Məhkəmə qərarları › İş №2-1(106)-907/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-907/2025

26.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-907/2025 26.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhsul subsidiyasının ödənilməsindən imtina, sığorta müqaviləsinin olmaması) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “məhsul subsidiyasının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Hacıqabul rayonu, Qarasu Bələdiyyəsi ərazisində yerləşən 36.5 və 25 ha kənd təsərrüfatı təyinatlı torpaq (əkin) sahəsi üzərində İddiaçı (bundan sonra - iddiaçı) 50 il müddətinə icarə hüququ ##.##.2021-ci il tarixdə qeydiyyata alınmışdır. “xxxx Sığorta Şirkəti” ASC tərəfindən iddiaçıya ünvanlanmış 24.06.223-cü il tarixli məktubda qeyd edilmişdir ki, “...Payızlıq əkinlər üzrə sığorta müqavilələrinin rəsmiləşdirilməsi üçün ödənişlər ##.##.2023-cü il tarixinə qədər nəzərdə tutulmuşdur.” Aqrar Sığorta Fondu tərəfindən Məhkəməyə ünvanlanmış ##.##.2024-cü il tarixli **-*/*- ***/**** nömrəli məktubda qeyd edilmişdir ki, “...Məlumat üçün bildiririk ki, payızlıq əkinlər üzrə Fondun adından idarəedici qurum olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) ilə “SƏMA-İL” X6 MMC arasında ##.##.2024-cü il (##.##.2024-cü il tarixədək qüvvədə olan) BS-2024003906-MS, X2 arasında ##.##.2024-cü il (##.##.2024-cü il tarixədək qüvvədə olan) BS- 024002307-MS, X3 isə ##.##.2024-cü il tarixdə (##.##.2024-cü il tarixədək qüvvədə olan) BS2024003718-MS və ##.##.2024-cü il tarixdə (##.##.2024-cü il tarixədək qüvvədə olan) BS-**********-MS nömrəli sığorta şəhadətnamələri bağlanmışdır. Həmçinin, əlavə olaraq qeyd etmək istəyirik ki, sözügedən şəxslərlə əvvəlki illərin əkinləri üzrə sığorta müqavilələrinin bağlanmasına dair sms bildirişlərin göndərilməsinə baxmayaraq, hər hansı sığorta müqaviləsi bağlanmamışdır (sms bildirişlərin surətləri əlavə olunur).” Aqrar Sığorta Fondu tərəfindən Məhkəməyə ünvanlanmış ##.##.2026-cü il tarixli məktubda qeyd edilmişdir ki, “...2022-2023-cü il əkin ili üzrə iddiaçı X2 ilə Fond arasında sığorta müqaviləsi bağlanmamışdır.” İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində birinci icraat İddiaçılar “SƏMA-İL” KFT Məhdud Məsuliyyətli Cəmiyyəti, X4 və İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “SƏMA- İL” X6 MMC-yə 17138 manat, X4 13700 manat və İddiaçı 7920 manat olmaqla, cəmi 38758 manat məbləğində əkin məhsuluna görə subsidiyanın iddiaçılara ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, icarəsində olan torpaq sahəsində 2022-2023cü əkin ili üzrə buğda və arpa əkilmişdir. Səhhətində yaranmış problem ilə bağlı vaxtında sığorta müqaviləsi bağlamaq mümkün olmamışdır. Subsidiyanın ödənilməsi üçün müvafiq şərtlərə əməl edərək müraciət etsədə, əsasız olaraq imtian edilmişdir. Cavabdehin etirazları: Etiraz onunla əsaslandırılmışdır ki, “xxxx Sığorta Şirkəti” ASC-nin ## #### 2023-cü il tarixli **-*-*/*-Kol-***-**-**/**** nömrəli məktubuna əsasən payızlıq əkinlər üzrə sığorta müqavilələrinin rəsmiləşdirilməsi üçün ödənişlər ##.##.2023-cü il tarixinə qədər nəzərdə tutulmuşdur. Lakin həmin ödənişlər qeyd olunan tarixə qədər ödənilməmişdir. Buna görə də fermerə subsidiya ödənilməsi qanunvericiliklə mümkün deyil. İddiaçılar məhkəməyə müraciət edərkən ödənişlərin gecikmə səbəbinin səhhətində yaranmış problemlərlə bağlı olduğunu qeyd etmişdirlər. Lakin qeyd olunan “problemlərlə” bağlı iddiaçılar tərəfindən heç bir mötəbər sənəd (xəstəlik vərəqəsi) təqdim edilməmişdir, habelə X5 təqdim etdiyi sənəd onun ambulator müalicə olunduğunu göstərir. Bu hal isə şəxsin tibb müəssisəsindən kənar müalicə edildiyini təsdiq edir və bu hal şəxsin sığorta ödənişinin həyata keçirməsinə maneçilik törədə bilməz. Beləliklə sığorta ödənişini həyata keçirmək üçün kifayət qədər vaxt və imkan olduğu halda ödəniş müqavilədə göstərilən müddəti ötürdükdən sonra həyata keçirilmişdir. 2020-ci il # ###### tarixindən etibarən subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydasə”na uyğun olaraq EKTİS üzərindən həyata keçirilir. Həmin Qaydanın 3.1-1-ci bəndinə əsasən fermerə istifadəsində olan 10 hektar və daha çox torpaq sahəsində (sahələrində) bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq yaradılan X7 təsdiq etdiyi siyahıya daxil edilmiş sığortalanmalı olan bitkinin becərilməsinə görə əkin subsidiyası bu Qaydanın tələblərinə əsasən sığorta müqaviləsi bağlandıqdan sonra verilir. Qaydanın 2.4-cü bəndinə müvafiq olaraq X7 2022-ci il # ###### tarixli Qərarına əsasən 2023cü ildə əkin subsidiyasının verilməsi üçün “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq sığortalanmalı olan bitkilərə buğda, arpa, qarğıdalı, çəltik, çay, limon və fındıq bitkiləri aid edilmişdir. Həmçinin, “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən aqrar sığorta məhsulunun aqrar sığortalıya tətbiqi sığorta qaydalarına əməl etməklə onunla bağlanan aqrar sığorta müqaviləsi əsasında həyata keçirilir. Qeyd olunan maddənin məzmunundan da aydın olur ki, sığortanın tətbiqi sığorta müqaviləsinin rəsmiləşdirilməsi ilə həyata keçirilir. İddiaçı isə müqavilənin şərtlərinə əməl etmədiyi üçün həmin müqavilə qüvvəyə minməmiş və nəticədə subsidiya ödənilməsi qeyri-mümkün olmuşdur. Şirvan İnzibati Məhkəməsinin ## ######## 2024-cü il tarixli *-*(***)-****/**** saylı qərarı (hakim Şahəli Musayev) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin ## ######## 2024-cü il tarixli *-*(***)-****/**** saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat Şirvan Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)- ***/**** saylı qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. c) birinci instansiya məhkəməsində ikinci icraat İddiaçı cavabdehə qarşı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “iddiaçılar sırasından “Səma-İI” KFT MMC-nin və X4 çıxarılmasını, həmçinin iddia tələbinin dəyişdirilərək “ona (yəni İddiaçı) Hacıqabul rayonu, Qarasu kənd ərazisindən ##.##.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ayrılmış 25 ha torpaq sahəsinə və ##.##.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ayrılmış 36.5 ha torpaq sahəsinə dair 2023-cü il üzrə subsidiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarı (hakim Hilal Nəcəfov) ilə iddia təmin edilmiş, Hacıqabul rayonu, Qarasu kənd ərazisindən ##.##.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ayrılmış 25 ha torpaq sahəsinə və ##.##.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ayrılmış 36.5 ha torpaq sahəsinə dair 2023-cü il üzrə subsidiyanın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulmuşdur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2020-ci il # ###### tarixindən etibarən subsidiyaların verilməsi “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq “Elektron kənd təsərrüfatı” informasiya sistemi (EKTİS) üzərindən həyata keçirilir. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaqdan istifadə hüququnu təsdiq edən sənədi, proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti), sığortalanmalı olan bitkilərə münasibətdə isə həmçinin sığorta müqaviləsinin nömrəsini EKTİS-ə daxil etməlidirlər. Həmin Qaydanın 3.1-1-ci bəndinə əsasən fermerə istifadəsində olan 10 hektar və daha çox torpaq sahəsində (sahələrində) bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq yaradılan X7 təsdiq etdiyi siyahıya daxil edilmiş sığortalanmalı olan bitkinin becərilməsinə görə əkin subsidiyası bu Qaydanın tələblərinə əsasən sığorta müqaviləsi bağlandıqdan sonra verilir. Qaydanın 1.2.9-cu yarımbəndinə görə əkin subsidiyası - fermerlərə əkin və çoxillik əkmələrin altında olan torpaqlarda həmin torpaqların məqsədli təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, aqrotexniki xidmətlərdən istifadə edilməsinə, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına, habelə qurulmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiyadır. Qaydanın 2.4-cü bəndinə müvafiq olaraq X7 2022-ci il # ###### tarixli Qərarına əsasən 2023-cü ildə əkin subsidiyasının verilməsi üçün “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq sığortalanmalı olan bitkilərə buğda, arpa, qarğıdalı, çəltik, çay, limon və fındıq bitkiləri aid edilmişdir. Qaydanın 5.1-ci bəndinə əsasən subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə monitorinqlər aparılır. Qaydanın 5.2ci bəndinə əsasən bəyan edilmiş əkin sahəsinə, çoxillik əkmələrə və dincə qoyulmuş torpaq sahələrinə görə hesablanan məbləğ monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğdən çox olduqda, eləcə də fərq 50 faizdən artıq olarsa, cari il və sonrakı il ərzində həmin fermerə subsidiya ödənilmir. Qaydanın 5.5-ci bəndinə əsasən fermerin cari ildə istifadə etdiyi subsidiyanın məbləği monitorinq əsasında bu Qaydanın 5.2-ci bəndinə uyğun olaraq müəyyən edilmiş məbləğdən artıq olarsa, həmin vəsaiti fermer Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə geri qaytarır. Bu vəsait geri qaytarılmadıqda, növbəti illərdə ödəniləcək subsidiyaların məbləği həmin vəsaitin məbləği qədər azaldılır. X2 2021-2022-ci əkin ilinə dair EKTİS sisteminə daxil edilmiş məlumatlara əsasən aparılmış monitorinq zamanı onun bəyan etdiyi 25 hektar buğda əkin sahəsində faktiki olaraq 19 hektar arpa bitkisinin əkildiyi aşkar edilmişdir. Bu hal yalan bəyan kimi qiymətləndirilmiş və nəticə etibarilə fermer 2021-2022 və 2022-2023 əkin illəri üzrə subsidiyadan məhrum edilmişdir. Bundan əlavə, 2023-cü il üzrə həmin 25 hektar torpaq sahəsində aparılmış payızlıq buğda əkininə dair kənd təsərrüfatı sığortası müqaviləsi bağlanmadığı üçün subsidiyanın ödənilməsi qanunvericiliklə mümkün olmamışdır. Eyni zamanda, iddiaçı 2023-cü il subsidiya dövrü üçün təqdim etdiyi subsidiya müraciətini öz təşəbbüsü ilə EKTİS üzərindən geri götürmüşdür. Qaydanın tələblərinə əsasən subsidiya müraciəti geri götürüldükdə, həmin əkin sahəsi üzrə subsidiyanın hüquqi əsası yaranmır. Beləliklə, 25 hektar torpaq sahəsi üzrə iddiaçının 2023-cü il üçün subsidiya tələbi qanunvericiliyə əsasən əsassızdır. Oxşar hal 36.5 hektar torpaq sahəsinə də aiddir. Həmin sahənin 17 hektarında arpa, 19.5 hektarında isə buğda əkini aparılmış, lakin sığorta müqaviləsi bağlanmamışdır. Qaydanın 3.1- 1-ci bəndinə əsasən fermerə istifadəsində olan 10 hektar və daha çox torpaq sahəsində (sahələrində) bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq yaradılan X7 təsdiq etdiyi siyahıya daxil edilmiş sığortalanmalı olan bitkinin becərilməsinə görə əkin subsidiyası bu Qaydanın tələblərinə əsasən sığorta müqaviləsi bağlandıqdan sonra verilir. Sığorta müqaviləsi təqdim edilmədiyinə görə 36.5 hektar sahə üzrə də subsidiya hüququ qanunvericiliyə əsasən yaranmır. Məhkəmə qərarında bildirmişdir ki, “Qayda”nın 2.8.3-cü və 2.8.4 cü yarımbəndlərində nəzərdə tutulmuş subsidiyaların verilməsinin və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanın həyata keçirilməsini, habelə subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemlərin araşdırılmasını və onların həlli barədə Agentliyə təkliflərin verilməsini təsdiq edən hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Əvvəla, qeyd edilən 2.8.3 və 2.8.4cü yarımbəndlərdə sadalanan funksiyalar inzibati xarakterli təşkilati və nəzarət tədbirləridir. Həmin bəndlər subsidiyanın verilməsi üçün hüquqi əsas yaradan şərtlər deyil. Yəni, bu tələblər fermerin subsidiya hüququna deyil, sistemin ümumi fəaliyyətinin təşkilinə yönəlib. Buna görə də, həmin bəndlər üzrə sübut təqdim edilməməsi subsidiyanın hüquqi əsassızlığını aradan qaldırmır və iddiaçının xeyrinə hüquqi nəticə doğura bilməz. İkincisi, Agentlik tərəfindən aparılmış monitorinq hesabatları, EKTİS məlumat çıxarışları və sığorta müqavilələrinin yoxlanması barədə sistem məlumatları əslində həmin məlumatlandırma və nəzarət funksiyalarının yerinə yetirildiyini dolayısı ilə təsdiq edir. Üçüncüsü, Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM-lər) tərəfindən mütəmadi olaraq fermerlərlə məlumatlandırma görüşləri və maarifləndirici tədbirlər keçirilmiş, bu fəaliyyətlər Kənd Təsərrüfatı Nazirliyinin və Agentliyin rəsmi saytında əks olunmuşdur. Buna görə də, “məlumatlandırma aparılmayıb” iddiası əsassızdır. Apellyasiya şikayətinə etirazlar: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər və səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı iddiaya uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, subsidiyanın verilməsi ilə bağlı qardaşı X4 məşğul olmuşdur. Qardaşı xəstə olduğu üçün vaxtında sığorta müqaviləsi bağlanmamışdır. Sonda İddiaçı şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydası: 1.1. Bu Qayda kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsinin mexanizmini və şərtlərini müəyyən edir.

2. Subsidiyaların verilməsinin təşkili 2.1. Fermerlərə subsidiyaların verilməsinin təşkili bu Qaydaya və xidmət reqlamentlərinə müvafiq həyata keçirilir. 2.2. Aqrar sahədə subsidiyaların tətbiqi ilə bağlı qərarları qəbul edən Şura yaradılır. Şura sədr də daxil olmaqla 9 üzvdən - Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirindən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (2 nəfər), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin (1 nəfər), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (1 nəfər), Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin (1 nəfər) və yerli fermerlər assosiasiyasının (1 nəfər) nümayəndələrindən ibarətdir. Şuraya rəhbərliyi Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri həyata keçirir. 2.4. Şura hər il yanvarın 15-dək aşağıdakılar barədə qərarlar qəbul edir və bu barədə ictimaiyyəti məlumatlandırır: 2.4.1. əkin subsidiyasının tətbiqi üçün vahid əkin sahəsi elan edilən yerlərin siyahısının, regionlar üzrə bitkilərin siyahısının və onlara tətbiq edilən əkin əmsallarının, avans məbləğinin, subsidiyanın tətbiqi dövrünün, həmçinin “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aqrar sığorta predmetinə aid bitkilərdən sığortalanması tələb olunanların (bundan sonra – sığortalanmalı olan bitkilər) siyahısının (bu Qaydanın 2.5-1-ci bəndi nəzərə alınmaqla) və onların əkin sahələrinin minimum ölçüsünə dair tələblərin təsdiqi; 2.4.1-1. dincə qoyulmuş torpaq subsidiyasının tətbiqi üçün ərazilərin siyahısının, həmin ərazilərin ardıcıl becərilmə dövrlərinin və onlara tətbiq edilən dincə qoyulmuş torpaq əmsallarının təsdiqi; 2.4.1-2. bağçılıq subsidiyasının tətbiqi üçün regionlar üzrə bitkilərin siyahısının, onlara tətbiq edilən əkin əmsallarının, avans məbləğinin, bağın salınması və subsidiyanın tətbiqi dövrünün, sığortalanmalı olan bitkilərin siyahısının (bu Qaydanın 2.5-1-ci bəndi nəzərə alınmaqla) və onların əkin sahələrinin minimum ölçüsünə dair tələblərin təsdiqi

3. Bitkiçilik sahəsi üzrə subsidiyaların verilməsi 3.1-1. Bu Qaydanın 2.4.1-ci və 2.4.1-2-ci yarımbəndlərinə uyğun olaraq Şuranın təsdiq etdiyi siyahıya daxil edilmiş sığortalanmalı olan bitkinin minimum ölçüdən az olmayan əkin sahəsində becərilməsinə görə əkin və bağçılıq subsidiyaları bu Qaydanın tələblərinə əsasən, sığorta müqaviləsi bağlandıqdan sonra verilir.

“Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu: 6.5. Aqrar sığorta məhsulunun aqrar sığortalıya tətbiqi sığorta qaydalarına əməl etməklə onunla bağlanan aqrar sığorta müqaviləsi əsasında həyata keçirilir. 6.6. Aqrar sığorta müqaviləsi sığortalı və idarəedici qurum tərəfindən yazılı formada bağlanır. Aqrar sığorta müqaviləsi elektron sənəd formasında da bağlana bilər. Sığorta müqaviləsi üzrə aqrar sığortalı tərəfindən sığorta haqqının ödənilməsi aqrar sığortalının müvafiq sığorta qaydaları və sığorta müqaviləsinin şərtləri ilə tanış olmasını, həmin qaydalar və şərtlərlə razılaşdığını, həmçinin sığorta müqaviləsinin bağlanması faktını təsdiqləyir. Aqrar sığorta müqaviləsi aqrar sığorta informasiya sistemində qeydə alınır.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kənd təsərrüfatı məhsulları arasında qiymət disproporsiyasının aradan qaldırılması (zəiflədilməsi) zərurətinə görə həyata keçirilən, sahibkarlıq subyektlərinin inkişafına dəstək olmaq, onların maliyyə yükünü azaltmaq və iqtisadi fəaliyyətlərini genişləndirmək, kənd təsərrüfatı məhsulları üzrə istehsal xərclərini tənzimləmək, fermerlərin gəlirliliyini artırmaq, ərzaq məhsullarının qiymətlərini stabilləşdirmək və lazım olan qədər ərzaq məhsulları istehsalını təşviq etmək məqsədilə dövlət tərəfindən göstərilən yardımın verilməsindən mexaniki səhvlərə görə imtina halını məhkəmə əsassız hesab edir. “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan tərəfindən imtina verilməzdən əvvəl müvafiq icraat tam aparılmalı, yol verilən formal xətaların aradan qaldırılmasında vətəndaşlara kömək göstərilməlidir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Məhkəmə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və qəbul etdiyi məhkəmə aktı ilə bağlı aşağıdakıları qeyd edir. X7 2022-ci il # ###### tarixli Qərarına əsasən 2023-cü ildə əkin subsidiyasının verilməsi üçün “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq sığortalanmalı olan bitkilərə buğda, arpa, qarğıdalı, çəltik, çay, limon və fındıq bitkiləri aid edilmişdir. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 6.5 və 6.6-cı maddələrinə əsasən aqrar sığorta məhsulunun aqrar sığortalıya tətbiqi sığorta qaydalarına əməl etməklə onunla bağlanan aqrar sığorta müqaviləsi əsasında həyata keçirilir. Aqrar sığorta müqaviləsi sığortalı və idarəedici qurum tərəfindən yazılı formada bağlanır. İşin araşdırılması ilə müəyyən edilmişdir ki, iddiaçı ona edilmiş xəbərdarlığa baxmayaraq, subsidiya tələb etdiyi əkin sahələrinə görə 2022-2023-cü il əkin ili üzrə sığorta müqaviləsi bağlamamışdır. Birinci instansiya məhkəməsi bu halı formal xəta kimi qiymətləndirilmişdir. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydasının 3.1-1-ci bəndinə əsasən bitkiçilik sahəsi üzrə subsidiya Qaydanın 2.4.1-ci və 2.4.1- 2-ci yarımbəndlərinə uyğun olaraq Şuranın təsdiq etdiyi siyahıya daxil edilmiş sığortalanmalı olan bitkinin minimum ölçüdən az olmayan əkin sahəsində becərilməsinə görə əkin və bağçılıq subsidiyaları bu Qaydanın tələblərinə əsasən sığorta müqaviləsi bağlandıqdan sonra verilir. Göründüyü kimi həmin tələb qanunvericilkdə məcburi şərt kimi nəzərdə tutulmuşdur. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında sığorta müqaviləsinin bağlanmamasını bu işlər ilə qardaşının məşğul olmasını və qardaşının xəstə olduğu üçün sığorta müqaviləsi bağlanmamasını bildirmişdir. Həmin məsələyə münasibətdə bildirilir ki, “Sabirabad Rayon Məkəzi Xəstəxanası” PHŞ tərəfindən verilmiş ##.##.2024-cü il tarixli “Ambulator xəstənin tibb kartasından çıxarış”dan görünür ki, X4 ##.##.2023-##.##.2023-cü il tarixlərdə ambulator müalicə almışdır (1-cild səh 96). Digər qardaş X4 ambulator müalicə alması hazırkı iddiaçıya qanunun tələb etdiyi sığorta müqaviləsini bağlamamaq kimi güzəşt vermir. Hətta, müalicə alan şəxs iddiaçı olmuş olsa idi belə, nəzərə alınardı ki, müalicə ambulator şəraitdə həyata keçirilmişdir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə haqlı mövqe sərgiləməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar