Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-92/2025 04.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X4 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan İnzibati Məhkəməsinin 16 sentyabr N0N4-cü il tarixli, N-1(1N0)-1780/N0N4 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı adın “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçular siyahısına əlavə edilməsi” tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin N018ci il 19 aprel tarixli 1 № li Fərmanına uyğun olaraq, oğlu xx.xx.1976-cı il təvəllüdlü X1 adının 1997-ci il avqustun N-dək Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçular siyahısına əlavə olunaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilməsi vəzifəsinin Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 16 sentyabr N0N4-cü il tarixli, N- 1(1N0)-1780/N0N4 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni ümumən onunla əsaslandırmışdır ki, iddiaçının övladı X3 xx.xx.1994-cü il tarixdə hərbi xidmətə çağırılaraq AR Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətə göndərilmiş, döyüş zonasında yerləşən N №-li hərbi hissədə xidmət keçərkən xx.xx.1996-cı il tarixdə mina partlayışı nəticəsində həlak olduğu üçün hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmış, bütün növ təminatlardan azad olunmuşdur. X1 mina partlayışı nəticəsində həlak olması, ölüm haqqında şəhadətnamə və digər sübutlarla təsdiq olunur. Odur ki, iddiaçının oğlunun hərbi xidmətdə olan zaman vəfat etməsi təkzib olunmaz haldır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu xx.xx.1976-cı il təvəllüdlü X3 xx.xx.1994cü il tarixdə Şəki Birləşmiş şəhər hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılaraq AR Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Döyüş zonasında yerləşən N №-li hərbi hissədə xidmət keçərkən xx.xx.1996-cı il tarixdə mina partlayışı nəticəsində həlak olmuşdur. Lakin oğlunun ölümü ilə əlaqədar ona heç bir sığorta ödənişi verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçının övladı döyüş tapşırığının və ya doyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası ilə əlaqədar olmayan xəsarətdən (nizamnamə və təhlükəsizlik qaydalarını pozması nəticəsində) vəfat etdiyinə görə müvafiq Fərmanla nəzərdə tutulmuş siyahıya daxil edilməsi mümkün deyil. Odur ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd olunması xahiş olunur. Prosessual məsələlər Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, gəlməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8N-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 1N-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -V-ЖГ seriyalı 3N5814 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.1996-cı ildə xidməti vəzifəsini yerinə yetirərkən həlak olması qeyd edilmişdir. -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin xx.xx.N0NN-ci il tarixli, 864 nömrəli arayışında bildirilir ki, 1976-cı il təvəllüdlü X3 xx.xx.1994-cü il tarixdə Şəki rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilmiş və xx.xx.1996-cı il tarixdə həlak olmuşdur. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N0NN-ci il tarixli, 4/N-983 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Şəki RHK-dan çağırılmış XN N №-li hərbi hissə komandirinin N sentyabr 1994-cü il tarixli N №-li əmrində hərbi hissənin tərkibinə daxil edilməklə bütün növ təminatlarla təmin edilərək “kursant” hərbi rütbəsi verilməklə “Qala” hərbi şəhərciyinə ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N oktyabr 1994-cü il tarixli N67 №-li əmrində XN bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N №-li hərbi hissənin sərəncamına göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında XN Şəki RHK-dan çağırılması, N №-li hərbi hissədən gəlməsi, komandirin N5 oktyabr 1994-cü il tarixli 300 №-li əmrilə şəxsi heyətin siyahısına daxil olunması və mina partlayışı nəticəsində həlak olduğu üçün komandirin 8 iyun 1996-cı il tarixli, 161 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. -N №-li hərbi hissənin Şəki Birləşmiş Şəhər Hərbi Komissarlığına ünvanladığı xx.xx.1996cı il tarixli, 1868/1 nömrəli bildirişdən görünür ki, X1 xx.xx.1996-cı il tarixdə döyüş postunu özbaşına tərk edərkən Ağdam rayonu ərazisində mina partlayışı nəticəsində qəlpə yarası alması, 056 №-li hərbi hospitala göndərilməsi və xx.xx.1996-cı il tarixdə 056 №-li hərbi hospitalda vəfat etməsi qeyd edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. N0 may 1997-ci il tarixdə qəbul edilmiş “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edilir: -8.1.1. sığortaolunanın sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya cinayət təqibini həyata keçirən orqanın müvafiq prosessual qərarı olduqda; -8.1.N. sığortaolunan bu Qanunun 7.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sığorta ödənişinin alınması üçün tələb olunan sənədləri və məlumatları təqdim etmədikdə, yaxud təqdim edilmiş sənədlərin və məlumatların tam və ya düzgün olmadığı müəyyən edildikdə (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla); -8.1.3. baş vermiş hadisə bu Qanunla müəyyən edilmiş sığorta hadisəsi hesab edilmədikdə; -8.1.4. sığorta hadisəsi sığortaolunanın bilavasitə alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə etməsi nəticəsində baş verdikdə; -8.1.5. sığortaolunan özünə qəsd etdikdə və həmin hal məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunduqda. -8.N. Sığorta ödənişinin verilməsindən bu Qanunun 8.1.N-ci maddəsində nəzərdə tutulmuş hala görə imtina edildikdə sığorta ödənişi almaq hüququ olan şəxs imtinaya səbəb olan hal aradan qaldırıldıqdan sonra sığorta ödənişinin alınması üçün təkrar müraciət etmək hüququna malikdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin N018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının 1-ci bəndinə əsasən, 1997-ci il avqustun N-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilir. Qeyd olunan Fərmanın məzmunundan görünür ki, həmin sənəd “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqindən əvvəl, yəni 1997-ci il avqustun N-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçulara da dövlət icbari sığortasının tətbiqi ilə bağlıdır. Başqa sözlə, Fərmanın qəbul edilməsində məqsəd sözügedən Qanunun geriyə tətbiqinin həyata keçirilməsi və bu sahədə dövlətin apardığı siyasətin bu qəbildən olan şəxslərə münasibətdə bərabərlik prinsipinə uyğun aparılmasına yönəlmişdir. Xüsusilə vurğulanır ki, Fərmanın özündə sığorta ödənişinin verilməsindən imtinanın əsasları qeyd edilmədiyindən, eyni zamanda adından da göründüyü kimi Fərman eyni kateqoriyadan olan şəxslərə münasibətdə “əlavə tədbir” kimi nəzərdə tutulduğundan hesab etmək olar ki, 1997-ci il avqustun N-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçulara da dövlət icbari sığortasının verilməsindən imtinanın əsasları N0 may 1997-ci il tarixdə qəbul edilmiş “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunla tənzimlənməlidir. İddiaçının övladının ölümü onun postu özbaşına tərk etməsi səbəbindən baş versə də, mərhumun postu tərk etməsi cinayət-hüquqi xarakterli tədbirlər üçün əsas yaratmamış (cavabdeh bu barədə müvafiq sübut təqdim etməmişdir) və müvafiq nəticələr verməmişdir. Kollegiya həmçinin qeyd edir ki, eyni kateqoriyadan olan şəxslərə münasibətdə bir halda hadisənin sığorta hadisəsi hesab edilməsi üçün şəxsin ərazi bütövlüyü uğrunda həlak olması, digər halda isə sadəcə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması şərtinin tələb edilməsi həm konstitusiya, həm də “İnzibati icraat haqqında” Qanunla müəyyən edilmiş fundamental prisiplərə (bərabərlik) ziddir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81- 8N-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 16 sentyabr N0N4-cü il tarixli, N-1(1N0)-1780/N0N4 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-92/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-92/2025
04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver