Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-909/2025 02.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: göndərişdə əks olunmuş diaqnozun təsdiqlənməməsi; əlilliyin təyin edilməsindən imtina) Şirvan Apellyasiya Məhkəməsinin Inzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət Ilham oğlunun katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Iddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi X1rşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Işin halları: Sabirabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçıya əsas diaqnoz: I20.8- Stenokardiyanın digər formaları, gərginlik stenokardiyası III FS.; Ağırlaşmalar: I25.2- Əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz, I49.3- Mədəciklərin erkən depolyarizasiyası, I50.0- Durğunluq ürək çatmamazlığı, QDÇ II mərhələ. ÜÇ II F.S (NYHA II), Yanaşı xəstəliklər: E11.5- Insulindən asılı olmayan şəkərli diabet, periferik qan dövranının pozğunluğu ilə, şəkərli diabet ikinci tip, I11.0- [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], hipertoniya xəstəliyi II mərhələ, I83.1- Aşağı ətraf venalarının iltihabı proseslə birgə müşahidə olunan varikoz genəlməsi, ödemli indurativ hiperpiqmentasiya tez-tez təkrarlanan trofiki var, I87.2- (Xroniki) (periferik) venoz çatmamazlıq, XVÇ III dərəcə (V sinif CEAP), I83.9- Aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi, aşağı ətrafların varikoz xəstəliyi. Sağ BDV və KDV varikozu, I70.2- Ətraf arteriyalarının aterosklerozu, ateroskleroz ayağ arteriyalarının stenozu, Z95.5- Koronar angioplastik implantatın və transplantatın olması, angioplastikadan sonrakı hal diaqnozu müəyyən edilərək ##.##.2024-cü il tarixli S********GGH nömrəli göndəriş rəsmiləşdirilmişdir. Sabirabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib edilmiş ##.##.2024-cü il tarixli S********GGH nömrəli göndəriş cavabdeh tərəfindən qiymətləndirilmiş və ##.##.2024-cü il tarixli “Əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmişdir. Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” X1 tərəfindən verilmiş ## ####### 2024-cü il tarixli T***/**** nömrəli rəyin nəticə hissəsində qeyd edilmişdir ki, “...İddiaçı Salyan Rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsində 08.01- ##.##.2024-cü il tarixlərdə “Əsas xəstəlik: I20.8-Stenokardiyanm digər formaları. Gərginlik stenokardiyası III f.s. I25.2- Infarktdan sonrakı kardioskleroz; Əsas xəstəliyin ağırlaşması: I50.3- QDÇ II mərhələ. Ü.Ç. II F.S. (NYHA II). 149.3- Mədəciklərin depolyarizasiyası; Yanaşı xəstəliklər: I11-Hipertoniya xəstəliyi II mərhələ. Z95.5- Angioplastikadan sonrakı hal” diaqnozu ilə müalicə və müayinədə olmuşdur. O, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. Diaqnoz ona stasionarda anamnestik, klinik və funksional diaqnostik müayinələrinin nəticələri əsasında qoyulmuş və müalicə tədbirləri xəstəliyin dinamikası uyğun aparıldığından səmərəliliyi, və klinik proqnozu qənaətbəxş olmuş və onun əmək fəaliyyətinin itirilməsi TSEK-in ekspertləri tərəfindən 0% qeyd edilmişdir. Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnozla əlaqədar zərurət yarandıqda əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) cəlb oluna bilər.” Səhiyyə Nazirliyi “Akademik C.M.Abdullayev adına Elmi-X6” X1 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçı məhkəmə qərardadının icrası ilə bağlı müayinə olunmuş və ona “ÜIX: Stabil gərginlik stenokardiyası II fs. Koronar angioplastikadan sonrakı vəziyyət (2016, 2024). Arterial hipertoniya III dər.” diqanozu qoyulmuşdur. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Iddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Tibbi-sosial ekspert komissiyasının ##.##.2024-cü il tarixli *******0007 nömrəli qərarının ləğv olunması və həmin tarixdən ona ümumi xəstəlik səbəbi ilə müddətsiz müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçının əsaslandırması: Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.2006-cı il tarixdə TSEK tərəfindən ümumi xəstəlik səbəbindən ona II dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli *** saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müddətinin müəyyən edilməsinə dair” Əsasnamənin 4.2-ci bəndinə əsasən ll dərəcə əlillik fasiləsiz olaraq 10 il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Təqdim olunan sənədlərdən görünür ki, təxminən 15 ildir ki, II dərəcəli əlildir. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etirazda qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının ##.##.2023-cü il tarixli göndərişi əsasında baxılmış, diaqnozun mətni: “Stenokardiyanın digər formaları, ÜIX Gərginlik stekonardiyası. III f/s. [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Hipertoniya xəstəliyi II mərhələ. Infarktdan sonrakı kardioskleroz.., Məzkəzə göndərilmənin Imtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Status lokalislə xəstəliyin ağırlaşması arasında uyğunsuzluq mövcuddur..” əsası ilə Mərkəzə geri göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının ##.##.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Stenokardiyanın digər formaları, gərginlik stenokardiyası III FS. Durğunluq ürək çatmamazlığı, QDÇ II mərhələ. ÜÇ II F.S (NYHA İ..İ)Mərkəzə göndərilmənin Imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Ixtisaslaşmış müəssisədə mualicə almağı məsləhət görülür.. səbəbi ilə imtina verilmişdir. Ekspert rəyi tam olmadığı halda mübahisələndirilən qərar qəbul edilmişdir. Göndərişdə qeyd olunan diaqnozda ağırlaşmaların öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Apellyasiya şikayətinə etirazlar: Apellyasiya şikayətinə etirazın dəlilləri iddianın dəlilləri ilə eynilk təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. ... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: ... 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya * nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya * nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 1.6. Bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir.
2. Göndərişin verilməsi qaydası
2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. ... 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FIN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir. ... 2.8. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”:
1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; ... 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları
2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. ... 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”
2.2. Ürəyin işemik xəstəliyi I20 - I25 Qiymətləndirmə 2.2.1. ÜDS-nin mülayim disfunksiyası: stenokardiya 35-60 1 il və ya ağrısız işemiya FS III (50 Vatt və ya 2-3,9 METs); XÜÇ IIA mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda 2.3. Ürəyin xroniki işemik xəstəliyi I25 Ürək çatışmazlığı I50 Ürək ritminin digər pozuntuları I49 Qiymətləndirmə 2.3.1. ÜDS-nin mülayim disfunksiyası: FS III, XÜÇ IIA 35-60 1 il mərhələ
Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, göndərişdə qeyd edilmiş xəstəliklər işdə olan sübutlarla təsdiqinin tapır və bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əsasnaməyə əsasən əlillik təyinatına əsas verir. Işin müəyyən edilmiş hallarından görünür ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçıya əsas diaqnoz: I20.8- Stenokardiyanın digər formaları, gərginlik stenokardiyası III FS.; Ağırlaşmalar: I25.2- Əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz, I49.3- Mədəciklərin erkən depolyarizasiyası, I50.0- Durğunluq ürək çatmamazlığı, QDÇ II mərhələ. ÜÇ II F.S (NYHA II), Yanaşı xəstəliklər: E11.5- Insulindən asılı olmayan şəkərli diabet, periferik qan dövranının pozğunluğu ilə, şəkərli diabet ikinci tip, I11.0- [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], hipertoniya xəstəliyi II mərhələ, I83.1- Aşağı ətraf venalarının iltihabı proseslə birgə müşahidə olunan varikoz genəlməsi, ödemli indurativ hiperpiqmentasiya tez-tez təkrarlanan trofiki var, I87.2- (Xroniki) (periferik) venoz çatmamazlıq, XVÇ III dərəcə (V sinif CEAP), I83.9- Aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi, aşağı ətrafların varikoz xəstəliyi. Sağ BDV və KDV varikozu, I70.2- Ətraf arteriyalarının aterosklerozu, ateroskleroz ayağ arteriyalarının stenozu, Z95.5- Koronar angioplastik implantatın və transplantatın olması, angioplastikadan sonrakı hal diaqnozu müəyyən edilərək ##.##.2024-cü il tarixli S********GGH nömrəli göndəriş rəsmiləşdirilmişdir. Iddiaçı barəsində tərtib edilmiş ##.##.2024-cü il tarixli S********GGH nömrəli göndəriş qiymətləndirilmiş və ##.##.2024-cü il tarixli “Əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmişdir. Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” X1 tərəfindən verilmiş ## ####### 2024-cü il tarixli T***/**** nömrəli rəyin nəticə hissəsində qeyd edilmişdir ki, “...İddiaçı Salyan Rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsində 08.01- ##.##.2024-cü il tarixlərdə “Əsas xəstəlik: I20.8-Stenokardiyanm digər formaları. Gərginlik stenokardiyası III f.s. I25.2- Infarktdan sonrakı kardioskleroz; Əsas xəstəliyin ağırlaşması: I50.3- QDÇ II mərhələ. Ü.Ç. II F.S. (NYHA II). 149.3- Mədəciklərin depolyarizasiyası; Yanaşı xəstəliklər: I11-Hipertoniya xəstəliyi II mərhələ. Z95.5- Angioplastikadan sonrakı hal” diaqnozu ilə müalicə və müayinədə olmuşdur. O, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. Diaqnoz ona stasionarda anamnestik, klinik və funksional diaqnostik müayinələrinin nəticələri əsasında qoyulmuş və müalicə tədbirləri xəstəliyin dinamikası uyğun aparıldığından səmərəliliyi, və klinik proqnozu qənaətbəxş olmuş və onun əmək fəaliyyətinin itirilməsi TSEK-in ekspertləri tərəfindən 0% qeyd edilmişdir. Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnozla əlaqədar zərurət yarandıqda əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) cəlb oluna bilər.” Səhiyyə Nazirliyi “Akademik C.M.Abdullayev adına Elmi-X6” X1 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçı məhkəmə qərardadının icrası ilə bağlı müayinə olunmuş və ona “ÜIX: Stabil gərginlik stenokardiyası II fs. Koronar angioplastikadan sonrakı vəziyyət (2016, 2024). Arterial hipertoniya III dər.” diqanozu qoyulmuşdur. Kollegiya qeyd edir ki, apellyasiya şikayəti üzrə gəldiyi nəticə aşağıdakılarından irəli gəlir. Normativ tənzimləməyə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında həyata keçirilir və bu qiymətləndirmə məhz göndərişdə əks olunmuş diaqnozlar, tibbi göstəricilər və sənədlər çərçivəsində aparılır. Bu baxımdan, əlillik dərəcəsinin müəyyən edilməsi göndərişdə göstərilən xəstəlik və funksional pozuntuların tibbisosial ekspertiza zamanı təsdiqini tapması ilə şərtlənir. Formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Sabirabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində ##.##.2024-cü il tarixli S********GGH nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz: I20.8- Stenokardiyanın digər formaları, gərginlik stenokardiyası III FS.; Ağırlaşmalar: I25.2- Əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz, I49.3- Mədəciklərin erkən depolyarizasiyası, I50.0- Durğunluq ürək çatmamazlığı, QDÇ II mərhələ. ÜÇ II F.S (NYHA II); Yanaşı xəstəliklər: E11.5- Insulindən asılı olmayan şəkərli diabet, periferik qan dövranının pozğunluğu ilə, şəkərli diabet ikinci tip, I11.0- [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], hipertoniya xəstəliyi II mərhələ, I83.1- Aşağı ətraf venalarının iltihabı proseslə birgə müşahidə olunan varikoz genəlməsi, ödemli indurativ hiperpiqmentasiya tez-tez təkrarlanan trofiki var, I87.2- (Xroniki) (periferik) venoz çatmamazlıq, XVÇ III dərəcə (V sinif CEAP), I83.9- Aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi, aşağı ətrafların varikoz xəstəliyi. Sağ BDV və KDV varikozu, I70.2- Ətraf arteriyalarının aterosklerozu, ateroskleroz ayağ arteriyalarının stenozu, Z95.5- Koronar angioplastik implantatın və transplantatın olması, angioplastikadan sonrakı hal. Kollegiya iş materiallarında olan Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” X1 tərəfindən verilmiş ## ####### 2024-cü il tarixli T***/**** nömrəli rəyə tənqidi yanaşır. Belə ki, həmin rəyin nəticə hissəsində göstərilənlər bir-biri ilə ziddiyyət təşkil edir. Belə ki, rəyin nəticə hissəsində “...Iddiaçının Salyan Rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsində 08.01-##.##.2024-cü il tarixlərdə göndərişdə qeyd olunan müəyyən diaqnozlar üzrə (I20.8, I25.2, I49.3, Z95.5, İ 50.3) müalicə və müayinədə olması, onun hazırda da həmin xəstəliklərdən əziyyət çəkməsi qeyd edilsədə, daha sonra müalicə tədbirlərinin xəstəliyin dinamikası uyğun aparıldığından səmərəliliyi və klinik proqnozunun qənaətbəxş olduğu və onun əmək fəaliyyətinin itirilməsi TSEK-in ekspertləri tərəfindən 0% qeyd edildiyi” göstərilmişdir. Həmin rəy ilə birinci instansiya məhkəməsi də razılaşmamış və buna görə də iddiaçının xəstəliyi ilə bağlı ixtisaslaşmış tibb müəssisəsi olan “Akademik C.M.Abdullayev adına Elmi-X6” X1 tərəfindən rəy alınmışdır. Iddiaçı barəsində tərtib edilmiş ##.##.2024-cü il tarixli S********GGH nömrəli göndərişdə qeyd edilmiş xəstəlik ilə bağlı Respublikada ixtisaslaşmış tibb müəssisəsi olan - Səhiyyə Nazirliyi “Akademik C.M.Abdullayev adına Elmi-X6” X1 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçı məhkəmə qərardadının icrası ilə bağlı müayinə olunmuş və ona “ÜIX: Stabil gərginlik stenokardiyası II FS. Koronar angioplastikadan sonrakı vəziyyət (2016, 2024). Arterial hipertoniya III dər.” diqanozu qoyulmuşdur. Göndərişdə isə xəstəlik üzrə qeyd edilən vəziyyət III FS kimi göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nda iddiaçının xəstəliyi ilə bağlı “Qan dövranı sisteminin xəstəlikləri” adlanan 2-ci bəndə olan xəstəliklər araşdırılarkən məlum olur ki, iddiaçıya göndərişdə qeyd edilən xəstəlik üzrə əlillik təyin edilməsi üçün “FS azı III” olmalıdır. Iddiaçı isə bu “FS II” dir. Nəzərə almaq lazımdır ki, iddiaçı barəsində rəsmiləşdirilmiş ##.##.2024-cü il tarixli S********GGH nömrəli göndərişdə qeyd edilmiş diaqnoz həmin xəstəlik üzrə Respublikada ixtisaslaşmış tibb mərkəzi olan Səhiyyə Nazirliyi “Akademik C.M.Abdullayev adına Elmi-X6” X1 tərəfindən qiymətləndirilmişdir. Şirvan Inzibati Məhkəməsinin müvafiq qərardadı ilə “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” X1 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Göründüyü kimi qanunvericilik hər hansı şəxsin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini məhkəmə qərarının həmin şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarla şərtləndirmişdir. Hazırki işin faktiki halından, birinci instansiya məhkəməsinin qərarının məzmunundan və nəticə hissəsindən görünür ki, baxılan işin nəticəsi olaraq, “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” X1 üzərinə hər hansı öhdəlik qoyulmamış, qərar həmin şəxs üçün hüquqi nəticə, o cümlədən vəzifə və öhdəlik yaratmır. “Inzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2022-ci il tarixli, **/**** nömrəli qərardadında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 28.3 və 28.5-ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərilməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər. Məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə bilər. Bu zaman, məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməlidir. Cəlbetmənin dəyişdirilməsi adi cəlbetmədən zəruri cəlbetməyə və ya əksinə keçidi nəzərdə tutur. Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edir. Bu halda, üçüncü şəxsin məhkəmə icraatında iştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı ##.##.2024-cü il tarixli qərarın ləğv edilməsini və həmin tarixdən ona əlilik təyin edilməsini tələb etməkdə haqlı sayıla bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməli, həmçinin, hazırkı iş üzrə “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” X1 inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilməlidir.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-***/**** saylı qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi X1rşı “Tibbisosial ekspert komissiyasının ##.##.2024-cü il tarixli *******0007 nömrəli qərarının ləğv olunması və həmin tarixdən ona ümumi xəstəlik səbəbi ilə müddətsiz müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” X1 iş üzrə inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilsin. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.