Məhkəmə qərarları › İş №2-1(106)-91/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-91/2024

27.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-91/2024 27.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X17 Firdusi oğlunun sədrliyi ilə, Hakimlər Həsənov Müşfiq Kamil oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar X6, X9, X11, X12 və İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “torpağa mülkiyyət hüququna dair JN-106 (kod ********) nömrəli dövlət aktı ilə verilmiş 2,82 ha torpaq sahəsi üzrə mərzçəkmə işlərinin aparılması (naturada yerlərinin, sərhədlərinin müəyyənləşdirilməsi və s.) öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2-1(120)-1140/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “dövlət aktında göstərilən torpaq sahəsinin mütəxəssis vasitəsi ilə ölçülüb ailəsinə təhvil verilməsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2845/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə X6, X9, X11 və X5 ərizələrinə əsasən, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6saylı Beyləqan ərazi idarəsinə qarşı “dövlət aktında göstərilən torpaq sahəsinin mütəxəssis vasitəsi ilə ölçülüb ailəsinə təhvil verilməsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası üzrə X6, X9, X11 və X5 birgə iddiaçı qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2845/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçılar X6, X9, X11, X12 və İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan ərazi idarəsinə qarşı “dövlət aktında göstərilən torpaq sahəsinin müəxəssis vasitəsi ilə ölçülüb ailəsinə təhvil verilməsinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə iddiaçılar və cavabdeh olduğu kimi saxlanılmaqla iddia tələbinə “torpağa mülkiyyət hüququna dair JN-106 (kod ********) nömrəli dövlət aktı ilə verilmiş 2,82 ha torpaq sahəsinin naturada tanıdılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması davam etdirilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İmişli rayon aqrar islahat komissiyasının 24oktyabr 2003-cü il tarixli 03 saylı qərarı ilə İddiaçı 5 nəfərdən ibarət ailəsinə İmişli rayonunun Oruclu kəndində 2,82 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlıtorpaq sahəsi verilmişdir. Bu barədə JN-0161 kod 90700118 nömrəli Torpağa mülkiyyəthüququna dair Dövlət aktı vardır. Torpaq sahəsinin koordinatlarını, döngə nöqtələrini əkz etdirənplan cizgi də akta əlavə edilmişdir. Torpaq sahəsi 2 massivdə göstərilib. 0,62 ha olan 2-ci torpaqsahəsi onlara faktiki verilməyib. İddiaçı 1-ci qrup əlildir, uşaqları böyüyübvə torpaq sahəsindən tam istifadə etmək istəyirlər. Yerli orqanlar heç bir köməklik etmirlər.İntihar dərəcəsinə çatmışdır, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinəyazdığım ərizəyə Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin direktor müaviniNatiq Məlikov xx.xx.2020-ci il tarixli cavab məktubunda bildirir ki, iki hissədən verilmiş tamşəkildə bir yerdən verilməsi MMC-nin səlahiyyətinə aid deyil. Halbuki İddiaçı payların birləşdirilməsini yox, 2-ci pay olan 0,62 ha sahənin onlara tanıdılmasını xahişetmişdir.X20 tərəfindən verilmiş torpaq sahəsinin xəritəsi var. Bunu DaşınmazƏmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri edə bilər. İddiaçı kimisə torpaq sahəsini zəbt etdiyinə görə məhkəməyə verib çatışmayan torpaqsahəsini tələb edə bilmir. Çünki çatışmayan 0,62 ha torpaq sahənin konkret harada və kimdəolması ona məlum deyil. Bunun üçün torpaq sahəsi koordinatlar, döngə nöqtələrinə istinadetməklə GPS ilə yenidən ölçülüb sənədləşdirilməlidir.AR Əmlak Məsələləri Dövlət Kmitəsiyanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Treyestri Xidməti ona göndərdiyi xx.xx.2020-ciil tarixli məktubda göstərmişdir ki, Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi MMC-ninBeyləqan LayihəTədqiqat İdarəsinə müraciət edilməlidir. İddiaçı 120manat xidmət haqqı köçürməli olduğu bildirildi, məcbur olub həmin pulu köçürmüşdür, sonra isəona bildirilmişdir ki, Beyləqan Ərazi İdarəsinin mütəxəssisləri gəlib torpaq sahəsinin yerinigöstərəcəklər. Daha sonra DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixliməktubunda göstərilir ki, Ərazi idarəsinin mütəxəssisləri tərəfində torpaq sahəsinə baxışkeçirildi, dövlət aktında göstərilən 0,62 ha torpaq sahəsi başqa ərazidə olduğu müəyyən edildi, ona görə torpaq sahəsini sizə göstərmək mümkün olmadı. Cavabdeh təşkilat əsassız bəhanələrlə torpaq sahəsini ona göstərməkdən imtina edir. X15 Əliyevtərəfindən keçirilmiş islahat zamanı ailəsinə verilmiş torpaq sahəsinin hüquqi əsası olan aktı vəxəritəsi vardır. Həmin yeri aidiyyəti orqan müəyyən etməlidir, lakin etmir. Ona görə də inzibatiorqanı yenidən məhkəməyə verirəm. Belə ki, inzibati orqan heç bir araşdırma aparmamış və torpaq sahəsi ilə əlaqədar ona heç bir sənəd verməmişdir. Konstitusiyanın 13-cü maddəsinin 1hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindənmüdafiə olunur.İmişli rayonunda aqrar islahatı zamanı ona və ailə üzvlərinə verilmiş JN-0161kod 90700118 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən İmişlirayonunun Oruclu kəndində yerləşən 0,62 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlıtorpaq sahəsinin mütəxəssis vasitəsilə ölçülüb onlara təhvil verilməsi öhdəliyinin DƏDRX- nin 6saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər iddiaçılara və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаtvеrilməsinə bахmаyаrаq, məhkəmə iclаsınа gəlməmişdirlər. Şirvan İnzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) 17 iyul 2023-cü il tarixli, 2- 1(120)-1140/2023 saylı qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) 17 iyul 2023-cü il tarixli, 2-1(120)-1140/2023 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, JN-106 saylı “Torpağa mülkiyyət hüququna dair" dövlət aktının 106 saylı parselində göstərilən 0.62 ha torpaq sahəsi GPS aləti vasitəsilə ölçü işləri aparılan zaman 0.62 ha torpaq sahəsinin başqa ərazidə olduğu müəyyən olunmuşdur. Sözügedən torpaq sahəsi X3 X4 öz əksini tapmadığı üçün torpaq sahəsini göstərmək mümkün olmamışdır. Bundan əlavə olaraq bildiririk ki, Şirvan İnzibati Məhkəməsi 09 mart 2023-cü il tarixli, 2-1(120)-1140/2023 nömrəli qərardad qəbul edərək İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Əraz İdarəsinə qarşı torpağa mülkiyyət hüququna dair JN-106 (kod ********) nömrəli dövlət aktı ilə verilmiş 2.82 ha torpaq sahəsi üzrə mərzçəkmə işlərinin aparılması (naturada yerlərinin, sərhədlərinin müəyyənləşdirilməsi və s.) öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulması barədə tələbinə dair iş üzrə məhkəmə tikinti-texniki ekspertizas təyin etmiş və ekspert qarşısında suallar qoymuşdur. Lakin, ekspertizanın aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılsada ekspert rəyi məhkəməyə təqdim edilmədən Şirvan İnzibati Məhkəməsi 17 iyul 2023-cü il tarixli, 2- 1(120)-1140/2023 nömrəli qərarı qəbul etmişdir. Cavabdeh apellyasiya şikayətində Şirvan İnzibati Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2-1(120)-1140/2023 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)387/2023 saylı, 11 sentyabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək Şirvan İnzibati Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2-1(120)-1140/2023 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə iddiaçılara məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin faktiki hallarını araşdırmaq, işdə olan sənədləri və sübutları tədqiq etmək və onları qiymətləndirmək məqsədilə aşağıda qeyd edilən hüquq normalarına istinad etməyi zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunu”nun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Xidmət) dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində (bundan sonra – müvafiq sahə) dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) strukturuna daxil olan qurumdur. Həmin Əsasnamənin 3.0-cü bəndinə əsasən bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: … 3.0.54. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması məqsədilə sərhədlərinin müəyyən edilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək, yerquruluşu sənədlər qovluğunu hazırlamaq, elektron daşıyıcıda və (və ya) kağız üzərində xəritələşdirilməsini həyata keçirmək və təsdiq etmək Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin 2021-ci il tarixli nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ərazi şöbələrinin Əsasnaməsinin 3.0-cı bəndinə əsasən Şöbələrin bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərindən irəli gələn aşağıdakı vəzifələri vardır: ... 3.0.36. torpaq sahələrində mərzçəkmə işlərinin aparılmasında və mərz nişanlarının qoyulmasında iştirak etmək Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 1.3-cü bəndinə əsasən DƏDKR bu Nizamnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirir. Həmin Nizamnamənin 3.1-ci bəndinə əsasən Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: ... 3.1.26. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması məqsədilə sərhədlərinin müəyyən edilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək, yerquruluşu sənədlər qovluğunu hazırlamaq, elektron daşıyıcıda və (və ya) kağız üzərində xəritələşdirilməsini həyata keçirmək və təsdiq etmək Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti (indiki adı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 171 saylı qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 2.1-ci bəndinə əsasən mərzçəkmə işləri – kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Qeyd edilən normativ sənədin 2.2-ci bəndinə əsasən mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. Qeyd edilən normativ sənədin 2.3.4-cü bəndinə əsasən hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda mərzçəkmə işləri aparılır. Qeyd edilən normativ sənədin 2.3.5-ci bəndinə əsasən torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə də mərzçəkmə işləri aparılır. Sözügedən normativ sənədin 2.4.8-ci bəndinə əsasən mərzçəkmə işlərində həmçinin torpaq sahəsinin sərhədinin plan-ölçüsünə və ya kadastr xəritələrinə istinad edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19. Mötəbərlik prezumpsiyası Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2 Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Maddə 32.3. İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, hazırki iddia tələbinin mahiyyətinə görə iddiaçılar “Torpağa mülkiyyət hüququna dair” xx.xx.2006-cı il tarixli, JN-106 nömrəli (kod ********) dövlət aktı ilə onların mülkiyyətində olan torpaq sahəsinin naturada yerini tanıtdırılması (mərzçəkmə işlərinin aparılması) vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulması ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçılar torpaq sahəsinin mülkiyyətçiləridir. İmişli rayon Aqrar İslahat Komissiyasının 2003-cü il 24 oktyabr tarixli 10 saylı qərarı ilə X6, X9, X11, X12 və İddiaçı mülkiyyətlərinə 2.82 hektar torpaq sahəsi verilmişdir. Bu barədə torpağa mülkiyyət hüququna dair xx.xx.2006-cı il tarixli, JN-106 nömrəli (kod ********) dövlət aktı verilmişdir. Torpağın mülkiyyətçisi qismində iddiaçılar torpaq sahəsinin yerində müəyyən edilməsi, mərzçəkmə işlərinin aparılması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi bundan imtina etmişdir. Qanunvericinin əks etdirdiyi hüquqi mövqeyə əsasən mərz nişanlarının qoyulmasının tələb edilməsi torpaq mülkiyyətçinin müstəsna hüququdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir hüquqi əsası olmadığından təmin edilə bilməz. İlk öncə hazırki iddia tələbinə münasibətdə qeyd edilməlidir ki, hazıki iddia, öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirlməsi zəruridir. İddia tələbinin qanuni əsası konstitusiya hüququnun və ya inzibati hüququn ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İş materialında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə İmişli rayonunda anadan olmuş, İmişli rayonu,Oruclu kəndində qeydiyyatdadır. İş materialında olan JN-0106 KOD 90700098 nömrəli Torpağa Mülkiyyət Hüququna dairDövlət Aktının surətindən görünür ki, İmişli rayon Aqrar İslahat Komissiyasının 2003-cü il 24oktyabr tarixli 10 saylı qərarı ilə İddiaçı və onun ailə üzvləri X6, X9, X11, X1 təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 2.82 hektar torpaq sahəsi verilmişdir. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan ərazi idarəsinin məhkəməyə ünvanladığı 28 dekabr 2022-ci il tarixli,**********58 nömrəli məktubunda göstərilmişdir ki, Ərazi İdarəsinin mütəxəssisləri tərəfindənsözügedən torpaq sahəsinə müvafiq inventarlaşdırma (çölölçmə) işlərinin aparılması üçünbaxış keçirilmiş və müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılaraq JN-106 saylı “Torpağamülkiyyət hüququna dair” dövlət aktının 106 saylı parselində göstərilən 0.62 ha torpaq sahəsiGPS aləti vasitəsilə ölçü işləri aparılan zaman 0.62 ha torpaq sahəsinin başqa ərazidə olduğumüəyyən olunmuşdur. Sözügedən torpaq sahəsi X3 X4 öz əksini tapmadığı üçün torpaq sahəsini göstərmək mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı işdə olan sənədlərdən və tərəflərin verdiyi izahatlardan məlum olur ki, İmişli rayon Aqrar İslahat Komissiyasının 2003-cü il 24 oktyabr tarixli 10 saylı qərarı ilə X6, X9, X11, X12 və İddiaçı mülkiyyətinə 2.82 hektar torpaq sahəsi verilmişdir. Bu barədə iddiaçılara torpağa mülkiyyət hüququna dair xx.xx.2006-cı il tarixli, JN-106 nömrəli (kod ********) dövlət aktı verilmişdir. İddiaçılar sözügedən İmişli rayon Aqrar İslahat Komissiyasının 2003-cü il 24oktyabr tarixli 10 saylı qərarını və onun əsasında verilmiş torpağa mülkiyyət hüququna dair xx.xx.2006-cı il tarixli, JN-106 nömrəli (kod ********) dövlət aktını rəhbər tutaraq torpaq sahəsinin yerində müəyyən edilməsi, mərzçəkmə işlərinin aparılması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi bundan imtina edərək müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılaraq JN-106 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının 106 saylı parselində göstərilən 0.62 ha torpaq sahəsi GPS aləti vasitəsilə ölçü işləri aparılan zaman 0.62 ha torpaq sahəsinin başqa ərazidə olduğu müəyyən olunduğunu və sözügedən torpaq sahəsi X3 X4 öz əksini tapmadığı üçün torpaq sahəsini göstərmək mümkün olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə hazırki mübahisə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 171 saylı qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələrinin” tələblərinə uyğun həll edilməlidir. Qeyd edilən normativ sənədin 2.2-ci bəndinə əsasən mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. Qeyd edilən normativ sənədin 2.3.4-cü bəndinə əsasən hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda mərzçəkmə işləri aparılır. Qeyd edilən normativ sənədin 2.3.5-ci bəndinə əsasən torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə də mərzçəkmə işləri aparılır. Sözügedən normativ sənədin 2.4.8-ci bəndinə əsasən mərzçəkmə işlərində həmçinin torpaq sahəsinin sərhədinin plan-ölçüsünə və ya kadastr xəritələrinə istinad edilir. Məhkəmə kollegiyası qeyd edir ki, mərzçəkmə işləri kompleks iş olmaqla həmçinin torpaq mülkiyyətçisinin və istifadəçisinin torpaq sahəsinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını yuxarıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirərək belə qənaətə gəlir ki, mərzçəkmə işlərinin aparılmasının tələb edilməsi torpaq mülkiyyətçisinin (istifadəçisinin) müstəsna hüququ, həmin işlərin görülməsi isə cavabdehin vəzifəsdir. Bu baxımdan cavabdeh inzibati orqan İmişli rayon Aqrar İslahat Komissiyasının 2003-cü il 24 oktyabr tarixli 10 saylı qərarı ilə İddiaçı və onun ailə üzvləri X6, X9, X11, X1 təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş 2.82 hektar torpaq sahəsinin naturada yerlərinin, sərhədlərinin müəyyənləşdirilməsi, başqa sözlə, ölçülüb iddiaçılara tanıtdırılmasından imtina edərkən şərh olunan hüquq normalarının tələblərini pozmuş və iddiaçının hüquqlarına əsassız olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17-ci maddəsinə əsasən fziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-2.2.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 14.3-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, iddiaçılar X6, X9, X11, X12 və İddiaçı İmişli rayon Aqrar İslahat Komissiyasının 2003-cü il 24 oktyabr tarixli 10 saylı qərarı ilə onlara kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş 2.82 hektar torpaq sahəsi üzərində mərzçəkmə işlərinin aparılmasını (naturada yerinin və sərhədinin müəyyənləşdirilməsi və s) və mərz nişanlarının qoyulmasını (mərzçəkmə işlərinin aparılmasının) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan ərazi idarəsinə həvalə edilməsini tələb etməkdə haqlı olmuşdur. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Nəticəvi hissə: Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2-1(120)-1140/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar