Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-908/2025 14.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi XXX Nümayəndə2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli, 2-1(120)-2471/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, hüququnun yarandığı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 29 sentyabr 2025-ci il tarixli, 2- 1(120)-2471/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 60 yaşdan (xx.xx.2022-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında göstərilən vəzifələrdə çalışması ilə əlaqədar 12 il 6 aydan artıq güzəştli iş stajına malik olmuşdur. Müvafiq dövrlər üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Qərardan cаvаbdеh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 29 iyun 2022-ci il tarixə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi və ötən dövr üçün ona ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh 26 noyabr 2024-cü il tarixli, 3-17-1/2-B-289580/2024 məktubu ilə xahişini yerinə yetirməkdən imtina etmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarımbəndində (a) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri, rəhbərlər və mütəxəssislər yarımbəndində (b) isə qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş "Azərenerji” ASC X3 Şəbəkəsi MMC-nin İddiaçı dair xx.xx.2024-cü il tarixli 13-9-119/A/xx/xx/2024 nömrəli arayışında xx.xx.1983-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində X2 Mühafizə və İzolyasiya xidmətində elektrik montyoru, xx.xx.1987-xx.xx.1989-cü il tarixləri arasındakı dövr ərzində usta, xx.xx.1989-01,08.2001ci il tarixləri arasındakı dövr ərzində elektrik montyoru, xx.xx.2001-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində RMİ xidmətində elektrik montyoru, xx.xx.2002- xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-nin RMADTİV və Rabitə xidmətində elektrik montyoru, xx.xx.2004-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində usta, xx.xx.2007xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində RMADTİVX üzrə usta, və 01,05.2014-cü il tarixdən hazırki tarixədək "xxxx" MMC-nin RMA xidmətində usta vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi X2 Mühafizə və İzolyasiya və RMİ, "xxxx" MMC-nin RMADTİV, Rabitə və RMADTİVX və "xxxx" MMC-nin RMA xidmətlərinin fəaliyyət sahələri yuxarıda qeyd olunan qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət sahəsinə, həmçinin qazanxana, turbin (qaz turbini), yanacaqgötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinə aid deyildir. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı yoxdur. İddiaçının ümumi iş stajı 43 il 5 ay 2 gün (01.01,2006-cı il tarixədək 24 il 5 ay 2 gün (xx.xx.1980-xx.xx.1982-ci il (hərbi xidmət dövrü), xx.xx.1983-xx.xx.2002-ci il, xx.xx.2002xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 19 il) təşkil edir, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı xx.xx.2025-ci il tarixə 75374,67 manat təşkil edir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri imtina aktı və iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş, şikayətin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; -4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. -4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. -4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1962-ci ildə İmişli şəhərində anadan olmuşdur. -НЗ ******* nömrəli hərbi biletinin surətindən görünür ki, İddiaçı xx.xx.1980-cı il tarixdən 30.11,1982-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. -ИТ-İ № ******* nömrəli, xx.xx.1986-cı il tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.2014-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. -“X3 Şəbəkəsi” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 13-9- 119/A/xx/xx/2024 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı xx.xx.1983-cü il tarixli 484 saylı əmrlə xx.xx.1983-cü il tarixdən xx.xx.1987-ci il tarixədək X2 Mühafizə və İzolyasiya xidmətində elektrik montyoru, xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək 586 saylı əmrlə həmin xidmətdə usta, xx.xx.1989-cu il tarixdən xx.xx.2001-ci il tarixədək həmin xidmətdə elektrik montyoru, xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 15-2 saylı əmrlə X2 RMİ xidmətinə elektrik montyoru, “X4 X1” MMC-nin xx.xx.2002-ci il tarixli 10k-33 saylı əmri ilə xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək İmişli YGEŞR-da RMADTİV və Rabitə xidmətində elektrik montyoru, xx.xx.2004-cü il tarixli 21 k-3 saylı əmrlə xx.xx.2004- cü il tarixdən xx.xx.2007-ci il tarixədək həmin xidmətdə usta, xx.xx.2007-ci il tarixli 08-29 saylı əmrlə xx.xx.2007-ci il tarixdən xx.xx.2014-cü il tarixədək “imişli YGEŞ’’MMC-nin RMADTİVX üzrə usta, 201K saylı əmrlə xx.xx.2014-cü il tarixdən hal-hazıradək "xxxx"MMC-nin RMA xidmətində usta işləyir. İddiaçı xx.xx.1983-cü ildən halhazıradək işlədiyi idarələr güc təsərrüfatına aiddirlər. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 40 il 11 ay 15 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Bu vəzifədə işləyən elektrik montyorlarının vəzifə öhdəliklərinə daim nominal gərginlik altında olan 330kV və daha yüksək elektrik cərəyanı xətlərinin, cərəyan transformatorlarının, gərginlik transformatorlarının, əlaqəli avadanlıq və qurğuların sınağı və izolyasiya səviyyəsinin ölçülməsi və s. daxildir. Ağır və zərərli iş şəraitinə görə bu vəzifədə çalışdığı müddətdə İddiaçı əməkhaqqına 10 faizlik əlavə ödənilmişdir. Qeyd edilən sahədə (330 kV və daha yüksək gərginlik xətləri ilə bağlı güc istehsalat sahəsi) əmək fəaliyyəti dövründə elektrik montyoru işlədiyi vəzifənin peşə xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəİİ Siyahısı”nın Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar və güc təsərrüfatı bölməsində 2140000a—19834 kodu ilə qeyd edilmiş gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü gurguların sınağı və ölçülməsi üzrə elektrik montyorları (nominal gərginlik altında olan) vəzifəsinin peşə xüsusiyyətləri ilə eynilik təşkil edir. Bu vəzifədə işləyən elektrik montyorları üçün zərərli əmək şəraiti aşağıdakılardır; Yüksək gərginliklə bağlı həyat üçün birbaşa təhlükə, açıq hava şəraitində atmosfer şəraitinin-yüksək və aşağı temperaturun və hava nəmliyinin birbaşa təsiri, yüksək gərginlikli elektrik xətləri ətrafında daim mövcud olan yüksək intensivlikli maqnit sahəsinin orqanizmə mənfi təsiri, yüksəklikdə işləmə və s. -“X3 Şəbəkəsi” MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 13-9-119/2-27/2025 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı xx.xx.1983-cü il tarixdən hal-hazıradək yüksək gərginlikli 330/230/110/35/10 kv-luq “İmişli" y/st-da Rele mühafizəsi və Avtomatika xidmətində elektrik montyoru və usta vəzifəsində işləyərək zərərli işə görə 8% əlavə əmək haqqı alır. Hal-hazırda işləyir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01 2007-ci il tarixli 12 saylı qərarında təsdiq olunmuş 24 ”a” bəndində 330 kv-luq açıq paylayıcı qurğularda, yüksək gərginlikli bölüşdürücü qurğularda cərayan transfarmatoru, gərginlik transfarmatoru və başqa avadanlıqların sınağı və ölçülməsi üzrə elektrik montyoru, usta vəzifəsində işləmişdir. -“X3 Şəbəkəsi” MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 13-9- 119/2-59/2025 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı xx.xx.1983-cü il tarixdən hal-hazıradək gərginliyi 330/230/110/35/10 kv-luq, gücü 780 MVA (X5) olan yarımstansiyada elektrik montyoru, usta vəzifələrində işləmişdir. Qeyd edilən sahədə (330 və yüksək gərginlikli xətləri ilə bağlı güc istehsalat sahəsi) əmək fəaliyyəti dövründə elektrik montyoru işlədiyi vəzifənin peşə xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 32 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa,qocalığa görə güzəştli şərtlərlə” pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısının Xİİİ.Elektrik stansiyaları, enerjiqatarları, buxar və güc təsərrüfətı bölməsində 2140000a-19834 kodu ilə qeyd edilmiş gərginlik altında olan 330 kv və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik montyorları (nominal gərginlik altında olan) vəzifəsinin peşə xüsusiyyətləri ilə eynilik təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının çalışdığı peşənin sahə uyğunsuzluğu ilə bağlı yeganə dəlilinə münasibətdə qeyd edir ki, inzibati orqan sahə uyğunsuzluğunu iddiaçının məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) a) yarımbəndində nəzərdə tutulmuş qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri, rəhbərlər və mütəxəssislər və b) yarımbəndində nəzərdə tutulmuş qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları vəzifələri ilə müqayisə etmişdir və təbii ki, bu cür müqayisə iddiaçının çalışdığı sahə ilə uyğunsuzluq təşkil edir. Başqa sözlə inzibati orqan iddiaçının çalışdığı peşəni sözügedən Siyahının uyğun bəndləri ilə deyil, fərqli sahə üzrə bölmələrlə müqayisə etmişdir. İnzibati orqan nəzərə almamışdır ki, iddiaçının çalışdığı sahə elektrik şəbəkəsidir və müəyyən dövrlərdə elektrik mantyoru və usta peşələrində işləmişdir. Siyahının 24-cü bölməsinin adından görünür ki, bu bölmədə həm Elektrik stansiyaları, həm də enerji qatarları, buxar və güc təsərrüfatı üzrə peşələr nəzərdə tutulmuşdur ki, iddiaçının çalışdığı peşə enerji qatarları, buxar və güc təsərrüfatı üzrə peşələrlə deyil, Elektrik stansiyalarında nəzərdə tutulmuş peşələrlə müqayisə edilməlidir. İşdən görünür ki, iddiaçı xx.xx.1983-xx.xx.1987-ci il, xx.xx.1989-xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2002-ci, xx.xx.2002-xx.xx.2004-cü illər aralığında elektrik montyoru peşəsində çalışmışdır ki, bu dövr ümumilikdə 12 il 6 aydan artıqdır və bu peşə həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 32 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə” pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısının Xİİİ bölməsində 2140000a-19834 kodu ilə qeyd edilmiş peşələrlə, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24-cü bölməsinin a) bəndinin 35-ci abzasında nəzərdə tutulmuş peşələrlə eynilik təşkil edir ki, bu hal iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi hüququ verir. İddiaçının xx.xx.1987-xx.xx.1989-cu, xx.xx.2004-xx.xx.2007-ci, xx.xx.2007xx.xx.2014-cü illər aralığında və xx.xx.2014-cü il tarixdən hal-hazıradək çalışdığı usta peşəsi yuxarıda qeyd olunan Siyahıların Elektrik stansiyalarına aid bəndlərində nəzərdə tutulmadığından güzəştli iş stajı kimi nəzərdə alınmasa da belə, onun elektrik mantyoru peşəsi üzrə iş stajı 12 il 6 aydan artıq olduğundan usta peşəsinin nəzərə alınmaması onun hüquqi marağı baxımından məhdudiyyət yaratmır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli, 2-1(120)-2471/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-908/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-908/2025
14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver