Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-902/2025 19.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Masallı Rayon İcra Hakimiyyəti başçısının Güllütəpə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə və X2 X1 sektoruna qarşı aktların etibarsız hesab edilməsi tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2-1(120)-4832/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Masallı Rayon İcra Hakimiyyəti başçısının Güllütəpə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə və X2 X1 sektoruna qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh orqanın hərəkətlərini qanunsuz hesab etməklə xx.xx.2021-ci il və xx.xx.2024-cü il tarixli aktların etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim R.Quliyeva) 28 noyabr 2024-cü il tarixli, 2- 1(120)-4832/2024 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan 06 yanvar 2025-ci il tarixdə iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 09 aprel 2025-ci il tarixli, 2- 1(106)-263/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2-1(120)-4832/2024 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 fevral 2025-ci il tarixli, 2-1(106)-263/2025 nömrəli qərardadının surəti poçt vasitəsi ilə 22 aprel 2025-ci il tarixdə İddiaçı təqdim edilmişdir. İddiaçı tərəfindən Şirvan İnzibati Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2- 1(120)-4832/2024 saylı qərardadından təkrar apellyasiya şikayəti verilmişdir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı tərəfindən Şirvan İnzibati Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2-1(120)-4832/2024 saylı qərardadından verilmiş ilkin apellyasiya şikayəti üzrə işə baxılaraq, şikayət təmin edilməmişdir. Buna baxmayaraq iddiaçı tərəfindən eyni qərardaddan təkrar apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. -85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. -89-cu maddəsinə (Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi) əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. -87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. Göründüyü kimi, iddiaçı tərəfindən Şirvan İnzibati Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2-1(120)-4832/2024 saylı qərardadından daha öncə apellyasiya şikayəti verilmiş, həmin apellyasiya şikayəti üzrə işə baxılaraq müvafiq qərardad qəbul edilmiş, qərardad qanuni qüvvəyə minmiş və kassasiya şikayəti verilməmişdir. Mövcud qanunvericilikdə eyni qərardan təkrar apellyasiya şikayəti vermək hüququ nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı: Şirvan İnzibati Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2-1(120)-4832/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-902/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-902/2025
19.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver