şəhəri “Çay fabriki” ərazisində yerləşən 0,06 ha torpaq sahəsini vətəndaş X5”. Həmin müqavilənin 2-ci bəndində qeyd edilir ki, “mən, satıcı X6 torpaq sahəsinə görə alıcı X13 bir milyon beş yüz min manat aldım”. Müqavilədən də göründüyü kimi, o, İntizar Rəsulovanın və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsini onların razılığı ilə almış və buna görə onlara pul ödəmişdir. Lakin artıq 15 ildir ki, o, aldığı torpaq sahəsinə girə bilmir Bu barədə dəfələrlə İntizar Rəsulovaya bildirsə də, o, satdığı torpaq sahəsini ona təhvil vermir və oradan çıxmır. “V. Q Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2009-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 15 yanvar 2010-cu il tarixli qərarında göstərilir ki, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alıııması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin Daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi əmlakı qanunvericiliyə müvafıq olaraq əldə etmiş şəxslərin həmin əmlaka sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Daşınmaz əşyaların alqı-satqı miiqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına ahnması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərətlndən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafıə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qeyd etdiyi qanunvericilik prinsiplərinə əsasən alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsinin titul sahibi təmsil etdiyi şəxs Rasim Məmmədovdur və onun mulkiyyət hüquqları qorunmalıdır. Bu barədə Astara Rayon Məhkəməsinə 2019-cu ildə iddia ərizəsi ilə müraciət olunmuş və məhkəmə 02 iyun 2020-ci ildə həmin iddiaya baxaraq iddianın qismən təmin olunması haqqında qətnamə qəbul edilmişdir. Sonradan həmin məhkəmə qətnaməsinə əsasən onun adına çıxarış almaq istəyərkən məlum oldu ki, cavabdeh İntizar Rəsulova 01 mart 2003-cü ildə həmin torpaq sahəsi üzrə öz adına Seriya RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış almışdır. Bu səbəbdən də o, həmin torpaq sahəsinə öz adına çıxarış ala bilmir. Hal-hazırda Azərbaycan Respublikasının adından çıxarılmış və qüvvədə olan məhkəmə qətnaməsinə əsasən həmin torpaq sahəsinin mülkiyyətçisi odur. Ona görə də həmin çıxarış ləğv olunmalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-1(120)-550/2023 saylı qərarı (Fehruz Abbasov) iddia təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçının vəkili Vəkil Xudadat oğlu apellyasiya şikayətində bildirmişdir ki, həmin qərar qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, X25 iddia ərizəsində qeyd etmişdir ki, 26 oktyabr 2005 - ci il tarixdə Astara şəhəri Nizami küçəsi ev 216 - da yaşayan X22 ilə torpağın alqı - satqısına dair müqavilə bağlamışlar. Həmin müqavilənin 1 ci bəndində qeyd edilir ki, X12, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon Şöbəsi tərəfindən 30 aprel 2005 - ci ildə verilmiş JN N° 439A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə” və 26 10. 2005 - ci il tarixli 139 saylı arayışına əsasən mənə və ailə üzvlərimə X31, X26, X32 və X30 məxsus olan, Astara şəhəri “Çay fabriki” ərazisində yerləşən 0,06 ha torpaq sahəsini vətəndaş X5. Həmin müqavilənin 2 - ci maddəsində qeyd edilir ki, Mən, satıcı - X22 həmin satılan torpaq sahəsinə görə alıcı X13 bir milyon beş yüz min manat aldım. Müqavilədən də göründüyü kimi o, İntizar Rəsulova və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsini onların razılığı ilə almış və buna görə onlara pul ödəmişdir. Lakin artqı 15 ildir ki, o, aldığı torpaq sahəsinə girə bilmir. Bu barədə dəfələrlə İntizar Rəsulovaya bildirsədə, o, satdığı torpaq sahəsini ona təhvil vermir və oradan çıxmır. “V. Q. Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkə məhkəmə kollegiyasının xx.xx.2009-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 15 yanvar 2010-cu il tarixli qərarında göstərilir ki, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin Daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi əmlakı qanunvericiliyə müvafiq olaraq 2019-cu il tarixli, **********54 reyestr nömrəli çıxarışla X14 və onun ailə üzvlərinin adına qeydiyyata alındığı məlum olmuşdur. Arxiv və baza məlumatları üzrə aparılan təkrar araşdırmaların, habelə faktiki yerində keçirilən müayinənin (çöl ölçmə işləri) nəticəsi olaraq məlum olmuşdur ki, həmin fərdi yaşayış evi və JN - 439 A nömrəli şəhadətnamə üzrə göstərilən 600 kv.m torpaq sahəsi vahid daşınmaz əmlak obyekti kimi X22 ilə X15 arasında bağlanmış xx.xx.2012 - ci il tarixli, 4Ə — 01 — 53 ryestr nömrəli alqı - satqı müqaviləsi əsasında artıq özgəninkiləşdirilmiş və sonuncunun adına daşınmaz əmlakın dövlət ryestrindən qanunamüvafiq olaraq xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli müvafiq “Çıxarış” verilmişdir. Yuxarıda qeyd olunan səbəblərdən “Daşınmaz əmlakın dövlət Ryestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində (Astara rayon Notariat Kontorunda bağlanmış xx.xx.2005-ci il tarixli, 4Ə - 02-206 ryestr nömrəli alqı satqı müqaviləsi əsasında sözügedən 600 kv.m həyətyanı torpaq sahəsinə dair) hazırki iş üzrə iddiaçının adına yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmiş və onun ünvanına 04 mart 2021-ci il tarixli, **********29 qeydiyyat nömrəli imtina bildirişi göndərilmişdir. Odur ki, hazırki iddia tələbi ilə ləğvi qoyulmuş 0,0598 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət ryestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli “Çıxarışın” iddiaçıya satılmış 600 kv.m torpaq sahəsinə heç bir aidiyyatı yoxdur. Belə ki, hazırki iş üzrə iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2005 - ci il tarixli, 4Ə-02 - 206 reyestr nömrəli alqı - satqı müqaviləsi ilə ona JN - 439 nömrəli şəhadətnamə üzrə ayrılmış torpaq sahəsinin satıldığı məlum olur. Bu səbəbdən hazırki iddia tələbində barəsində qeyd olunan ünvan 1 ünvanında yerləşən 0.0598 ha torpaq sahəsinə dair (xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX-N°-1501256 saylı münasibətdə) “Çıxarışın” ləğv edilməsi hissəsinə qanunamüvafiq olaraq etiraz edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Məhkəmədə Daşınmaz Əmlakın 10 saylı Ərazi idarəsinin bu etuirazını əsas götürərək iddianın rədd olunması barədə qərar qəbul etmişdir. Halbuki cavabdehin etirazda göstərdiyi bütün xüsusatlar Astara rayon Məhkəməsinin qanuni qüvvədə olan 02 iyun 2020-ci il tarixli 2(018)-10\2020 nömrəli qətnaməsi ilə öz həllini tapmışdır. Həmin məhkəmə qətnaməsi sübut kimi məhkəməyə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsi həmin məhkəmə qətnaməsini sübut kimi qəbul etmir. Məhkəmə qərarının 7 - ci səhifəsinin sonuncu abzasında qeyd olunur ki, “İddiaçının iddia ərizəsində istinad etdiyi və iş materiallarına əlavə olunmuş Astara rayon Məhkəməsinin 02 iyun 2020 - ci il tarixli 2(018) - 10\2020 nömrəli qətnaməsinin nəticəvi hissəsinin ikinci abzasında X18 26 oktyabr 2015 ci il tarixli, 4Ə - 02 - 206 reyestr nömrəli notariat qaydada təsdiq edilmiş müqavilə əsasında aldığı Astara şəhəri “Çay fabriki” (Əhəd Muxtar küçəsi) ərazisində yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsinə köçürülməsi qət edilmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Dadaşova (Rəsulova) İntizar Eldar qızı ilə X25 arasında 4Ə - 02 - 206 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilə 26 oktyabr 2015 ci il tarixdə deyil, 26 oktyabr 2005 - ci il tarixdə bağlanmışdır və hazırki iş üzrə təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, həmin müqavilənin predmeti olan 0,06 hektar həyətyanı torpaq sahəsi qətnamədə qeyd olunduğu kimi Astara şəhəri “Çay fabriki” Əhəd Muxtar küçəsi) ərazisində deyil, fərdi yaşayış evi ilə vahid daşınmaz əmlak obyekti olaraq Astara şəhəri, Z. Bünyadov küçəsində yerləşir və Astara şəhəri, “Çay fabriki” (Əhəd Muxtar küçəsi) ərazisinə heç bir aidiyyatı yoxdur. Məhkəməyə təqdim olunmuş və iş materiallarında olan 4ə - 2 — 206 reyestr nömrəsi ilə təsdiq edilmiş 26 oktyabr 2005 - ci il tarixli müqaviləyə dair notariat işinin materialların sürətindən görünür ki, X22 ilə X25 arasında torpaq sahəsinin alqı - satqısına dair 26 oktyabr 2005 - ci il dərəcədə dəyişməsi” halında və həmin Məcəllənin 422-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində baş verə bilər. Həmçinin, sadalanan hal və şərtlərin baş verdiyi təqdirdə müqavilənin birtərəfli qaydada və hansı həcmdə dəyişdirilməsi, buna şərait olmadıqda isə onun ləğv edilməsi tərəfin öz subyektiv mülahizəsi ilə deyil, yalnız məhkəmə tərəfindən müəyyən edilməklə baş verə bilər. Qeyd olunanlara əsasən Şirvan İnzibati Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-1(120)-550/2023 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İşə apellyasiya qaydasında baxılarkən, Şirvan Apellyasiya Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 2-1(106)-9/2025 nömrəli qərardadı ilə iş üzrə icraat iddiaçı öldüyünə və iddiaçının prosessual hüquqi varisinin müəyyən edilməsinə görə dayandırılmışdır. Hazırki inzibati iş üzrə iddiaçının qızı İlhamə Məmmədova 07 noyabr 2025-ci il tarixində məhkəməyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və atasının prosessual hüquqi varisi qismində tanınması barədə ərizədə təqdim etdiyindən iş üzrə icraat təzələnmiş və məhkəmə iclasında baxılmağa təyin edilmişdir. İddiaçının prosessual hüquqi varisi X17 nümayəndəsi və vəkili Vəkil Xudadat oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək Şirvan İnzibati Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-1(120)-550/2023 saylı qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Üçüncü şəxs X10 nümayəndəsi Nümayəndə apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirərək Şirvan İnzibati Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-1(120)- 550/2023 saylı qərarının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsi və digər üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır». Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən (qərarın ləğv edilməsi hissəsində) təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının tələbi “Dadaşova (Rəsulova) İntizar Eldar qızının adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli, **********54 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********054, qeydiyyat nömrəsi ********** olan seriya RX ******* nömrəli çıxarış xx.xx.2003-cü il tarixli, JN-439A, kod 80101004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən və X25 ilə Dadaşova (Rəsulova) İntizar Eldar qızı arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 4-Ə02-206 reyestr nömrəli alqı-satqı müqaviləsinin predmeti olan, Astara şəhəri, Ziya Bünyadov küçəsində yerləşən torpaq sahəsinə deyil, Astara rayon İcra Hakimiyyəti Başçısının 29 yanvar 1997-ci il tarixli, 24 saylı sərəncamı, Astara rayon Çiləkəran sovxozunun xx.xx.1997-ci il tarixli, 15 nömrəli əmrinə əsasən, 11 aprel 1997-ci il tarixli Aktla Dadaşova (Rəsulova) İntizar Eldar qızına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış, ünvan 1ndə yerləşən 0,06 hektar torpaq sahəsinə verilmiş çıxarışdır ki, bu çıxarış X18 hüquq və maraqlarına toxunmur. Bütün qeyd olunanların məcmusunda məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin imtinası qanunamüvafiq olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşmayaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Başqa sözlə, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbi üzrə ilkin olaraq iddiaçının subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulub-pozulmadığı aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)”. Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə, işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İş materiallarında olan 09 sentyabr 1984-cü il tarixli İİ–ЖГ 485721 nömrəli nikahın bağlanması haqqında şəhadətnəmənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X31 ilə X23 arasında nikah bağlandıqdan sonra sonuncunun soyadı “Rəsulova” qeyd edilmişdir. İş materiallarında olan “Torpaq sahəsinin planı və ölçüsü”ndən, həmçinin, Şəhadətnamədən görünür ki, Astara rayon Aqrar İslahatı Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 nömrəli qərarı ilə Dadaşova (Rəsulova) İntizar Eldar qızına ailə üzvləri X31, X26, X32 və X33 ilə birlikdə 0,06 hektar həyətyanı torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi xx.xx.2003-cü il tarixli, JN-439A, kod 80101004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Dövlət Notariat Arxivinin məhkəməyə ünvanladığı 4Ə-02-206 reyestr nömrəsi ilə təsdiq edilmiş 26 oktyabr 2005-ci il tarixli müqaviləyə dair notariat işinin materiallarının surətlərindən görünür ki, X22 ilə X25 arasında torpaq sahəsinin alqısatqısına dair 26 oktyabr 2005-ci il tarixli müqavilə bağlanmış, həmin müqavilənin 1-ci və 2-ci bəndlərinə əsasən X22 Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon Şöbəsi tərəfındən 30 aprel 2005-ci ildə verilmiş JN-439A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə və xx.xx.2005-ci il tarixli, 139 saylı arayışa əsasən ona və ailə üzvləri X31, X26, X32 və X30 məxsus Astara şəhəri “Çay fabriki” ərazisində yerləşən 0,06 ha torpaq sahəsini ailə üzvlərinin razılığı ilə vətəndaş X7, bununla əlaqədar X13 bir milyon beş yüz min manat pul vəsaiti almışdır. İş materialarında olan 03 mart 2012-ci il tarixli ******* nömrəli fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, X9 şəhəri, Z.Bünyadov küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini alıcı X2. İş materialarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin X21 ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********29 nömrəli “mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alinmasından imtina edilməsi haqqında” bildirişdə aşağıdakılar qeyd olunmuşdur: ünvan 1 ünvanında yerləşən Astara rayon Notariat Kontorunda bağlanmış xx.xx.2005-cı il tarixli 4Ə-02-206 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında əldə etdiyiniz 0,06 ha həyətyanı torpaq sahəsi üzərində vahid daşınmaz əmlak obyekti olaraq yaranmış mülkiyyət hüquqlarının qeydiyyata alınması proseduru ilə əlaqədar təqdim etdiyiniz hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, sözügedən 0.06 ha həyətyanı torpaq sahəsinə dair vahid daşınmaz əmlak obyekti olaraq yaranmış mülkiyyət hüquqlarının qeydiyyata alınması proseduru ilə əlaqədar təqdim etdiyiniz hüquqmüəyyənedici sənədlərlə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar mövcuddur. Belə ki, yuxarıda barəsində qeyd olunan müqavilə üzrə alqısatqı predmeti olan JN-439 saylı “Şəhadətnamə” ilə göstərilən 0.06 ha torpaq sahəsi həmin müqavilə üzrə əvvəlki hüquq sahibi olaraq X27ma məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsidir. Faktiki olaraq müayinə olunan torpaq sahəsi Astara şəhəri, Ziya Bünyadov küçəsində yerləşməklə, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, **********54 reyestr nömrəli çıxarışla X14 və onun ailə üzvlərinin adına qeydiyyata alınmışdır. Bu baxımdan bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Beləliklə, təqdim olunmuş ilkin hüquqmüəyyənedici sənəd üzrə məlumatlarla mövcud arxiv və baza məlumatları arasında hüquqi anlaşılmazlıq yaranmışdır. Qeyd olunan səbəblərdən həmin torpaq sahəsi üzərində vahid daşınmaz əmlak obyekti olaraq yaranmış hüquqlara dair müvafiq qeydiyyatın aparılması proseduru Ərazi İdarəsinin imkanları xaricindədir. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq, həmin daşınmaz əmlak üzərində yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. İş materiallarında olan 26 iyul 2022-ci il tarixli, **********94 nömrəli məhkəmə sərəncamına münasibət məktubunda bildirilir: hazırki iş üzrə sorğunun icrası olaraq tərəfimizdən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən, Astara rayon Notariat Kontorunda bağlanmış xx.xx.2005-ci il tarixli, 4Ə-02-206 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında iddiaçıya məxsus 600 kv.m həyətyanı torpaq sahəsinə dair vahid daşınmaz əmlak obyekti olaraq hüquqların dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən plan və ölçü sənədinin, habelə müvafiq çıxarışın verilməsi ilə əlaqədar təqdim olunmuş hüquqmüəyyənedici sənədlər əvvəllər həmin şəxsin 2021-ci il 16 fevral tarixli, ********** qeydiyyat nömrəli ərizəsi əsasında tərəfimizdən icraata qəbul edilmişdir. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, təqdim olunan sənədlər əsasında ünvan 1 ünvanında yerləşən, hazırki iş üzrə iddiaçı X21 məxsus həmin 600 kv.m həyətyanı torpaq sahəsinə dair yaranmış hüquqların dövlət qeydiyyatının aparılması və həmin daşınmaz əmlaka dair plan və ölçü sənədinin tərtib olunması xahiş edilmişdir. Bu baxımdan təqdim olunmuş sənədlər üzrə aparılan ekspertizanın nəticəsi olaraq məlum olmuşdur ki, həmin ərəfədə sözügedən 600 kv.m həyətyanı torpaq sahəsinə dair Ərazi idarəsinə təqdim edilmiş sənədlərlə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Belə ki, yuxarıda barəsində qeyd olunan notarial müqavilə üzrə alqı-satqı predmeti olan mövcud DBF (siyahı) məlumatlarında JN-439 saylı “Şəhadətnamə” ilə göstərilən 0.06 ha torpaq sahəsi həmin müqavilə üzrə əvvəlki hüquq sahibi olaraq tərəflərdən sayılan hazırki iş üzrə ləğvi qoyulmuş “Çıxarış” əsasında X19 məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin olduğu məlum olmuşdur. Faktiki olaraq müayinə olunan torpaq sahəsi Astara şəhəri, Ziya Bünyadov küçəsində yerləşməklə, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş (hazırki iş üzrə ləğvi qoyulmuş) xx.xx.2019-cu il tarixli, **********54 reyestr nömrəli çıxarışla X14 və onun ailə üzvlərinin adına qeydiyyata alındığı məlum olmuşdur. Yuxarıda qeyd olunan səbəblərdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq, həmin daşınmaz əmlak üzərində (Astara rayon Notariat Kontorunda bağlanmış xx.xx.2005-ci il tarixli, 4Ə-02-206 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən 600 kv.m həyətyanı torpaq sahəsinə dair) hazırki iş üzrə iddiaçının adına yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmiş və onun ünvanına 04 mart 2021-ci il tarixli, **********29 qeydiyyat nömrəli “İmtina” bildirişi göndərilmişdir. İş materiallarında olan cavabdeh təşkilatın məhkəməyə ünvanladığı 20 fevral 2023cü il tarixli, 3-21-3-43/2-389/2023 nömrəli etiraz məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Rspublikası Nazirlər Kabinetinin 30 sentyabr 1996-cı il tarixli 32 saylı qərarının icrası ilə əlaqədar Astara Rayon İcra Hakimiyyəti Başçısının 29 yanvar 1997-ci il tarixli, 24 saylı sərəncamı ilə Astara rayon Çiləkəran sovxozunun ərazisindən Astara şəhər sakini X20 fərdi yaşayış evinin tikintisi üçün 0,06 hektar torpaq sahəsinin ayrılması qərara alınmış, sovxozun xx.xx.1997-ci il tarixli, 15 nömrəli əmrinə əsasən qeyd olunan torpaq sahəsi ayrılaraq 11 aprel 1997-ci il tarixli Aktla vətəndaşın (X23) istifadəsinə verilmiş, X14 həmin torpaq sahəsinə mülkiyyət hüququ xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********054, qeydiyyat nömrəsi ********** olan Seriya RX ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə təyin olunan 10/7617 nömrəli, xx.xx.2025-ci il tarixli ekspertiza rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3829/2024 saylı mütəxəssis rəyinə əsasən, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı qeran ila JN- 439A (KOD ********) saylı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə X16 və qeyrilərinin mülkiyyətlərinə verilmiş 0,06 ha torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********54 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü ilə X14 və qeyrilərinin ümumi birgə mülkiyyətində olan 0,0598 ha torpaq sahəsinin eyni əraziyə aid olmaması, Astara şəhərinin ayrı-ayrı yerlərində (orta hesabla 1150 m məsafə fərqi ilə) yerləşməsi müəyyən olunmuşdur. Beləliklə işin faktiki hallarından görünür ki, 26 oktyabr 2005-ci il tarixli alqı-satqı müqaviləsi ilə X22 tərəfindən JN-439 saylı “Şəhadətnamə” əsasında mülkiyyətində olan, 0.06 ha torpaq sahəsi vətəndaş X4. Həmin müqaviləni rəhbər tutaraq Məmmədov Rasim mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmişdir. Sözügedən İdarə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmiş və səbəb olaraq bildirmişdir ki, alqı-satqı predmeti olan JN-439 saylı şəhadətnamə ilə göstərilən 0.06 ha torpaq sahəsi həmin müqavilə üzrə əvvəlki hüquq sahibi olaraq X19 məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsidir. Faktiki olaraq müayinə olunan (iddiaçının iddia etdiyi) torpaq sahəsi isə Astara şəhəri, Ziya Bünyadov küçəsində yerləşməklə, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, **********54 reyestr nömrəli çıxarışla X14 və onun ailə üzvlərinin adına qeydiyyata alınmışdır. İddiaçı bununla razılaşmayaraq məhkəməyə müaricət etmiş və həmin - xx.xx.2019-cu il tarixli, **********54 reyestr nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin hallarını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki iddia tələbi iddiaçının hüquqi marağına uyğun gəlmir və iddiaçı xx.xx.2019-cu il tarixli, **********54 reyestr nömrəli çıxarışın ləğv edilməsini tələb etməkdə haqlı olmamışdır. Belə ki, 26 oktyabr 2005-ci il tarixli müqavilə üzrə iddiaçı tərəfindən alınan yer JN- 439A saylı şəhadətnamə ilə X14 mülkiyyətində olan torpaq sahəsidir. Yəni, iddiaçı sözügedən müqavilə ilə JN-439A saylı şəhadətnamə əsasında X14 mülkiyyətində olan torpaq sahəsini almışdır. Bu fakt iddiaçı tərəfindən də mübahisələndirilmir. Mübahisə sözügedən müqavilə ilə alınmış torpaq sahəsinin yeri ilə bağlıdır. İddiaçı hesab edir ki, o, həmin müqavilə ilə xx.xx.2019-cu il tarixli, **********54 reyestr nömrəli çıxarış üzrə X14 mülkiyyətində olan torpaq sahəsini almışdır. Başqa sözlə, iddiaçı hesab edir ki, 26 oktyabr 2005-ci il tarixli alğı-satqı müqaviləsi əsasında ona satılmış torpaq sahəsi ilə xx.xx.2019-cu il tarixli, **********54 reyestr nömrəli çıxarış üzrə müəyyən edilmiş torpaq sahəsi eyni ərazidir. Bununla bağlı aparılmış zəruri araşdırma nəticəsində əldə edilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, hazırki mübahsiə predmeti olan Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və **********54 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü ilə X14 və qeyrilərinin ümumi birgə mülkiyyətində olan 0,0598 ha torpaq sahəsi ilə 26 oktyabr 2005-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan JN-439A saylı şəhadətnamə əsasında X14 mülkiyyətində olan torpaq sahəsi ayrı-ayrı yerlərdə (orta hesabla 1150 m məsafə fərqi ilə) yerləşir. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış, 26 oktyabr 2005-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan JN-439A saylı şəhadətnamə əsasında deyil, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999cu il tarixli, 18 saylı qərarı ilə verilmiş **********0681 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədi əsasında hazırlanmışdır (tərtib edilmişdir). 26 oktyabr 2005-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan və iddiaçı tərəfindən alınan JN-439A saylı şəhadətnamə əsasında isə X14 adına xx.xx.2012-ci il tarixdə **********69-10301 reyestr nömrəli çıxarış verilmiş və xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsi X1. Yəni, müəyyən edilmişdir ki, Rasim Məmmədova satılan torpaq ilk öncə X14 adına 23 fevral 2012-ci il tarixində mülkiyyət hüququ qeydə alınmış və xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi ilə Rəsulova İntizar tərəfindən X3 və sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli müvafiq çıxarış verilmişdir. Bütün yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddiaçı xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında X14 adına mülkiyyət hüququ qeydə alınmış ünvan 1 ünvanda yerləşən 0,0598 ha torpaq sahəsinə iddia etmiş olsa da, həmin yerə dair hüquqi əsası yoxdur. Başqa sözlə, iddiaçının iddia etdiyi torpaq sahəsi ilə 26 oktyabr 2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında aldığı torpaq sahəsi eyni ərazi deyildir. İddiaçının iddia etdiyi ərazi ilə onun alqı-satqı müqaviləsi əsasında aldığı ərazi ayrı-ayrı yerlərdə (orta hesabla 1150 m məsafə fərqi ilə) yerləşir. Qeyd edilənlər iş materiallarında olan ekspertiza rəyi ilə də öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası yuxarıda göstərilən mülahizələri ümumiləşdirərək qeyd edir ki, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə X14 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,0598 ha torpaq sahəsinin, 26 oktyabr 2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında iddiaçıya satılmış 600 kv.m torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq və birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq belə qənaətə gəlir ki, iddiaçının sözügedən çıxarışın ləğv edilməsi barədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Bütün yuxarıda qeyd edilənlərdən çıxış edərək məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, inzibati icraat qaydasında iddianın mümkün hesab edilməsi üçün subyektiv hüquqlarının olması vacib şərtdir ki, həmin hüquq Qanundan və ya hər hansı inzibati aktdan yarana bilər. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu baxımdan məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən (qərarın ləğv edilməsi hissəsində) təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-1(120)-550/2023 saylı qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar